Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-152/2023 26.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 , dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosununvəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 02 avqust 1976-cı ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, Xaçmaz rayonu, Xudat şəhəri, X.Məmmədov küçəsi ev 63-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə təqsirli bilinib əvvəli 16 iyun 2018-ci ildən hesablanmaqla 04 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və Xəzər Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli qərarı ilə 02 ay 01 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda əməllərində cinayətlərin residivi yaranmaqla satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, cəmi 1,079 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin 0,556 qramını 10 may 2023-cü il tarixdə, saat 12 radələrində yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri, X.Məmmədov küçəsi, 63 nömrəli evin qarşısında qaynı Şahid4 əvəzsiz olaraq bəxşiş verib qalan 0,523 qramını üzərində saxlamaqla daşımışdır. Belə ki, o, Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində saxlanılaraq Xaçmaz Rayon Polis Şöbəsinin X10 əməkdaşları tərəfindən ünvan 1 ünvanda yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə 10 may 2023-cü il tarixdə, saat 23:30-23:40 müddətində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibində saxladığı 01 ədəd kağız bükümdə 0,523 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini 20 Yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən bir bükümdə olmaqla almışdır, lakin hansı qiymətə aldığını xatırlamır. Şahid4 onun qaynıdır. Şahid4 da onun kimi narkotik vasitə istifadəçisidir və Rahim onun narkotik vasitə istifadə etməsindən məlumatlı olmuşdur. 2023cü ilin may ayında qaynı Şahid4 onun yaşadığı ünvana gələrək ona bədənində ağrıları olduğunu bildirib ondan narkotik vasitə istəmiş, o da qeyd etdiyi kimi Bakı şəhərindən aldığı həmin heroindən bir dəfəlik istifadə edilə biləcək miqdarda Rahimə bəxşiş olaraq vermişdir. O, öz qaynına narkotik vasitəni pul müqabilində satmamış, Rahimin ağrıları olduğundan sonuncuya yazığı gəlmiş və özünün istehlakı üçün aldığı heroindən bir qədər Rahimə təmənnasız vermişdir. O, Rahimə heroini verərkən çəkisini ölçərək verməmişdir. O, heç kimə narkotik vasitə satmamışdır. O, olanda marixuana və heroin narkotik vasitələrindən istifadə etmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, həmin ifadəsində qeyd olunanlarla razı olduğunu bildirmişdir. O, törətdiyi cinayət əməlinə görə peşmandır. O, 1994-1998-ci illərdə Qarabağda hərbi xidmətdə olmuş və həmin vaxt xəstəliyi yaranmış və əlilliyi vardır, ona görə də ona cəza təyin edilərkən bu halın nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Xudat şəhəri, X.Məmmədov küçəsi ev 63-də yaşamışdır. Təxminən 7-8 ay olardı ki, narkotik vasitə olan heroindən istifadə etmişdir. Dəqiq tarixi xatırlamır, 2023-cü ilin may ayının əvvəllərində şəxsi işi ilə bağlı Bakı şəhərinə getmişdir. Bakı şəhərində 20 Yanvar metrostansiyasının yaxınlığında avtomobildən düşüb gedərkən yerdə bir ədəd kağız büküm olduğunu görmüş və həmin kağız bükümü əlinə götürüb açanda görmüşdür ki, içərisində narkotik vasitə olan heroin var. Özü də narkotik vasitədən istifadə etdiyi üçün tapdığı heroini atmamış və əynində olan gödəkçənin cibinə qoyub Xudat şəhərinə yaşadığı evə gətirmişdir. Sonrakı günlərdə tapdığı heroindən bir qədər özü istifadə etmiş, qalan hissəsini isə ailə üzvlərinin görməməsi üçün başqa yerə qoymayaraq əynində olan qara rəngli qolsuz gödəkçənin cibində saxlamışdır ki, sonradan özü istifadə etsin. 10 may 2023-cü il tarixdə, təxminən saat 12 radələrində yaşadığı evin qapısı döyülmüş və o, qapını açıb baxanda görmüşdür ki, qapını döyən qaynı Şahid4dur. Rahimdən nə lazım olduğunu soruşduqda demişdir ki, bədənində ağrılar var, özündə heroin varsa istifadə etməsi üçün bir qədər ona versin. Rahimə heroin vermək istəməmiş, ancaq sonuncunun bədnində olan ağrılardan əziyyət çəkdiyini görüb yazığı gəlmiş və ona demişdir ki, özü də heroindən istifadə edir, özünün istifadə etməsi üçün saxladığı heroinin bir hissəsini təmənnasız olaraq hədiyyə kimi ona verə bilər. Bundan sonra o, içəri getmiş və özünün istifadə etməsi üçün saxladığı heroinin bir hissəsini gümüşü rəngli kağız kəsiyinə tökərək gətirib Rahimə vermişdir. Rahim ondan ayrılıb getmiş, bir müddət o özü evdə olmuş, sonra isə evdən çıxıb Xudat şəhəri, M.F.Axundov küçəsinə getmişdir. 10 may 2023-cü il tarixdə, təxminən saat 22:10 radələrində Xudat şəhəri, M.F.Axundov küçəsində olarkən ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. O, etiraz etməyərək avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmişdir. Xaçmaz RPŞnin inzibati binasında müstəntiq tərəfindən ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitələri əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra müstəntiq tərəfindən ona videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o, özü də üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Müstəntiq ondan Şahid4 narkotik vasitə verib-vermədiyini soruşmuş, o da etiraf edərək bildirmişdir ki, özü narkotik vasitə istifadəçisidir, qaynı Şahid4 gəlib ağrıları olduğunu bildirərək ondan özünün istifadə etməsi üçün narkotik vasitə istəmişdir, o da qohum olduqlarına və yazığı gəldiyinə görə qaynı Rahimə bəxşiş olaraq narkotik vasitə vermiş, Rahimlə aralarında pul söhbəti olmamış və o, ondan pul almamışdır. Sonra müstəntiq tərəfindən ona təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. O, əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən 01 ədəd kağız bükümü, gödəkçəsinin sol yan cibindən 01 ədəd «Prima» markalı siqaret qutusunu, 01 ədəd alışqanı, əynində olan idman gödəkçəsinin sağ iç cibindən isə 01 ədəd beş manatlıq əskinası çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərində başqa heç nə aşkar olunmamışdır. Müstəntiq təqdim etdiyi kağız bükümü açıb içərisində olan qəhvəyi rəngli tozşəkilli maddənin nə olduğunu, haradan əldə etdiyini soruşmuş, o da hər şeyi könüllü olaraq etiraf edərək bildirmişdir ki, kağız bükümdə olan qəhvəyi rəngli tozşəkilli madda «kakos», yəni narkotik vasitə olan heroindir, özünə məxsusdur, Bakı şəhərində olarkən əldə etmişdir, özü narkotik vasitə istifadəçisidir və narkotik vasitə satışı ilə məşğul olmamışdır. Müstəntiq onun təqdim etdiyi kağız bükümdə olan qəhvəyi rəngli, toz şəkilli maddəni elektron tərəzinin üzərinə qoyub çəkmiş və kağızla birlikdə heroinin çəkisinin 0,7 qram olması müəyyən edilmişdir. Sonra müstəntiq tərəfindən onun üzərində aşkar olunmuş kağız bükümdə olan heroin bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq protokol tərtib edilmiş, o da üzərində aşkar olunmuş heroinin qablaşdırıldığı zərfin üstünə və bununla bağlı yazılmış protokola imza etmişdir. Üzərində aşkar olunmuş 01 ədəd «Prima» markalı siqaret qutusu, 01 ədəd alışqan, 01 ədəd beş manatlıq əskinas isə götürülməyərək onun özünə qaytarılmışdır. O, heç kimdən narkotik vasitə almamış, heç kimə narkotik vasitə satmamış, qaynı Rahimə isə heroini əvəzsiz olaraq hədiyyə kimi vermişdir. Üzərində aşkar olunmuş və qaynı Şahid4 verdiyi heroini 2023-cü ilin may ayının əvvəllərində Bakı şəhərində olarkən 20 Yanvar metrostansiyasının yaxınlığında yerdən tapmışdır və gələcəkdə özünün istifadə etməsi üçün üzərində saxlamışdır. Rahim onun qaynıdır, sonuncu ilə çox yaxın münasibəti vardır. Rahimə heroini hədiyyə kimi vermişdir. Rahimə narkotik vasitə olan heroin verərkən aralarında pul söhbəti olmamışdır. O, 01 ədəd kağız bükümdə olan heroini Rahimə əvəzsiz olaraq hədiyyə kimi vermişdir. Rahimə verdiyi heroinə görə sonuncu ona pul verməmiş, gələcəkdə ona nəsə hörmət edəcəyi, pul və ya başqa əmlak verəcəyi barədə aralarında razılaşma olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, o, Xaçmaz RPŞ-də Təqsirləndirilən şəxs və Şahid4 üzərinə keçirilmiş şəxsi axtarışlarda iştirak etmiş, həmin axtarışları videoçəkilişlə o qeydə almışdır. İlk olaraq Şahid4 saxlanılaraq polis şöbəsinə gətirilmiş və sonuncunun üzərinə şəxsi axtarış keçirilən zaman bir büküm heroinə bənzər kütlə aşkar edilmiş, Rahim həmin kütlənin heroin olduğunu, yeznəsi Təqsirləndirilən şəxs nisyə alaraq sonuncuya sonradan bunun müqabilində 20 manat pul verəcəyi barədə razılaşdıqlarını bildirmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı üzərindən bir bükümdə heroinə bənzər kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin kütlənin heroin olduğunu, həmin heroindən qaynı Rahim onun yanına gələrək ağrıları olduğundan narkotik vasitə istədiyindən və sonuncuya yazığı gəldiyindən bəxşiş olaraq verdiyini, pul müqabilində satmadığını bildirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, o, Xaçmaz RPŞ-nin Yalama PBnin manqa komandiri vəzifəsində işləyir. O, Təqsirləndirilən şəxs və Şahid4 üzərinə keçirilmiş şəxsi axtarışlarda iştirak etmişdir. Belə ki, ilk olaraq Şahid4 onlar tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən bir bükümdə narkotik vasitə aşkar olunmuş, Şahid4 həmin narkotik vasitəni qohumu Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs küçədə yaxınlaşaraq polis şöbəsinə gətirmişlər, sonuncunun üzərinə də şəxsi axtarış keçirilmiş və axtarış zamanı üzərindən bir bükümdə narkotik vasitə aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin narkotik vasitədən qohumu Şahid4 da hədiyyə kimi, pulsuz olaraq verdiyini bildirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, o, Xaçmaz Rayon Polis Şöbəsinin X10 baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Xaçmaz Rayon Polis X13 Bölməsinə Xaçmaz rayonu, Xudat şəhəri, K.Zavod qəsəbəsi, ev 7, mənzil 8-də yaşayan Şahid4 narkotik vasitəni qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. X14 daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə 10 may 2023-cü il tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilib şöbə rəisi tərəfindən təsdiq olunduqdan sonra onun, X10 manqa komandiri Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış və bununla bağlı araşdırmanın aparılması İstintaq bölməsinin müstəntiqi Rəşad Babayevə həvalə olunmuşdur. Həmin gün təxminən saat 19 radələrində onlar tərəfindən Şahid4 Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «River İnn» istirahət mərkəzinin yanında saxlanılaraq Xaçmaz RPŞ-nə gətirilmişdir və sonuncunun üzərinə şəxsi axtarış keçirilərkən 01 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Şahid4 üzərində aşkar olunmuş heroini qohumu Təqsirləndirilən şəxs almasını bildirməsi ilə əlaqədar 10 may 2023-cü il tarixdə, saat 22:10 radələrində Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində olduğunu müəyyənləşdirərək ona yaxınlaşıb özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən Xaçmaz RPŞ-yə gəlməyə razılaşmış və onlar onu polis şöbəsinə gətirmişlər. Xaçmaz RPŞ-də X11 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra isə ona videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmiş və X11 Təqsirləndirilən şəxs Şahid4 narkotik vasitə verib-vermədiyini soruşduqda, Təqsirləndirilən şəxs özünün narkotik vasitədən istifadə etdiyini, qaynı Şahid4 gəlib ona ağrıları olduğunu dediyini, qohum olduqlarına görə və yazığı gəldiyi üçün qaynı Şahid4 bəxşiş olaraq narkotik vasitə verdiyini, aralarında pul söhbəti olmadığını və pul almadığını bildirmişdir. X11 Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa özü təqdim etsin. Müstəntiqin təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən 01 ədəd kağız bükümü, gödəkçəsinin sol yan cibindən 01 ədəd «Prima» markalı siqaret qutusunu, 01 ədəd alışqanı, əynində olan idman gödəkçəsinin sağ iç cibindən isə 01 ədəd beş manatlıq əskinası çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra onun tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərində başqa heç nə aşkar olunmamışdır. X11 Təqsirləndirilən şəxs təqdim etdiyi kağız bükümü açıb içərisində olan qəhvəyi rəngli, toz şəkilli maddənin nə olduğunu, haradan əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi kağız bükümdə olan qəhvəyi rəngli maddə «kakos», yəni narkotik vasitə olan heroindir, özünə məxsusdur, Bakı şəhərindən almışdır, özü narkotik vasitə istifadəçisidir və narkotik vasitə satışı ilə məşğul olmamışdır. X11 Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 01 ədəd kağız bükümdə olan qəhvəyə rəngli, tozşəkilli maddəni elektron tərəzinin üzərinə qoyub çəkmiş və 01 ədəd kağız bükümdə olan qəhvəyi rəngli tozşəkilli maddənin kağızla birlikdə çəkisinin 0,7 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 01 ədəd kağız bükümdə olan qəhvəyi rəngli, toz şəkilli maddə müstəntiq tərəfindən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilib oxunduqdan sonra iştirakçılar zərfin üstünə və protokola imza etmişlər, 01 ədəd «Prima» markalı siqaret qutusu, 01 ədəd alışqan, 01 ədəd beş manatlıq əskinas isə götürülməyərək Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Həmçinin bildirdi ki, Şahid4 üzərinə axtarış keçirilən zaman sonuncu, üzərindən aşkar olunmuş narkotik vasitəni qohumu Təqsirləndirilən şəxs pul müqabilində, pulu sonradan verəcəyi barədə razılaşmaqla aldığını bildirmiş, lakin o sonradan eşitmişdir ki, istintaq zamanı Şahid4 həmin narkotik vasitəni Təqsirləndirilən şəxs ona təmənnasız, hədiyyə kimi verdiyini bildirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahidlər Şahid2 və Şahid3 iş materiallarında olan ibtidai istintaq zamanı verdikləri ifadələrindən müəyyən edilir ki, onlar Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bacısı əridir. Aslan özü də ailəsi ilə birlikdə Xaçmaz rayonu, Xudat şəhəri, Xudu Məmmədov küçəsi, ev 63-də yaşamışdır. Onun Aslanla münasibəti yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. O özü təxminən bir il olar ki narkotik vasitə olan heroindən istifadə etmişdir. 10 may 2023- cü il tarixdə bədənində ağrılar yarandığı üçün qərara gəlmişdir ki, Aslandan özünün istifadə etməsi üçün heroin istəsin. O, Aslanın narkotik vasitədən istifadə etdiyini əvvəldən bilmiş, bu məqsədlə də 10 may 2023-cü il tarixdə, təxminən saat 12 radələrində Aslanın yaşadığı Xudat şəhəri, Xudu Məmmədov küçəsi, 63 nömrəli evə gedib qapını döymüşdür. Qapını Aslan özü açmış və o, Aslana demişdir ki, bədənində ağrılar var, heroin varsa istifadə etməsi üçün bir qədər ona versin. Aslan da ona demişdir ki, özü də heroindən istifadə edir, özünün istifadə etməsi üçün bir qədər heroin vardır, özünün istifadə etməsi üçün saxladığı heroinin bir hissəsini təmənnasız olaraq hədiyyə kimi ona verə bilər. Bundan sonra Aslan içəri getmiş və tez də geri qayıdıb yanına gələrək ona bir ədəd gümüşü rəngli kağız büküm vermişdir. O, kağız bükümü açıb baxanda içərisində narkotik vasitə olan heroin olduğunu görmüş və Aslandan ayrılıb Xaçmaz rayonu, Nabran kəndinə getmişdir. Xaçmaz rayonu, Nabran kəndində olarkən Aslanın hədiyyə olaraq ona verdiyi heroindən bir qədər götürüb özü istifadə etmiş, qalan hissəsini isə kağız bükümdə əynində olan gödəkçənin sağ yan cibinə qoyub saxlamışdır ki, sonradan özü istifadə etsin. Həmin gün Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «River İnn» istirahət mərkəzinin qarşısında olarkən ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Xaçmaz RPŞ-yə dəvət etmişlər, o, da etiraz etməyərək avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-yə gəlmişdir. Xaçmaz RPŞ-nin inzibati binasında müstəntiq tərəfindən ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitələri əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra müstəntiq tərəfindən ona videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. O, əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd kağız bükümü çıxarıb masanın üstünə qoymuş, sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərində başqa heç nə aşkar olunmamışdır. Müstəntiq təqdim etdiyi kağız bükümü onun, vəkilin və digər iştirakçıların iştirakı açıb içərisində olan qəhvəyi rəngli, toz şəkilli maddənin nə olduğunu, haradan əldə etdiyini soruşmuş, o da bildirmişdir ki, təqdim etdiyi kağız bükümdə olan qəhvəyi rəngli maddə narkotik vasitə olan heroindir. Bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd kağız bükümdəki heroin müstəntiq tərəfindən bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq protokol tərtib edilmiş, o da üzərində aşkar olunmuş heroinin qablaşdırıldığı zərfin üstünə və bununla bağlı yazılmış protokola imza etmişdir. O, başqa heç kimdən narkotik vasitə almamış və heç kimə də narkotik vasitə satmamış, üzərində aşkar olunan heroini isə bacısı əri Aslan təmənnasız olaraq hədiyyə kimi ona vermişdir. İzahatında və ilkin ifadəsində Aslanın heroini ona 20 manat müqabilində nisyə olaraq verməsinin göstərilməsi düz deyildir. Onunla Aslan arasında heç vaxt hansısa bir işlə bağlı pul söhbəti olmamışdır. Aslan 01 ədəd kağız bükümdə olan heroini ona əvəzsiz olaraq hədiyyə kimi vermişdir. Aslanın ona verdiyi heroinə görə o, Aslana pul verməmiş, gələcəkdə Aslana nəsə hörmət edəcəyi, pul və ya başqa əmlak verəcəyi barədə aralarında razılaşma olmamışdır. Həmin narkotik vasitəni Aslanın ona pul müqabilində verdiyini bildirməsinin səbəbi onun narkotik vasitənin təsiri altında olması olmuşdur. Aslanın ona verdiyi narkotik vasitə olan heroini kimdən və ya haradan əldə etməsini bilməmiş və Aslanın narkotik vasitə satması barədə eşitməmişdir. İş materiallarında olan 10 may 2023-cü il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan (saat 21:10-21:20) və şəxsi axtarışın aparılmasının videoçəkilişinin qeydə alındığı DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞnin İB-nin müstəntiqi X1 RPŞ-nin Yalama PB-nin baş əməliyyat müvəkkili Şahid1, Yalama PB-nin polis nəfəri Şahid3, həmin polis bölməsinin polis nəfəri Şahid2, Xaçmaz Rayon Vəkil Bürosunun vəkili X5 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti iş otağında Şahid4 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı müstəntiq tərəfindən Şahid4 üzərində qanunsuz narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa təqdim etməsi təklif olunur. Şahid4 üzərində narkotik vasitə olmasını bildirərək əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd kağız bükümü çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə olmasını bildirmişdir. Həmin 01 ədəd gümüşü kağız bükümündə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Şahid4 həmin bükülüdə narkotik vasitə heroin olmasını, onu tanışı Aslan adlı şəxsdən 20 manat müqabilində nisyə olaraq əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş heroinə bənzər kütlə müstəntiq tərəfindən bükülü ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,8 qram olması müəyyən olunmuşdur. Həmin büküm müstəntiq tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılmış və imzalanıb möhürlənərək götürülmüşdür. Şahid4 üzərinə şəxsi axtarış zamanı qanunsuz başqa hər hansı əşya, predmet aşkar edilməmiş və götürülməmişdir. Səxsi axtarış prosesinin videoçəkilişi Şahid3 tərəfindən mobil telefon vasitəsilə aparılmışdır. İş materiallarında olan 10 may 2023-cü il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan (saat 23:30-23:40) və şəxsi axtarışın aparılmasının videoçəkilişinin qeydə alındığı DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞnin İB-nin müstəntiqi X1 RPŞ-nin Yalama PB-nin baş əməliyyat müvəkkili Şahid1, Yalama PB-nin polis nəfəri Şahid3, həmin polis bölməsinin polis nəfəri Şahid2, Xaçmaz Rayon Vəkil Bürosunun vəkili X7 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildirərək əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd kağız bükümü çıxarıb təqdim edir və içərisində narkotik vasitə olmasını bildirir. Həmin 01 ədəd gümüşü kağız büküm açılıb baxılır və içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilir. Təqsirləndirilən şəxs həmin bükülüdə narkotik vasitə heroin olmasını, Bakı şəhərindən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs tanışı Şahid4 narkotik vasitə heroin verməsini etiraf edir, lakin ona həmin narkotik vasitəni bəxşiş kimi verməsini bildirir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən 01 qutu qablaşması pozulmamış “Prima” markalı siqaret, 01 ədəd alışqan və 5 manat pul aşkar edilmişdir. Aşkar edilmiş heroinə bənzər kütlə müstəntiq tərəfindən bükülü ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,7 qram olması müəyyən olunmuşdur. Həmin büküm müstəntiq tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılmış və imzalanıb möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı qanunsuz başqa hər hansı əşya, predmet aşkar edilməmiş və götürülməmişdir. Aşkar edilmiş siqaret, alışqan və 5 manat pul isə onun özünə qaytarılmışdır. Səxsi axtarış prosesinin videoçəkilişi Şahid3 tərəfindən mobil telefon vasitəsilə aparılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 may 2023-cü il tarixli, 6/2720 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №58” dairəvi möhür əksləri olan iki ədəd zərfdə: -üzərində 1) “imza” Şahid4...” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,556 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; -üzərində 1) “imza” Təqsirləndirilən şəxs...” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,523 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təqdim olunmuş 2 (iki) ədəd bükümdə olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Təmiz çəkisi 0,556 qram olan heroindən tədqiqata 0,050 qram sərf edildikdən sonra qalıq 0,506 qram təşkil etmiş, təmiz çəkisi 0,523 qram olan heroindən tədqiqata 0,050 qram sərf edildikdən sonra qalıq 0,473 qram təşkil etmişdir. İş materiallarında olan 11 may 2023-cü il tarixli “Əşyanın maddi sübut kimi hesab edilməsi haqqında” qərardan və “Sübutların qiymətləndirilməsi barədə” 25 iyul 2023-cü il tarixli qərardan müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,523 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,473 qram təşkil edən heroin narkotik vasitəsi, həmçinin Şahid4 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,556 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,506 qram təşkil edən heroin narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutlar otağında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 14 iyul 2023-cü il tarixli, 4430 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edlməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini əldə etdiyi mənbəni müəyyənləşdirmək məqsədi ilə bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq, müsbət nəticə əldə olunmamış və Təqsirləndirilən şəxs başqa şəxslərə narkotik vasitə satması barədə Xaçmaz RPŞ-yə məlumat daxil olmamışdır. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi qeyd olunmuş 02 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə heroinin təmiz çəkisi 0,523 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən, Quba Rayon İcra və Probasiya Şöbəsinin məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Xaçmaz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2, 240.1 vı 66.2-ci maddələri ilə 04 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 02 ay 01 gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2022-ci il tarixdə cəza müddətinin başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs yeni cinayəti törədərkən, əvvəlki cinayət işi üzrə məhkumluğu ödənilməmişdir və əməlində Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən cinayətlərin residivi vardır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xudat şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan “Əlillik vəsiqəsi”nin (№ 023707) surətindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs 2-ci qrup əlilliyi var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, 2-ci qrup əlilliyinin olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi halını müəyyən etdi. Belə ki, iş materiallarından, tələbnamədən, hökmün və qərarın surətlərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, 1(067)-126/2018 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2-ci maddəsinə əsasən ona qəti olaraq 04 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş; Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 7(003)-1324/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin qeyd olunan xx.xx.2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 02 ay 01 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 15 iyul 2022-ci il tarixdə məhkəmənin qərarına əsasən azadlıqdan məhrumetmə növündə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilsə də, onun həmin cinayət əməlinə görə məhkumluğu ödənilmədən o, 10 may 2023-cü il tarixdə hazırkı iş üzrə cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Bununla da o, məhkumluğu ödənilmədən və ya götürülmədən hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə görə isə cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardandır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin maddənin 2-ci bəndinə görə isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halı, barəsində cəzanı ağırlaşdıran cinayətlərin residivi halını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsinə görə azadlıqdan məhrumetmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 10 may 2023-cü il tarixli protokoldan və Xaçmaz Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 may 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bununla da Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 10 may 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edlməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli, 39 saylı qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci maddəsinə görə, narkomanlıq xəstəliyinə düçar olmuş əlillərə məcburi müalicə tətbiq edilmir. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində əlilliyi səbəbindən narkomaniyadan məcburi müalicə təyin edilməli deyildir. O, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş materiallarından müəyyən olunur ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,523 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,473 qram təşkil edən heroin narkotik vasitəsi, həmçinin Şahid4 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,556 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,506 qram təşkil edən heroin narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutlar otağında saxlanılır. İş materiallarından müəyyən edilir ki, hazırkı cinayət işindən Şahid4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başqa cinayət işi ayrılmışdır. Odur ki, iş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,473 qram təşkil edən heroin narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə və hazırkı iş üzrə Şahid4 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişlərin (hər diskdə 01 ədəd videofayl) köçürüldüyü 02 (iki) ədəd DVD disk maddi sübut kimi cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində ekspertiza xərcinin 32 manat 50 qəpik məbləği Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. Ekspertiza xərcinin qalan hissəsi, yəni 32 manat 50 qəpik məbləğinə isə Şahid4 barəsində Xaçmaz rayon məhkəməsinin icraatında olan 1(067)-142/2023 saylı cinayət işi üzrə hüquqi qiymət veriləcəyi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 may 2023-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,473 qram təşkil edən heroin narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə və hazırkı iş üzrə Şahid4 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişlərin (hər diskdə 01 ədəd videofayl) köçürüldüyü 02 (iki) ədəd DVD disk maddi sübut kimi cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində ekspertiza xərcinin 32 manat 50 qəpik məbləği Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. Ekspertiza xərcinin qalan hissəsi, yəni 32 manat 50 qəpik məbləğinə isə Şahid4 barəsində Xaçmaz rayon məhkəməsinin icraatında olan 1(067)-142/2023 saylı cinayət işi üzrə hüquqi qiymət veriləcəyi nəzərə alınsın. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-152/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-152/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver