Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-155/2023 30.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4, Təqsirləndirilən şəxs2 (X3) müdafiəçisi Xaçmaz rayon vəkil bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 326.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Sumqayıt Apellyasiya məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-411/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 326.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Xaçmaz Rayon Məhkəməsinin 1(067)-66/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü və 15 sentyabr 2022ci il tarixli hazırlıq iclasının qərarı ləğv edilərək, cinayət işi Xaçmaz Rayon Məhkəməsinə məhkəmənin hazırlıq iclası keçirilməsi mərhələsinə qaytarılmışdır. İş materiallarına əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə aylıq qazancının 20%-i məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2və 68.3.1-ci maddələrinə əsasən təyin edilmiş 01 (bir) il müddətə islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırılmasının bir gününə bərabər tutulmaqla cəmi 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırlması cəzasının ona təyin edilmiş 02 (iki) il 09 (doqquz)ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi,Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 18 iyul 2022-ciil tarixdən 24 noyabr 2022-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı cəmi 04 (dörd) ay06 (altı) gün) müddətin ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə (cəmi 08 ay 12 gün) hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Tovuz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, hökmün icrasının Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tovuz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunması, hökmün icrası müddətinin Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi hökm edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin 30 avqust 2023-cü il tarixli hazırlıq iclasında Dövlət ittihamçısı4 və təqsirləndirilən şəxsin müdafiəçisi X2 iştirak etmişlər, təqsirləndirilən və zərərçəkmiş şəxslər, habelə digər müdafiəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmənin hazırlıq iclasında iştirak etməmişlər. Dövlət ittimaçısı və müdafiəçi digər proses iştirakçılarının iştirakları olmadan, iclasın davam etdirilməsinə etiraz etməmişdirlər Məhkəmə digər proses iştirakçılarının iştirakları olmadan hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq iclasında Dövlət ittihamçısı4 vəsatətlə müraciət edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 326.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsi ilə müəyyən edilmiş kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməsini və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, habelə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri müddətinin uzadılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 (X3) müdafiəçisi X2 vəsatətə qarşı hər hansı bir etirazın olmadığını bildirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, dövlət ittihamçısının vəsatətini və müdafiəçinin fikrini dinləyib hesab edir ki, vəsatət əsaslıdır və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2ci, 177.2.3-cü və 326.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddələri ilə müəyyən edilmiş kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-411/2023 nömrəli xx.xx.2023cü il tarixli qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, əslində baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs1 ilə birlikdə X4 törətsə də, həm ibtidai istintaq orqanında, həm də məhkəmə də özünü Təqsirləndirilən şəxs2 aid fərdi məlumatlarla təqdim etmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar, ittiham aktı, məhkəmə hökmü və digər prosessual qərar və protokollarda təqsirləndirilən şəxs xx xxxxxx 1996-cı il tarixdə Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam-orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Tovuz rayonu, Dönük Qırıqlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2dır. Hazırki cinayət işi üzrə bütün mərhələlərdə X3 özünü Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cinayət işi üzrə həm ibtidai istintaq orqanı, həm də birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin kimliyi düzgün müəyyənləşdirilməmiş, təqsirləndirilən şəxs kimi X3 cəlb edilməli olduğu halda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 ittiham verilmiş, birinci instansiya məhkəməsi də sonuncu barəsində ittiham hökmü çıxarmışdır. Göstərilənlərə əsasən kollegiya Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 326.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Xaçmaz Rayon Məhkəməsinin 1(067)-66/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü və 15 sentyabr 2022ci il tarixli hazırlıq iclasının qərarı ləğv edilərək, cinayət işi Xaçmaz Rayon Məhkəməsinə məhkəmənin hazırlıq iclası keçirilməsi mərhələsinə qaytarılmasına dair qərar qəbul etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması kobud pozuntu hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: -300.1-ci maddəsi: Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri qəbul edilir: 300.1.5. cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; 303.3. Cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.6. cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması; Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.2-ci maddəsinə əsasən həmin Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı və qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra, konkret hallarda həmin Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin həbsdə saxlanma müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Təqsirləndirilən şəxslər barəsində seçilmiş qətimkan tədbirlərinin dəyişdirilmədən saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi məsələsi ilə bağlı, məhkəmə qeyd edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı prosessual-hüquqi əsaslar aradan qalxmadığından barəsində seçilmiş “həbs” qətimkan tədbiri 1 ay müddətinə uzadılmalı, Təqsirləndirilən şəxs2 (X4) barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 159, 300.1-ci, 300.1.5-ci, 300.4.1-ci, 303.1-ci, 303.3, 303.4-cü, 306.2-ci və 307.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l ı r: Dövlət ittihamçısı4 vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 326.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsi ilə müəyyən edilmiş kobud pozuntulara yol verildiyindən, cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndilən şəxs Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri 1 ay müddətinə, yəni 30 sentyabr 2023-cü ilədək uzadılsın. Təqsirləndirilən şəxs2 (X4) barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılsın. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş şəxslər barəsində Sumqayıt Apellyasiya məhkəməsi tərəfindən xüsusi qərarların çıxarılması nəzərə alınsın. Qərarın surəti qanunla nəzərdə tutulmuş müddətdə iş üzrə cinayət prosesinin iştirakçılarına verilsin (poçtla göndərilsin). Qərar qətidir, apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-155/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-155/2023
30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver