Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-154/2023 10.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1988-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilməmiş, avtoyuyucu işləyən, Xaçmaz şəhəri, Seyidbəyli küçəsi, ev 16-da qeydiyyatda olan və yaşayan, 31 iyul 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında qapalı məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 16 sentyabr 2020-ci il tarixdən hesablanmaqla 04 avqust 2011-ci il təvəllüdlü X3 və 23 oktyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 150,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq Abdullayeva (Ağabalayeva) Şəhla Həbib qızına verilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 08 iyun 2021-ci il tarixli, 2(067)-208/2021 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 3(067)-51/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 04 may 2022-ci il və 28 noyabr 2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 17 yanvar 2023-cü il tarixinə kimi 6600,00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Abdullayeva (Ağabalayeva) Şəhla Həbib qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs ibtidai istinaq zamanı ona elan olunmuş Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abdullayeva (Ağabalayeva) Şəhla Həbib qızı onun doğma bibisi qızıdır və belə münasibətləri yaranmışdır. Təxminən 2010-cu il tarixdə rəsmi qaydada ailə həyatı qurmuşlar. Evliliklərindən 04 avqust 2011-ci il təvəllüdlü X3 və 23 oktyabr 2017-ci il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. Evləndikdən sonra ilk vaxtlar Xaçmaz şəhərində valideynləri ilə birlikdə daha sonra kirayə yaşamışlar. Həmin vaxtlar Xaçmaz şəhərində avtoyuma məntəqəsində avtoyuyucu işləmiş və yetərli qazanc əldə etmişdir. Şəhla ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, yola gedə bilmədikləri üçün ayrılmaq qərarına gəlmişlər. Şəhla himayəsində olan uşaqları tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Xaçmaz Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(067)-208/2021 saylı qətnaməsinə əsasən ondan 16 sentyabr 2020-ci il tarixdən hesablanmaqla 04 avqust 2011-ci il təvəllüdlü X3 və 23 oktyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 150,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq Abdullayeva (Ağabalayeva) Şəhla Həbib qızına verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmişdir. Şəhla Abdullayevadan ayrıldıqdan sonra 2020-ci il tarixdə spirtli içkilərə qurşanmışdır. Hər gün içki içib avara və tüfeyli həyat sürmüş, bu səbəbdəndə alimenti ödəyə bilməmişdir. Alimenti ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Ona aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə, Xaçmaz Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli qərarı ilə müvafiq olaraq 08 gün müddətinə inzibati həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam olaraq icra etməmişdir. Təqdimat verilən günə, yəni 17 yanvar 2023-cü il tarixə kimi Abdullayeva (Ağabalayeva) Şəhla Həbib qızına ödənməmiş aliment borcum 6600,00 manat təşkil etmişdir. Hazırda Xaçmaz şəhərində avtoyuma məntəqəsində yuyucu kimi fəaliyyət göstərir. Aylıq gəliri 300,00-350,00 manat təşkil edir. Məşğulluq Mərkəzində qeydiyyata alınsa da, uzun müddətdir mərkəzə müraciət etməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini qismən təsdiq edərək bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə qismən razıdır. Belə ki, onun borcu düzgün hesablanmamışdır. O, 2023-cü ilin fevral ayında zərərçəkmişə 110 manat, 23 aprel 2023-cü ildə 130 manat və 2023-cü ilin iyun,iyul avqust aylarında müvafiq olaraq 160 manat, 150 manat və 130 manat pul ödəmişdir. Həmin məbləğlər istintaq zamanı nəzərə alınmamışdır və ittihama daxil edilmişdir. Həmin məbləğlərin ittihamdan xaric edilməsini xahiş etmişdir. Onun zərərçəkmişə 6600 manat yox, 5920 manat borcu var. Hazırda pulu tam şəkildə ödəməsinə imkanı yoxdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Abdullayeva (Ağabalayeva) Şəhla Həbib qızı bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2010-cu il tarixdə rəsmi şəkildə nikaha daxil olmuşlar. Həmin evlilikdən 04 avqust 2011-ci il təvəllüdlü X3 və 23 oktyabr 2017-ci il təvəllüdlü X4 adlı övladları anadan olmuşdur. Onlar uzun zaman mehriban və xoşbəxt ailə şəraitində yaşamışlar. Lakin, sonradan onların ailə münasibətləri pisləşmişdir. Belə ki, Təqsirləndirilən şəxs ilə xasiyyətləri uyğun gəlmədiyindən, ona qarşı şiddət göstərdiyindən və tez-tez aralarında mübahisələr yarandığından ayrı yaşamağa başlamışlar. Övladlarını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Xaçmaz Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(067)-208/2021 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 16 sentyabr 2020-ci il tarixdən hesablanmaqla 04 avqust 2011-ci il təvəllüdlü X3 və 23 oktyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 150,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, icra məmuru tərəfindən adına olan əmlakın aşkar edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, akt tərtib edilməklə yaşadığı ünvanda əmlakına baxış keçirilmişdir. Xaçmaz Rayon Məhkəməsinin qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün həmin məhkəmənin 11 yanvar 2022-ci il tarixli inzibati qərarlarına əsasən 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni 17 yanvar 2023-cü il tarixə ödənməmiş aliment borcu 6600,00 manat təşkil etmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Xaçmaz şəhərində icarə əsasında avtoyuma məntəqəsi işlədir. Aylıq gəliri 1000,00- 2000,00 manat təşkil edir. Təqsirləndirilən şəxs bu müddət ərzində alimenti ödəyə biləcəyini, sadəcə ödəmək niyyəti olmadığını qeyd etmişdir. Bundan əlavə Nail uşaqlarına heç zaman qayğı və diqqət göstərmədiyini əlavə etmişdir. Qeyd edilən ödənməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə il müraciət edərək bildirmişdir ki, sonuncu məhkəmə iclasında üzürlü səbəblərə görə iştirak edə bilməyəcək, təqsirləndirilən şəxsin ona heç bir pul ödənişi etməmiş və ondan şikayətçidir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. Əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin 2023-cü ilin fevral ayında ona 110 manat, 23 aprel 2023-cü ildə 130 manat və 2023cü ilin iyun,iyul avqust aylarında müvafiq olaraq 160 manat, 150 manat və 130 manat pul ödəməsini təsdiq edir və beləliklə də, təqsirləndirilən şəxsin ona olan borcu 6600 manat yox, 5920 manat təşkil edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-208/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsinin əsasında verilmiş icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs 04 avqust 2011-ci il təvəllüdlü X2 və 23 oktyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 16 sentyabr 2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 150,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində aliment tutularaq Abdullayeva (Ağabalayeva) Şəhla Həbib qızına verilməlidir. Qeyd olunan icra vərəqəsi 18 avqust 2021-ci il tarixdə Xaçmaz rayon icra və probasiya şöbəsinə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq iş üzrə tərəflərə göndərilmiş, həmçinin borcluya icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün bildiriş göndərilmişdir. Lakin borclu Təqsirləndirilən şəxs tələbi yerinə yetirməmişdir. Bundan sonra tələbi icra etdirmək üçün edilmiş sorğular və digər yoxlamalar qənaətbəxş olmamışdır. Borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunaraq, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Xaçmaz rayon icra və probasiya şöbəsinə dəvət edilmiş, lakin o ünvanda yaşamadığı üçün çağırışa gəlməmişdir. 06 dekabr 2021-ci il tarixdə borclu Təqsirləndirilən şəxs axtarılması barədə qərar qəbul edilmiş və icra olunması üçün həmin tarixdə Xaçmaz rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs 11 yanvar 2022-ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən tapılaraq icra şöbəsinə gətirilmiş və onun izahatı alınmışdır. İcra məmurunun qanuni tələbinə əməl etmədiyi və icra sənədindəki tələbi yerinə yetirmədiyi üçün borcluya Xaçmaz rayon Məhkəməsinin 3(067)-51/2022 saylı, 11 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi təqsirli billinərək barəsində 08 gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İnzibati tənbehdən sonra tələblə bağlı borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilmişdir. Tələb yenə icra olunmamışdır. Xaçmaz Rayon Məhkəmənin 16 dekabr 2021-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Materiallardan göründüyü kimi borclu Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-208/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsini ona inzibati tənbeh tətbiq olunmasına və cinayət məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməmişdir. Belə ki, borclu Təqsirləndirilən şəxs hər hansı ödənişli işlə təmin olunması üçün Xaçmaz rayon Məşğulluq Mərkəzinda qeydiyyata durması təklif olunsada o, bundan rəsmi olaraq imtina etmişdir. Onun əməlində qərəzlilik müşahidə olunur. Borclu Təqsirləndirilən şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə təqdimat tərtib edilən günə cəmi 1800 manat ödəniş etmiş və onun ödənilməmiş 6600,00 manat aliment borcu qalmışdır. Bundan başqa tələbkar Abdullayeva (Ağabalayeva) X6 rayon İcra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müraciət olunmasını xahiş etmişdir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün İstintaq İdarəsinə təqdimatla müraciət olunmuşdur. Təqdimat tərtib edildikdən sonra, Təqsirləndirilən şəxs zərərçəkmişin xeyirinə müəyyən aliment ödənişləri etmiş və hazırda onun 5920 manat borcu vardır. Həmin məbləğlər ibtidai istintaq zamanı nəzərə alınmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X5, Şahid1 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon məhkəməsinin 2(067)-208/2021 saylı 08 iyun 2021-ci tarixli qətnaməsi ilə 16 sentyabr 2020-ci il tarixdən hesablanmaqla 04 avqust 2011-ci il təvəllüdlü X2 və 23 oktyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat pulun cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarına əlavə və məhkəmə istintaqında tədqiq olunan edilmiş Xaçmaz rayon məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 3(067)-51/2022 saylı inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-208/2021 saylı 08 iyun 2021-ci tarixli icra vərəqəsini icra etməmiş, bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 08 gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 8(067)-204/2021 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 31 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasını və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışlına hüquq" xəyali xarakter alacaqdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Cinayət işinin materiallarına əlavə edilən məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icra edilməsinə dair bildirişdən, Xaçmaz rayon Məhkəməsinin inzibati xəta haqqında 11 yanvar 2022-ci il tarixli qərarından və digər sənədlərdən görünür ki, o, həqiqətən də Xaçmaz Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(067)-208/2021 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün, zərərçəkmişin, şahidlərin ifadələri, iş materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Beləliklə də, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 16 sentyabr 2020-ci il tarixdən hesablanmaqla 04 avqust 2011-ci il təvəllüdlü X3 və 23 oktyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 150,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq Abdullayeva (Ağabalayeva) Şəhla Həbib qızına verilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 08 iyun 2021-ci il tarixli, 2(067)-208/2021 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 3(067)-51/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 04 may 2022-ci il və 28 noyabr 2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə 17 yanvar 2023-cü il tarixinə kimi 6600,00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Abdullayeva (Ağabalayeva) Şəhla Həbib qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində göstərilən cəzanı yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə də, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, islah olunması məqsədilə təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbacan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 10 oktyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınmalı və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş şəxs Abdullayeva (Ağabalayeva) Şəhla Həbib qızına 6600 (altı min altı yüz) manat maddi ziyandan 680 (altı yüz səksən) manat məbləğin ödənilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib, ona 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzanın əvvəli 10 oktyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs Abdullayeva (Ağabalayeva) Şəhla Həbib qızına 6600 (altı min altı yüz) manat maddi ziyandan 680 (altı yüz səksən) manat məbləğin ödənilməsi nəzərə alınsın. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərclərinin və müsadirə olunası əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan şəxs rəsmi qaydada əldə etdiyi gündən) 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-154/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-154/2023
10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver