Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-157/2024 24.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu ildə Xaçmaz rayonu Palçıqoba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, orta təhsilli, Xaçmaz rayonu Palçıqoba kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz Rayon Polis Şöbəsinin X5 əməkdaşları tərəfindən Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində saxlanılaraq polis bölməsinə dəvət edilib ünvan 2 ünvanda yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin X5 inzibati binasında onun üzərinə 20 aprel 2024-cü il tarixdə saat 20:00- 20:13 müddətində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli qolsuz gödəkçənin sol yan cibində saxladığı şüşə bankanın içərisində 61,68 qram çəkidə və həmin qolsuz gödəkçənin sol döş cibində saxladığı «West» markalı siqaret qutusunun içərisində 02 ədəd papiroslarda 0,64 və 0,70 qram çəkilərdə olmaqla ümumilikdə 63,02 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Palçıqoba kəndində yaşayır. Təxminən 4-5 il olarkı narkotik vasitə olan qurudulmuş marixuananı papirosa doldurmaq yolu ilə çəkir. Əvvəllər qurudulmuş marixuananı papirosa doldurub çəkərkən içərisində çətənə toxumları olmuş və o, çətənə toxumlarını götürüb özündə saxlamışdır. 2023-cü ilin may ayının əvvəllərində qərara gəlmişdir ki, özündə olan çətənə bitkisi toxumlarının bir neçəsini əkib yetişdirsin və gələcəkdə özünün istifadə etməsi üçün qurudulmuş marixuana əldə etsin. Bu məqsədlə də o, özündə olan çətənə toxumlarından iki ədədini yaşadığı evin həyətində əkmiş, sonrakı günlərdə əkdiyi çətənə toxumları cücərmiş və o, əkdiyi çətənə bitkilərinin diblərinə su tökərək qulluq göstərmiş, 2023-cü ilin sentyabr ayının sonlarında isə əkdiyi çətənə bitkilərinin yarpaqlarını yığıb qurudaraq özünün istifadə etməsi üçün qurudulmuş marixuana hazırlamışdır. Hazırladığı qurudulmuş marixuananı bir ədəd şüşə bankaya doldurub saxlamış, lazım oluqda isə üzərindən götürüb papirosa doldurmaqla çəkmişdir. 20 aprel 2024-cü il tarixdə günorta saatlarında şüşə bankada saxladığı qurudulmuş marixuanadan bir qədər götürüb iki ədəd papirosa doldurduqdan sonra papirosları özündə olan «West» markalı siqaret qutusunun içərisinə, siqaret qutusunu əynində olan göy rəngli gödəkçənin sol döş cibinə, içərisində qurudulmuş marixuana olan şüşə bankanı isə gödəkçəsinin sol yan cibinə qoyub piyada Xaçmaz rayonu, İstisu qəsəbəsinə getmişdir. 20 aprel 2024-cü il tarixdə təxminən saat 18 radələrində Xaçmaz rayonu, İstusu qəsbəsində olarkən ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Xaçmaz RPŞ-nin Xudat PB-nə dəvət etmişlər. O, etiraz etməyərək avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nin Xudat PB-nə gəlmişdir. Xaçmaz RPŞ-nin Xudat PB-nin inzibati binasında müstəntiq tərəfindən ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra müstəntiq tərəfindən ona video çəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. O, əynində olan göy rəngli qolsuz gödəkçənin sol döş cibində saxladığı «West» markalı siqaret qutusunu və gödəkçəsinin sol yan cibində saxladığı şüşə bankanı çıxarıb masanın üstünə qoymuşdur. Müstəntiq şüşə bankanı əlinə götürüb qapağını açaraq içərisində nə olduğunu, haradan əldə etdiyini soruşmuş, o, da hər şeyi könüllü olaraq etiraf edərək bildirmişdir ki, şüşə bankada olan bitki kütləsi qurudulmuş marixuanadır, özünə məxsusdur. Sonra müstəntiq «West» markalı siqaret qutusunu açmış və siqaret qutusunun içərisində 02 ədəd «West» siqaretləri, içərilərinə qurudulmuş marixuana doldurduğu 02 ədəd papiroslar və 01 ədəd siqaretin baş hissəsi aşkar olunmuşdur. O, bildirmişdir ki, 02 ədəd papirosların içərisində qurudulmuş marixuana var. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərində başqa heç nə aşkar olunmamışdır. Müstəntiq siqaret dənələrini və papirosları «West» markalı siqaret qutusunu içərisinə qoyduqdan sonra siqaret qutusunu və şüşə bankanı bir ədəd polietilen torbada qablaşdıraraq protokol tərtib etmiş, o, da üzərində aşkar olunmuş qurudulmuş mariuxananın qablaşdırıldığı polietilen torbanın üzərinə yapışdırılmış kağıza və bununla bağlı yazılmış protokola imza etmişdir. O, heç kimdən narkotik vasitə almamış, heç kimə də narkotik vasitə satmamış, üzərində aşkar olunmuş qurudulmuş marixuananı isə gələcəkdə özünün istifadə etməsi üçün üzərində saxlamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərmişdir ki, o. Xaçmaz Rayon Polis Şöbəsinin X5 baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Xaçmaz RPŞnin X9 Xaçmaz rayonu. Palçıqoba kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq əldə etməsi, saxlaması, istifadə etməsi və daşıması barədə məlumat daxil olmuşdur. X9 daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə 20 aprel 2024-cü il tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilib bölmə rəisi tərəfindən təsdiq olunduqdan sonra onun. X5 polis nəfərləri, polis serjantı Şahid2 və Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin gün təxminən saat 18 radələrində Təqsirləndirilən şəxs Xaçmaz rayonu, İstisu qəsəbəsində olduğunu müəyyənləşdirərək ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu X9 dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən X9 gəlməyə razılaşmış və onlar onu polis bölməsinə gətirmişlər. Təqsirləndirilən şəxs X9 gətirilməsi ilə bağlı raport yazılmış və bununla bağlı araşdırmanın aparılması İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Taleh Ağayevə həvalə olunmuşdur. X6 X7 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra isə ona videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. X7 Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində qanunla qadağan edilmiş- hər hansı bir əşya və ya narkotik vasitə varsa özü təqdim etsin. X3 təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli qolsuz gödəkçənin sol döş cibindən bir ədəd «West» markalı siqaret qutusunu, əynində olan qolsuz gödəkçənin sol yan cibindən isə bir ədəd şüşə bankanı çıxarıb masanın üstünə qoymuşdur. X7 şüşə bankanı əlinə götürüb qapağını açaraq içərisində nə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi şüşə bankada olan bitki kütləsi narkotik vasitədir, özünə məxsusdur. Sonra X7 «West» markalı siqaret qutusunu açmış və siqaret qutusunun içərisində 02 ədəd «West» siqaretlərinin, 02 ədəd düzəldilmiş papirosların və 01 ədəd siqaretin baş hissəsinin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, 02 ədəd papirosların içərisində qurudulmuş marixuana vardır. Bundan sonra polis nəfəri Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərində başqa heç nə aşkar olunmamışdır. X7 siqaret dənələrini və papirosları «West» markalı siqaret qutusunu içərisinə qoyduqdan sonra siqaret qutusunu və şüşə bankanı bir ədəd polietilen torbada qablaşdıraraq möhürləmiş və bu barədə protokol tərtib edilib oxunduqdan sonra iştirakçılar qurudulmuş marixuananın qablaşdırıldığı polietilen torbanın üzərinə yapışdırılmış kağıza və protokola imza etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri Xaçmaz Rayon Polis Şöbəsinin X5 polis nəfəri, polis serjantı Şahid3 tərəfindən əvvəldən axıra kimi video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı ifadə vermiş və ifadəsi məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Taleh Ağayev tərəfindən tərtib olunmuş şəxsi axtarış aparılması haqqında 20 aprel 2024-cü il tarixli protokoldan görünür ki. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli qolsuz gödəkçənin sol yan cibində saxladığı şüşə bankanın içərisində və həmin qolsuz gödəkçənin sol döş cibində saxladığı «West» markalı siqaret qutusunun içərisində olan 02 ədəd papiroslarda narkotik vasitə olan qurudulmuş mariuxana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə 20 aprel 2024-cü il tarixdə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülər bir ədəd «CD» formatlı diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. Həmin diskə məhkəmə baxışı zamanı baxış keçirilərkən Xaçmaz Rayon Polis Şöbəsinin Xudat PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin və sonuncunun əynində olan göy rəngli qolsuz gödəkçənin sol yan cibindən çıxarıb təqdim etdiyi şüşə bankanın içərisində və həmin qolsuz gödəkçənin sol döş cibindən çıxarıb təqdim etdiyi «West» markalı siqaret qutusunun içərisində olan 02 ədəd papiroslarda narkotik vasitə olan qurudulmuş mariuxana olmasının görüntüləri əksini tapmışdır. Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu və görüntüyə dair heç bir etirazın olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Məhkəmə Ekspertiza Mərkəzinin bioloji ekspertizalar şöbəsinin 21 aprel 2024- cü il tarixli 3-16-16/2- 6/614 nömrəli ekspert rəyndən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...’’yazılar və imzalar olan polietilen paketdə 1 (bir) ədəd şüşə bankada təmiz çəkisi-61,68 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudlumuş marixuanadır. Həmin polietilen paketdə 2 ədəd papiroslarda olan qarışıq kütlələrdə təmiz çəkiləri 0,64 qram və 0,70 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudlumuş marixuanadır. Marixuanaların ümumi çəkisi-63,02 qramdır. Təqsirləndirilən şəxs üzərindən götürülmüş şüşə bankada və 2 ədəd papiroslarda qarışıq kütlələrin tərkibində olan marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim olunmuş 2 ədəd “West” siqaretlərinin içərisindəki kütlələrin tərkibi tütündən ibarətdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsin 21 may 2024-cü il tarixli 3540 nömrəli rəyindən görünür ki, müayinə zamanı Nəcəfov- Zakir Baba oğlunda Kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və -şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş 63,02 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana 22 aprel 2024-cü il tarixli qərar ilə maddi sübut hesab olunmuş və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 62,96 qram olan qurudulmuş marixuana saxlanmasından ötrü Xaçmaz Rayon Polis Şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan cinayət işi materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Xaçmaz rayonu Çinartala İƏD-dən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, evlidir, Xaçmaz rayonu. Palçıqoba kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz Rayon Polis Şöbəsinin X5 əməkdaşları tərəfindən Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində saxlanılaraq polis bölməsinə dəvət edilib ünvan 2 ünvanda yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin X5 inzibati binasında onun üzərinə 20 aprel 2024-cü il tarixdə saat 20:00- 20:13 müddətində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli qolsuz gödəkçənin sol yan cibində saxladığı şüşə bankanın içərisində 61,68 qram çəkidə və həmin qolsuz gödəkçənin sol döş cibində saxladığı «West» markalı siqaret qutusunun içərisində 02 ədəd papiroslarda 0,64 və 0,70 qram çəkilərdə olmaqla ümumilikdə 63,02 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ibtidai istintaq zamanı barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin şərtlərinin pozmamasını, yaşayış yerindən müsbət xarakterizə olmasını, törətdiyi əməli səmimi etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, üzərindən aşkar edilmiş narkotik vasitənin növü və miqdarı, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halların olmasını (əvvəllər məhkum olunmamasını, ibtidai istintaq zamanı barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin şərtlərinin pozmamasını, yaşayış yerindən müsbət xarakterizə olmasını, törətdiyi əməli səmimi etiraf etməsini,), həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan şübhəli şəxsi tutma haqqında 20 aprel 2024-cü il tarixli protokoldan və müstəntiqin həmin tarixli qərarından, həmçinin müstəntiqin şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında 21 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2024-cü il tarixdə saat 19:25-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş və 21 aprel 2024-cü il tarixdə saat 20:20-də barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla da, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu müddət, yəni 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, cəmi 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserinə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 62,96 qram qurudulmuş marixuana məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini və yaşadığı evinə baxış keçirilməsi görüntülərini özündə əks etdirən və maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan cəmi 72 (yetmiş iki) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 aprel 2024-cü il tarixdən 21 aprel 2024-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 62,96 qram qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan cəmi 72 (yetmiş iki) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına keçirilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirə olunası əmlakın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №1(067)-157/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-157/2024
24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver