Məhkəmə qərarları › İş №1(067)-153/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-153/2025

17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-153/2025 17.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1996-cı il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Məhkəmə istitaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, sonuncu satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq qəsdən əldə etdiyi xeyli miqdarda narkotik vasitə marixuananı üzərində saxlamaqla daşımışdır. Bu fakt o, Xaçmaz Rayon Polis Şöbəsinin X13 əməkdaşları tərəfindən 09 may 2025-ci il tarixdə saat 18:49-18:54 müddətində Xaçmaz rayonu, Şollar qəsəbəsində yerləşən Şahid4 məxsus torpaq sahəsinin qarşısında yaxalanıb üstünün yoxlanılması zamanı əynində olan göy rəngli cins şalvarın sol arxa cibində saxladığı 01 ədəd şəffaf sellofan bükümdə, 9.578 qram çəkidə çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik vasitə olan marixuana aşkar edilib götürülməklə təsdiq edilmiş və bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitələrdən istifadə etsə də, sonradan uzaqlaşmaq istəmiş və 3-4 ay olar ki, istifadə etməmişdir. May ayında isə Xudat şəhəri ərazisində meşə ətrafında piyada gəzərkən yerdə olan 1 ədəd sellofan büküm görmüşdür. Həmin bükümün içinə baxdıqda isə narkotik vasitə olan marixuana olduğunu görmüş və gələcəkdə istifadə etmək niyyəti ilə götürmüşdür. Ailəlidir və himayəsində azyaşlı uşağı vardır. Azadlıqdan məhrum ediləcəyi təqdirdə azyaşlı uşağı və ailəsi ağır maddi duruma düşəcəkdir. Belə ki, ailəsinə yeganə qazanc gətirən şəxsdir. Əvvəlki cəzası 2022-ci ildə bitmişdir. Əməlindən peşmandır və bundan sonra belə əməl tutmayacağına dair söz verir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2024-cü ilin sonlarından indiyə qədər narkotik vasitə olan marixuanadan istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə günorta saatlarında Xaçmaz rayonu, Xudat şəhərinin yaxınlığında yerləşən meşə massivində piyada gəzən zaman yerdən “01” ədəd sellofan büküm tapmış, həmin bükümün içərisinə baxan zaman narkotik vasitələri tanıdığı üçün kütlənin narkotik vasitə olan marixuanaya bənzər kütlə olmasını aşkar etmiş və istifadəçisi olduğu üçün həmin kütləni gələcəkdə istifadə etmək məqsədilə üzərində saxlayaraq, daşımağa başlamışdır. xx.xx.2025-ci il tarixdə, saat 18:49 radələrində Xaçmaz rayonu, Xudat şəhəri, Şollar qəsəbəsi ərazisində piyada şəkildə hərəkət edən zaman üç nəfər mülki geyimli şəxs yaxınlaşaraq Xaçmaz RPŞ-nin X13 əməkdaşları olmalarını qeyd etmiş və narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə etmə, saxlama və daşımada şübhəli bilindiyini qeyd etmişdirlər. Bundan sonra könüllü surətdə əynində olan göy rəgli cins şalvarın arxa sol cibində daşıdığı həmin “01” ədəd sellofan bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmiş və içərisində narkotik vasitə olan marixuana kütləsi olmasını bildirmişdir. Polis əməkdaşlarından biri videoçəkiliş aparmış, polislər həmin bükümü açaraq baxış keçirmiş və bükümün içərisində narkotik vasitə olan marixuana kütləsini aşkar etmiş və bundan sonra həmin bükümü içərisində olan marixuana kütləsi ilə birlikdə kağız zərfə qoyaraq möhürləyərək qablaşdırıb götürmüşdürlər. Daha sonra isə Xaçmaz RPŞ-yə gətirmiş, burada təhqiqatçı tərəfindən həmin “01” ədəd zərfə baxış keçirildikdən sonra təkrar olaraq möhürləyərək qablaşdırıb götürmüş, həmçinin təhqiqatçı Kamran tərəfindən üstünün yoxlanılmasının görüntülərinin əks olunduğu bir ədəd “DVD” diskə baxış keçirilən zaman yoxlamanın əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə fasiləsiz qeydə alınması müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə narkotik vasitələri əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuşdur. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zor tətbiq edilməmişdir. Məhkəmə istintaqında şahid qismində ifadəsi alınmış Xaçmaz rayon Polis Şöbəsinin X13 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və əlavə olaraq ifadəsində göstərmişdir ki, Xaçmaz rayon Polis X15 Bölməsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin əldə etməsi və daşıması faktı ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyat məlumatından sonra 09 may 2025-ci il tarixdə əməliyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul edilmiş və Şahid2, Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupu ilə Təqsirləndirilən şəxs yaşadığı əraziyə gedərkən onu Şahid4 məxsus torpaq sahəsinin qarşısında görüb, saxlayaraq özlərini təqdim etmişlər. Bundan sonra ona narkotik vasitələrin əldə edib, saxlamasında şübhəli olmasını və üzərində narkotik vasitə olubolmamasını, əyər varsa onu onlara təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs üzərində saxladığı bir ədəd şəffaf bükümdə narkotik vasitə olan marixuananı könüllü olaraq təqdim etmiş və həmin narkotik vasitəni yaxınlıqdakı meşə ərazisindən tapdığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində ifadəsi Xaçmaz rayon Polis Şöbəsinin X13 manqa komandiri, polis baş serjantı Şahid2 isə istintaq orqanına verdiyi ifadəsində göstərdiyi xüsusatları məhkəmə iclasına bir daha təsdiq edərək, analoji ifadə vermişdir. Cinayət işinin materiallarında olan şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Xaçmaz RPŞ-nin Xudat PB-nin əməliyyat müvəkkili olmaqla, polis baş leytenantı rütbəsində olmuş, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi və daşıması faktı ilə əlaqədar əməliyyat aparatına dəqiq və qərəzsiz məlumat daxil olduğundan həmin şəxsi saxlamaq üçün tərəfindən 09 may 2025-ci il tarixdə əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul edərək, Xaçmaz RPŞ-nin Xudat PB-nin PPX-nin manqa komandiri Şahid2 və Xaçmaz RPŞ-nin Xudat PB-nin PPX-nin polis nəfəri Şahid3 ibarət əməliyyat qrupunun yaradılmasını rəhbərlikdən xahiş etmiş, buna görə həmin tarixdə əməliyyat qrupu yaradılmışdır. 09 may 2025-ci il tarixdə saat 18:49-da videoçəkiliş aparılmaqla Şahid4 məxsus torpaq sahəsinin qarşısında Təqsirləndirilən şəxs yaxınlaşaraq özümüzü təqdim etdikdən və hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamasında şübhəli olmasını bildirərək Təqsirləndirilən şəxs üzərində narkotik vasitə varsa təqdim etməsini təklif etmişdirlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol arxa cibində saxladığı bir ədəd şəffaf sellofan bükümü təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını və həmin kütləni yaxınlıqdakı meşə kənarından tapmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümün içərisinə baxılan zaman içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilən zaman çəkisinin 10,44 qram olması müəyyən edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxılan zaman üzərindən qanunsuz heç bir predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə sellofan büküm qablaşdırılaraq möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs üstünün yoxlanılması görüntüləri əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə fasiləsiz qeydə alındı, Bundan sonra həmin şəxs Xaçmaz RPŞ-nə dəvət edilmiş, burada təhqiqatçı tərəfindən iştirakları ilə Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı aşkar edilən kütləyə baxış keçirilmiş və yenidən qabalaşdırılaraq təhqiqatçı tərəfindən kütlələr götürülmüş, bundan başqa görüntülərin köçürüldüyü bir ədəd “DVD” formatlı diksə təhqiqatçı tərəfindən baxış keçirilərkən görüntünün fasiləsiz qeydə alınması aşkar edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin şəxs müdafiəçi ilə təmin edilməklə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan, şahid qismində ifadəsi alınmış Xaçmaz RPŞ-nin Xudat PB-nin PPX-nin manqa komandiri Şahid2 və Xaçmaz RPŞ-nin Xudat PB-nin PPXnin polis nəfəri Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadələrində Şahid1 istintaq orqanına verdiyi ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. Cinayət işinin materiallarında olan, şahid qismində ifadəsi alınmış Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Xaçmaz rayonu, Şollar qəsəbəsində yerləşən özünə məxsus 1 ha kənd təsərrüfatı təyinatlı torpağı vardır. Həmin torpaq sahəsi 06 oktyabr 2022-ci ildən adına rəsmiləşdirilmişdir. Torpağa dair çıxarışı təqdim etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: Xaçmaz rayon Polis Şöbəsinin X13 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən tərtib olunmuş şübhəli şəxsin üstünün yoxlanılması haqqında 09 may 2025-ci il tarixli protokolundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol arxa cibində saxladığı bir ədəd şəffaf sellofan bükümdə saxladığı narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. «Şübhəli şəxs qismində tutma haqqında» 09 may 2025-ci il tarixli qərarın və həmin tarixli protokolun surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 09 may 2025-ci il tarixdə HK-1/1167 nömrəli material üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 10 may 2025-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 10 may 2025-ci il tarixdə Xaçmaz rayon X8 Bölməsinin təhqiqatçısı, X6 tərəfindən cinayət işi başlanılmışdır. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» Xaçmaz rayon X9 Bölməsinin müstəntiqi, polis baş leytenantı X4 11 may 2025-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs 11 may 2025-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. «Təqsirləndirilən şəxsin tutmadan azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltzam” qətimkan tədbirinin seçilməsi haqqında» Xaçmaz rayon X9 Bölməsinin müstəntiqi, polis baş leytenantı X4 11 may 2025-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində tutmadan azad edilmə və “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı qeydə alınmış videogörüntülər bir ədəd «DVD» formatlı diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. Həmin diskə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə 12 may 2025-ci il tarixdə baxış keçirilərkən sonuncunun üzərində 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana olmasının görüntüləri öz əksini tapmışdır. Xaçmaz rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli, 5(067)-119/2025 nömrəli qərarından müəyyən edilir ki, Xaçmaz rayon X16 PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 “Əməliyyat tədbirinin keçirilməsi barədə” 09 may 2025-ci il qərarı qanuni hesab edilmişdir. «Maddi sübutun tanınması haqqında» Xaçmaz rayon Polis Şöbəsinin müstəntiqi, polis baş leytenantı X4 20 may 2025-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 9.578 qram olan narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut hesab edilmiş və həmin narkotik vasitənin ekspert tədqiqatından sonra qalıq qalmış 9.558 qramı saxlanılması üçün Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının video görüntülərinin köçürüldüyü 01 ədəd «DVD» formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 10 may 2025-ci il tarixli, 20/303 nömrəli rəyindən müəyyən edilir ki, tədqiqata təqdim olunmuş: AR DİN “Arayışlar üçün № 58” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan marixuanaya bənzər kütlə - “01” ədəd sellofan bükümdə; 1) /imza/ Rəhimov; 2) /imza/ Əsədullayev; 3) /imza/ İlyasov; 4) /imza/ Kərimov; Təhqiqatçı: /imza/ K.Zeynalov; xx.xx.2025” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 9,578 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X10 Hüquqi Şəxsin 14 may 2025-ci il tarixli 2803 nömrəli rəyindən müəyyən edilir ki, Rəhimov X1 qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. DİN-nin BƏSİİ-nin tələbnaməsindən müəyyən edilir ki, Biləsuvar rayon Məkəməsinin 05 iyul 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 05 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan sonra Şirvan Apellyasiya Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qərarı ilə hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 il 06 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilərək, məhkəmə zalından azad edilmişdir. 29 aprel 2024-cü il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. AZ-T seriyalı, 296744 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ilə X5 birgə nikahından 10 iyul 2024-cü il təvəllüdlü X7 anadan olmuşdur. Məhkəmənin mövqeyi: Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan baxış keçirilməsinə dair 01 ədəd DVD diski, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 4-cü bəndində izah edilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.5ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı qurudulmuş halda 5 qramdan artıq olması, külli miqdarı isə 500 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs üzrərindən aşkar edilərək götürülmüş narkotik vasitə - marixuana qurudulmuş halda ümumi təmiz miqdarı 9.578 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirən şəxsə cəza növü təyin edərkən onun himayəsində 10 iyul 2024-cü il təvəllüdlü az yaşlı övladının olmasını, ailəsinin yeganə qazanc gətirən olmasını, habelə təqsirləndirilən şəxsin məhkəmə istintaqında törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hal kimi qiymətlədirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Hazırki cinayət işinə əlavə edilmiş «şübhəli şəxs qismində tutma haqqında» 09 may 2025-ci il tarixli qərarın və həmin tarixli protokolun surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 09 may 2025-ci il tarixdə, saat 18:49-da HK-1/1167 nömrəli material üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan əlavə hazırki cinayət işinə əlavə edilmiş «təqsirləndirilən şəxsin tutmadan azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltzam” qətimkan tədbirinin seçilməsi haqqında» Xaçmaz rayon X9 Bölməsinin müstəntiqi, polis baş leytenantı X4 11 may 2025-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində tutmadan azad edilmə və “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət (09 may 2025-ci il – 11 may 2025-ci il) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, ümumilikdə 04 (dörd) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X10 Hüquqi Şəxsin 14 may 2025-ci il tarixli 2803 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut - Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 9.558 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxsdan tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142593 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, ümmilikdə 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 9.558 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar