Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-16/2021 18.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə xx.xx.1993-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Xaçmaz şəhəri, Q.Qarayev küçəsi, ev 6da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşımaqla saxlamış, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, xx xxx 2020-ci il tarixdə, saat 22 radələrində Xaçmaz şəhəri, İsmət Qayıbov küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin qarşısında saxlanılaraq Xaçmaz RPŞ-yə dəvət olunub üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə xalis çəkisi 0,173 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşımaqla saxlamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs oğlu özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, Xaçmaz şəhəri, Q.Qarayev, küçəsi, ev 6-da arvadı Sahilə və 2013-cü il təvəllüdlü qızı Nazlı ilə birlikdə yaşayır. Valideynləri rəhmətə gedib. Rəsmi olaraq işləmir, fərdi əməklə məşğul olur. 2 ildir ki, düşəndən-düşənə “kakos” kimi tanıdığı narkotik vasitə heroindən və “şüşə” kimi tanıyaraq əsl adını bilmədiyi psixotrop maddədən siqaret falqasına doldurub çəkmək yolu ilə istifadə edir. xx xxx 2020-ci il tarixdə, saat 19:30 radələrində işdən çıxıb evə gedərkən Xaçmaz şəhərində yerləşən mərkəzi bazarın yaxınlığında yerdə gördüyü LD markalı siqaret qutusu diqqətini cəlb etmiş və bu qutuya təpiklə vurub keçəndə hiss etmişdir ki, dolu vəziyyətdədir. O, qutunu götürüb içərisinə baxanda 4-5 giliz siqaret və bir ədəd siqaret falqası bükümü aşkar etmişdir. Həmin bükümü açarkən içərisində iki ədəd siqaret falqası bükümü olmuşdur ki, bükümlərin birinin içərisindən qəhvəyi rəngli maddə, digərinin içərisindən ağ rəngli maddə aşkar etmişdir. Narkotik istifadəçisi olduğu üçün qəhvəyi rəngli maddənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin, ağ rəngli maddənin isə “şüşə” kimi tanıyaraq əsl adını bilmədiyi psixotrop maddə olduğunu tanımışdır. Bükümləri cibinə qoyub öz istifadəsi üçün üzərində saxlamışdır. Həmin günü, saat 22 radələrində Xaçmaz şəhəri, İsmət Qayıbov küçəsində yerləşən yanacaq-doldurma məntəqəsinin qarşısında olduğu zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib, Xaçmaz RPŞnin əməkdaşları olduqlarını bildirmişdilər və onu polisə dəvət etmişdilər. O, özünü şübhələndirməmək üçün polis əməkdaşlarına heç bir etiraz etməmiş və onlarla birlikdə Xaçmaz rayon Polis Şöbəsinə gəlmişdir. Yolda gələrkən polis əməkdaşları onun hərəkətlərinə daim nəzarət etdikləri üçün üzərində saxladığı narkotiki özündən kənarlaşdıra bilməmişdir. Polis Şöbəsində təhqiqatçı Əhməd Muradov tərəfindən şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra ona videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş və o şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçrilməzdən təhqiqatçı ona üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyini təklif etmişdir. O, üzərində olan narkotik vasitə və psixotrop maddə bükümlərini təqdim etmədiyi halda, məcburi şəkildə götürüləcəyini başa düşüb, könüllü olaraq əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 2 (iki) ədəd kağız bükümü çıxardıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin bükümləri açarkən birinin içərisindən qəhvəyi, digərinin içərisindən isə ağ rəngli maddə aşkar olunmuşdur ki, o qəhvəyi rəngli maddənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin, ağ rəngli maddənin isə “şüşə” kimi tanıyaraq əsl adını bilmədiyi psixotrop maddə olduğunu etiraf edərək, həmin bükümləri xx xxx 2020-ci il tarixdə, saat 19:30 radələrində işdən çıxıb evə gedərkən Xaçmaz şəhərində yerləşən mərkəzi bazarın yaxınlığında yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra şəxsi axtarışın keçirilməsi davam etdirilmiş, lakin onun üzərindən digər hər hansı bir əşya, pul və s. aşkar olunmamışdır. Daha sonra üzərindən aşkar edilmiş 2 (iki) ədəd büküm kağız zərfdə qablaşdırılıb möhürlənərək bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün əvvəlcə o, sonra isə iştirakçılar protokola və maddi sübut kimi götürülmüş 2 (iki) ədəd bükümün qablaşdırmasının üzərinə imzalayaraq protokolun doğruluğunu və qablaşdırmanın tamlığını təsdiq etmişlər. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin, göstərmişdir ki, onun üzərindən aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün saxlamışdır. O, heç kimdən narkotik almamış və heç kimə narkotik satmamışdır. xx xxx 2020-ci il tarixdə, saat 22 radələrində Xaçmaz şəhəri, İsmət Qayıbov küçəsində yerləşən yanacaq-doldurma məntəqəsinin qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Xaçmaz RPŞ-yə gətirilən zaman və gətirildikdən sonra polis şöbəsində ona qarşı hər hansı zor tətbiq edilməmiş və zor tətbiq etmə hədəsi işlədilməmiş, həmin vaxt hər hansı xəsarət almamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Xaçmaz RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləməklə polis leytenantı rütbəsindədir. Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə Xaçmaz RPŞ-yə daxil olmuş əməliyyat məlumatını raport yazaraq rəhbərliyə məruzə etmişdir. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmiş və bu qərar işlədiyi şöbənin rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əməliyyat tədbirlərinin keçirilməsindən ötrü ondan və Xaçmaz RPŞ-nin uçot-qeydiyyat statistika işləri qrupunun operatoru, polis baş serijantı Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, İsmət Qayıbov küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin qarşısında olduğunu müəyyən etmiş və xx xxx 2020-ci il tarixdə, saat 22 radələrində həmin yerdə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək Xaçmaz rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Xaçmaz RPŞ-yə gəlmişdir. Yolda gələrkən Təqsirləndirilən şəxs hərəkətlərini daim nəzarətdə saxlamışdılar ki, əgər üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunan digər bir şey varsa, onları üzərindən kənarlaşdıra bilməsin. Polis Şöbəsində Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Əhməd Muradov tərəfindən şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş və Təqsirləndirilən şəxs şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı Əhməd Muradov tərəfindən Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş və üzərində qanunla qadağan olunan nə varsa, hamısını çıxardaraq təqdim etməsi təklif edilmişdir. Təhqiqatçının bu təklifindən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 2 (iki) ədəd kağız bükümü çıxardıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin bükümləri açarkən birinin içərisindən qəhvəyi, digərinin içərisindən isə ağ rəngli maddə aşkar olunmuşdur ki, Təqsirləndirilən şəxs qəhvəyi rəngli maddənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin, ağ rəngli maddənin isə “şüşə” kimi tanıyaraq əsl adını bilmədiyi psixotrop maddə olduğunu etiraf edərək, həmin bükümləri xx xxx 2020-ci il tarixdə, saat 19:30 radələrində işdən çıxıb evə gedərkən Xaçmaz şəhərində yerləşən mərkəzi bazarın yaxınlığında yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra şəxsi axtarışın keçirilməsi davam etdirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən digər hər hansı bir əşya, pul və s. aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 (iki) ədəd büküm kağız zərfdə qablaşdırılaraq bu barədə protokol tərtib edilmidir. Protokol ucadan oxunmuş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün əvvəlcə Təqsirləndirilən şəxs, sonra isə o və digər iştirakçılar protokola və maddi sübut kimi götürülmüş 2 (iki) ədəd bükümün qablaşdırmasının üzərinə imzalayaraq protokolun doğruluğunu və qablaşdırmanın tamlığını təsdiq etmişlər. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir münasibət, düşmənçilik və ya ədavət olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1, Şahid2 ifadəsi ilə anoloji ifadə vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasına dair xx xxxx 2020-ci il tarixli, 6/953 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs...” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,173 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi: 0,173 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,123 qram. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” 1-ci siyahısına daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 1953 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsəhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X1 adlı bir azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşımaqla saxlamış, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, xx xxx 2020-ci il tarixdə, saat 22 radələrində Xaçmaz şəhəri, İsmət Qayıbov küçəsində yerləşən yanacaq-doldurma məntəqəsinin qarşısında saxlanılaraq Xaçmaz RPŞ-yə dəvət olunub üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə xalis çəkisi 0,173 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşımaqla saxlamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cəzanı ağırlaşdıran halları müəyyən etməmiş, təqsirləndirilən şəxsin yaşını, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:30-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək «başqa yerə gətməmək haqqında iltizam» növündə qətimkan tədbiri ilə əvəz edilməklə onun dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,173 qram narkotik vasitə heroindən ekspert tədqiqatından sonra qalıq qalmış 0.123 qram heroin məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan cəmi 114 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün və xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək həbsdə olduğu 03 (üç) ay 09 (doqquz) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 8 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:30-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və onun barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə maddi sübut olan, Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0.173 qram narkotik vasitə heroindən ekspert tədqiqatından sonra qalıq qalmış 0.123 qram heroin məhv edilsin. İş üzrə ekspertiza xərci olan cəmi 114 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: İLKİN XƏLİLOV.
Məhkəmə qərarları › İş №1(067)-16/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-16/2021
18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver