Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-158/2023 07.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1992-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,371 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini üzərində saxlamaqla daşımış, bu fakt o. Xaçmaz şəhəri Dağıstan küçəsində saxlanılaraq Xaçmaz rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib ünvan 2 ünvanda yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasında onun üzərinə 18 may 2023-cü il tarixdə saat 20:50-21:00 müddətində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli qolsuz gödəkçəsinin sağ yan cibində saxladığı «Rotmans» siqaret qutusunun sellofanı içində olan 1 ədəd bükümün içərisində təmiz çəkisi 0,371 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Xaçmaz şəhəri. Dağıstan küçəsi, ev 20-də ailəmlə birlikdə yaşayır və heç bir yerdə işləmir. Təxminən 2 ildir ki. narkotik vasitə olan heroindən istifadə edir. 18 may 2023-cü il tarixdə təxminən saat 17 radələrində Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən çayxanadan çıxıb yaşadığı ev istiqamətində gedərkən yerdə bir ədəd kağız büküm olduğunu görüb və həmin kağız bükümü əlinə götürüb açdıqda içində narkotik vasitə olan heroin olması ona məlum olmuşdur. Narkotik vasitədən istifadə etdiyi üçün tapdığı heroini gödkçəsinin sağ yan cibində olan «Rothmans» markalı siqaret qutusunu üzərində olan sellofanın içinə qoyaraq yaşadığı evə aparmışdır. Həmin gün təxminən saat 19:30 radələrində evdən çıxıb yaşadığı Xaçmaz şəhəri, Dağıstan küçəsi ilə piyada gedərkən polis əməkdaşları ona yaxınlaşıb və özlərini təqdim etdikdən sonra onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. Etiraz etməyərək avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə getmişdir. Xaçmaz RPŞ-nin inzibati binasında müstəntiq tərəfindən hüquq və vəzifələri ona izah edilərək təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitələri əldə edib, saxlamaqda şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra müstəntiq tərəfindən video çəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üzərində olan əşyaları çıxarıb təqdim etməsi ona təklif edilmişdir. Əynində olan qara rəngli qolsuz gödəkçəsinin sağ yan cibindən 01 ədəd «Rothmans» markalı siqaret qutusunu çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi atarış keçirilmiş və əynində olan gödəkçəsinin sağ yan cibində 01 ədəd «Argo» markalı siqaret qutusu, şalvarının sol yan cibində isə 01 ədəd beş manatlıq, 02 ədəd bir manatlıq əskinaslar, 04 ədəd 20 və 01 ədəd 10 qəpik pullar aşkar olunmuşdur. Müstəntiq təqdim etdiyi «Rothmans» markalı siqaret qutusunu üzərində olan sellofanı çıxarıb içərisində olan kağız bükümü görüb və ondan kağız bükümün içərisində nə olmasını soruşduqda hər şeyi könüllü olaraq etiraf edərək kağız bükümdə olan qəhvəyi rəngli tozşəkilli maddənin özünə məxsus «kakos», yəni narkotik vasitə olan heroin olmasını və onu taparaq sonradan istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Müstəntiq təqdim etdiyi kağız bükümdə olan heroini elektron tərəzinin üzərinə qoyub, çəkdikdə kağızla birlikdə heroinin çəkisinin 0,5 qram olması müəyyən olunmuşdur. Bundan sonra müstəntiq tərəfindən üzərindən aşkar edilmiş kağız bükümdə olan heroin bir ədəd ağ rəngli zərfə qoyulub və qablaşdırılaraq protokol tərtib edilmişdir. Üzərindən aşkar olunmuş heroinin qablaşdırıldığı zərfin üstünə və bununla bağlı yazılmış protokola imza etmişdir. Bundan başqa üzərindən aşkar edilmiş 01 ədəd içərisi boş olan «Rothmans» markalı siqaret qutusu, 01 ədəd içərisində siqaret dənələri olan «Argo» markalı siqaret qutusu, 01 ədəd beş manatlıq, 02 ədəd bir manatlıq əskinaslar, 04 ədəd 20 və 01 ədəd 10 qəpik pullar götürülməyərək özünə qaytarılmışdır. Polis əməkdaşları onu saxladıqları zaman ona qarşı hər hansı bir zor tətbiq edilməmişdir. O, hər hansı bir şəxsə narkotik vasitə satmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirərək, barəsində cəza təyin edilərkən ilk dəfə məhkum olunmasını xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin, X4 əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Xaçmaz şəhəri, H.Əliyev prospekti, ev 25-də yaşayır və Xaçmaz rayon RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 18 may 2023-cü il tarixdə ünvan 1 ünvanında yaşayan xx xxxxxxx 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat aparatına məlumat daxil olduğuna görə həmin günü yəni 18 may 2023-cü il tarixdə saat 19:30 radələrində Xaçmaz RPŞ-nin NMQ-nun digər əməliyyat müvəkkili Şahid1lilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri Dağıstan küçəsində saxlayıb və üzərində narkotik vasitələri daşıması barədə şübhələr olduğu ona izah edilərək şəxsi axtarış keçirilməsi üçün onu Xaçmaz rayon PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Xaçmaz RPŞnə gəldikdən sonra xidməti otaqların birində müstəntiq Şəhriyar Kərimov tərəfindən müdaifəçi X2 iştirakı ilə hüquq və vəzifələri ona izah edilərək üzərinə vidoçəklişlə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmişdir. Videoçəklişi Xaçmaz RPŞ-nin PPXB-nün polis nəfəri polis serjantı Şahid3 özünə məxsus mobil telefonla aparmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməsinə etiraz etmədikdən sonra onun üzərinə videoçəklişlə keçirilən şəxsi axtarış zamanı o. könüllü olaraq əynində olan qara rəngli qolsuz gödəkçəsinin sağ yan cibindən 1 ədəd «Rotmans» markalı siqaret qutusunu çıxarıb, otaqda olan masanın üstünə qoymuşdur. Bundan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun əyinində olan gödəkçəsinin sağ yan cibindən 1 ədəd «Aqro» markalı siqaret qutusu şalvarının sol yan cibindən 1 ədəd 5 manatlıq əskinas, 2 ədəd 1 manatlıq əskinaslar. 4 ədəd 20 manatlıq əskinaslar və 1 ədəd 10 qəpik pul aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi «Rotmans» markalı siqaret qutusunun üzərindəki sellofan çıxarıldıqda həmin sellofanın içində 1 ədəd kağız bükümün olması məlum jəlmuşdur. Həmin 1 ədəd kağız büküm açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitəyə bənzər tozşəkilli maddənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs siqaret qutusunun üzərində olan sellofandakı 1 ədəd bükümün içindən aşkar edilmiş maddənin nə olması və haradan əldə etməsi soruşulduqda o. həmin 1 ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddə kütləsinin «kakos». yəni özünə məxsus narkotik vasitə olan heroin olmasını və cyıu tapdığını bildirmişdir. Bundan başqa o. həmin narkotik vasitəni üzərində saxlaqda məqsədi ondan istifadə etmək olmasını demişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd büküm elektron tərəzidə çəkilərkən kağızla birlikdə çəkisinin 0,5 qram olması məlum olmuşdur. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 1 ədəd bükümdə qəhvəyi rəngli toşəkilli maddə onların iştirakı ilə ekspertizaya göndərilməsi üçün müstəntiq tərəfindən bir ədəd ağ rəngli zərfdə qablaşdırılıb və möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarışla əlaqədar protokol tərtib edilib və onlara oxunduqdan sonra həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X11 Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid3 şahid qismində dindirilmiş Şahid2 ifadəsində oxşar ifadə vermişdir. İbtidai istintaq zamanı ifadəsi verilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış Xaçmaz rayon Polis Şöbəsinin, X4 əməliyyat müvəkkili Şahid1 ifadəsinə Şahid2 ifadəsində oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 18 may 2023cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, qeyd olunan tarixdə Xaçmaz rayon PŞ-nin inzibati binasında RPŞ-nin İB-nin müstəntiqi X5. Xaçmaz RPŞ-nin əməliyyat müvvəkkiləri Şahid1 və Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən o. müdafiəçinin iştirakı ilə əynində olan qara rəngli qolsuz gödəkçəsinin sağ yan cibində saxladığı «Rotmans» markalı siqaret qutusunu çıxarıb, otaqda olan masanın üstünə qoymuş, həmin qutunun üzərindəki sellofanın içində 1 ədəd bükümdə narkotik vasitəyə bənzər kütlə aşkar edilmiş və həmin narkotik vasitə müstəntiq tərəfindən 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan elektron məlumat daşıyıcına baxış keçirilməsi haqqında 30 may 2023-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Xaçmaz rayon PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçnrilməsinin videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD dikskə təqsirləndirilən şəxsin və müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı 18 may 2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokolda göstərilən hallar öz əksini tapmışdır. DVD diskə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 19 may 2023-cü il tarixli 6/2906 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd zərfdə, 1 ədəd bükümdə təmiz çəkisi 0,371 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı) İ daxildir. Heroinin ümumi təmiz çəkisi 0,371 qram, olması, 0.05 qramının tədqiqata sərf edililməsi və 0,321 qramının qalıq qalması nəzərə alınmalıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 19 may 2023-cü il tarixli əşyanın maddi sübut kimi hesab edilməsi haqqında qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşakar edilrək götürülmüş 01 ədəd ədəd kağız paketdə, 1 ədəd bükümdə təmiz çəkisi 0,371 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən qeyd edilən tarixdə maddi sübut hesab edilməklə saxlanılması üçün Xaçmaz RPŞ-nin maddi-sübütlar otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan məhkəmə narkoloji ekspertizasının 14 iyun 2023-cü il tarixli 3752 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan AR DİN-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon İcra Hakimiyyəti Mənzil Komunal Təsərrüfatı İdarəsinin 12 iyun 2023-cü il tarixli, 495 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs evil olmaqla himayəsində 08 aprel 2013-cü il təvəllüdlü X3 və 28 avqust 2016-cı il təvəllüdlü X6 adında iki azyaşlı uşaqları var. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon İcra Hakimiyyəti Mənzil Komunal Təsərrüfatı İdarəsinin 12 iyun 2023-cü il tarixli, 19 saylı xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi köçürülmüş 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə heroinin təmiz çəkisi 0,173 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 18 may 2023-cü il tarixli protokoldan, 20 may 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan və xx.xx.2023-cü il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün müddət təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 07 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədə müvafiq sayır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş təmiz çəkisi 0,371 qram heroindən təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 0,321 qram təşkil etmişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,371 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,321 qram təşkil edən heroin narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-də saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,321 qram təşkil edən heroin narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdən 20 may 2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən – 07 noyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,321 qram təşkil edən heroin narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ.
Məhkəmə qərarları › İş №1(067)-158/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-158/2023
07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver