Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-159/2023 14.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli işləməyən, məhkum olunmamış. Xaçmaz şəhəri H.Rəsulbəyov küçəsi ev 6-də qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün xx.xx.2023-cü ildə Xaçmaz şəhəri Alı Mustafayev küçəsində naməlum şəxsdən bəxşiş qismində qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 0,328 qram təşkil edən ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini üzərində saxlamaqla daşımış, bu fakt o. Xaçmaz şəhəri Heydər Rəsulbəyov küçəsində yerləşən evinin yaxınlığında saxlanılaraq Xaçmaz rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib ünvan 1 ünvanda yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasında onun üzərinə 20 iyun 2023-cü il tarixdə saat 21:00-21:10 müddətində şəxsi axtarış-keçirilərkən əynində olan boz rəngli şalvarın sol yan cibində saxladığı 0,328 qram təşkil edən ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəj^metamletamin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o. satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Xaçmaz şəhəri. Heydər Rəsulbəyov küçəsi, ev 6-da yaşayır və heç bir yerdə işləmir. Təxminən 3 il olarkı psixotrop maddə olan metamfetamindən istifadə edir. 16 iyun 2023-cü il tarixdə günorta saatlarında Xaçmaz şəhəri. Ah Mustafayev küçəsində olarkən tanımadığı bir nəfər şəxs ona yaxınlaşmış və aralarındakı söhbət zamanı şəxsə psixotrop maddə olan metamfetamindən istifadə etdiyimi bildirmişdir. Həmin şəxsiyyəti ona məlum olmayan şəxsin özü də metamfetamin istifadəçisi olmasını ona deyərən onda metamfetamin olmasını ona demişdir. Həmin şəxsdən istifadə etmək üçün ona metamfetamin verməsini xahiş etdikdə həmin şəxs etiraz etməyərək təmənnasız «olaraq 1 ədəd kağız bükümdə psixotrop maddə metamfetamin ona vermişdir. Həmin şəxsin ona verdiyini 1 ədəd kağız bükümdə metamfetamini sonradan istifadə etmək üçün əynində olan şalvarın sol yan cibinə qoyub və yaşadığı evə çıxıb getmişdir. Ertəsi günü evdə olarkən aluminium materialdan olan birdəfəlik yemək qabının bir hissəsini kəsib bükməklə 1 ədəd borueuq düzəltmiş, metamfetaminin üzərindən bir qədər götürüb, özündə olan folqa kəsiyinin üzərinə tökərək alışqanla yandırıb, folqa kəsyinin alt hissəsinə tutmaqla qızdırıb və həmin metamfetaminin tüstüsünü düzəltdiyi borueuq vasitəsi ilə daxilə qəbul etmişdir. Bundan sonra borucuğu və metamfetamini qalan hissəsini isə özündə olan «LD» markalı siqaret qutusunun içərisinə, siqaret qutusunu isə əynində olan şalvarın sol yan cibinə qoyub saxlamışdır. 20 iyun 2023cü il tarixdə təxminən saat 20 radələrində yaşadığı Xaçmaz şəhəri. Heydər Rəsulbəyov küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etməyərək avtomobilə əyləşərək polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə getmişdir. Xaçmaz RPŞ-nin inzibati binasında müstəntiq tərəfimdən hüquq və vəzifələri ona izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitələri əldə edib və saxlamaqda şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra müstəntiq tərəfimdən video çəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üzərində olan əşyaları çıxarıb təqdim etməsi ona təklif olunmuşdur. Əyinində olan cins şalvarın sol yan cibindən bir ədəd «LD» markalı siqaret qutusunu çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və üzərində başqa heç bir əşya aşkar olunmamışdır. Müstəntiq təqdim etdiyi «LD» markalı siqaret qutusunu açıb içərisində olan siqaret dənələrin, 01 ədəd kağız bükümü və 01 ədəd borucuğu çıxarıb masanın üstünə qoymuşdur. Müstəntiq kağız bükümün içində olan ağ rəngli kristal şəkilli maddənin nə olmasını və haradan əldə etməsini ondan soruşduqda o, hər şeyi könüllü olaraq etiraf edib, təqdim etdiyi siqaret qutusunun içərisində olan 1 ədəd kağız bükümdəki ağ rəngli, kristalşəkilli maddə «patı», yəni psixotrop maddə olan metamfetamin olduğunu və onu dörd gün əvvəl istifaə etmək üçün tanımadığı şəxsdən alaraq üzərində saxlamışdır. Müstəntiq üzərindən aşkar olunmuş metamtetamini elektron tərəzinin üzərinə qoyaraq çəkmiş və kağızla birlikdə metamietaminin çəkisinin 0,5 qram olması müəyyən edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 1 ədəd kağız bükümdəki metamfetamin və 1 ədəd borucuq müstəntiq tərəfindən bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və protokol tərtib edildikdən sonra imzalarla təsdiq edilmişdir. Üzərindən aşkar olunmuş «L D» markalı siqaret qutusu isə götürülməyərək içərisində olan 05 ədəd siqaret dənələri ilə birlikdə özünə qaytarılmışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir, ona güzəşt edilməklə yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X5 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid2 göstərdi ki, 20 iyun 2023-cü il tarixdə Xaçmaz şəhəri H.Rəsulbəyov küçəsi ev 6-də yaşayan xx xxxxxx 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat aparatına etibarlı mənbədən məlumat daxil olduğuna görə həmin günü yəni 20 iyun 2023-cü il tarixdə saat 20:00 radələrində Xaçmaz RPŞ-nin PPXB-nün polis nəfəri Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri H.Rəsulbəyov küçəsində yerləşən evinin qarşısında saxlayıb və üzərində narkotik maddələri əldə edib daşıması barədə şübhələr olduğu ona izah edilərək şəxsi axtarış keçirilməsi üçün onu Xaçmaz rayon PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birljjcdə Xaçmaz rayon polis şöbəsinə gəldikdən sonra xidməti otaqların birində müstəntiq Hafiz Əliyev tərəfimdən müdaifəçi Pərviz Müslümovun iştirakı ilə hüquq və vəzifələri ona izah edilərək üzərinə vidoçəklişlə şəxsi axtarış keçiriləcəyi barədə ona məlumat verilmişdir. Videoçəklişi özünə məxsus mobil telefonla RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçrilməsinə etiraz etmədikdən sonra onun üzərinə videoçəklişlə keçirilən şəxsi axtarış zamanı o, könüllü olaraq əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd «LD» markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd siqaret qutusu açıldıqda onun içərisində 05 ədəd siqaret dənələri, 1 ədəd kağız büküm və 1 ədəd gümüşü rəngli borucuğun olması müəyyən olunmuşdur. Kağız büküm açıldıqda içərisində ağ rəngli kristal şəkilli ağ rəngli maddə aşkar edilmiş və onun təqdim etdiyi kağız bükümün içərisində olan ağ rəngli kristalşəkilli maddənin nə olmasını və haradan əldə eldiyi ondan soruşulduqda o. kağız bükümün içindəki ağ rəngli kristal şəkilli maddənin «patı», yəni psixotrop maddə olan metamfetamin olduğunu və onu dörd gün əvvəl tanımadığı şəxsdən alaraq istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim eldiyi kağız bükümdə olan ağ rəngli kristalşəkilli maddə elektron tərəzidə çəkilərkən həmin ağ rəngli kristalşəkilli maddənin kağızla birlikdə çəkisinin 0.5 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş ağ rəngli kristalşəkilli maddə və 1 ədəd kağız borucuq özünün və vəkilin iştirakı ilə bir ədəd ağ rəngli zərfdə qablaşdırılıb və möhürlənərək götürülmüşdür. İçərisində 05 ədəd siqaret dənələri olan «LD» markalı siqaret qutusu isə götürülməyərək Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarışla əlaqədar protokol tərtib edilib və oxunduqdan sonra həmin protokolu imzaları ilə ilə təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X5 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Şahid1 və Xaçmaz rayon X10 Patrul Xidməti Bölüyünün polis nəfəri, polis setjantı Şahid3 məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X5 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid2 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 21 iyun 2023- cü il tarixli 6/3459 saylı rəyindn görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd zəfdə. bir ədəd bükümdə təmiz çəkisi 0.328 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Bir ədəd kağız borucuqda psixotrop maddə metamletaminin izləri vardır. Metamfetamin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs götürülmüş metamletaminin 0,05 qramının tədqiqata sərf edilmiş və və 0,278 qramı qalıq qalmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Məhkəmə Narkoloji Ekspertizasının 21 iyul 2023-cü il tarixli 4631 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon İcra Hakimiyyət Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 iyun 2023-cü il tarixli, 1811 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs orta təhsillidir, subaydır, ünvan 3 ünvanında atası X1, anası X9, bacısı X3 və qardaşı X4 ilə yaşamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon İcra Hakimiyyət Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ictimai xasiyyətnaməydən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün xx.xx.2023-cü ildə Xaçmaz şəhəri Alı Mustafayev küçəsində naməlum şəxsdən bəxşiş qismində qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 0,328 qram təşkil edən ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini üzərində saxlamaqla daşımış, bu fakt o. Xaçmaz şəhəri Heydər Rəsulbəyov küçəsində yerləşən evinin yaxınlığında saxlanılaraq Xaçmaz rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib ünvan 1 ünvanda yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasında onun üzərinə 20 iyun 2023-cü il tarixdə saat 21:00-21:10 müddətində şəxsi axtarışkeçirilərkən əynində olan boz rəngli şalvarın sol yan cibində saxladığı 0,328 qram təşkil edən ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəj^metamletamin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o. satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayər əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza tətin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməli törətməsini, əməlini səmimi etiraf etməklə peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə az ağır cinayət əməli törətməsini, əməlini səmimi etiraf etməklə peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi, eləcə də cəzanın ağırlaşdıran halların olmamasını, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanması məqsədəmüvafiqdir. İş materiallarında olan 20 iyun 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Xaçmaz rayonu məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 4(067)-86/2023 saylı qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 20 iyun 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəli 20 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,278 qram metamfetamin və bir ədəd kağız borucuq məhv edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Cəzaçəkməsinin əvvəli 20 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,278 qram metamfetamin və bir ədəd kağız borucuq məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ.
Məhkəmə qərarları › İş №1(067)-159/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-159/2023
14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver