Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-153/2023 19.12.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şəhər (rayon) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxx 1971-ci ildə Xaçmaz rayonu, Köhnə- Xudat kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi ev 6/10 ünvanında yerləşən yataqxanada qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvəllərinin N nömrəli hərbi hissəsinin Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində yerləşən postunda müddətdən artıq hərbi xidmətdə olan qardaşı oğlu Şahid5 miçman rütbəsinin verilməsini təmin edəcəyinə dair vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 şəxsən 2021-ci ilin sentyabr ayının əvvəllərində Xaçmaz, rayonu. Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən Xudat şəhər avtovağzalının qarşısında 6000 manat, 2022-ci ilin aprel ayının ortalarında isə Xaçmaz rayonu, Xudat şəhəri, 2-ci şöbə yaşayış massivi ərazisində, Xudat-Nabran avtomobil yolunun sol kənarında yerləşən “Dalğa” restoranının qarşısında 1000 manat olmaqla, ümumilikdə xeyli miqdar təşkil edən 7000 manat pul vəsaitini alıb ələ keçirərək, xeyli miqdarda ziyan vurmaqla etibardən sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə təkrar, Xaçmaz rayonu Xudat şəhər sakini Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvəllərinin N nömrəli hərbi hissəsinin Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində yerləşən postunda müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə düzəldəcəyinə dair vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 sonuncunun öz atası Şahid3 vasitəsi ilə göndərdiyi 4900 manat pul vəsaitini 2021-ci ilin dekabr ayının ortalarında Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən Xudat şəhər avtovağzalının həyətində, habelə taksi sürücüsü Şahid4 vasitəsi ilə göndərdiyi 2000 manat pul vəsaitini 2021-ci ilin dekabr ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində “Şamaxinka” adlanan yerdə alıb ələ keçirməklə, ümumilikdə xeyli miqdar təşkil edən, özgənin əmlakı olan Zərərçəkmiş şəxs2 məxsus 6900 manat pul vəsaitini alıb ələ keçirməklə, təkrar, xeyli miqdarda ziyan vurmaqla etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə təkrar, Xaçmaz rayonu, Nağıoba kənd sakini Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvəllərinin N nömrəli hərbi hissəsinin Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində yerləşən postunda müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə düzəldəcəyinə dair vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 qayınatası Şahid1 vasitəsi ilə göndərdiyi 8000 manat pul vəsaitini 2022-ci ilin oktyabr ayının ortalarında, habelə 1000 manat pul vəsaitini isə 2022-ci ilin oktyabr ayının ortalarında Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən “Lux oil” yanacaq doldurma məntəqəsinin qarşısında alıb ələ keçirməklə, ümumilikdə xeyli miqdar təşkil edən özgənin əmlakı olan Zərərçəkmiş şəxs3 məxsus 9000 manat pul vəsaitini alıb ələ keçirməklə, təkrar, xeyli miqdarda ziyan vurmaqla etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü bilərək göstərdi ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Özünə məxsus olan avtomobil ilə Bakı şəhəri-Xaçmaz rayonu arası taksi fəaliyyəti ilə məşğul olub dolanışığını təmin edir. Xaçmaz rayonu, Xudat şəhər sakini Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, tanıyır. 2021-ci ilin avqust ayında söhbət əsnasında o Bilala Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrində işləyən tanışının olduğunu, həmin şəxsin vasitəsi ilə istənilən şəxsi Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinə işə düzəldə biləcəyini demişdir. Bu zaman Bilal ona demişdir ki, qardaşı oğlu Şahid5 Azərbaycan RespublikasıJVlüdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvəllərinin Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində yerləşən postunda müddətdən artıq xidmət edən hərbi qulluqçudur, o Elxanın müvafiq kurslarda təlim alıb miçman rütbəsini almasını istəyir, ona bu barədə köməklik etsin. O, Bilala bu barədə maraqlanıb xəbər edəcəyini demişdir." O, Bilala Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrində işləyən tanışının olduğunu desə də əslində onun elə bir tanışı olmamışdır. Sadəcə adi qaydada hər bir vətəndaşın adından müraciət etmiş, alınmadığı təqdirdə də hər hansı bir xüsusi hərəkət edə bilməmişdir. O, həmin gün bir neçə saat sonra Bilala zəng edib qardaşı oğlu Şahid5 işini danışdığını, həmin kurs üçün hər 6 aydan bir qəbul elan olunduğunu, indi həmin kursda qardaşı oğlu Şahid5 üçün boş yer olduğunu, Elxanın müvafiq kurslarda təlim alıb miçman rütbəsini almasına köməklik edə biləcəyini və bunun üçün ümumilikdə 7000 manat pul lazım olduğunu bildirmişdir. Bilal bir az fikirləşib xəbər edəcəyini demişdir. Həmin vaxtdan bir ay müddət keçməsinə baxmayaraq o Bilal ilə bu barədə hər hansı bir söhbət etməmişdir. Bilaldan xəbər çıxmadına görə, 2021-ci ilin sentyabr ayının əvvəllərində onun pula ehtiyacı olduğu üçün o, Bilala zəng edərək iş üçün gecikdiyini, kurs üçün qrupun artıq yığıldığını və demək olar ki, qəbulun başa çatdığını, bir-iki gün sonra qəbulun tamami ilə dayandırılacağını, həmin günün axşamı Bakışəhərinə gedəcəyini və əgər qardaşı oğlunu qəbul etdirmək istəyirsə pulu bu axşam ona verməli olduğunu bildirmişdir. Həmin gün axşam da Bilal ona zəng edib harada olduğunu soruşmuşdur. O, həmin ərəfədə Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən Xudat şəhər avtovağzalının qarşısında olduğundan sonuncuya olduğu yeri demişdir. Bir neçə dəqiqə sonra Bilal qardaşı Şahid2 və dayısı oğlu Şahid1lə birlikdə onun yanma gəlmişlər. Bilal gəldiyi avtomobildən enib onun yanma gəlmiş və ona demişdir ki, pulun 6000 manatını indi, qalan 1000 manatını isə qardaşı oğlunun işi alındıqdan sonra verəcəkdir. Bu sözləri dedikdən sonra Bilal cibindən 6000 manat pulu çıxarıb ona vermişdir. O, Bilaldan pulu aldıqdan sonra həmin gün Bakı şəhərinə gəlmiş və aldığı pulu bir müddət öz ehtiyaclarına xərcləmişdir. Bu müddət ərzində maraqlanıb öyrənmişdir ki, həmin kurslara qəbul elan olunmamışdır. Həmin vaxtdan təxminən 4-5 ay keçdikdən sonra Bilal ona zəng edib iş barəsində soruşduqda, o Bilala demişdir ki, qalan 1000 manat pulu da versə qardaşı oğlu Elxanın işi uzağı bir həftə ərzində həll olunacaqdır. Bilal ondan bu qədər müddət ərzində işin nə üçün həll olunmadığını soruşduqda o pulu xərclədiyi üçün vaxt qazanmaq məqsədi ilə kursda yer olmadığı üçün işin həll oluna bilmədiyini demiş, lakin həmin vaxt yenə də pula ehtiyacı olduğu üçün gətirib 1000 manat pulu da verməsini istəmişdir. 2022-ci ilin aprel ayının ortalarında Bilal ona zəng edib 1000 manat pulu gətirib verəcəyini bildirmişdir. Elə həmin gün Bilal qardaşı Əmrulla və dayısı oğlu Elçin ilə birlikdə Xudat şəhəri, 2-ci şöbə yaşayış massivi ərazisində, Xudat-Nabran avtomobiln yolunun sol kənarında yerləşən “Dalğa” restoranının qarşısında olduğu zaman gətirib həmin yerdə ona 1000 manat pulu vermişdir. O, 1000 manat pulu alan zaman Bilala demişdir ki, qardaşı oğlu Elxanın işi bir həftə ərzində həll olunacaqdır. O,Bilaldan aldığı 1000 manat puluda öz ehtiyaclarına xərcləmiş və Bilalın qardaşı oğlu Şahid5 işinin düzəlməsi istiqamətində hər hansı bir hərəkət etməmişdir. O, fikirləşmişdir ki, əgər Elxanın işi alınmasa onda aldığı 7000 manat pulu geri qaytarar, ancaq pulu xərclədikdən sonra maddi imkanı zəif olduğundan pulu qaytara bilməmişdir. Bundan başqa 2021 -ci ilin noyabr ayında Bəxtiyar adlı bir nəfər şəxs ona zəng edərək onunla görüşmək istədiyini bildirmiş, o həmin şəxsdən harada olduğunu soruşduqda sonuncu Xudat şəhərində olduğunu bildirmişdir. O da həmin vaxt Xudat şəhərində olduğuna görə Bəxtiyara demişdir ki, o da Xudat şəhərində, Xudat şəhər avtovağzalının həyətində yerləşən çayxanada oturmuşdur, əgər istəyirsə gəlsin görüşsünlər. Bəxtiyar da onunla görüşməyə gələcəyini bildirmişdir. O çayxanada oturub Bəxtiyarın gəlməsini gözləmiş və bir neçə dəqiqə sonra Bəxtiyar çayxanaya gəlib ona yaxınlaşmışdır. Onun yanma gəldikdən sonra Bəxtiyar onunla görüşüb yanında əyləşmişdir. O, Bəxtiyarı gördükdən sonra tanımış, belə ki o əvvəllər Bəxtiyarı bir neçə dəfə görmüşdür. Həmin vaxt Bəxtiyar ona oğlunu işə düzəltmək istədiyini bildirmiş, o da Bəxtiyara təklif etmişdir ki, oğlu Rəşidi Azərbaycan Respublikası Hərbi Dəniz Qüvəllərində işə düzəldə bilər. Həmin vaxt Bəxtiyar oğlu Rəşidi də öz yanlarına dəvət etmiş və Rəşid də onların yanma gəlmiş, onlar Xudat şəhərində çayxanada oturub söhbət etmişlər, o orada Bəxtiyar və oğlu Rəşidə demişdir ki, ümumilikdə 9500 manat pula Rəşidi Azərbaycan Respublikası Hərbi Dəniz Qüvəllərinin Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən hərbi hissəsinin Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində yerləşən postunda müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə düzəldə bilər. Bəxtiyar və oğlu Rəşid də onunla razılaşmışlar, lakin ona demişlər ki, hazırda əlləriıidə o qədər pul yoxdur. Bu zaman o demişdir ki, pulun 7000 manatını əvvəlcədən, qalan 2500 manatını isə 2022-ci ilin yay fəslinə verərlər. Bəxtiyar və oğlu Rəşid onunla razılaşaraq oradan çıxıb getmişlər. 2021 -ci ilin dekabr ayının ortalarında Bəxtiyar ona zəng edib onunla görüşmək istədiyini bildirmiş, o da Bəxtiyara Xudat şəhəri avtovağzalında olduğumu bildirmişdir. Bir neçə dəqiqə sonra Bəxtiyar onun yanma gəlmiş və o, Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən Xudat şəhər avtovağzalının həyətində 4900 manat pul vermişdir. Pulu verən zaman o pulun qalan hissəsini soruşduqda Bəxtiyar ona demişdir ki, bir neçə günə pulun qalan hissəsini də verəcəklər. Onun iş düzəltmək barəsində hər hansı bir səlahiyyəti yoxdur deyə, Bəxtiyardan aldığı pulları öz ehtiyaclarına xərcləmiş və Bəxtiyarın qalan pulu verməsini gözləmişdir. O, birinci dəfə pulu alan zaman ehtimal etmişdir ki, Rəşid sənədlərini yığıb özü müraciət etsə onu Hərbi Dəniz Qüvvəllərində işə qəbul edəcəklər, həm də müharibə iştirakçısı olduğuna görə fikirləşmişdir ki, Rəşidi bir başa işə qəbul edərlər. Ona görə də birinci dəfə pulu alan zaman Rəşidə işə qəbul üçün bir neçə sənəd yığmasını demişdir. Bundan sonra 2021-ci ilin dekabr ayının sonlarında Bəxtiyar ona zəng edərək 2000 manat pulu da hazır etdiklərini bildirmiş və pulu ona harada verə biləcəyini soruşmuşdur. O həmin vaxt Bakı şəhərində olduğuna görə Bəxtiyara demişdir ki, o, Xudat şəhər avtovağzalına gedib oradan Bakı şəhərinə gələn taksilərin biri ilə pulu ona göndərsin. Bəxtiyar həmin vaxt Xudat şəhər avtovağzalına gedib oradan ona zəng edərək Fazil adlı taksi sürücüsünün birinci növbədə Bakı şəhərinə yola düşəcəyini bildirmişdir. O da mobil telefonda danışıq zamanı Fazili tanıdığını bildirmiş və mobil telefonu Fazilə verməsini istəmişdir. Bəxtiyar mobil telefonu Fazilə verdikdən sonra telefonda sonuncu ilə danışaraq özünü təqdim etmiş, Fazil də onu tanımışdır. O Fazilə demişdir ki, yanma gələn şəxs 2000 manat pul verəcəkdir, həmin pulu götürüb Bakı şəhərinə gətirsin və Bakı şəhəri, Binəqədi rayonu, “Şamaxinka” adlanan ərazidə pulu ona versin, bu sözləri dedikdən sonra Fazil yaxşı deyib onunla razılaşmışdır. Bundan sonra Bəxtiyar həmin vaxt Fazilə 2000 manat pul vermiş və həmin günün axşamı o Fazil ilə Bakı şəhəri, Binəqədi rayonu ərazisində “Şamaxinka” adlanan ərazidə görüşmüş və Fazil 2000 manat pulu ona vermişdir. O pulu aldıqdan sonra Bəxtiyara zəng edib 2000 manat pulu aldığını bildirmişdir. Daha sonra nə qədər çalışsa da Rəşidi həmin yerə işə düzəldə bilməmiş və Bxtiyardan aldığı pulu öz ehtiyaclarına xərcləmişdir. Sonradan maddi imkanı zəif olduğuna görə Bəxtiyardan aldığı pulu qaytara bilməmişdir. Bundan başqa, o idarə etdiyi avtomobil ilə Bakı şəhəri-Xaçmaz rayonu arası taksi fəaliyyəti ilə məşğul olduğuna görə, 2022-ci ilin oktyabr ayının əvvəllərində idarə etdiyi avtomobilə əyləşmiş Allahşükür adlı şəxslə söhbət edən zaman söhbət əsnasında sonuncuya Azərbaycan Respublikası Müdafiə Nazirlyinin Hərbi Dəniz Qüvvələrində yüksək vəzifəli tanışının olduğunu, həmin şəxsin vasitəsi ilə Azərbaycan Respublikası Müdafiə Nazirlyinin Hərbi Dəniz Qüvvələrində işə düzəlmək istəyən şəxsləri işlə təmin edə bildiyini demişdir. Bu zaman Allahşükür ondan özünü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvəllərinin Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində yerləşən postunda müddətdən artıq xidmət edən hərbu qlluqçu kimi işə düzəltməsini istəmişdir. Bu zaman o yenə də Allahşükürə maraqlanıb xəbər edəcəyini demişdir. Həmin vaxt o Allahşkürün mobil telefon nömrəsini götürüb sonuncuya zəng edəcəyini bildirmişdir. Həmin gün bir neçə saat sonra o Allahşükürə zəng edərək həmin yerdə onu işə düzəldə biləcəyini, ancaq buna görə ümumilikdə 9000 manat pul lazım olduğunu bildirmişdir. Allahşükür ona demişdir ki, əgər Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində yerləşən postda onu işə düzəldə biləcəksə onda istədiyi 9000 manat pulu ona verəcəkdir. O da Allahşükürü əmin etmişdir ki, həmin yerdə onu işə düzəldəcəkdir. Bu zaman Allahşükür ona demişdir ki, bir neçə günə pulu tapıb verəcəkdir. 2022-ci ilin oktyabr ayının ortalarında Allahşükür ona zəng edib pulu hazırladığını və gətirib ona vermək istədiyini bildirmişdir. O da Allahşükürə həmin vaxt Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən “Lux oil” yanacaq doldurma məntəqəsinin qarşısında olduğunu demişdir. Bir neçə dəqiqə sonra Allahşükür qayınatası Şahid1 ilə birlikdə onun yanma gəlmişlər və hər ikisi onun idarə etdiyi avtomobilə əyləşmişlər. Elçin avtomobilin ön sağ oturacağında, Allahşükür isə arxa oturacağında əyləşmişdir. Allahşükür və Elçin onun idarə etdiyi avtomobilə əyləşdikdən sonra Allahşükür ona demişdir ki, 9000 manat pula işin düzələcəyi barədə danışsalar da hazırda 8000 manat pulu vardır, qalan 1000 manat pulu da iki gün sonra tapıb verəcəkdir. O, Allahşükürlə razılaşmış və həmin vaxt Elçin cibindən çıxarıb saydıqdan sonra ona 8000 manat pulu vermişdir. O da Elçindən pulu aldıqdan sonra sayıb 8000 manat olduğunu dəqiqləşdirib əynində olan pencəyin cibinə qoymuş və Allahşükürə demişdir ki, onu iki həftəərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvəllərinin Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinə dəvət edəcəklər, həmin hərbi hissədə bir müddət təlimlərdən keçib sonra işə göndəriləcəkdir. Həmin gündən iki gün sonra, yəni, yenə də 2022-ci ilin oktyabr ayının ortalarında Allahşükür ona zəng edib harada olduğunu soruşmuş və qalan 1000 manat pulu gətirib vermək istədiyini bildirmişdir. O da Allahşükürə Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən “Lux oil” yanacaq doldurma məntəqəsinin qarşısında olduğunu bildirmişdir. Bir neçə dəqiqə sonra Allahşükür qayınatası Elçinlə birlikdə onun yanma gəlmişlər və həmin yerdə Elçin cibindən çıxarıb 1000 manat pulu ona vermişdir. O, həmin ərəfədə öyrənmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirlyinin Hərbi Dəniz Qüvvələrində işə qəbul üçün sənəd qəbulu başlanıb. Ona görə o, Allahşükürə zəng edib sonuncunu Bakı şəhərinə dəvət etmişdir. Allahşükür Bakı şəhərinə gəldikdən sonra Allahşükürlə görüşüb Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinə aparmış və Allahşükür həmin hərbi hissəyə daxil olub sənəd qəbulu üçün gəldiyini bildirmişdir. Bir-iki saat sonra Allahşükür içəridən çıxıb yaşı ilə əlaqədar işinin alınmadığını bildirmişdir. O da orada Allahşükürün narahat olmaması üçün demişdir ki, yaş məsələsini o həll edəcəkdir. Bundan sonra o Allahşükürə demişdir ki, Xaçmaz rayonuna qayıdıb ondan xəbər gözləsin. O, Allahşükür və Bilaldan aldığı pulları xərclədiyi üçün müxtəlif bəhanələr gətirib vaxt qazanaraq onların pullarını qaytarmaq istəmişdir. Lakin bu müddət ərzində pul əldə edə bilmədiyi üçün onlardan aldığı pulu qaytara bilməmişdir. Onun hər hansı bir şəxsi Azərbaycan Respublikası Müdafiə Nazirlyinin Hərbi Dəniz Qüvvələrinə işə düzətmək səlahiyyəti yoxdur. Sadəcə pula ehtiyacı olduğu üçün həmin şəxslərə yalan vəd verib pul alaraq öz ehtiyaclarına xərcləmişdir. Məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Xaçmaz rayonu, Hacıəbdürəhim-oba kəndində ailəsi ilə birlikdə yaşayır. O, əvvəllər Xaçmaz RPŞ-nin Xudat PB-nin sahə polis nəfəri vəzifəsində işləmiş və 22 fevral 2022-ci il tarixdə isə təqaüdə çıxmışdır. O, uzun müddətdir ki, Xaçmaz rayonu, Xudat şəhərində yaşayır. O, əslən Xaçmaz rayonu, Köhnə-Xudat kənd sakini olan Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Belə ki, Əliydər bir müddət əvvəl Xaçmaz rayonu, Xudat şəhərində restoran işlətmiş, hazırda isə özünə məxsus avtomobil ilə Bakı şəhəri-Xaçmaz rayonu arası taksi fəliyyəti ilə məşğul olur. 2021-ci ilin ävqust ayında söhbət əsnasında Əliydər ona demişdir ki, onun Hərbi Dəniz Qüvvələrində yüksək vəzifəli tanışı vardır, həmin şəxsin vasitəsi ilə istənilən şəxsi hərbi dəniz qüvvələrində işə düzəldə bilər. Bu zaman o Əliydərə qardaşı oğlu Şahid5 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvəllərinin Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində yerləşən postunda müddətdən artıq xidmət edən hərbi qulluqçu vəzifəsində işlədiyini, Elxanın həmin postda komandir vəzifəsində işləməsini istədiyini və həmin vəzifədə işləməsi üçün Elxanın miçman rübəsi almalı olduğunu bildirib bu barədə müvafiq təlimləri aldırıb miçman rütbəsini almasına köməklik edə bilib- bilmäyəcəyini soruşmuşdur. Bu zaman Əliydər ona demişdir ki, tanışı ilə maraqlanıb ona məlumat verəcəkdir. Bundan təxminən bir neçə saat sonra Əliydər onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək qardaşı oğlunun işini danışdığını, Elxanın miçman rütbəsi alması üçün müvafiq kurs keçməli olduğunu, j həmin kurs üçün hər 6 aydan bir qəbul elan olunduğunu, indi həmin kursda qardaşı oğlu üçün boş yer olduğunu bildirib bu iş üçün ümumilikdə 7000 manat pul lazım olacağını bildirmişdir. O da Əliydərə demişdir ki, bir az fikirləşsin, həm də bir az pul tapıb xəbər edəcəkdir. Onun həmin vaxt pulu olsa da, vaxt qazanmaq üçün özü Əliydərə pul axtarıram demişdir. Həmin vaxtdan bir ay müddət keçməsinə baxmayaraq o, Əliydərə inanmadığı üçün sonuncuya xəbər etməmişdir. Lakin Əliydər özü ona zəng edərək iş üçün gecikdiyini, kurs üçün qrupun artıq yığıldığını və demək olar ki, qəbulun başa çatdığını, bir-iki gün sonra qəbulun tamamilə dayandırılacağını, həmin günün axşamı Bakı şəhərinə gedəcəyini və əgər qardaşı oğlunu qəbul etdirmək istəyirsə pulu bu axşam verməli olduğunu bildirmişdir. Həmin kurslar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvəllərinin Bakışəhəri, Qaradağ rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsində keçirilir. Həmin vaxt 2021-ci ilin sentyabr ayının əvvəlləri olmuşdur. Həmin vaxt o da yaşadığı evdən özünə məxsus olan 6000 manat pulu götürüb qardaşı Şahid2 və dayısı oğlu Şahid1lə birlikdə Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən Xudat şəhər avtovağzalının qarşsma gəlmişdir. Çünki, Xudat şəhərindən Bakı şəhərinə gedən taksilərin dayanacaq yeri həmin yer olmuşdur. Oraya çatanda görmüşdür ki, Əliydər idarə etdiyi avtomobilin yanında dayanmışdır. O, həmin yerə çatıb idarə etdiyi avtomobildən enmişdir. Həmin vaxt qardaşı Əmrulla və dayısı oğlu Elçin də avtomobildən yerə enib onlara baxmışlar. O, avtomobildən endikdən sonra Əliydərin yanma getmiş və sonuncya bildirmişdir ki, pulun 6000 manatını indi, qalan 1000 manatını isə qardaşı oğlunun işi alındıqdan sonra verəcəkdir. Bu sözləri dedikdən sonra o, cibində olan özünə məxsus 6000 manat pulu çıxarıb qardaşı Əmrullanın və dayısı oğlu Elçinin görə biləcəkləri yerdə Əliydərə vermişdir. Həmin vaxt Əmrulla və Elçin ilə onların arasında təxminən 3-4 metr məsafə olmuşdur. Əliydər ondan 6000 manat pulu götürüb pulu bu axşam işi düzəltməli olan şəxsə çatdıracağını və qardaşı oğlunu uzağı bir həftə ərzində Bakı şəhərinə həmin kursa dəvət edəcəklərini bildirmişdir. O da Əliydərlə razılaşmış və onlar sağollaşıb oradan uzaqlaşmışlar. Həmin vaxtdan 3 ay keçməsinə baxmayaraq Əliydərdən bir xəbər çıxmamışdır. Bu müddət ərzində o, dəfələrlə Əliydərə zəng edib işi maraqlansa da sonuncu hər dəfəsində müxtəlif bəhanələr gətirib işi yubatmışdır. Bu müddət ərzində Əliydərdən bir xəbər çıxmadığını və qardaşı oğlunun kursa dəvət olunmadığını gördükdə, o, qardaşı oğluna zəng edib miçman rütbəsini alması üçün kursa göndərilməsi məqsədi ilə Əliydərə 6000 manat pul verdiyini bildirmişdir. Bundan sonra qardaşı oğlu Elxan zəng edib Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvəllərinin Bakı şəhəri, Qaratlağ rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsindən soruşduqda, ona həmin hərbi hissədə artıq kursun başlandığını və onun adının yazıdırılmadığmı bildirmişlər. Bundan sonra o dərhal Əliydərə zəng edib iş barəsində soruşduqda, sonuncu ona demişdir ki, qalan 1000 manat pulu da versə qardaşı oğlunun işi uzağı bir həftəərzində həll olunacaqdır. Həmin vaxt artıq 2022-ci ilin aprel ayının ortaları olmuşdur. O, Əliydərdən niyə bu qədər müddət ərzində işin həll olunmadığını soruşduqda sonuncu kursda yer olmadığıüçün işin həll oluna bilmədiyini, 1000 manatı versə tezliklə həll olunacağını bildirmişdir. O da əlacsız qalıb Əliydərə 1000 manat pulu da verməyə razı olmuşdur. Beləliklə o 2022-ci ilin aprel ayının ortalarında yaşadığı evdən özünə məxsus olan 1000 manat pulu götürüb yenə də qardaşı Əmrulla və dayısı oğlu Elçin ilə birlikdə Xudat şəhəri, 2-ci şöbə yaşayış massivi ərazisində, Xudat-Nabran avtomobil yolunun sol kənarında yerləşən “Dalğa” restoranının qarşısında Əliydərə vermişdir. Əliydər 1000 manat pulu alan zaman ona demişdir ki, qardaşı oğlu Elxanın işi bir həftə ərzində həll olunacaqdır. Lakin həmin vaxtdan indiyədək Əliydər nə qardaşı oğlunun işini düzəltməmiş, nə dəlci onun 7000 manat $ pulunu qaytarmamışdır. Beləliklə o, qardaşı oğlu Şahid5 miçman rütbəsini alması üçün Əliydərə Həsənova 2021-ci ilin sentyabr ayının əvvəllərində Xudat şəhəri, M.F. Axundov küçəsində yerləşən Xudat şəhər avtovağzalının qarşsmda 6000 manat, daha sonra həmin niyyətlə 2022-ci ilin aprel ayının ortalarında Xudat şəhəri, 2-ci şöbə yaşayış massivi ərazisində, Xudat-Nabran avtomobil yolunun sol kənarında yerləşən “Dalğa” restoranının qarşısında 1000 manat olmaqla ümumilikdə 7000 manat pul vermişdir. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Xaçmaz rayonu, Xudat şəhəri, 2-ci şöbə yaşayış massivində yaşayır. O, İkinci Qarabağ müharibəsi iştirakçısıdır və 2021-ci ilin iyul ayında hərbi xidmətdən gəlmişdir. Hərbi xidmətdən gəldikdən sonra bir müddət işsiz qalmış, bu müddət ərzində atası Şahid3 ona iş tapmağa çalışmışdır. Ona iş tapmaq barəsində atası Xudat şəhərində tanışlarından maraqlandıqda tanışları Əliydər adlı şəxsin vətəndaşları işə düzəldə bilməsi barədə ona demişlər. 2021-ci ilin noyabr ayının ortalarında atası Əliydərlə Xudat şəhərində, Xudat şəhər avtovağzalında görüşüb söhbət edən zaman Əliydər atasına təklif etmişdir ki, Əliyər onu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvəllərindəişə düzəldə bilər. Həmin vaxt atası onu da öz yanlarına dəvət etmiş və o atası və Əliydərin yanma gəlmiş, onlar Xudat şəhər avtovağzalının həyətində yerləşən çayxanada oturub söhbət etmişlər, Əliydər orada demişdir ki, ümumilikdə 9500 manat pula onu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvəllərinin Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində yerləşən postunda müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə düzəldə bilər. O və atası da Əliydərlə razılaşmışlar, lakin əllərində o qədər pulun olmadığını bildirmişlər. Əliydər onlara demişdir ki, pulun 7000 manatını əvvəlcədən, qalan 2500 manatını isə 2022-ci ilin yay fəslinə verərlər. Onlar Əliydərlə razılaşmışlar və o iş üçün pul axtarmağa başlamışdır. O, 2021-ci ilin dekabr ayının ortalarında dostundan 4900 manat borc pul alıb həmin pulu Əliydərə verməsi üçün atasına vermişdir. Atası da həmin pulu ondan alıb 2021-ci ilin dekabr ayının ortalarında Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən Xudat şəhər avtovağzalının həyətində Əliydərə vermişdir. Bundan sonra Əliydər pulun qalan hissəsini istəmiş və atasına müəyyən sənədləri yığmasını demişdir. Bundan sonra o sənədləri yığa-yığa pulun qalan hissəsini axtarmağa başlamışdır. 2021-ci ilin dekabr ayının sonlarında başqa bir tanışından 2000 manat borca pul almış və həmin pulu da Əliydərə verməsi üçün atasına vermişdir. Atası da həmin pulu 2021-ci ilin dekabr ayının sonlarında Xudat şəhərindən Bakı şəhərinə gedən Fazil adlı taksi sürücüsü ilə 2000 manat pulu Əliydərə göndərmiş və həmin taksi sürücüsü pulu aparıb Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Şamaxinka” adlanan ərazidə Əliydərə vermişdir. Əliydər pulu aldıqdan sonra həmin günun axşamı atasına zəng edib pulu götürdüyünü təsdiq etmişdir. Həmin gündə bir ildən çox vaxt keçməsinə baxmayaraq Əliydər nə onu işə düzəltməmiş, nə də ki onun 6900 manat pulunu geri qaytarmamışdır. Hər dəfə Əliydərdən pulunu tələb edəndə o, müxtəlif vaxtlar deyərək pulu verməkdən yayınmış və onun şikayət etməyini yubatmışdır. O da Əliydərin onu aldadaraq pulunu dələduzluq yolu ilə ələ keçirdiyini başa düşdükdən sonra bu barədə polisə ərizə yazmışdır. Onun Əliydərə verdiyi 6900 manat pulu o dostlarından borc alsa da həmin pullar onun özümə məxsus pullardır. Hazırda həmin pulu o tanışlarına qaytarmışdır. Əliydərə verdiyi pullar onun özünə məxsus olduğu üçün bu işdə zərərçəkən şəxs odur. O, Əliydərə pulu onu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvəllərinin Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində yerləşən postunda müddətdən artıq xidmət edən hərbi qlluqçu kimi işə düzəltməsi üçün vermişdir. Məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Nağı-oba kəndində yaşayır. O, əslən Xaçmaz rayonu, Köhnə-Xudat kənd sakini olan Təqsirləndirilən şəxs iki ildir ki, tanıyır. Belə ki, Əliydər özünə məxsus avtomobil ilə Bakı şəhəri- Xaçmaz rayonu arası taksi fəliyyəti ilə məşğul olduğuna görə o da hərdən şəxsi işləri ilə bağlı Xaçmaz rayonundan Bakı şəhərinə gedən zaman təsadüfən Əliydərin idarə etdiyi avtomobil ilə gedib-gəlmişdir. Yolda gedən vaxt Təqsirləndirilən şəxs söhbət əsnasında Azərbaycan Respublikası Müdafiə Nazirlyinin Hərbi Dəniz Qüvvələrində yüksək vəzifəli tanışı olduğunu, həmin şəxsin vasitəsi ilə Azərbaycan Respublikası Müdafiə Nazirlyinin Hərbi Dəniz Qüvvələrində işə düzəlmək istəyən şəxsləri işlə təmin edə bildiyini demişdir. Onun da daimi olaraq işi olmadığına görə Əliydərdən özülıü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvəllərinin Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində yerləşən postuna müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə düzəltməsini istəmişdir. Həmin vaxt 2022-ci ilin oktyabr ayının əvvəlləri olmuşdur. O, Əliydərə onu işə düzəltməsini dedikdən sonra, sonuncu ona maraqlanıb xəbər edəcəyini bildirmiş və həmin vaxt onun mobil telefon nömrəsini götürmüşdür. Bir neçə saat sonra Əliydər ona zəng edərək həmin yerdə onun işə düzələ biləcəyini, ancaq buna görə ümumilikdə 9000 manat pul verməli olduğunu demişdir. O da Əliydərə demişdir ki, əgər Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində yerləşən postda onu işə düzəldə biləcəksə onda həmin pulu verər. Əliydər də onu əmin etmişdir ki, işi alınacaqdır. O da Əliydərə demişdir ki, bir neçə günə pulu verəcəkdir. 2022-ci ilin oktyabr ayının ortalarında o, yaşadığı evdən özünə məxsus olan 8000 manat pulu götürüb Əliydərlə görüşməyə getmişdir. Əliydərlə görüşüb pulu verməyə gedən zaman qayınatası Şahid1 ilə birlikdə getmişdir ki, sonuncu da bu işdə bir^böyük kimi onun yanında olsun. O, həmin vaxt Əliydərlə Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən “Lux oil” yanacaq doldurma məntəqəsinin qarşısında görüşmüşdür. Qayınatası Elçin və o Əliydərin idarə etdiyi “Mercedes” markalı minik avtomobilinə əyləşmişlər. Qayınatası Elçin avtomobilin ön sağ oturacağına, o isə arxa oturacağa əyləşmişdir. Əliydərlə görüşməyə gedən zaman o yolda 8000 manat pulu qayınatası Elçinə vermişdir ki, Əliydərə pulu qayınatası versin. Onlar Əliydərin idarə etdiyi avtomobilə əyləşdikdən sonra o Əliydərə demişdir ki, 9000 manat pula işin düzələcəyini danışsalar da hazırda onun 8000 manat pulu vardır, qalan 1000 manat pulu da iki gün sonra tapıb verəcəkdir. Əliydər onunla razılaşmış və həmin vaxt qayınatası Elçin ona məxsus olan 8000 manat pulu cibindən çıxarıb sayaraq Əliydərə vermişdir. Əliydər də pulu götürdükdən sonra sayıb əynində olan pencəyin cibinə qoymuşdur. Pulu alan zaman Əliydər demişdir ki, uzağı iki həftəərzindəonu müvafiq təlimlərə dəvət edəcəklər. Həmin gündən iki gün sonra, yəni, yenə də 2022-ci ilin oktyabr ayının ortalarında qayınatası Elçinlə birlikdə gedib birinci dəfə pulu verdiyi yerdə Əliydərlə görüşüb sonuncuya bu dəfə qalan 1000 manat pulu vermişlər. Həmin vaxt da Əliydərə pulu qayınatası Şahid1 vermişdir, lakin həmin 1000 manat pul da onun özünə məxsus olmuşdur. Həmin vaxtdan təxminən iki həftə sonra Əliydər ona zəng edərək Bakı şəhərinə gəlməsini, Hərbi Dəniz Qüvəllərinə işə qəbul olmaq üçün kursun başlayacağını, həmin kurs üçün qrupun yığıldığını, ona görə də gedib oraya müraciət etməli olduğunu bildirib onu Bakı şəhərində özü ilə görüşməyə dəvət etmişdir. O da səhəri gün hazırlaşıb Bakı şəhərinə getmiş və Bakı şəhərində Əliydərlə görüşmüşdür. Görüşdükdən sonra Əliydər onu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvəllərinin Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinə aparmış və o həmin hərbi hissəyə daxil olub sənəd qəbulu üçün gəldiyini bildirmişdir. Orada səlahiyyətli şəxslər onun sənədlərinə baxdıqdan sonra yaşma görə qəbul oluna bilməyəcəyini bildirmişlər. O hərbi hissəyə girəndə Əliydər onu bayırda gözləmişdir. O hərbi hissədən çıxıb Əliydərə yaşı ilə əlaqədar onu qəbul etmədiklərini və sənədlərini götürmədiklərini demişdir. Əliydər də ona demişdir ki, narahat olmasın, yaş məsələsini o həll edəcəkdir. Bundan sonra o Xaçmaz rayonuna qayıtmış və Əliydərdən xəbər gözləmişdir. Lakin həmin vaxtdan sonra xeyli müddət keçməsinə baxmayaraq onun işi düzəlməmişdir. O hər dəfə Əliydərdən zəng edib işin nə yerdə olduğunu soruşduqda sonuncu növbəti dəfə qəbulda işin düzələcəyini və onu dəvət edəcəklərini bildirib pulu qaytarmaqdan imtina etmişdir. O da sonradan eşitmidir ki, Əliydər bu adla bir neçə şəxsdən pul almış lakin heç kimi işə düzəltməmişdir, başa düşdmüşdür ki, Əliydər onu da aldadıb pulunu ələ keçirmişdir. Ona görə də Xaçmaz RPŞ-nə ərizə ilə müraciət etmişdir. Onun Əliydərö verdiyi 9000 manat pul özünə məxsus pullar olmuşdur. O həmin pulu əvvəlcə borc alıb versə də hazırda həmin borcu öz vəsaiti hesabına qaytarmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Hacıabdürrəhmanoba kəndində yaşayır. Onun bibisinin nəvəsi Şahid5 15 avqust 2018-ci il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvəllərinin Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsində müddətdən artıq xidmət edən hərbi həqiqi qulluqçu vəzifəsində xidmət edir və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvəllərinin N nömrəli hərbi hissəsinin Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində yerləşən postunda funksional vəzifələrini icra edir. Elxan həmin postda xidmətə çıxır və hazırda hərbi rütbəsi yoxdur. Elxan həmişə həhıin postda komandir vəzifəsində işləhıək istəmiş, lakin onun rütbəsi olmadığı üçün o həmin postda komandir işləyə bilməmişdir. O həmin postda komandir vəzifəsində işləmək üçün onun nıiçman rütbəsi olmalıdır. Ona görə də hər dəfəsində Elxan söhbət əsnasında atasına və əmisi Bilala demişdir ki, miçman rütbəsini alıb həmin postda komandir vəzifəsində işləmək onun arzudur. Ona görə də Bilal da çalışmışdır ki, Elxan müvafiq təlimlərdən keçib miçman rütbəsini alsın və gələcəkdə həmin postda komandir vəzifəsində işləsin. 2021-ci ilin avqust ayında söhbət əsnasında əvvəlcədən uzaqdan tanıdığı Əliydər adlı şəxs bibisi oğlu Bilala demişdir ki, onun Hərbi Dəniz Qüvvələrində yüksək vəzifəli tanışı vardır, həmin şəxsin vasitəsi ilə istənilən şəxsi hərbi dəniz qüvvələrində işə düzəldə bilər. Bu zaman Bilal Əliydərə demişdir ki, köməklik etsin, Elxan miçman rütbəsini alsın və rütbə aldıqdan sonra Elxan işlədiyi yerdə komandir vəzifəsinə keçsin. Əliydər də Bilal ilə razılaşmış və Elxanın müvafiq təlimlərdən keçib miçman rütbəsi almasına köməklik edəcəyini bildirmişdir. Həmin vaxt Əliydər adlı şəxs Bilala demişdir ki, bu işin düzəlməsi üçün ümumilikdə 7000 manat pul lazım olacaqdır. Elxan da bir müddət fikirləşdikdən sonra Əliydərlə razılaşmış və 2021-ci ilin sentraybr ayının əvvəllərində Bilal özünə məxsus olan 6000 manat pulu götürüb o və bibisi oğlu Əmrulla ilə birlikdə Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən Xudat şəhər avtovağzalının qarşsma gəlmişlər. Bilal demişdir ki, həmin yerdə Elxanın işinin düzəlməsi üçün Əliydər adlı şəxs 6000 manat pul verəcəkdir. Onlar həmin yerə çatanda görmüşlər ki, əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yanında dayanıb. O, həmin vaxt bilmişdir ki, Əliydər idarə etdiyi avtomobil ilə taksi faəliyyəti ilə məşğul olur. Onlar oraya çatıb avtomobildən enmişlər və Bilal onlardan bir qədər uzaqlaşıb Əliydərin yanma getmişdir. Bilal orada bir qədər Əliydərlə söhbət etdikdən sonra cibində olan 6000 manat pulu çıxarıb sayaraq Əliydərə vermişdir. Həmin vaxt Bilal və Əliydərlə onların arasında təxminən 3-4 metr məsafə olardı. Əliydər həmin vaxt Bilaldan 6000 manat pulu götürüb pulu bu axşam işi düzəltməli olan şəxsə çatdıracağını vəElxanı uzağı bir həftə ərzində Bakı şəhərinə həmin kursa dəvət edəcəklərini bildirmişdir. Bilal da Əliydərlə razılaşdıqdan sonra onlar Əliydərlə sağollaşıb oradan uzaqlaşmışlar. Həmin vaxtdan 3 ay keçməsinə baxmayaraq Əliydərdən bir xəbər çıxmamışdır. Bu müddət ərzində Bilal dəfələrlə Əliydərə zəng edib işi maraqlansa da sonuncu hər dəfəsində müxtəlif bəhanələr gətirib işi yubatmışdır. Bu müddət ərzində Əliydərdən bir xəbər çıxmadığını və Elxanın hər hansı bir yerə dəvət olunmadığını görmüşlər, Bilal Elxana zəng edib Əliydərə onun miçman rütbəsini alması üçün kursa göndərilməsi məqsədi ilə 6000 manat pul verdiyini bildirmiş, bundan sonra Elxan zəng edib Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən hərbi hissədən soruşduqda, ona həmin hərbi hissədə artıq təlimlərin bağlandığını və onun adının yazıdırılmadığmı bildirmişlər. Bundan sonra Bilal dərhal Əliydərə zəng edib iş barəsində soruşduqda, sonuncu Bilala demişdir ki, qalan 1000 manat pulu da versə qardaşı oğlunun işi uzağı bir həftəərzində həll olunacaqdır. Buna görə də Bilal qalan 1000 manat pulu da verməyə razı olmuş və 2022-ci ilin aprel ayının ortalarında Bilal yaşadığı evdən 1000 manat pul götürüb yenə də o, və Əmrulla ilə birlikdə Xudat şəhəri, 2-ci şöbə yaşayış massivi ərazisində, Xudat-Nabran avtomobilin yolunun sol kənarında yerləşən “Dalğa” restoranının qarşısına getmişlər və orada Bilal 1000 manat pulu Əliydərə vermişdir. Əliydər 1000 manat pulu alan zaman Bilala demişdir ki, Elxanın işi bir həftə ərzində həll olunacaqdır. Lakin həmin vaxtdan indiyədək Əliydər nə Elxanın işini düzəltməmiş, nə də Bilalın 7000 manat pulunu qaytarmamışdır. Bundan sonra 2022-ci ilin oktaybr ayında kürəkəni Zərərçəkmiş şəxs3 onun yanma gələrək Bakı şəhərinə gedərkən təsadüfən Əliydər adlı şəxslə tanış olduğunu, yolda gedən zaman Əliydərin ona Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrində yüksək vəzifəli tanışı olduğunu, həmin şəxsin vasitəsi ilə Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrində işə düzəlmək istəyən şəxsləri işlə təmin edə bildiyini demişdir. Allahşükürün də daimi olaraq işi olmadığına görə Əliydərdən onu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvəllərinin hərbi hissəsinin Xaçmaz' rayonu, İstisu qəsəbəsi ərazisində yerləşən postunda müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə diizəltməsini istəmişdir. Bu barədə aralarında söhbət etdikdən sonra Əliydər Allahşükür barədə məlumatları soruşub maraqlanacağını demişdir. Bir neçə saat sonra Əliydər Allahşükürə zəng edərək həmin yerdə onu işə düzəldə biləcəyini, ancaq buna görə ümumilikdə 9000 manat xərcinin çıxacağını demişdir. Allahşükür də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvəllərinin hərbi hissəsinin Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində yerləşən postunda onu işə düzəldə biləcəksə onda həmin pulu verə biləcəyini demişdir. Əliydər də onu əmin etmişdir ki, işi həll edəcəkdir. Allahşükür bu barədə ona deyəndə o, ona Əliydəri tanıdğmı bildirmiş və öz özünə fikirləşmişdir ki, X1 da işini düzəltmək üçün pul almışdır, əgər edə bilməsəydi onda almazdı, ona görə də Əliydərin bu işi də düzəldə biləcəyinə inanaraq o, da bu işə razılıq vermişdir. 2022-ci ilin oktyabr ayının ortalarında Allahşükür ona demişdir ki, o, Əliydərə pul verməyə gedəcəkdir, o, da bir böyük kimi onun yanında olsun. O, da onunla razılaşmış və 2022-ci ilin oktyabr ayının ortalarında Allahşükür yaşadığı evdən özünə məxsus olan 8000 manat pulu götürmüş və ikisi birlikdə Əliydərlə görüşməyə getmişlər. Onlar həmin vaxt Əliydərlə Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən “Lux oil” yanacaq doldurma məntəqəsinin qarşısında görüşmüşlər. O, və Allahşükür Əliydərin idarə etdiyi “Mersedes” markalı minik avtomobilinə əyləşmişlər. O, avtomobilin ön sağ oturacağına, Allahşükür isə arxa oturacağa əyləşmişlər. Əliydərlə görüşməyə gedən zaman Allahşükür yolda 8000 manat pulu sayaraq ona vermişdir ki, Əliydərə pulu o, versin. Onlar Əliydərin idarə etdiyi avtomobilə əyləşdikdən sonra Allahşükür ona demişdir ki, 9000 manat pula işin düzələcəyini danışsalar da hazırda onun 8000 manat pulu vardır, qalan 1000 manat pulu da iki gün sonra tapıb verəcəkdir. Əliydər də Allahşükürlə razılaşmış və həmin vaxt o, Allahşükürə aid olan 8000 manat pulu cibindən çıxarıb sayaraq Əliydərə vermişdir. Əliydər də pulu götürdükdən sonra sayıb əynində olan pencəyin cibinə qoymuşdur. Pulu alan zaman Əliydər demişdir ki, uzağı iki həftə ərzində Allahşükürü dəvət edəcəklər. Həmin gündən iki gün sonra, yəni, yenə də 2022-ci ilin oktyabr ayının ortalarında Allahşükür onunla birlikdə gedib birinci dəfə pulu verdikləri yerdə Əliydərlə görüşüb bu dəfə ona qalan 1000 manat pulu vermişlər. Həmin vaxt da Əliydərə pulu o, vermiş, lakin həmin 1000 manat pul da Allahşükürə məxsus olmurdur. Həmin vaxtdan təxminən iki həftə sonra Əliydər Allahşükürə zəng edərək Bakı şəhərinə gəlməsini, Hərbi Dəniz Qüvəllərinə işə qəbul olmaq üçün kursun başlayacağını, həmin kurs üçün qrupun yığıldığını, ona görə də gedib oraya müraciət etməli olduğunu bildirib Allahşükürü Bakı şəhərində özü ilə görüşməyə dəvət etmişdir. Allahşükür də səhəri gün hazırlaşıb Bakı şəhərinə getmiş və Bakı şəhərində Əliydərlə görüşmüşdür. Görüşdükdən sonra Əliydər Allahşükürü Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən hərbi hissəyə aparsa da Allahşükürün işi alınmamışdır. Əliydər də ona narahat olmamasını, nə problem çıxsa həll edəcəyini demişdir. Bundan sonra Allahşükür Xaçmaz rayonuna qayıtmış və Əliydərdən xəbər gözləmişdir. Lakin həmin vaxtdan sonra xeyli müddət keçməsinə baxmayaraq Əliydərdən bir xəbər çıxmamışdır. Keçən müddət ərzində Əliydər nə pulu qaytarmadığından, nə də ki işi düzəldə bilmədiyindən Allahşükür gəlib onun barəsində şikayət etmişdir. O, Bilalın Əliydərə pul verməsini görmüşdür. Bilal birinci dəfə Əliydərə 6000 manat, ikinci dəfə isə 1000 manat olmaqla ümumilikdə 7000 manat pul vermişdir. O, Xudat şəhərində hərdən Əliydəri görmüş, onunla yaxın münasibəti olmasa da onun kim olmasını bilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Hacıəbdürrəhmanoba kəndində yaşayır. Onun oğlu Şahid5 15 avqust 2018-ci il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvəllərinin Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsində müddətdən artıq xidmət edən hərbi həqiqi qulluqçu vəzifəsində xidmət edir və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvəllərinin N nömrəli hərbi hissəsinin Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində yerləşən postunda funksional vəzifələrini icra edir. Oğlu Elxan həmin postda xidmətə çıxır və hazırda hərbi rütbəsi yoxdur. Elxan həmişə həmin postda komandir vəzifəsində işləmək istəmiş, lakin onun rütbəsi olmadığıüçün o həmin postda komandir işləyə bilməmişdir. Oğlu həmin postda komandir vəzifəsində işləmək üçün onun miçman rütbəsi olmalı idi. Ona görə də hər dəfəsində Elxan söhbət əsnasında ona və əmisi Bilala demişdir ki, miçman rütbəsini alıb həmin postda komandir vəzifəsində işləmək onun arzudur. Qardaşı Bilal da çalışmışdır ki, Elxan müvafiq təlimlərdən keçib miçman rütbəsini alsın və gələcəkdə həmin postda komandir vəzifəsində işləsin. O, Xaçmaz rayonu, Köhnə-Xudat kənd sakini Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Əliydər uzun müddətdir ki, Bakı şəhəri-Xaçmaz rayonu arası taksi faəliyyəti ilə məşğul olur, hətta bir müddət o, Xudat şəhəri ərazisində restoran da işlətmişdir. 2021-ci ilin avqust ayında söhbət əsnasında Əliydər qardaşı Bilala demişdir ki, onun Hərbi Dəniz Qüvvələrində yüksək vəzifəli tanışı vardır, həmin şəxsin vasitəsi ilə istənilən şəxsi hərbi dəniz qüvvələrində işə düzəldə bilər. Bu zaman Bilal Əliydərə demişdir ki, köməklik etsin, onun oğlu Elxan miçman rütbəsini alsın və rütbə aldıqdan sonra Elxan işlədiyi yerdə kmandir vəzifəsinə keçsin. Əliydər də Bilal ilə razılaşmış və Elxanın müvafiq təlimlərdən keçib miçman rütbəsi almasına köməklik edəcəyini bildirmişdir. Həmin vaxt Əliydər Bilala demişdir ki, bu işin düzəlməsi üçün ümumilikdə 70t)0 manat pul lazım olacaqdır. Elxan da bir müddət fikirləşdikdən sonra Əliydərin təşəbbüsü ilə razılaşmış və 2021-ci ilin sentraybr ayının əvvəllərində Bilal özünə məxsus olan 6000 manat pulu götürüb o, və dayısı oğlu Şahid1lə birlikdə Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən Xudat şəhər avtovağzalının qarşsına gəlmişlər. Çünki, Xudat şəhərindən Bakı şəhərinə gedm taksilərin dayanacaq yeri həmin yer idi. Oraya çatanda görmüşlər ki, Əliydər idarə etdiyi avtomobilin yanında dayanıb. Onlar oraya çatıb avtomobildən enmişlər və Bilal onlardan bir qədər uzaqlaşıb Əliydərin yanma getmişdir. Bilal orada bir qədər Əliydərlə söhbət etdikdən sonra cibində olan 6000 manat pulu çıxarıb sayaraq Əliydərə vermişdir. Həmin vaxt Bilal və Əliydərlə onların arasında təxminən 3-4 metr məsafə olardı. Əliydər həmin vaxt Bilaldan 6000 manat pulu götürüb pulu bu axşam işi düzəltməli olan şəxsə çatdıracağını və oğlu Elxanı uzağı bir həftə ərzində Bakı şəhərinə həmin kursa dəvət edəcəklərini bildirmişdir. Bilal da Əliydərlə razılaşdıqdan sonra onlar Əliydərlə sağollaşıb oradan uzaqlaşmışlar. Həmin vaxtdan 3 ay küçməsinə baxmayaraq Əliydərdən bir xəbər çıxmamışdır. Bu müddət ərzində qardaşı Bilal dəfələrlə Əliydərə zəng edib işi maraqlansa da sonuncu hər dəfəsində müxtəlif bəhanələr gətirib işi yubatmışdır. Bu müddət ərzində Əliydərdən bir xəbər çıxmadığını və Elxanın hər hansı bir yerə dəvət olunmadığını gördükdə, Bilal Elxana zəng edib Əliydərə onun miçman rütbəsini alması üçün kursa göndərilməsi məqsədi ilə 6000 manat pul verdiyini bildirmişdir. Bundan sonra Elxan zəng edib Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən hərbi hissədən soruşduqda, ona həmin hərbi hissədə artıq təlimlərin başlandığını və onun adının yazıdırılmadığmı bildirmişəlr. Bundan sonra Bilal dərhal Əliydərə zəng edib iş barəsində soruşduqda, sonuncu Bilala demişdir ki, qalan 1000 manat pulu da versə qardaşı oğlunun işi uzağı bir həftə ərzində həll olunur. Buna görə də Bilal qalan 1000 manat pulu da verməyə razı olmuş və 2022-ci ilin aprel ayının ortalarında Bilal yaşadığı evdən 1000 manat pul götürüb yenə də o, və dayısı oğlu Elçin ilə birlikdə Xudat şəhəri, 2-ci şöbə yaşayış massivi ərazisində, Xudat-Nabran avtomobiln yolunun sol kənarında yerləşən “Dalğa” restoranının qarşısına getmişlər və orada Bilal 1000 manat pulu Əliydərə vermişdir. Əliydər 1000 manat pulu alan zaman Bilala bildirmişdir ki, Elxanın işi bir həftə ərzində həll olunacaqdır. Lakin həmin vaxtdan indiyədək Əliydər nə Elxanın işini düzəltməmiş, nə də qardaşı Bilalın 7000 manat pulunu qaytarmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Xudat şəhəri, 2-ci şöbə yaşayış massivində yaşayır. Zərərçəkmiş şəxs2 onun oğludur. X4 Qarabağ müharibəsi iştirakçısıdır və 2021-ci ilin iyul ayında hərbi xidmətdən gəlmişdir. Rəşid hərbi xidmətdən gəldikdən sonra bir müddət işsiz qalmışdır. Bu müddət ərzindəo Rəşidəiş tapmağa çalışmışdır. Rəşidəiş tapmaq barəsində o Xudat şəhərində tanışlarından maraqlandıqda tanışlarıona demişlər ki, Xaçmaz rayonu, Köhnə-Xudat kənd sakini Əliydər adlı şəxs vətəndaşları işə düzəldə bilmişdir. Buna görə də o Əliydər barəsində maraqlandıqda ona demişlər ki, o, Bakı şəhəri-Xaçmaz rayonu arasında taksi faəliyyəti ilə məşğul olur. O, 2021-ci ilin noyabr ayının ortalarında Əliydərlə Xudat şəhərində görüşüb söhbət edən zaman Əliydər ona təklif etmişdir ki, oğlu Rəşidi Azərbaycan Respublikası Hərbi Dəniz Qüvəllərində işə düzəldə bilər. Həmin vaxt o Rəşidi də öz yanlarına dəvət etmiş və Rəşid də onların yanma gəlmiş, onlar Xudat şəhərində çayxanada oturub söhbət etmişlər, Əliydər orada demişdir ki, ümumilikdə 9500 manat pula Rəşidi Azərbaycan Respublikası Hərbi Dəniz Qüvəllərinin Bakışəhəri, Qaradağ rayonu ərazisində yerləşən hərbi hissəsinin Xaçmaz rayonu, İstisu qəsəbəsf ərazisində yerləşən postunda işə düzəldə bilər. Onlar da Əliydərlə razılaşmışlar, lakin əllərində o qədər pulun olmadığını bildirmişlər. Bu zaman Əliydər onlara demişdirki, pulun 7000 manatını əvvəlcədən, qalan 2500 manatını isə 2022-ci ilin yay fəslinə verərlər. Onlar Əliydərlə razılaşmışlar və Rəşid iş üçün pul axtarmağa başlamışdır. Rəşid 2021-ci ilin dekabr ayının ortalarında dostundan 4900 manat borc pul alilə həmin pulu Əliydərə verməsi üçün ona vermişdir. O da Rəşiddən həmin pulu alıb 2021-ci ilin dekabr ayının ortalarında Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən Xudat şəhər avtovağzalının həyətində Əliydərə vermişdir. Pulu verən zaman Əliydər pulun qalan hissəsini soruşduqda o Əliydərə ona bir neçə günə pulun qalan hissəsini də verəcəklərini demişdir. Həmçinin Əliydər ona həmin vaxt oğlu Rəşidin adlarını xatırlamadığı bir neçə sənədi yığmasını demiş, o da gedib həmin sənədləri yığması üçün Rəşidə bildirmişdir. Bundan sonra Rəşid həmin sənədləri yığa-yığa pulun qalan hissəsini axtarmağa başlamışdır. 2021- ci ilin dekabr ayının sonlarında Rəşid başqa bir tanışından 2000 manat borca pul almış və həmin pulu da Əliydərə verməsi üçün ona vermişdir. O da həmin vaxt Əliydərlə danışmış və Əliydər ona Bakı şəhərində olduğunu bildirmişdir. O Əliydərdən pulu necə çatdıracağını soruşduqda, Əliydər ona demişdir ki, Bakı şəhərinə gələn taksilərin biri ilə pulu ona göndərsin. O da həmin vaxt Xudat şəhər avtovağzalına gedib Bakı şəhərinə birinci gedəcək taksinin hansı olduğunu soruşmuş, Fazil adlı taksi sürücüsü bildirmişdir ki, Bakı şəhərinə birinci o gedəcəkdir. O Fazil adlı şəxsdən Əliydəri tanıyıb-tanımadığını soruşmuş, Əliydər də taksi fəaliyyəti ilə məşğul olduğu üçün həmin şəxs Əliydəri tanıdığını bildirmişdir. O da oradan Əliydərə zəng edib məlumat verdikdə, Əliydər də Fazil adlı taksi sürücüsünü tanıdığını bildirmiş və telefonu Fazilə verməsini demişdir. O mobil telefonu Fazilə vermiş, Əliydər telefonda Fazillə danışdıqdan sonra ona demişdir ki, 2000 manat pulu Fazilə versin. O da 2021-ci ilin dekabr ayının sonunda, yəni həmin gün 2000 manat pulu Fazilə vermişdir ki, aparıb Əliydərə çatdırsın. Həmin günün axşamı Əliydər ona zəng edib 2000 manat pulu aldığını bildirmişdir. Həmin gündən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq Əliydər nə Rəşidi işə düzəltməmiş, nə də ki Rəşidin 6900 manat pulunu geri qaytarmamışdır. Rəşid hər dəfə Əliydərdən pulunu tələb edəndə o, müxtəlif bəhanələr deyərək pulu verməkdən yayınmışdır. Sonradan onlar Rəşidin borc aldığı şəxslərin pullarını qaytarmışlar. Həmin pulları Rəşid özü işləyib əldə etdiyi pullar ilə qaytarmışdır. Əliydərə verdikləri 6900 manat pul oğlu Rəşidə məxsus olmuşdur. İbtidai istinaq zamanı ifadəsi alınmış və məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq araşdırılmış Şahid4 ifadəsində göstərmişdir ki, onun bibisi nəvəsi Şahid5 15 avqust 2018-ci il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvəllərinin Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsində müddətdən artıq xidmət edən hərbi həqiqi qulluqçu vəzifəsində xidmət edir və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvəllərinin N nömrəli hərbi hissəsinin Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində yerləşən postunda funksional vəzifələrini icra edir. Elxan həmin postda xidmətə çıxır və hazırda hərbi rütbəsi yoxdur. Elxan həmişə həmin postda komandir vəzifəsində işləmək istəmiş, lakin onun rütbəsi olmadığı üçün o həmin postda komandir işləyə bilməmişdir. Elxan həmin postda komandir vəzifəsində işləmək üçün onun miçman rütbəsi olmalı idi. Ona görə də hər dəfəsində Elxan söhbət əsnasında atasına və əmisi Bilala demişdir ki, miçman rütbəsini alıb həmin postda komandir vəzifəsində işləmək onun arzudur. Ona görə də Bilal da çalışmışdır ki, Elxan müvafiq təlimlərdən keçib miçman rütbəsini alsın və gələcəkdə həmin postda komandir vəzifəsində işləsin. 2021-ci ilin avqust ayında söhbət əsnasmda'əvvəlcədən uzaqdan tanıdığı Əliydər adlı şəxs bibisi oğlu Bilala demişdir ki, onun Hərbi Dəniz Qüvvələrində yüksək vəzifəli tanışı vardır, həmin şəxsin vasitəsi ilə istənilən şəxsi hərbi dəniz qüvvələrində işə düzəldə bilər. Bu zaman Bilal Əliydərə demişdir ki, köməklik etsin, Elxan miçman rütbəsini alsın və rütbə aldıqdan sonra Elxan işlədiyi yerdə komandir vəzifəsinə keçsin. Əliydər də Bilal ilə razılaşmış və Elxanın müvafiq təlimlərdən keçib miçman rütbəsi almasına köməklik edəcəyini bildirmişdir. Həmin vaxt Əliydər adlı şəxs Bilala demişdir ki, bu işin düzəlməsi üçün ümumilikdə 7000 manat pul lazım olacaqdır. Bilalda bir müddət Fikirləşdikdən sonra Əliydərlə razılaşmış və 2021-ci ilin sentraybr ayının əvvəllərində Bilal özünə məxsus olari 6000 manat pulu götürüb o, və bibisi oğlu Əmrulla ilə birlikdə Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən Xudat şəhər avtovağzalının qarşsına gəlmişlər. Bilal demişdir ki, həmin yerdə Elxanın işinin düzəlməsi üçün Əliydər adlı şəxs 6000 manat pul verəcəkdir. Onlar həmin yerə çatanda görmüşlər ki, əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yanında dayanıb. O, həmin vaxt bilmişdir ki, Əliydər idarə etdiyi avtomobil ilə taksi faəliyyəti ilə məşğul olur. Onlar oraya çatıb avtomobildən enmişlər və Bilal onlardan bir qədər uzaqlaşıb Əliydərin yanma getmişdir. Bilal orada bir qədər Əliydərlə söhbət etdikdən sonra cibində olan 6000 manat pulu çıxarıb sayaraq Əliydərə vermişdir. Həmin vaxt Bilal və Əliydərlə onların arasında təxminən 3-4 metr məsafə olmuşdur. Əliydər həmin vaxt Bilaldan 6000 manat pulu götürüb pulu bu axşam işi düzəltməli olan şəxsə çatdıracağını və Elxanı uzağı bir həftə ərzində Bakı şəhərinə həmin kursa dəvət edəcəklərini bildirmişdir. Bilal da Əliydərlə razılaşdıqdan sonra onlar Əliydərlə sağollaşıb oradan uzaqlaşmışlar. Həmin vaxtdan 3 ay keçməsinə baxmayaraq Əliydərdən bir xəbər çıxmamışdır. Bu müddət ərzində Bilal dəfələrlə Əliydərə zəng edib işi maraqlansa da sonuncu hər dəfəsində müxtəlif bəhanələr gətirib işi yubatmışdır. Bu müddət ərzində Əliydərdən bir xəbər çıxmadığını və Elxanın hər hansı bir yerə dəvət olunmadığını gördükdə, Bilal Elxana zəng edib Əliydərə onun miçman rütbəsini alması üçün kursa göndərilməsi məqsədi ilə 6000 manat pul verdiyini bildirmiş, bundan sonra Elxan zəng edib Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən hərbi hissədən soruşduqda, ona həmin hərbi hissədə artıq təlimlərin başlandığını və onun adının yazdırılmadığını bildirmişlər. Bundan sonra Bilal dərhal Əliydərə zəng edib iş barəsində soruşduqda, sonuncu Bilala demişdir ki, qalan 1000 manat pulu da versə qardaşı oğlunun işi uzağı bir həftəərzində həll olunacaqdır. Buna görə də Bilal qalan 1000 manat pulu da verməyə razı olmuş və 2022-ci ilin aprel ayının ortalarında Bilal yaşadığı evdən 1000 manat pul götürüb yenə də o, və Əmrulla ilə birlikdə Xudat şəhəri, 2-ci şöbə yaşayış massivi ərazisində, Xudat-Nabran avtomobilin yolunun sol kənarında yerləşən “Dalğa” restoranının qarşısına getmişlər və orada Bilal 1000 manat pulu Əliydərə vermişdir. Əliydər 1000 manat pulu alan zaman Bilala demişdir ki, Elxanın işi bir həftə ərzində həll olunacaqdır. Lakin həmin vaxtdan indiyədək Əliydər nə Elxanın işini düzəltməmiş, nə də Bilalın 7000 manat pulumu qaytarmamışdır. İbtidai istinaq zamanı ifadəsi alınmış və məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq araşdırılmış Şahid5 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Hacıəbdürrəhmanoba kəndində yaşayır. 15 avqust 2018-ci il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvəllərinin Bakışəhəri, Qaradağ rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsində müddətdən artıq xidmət edən hərbi həqiqi qulluqçu vəzifəsində xidmət edir və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvəllərinin N nömrəli hərbi hissəsinin Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində yerləşən postunda funksional vəzifələrini icra edir. O, ancaq həmin yerdə xidmətə çıxır və hazırda hərbi rütbəsi yoxdur. Xidmət etdiyi postda komandir heyətinə aid iki nəfər şəxs vardır və həmin şəxslərin rütbələri miçman rütbəsidir. Xidmət etdiyi postun ümumi 12 nəfər şəxsi heyəti vardır, həmin şəxsi heyətin iki nəfəri miçman rütbəsini daşımaqla komandir vəzifələrini icra edirlər. O, da gələcəkdə müvafiq təlimlərdən keçib miçman rütbəsini alaraq komandir vəzifəsini icra etmək istəmiş, bu məqsədlə dəfələrlə əmisi Zərərçəkmiş şəxs1 ilə söhbət etmiş və bu istəyini əmisi Bilala da bildirmişdir. Əmisi Bilal da istəmişdir ki, o, gələcəkdə miçman rütbəsini alaraq işlədiyi postda komandir vəzifəsini icra etsin. O, miçman rütbəsini almaq üçün tabe olduğu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvəllərinin N nömrəli hərbi hissəsində müvafiq təlimlərdən uğurla keçdikdən sonra rəhbəlik ona miçman rütbəsini verəcəkdir. 2022-ci ilin mart ayında əmisi Bilal ona zəng edərək onun miçman rütbəsi alması üçün Əliydər adlı şəxsə 6000 manat pul verdiyini, onu artıq indiyədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvəllərinin N nömrəli hərbi hissəsinə dəvət edib təlim keçməli olmalarını deyib ondan həmin hərbi hissəyə onu dəvət edib-etməmələrini soruşmuş, o, da əmisinə onu hər hansı bir yerə dəvət etmədiklərini deyib hərbi hissədən maraqlanacağını demişdir. Əmisi ilə telefon əlaqəsini kəsdikdən sonra hərbi hissəyə zəng edib təlim barəsində maraqlandıqda oradan ona bildirmişlər ki, artıq təlim bir neçə gündürki başlayıb və təlimdə iştirak etməli olan şəxslərin sırasında onun adı yoxdur. O, da bu barədə zəng edib əmisinə bildirmişdir. 2022-ci ilin aprel ayının sonlarında da əmisindən öyrənmişdir ki, o, onun işinə görə Təqsirləndirilən şəxs əlavə olaraq 1000 manat pul da vermişdir. Əmisi Zərərçəkmiş şəxs1 onun miçam rütbəsi alması üçün ümumilikdə 7000 manat pul versə də, indiyədək Təqsirləndirilən şəxs nə əmisinin pulunu qaytarmamış, nə də ki, onun işini düzəltməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə ittiham elan olunmuş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvəllərinin N nömrəli hərbi hissəsinin Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində yerləşən postunda müddətdən artıq hərbi xidmətdə olan qardaşı oğlu Şahid5 miçman rütbəsinin verilməsini təmin edəcəyinə dair vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 şəxsən 2021-ci ilin sentyabr ayının əvvəllərində Xaçmaz, rayonu. Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən Xudat şəhər avtovağzalının qarşısında 6000 manat, 2022-ci ilin aprel ayının ortalarında isə Xaçmaz rayonu, Xudat şəhəri, 2-ci şöbə yaşayış massivi ərazisində, Xudat-Nabran avtomobil yolunun sol kənarında yerləşən “Dalğa” restoranının qarşısında 1000 manat olmaqla, ümumilikdə xeyli miqdar təşkil edən 7000 manat pul vəsaitini alıb ələ keçirərək, xeyli miqdarda ziyan vurmaqla etibardən sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə təkrar, Xaçmaz rayonu Xudat şəhər sakini Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvəllərinin N nömrəli hərbi hissəsinin Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində yerləşən postunda müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə düzəldəcəyinə dair vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 sonuncunun öz atası Şahid3 vasitəsi ilə göndərdiyi 4900 manat pul vəsaitini 2021-ci ilin dekabr ayının ortalarında Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən Xudat şəhər avtovağzalının həyətində, habelə taksi sürücüsü Şahid4 vasitəsi ilə göndərdiyi 2000 manat pul vəsaitini 2021-ci ilin dekabr ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində “Şamaxinka” adlanan yerdə alıb ələ keçirməklə, ümumilikdə xeyli miqdar təşkil edən, özgənin əmlakı olan Zərərçəkmiş şəxs2 məxsus 6900 manat pul vəsaitini alıb ələ keçirməklə, təkrar, xeyli miqdarda ziyan vurmaqla etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə təkrar, Xaçmaz rayonu, Nağıoba kənd sakini Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvəllərinin N nömrəli hərbi hissəsinin Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində yerləşən postunda müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə düzəldəcəyinə dair vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 qayınatası Şahid1 vasitəsi ilə göndərdiyi 8000 manat pul vəsaitini 2022-ci ilin oktyabr ayının ortalarında, habelə 1000 manat pul vəsaitini isə 2022-ci ilin oktyabr ayının ortalarında Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən “Lux oil” yanacaq doldurma məntəqəsinin qarşısında alıb ələ keçirməklə, ümumilikdə xeyli miqdar təşkil edən özgənin əmlakı olan Zərərçəkmiş şəxs3 məxsus 9000 manat pul vəsaitini alıb ələ keçirməklə, təkrar, xeyli miqdarda ziyan vurmaqla etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə olan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cəzanı ağırlaşdıran halları müəyyən etməmiş, cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməlləri nəticəsində vurulmuş ziyanın ödənilməməsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 19 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddia ərizələrinə dair aşağıdakları qeyd edir. Beləki, iş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə mülki iddia ərizəsi ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş maddi zərərin məblği olan 7000 (yeddi min) manat pulun və mülki iddia ərisəzi ilə bağlı ödənilmiş 90 (doxsan) manat dövlət rüsumunun təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq ona verilməsini xahiş etmişdir. Həmçinin iş üzrə Zərərçəkmiş şəxs3 məhkəməyə mülki iddia ərizəsi ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş maddi zərərin məblği olan 9000 (doqquz min) manat pulun və mülki iddia ərisəzi ilə bağlı ödənilmiş 110 (bir yüz on) manat dövlət rüsumunun təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər mülki iddiçı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 mülki iddinı müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs mülki iddianın təmin edilməsinə heç bir etirazının olmadığını bildirdi. Məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddia təmin edilməlidir. Belə ki, iş materiallarından və ibtidai istintaq zamanı iş üzrə Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxslərdən dələduzluq yolu pul aldığını etiraf etmişdir. Məhkəmə verilmiş mülki iddiaya hüquqi qiymət verərək və məhkəmə istintaqında iddianın dəlillərini araşdıraraq hesab edir ki, mülki iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə məsuliyyət qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Azərbaycan Respublikası CPM-nin 183.1.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə məsluiyyət qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3.-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişdirsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Hazırki cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ona vurulmuş maddi ziyanın ödənilmədiyini və ziyanlarını Təqsirləndirilən şəxs tələb etdiyini bildirsə də, cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək Təqsirləndirilən şəxs qarşı cinayət mühakimə icraatı qaydasında cinayət nəticəsində ona dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddia ərizəsi ilə müraciət etməmişdir. Ona görə də Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 izah olunur ki, cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiyindən onun Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 19 dekabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri ləğv edilsin və barəsində “həbs” qətimkan tədbiri seçilərək, o dərhal məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddialar təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 7000 (yeddi min) manat pul və mülki iddia ərizəsi ilə bağlı ödənilmiş 90 (doxsan) manat dövlət rüsumu alınaraq iş üzrə zərərçəkmiş, mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 9000 (doqquz min) manat pul və mülki iddia ərizəsi ilə bağlı ödənilmiş 110 (bir yüz on) manat dövlət rüsumu alınaraq iş üzrə zərərçəkmiş, mülki iddiaçı Zərərçəkmiş şəxs3 ödənilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №1(067)-153/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-153/2023
19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver