Məhkəmə qərarları › İş №1(067)-155/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-155/2022

17.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-155/2022 17.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun Müdafiəçi iştirakı ilə xx.xx.1988-ci ildə Xaçmaz rayonu, Sayad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, yetkinlik yaşına çatmayan, iki uşağı olan, məhkum olunmamış, Xaçmaz şəhəri, Günəşli küçəsi, ev 19-da yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 18 sentyabr 2022-ci il tarixində saat 19 radələrində Xaçmaz şəhəri Günəşli küçəsi ev 19-da yaşayan Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yaşadığı evin yaxınlığında qonşusu Zərərçəkmiş şəxs döyərək sonuncuya sağ gözün alt qapaq və almacıq nahiyələrinin qançırları,sağ göz almasına qansızma ilə müşayiət olunan sağlamlığa qəsdən yüngül zərər vurmaya səbəb olan xəsarət yetirməklə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilərək göstərdi ki, daimi olaraq heç bir yerdə işləmir, evlidir, birinin yaşı 10 digərinin isə 12 yaşı olan iki oğlu vardır. xx.xx.2022-ci il tarixində saat 18 radələrində 12 yaşlı oğlu Səfər məhəllədə oynayan zaman qonşusu Zalikin oğlu Fariz onu söymüş, Səfər də bu barədə evə gələrək anası Ayətə dedikdən sonra arvadı çölə çıxaraq Farizə irad bildirmişdir.Fariz həmin vaxt ona cavab qaytarmış, bu zaman Zalik çölə çıxaraq oğlu nə deyirsə əcəb edir demiş,arvadı Ayət ona sən get öz ailənə bax dedikdən sonra Zalik onun üstünə gələrək qolundan tutub qıraqdakı şebel daşlarının üstünə itələyib yıxmışdır.Həmin vaxt özü həyətədə göyərti sulayırmış və arvadının səsini eşitdikdən sonra çölə çıxmış, Zalikin üstünə cumub onun sağ gözünə yumruqla iki dəfə vurmuşdur.Onu vurduqdan sonra ailə üzvləri çölə çıxıb onu ayırıb evə gətiriblər.Zaliki vuran zaman arvadı Ayətin orda olmuş,daha sonra isə hər ikisinin anası onları ayırmışdır.Mübahisə zamanı o Zaliki nalayiq söyüşlərlə söyməmişdir.Hazırda o, törətmiş olduğu jinayət əməlinə görə özünü tam təqsirli bilir və peşmançılıq çəkir. Hadisədən sonra o, Zərərçəkmiş şəxs üzr istəmiş və onlar barışmışlar. Barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına (cinayət işinə) bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs məhkəmə baxışında bildirdi ki, Xaçmaz şəhəri Günəşli küçəsi ev 27-də ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, evlidir, oğlu Farizin 13 qızı Nərgizin isə 11 yaşı vardır. xx.xx.2022-ci il tarixində saat 19 radələrində yaşadığı evin həyətində çay içən zaman çöldən oğlu Farizin səsini eşitmiş,çölə çıxan zaman qonşusu Aqşinin oğlu Farizin yaxasından tutaraq silkələdiyini və həyat yoldaşının ünvanına nalayiq söyüş söydüyünü görmıişdür. Oğlu Fariz qorxduğu üçün Aqşinin əlindən almaq üçün ona yaxınlaşan zaman Aqşinin uşağı buraxıb onun üstünə gəlmiş və sağ gözünə yumruqla vurmuşdur. Zərbənin təsirindən başını aşağı əyən zaman onun başının üst hissəsindəndə yumruqla vurmuşdur. Bundan sonra Aqşinin və öz anasının səs çölə çıxıb onları ayırıb aparmışdır.Mübahisə zamanı Aqşini vurmamış və onu nalayiq söyüşlərlə söyməmişdir. Həmin vaxt orda azyaşlı uşaqlarının olduğunu bildirmişdir.Hazırda Təqsirləndirilən şəxs törətdiyi əmələ görə ondan üzr istəmişdir və onlar barışmışlar. İş üzrə icraata xitam verilməsinə etiraz etmir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 498 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxsnın məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – Zərərçəkmiş şəxs sağ gözün qapaq və almacıq nahiyələrinin qançırları, sağ göz almasına qansızma bərk küt əşya təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu xx.xx.2022-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, şikayət və tələbinin olmadığını və buna əsasən də, cinayət işi üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına (cinayət işinə) bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə prosesində verdiyi etirafedici ifadəsindən başqa, zərər çəkmiş şəxsin, şahidin ifadəsi, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə prosesində müəyyən olundu ki, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq keçirir, zərər çəkmiş şəxslə barışıq əldə etmişdir, məsuliyyətini ağırlaşdıran hallar yoxdur. İş materiallarında olan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxsnın ərizələrindən və ifadələrindən müəyyən olunur ki, tərəflər barışıq əldə etmişlər,şikayət və tələb yoxdur, məhkəməyədək sadələşdirilmiş icraat materialına (cinayət işinə) bəraətverici əsaslar olmadan xitam verilməsi məhkəmədən xahiş olunur. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 39.1, 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verib, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, səmimi peşimançılığını, zərər çəkmiş şəxslə barışmasını, şikayət və tələbin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına (cinayət işinə) bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 40, 43, 344-347, 356, 381, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar