Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-153/2024 25.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qıznın katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1 hüquqi varisi X2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1962-ci ildə İran Respublikasının Ərdəbil şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Xaçmaz rayonu, Xudat şəhəri, Ş.Qurbanov küçəsi, ev 25-də qeydiyyatda olmaqla Xudat şəhəri, 1-ci şöbə ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 07 radələrində Xudat-Nabran yolunun Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisindən keçən 14-cü kilometrliyində texniki cəhətdən saz vəziyyətdə idarə etdiyi “Opel Vita minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili Xaçmaz rayonu, Nabran kəndi istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyib avtomobili əks hərəkət zolağına çıxararaq qarşıdan gələn X1 idarə etdiyi “VAZ 2107” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Opel Vita minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilidə olan sərnişinlər Zərərçəkmiş şəxs1 sol mil sümüyünün və sol tərəfdən Vİ qabırğanın sınıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır, Zərərçəkmiş şəxs2 sağ oturaq sümüyünün və dördüncü bel fəqərəsinin sınıqları, sağ baldır nahiyəsinin çapıqlaşmış yarası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağıг, “VAZ 2107” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobillin sürücüsü X3 döş boşluğuna qanaxma ilə müşahidə olunmuş hər iki tərəf qabırğaların çoxsaylı sınıqları nəticəsində ağ ciyərlərin zədələnməsi, sol baldır sümüklərinin açıq sınığı sağ baldır və sol bud sümüklərinin qapalı sınıqları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər alıb ölməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, subaydır, arvadı vəfat etmiş, övladları isə ondan ayrı yaşayır, özü təkbaşına dolanışığını təmin edir. Hadisə Xaçmaz rayonu, İstisu qəsəbəsində keçən avtomobil yolunda baş vermişdir. Belə ki, o, həmin ərazidə idarə etdiyi avtomobillə əvvəlcə 70 km/saat sürətlə hərəkətdə olmuş, həmin yolda olan sürət məhdudiyyəti ilə bağlı qoyulmuş yol nişanına uyğun olaraq hərəkət sürətini 45-50 km/saat sürətə endirərək idarə etməyə başlamış, bu vaxt irəlidən sürətlə gələn “VAZ 2107” markalı avtomobilin sürücüsü onun idarə etdiyi avtomobilə çatmağa 100 metr qalmış öz hərəkət zolağı ilə idarə etmiş, lakin həmin avtomobilin sürücüsü onun idarə etdiyi avtomobilə çatmağa 15-20 metr qalmış onun hərəkətdə olduğu sağ hərəkət zolağına, yəni onunla qarşı-qarşıya qəflətən çıxmış, o da müdafiə olunmaq üçün avtomobilini sol hərəkət zolağına, yəni əks hərəkət zolağına sürmək istəyəndə Səxavət Hüseynzadənin idarə etdiyi “VAZ 2107” markalı avtomobillə toqquşmuşlar, o, aldığı xəsarətlə əlaqədar bundan sonra nə baş verdiyini görməmiş, hadisə yerində özünə gələndə görmüşdür ki, onun idarə etdiyi avtomobil onun hərəkətdə olduğu zolaqda deyil, sol tərəfdədir. O, avtomobilinin sol tərəfdə olmasının səbəbini ora yığışmış şəxslərdən birindən soruşmuş, ona demişlər ki, onun avtomobili toqquşmadan sonra yolun orta xəttində olduğundan, həmin saatda da işə gedən adamlar olduğundan, hərəkətdə olan digər avtomobillərə maneçilik yaratdığı üçün orada olan şəxslər onun avtomobilini yolun sol tərəfinə itələyərək saxlamışlar, bu halın videogörüntüsü də onda vardır. Hadisə vaxtı onun ayağı sındığından avtomobildən yerə düşə bilməmişdir, hadisədən sonra eşitmə qabiliyyəti də zəifləmişdir. Hadisə yerinə təcili-tibbi yardım avtomobili gəlmiş, onları xəstəxanaya aparmışdır. TTY avtomobilində həkim olmamışdır ki, S.Hüseynzadəyə yol boyu tibbi yardım göstərsin, sonuncuya yol boyu tibbi yardım edilsəydi, bəlkə də, ölməzdi. Ona sonra məlum olmuşdur ki, Səxavət Hüseynzadə avtomobili idarə edərkən sərxoş vəziyyətdə olmuşdur. O, nəinki hadisə zamanı, ümumiyyətlə spirtli içki qəbul etmir, hətta siqaret də çəkmir. Əgər onun günahı varsa, ən ağır cəza almağa da razıdır. O, müstəntiqin hadisə yerinə baxışı ilə də razı deyil, belə ki, müstəntiq hadisədən xeyli sonra, onun avtomobili toqquşma yerindən tərpədilərək başqa yerə qoyulduqdan sonra, saat 11-12 radələrində hadisə yerinə baxış keçirib fotoşəkillər çəkmişdir. Həmçinin bildirdi ki, Səxavət Hüseynzadə idarə etdiyi avtomoli onun hərəkət zolağına çıxararaq idarə edib onunla toqquşmaya az məsafə qalmış o, idarə etdiyi öz avtomobilini sol hərəkət zolağına çıxarmaq istəyən zaman S.Hüseynzadə də avtomobilini öz hərəkət zolağına qaytarmış və bu zaman onlar toqquşmuşlar. O, avtomobili qazanc əldə etmək üçün çətinliklə almış, maddi vəziyyəti ağırdır. O, hazırkı cinayət işi üzrə yolnəqliyyat hadisəsi zamanı xəsarətlər almış, həmin xəsarətlərlə bağlı bir neçə dəfə əməliyyat olunmuş, hazırda da dərmanlar qəbul edir, sınan ayağı hazırda da normal vəziyyətə düşməmiş, həmin ayağında şişmələr olur, qeyd olunanların nəzərə alınmasını və barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, onun avtomobil idarə etmək üçün “BC” dərəcəli sürücülük hüququ vardır. xx.xx.2023-cü il tarixdə, saat təxminən 07 radələrində etibarnamə ilə idarə etdiyi “Opel Vita” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evdən çıxıb Xaçmaz rayonu Nabran kəndində yerləşən El faro istirahət mərkəzindən sərnişin gətirmək üçün yola çıxmış və yoldan iki nəfər də sərnişin götürmüşdür. İdarə etdiyi “Opel Vita” markalı avtomobillə Xaçmaz rayonu İstisu qəsəbəsində keçərkən təxminən 500 metr məsafədən Nabran istiqamətindən “VAZ 2107” markalı avtomobilin onun hərəkət zolağına çıxaraq onun idarə etdiyi avtomobilin üzərinə gəldiyini görmüş və daha sonra 100 metrə məsafə qalmış avtomobili öz yoluna çəkmiş və bundan sonra o, həmin avtomobili vurmamaq üçün avtomobili əks hərəkət zolağına çıxararaq toqquşmuşdur. Hadisədən sonra onu və "VAZ 2107" markalı avtomobilin sürücüsünü xəstəxanaya aparmışlar. Xəstəxanada "VAZ 2107" markalı avtomoilin sürücüsü, sonradan adını bildiyi Səxavətin öldüyünü bilmişdir. Hadisə nəticəsində özü də müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X1 hüquqi varisi X7 ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxsin ifadəsində bildirdikləri ilə razı deyil. Belə ki, onun mərhum qardaşı Səxavət avtomobili yaxşı idarə edən olmuş, uzun müddət iş adamlarının yanında işləmiş, hadisə vaxtı təqsirləndirilən şəxsin hərəkətdə olduğu zolağa çıxmamışdır. Təqsirləndirilən şəxsin dediyi kimi olmuş olsaydı belə, ən azından təqsirləndirilən şəxs avtomobilini kənara çəkib saxlayardı, belə olan halda onun qardaşı təqsirləndirilən şəxsin avtomobilinə dəysəydi, təqsirkar qardaşı olardı. Həmçinin bildirdi ki, qardaşı Səxavət onunla birlikdə eyni evdə yaşamışlar, hadisə baş verən gündən əvvəlki gecə Səxavət evə gəlməmiş, gecə saat 4 radələrində o, yuxudan ayıldıqda da görmüşdür ki, qardaşı hələdə evə gəlməyib, qardaşı elə vaxtlar olmuşdur ki, iş yerində qalaraq evə gəlməmişdir. Hadisə baş verən gün səhər saatlarında ona məlumat vermişlər ki, qardaşı Səxavət avtoqəzaya düşmüş, o, dərhal xəstəxanaya getmiş, qardaşı xəstəxanda iki-üç saat sağ olmuş, sonra isə ölmüşdür. O, təqsirləndirilən şəxslə barışmamış, təqsirləndirilən şəxsdən hər hansı ziyan məbləği tələb etmir, təqsirləndirilən şəxs onlara gələrək barışmağa səy göstərib üzrxahlıq etməmişdir. Təqsirləndirilən şəxs özü qardaşının yas məclislərinə gəlməmiş, təqsirləndirilən şəxsin bacısı-qardaşı yas mərasiminə gəlmişlər. O, təqsirləndirilən şəxsə qarşı şikayətçidir, təqsirləndirilən şəxsə cəza təyin edilməsini istəyir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, onlar, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Xaçmaz rayonunun Nabran kəndi istiqamətində hərəkətdə olarkən onlarla əks istiqamətdə irəlidən gələn iş üzrə ölmüş zərərçəkmiş şəxs Səxavət Hüseynzadənin avtomobilinin onlara çatmağa 100 metr məsafə qalmış onların hərəkət zolağına çıxdığını görmüşlər. Zərərçəkmiş şəxsin idarə etdiyi avtomobil təqsirləndirilən şəxsin avtomobili ilə toqquşmağa çox az məsafə qalmış təqsirləndirilən şəxs avtomobilini sol tərəfə qaçırmış, elə həmin anda da zərərçəkmiş şəxs də öz avtomobilini öz hərəkət zolağına qaytarmış və bu anda da toqquşmuşlar. Daha sonra isə onlar xəsarət aldıqları üçün xəstəxanaya aparılmışlar. Həmçinin bildirdi ki, o, təqsirləndirilən şəxsi əvvəllər tanımamış, hadisə vaxtı o və digər Zərərçəkmiş şəxs1 Nabran istiqamətində getmək üçün təqsirləndirilən şəxsin avtomobilinə taksi olaraq əyləşmişlər. O, avtomobilin arxa, Zərərçəkmiş şəxs1 isə qabaq oturacağında əyləşmişlər. Hadisə zamanı təqsirləndirilən şəxs avtomobili təxminən 60 km/saat sürətlə idarə etmişdir. Səxavət Hüseynzadənin idarə etdiyi avtomobil 100 metr məsafə qalmış onların hərəkət zolağına çıxmışdır. S.Hüseynzadənin onların hərəkət zolağına çıxmasının səbəbi ötmə əməliyyatı etməsi olmamış, səbəbini bilmir. Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmamış, avtomobili normal vəziyyətdə idarə etmişdir. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs idarə etdikləri avtomobilləri eyni anda eyni istiqamətə qaçırmışlar və dərhal da toqquşma baş vermişdir. Onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Hazırda onun səhhəti tam qaydasındadır. O, təqsirləndirilən şəxsə cəza təyinini məhkəmənin mülahizəsinə verir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarında olan ifadəsindən (xx.xx.2023) müəyyən edilir ki, o, rəsmi olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində qrup komandiri vəzifəsində, gizir rütbəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə, saat 07 radələrində iş yoldaşı baş çavuş Zərərçəkmiş şəxs1la birlikdə Nabran kəndinə getmək üçün yaşadıqları hərbi şəhərciyin yaxınlığından Xudat-Nabran yoluna çıxmışlar. Bir qədər sonra “Opel Vita minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil onların olduqları yerdə dayanmış və o, Alxasla birlikdə avtomobilə əyləşmişlər. Həmin vaxt Alxas qarşı tərəfdə, o isə arxa oturacaqda oturmuşdur. Bundan sonra avtomobil üzü Nabran kəndi istiqamətində hərəkət etməyə başlamışdır. “Opel Vita minik” markalı, 90- BC-270 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili saatda təxminən 60 km/saat sürətlə idarə etmişdir. Onlar Nabran kəndi isitqamətində hərəkətdə olarkən təxminən 50 metr məsafədən Nabran istiqamətindən gələn ağ rəngli, dövlət qeydiyyat nömrəsinə fikir vermədiyi “VAZ 2107” markalı avtomobilin öz hərəkət zolağından çıxıb “Opel Vita minik” markalı avtomobilin yoluna çıxdığını görmüşdür. Həmin vaxt “Opel Vita minik” markalı avtomobilin sürücüsü idarə etdiyi avtomobili əks hərəkət zolağına çıxarmış və “VAZ 2107” markalı avtomobil öz youlna qayıdarkən “VAZ 2107” markalı avtomobilin yolunda toqquşmuşdur. Həmin vaxt o, Alxas və hər iki avtomobilin sürücüsü xəsarət almışlar. Daha sonra onunla Alxası Bakı şəhərinə DSX-nin hospitalına aparmışlar və onlar orada müalicələrini davam etdirmişlər. Əlavə dindirilmiş (xx.xx.2024) Zərərçəkmiş şəxs2 göstərmişdir ki, o ilkin ifadəsində göstərilənləri təsdiq edərək məsafəni təxmini olaraq 50 metr göstərmiş, ola bilsin ki, həmin məsafə Təqsirləndirilən şəxs göstərdiyi kimi, yəni “VAZ 2107” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilin əks hərəkət zolağına, yəni Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin hərəkət zolağına çıxdığı anda toqquşma yerinədək 90 metr, Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Vita minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil isə toqquşma yerinə kimi 120 metr məsafə qət etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, hazırkı cinayət işi üzrə yol-nəqliyyat hadisəsinin baş verdiyi gün səhər saat 07 radələrində o və Zərərçəkmiş şəxs2 iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Xaçmaz rayonunun Nabran kəndi istiqamətində hərəkətdə olarkən onlarla əks istiqamətdə gələn “VAZ 2107” markalı avtomobil təxminən 50-100 metr məsafə qalmış onların hərəkətdə olduğu sağ zolağa idarə edərək çıxmış, son anda hər iki avtomobil eyni zolağa, yəni onlardan solda olan zolağa qaytaranda toqquşmuşlar. Bundan sonra onları xəstəxanaya aparmışlar. Onun nə təqsirləndirilən şəxslə, nə də ölmüş zərərçəkmiş şəxslə hər hansı münasibəti olmamış, sonuncularla hər hansı tanışlığı olmamış, təqsirləndirilən şəxsin avtomobilini taksi kimi saxlayaraq minmişdir. Həmçinin bildirdi ki, o, təqsirləndirilən şəxsin avtomobilində qabaq sərnişin yerində əyləşmişdir. Ölmüş zərərçəkmiş şəxsin idarə etdiyi “VAZ 2107” markalı avtomobilin onların hərəkət zolağına, yəni qarşısına çıxmasının səbəbini bilmir. Həmin “VAZ 2107” markalı avtomobil onların hərəkət zolağına ötmə əməliyyatı üçün çıxmamışdır, çünki həmin vaxt yolda digər avtomobil olmamış, yol boş olmuşdur. “VAZ 2107” markalı avtomobil onların hərəkət zolağı ilə gələrək onların əyləşdiyi təqsirləndirilən şəxsin avtomobili ilə toqquşmağa 3-5 metr qalmış təqsirləndirilən şəxs avtomobili sol tərəfə qaçırmış, eyni anda “VAZ 2107” markalı avtomobil də onların yolundan avtomobili öz hərəkət zolağına, yəni onlardan sol tərəfə qaçırmış və toqquşma baş vermişdir. Təqsirləndirilən şəxs “VAZ 2107” markalı avtomobilin onların hərəkətdə olduğu zolağa daxil olduğu andan avtomobilini sol tərəfə meylləndirməmiş, onların hərəkətdə olduğu sağ zolaqda toqquşmaya təxminən 3-5 saniyə qalmış təqsirləndirilən şəxs avtomobilini sol tərəfə qaçırmışdır. “VAZ 2107” markalı avtomobil qarşıdan ilk olaraq onların hərəkət zolağına çıxarkən aralarındakı məsafə təxminən 50, 70, yaxud da 100 metr olardı. Onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. O, təqsirləndirilən şəxsə cəza təyinini məhkəmənin mülahizəsinə verir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində qrup komandirinin müavini vəzifəsində baş çavuş rütbəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə, saat 07 radələrində iş yoldaşı gizir Zərərçəkmiş şəxs2lə birlikdə Nabran kəndinə getmək üçün yaşadıgları hərbi şəhərciyin yaxınlığından Xudat-Nabran yoluna çıxmış, bir qədər sonra “Opel Vita minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil onların olduğu yerdə dayanmış və o, Babəklə birlikdə avtomobilə əyləşmişdir. Həmin vaxt o qarşı tərəfdə, Babək isə arxa oturacaqda oturmuşdur. Bundan sonra avtomobil üzü Nabran kəndi istiqamətində hərəkət etməyə başlamışdır. “Opel Vita minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili saatda təxminən 60 km/saat sürətlə idarə etmişdir. Onlar Nabran kəndi isitqamətində hərəkətdə olarkən təxminən 50 metr məsafədən Nabran istiqamətində gələn ağ rəngli dövlət qeydiyyat nömrəsinə fikir vermədiyi “VAZ 2107” markalı avtomobilin öz hərəkət zolağından çıxıb “Opel Vita minik” markalı avtomobilin yoluna çıxdığını görmüş, həmin vaxt “Opel Vita minik” markalı avtomobilin sürücüsü idarə etdiyi avtomobili əks hərəkət zolağına çıxarmış və daha sonra “VAZ 2107” markalı avtomobil öz youlna qayıdarkən “VAZ 2107” markalı avtomobilin yolunda toqquşmuşdur. Həmin vaxt o, Babək və hər iki avtomobilin sürücüsü xəsarət almışlar. Daha sonra onu və Babəki Bakı şəhərinə DSX-nin hospitalına aparmış və orada müalicəsini davam etdirmişdir. İş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 20 avqust 2023-cü il tarixli protokoldan müəyyən edilir ki, qeyd olunan tarixdə hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilmiş və hadisə yerinin sxemi tərtib edilmişdir. Hadisə yerinin yol şəraiti: hadisə baş verən yerdə yol quru, üfüqi, asfalt örtüklü olmaqla ikitərəflidir və əks istiqamətli nəqliyyat axınları qırıq-qırıq üfüqi nişanlanma xətti ilə ayrılır. Yolun hərəkət hissəsinin eni 6 metrdir. Hadisə yeri yaşayış məntəqəsi daxilindədir və hadisə yerində hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmışdır. Toqquşma “VAZ 2107” markalı avtomobilin hərəkəti istiqamətində yolun hərəkət hissəsinin sağ kənarından sola doğru 1,8 metr məsafədə baş vermişdir. Hadisə yerində şin və tormoz izi yoxdur. Hadisədən əvvəl hər iki avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. İş materiallarında olan 27 aprel 2024-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs təkilf olunmuşdur ki, xx.xx.2023-ci il tarixdə, saat 07 radələrində Xudat-Nabran yolunun Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisindən keçən 14cü kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyi “Opel Vita minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti üçün təhlükə yaranan anda həmin avtomobillər arasında nə qədər məsafə olmasını göstərsin. Sürücü Xuruci X10 istiqamətindəki hərəkət hissəsi üzərində dayanıb əli ilə idarə etdiyi avtomobilin hərəkət istiqamətini göstərərək həmin yerdən Nabran istiqamətindən gələn avtomobilin onun hərəkət zolağına çıxdığını göstərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Xudat istiqamətindəki hərəkət hissəsi üzərində dayanıb toqquşma yerini göstərmiş və həmin yer hərəkət hissəsinin başlanğıcından hərəkər hissəsinə doğru 1,8 metr olması müəyyən edilmişdir. Sürücü Təqsirləndirilən şəxs əyani surətdə göstərməsi əsasında “VAZ 2107” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilin əks hərəkət zolağına, yəni onun hərəkət zolağına çıxdığı anda toqquşma yerinədək 90 metr, özünün idarə etdiyi “Opel Vita minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil isə toqquşma yerinə kimi 120 metr məsafə qət etdiyi müəyyən edilmişdir. Beləliklə, ifadənin yerində yoxlanması zamanı müəyyən edilmişdir ki, “VAZ 2107” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşı hərəkət zolağına çıxan anda avtomobillər arasında 210 metr məsafə olmuşdur. İfadənin yerində yoxlanılması istintaq hərəkəti aydın hava şəraitində aparılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyun 2024-cü il tarixli, 8/1328 nömrəli ekspert rəyindən müəyyən edilir ki: istintaq tərəfindən təqdim olunmuş məlumatlara “Opel Vita” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə toqquşmanın qarşısını almağa texniki imkanı olmuşdur; İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ-2107” markalı, ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü S.G.Hüseynzadə avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14 publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin 30 noyabr 2023-cü il tarixli, 675 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibb müayinəsinə və adına tərtib edilmiş tibbi sənədlərdə qeyd olunanlara əsaslanaraq aşağıdakı nəticəyə gəlinir: onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - alt çənənin sınığı, sol körpücük, kürək və bazu sümüklərinin çoxsaylı sınıqları, sol bud sümüyünün cisminin sınığı, sol ayaq-daraq sümüklərinin sınığı bərk küt əşya (əşyalar) təsirindən törənməklə, qərarda qeyd olunduğu kimi xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14 publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin 20 dekabr 2023-cü il tarixli, 719 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibb müayinəsinə və adına tərtib edilmiş tibbi sənəddə qeyd olunanlara əsaslanaraq aşağıdakı nəticəyə gəlinir: onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol mil sümüyünün və sol tərəfdən Vİ qabırğanın sınıqları bərk küt əşya (əşyalar) təsirindən törənməklə, qərarda qeyd olunduğu kimi xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gə|ə bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14 publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin 21 dekabr 2023-cü il tarixli, 720 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər sağ oturaq sümüyünün və dördüncü bel fəqərəsinin sınıqları, sağ baldır nahiyəsinin çapıqlaşmış yarası bərk küt əşya (əşyalar) təsirindən törənməklə, qərarda qeyd olunduğu kimi xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14 publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin 20 avqust 2023-cü il tarixli, 50 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 1979-cu il təvəllüdlü, mərhum X1 meyitinin məhkəmə-tibb müayinəsinə və laborator müayinənin cavabına əsaslanaraq aşağıdakı nəticəyə gəlinmişdir: 1. S.G.Hüseynzadənin meyitinin müayinəsi zamanı aşağıdakı xəsarətlər - döş boşluğuna qanaxma ilə müşahidə olunmuş hər iki tərəf qabırğaların çoxsaylı sınıqları nəticəsində ağ ciyərlərin zədələnməsi, sol baldır sümüklərinin açıq sınığı, sağ baldır və sol bud sümüklərinin qapalı sınığı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan ağlamlığa ağır zərər vurmaya aiddir. 2. Göstərilən xəsarətlər həyati olub, qərarda qeyd olunduğu kimi xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi. 2. S.G.Hüseynzadənin ölümünə səbəb döş boşluğuna kəskin qanaxma ilə müşayiət olunmuş hər iki ağ ciyər paylarının zədələnməsi, hər iki tərəf qabırğaların çoxsaylı sınıqları, sol baldır sümüklərinin açıq sınığı, sağ baldır və sol bud sümüklərinin qapalı sınığı nəticəsində baş vermiş zədə şoku olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinədən 4-5 saat əvvələ uyğun gəlir. 3. S.G.Hüseynzadənin meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı nəticəsində 1,3 ‰ qatılıqda etil spirti aşkar edilmişdir ki, bu da canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə uyğun gəlir. İş materiallarında olan “Ölüm haqqında” Şəhadətnamənin təsdiqlənmiş surətindən müəyyən edilir ki, iş üzrə zərərçəkmiş şəxs X5 20 avqust 2023-cü il tarixdə travmatik şok səbəbindən ölmüşdür. İş materiallarında olan sürücülük vəsiqəsinin təsdiqlənmiş surətindən və Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs adına, verilmə tarixi xx.xx.2014-cü il, etibarlılıq müddəti xx.xx.2024cü ilədək olan “BC” kateqoriyalı, AE 607499 nömrəli sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. İş materiallarında olan müqavilənin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən idarə etdiyi “Opel Vita” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili alqı-satqı əsasında almışdır. İş materiallarında olan vəsiqəsinin təsdiqlənmiş surətindən müəyyən edilir ki, zərərçəkmiş şəxs X1 adına etibarlılıq müddəti xx.xx.2023-cü il tarixədək olan sürücülük vəsiqəsi olmuşdur. İş materiallarında olan 20 avqust 2023-cü il tarixli qərardan və həmin tarixli protokoldan müəyyən edilir ki, hazırkı cinayət işi üzrə ekspertizaya təqdim edilməsi üçün Təqsirləndirilən şəxs qan nümunəsi götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14 publik hüquqi şəxsin 12 oktyabr 2023-cü il tarixli, 3628/K nömrəli ekspert rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin məhkəmə-kimyəvi tədqiqatına əsasən və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir: Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edilməmişdir. Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik, psixotrop maddələrin təyinatını aparmaq mümkün olmamışdır. İş materiallarında olan “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin və etibarnamənin təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, zərərçəkmiş şəxs Səxavət Hüseynzadənin hazırkı iş üzrə cinayət hadisəsinin baş verdiyi vaxt idarə etdiyi “VAZ 21074” markalı, ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X6 olmaqla, həmin nəqliyyat vasitəsi etibarlılıq müddəti xx.xx.2023-cü il tarixədək olan etibarnamə əsasında idarə etmək üçün Səxavət Hüseynzadəyə etibar edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, 5 №-li Qərarının 3-cü bəndində izah edilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 4-cü bəndində izah edilir ki, Azərbaycan Respublikası CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Eyni əməllər ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmaqla nəticələndikdə və ya ona miqdarından asılı olmayaraq maddi ziyanın vurulmasına səbəb olduqda, habelə sair hallarda qeyd edilən qaydaları pozan şəxs cinayət məsuliyyəti deyil, mülki-hüquqi, yaxud inzibati məsuliyyət daşıyır. Həmin Qərarın 17-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CMnin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndində izah edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərərçəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X4 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Xaçmaz RİHB-nın Xudat şəhər İƏD-də nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən müəyyən edilir ki, Xuruci X11 rayon Xudat şəhəri, Ş.Qurbanov küçəsi ev 25 ünvanında qeydiyyatda olmaqla, Xudat şəhəri 1ci şöbə adlanan ərazidə yaşayır. Ailəli olub, 3 övladı var. Onun barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə iclaslarında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri olmadığını bildirmişlər. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs X1 hüquqi varisi təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu, eyni zamanda, təqsirləndirilən şəxsdən hər hansı zərərin ödənilməsini tələb etmədiyini bildirərək, təqsirləndirilən şəxsə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən həmçinin aşağıdakı halları da nəzərə alır: İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri olsa da, baş vermiş həmin yol-nəqliyyat hadisəsi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və öldüyünə görə barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs Səxavət Hüseynzadənin qarşılıqlı təqsirinin və səbəbli əlaqənin olması danılmazdır. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs hadisə vaxtı və hadisə baş verən ərazidə 60 km/saat sürətlə yolun sağ, yəni öz hərəkət zolağı ilə hərəkətdə olarkən onunla əks hərəkət zolağında gələn zərərçəkmiş şəxs Səxavət Hüseynzadə ötmə, yaxud hər hansı maneəni keçmək səbəbi olmadan avtomobilini Təqsirləndirilən şəxs hərəkətdə olduğu, yəni özündən əks zolağa keçərək idarə etmiş, Təqsirləndirilən şəxs avtomobilini idarə etməkdə davam etmiş, lakin S.Hüseynzadənin avtomobili onun hərəkət zolağında idarəetməsini davam etdiyini görərək aralarında az məsafə qalandan sonra Təqsirləndirilən şəxs toqquşmadan yayınmaq üçün avtomobilini sol, yəni əks hərəkət zolağına idarə etmiş, həmin anda S.Hüseynzadə də avtomobilini öz hərəkət zolağına, yəni hərəkətdə olduğu istiqamətə münasibətdə sağ zolağa qaytarmış və bu zaman hər iki avtomobil toqquşmuşdur. İş materiallarında olan 20 avqust 2023-cü il tarixli ekspert rəyindən (tibbi) müəyyən edildi ki, X5 hadisə vaxtı yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarında olan ekspert rəylərindən müəyyən edildi ki, X1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü S.G.Hüseynzadə avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan 24 iyun 2024-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan və həmin tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan müəyyən edilir ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan 24 iyun 2024-cü il tarixli ərizədən müəyyən edilir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs Səxavət Hüseynzadənin hüquqi varisi qismində tanınmış Comərd Hüseynzadə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək qardaşı Səxavət Hüseynzadənin barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan 25 iyun 2024-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, X5 yol-nəqliyyat hadisəsi zamanı öldüyündən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsi ilə olan cinayət işi hissəvi xitam olunması qərara alınmışdır. Cinayət hüququnda səbəbli əlaqə əməllə nəticə arasında elə əlaqədir ki, burada nəticə bilavasitə məlum əməldən doğur. İştirakçılıqla törədilən cinayətlərdə baş verən nəticə birgə fəaliyyətin zəruri nəticəsi olur. Burada təşkilatçılıqla, təhrikçiliklə və köməkçiliklə bağlı olan hərəkətlər icraçının hərəkətləri ilə qovuşaraq birgə fəaliyyət yaradır. Kriminal nəticə bir nəfərin hərəkətindən deyil, birgə fəaliyyətdən doğur. Hər bir iştirakçının hərəkəti yalnız başqa iştirakçıların hərəkətlərilə əlaqədə nəticəni doğurduğundan bu hərəkətlər həm cəmdə, həm də ayrılıqda zəruri şərait (səbəb) sayılırlar. Çünki bunlardan birinin olmaması nəticəni inkişafdan qoyur. Buna görə də, təsadüfi deyildir ki, cinayətin iştirakçılarının məsuliyyətinin həllində həm də hər bir iştirakçının hərəkəti ilə baş vermiş nəticə arasında zəruri səbəbli əlaqəni aydınlaşdırmaq tələb olunur. Cinayətin törədildiyi şərait cinayətin sosial təhlükəliliyini azalda bilər və beləliklə, məsuliyyət yüngülləşə bilər. CM-in 59.1.5-ci maddəsindəki «cinayətin ağır həyat şəraiti nəticəsində və ya mərhəmətlilik niyyəti ilə törədilməsi», 59.1.6-cı maddəsindəki «cinayətin fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi», 59.1.8-ci maddəsindəki «cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi», eləcə də cinayətin «cinayətin zəruri müdafiənin, ictimai təhlükəli əməl törətmiş şəxsin tutulmasının, son zərurətin, əsaslı risqin, əmrin və ya sərəncamın icra edilməsinin qanunla müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi» cəzanı yüngülləşdirən hallar sırasına daxil edilmişdir. Sadalanan hallar qanuna cəzanı yüngülləşdirən hallar sırasına daxil edilərkən cinayətin xeyli dərəcədə şəraitin təsiri altında törədildiyi nəzərə alınmışdır. Bundan əlavə, iş materiallarından müəyyən edilir ki, hazırkı cinayət işi üzrə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs az ağır dərəcəli xəsarət almış, o, əvvəllər hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməmiş, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməmiş, həmçinin yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar törətməsi müəyyən edilməmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarının 20-ci bəndində göstərilir ki, CM-nin 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşıdırılmış sübutların hüquqi qiymətləndilrməsindən sonra verilə bilər. Həmin Qərarın 21-ci bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması,ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəmnində ehtiyatsızlıqdan az ağır olmaqla cinayət törətməsini, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətinin təsiri altında törətməsini, zərərçəkmiş şəxslərin (hüquqi varis istisna olmaqla) ona qarşı heç bir şikayəti və tələbinin olmamasını, 61 yaşında olmasını, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Мəhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını, cinayət əməlinin törədilməsi şəraitini nəzərə alır, lakin iş üzrə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunmasının qeyri-mümkün olduğu qənaətinə gəlir və ona görə də hesab edir ki, təqsirləndirilən şəxsə Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkum, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza azadlıqdan məhrumetmə növündə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. İş materiallarından müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarından müəyyən edilir ki, iş üzrə maddi sübut kimi tanınmış “VAZ 2107” markalı, ** UV *** dövlət qeydiyyat nişanlı avtomobil və “Opel Vita” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq zamanı saxlanılması üçün sahiblərinə qaytarılmışdır. Odur ki, iş üzrə maddi sübut - “VAZ 2107” markalı, ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilin və “Opel Vita” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci olan ümumilikdə 428 (dörd yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin zərərçəkmiş şəxslərə hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində onlara vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza azadlıqdan məhrumetmə növündə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci olan ümumilikdə 428 (dörd yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut - “VAZ 2107” markalı, ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilin və “Opel Vita” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Zərərçəkmiş şəxslərə hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində onlara vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-153/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-153/2024
25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver