Məhkəmə qərarları › İş №1(067)-156/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-156/2022

19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-156/2022 19.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1996-cı ildə Xaçmaz rayonunun Çarxı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Çarxı kəndində qeydiyyatda olan və yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, 14 sentyabr 2022-ci il tarixdə, saat 14 radələrində Xaçmaz rayonunun Çarxı kəndində, Bəşir Səfəroğlu küçəsində Təqsirləndirilən şəxs aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı şillə və yumruqla Zərərçəkmiş şəxs sifət və baş nahiyələrindən qəsdən vurmuş və nəticədə sonuncuya göz almasına qansızma, burun, sağ bazu, sol çiyin nahiyələrin qançırları və hər iki diz nahiyəsinin sıyrığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı iş üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onunla zərərçəkmiş arasındakı mübahisə 14 sentyabr 2022-ci il tarixdə, günorta saatlarında, yaşadıqları Xaçmaz rayonunun Çarxı kəndində baş vermişdir. Belə ki, o, “TikTok” sosial şəbəkəsində videolara baxarkən orada onun ünvanına nalayiq ifadələr işlədilmiş video qarşısına çıxmış, həmin videonun Zərərçəkmiş şəxs tərəfindən paylaşıldığını bilib Fəriddən bu barədə soruşmaq üçün sonuncu ilə yaşadığı Xaçmaz rayonunun Çarxı kəndində yerləşən “Dalğa” kafesində görüşmüşdür. Bu zaman o, Fəriddən həmin videonu niyə paylaşdığını dəfələrlə soruşmuş, lakin Fərid həmin videonu paylaşdığını inkar etmiş, aralarında mübahisə yaranmış və o, əsəbiləşərək yumruğu ilə bir neçə dəfə Fəridin sifət, baş nahiyəsindən vurmuşdur. Hadisə yerində onlardan bir qədər aralıda olan Nemət və İsmət onlara yaxınlaşaraq ayırmışlar. Həmçinin bildirmişdir ki, qeyd olunan mübahisə zamanı onun nəinki əlində, ümumiyyətlə üzərində bıçaq olmamışdır. O, zərərçəkmişi yalnız yumruq və şillə ilə vurmuşdur. Zərərçəkmiş şəxs ola bilsin, əsəbi olduğundan ibtidai istintaqdakı ifadəsində onun zərərçəkmişin üzərinə bıçaqla gəldiyini, ona bıçaqla xəsarət yetirdiyini bildirmişdir. O, zərərçəkmişlə kafenin içərisində söhbət etmiş, aralarında mübahisə yarandıqda isə kafedən çölə çıxmışlar və çöldə əlbəyaxa olmuşlar. Hadisə yerində Nemət və İsmətdən başqa heç kim olmamış, zərərçəkmişlə aralarındakı mübahisə 3-4 dəqiqə davam etmişdir. Mübahisə zamanı onunla zərərçəkmiş şəxs arasında söyüş, təhqir olmamışdır. Zərərçəkmişlə aralarındakı mübahisəyə səbəb sonuncunun onun barəsində nalayiq ifadələr işlədilmiş videonu sosial şəbəkədə paylaşması olmuşdur. Bundan əvvəl o, zərərçəkmiş şəxs avtomobilini yaşadıqları kənddə sürətlə idarə etdiyinə görə sonuncuya iradını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, o, ibtidai istintaqda verdiyi ifadəsində bildirdiklərini təsdiqləyir. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu, hazırda zərərçəkmiş şəxslə barışdıqlarını bildirərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonunun Çarxı kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olub dolanır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir, sonuncu ilə münasibəti həmişə həmkəndlisi kimi normal olmuş, aralarında düşmənçilik və ədavət olmamışdır. 14 sentyabr 2022-ci il tarixdə, saat 13 radələrində yaşadığı evdə oturub “Tik-tok” sosial şəbəkəsində videogörüntülərə baxan zaman qarşısına onun ünvanına nalayiq söyüşlər yazılmış material çıxmış, lakin həmin istifadəçinin adı yadında qalmamışdır. O, həmin vaxt onun ünvanına nalayiq söyüşlərin həmkəndlisi Fəridin yazdığını bilmişdir. Belə ki, Fərid özünə məxsus “Ravon” markalı avtomobili yaşadıqları kəndin içərisində yüksək surətlə idarə edib toz qaldırdığından sonuncuya öz iradını bildirərək avtomobili yavaş sürməsini və toz qaldırmamasını demiş, bu səbəbdən Fərid ondan qərəzli olduğundan son zamanlar onunla yola getməmiş, müxtəlif yollarla ona sataşmağa çalışmışdır. Buna görə də o, “Tik-tok” sosial şəbəkəsində barəsində nalayiq ifadələrlə paylaşılmış materialın Fərid tərəfindən paylaşılmasını bilib söhbət etmək üçün sonuncuya zəng vuraraq yaşadıqları kənddə onunla görüşmək istədiyini bildirmişdir. Saat 14 radələrində Fəridlə Çarxı kəndində, X2 məxsus evin yaxınlığında, Bəşir Səfəroğlu küçəsində görüşmüşdür. Fəridlə görüşdüyü zaman sonuncuya barəsində “Tik-tok” sosial şəbəkəsində nalayiq ifadələr yazılaraq paylaşılmış materialın Fərid tərəfindən paylaşılıb-paylaşılmadığını soruşmuş, lakin Fərid inkar edərək həmin materialın paylaşılmadığını bildirmişdir. Fəridlə söhbət zamanı onların arasında mübahisə yaranmış, mübahisə zamanı o, Fəridlə əlbəyaxa olaraq sifət və baş nahiyəsinə yumruq və şillə ilə bir neçə zərbə vurmuşdur. Həmin vaxt Fəridin əynində olan qısaqol köynək cırılmışdır. Bu zaman onlardan təxminən 30 metr aralıda olan həmkəndlisi Nəmət və İsmət qardaşları onlara yaxınlaşıb Fəridlə onu ayırmışlar və Fəridi avtomobilinə əyləşdirmişlər. Həmin vaxt o, Fəridin avtomobilində, sonuncunun yanında oturaraq bir daha onun barəsində nalayiq ifadələr yazlaraq sosial şəbəkələrdə paylaşmamasını demiş və bundan sonra Fərid çıxıb getmişdir. 14 sentyabr 2022-ci il tarixdə, saat 14 radələrində həmkəndlisi Zərərçəkmiş şəxsla aralarında baş vermiş mübahisə zamanı o, şillə və yumruqla Fəridin sifət, həmçinin baş nahiyəsinə bir neçə zərbə vurmuşdur. Lakin həmin vaxt onun əlində və ya ümumiyətlə üzərində bıçaq olmamış. Fəridi sadəcə olaraq şillə və yumruqla döymüşdür. Fəridin sağ qolunda olan xəsarəti sonuncuya yumruqla vurmaqla yetirmişdir. “Dalğa” adlı restoranı o yox, Melisa adlı qadın işlədir, həmin kafe ilə heç bir əlaqəsi yoxdur, sadəcə olaraq, ara-sıra çay və ya pivə içməyə həmin kafeyə gedir. Zərərçəkmiş şəxsla aralarında baş vermiş mübahisə zamanı orada Nemət və Şahid2 qardaşları olmuş, sonunculardan başqa orada heç kim olmamış, onların mübahisə səsinə kənardan həmin yerə heç kim gəlməmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onu 14 sentyabr 2022-ci il tarixdə, günorta saatlarında, yaşadıqları Xaçmaz rayonunun Çarxı kəndində vuraraq xəsarət yetirmişdir. Belə ki, təqsirləndirilən şəxs “TikTok” sosial şəbəkəsində sonuncunun barəsində ünvanına nalayiq ifadələr işlədilmiş videonu gördüyündən və həmin videonun onun tərəfindən paylaşıldığını fikirləşdiyindən təqsirləndirilən onunla Çarxı kəndində olan kafenin içərisində çay içərək söhbət etmiş, daha sonra ondan həmin videonu niyə paylaşdığını soruşmuş, o isə həmin videonu paylaşmadığını bildirmiş və aralarında bu zəmində mübahisə yaranmışdır. Onlar kafedən çölə çıxaraq mübahisə etmişlər və əlbəyaxa olmuşlar. Bu zaman təqsirləndirilən şəxs yumruq və şillə ilə onun sifət və baş nahiyəsindən vurmuş, zərbədən onun ayağı sürüşərək yerə yıxılmışdır. Onların mübahisə etdikləri yerdən bir qədər aralıda dayanmış Nemət və İsmət onlara yaxınlaşaraq onları ayırmışlar. Həmçinin bildirmişdir ki, təqsirləndirilənlə aralarında baş vermiş mübahisəyə səbəb olmuş həmin video internetəsosial şəbəkəyə onun tərəfindən yerləşdirilməmiş, lakin o, həmin videonu sosial şəbəkədə görərək dost-tanışlarına göndərməklə paylaşmışdır. Təqsirləndirilənlə mübahisələri 1-2 dəqiqə davam etmiş, mübahisə zamanı bir-birlərini söyüb təhqir etməmiş, mübahisə zamanı hadisə yerində yalnız Nemət və İsmət olmuşdur. Təqsirləndirilən şəxslə kafenin içərisində, stol arxasında əyləşib söhbət edərkən aralarında mübahisə yarandıqda, təqsirləndirilən stolun üzərinə şokolad doğramaq üçün qoyulmuş mətbəx bıçağını götürüb həmin bıçağın dəstəyinin arxası ilə onun qoluna vuraraq videonu niyə paylaşdığını soruşmuşdur. Lakin ibtidai istintaq zamanı ifadəsində təqsirləndirilən şəxsin cibindən qatlanan bıçaq çıxararaq belə bir bıçaqla ona tərəf zərbə atmasını deməsi onun həmin vaxt təqsirləndirilənlə aralarında baş vermiş mübahisə ilə əlaqədar əsəbi olması səbəbindən olmuşdur. Yəni bıçaqla bağlı ibtidai istintaqda verdiyi ifadəsi həqiqətəuyğun olmamış, bununla da ibtidai istintaqdakı ifadəsində bıçaqla bağlı bildirdiyi xüsusatı təsdiq etmədiyini bildirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışdıqlarını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsin barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonunun Çarxı kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olub dolanır. Təqsirləndirilən şəxs həmkəndlisidir, sonuncu ilə münasibəti həmişə normal olmuş, aralarında düşmənçilik və ədavət olmamışdır. 14 sentyabr 2022-ci il tarixdə Cavidan onun mobil telefonuna zəng vuraraq onunla görüşmək istədiyini demiş, bu səbəbdən o, saat 14 radələrində yaşadığı Çarxı kəndində, X2 məxsus evin yaxınlığında, Bəşir Səfəroğlu küçəsində Cavidanla görüşmüşdür. Həmin vaxt Cavidan ona yaxınlaşıb Xaçmaz-Bakı avtomobil yolunun kənarında işlətdiyi “Dalğa” adlı kafeni videogörüntüyə çəkərək sosial şəbəkələrdə əxlaqsızlıq yuvası kimi alt yazısı ilə paylaşdığını səbəb gətirərək onunla mübahisə etməyə başlamışdır. O isə Cavidana həmin məlumatın onun tərəfindən paylaşılmadığını, hansı profil istifadəçisi tərəfindən paylaşdığını müəyyən edib həmin şəxslə söhbət etməsini bildirmiş, lakin Cavidan gözlənilmədən yumruqla 2 dəfə sifət nahiyəsinə zərbə endirmişdir. Zərbənin təsirindən dizləri üstə yerdə oturmuşdur. O, Cavidanın şillə və yumruqla onu vurmaqda davam etdiyini görüb əlləri ilə sifət və baş nahiyəsini tutaraq özünü Cavidanın zərbələrindən qorumağa başlamışdır. O, Cavidanın onu vurmaqda davam etdiyini görüb arxaya gedərək onun əlindən çıxmış, bu zaman Cavidan əynində olan şalvarın cibindən açılıb-qatlanan bıçağı çıxararaq açmış və ona tərəf zərbə atmışdır. Həmin vaxt o, arxaya çəkildiyindən Cavidanın əlində olan bıçağın dəstək hissəsi onun sağ qoluna dəymiş və nəticədə o, fiziki ağrı keçirmişdir. Cavidanla mübahisə zamanı əynində olan qısaqol köynəyi də cırılmışdır. Bundan sonra təxminən 30 metr kənarda olan həmkəndliləri Şahid1 və Şahid2 qardaşları onlara yaxınlaşaraq Cavidanı ondan kənarlaşdırmışlar. Bundan sonra o, avtomobilinə minib oradan uzaqlaşmış və yaşadığı evə gəlmişdir. Evə gələndən sonra həyat yoldaşı X1 onun sifətində qan izlərinin olduğunu görüb nə baş verdiyini soruşmuş, o da sonuncuya hər şeyi olduğu kimi danışmışdır. Bundan sonra həyat yoldaşı Gülzəhra DİN-nin 102 xidmətinə zəng vuraraq Cavidanın ona qarşı etdiyi hərəkətləri barədə məlumat vermişdir. 14 sentyabr 2022-ci il tarixdə Cavidanla aralarında baş vermiş mübahisə zamanı orada Nemət və Şahid2 qardaşlarından başqa heç kim olmamış, onların mübahisə səsinə heç kim gəlməmişdir. Cavidanın onu vurmaq istədiyi bıçaq açılıbbağlanan bıçaq olmuş, bunu o, Cavidan bıçağı cibindən çıxarıb açanda görmüş, lakin həmin vaxt onlarında arasında mübahisə olduğundan və diqqətini özünü Cavidandan qorumağa yönəltdiyindən qeyd olunan bıçağın əlamətlərinə fikir verməmişdir. Mübahisə zamanı Cavidan onun sifət nahiyəsinə yuruqla vuran zaman burun çəpərim sınmış, bundan başqa baş nahiyəsində, həmçinin sağ qol nahiyəsində göyərtilər olmuşdur. 14 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxslə aralarında baş vermiş mübahisə zamanı Cavidan əvvəlcə sifət nahiyəsinə yumruqla 2 dəfə zərbə endirmiş, zərbənin təsirindən o, dizlərini yerə atıb sifətini və baş nahiyəsini qolları ilə bağlayaraq ona vurduğu zərbələrdən özünü qorumağa başlamış və dizlərində olan xəsarətləri həmin vaxt almışdır. Bundan sonra Cavidan onun baş nahiyəsinə bir neçə yumruq zərbəsi endirmiş, həmin yumruq zərbələrindən çiyin nahiyəsinə də dəymişdir. Sağ qol nahiyəsində olan xəsarəti isə Cavidan onu əlində olan bıçaqla vumraq istəyərkən o, kənara çəkildiyindən bıçağın dəstək hissəsi sağ qoluna dəymiş və nəticədə sağ qolundan xasərtə almışdır. Mübahisə zamanı orada Nemət və İsmət qardaşları olmuş, sonunculardan başqa orada kənar şəxslər olmamış, mübahisə səsinə oraya heç kim gəlməmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında qeyd olunan mübahisə Xaçmaz rayonunun Çarxı kəndində, 2022-ciilin sentyabr ayında, günorta saatlarında baş vermişdir. Belə ki, o və qardaşı Şahid2 həmin tarixdə Çarxı kəndində yerləşən kafedə olarkən Zərərçəkmiş şəxs həmin kafenin içərisinə gələrək Təqsirləndirilən şəxslə birlikdə əyləşərək çay içib söhbət etmişlər, həmin vaxt Cavidan Fəriddən “TikTok” sosial şəbəkəsində Cavidanın ünvanına nalayiq sözlər yazılmış videonu paylaşmasının səbəbini soruşmuş və bu zəmində aralarında mübahisə yaranmışdır, kafedən çölə çıxaraq mübahisə etmişlər və əlbəyaxa olmuşlar. Bu zaman o və qardaşı təqsirləndirilənlə zərərçəkmişin əlbəyaxa olduqlarını görərək sonunculara tərəf gedib ayırmışlar və Fərid avtomobilinə əyləşib getmişdir. Həmçinin bildirmişdir ki, mübahisə 2-3 dəqiqə davam etmiş, təqsirləndirilənlə zərərçəkmişin mübahisəsi zamanı hadisə yerində yalnız o və qardaşı İsmət olmuş, başqa heç bir şəxs olmamışdır. Əlbəyaxa olarkən təqsirləndirilən zərərçəkmişi yumruq zərbələri ilə vurmuşdur. Hadisə zamanı təqsirləndirilənin əlində bıçaq olmamış, ümumiyyətlə mübahisə zamanı hər hansı bıçaqdan istifadə olunması halı olmamışdır. X6 vurduqdan sonra sonuncunun burun nahiyəsindən, ümumiyyətlə heç bir nahiyəsindən qan gəlməmişdir. Əlavə olaraq bildirmişdir ki, o, ibtidai istintaqda verdiyi ifadəsində bildirdiklərini təsdiqləyir. İş materiallarında olan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, valideyinləri ilə bilrikdə Xaçmaz rayonunun Çarxı kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olub dolanır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun həmkəndliləridir, sonuncuların hər ikisi ilə münasibəti həmişə normal olub, heç biri ilə aralarında düşmənçilik və ədavət olmamışdır. 14 sentyabr 2022-ci il tarixdə, saat 13 radələrində yaşadığı kəndin içində, küçədə qardaşı İsmətlə dayanıb söhbət etmiş, saat 14 radələrində Fəridlə Cavidanın kəndin içərisində görüşdüklərini görüb sonunculara yaxınlaşmışlar. Bu zaman Cavidan Fəriddən “Tik-tok” sosial şəbəkəsində nalayiq ifadələr yazılaraq paylaşılmış materialın onun tərəfindən paylaşılıbpaylaşılmadığını soruşmuş, Fərid də inkar edərək həmin materialın onun tərəfindən paylaşılmadığını bildirmişdir. Fəridlə söhbət zamanı Cavidanla aralarında mübahisə yaranmış, mübahisə zamanı Cavidan Fəridin sifət və baş nahiyəsinə yumruq və şillə ilə bir neçə zərbə vurmuşdur. Həmin vaxt Fəridin əynində olan qısaqol köynək cırılmış, bu zaman o, qardaşı İsmətlə birlikdə Fəridlə Cavidana yaxınlaşıb onları ayırmışlar və Fəridi avtomobilinə əyləşdirmişlər. Həmin vaxt Cavidan da Fəridin avtomobilində, sonuncunun yanında oturaraq bir daha barəsində nalayiq ifadələr yazaraq sosial şəbəkələrdə paylaşmamasını demiş və bundan sonra Fərid çıxıb getmişdir. 14 sentyabr 2022-ci il tarixdə, saat 14 radələrində həmkəndliləri Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisə zamanı Cavidan Fəridi şillə və yumruqla sonuncunun sifət, həmçinin baş nahiyəsinə bir neçə zərbə vurmuşdur. Lakin həmin vaxt Cavidanın əlində və ya ümumiyyətlə üzərində bıçaq olmamış, X6 vurduqdan sonra sonuncunun burun nahiyəsindən, ümumiyyətlə heç bir nahiyəsindən qan gəlməmişdir. Həmin vaxt orada o və qardaşı İsmət olmuş, Cavidanla Fəridin mübahisə səsinə həmin yerə heç kim gəlməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında qeyd olunan mübahisə Xaçmaz rayonunun Çarxı kəndində, 2022-ciilin sentyabr ayında, günorta saatlarında baş vermişdir. Belə ki, o və qardaşı Şahid1 həmin tarixdə Çarxı kəndində yerləşən kafedə çay içərkən Zərərçəkmiş şəxs həmin kafenin içərisinə gələrək Təqsirləndirilən şəxslə birlikdə əyləşərək çay içib söhbət etmişlər, həmin vaxt Cavidan Fəriddən “TikTok” sosial şəbəkəsində Cavidanın ünvanına nalayiq sözlər yazılmış videonu paylaşmasının səbəbini soruşmuş və bu zəmində aralarında mübahisə yaranmışdır, kafedən çölə çıxaraq mübahisə etmişlər və əlbəyaxa olmuşlar. Bu zaman o və qardaşı təqsirləndirilənlə zərərçəkmişin əlbəyaxa olduqlarını görərək sonunculara tərəf gedib ayırmışlar və Fərid avtomobilinə əyləşib getmişdir. Həmçinin bildirmişdir ki, mübahisə 2-3 dəqiqə davam etmiş, təqsirləndirilənlə zərərçəkmişin mübahisəsi zamanı hadisə yerində yalnız o və qardaşı Nemət olmuş, başqa heç bir şəxs olmamışdır. Əlbəyaxa olarkən təqsirləndirilən zərərçəkmişi yumruq zərbələri ilə vurmuşdur. Hadisə zamanı təqsirləndirilənin əlində bıçaq olmamış, ümumiyyətlə mübahisə zamanı hər hansı bıçaqdan istifadə olunması halı olmamışdır. X6 vurduqdan sonra sonuncunun burun nahiyəsindən, ümumiyyətlə heç bir nahiyəsindən qan gəlməmişdir. Əlavə olaraq bildirmişdir ki, o, ibtidai istintaqda verdiyi ifadəsində bildirdiklərini təsdiqləyir. İş materiallarında olan Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 14 sentyabr 2022-ci il tarixli raportdan, həmin tarixli şifahi ərizə protokolundan və izahatdan müəyyən edilir ki, iş üzrə Zərərçəkmiş şəxs tərəfindən DİN-nin “102” xidmətinə və Xaçmaz RPŞ-yə müraciət edilərək, xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində yaşadığı Xaçmaz rayonunun Çarxı kəndində küçədə həmkəndlisi Təqsirləndirilən şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun onu şillə və yumruq zərbələri ilə sifət və baş nahiyəsindən vuraraq döydüyünü, bıçaqla sağ qol nahiyəsinə xəsarət yetirdiyi barədə məlumat vermiş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan raportdan müəyyən edilir ki, Xaçmaz RMX-nın tibb bacısı Haciyeva Xaçmaz RPŞ-yə telefonla zəng edərək iş üzrə Zərərçəkmiş şəxs “Burun yəhərinin əzilməsi” diaqnozu ilə xəstəxanaya daxil olması, həmçinin xəstənin yaşadığı kənddə tanıdığı şəxs tərəfindən döyülərək xəsarət almasını deməsi barədə məlumat vermişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 14 sentyabr 2022ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, həmin tarixdə hazırkı iş üzrə cinayət hadisəsinin baş verdiyi yerə baxış keçirilmiş və müəyyən edilmişdir ki, hadisə yeri Xaçmaz rayonunun Çarxı kəndi, B.Səfəroğlu küçəsidir. Qeyd olunan küçənin sol tərəfində digər küçəyə dönən hisədə kənd sakini Etibar adlı şəxsə məxsus fərdi yaşayış evi vardır. Sol tərəfdə olan küçəni keçdikdən sonra döngədə kənd sakini Əzizağa Ocaqova məxsus fərdi yaşayış evi vardır. Həmin küçənin sağ tərəfində avtomobil yuma məntəqəsi vardır, lakin həmin məntəqə fəaliyyət göstərməmişdir. Qeyd olunan küçənin yeri çay daşından ibarətdir. Baxışda iştirak etmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə aralarında baş vermiş mübahisənin və həmin mübahisə zamanı sonuncunun onu döydüyü yeri göstərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin 15 sentyabr 2022-ci il tarixli, 493 №-li rəyindən müəyyən edilir ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi və rentgenoloji müayinələri zamanı aşkar edilmiş xəsarətlər – sol göz almasına qansızma, burun, sağ bazu, sol çiyin nahiyələrinin qançırları, hər iki diz nahiyəsinin sıyrığı bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına sabəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 26 sentyabr 2022-ci il tarixli qərardan müəyyən edilir ki, toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma Cinayət Məcəlləsinin 128ci maddəsinin tərkibini yaradır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”na görə: Ümumi əmək qabiliyyəti dedikdə, insanın özünə qulluq edə bilməsi və ixtisas tələb etməyən əmək qabiliyyəti nəzərdə tutulur; Sağlamlığın qısa müddət pozulması dedikdə isə əmək qabiliyyətinin 21 gündən (3 həftədən) az olan müddətdə müvəqqəti itirilməsi başa düşülür; Ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində izah edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, 14 sentyabr 2022-ci il tarixdə, saat 14 radələrində Xaçmaz rayonunun Çarxı kəndində, Bəşir Səfəroğlu küçəsində Təqsirləndirilən şəxs aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı şillə və yumruqla Zərərçəkmiş şəxs sifət və baş nahiyələrindən qəsdən vurmuş və nəticədə sonuncuya göz almasına qansızma, burun, sağ bazu, sol çiyin nahiyələrin qançırları və hər iki diz nahiyəsinin sıyrığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Çarxı kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı kənddə özünü sakit, intizamlı, işgüzar bir insan kimi tanıtmışdır. Onun barəsində onu tanıyanlardan, yaxın qohumlarından, ailə üzvlərindən heç bir yazılı və şikayət daxil olmamışdır. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmiş, bununla belə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs notarial qaydada tərtib edilmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayətinin olmadığını bildirərək təqsirləndirilən şəxsin barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Həmçinin Təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxsin barışdıqlarını bildirərək sonuncunun barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişlər. Həmçinin bu barədə məhkəməyə ərizə təqdim edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməsi halı olmamışdır. Beləliklə, məhkəmə iş üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayətinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 40, 43, 344-347, 356, 381, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar