Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-158/2024 21.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1 iştirakı ilə xx xxxxxxx 2006-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, deməsinə görə natamam orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Xaçmaz şəhəri, Y.Müşküri küçəsi ev 50-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə, xx xxx 1997-ci ildə Xaçmaz rayonunun Gülalan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, Xaçmaz rayonunun Gülalan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə, xx xxxxxx 2000-ci ildə Xaçmaz rayonunun Gülalan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Gülalan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə, saat 03 radələrində, sərxoş vəziyyətdə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 1 ünvanının qarşısında olan, Zərərçəkmiş şəxs məxsus Vaz 21074 markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmaq məqsədi ilə avtomobilin qapısını açaraq içərisinə daxil olduqdan sonra avtomobili işə sala bilmədikləri üçün onu itələyib həmin yerdən 1 kilometr irəli apardıqdan sonra Xaçmaz şəhəri, Dağıstan küçəsi yaxınlığında təzə məhəllə adlanan yerdə qoyub qaçmış, bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir(qaçırmışdır). Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü İİ tarixdə, saat 03 radələrində, sərxoş vəziyyətdə qardaşı Təqsirləndirilən şəxs3 və tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 1 ünvanının qarşısında olan, Zərərçəkmiş şəxs məxsus Vaz 21074 markalı, **-NO- *** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmaq məqsədi ilə avtomobilin qapısını açaraq içərisinə daxil olduqdan sonra avtomobili işə sala bilmədikləri üçün onu itələyib həmin yerdən 1 kilometr irəli apardıqdan sonra Xaçmaz şəhəri, Dağıstan küçəsi yaxınlığında təzə məhəllə adlanan yerdə qoyub qaçmış, bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçlrmişdlr(qaçırmışdır). Bununla da Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs3 tanışları xx.xx.2024-cü il tarixdə, saat 03 radələrində, sərxoş vəziyyətdə qardaşı Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 1 ünvanının qarşısında olan, Zərərçəkmiş şəxs məxsus Vaz 21074 markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmaq məqsədi ilə avtomobilin qapısını açaraq içərisinə daxil olduqdan sonra avtomobili işə sala bilmədikləri üçün onu itələyib həmin yerdən 1 kilometr irəli apardıqdan sonra Xaçmaz şəhəri, Dağıstan küçəsi yaxınlığında təzə məhəllə adlanan yerdə qoyub qaçmış, bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir(qaçırmışdır). Bununla da Təqsirləndirilən şəxs3 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri öz təsdiqini tapır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üçü birlikdə Xaçmaz şəhərində kafedə spirtli içki qəbul etdikdən sonra kafedən çıxıb Xaçmaz şəhəri, “İzmayılovka” adlanan əraziyə getmişlər. Onların fikrinə avtomobil sürmək düşmüş, bu məqsədlə, yəni oğurlamaq deyil, yalnız sürmək üçün həmin ərazidə (küçədə) olan, zərərçəkmiş şəxsin avtomobilinin mühərrikini işə sala bilmədiklərindən, itələyərək bir qədər məsafəyədək aparmışlar, lakin avtomobil işə düşməmiş və onlar həmin avtomobili apardıqları yerdə qoyaraq çıxıb getmişlər. Həmçinin bildirdi ki, onlar zərərçəkmiş şəxsi əvvəldən tanımamışlar. Onlar qaçırdıqları avtomobili küçədə görmüşlər, həmin avtomobil 07 markalı olmuş, həmin vaxt onlar həmin ərazidə sadəcə, gəzirmişlər. Həmin avtomobili onlardan heç biri idarə etməmişdir, çünki avtomobil işə düşmədiyindən onlar avtomobili təxminən bir kilometrədək itələyərək aparmışlar. Avtomobili qaçıraraq sürüb yenidən yerinə qoyub gedəcəklərdi. Onlar avtomobili qaçıraraq kiməsə verəcəkləri barədə heç kimlə danışmamışlar (əvvəlcədən razılaşmamışlar). O, törətdiyi cinayət əməlindən peşmandır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayon sakinləri olan tanışları Həsən və Hikmətlə 16 aprel 2024-cü il tarixdə, saat 23 radələrində Xaçmaz şəhərində yerləşən kafedə oturaraq spirtli içki olan pivə qəbul etmişlər. Daha sonra kafedən birlikdə çıxaraq N.Nərimanov küçəsində yerləşən mağazalardan birindən spirtli içki olan “Go” alaraq içmişlər. Onlar üçü də sərxoş vəziyyətdə gəzə-gəzə gedən zaman fikirləşmişlər ki, qaçırılması mümkün olan bir avtomobil görsələr götürüb sürərlər, sonra aparıb yerinə qoyarlar. Bu məqsədlə onlar dəmir yolunu “İzmayılovka" adlanan yerə tərəf keçmişlər. Həmin vaxt xx.xx.2024-cü il tarix olmuş, saat 03 radələri olmuşdur. Onlar küçədə dayanan avtomobil axtara-axtara gəlib Ramin Sadıqov küçəsinə çıxmışlar. Onlar həmin küçədə evlərin birinin qarşısında ağ rəngli “Vaz 21074” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu görmüşlər. Onlar ətrafa baxmış, gecə saatları olduğu üçün ətrafda heç kim olmamışdır. Onlar həmin avtomobilə yaxınlaşıb qapısını açmış, avtomobilin qapıları açıq olmuşdur. Sonra avtomobilin salonunu axtarmışlar, lakin avtomobildə açar olmadığından qərara gəlmişlər ki, avtomobili itələyib işə salsınlar. Bu zaman Hikmət avtomobilin açar olan yerini sökərək naqilləri bir-birinə vurub avtomobili işə salmaq istəmiş, həmin vaxt Həsənlə o, küçədə dayanıb ətrafa baxmışlar ki, gələn olsa Hikmətə desinlər və qaçsınlar. Lakin Hikmət avtomobili bu yolla işə sala bilməmişdir. Sonra Həsən avtomobilə minib sükan arxasına keçmiş, Hikmətlə o isə avtomobili itələmiş ki, bəlkə işə düşər. Onlar avtomobili itələyə- itələyə təxminən 1 km sürmüş, lakin işə sala bilməmişlər. Sonra daha görmüşlər ki, avtomobili işə sala bilmirlər, buna görə həmin avtomobili elə küçədə qoyub çıxıb getmişlər. Onlar avtomobili oğurluq məqsədilə qaçırmamışlar, sərxoş olmuşlar, avtomobili sürüb həvəslərini öldürüb gətirib yerinə qoymaq istəmişlər, heç birinin oğurluq niyyəti olmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 bildirdiyi kimi, o, Hikmət və Vahid birlikdə sərxoş vəziyyətdə olduqlarından zərərçəkmiş şəxsin küçədə saxladığı avtomobilini sürmək istəmişlər, lakin həmin avtomobili işə sala bilmədiklərindən itələmişlər, lakin işə düşmədiyindən yolda qoyaraq çıxıb getmişlər. Həmçinin bildirdi ki, onlar zərərçəkmişin qaçırdıqları avtomobili elə əməli törətdikləri zaman, küçədə gəzərkən görmüşlər. Onlar avtomobili qaçırarkən gecə saat 03 radələri olmuşdur. Onlar qaçırdıqları həmin avtomobildən heç nə götürməmişlər, həmin avtomobilin hər hansı hissəsini zədələməmişlər. Əlavə olaraq bildirdi ki, onlar zərərçəkmiş şəxsin məhkəmə iclasında bildirdiyi kimi, sonuncunun avtomobilini işə salaraq idarə etməmişlər, yalnız itələyərək aparmışlar. Zərərçəkmiş şəxsin evi ilə qonşuluqdakı evin müşahidə kamerasına baxaraq bunu görmək mümkündür. O, törətdiyi cinayət əməlindən peşmandır,barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Təqsirləndirilən şəxs1 tanıyır, qardaşının dostudur, onunla aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Xaçmaz rayon sakini olan tanışı Təqsirləndirilən şəxs1 və qardaşı Təqsirləndirilən şəxs3 ilə birlikdə 16 aprel 2024-cü il tarixdə, saat 23 radərində Xaçmaz şəhərində yerləşən “Rol” kafesində və N.Nərimanov küçəsində yerləşən adını xatırlamadığı kafedə oturmuşlar. Hikmət və Vahid pivə içmişlər, o, isə çay içmişdir. Daha sonra kafedən birlikdə çıxaraq N.Nərimanov küçəsi ilə üçü də gəzə-gəzə gedən zaman Vahidlə Hikmət demişdir ki, “qaçırılması mümkün olan bir avtomobil görsək, götürüb sürək, sonra aparıb yerinə qoyarıq.” O, ilk öncə etiraz etsə də, sonradan razılaşmışdır. Bu məqsədlə onlar dəmir yolunu “İzmayılovka” adlanan yerə tərəf keçmişlər. Həmin vaxt xx.xx.2024-cü il tarix, saat 03 radələri olmuşdur. Onlar küçədə dayanan avtomobil axtara-axtara gəlib Ramin Sadıqov küçəsinə çıxmışlar. Onlar həmin küçədə evlərin birinin qarşısında ağ rəngli “Vaz-21074” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtmobil olduğunu görmüşlər. Onlar ətrafa baxmış, gecə saatları olduğu üçün ətrafda heç kim olmamışdır. Həmin vaxt o, Vahidgildən təxminən 10 metr məsafədə dayanmış, gəlib-gedən olub-olmamasına baxmışdır. Vahidlə Hikmət həmin avtomobilə yaxınlaşıb qapısını açmış, avtomobilin qapıları açıq olmuşdur. Onlar avtomobili işə salmaq üçün açar olan yeri söküb naqilləri birləşdirib işə salmaq istəmiş, lakin bu mümkün olmamışdır. Avtomobili bu qaydada işə sala bilmədiklərindən qərara gəlmişlər ki, onu itələyib işə salsınlar. Bu zaman o və Vahid avtomobili itələməyə başlamışlar. Hikmət isə sükan arxasında qalmış, Vahidlə o, avtomobili yerindən tərpətmək üçün güc verib itələmişlər. Hikmət isə sükan arxasında gedə-gedə həm sükanı tutmuşdur, həm də ötürücünü qoşmaqla və naqilləri birləşdirməklə avtomobili işə salmağa çalışmışdır. Lakin avtomobili təxminən 1 km uzaqlaşdırsalar da işə sala bilməmişlər. Sonra daha avtomobili işə sala bilməmişlər, buna görə həmin avtomobili daşlıq yolda küçədə qoyub çıxıb getmişlər, Onlar avtomobili oğurluq məqsədilə qaçırmamışlar, sərxoş olduqları üçün avtomobili sürmək istəmişlər, heç birinin oğurluq niyyəti olmamışdır. O, Təqsirləndirilən şəxs1 hər-hansı vəd verməklə Vahidi avtomobil qaçırmağa və ya başqa cinayət hadisəsi törətməyə cəlb etməmişdir. Vahidə belə bir təklif etməmiş, əksinə təklifi Vahid özü etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, digər təqsirləndirilən şəxslərin bildirdiyi kimi, onlar sərxoş vəziyyətdə olduqlarından avtomobili sürmək istəmişlər, lakin qaçırmaq istədikləri avtomobili mühərrikini işə salmaq üçün itələyərək aparmışlar, lakin işə düşmədiyindən yolda qoyaraq çıxıb getmişlər. Həmçinin bildirdi ki, onların qaçırdıqları avtomobil yaşayış evinin qapısının qarşısında olmuşdur. O, törətdiyi cinayət əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayon sakini olan tanışı Təqsirləndirilən şəxs1 və qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə 16 aprel 2024-cü İİ tarixdə, saat 23 radələrində Xaçmaz şəhərində yerləşən “Rol” kafesində və N.Nərimanov küçəsində yerləşən adını xatırlamadığı kafedə oturaraq spirtli içki olan pivə qəbul etmişlər. Lakin qardaşı Həsən pivə yox, çay içmişdir. Daha sonra kafedən birlikdə çıxaraq N.Nərimanov küçəsində yerləşən mağazalardan birindən spirtli içki olan “Go” alaraq içmişlər. Onlar üçü də gəzə-gəzə gedən zaman fikirləşmişlər ki, qaçırılması mümkün olan bir avtomobil görsələr götürüb sürərlər, sonra aparıb yerinə qoyarlar. Lakin bu razılığı Vahidlə o əldə etmiş, təklifi də ikisi etmişlər. Bu məqsədlə onlar dəmir yolunu “İzmayılovka” adlanan yerə tərəf keçmişlər. Həmin vaxt xx.xx.2024-cü il tarix , saat 03 radələri olmuşdur. Onlar küçədə dayanan avtomobil axtara-axtara gəlib Ramin Sadıqov küçəsinə çıxmışlar. Onlar həmin küçədə evlərin birinin qarşısında ağ rəngli “Vaz 21074” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu görmüşlər. Onlar ətrafa baxmışlar, gecə saatları olduğu üçün ətrafda heç kim olmamışdır. Həmin vaxt qardaşı Həsən onlardan təxminən 10 metr məsafədə dayanmışdır. Vahidlə o, həmin avtomobilə yaxınlaşıb qapısını açmışlar, avtomobilin qapıları açıq olmuşdur. Sonra avtomobilin salonunu axtarmışlar, lakin avtomobildə açar tapmamışlar. O, avtomobili işə salmaq üçün açar olan yeri söküb naqilləri birləşdirib işə salmaq istəmişdir, lakin bu mümkün olmamışdır. Avtomobili bu qaydada işə sala bilmədiyindən qərara gəlmişlər ki, avtomobili itələyib işə salsınlar Bu zaman o, sükan arxasında qalmış və Həsənlə Vahid avtomobili itələmişlər ki, bəlkə işə düşər. O isə sükan arxasında gedə-gedə həm sükanı tutmuşdur, həm də ötürücünü qoşmaqla və naqilləri birləşdirməklə avtomobili işə salmağa çalışmışdır. Lakin avtomobili təxminən 1 km uzaqlaşdırsalar da, işə sala bilməmişlər. Avtomobili işə sala bilməmiş və buna görə həmin avtomobili daşlıq yolda küçədə qoyub çıxıb getmişlər. Onlar avtomobili oğurluq məqsədilə qaçırmamışlar. Sərxoş olduqları üçün avtomobili sürüb yerinə qoymaq istəmişlər, heç birinin oğurluq niyyəti olmamışdır, məqsədləri avtomobil sürmək olmuşdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, avtomobili qaçırılmazdan əvvəl, yəni 16 aprel 2024-cü il tarixdə, axşamüstü saatlarında həmin avtomobilini səhəri gün toya getməli olduğundan yuyaraq yaşadığı evin qarşısında, qapının yanında saxlamış, özü isə dayısı oğlunun avtomobili ilə Xaçmaz şəhərinə getmiş, gecə saat 1-2 radələrində yaşadığı ünvana qayıdıb gələndə avtomobili saxladığı yerdə, evinin qarşısında olmuşdur. Sonradan isə avtomobilinin saxladığı yerdə olmadığını müəyyən etmişdir. Təqsirləndirilən şəxslər onun avtomobilini idarə etmədiklərini bildirsələr də, lakin idarə etmişlər, o, bunu işlədiyi yerdə sexin müşahidə kamerasının görüntüsünə baxaraq bilmişdir. Lakin avtomobilinə hər hansı zərər vurulmamış, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Həmçinin bildirdi ki, o, təqsirləndirilən şəxslərin avtomobilin mühərrikini işə salaraq idarə etdiklərini videomüşahidə kamerasına baxaraq görmüşdür, həmin vaxt avtomobili sürətlə idarə edilmiş, içərisində olan şəxsləri görmək mümkün olmamış, həmin görüntülər müşahidə kamerası tərəfindən səhər 05:51də qeydə alınmışdır. O, avtomobilini qaçırılan gün axşamüstü saatlarında yolda saxlanılmış vəziyyətdə özü tapmış və bu barədə polisə məlumat vermişdir. Onun avtomobilini tapdığı yer yaşadığı ünvandan təxminən iki kilometr aralıda olmuşdur. Onun avtomobilinə heç bir zərər dəyməmiş, avtomobilindən heç nə götürülməmiş, yalnız avtomobilin qabaq hissəsi kirlənmişdir. Təqsirləndirilən şəxslər avtomobili işə salmaq üçün avtomobilinin içərisində yerləşən mühərriki işəsalma açarının yerləşdiyi yerin plastmas örtüyünü və naqilləri qırmışlar, həmin hissələri özü təmir etdirərək bərpa etmişdir. O, həmin hissələri tam təmir etdirsə, təxminən 50-60 manat vəsait xərcləyər. O, həmin ziyanı tələb etmir, bağışlayır. Əlavə olaraq bildirdi ki, onun evinin qonşuluğunda yerləşən evdə videomüşahidə kamerası olsa da, istintaq orqanı tərəfindən bu hal araşdırılmış, lakin həmin kameranın görüntüləri yaddaşda saxlamadığı müəyyən edilmişdir. O, iş üzrə təqsirləndirilən şəxslərə həbslə əlaqədar cəza təyin edilməsini istəmir. Onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində qeydiyyatda olsa da, faktiki olaraq Xaçmaz şəhəri, Ramin Sadıqov küçəsi ev 127-də yaşayır. 2022-ci ildə Bakı şəhərindən “Vaz 21074” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır, həmin avtomobili öz adına keçirməmiş, baş etibarnamə ilə idarə edir. xx.xx.2024cü il tarixdə, saat 16:30 radələrində avtomobili gündəlik qulluq üçün ustaya aparmışdır. Təxminən 2 saat avtomobil ustada qalmış, saat 18:30 radələrində isə özü həmin avtomobili sürüb yaşadığı ünvan 3 ünvanında yerləşən evinin qarşısına gətirmişdir. Onun avtomobilinin mərkəzi qapanma sistemi işləmədiyindən qapıları açıq olmuşdur. O, avtomobili evinin qarşısında saxlamış, özü isə həmin gün evdə olmuşdur. Ertəsi gün, yəni xx.xx.2024-cü il tarixdə, saat 09 radələrində yaşadığı evdən çıxan zaman avtomobilinin yerində olmadığını görmüşdür. O, başa düşmüşdür ki, kimsə avtomobilini qaçırmışdır. Buna görə hadisə barəsində rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin gün axşam saat 19 radələrində avtomobilinin olduğu yer müəyyən edilmişdir. Belə ki, onun avtomobili yaşadığı evdən 1 km irəlidə təzə məhəllə adlanan yerdə aşkar edilmişdir. Avtomobilin sükanının altında olan naqillər açılıb çıxarılmışdır, naqilləri təmir etmək üçün ustaya 20 manat xərci çıxmış, lakin avtomobilinə başqa bir zədə vurulmamışıdır. Avtomobili tam saz vəziyyətdə polis əməkdaşları tərəfindən ona təhvil verilmişdir. İş materiallarında olan 17 aprel 2024-cü il tarixli ərizədən və izahatdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Xaçmaz RPŞ-yə müraciət edərək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə Xaçmaz şəhərində yaşadığı evin qarşısında saxladığı “VAZ 21074” markalı, ** NO *** dövlət qeydiyyat nişanlı avtomobilinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat vermiş, həmin şəxsin və ya şəxslərin müəyyən edilib barələrində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 17 aprel 2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, qeyd olunan tarixdə hadisə yerinə baxış keçirilmişdir. Qaçırılmış “VAZ 21074” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin aşkar edildiyi yer Xaçmaz şəhəri, Dağıstan küçəsinin yaxınlığında yerləşən “təzə məhəllə” adlanan məhəllədir. Avtomobil tam işlək vəziyyətdə aşkar olunmuşdur. Avtomobilə baxış zamanı hər hansı bir əşya, predmetin və ya detalların oğurlanması aşkar olunmamışdır. Avtomobildən 10 ədəd əl-barmaq izi götürülmüşdür. Avtomobil saz vəziyyətdə sahibinə qaytarılmışdır. İş materiallarında olan “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən və “Nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında etibarnamə”nin surətlərindən müəyyən edilir ki, “VAZ 21074” markalı, ** NO *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətçisi tərəfindən xx.xx.2023-cü il tarixdə iş üzrə Zərərçəkmiş şəxs idarə etmək üçün xx.xx.2024-cü il tarixədək etibar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən verilmiş 29 aprel 2024-cü il tarixli, 3-13-11/2-5554/2024 nömrəli məktubdan müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə ünvan 1 ünvanında Zərərçəkmiş şəxs məxsus “Vaz 21074” markall, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılması faktı ilə əlaqədar avtomaşının müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2024-cü il tarixdə KTİ-yə daxil olunmuşdur. Həmin əl izləri KTİnin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (sol arxa qapıdan götürülmüş) (ADİS-in məlumat bankına Xaçmaz RPŞ-dən daxil olan) xx.xx.1997-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2 sol əlinin böyük barmağının əksi ilə eynilik müəyyən etmişdir. Digər eynilik müəyyən edilməmişdir. İş materiallarında olan 13 iyul 2024-cü il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan, DİN KTİ-nin məktubundan və zərfdən müəyyən edilir ki, hadisə yerindən götürülmüş Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş Təqsirləndirilən şəxs2 məxsus 01 (bir) ədəd əlbarmaq izi maddi sübut kimi tanınmış və 01 ədəd möhürlənmiş zərfdə hazırkı cinayət işinin materiallarında saxlanılır. İş materiallarında olan 28 aprel 2024-cü il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan müəyyən edilir ki, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs1 ilə hadisə yerinə gedilərək ifadəsi yerində yoxlanılmış və o, ifadəsində bildirdiyi xüsusatları hadisə yerində də göstərməklə təsdiq etmişdir. İş materiallarında olan 05 iyun 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan müəyyən edilir ki, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs2 ilə hadisə yerinə gedilərək ifadəsi yerində yoxlanılmış və o, ifadəsində bildirdiyi xüsusatları hadisə yerində də göstərməklə təsdiq etmişdir. İş materiallarında olan 21 iyun 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan müəyyən edilir ki, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs3 ilə hadisə yerinə gedilərək ifadəsi yerində yoxlanılmış və o, ifadəsində bildirdiyi xüsusatları hadisə yerində də göstərməklə təsdiq etmişdir. İş materiallarında olan 13 iyul 2024-cü il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 əğlunun və Təqsirləndirilən şəxs1 barələrində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4, 185.3.2, 186 və 187-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 əğlunun və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 177ci maddəsi ilə cinayət əqibinin başlanması rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 170.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, əlbarmaq izini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə həmin Məcəllənin 185.2.1-ci maddəsinin tərkibini yaradır. Bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar CM-nin 185-ci maddəsində nəzərdə tutulmuş əməli törətməklə təkcə avtomobil və ya başqa nəqliyyat vasitəsi üzərində mülkiyyət hüquqlarını pozmur, həm də yol hərəkəti qaydalarını təhlükə altına alır. Qaçırılmış nəqliyyat vasitəsindən başqa cinayətlərin törədilməsi üçün istifadə edilməsi təhlil edilən əməlin təhlükəliliyini xeyli artırmış olur. Bu cinayətin obyektini mülkiyyət münasibətləri təşkil edir. Lakin talamadan fərqli olaraq burada avtomobil və ya başqa nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququ itirilmir, yalnız onun bəzi elementləri (daha çox sahiblik və istifadə hüququ) itirilir. Bu cinayət obyektiv cəhətdən avtomobili və ya başqa nəqliyyat vasitəsini qanunsuz ələ keçirmədə (qaçırmada) ifadə olunmuşdur. Qaçırma - başqasının avtomobilini və ya başqa nəqliyyat vasitəsini müvəqqəti ələ keçirmədə və onu dayandığı yerdən aparmada ifadə olunur. Avtomobil və ya başqa nəqliyyat vasitəsi onun sahibi və ya buna səlahiyyəti olan şəxs tərəfindən istənilən yerdə (küçədə, qarajda, dayanacaqda, müəssisənin ərazisində, digər yerdə) saxlanıla bilər. Dayanacaq daimi və ya müvəqqəti ola bilər. Avtomobili və ya başqa nəqliyyat vasitəsini qaçırma mahiyyətcə həmin nəqliyyat vasitələrinin mülkiyyətçisinə və ya sair qanuni sahibinə məxsus istifadə və sahiblik hüququnu pozan hərəkətlərdən ibarətdir. Nəqliyyat vasitəsi dayandığı yerdən aparıldığı andan qaçırma başa çatmış sayılır. Nəqliyyat vasitəsini aparma mühərrikin köməyi ilə, habelə maşının əllə bir yerdən başqa yerə hərəkət etdirilməsi yolu ilə həyata keçirilə bilər. Nəqliyyat vasitəsi əvvəlki yerinə qaytarıldığı, yaxud hər hansı başqa yerdə qoyulduğu və ya onu aparan şəxsin tutulduğu andan cinayət başa çatmış sayılır. Bu cinayətin subyektiv cəhəti birbaşa qəsddən və talama məqsədinin olmamasından ibarətdir. Təqsirkar özgəsinin avtomobilini və ya başqa nəqliyyat vasitəsini qanunsuz ələ keçirdiyini dərk edir və bunu arzu edir. Talama məqsədi olmadan nəqliyyat vasitəsini qaçırma talamadan nəqliyyat vasitəsinə yiyələnmə məqsədinə görə fərqlənir. CM-in 185-ci maddəsi nəqliyyat vasitəsinin müvəqqəti istifadə üçün qaçırılmasını nəzərdə tutur. Əgər qaçıran şəxs nəqliyyat vasitəsini daimi olaraq öz istifadəsinə, sahibliyinə, sərəncamına keçirmək məqsədi güdürsə, əməl əmlakın talanması hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi oaqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli Qərarın 11-ci bəndinə görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək, barələrində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxslərə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin kserosurətindən, həmçinin EMİS-dən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 xx xxxxxxx 2006-cı il təvəllüdlü olmaqla, hazırkı iş üzrə cinayət əməlini törədərkən o, yetkinlik yaşına çatmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa çalışmış, ətrafındakılara qarşı mehriban olmuşdur. Şəhərin ictimai işlərində fəal iştirak etmişdir. Yaşadığı müddət ərzində çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan hökmün surətindən, Xaçmaz Rayon İcra və Probasiya şöbəsinin məktubundan və Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Xaçmaz Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli, 1(067)-87/2019 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırlması cəzası saxlanılmış; cəzası 11 yanvar 2021-ci il tarixdə başa çatdığı üçün icra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmış, icra və probasiya şöbəsində onun çəkilməmiş cəzası yoxdur. Bununla da, Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə cinayət əməlini törədərkən onun məhkumluğu olmamış, o, məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Qaraçı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan, həmçinin EMİS-dən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 ailəlidir və himayəsində bir azyaşlı uşağı var. (xx.xx.2022-ci il təvəllüdlü) İş materiallarında olan Xaçmaz rayon İHB-nın Qaraçı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs2 ailəlidir, bir övladı var, ailəsinə və özünə məxsus fərdi təsərrüfatla məşğul olur. O, yaşadığı kəndin ictimai həyatında yaxından iştirak edir, kənd sakinləri, qonşular arasında hörmət qazanmışdır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Qaraçı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs3 subaydır, ailəsinə və özünə məxsus fərdi təsərrüfatla məşğul olur. O, yaşadığı kəndin ictimai həyatında yaxından iştirak edir, kənd sakinləri, qonşular arasında hörmət qazanmışdır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Zərərçəkmiş şəxs 07 may 2024-cü il tarixli ərizəsindən, işin məhkəmə baxışı zamanı təqdim etdiyi 16 oktyabr 2024-cü il tarixli ərizəsindən, həmçinin məhkəmə baxışı zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, hazırkı iş üzrə təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona məxsus avtomobil işlək vəziyyətdə onun özünə qaytarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə görə, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi; 59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; 59.1.4. cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hallardandır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayəti törədərkən yetkinlik yaşına çatmadığını, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsi və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarında izah edilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, təqsirləndirilən şəxslərin barələrində cəzalarını yüngülləşdirən halları, barələrində cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 27 aprel 2024-cü il tarixli protokoldan, təqsirləndirilən şəxsin tutulmadan azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsinə dair 29 aprel 2024-cü il tarixli qərardan və xx.xx.2024-cü il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). İş materiallarında olan “Axtarışda olan şəxsin tutulması barədə” 08 may 2024-cü il tarixli protokoldan, Xaçmaz Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli 4(067)-72/2024 saylı və 06 iyun 2024-cü il tarixli 4(067)-93/2024 saylı qərarlarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 08 may 2024-cü il tarixdə tutulmuş, barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, 06 iyun 2024-cü il tarixdə isə barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və həmin qətimkan tədbiri hazıradək dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.2-ci maddəsinə görə, təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. İş materiallarında olan “Axtarışda olan şəxsin tutulması barədə” 09 may 2024-cü il tarixli protokoldan, təqsirləndirilən şəxsin tutulmadan azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsinə dair 11 may 2024-cü il tarixli qərardan və xx.xx.2024-cü il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı həbsdə olma (tutulma) müddəti, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs2 08 may 2024-cü il tarixdən 21 noyabr 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu, cəmi 06 (altı) ay 13 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, cəmi 01 (bir) il 26 gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı həbsdə olma (tutulma) müddəti, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarından müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxslərin qaçırdıqları “VAZ 21074” markalı, ** NO *** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs qaytarılmışdır. Odur ki, iş üzrə təqsirləndirilən şəxslərin qanunsuz ələ keçirdikləri (qaçırdıqları) “VAZ 21074” markalı, ** NO *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, 01 ədəd zərfin içərisində saxlanılan, Təqsirləndirilən şəxs2 məxsus əl-barmaq izi (01 ədəd) cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu, cəmi 06 (altı) ay 13 gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, cəmi 01 (bir) il 26 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin. (hökmün bu hissədə icrası Xaçmaz Rayon Polis Şöbəsinə həvalə olunsun) Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, 01 ədəd zərfin içərisində saxlanılan, Təqsirləndirilən şəxs2 məxsus əl-barmaq izi (01 ədəd) cinayət işində saxlanılsın. İş üzrə təqsirləndirilən şəxslərin qanunsuz ələ keçirdikləri (qaçırdıqları) “VAZ 21074” markalı, ** NO *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərcinin, mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-158/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-158/2024
21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver