Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-16/2023 08.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2nn, Təqsirləndirilən şəxs X8 və onun müdafiəçisi Müdafiəçi3 Əmibəy oğlunun iştirakları ilə xx xxxxxx 1979-cu ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli. İİ dərəcəli əlil, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz şəhəri, 61 -ci kvartal, yeni yaşayış massivində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair və xx.xx.1990-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, məhkumluğu olan, ünvan 3 ünvanda yaşayan, hazırda Xaçmaz rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək cəza çəkən X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabacadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin may ayının ortalarında günorta saatlarında Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz şəhəri, 61-ci kvartal, yeni yaşayış massivində yerləşən birmərtəbəli kürsülü evin qonaq otağına açılan plastik pəncərəsini üzərində olan vintaçanla açdıqdan sonra həmin pəcərədən evə qanunsuz daxil olmaqla həmin evdə olan otaqlarda oğurlamaq üçün qiymətli əşyalar tapmaq üçün axtarış aparımış, Təqsirləndirilən şəxs2 evin bayır tərəfində gözləyib ətrafa nəzarət etmiş, o isə mətbəxin yanındakı otaqdan 01 ədəd 500 manat dəyərində, "Eurolux EU-LED32AST- DN4S" markalı, ekran ölçüsü 32 inç (81 sm) Full 11D 1920x1080 olan televizoru, qonaq otağının yanındakı otaqdan 01 bdəd 120 manat dəyərində, "Topkapı" markalı, 24 litr su tutumlu su qızdırıcısını oğurlayıb zərər çəkmiş şəxsə ümumilikdə 620 manat məbləğində maddi ziyan vuraraq, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2021-ci ilin may ayının sonlarında axşam saatlarında Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz şəhəri. 61 -ci kvartal, yeni yaşayış massivində yerləşən birmərtəbəli, kürsülü evin mətbəxindən 01 ədəd 850 manat dəyərində "Silverline ” markalı soyuducunu, hər kiloqramı 01 manat 90 qəpik olmaqla. 02 kiloqram çəkidə, ümumilikdə 03 manat 80 qəpik dəyərində yumru düyünü, hər kiloqramı 04 manat olmaqla, 02 kiloqram çəkidə, 08 manat dəyərində uzun düyünü, hər kiloqramı 01 manat 40 qəpik omaqla, 03 kiloqram çəkidə ümumilikdə 04 manat 20 qəpik dəyərində şəkər tozunu, bir kiloqramı 01 manat 90 qəpik olmaqla, 02 kiloqram çəkidə, 03 manat 80 qəpik dəyərində qəndi, mətbəxin yanındakı otaqdan 01 ədəd 30 manat dəyərində, "Samsung" markalı, bir disk yuvalı. DVD oxuducusunu, evin qonaq otağından 01 ədəd 200 manat dəyərində, 2mX3m ölçüdə, “Tabriz’' markalı xalçanı, 01 ədəd,400 manat dəyərində, 2mX3m ölçüdə, “Arab” markalı xalçanı, hər biri 50 manat olmaqla, oturacaq hissəsi yerdən 50 sm hündürlükdə, söykənəcək hissəsi yerdən 120 sm hündürlükdə olan, oturacaq və söykənəcək hissələri adi vilur parçadan tikilmiş, ayaq hissələri isə qoz ağacından 06 ədəd 300 manat dəyərində stulları, 01 ədəd 300 manat dəyərində, 1.5 metr enində, 2.5 metr uzunluğunda, yerdən 01 metr 10 sm hüdürlükdə DSP taxta materialdan düzəldilmiş stolu, 01 ədəd 80 manat dəyərində, 60 sm diametrli divar saatını, 01 ədəd 35 manat dəyərində, 02 ədəd hər biri 30 manat dəyərində ümumilikdə 95 manat dəyərində 03 ədəd "Yağmur porselen” markalı çini qabları, evin yataq otağından 01 ədəd 200 manat dəyərində, 2mX3m ölçüdə, “Slow” markalı xalçanı, 01 dəst 30 manat dəyərində kətan-pambıq parçadan tikilmiş, iki nəfərlik çarpayı üçün yataq dəstini, hər biri 25 manat olmaqla, 02 dəst ümumilikdə 50 manat dəyərində, kətan parçadan tikilmiş, tək nəfərlik çarpayı üçün yataq dəstlərini, 01 ədəd 50 manat dəyərində, yun-pambıq materialdan tikilmiş, tək nəfərlik çarpayı üçün adyalı, 01 ədəd 25 manat dəyərində, yun-pambıq materialdan tikilmiş, tək nəfərlik çarpayı üçün adyalı, hər biri 10 manat olmaqla, 05 dəst 50 manat dəyərində, pambıq materialdan kişi alt paltarlarım(tuman və maykaları), hər 5ıri 10 manat olmaqla, 02 ədəd ümumilikdə 20 manat dəyərində pambıq-kətan materialdan olan poliverləri, 01 ədəd 05 manat dəyərində pambıq köynəyi, 01 ədəd 280'manat dəyərində 2 metrX2,5 metr ölçüdə, villur-pambıq materialdan, iki nəfərlik çarpayı üçün olan toxunma adyalı. 01 ədəd 18 manat dəyərində pərdə toqqasını, hər biri 15 manat olmaqla. 03 ədəd ümumilikdə 45 manat dəyərində pambıq iplikdən tikilmiş İm X l,5m ölçüdə, hamam dəsmallarını, yataq otağından hər biri 03 manat 50 qəpik olmaqla, 10 cüt, ümumilikdə 35 manat dəyərində, yun-pambıq materialdan olan qadın corablarını, hər biri 02 manat 50 qəpik olmaqla 10 cüt ümumilikdə 25 manat dəyərində pambıq materialdan, qadın corablarını, 01 ədəd 20 manat dəyərində, 40 sm diametrli, masa üstü güzgünü, 01 ədəd 25 manat dəyərində, “212 men” markalı, 100 ml həcmində kişi ətirini, 01 ədəd 100 manat dəyərində, "X25” marklı, 100 ml həcmində, kişi ətirini, hər biri 03 manat olmaqla, 05 ədəd ümumilikdə 15 manat dəyərində sadə metaldan olan qadın üzüklərini, hər biri 03 manat olmaqla, 05 ədəd ümumilikdə 15 manat dəyərində sadə metaldan olan qadın qolbaqlarını, hər biri 03 manat olmaqla, 05 ədəd ümumilikdə 15 manat dəyərində sadə metaldan olan qadın boyunbağılarını, hər biri 01 manat olmaqla, 05 cüt ümumilikdə 05 manat dəyərində sadə metaldan olan qadın sırğalarını, 01 dəst 20 manat dəyərində, kətan materialdan uşaq yataq dəstini,. 01 ədəd 60 manat dəyərində, 2metr X 2metr ölçüdə, yun yorğanı, 01 metri 20 manat olmaqla, 05 metr, ümumilikdə 100 manat dəyərində, tül parçadan tikilmiş pərdəni, 01 metri 06 manat olmaqla, 05 metr, ümumilikdə 30 manat dəyərində, şəffəv qalın sellofan materialdan olan stol üstü süfrəni, 10 AZN nağd pulu, evin həyətində olan saxlanc yeri kimi istifadə edilən otaqdan 01 ədəd 180 manat dəyərində. 05 litr tutumlu, latun metalından olan od samovarını, hər biri 01 manat olmaqla, 10 ədəd ümumilikdə 10 manat dəyərində 03 sm uzunluqda polad materialdan olan vintləri, 01 ədəd 17 manat dəyərində, 20 sm uzunluqda, tutacaq yeri plastmas olan vintaçanı, 01 ədəd 11 manat dəyərində, 20 sm uzunluqda, tutacaq yeri rezindən olan kəlbətini, 01 ədəd 10 manat dəyərində, 20 sm uzunluqda tutacaq yeri taxtadan, suvaq malasını, hər biri 02 manat olmaqla, 06 ədəd ümumilikdə 12 manat'dəyərində, taxta qapı üçün, çuqun materialdan, rəzələrin(petlələrin), hər biri 04 manat olmaqla, 06 ədəd ümumilikdə 24 manat dəyərində plastik qapı üçün, plastmas materialdan, rəzələrin(petlələrin), 01 kiloqram çəkidə, 10 sm uzunluqda, 20 manat dəyərində, polad materialdan olan mismarları, 01 kiloqram çəkidə, 07 sm uzunluqda, 20 manat dəyərində, polad materialdan olan mismarları, oğurlayıb zərər çəkmiş şəxsə ümumilikdə 3 826 manat 80 qəpik məbləğində maddi ziyan vuraraq yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq, talayaraq oğurluq etmişdir. X15 qabacadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, habelə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabacadan əlbir olan bir qrup şəxs halında 2021ci ilin may ayının ortalarında günorta saatlarında Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz şəhəri, 61-ci kvartal, yeni yaşayış massivində yerləşən birmərtəbəli, kürsülü evin qonaq otağına açılan plastik pəncərəsini üzərində olan vintaçanla açdıqdan sonra həmin pəcərədən evə qanunsuz daxil olmaqla həmin evdə olan otaqlarda oğurlamaq üçün qiymətli əşyalar tapmaq üçün axtarış aparmış, o, evin bayır tərəfində gözləyib ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs1 isə mətbəxin yanındakı otaqdan 01 ədəd 500 manat dəyərində. “Eurolux EU-LED32AST-DN4S” markalı, ekran ölçüsü 32 inç (81 sm) Full HD 1920x1080 olan televizoru, qonaq otağının yanındakı otaqdan isə 01 ədəd 120 manat dəyərində. "Topkapı" markalı, 24 litr su tutumlu su qızdırıcısını oğurlayıb zərər çəkmiş şəxsə ümumilikdə 620 manat məbləğində maddi ziyan vurmaqla, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq 365 qram narkotik vasitə qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımış, 11 fevral 2022-ci il tarixdə Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri, İ.Qayıbov küçəsində saxlanılıb Xaçmaz rayon Polis Şöbəsinə gətirilərək, həmin gün Xaçmaz rayonu, Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz rayon Polis Şöbəsinin inzibati binasında həmin gün saat 19:00-dan 19:20-dək olan müddət ərzində üzərinə keçirilən şəxsi axtarış zamanı əlində saxladığı sellofan torbanın içərisindən təmiz çəkisi 365 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsilədirilən şəxslər Təqsirləndirilən şəxs1 və X8 cinayət əməllərini törətməkləri aşağıdakı sübutlarla təsdiq olunur: Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Xaçmaz şəhərində anadan olsa da, uzun müddət Rusiya Federassiyasında işləmiş və yaşamış, orada yaşayan vaxtlarda da spirtli içkilərin aludəçisi olmuş, o, Xaçmaz şəhərində yaşayan İlkin adlı şəxsi bir neçə ildir ki, tanımış, beləki İlkin Xaçmaz şəhərində avtomobil təmiri sexində usta işləmişdir. Onun qardaşı Ələskər də öz avtomobilini İlkinin yanına təmir üçün aparan zaman işlədiyi sexdə İlkini görüb tanış olmuşdur. 2021-ci ilin may ayının ortalarında o, qardaşı ilə birlikdə 61-ci kvartalda yaşayan zaman evdə axşam saatlarında bir qədər spirtli içki qəbul etdikdən sonra bayıra çıxmış, orada bir qədər gəzişdikdən sonra rəhmətə gedən əmisi Eyyubun qızı üçün tikdirdiyi evin həyətinin arxa qapısının açıq vəziyyətdə olmasını görmüşdür. O, həmin evə heç vaxt getməmişdir həmin axşam isə gedib evin həyətin açıq qapısından içəri girərək əmisinin qızı üçün tikdirdiyi evin təmirsiz olduğunu, qapıları pəncərələri qoyulmadığını və yaşayış olmadığını görmüşdür. Bu zaman əmisi qızının evi ilə üzbə-üz yerləşən mansartlı bir evin olduğunu, lakin evin işıqlarının yanmadığını görmüşdür. Əmisi qızının evi ilə həmin evin arasında hasar olmadığından evin həyətinə keçmək olmuşdur. Həmin evdə kiminsə olub olmadığını yoxlamaq üçün bir neçə dəfə ucadan ev sahibini çağırmış, lakin həmin evin kimə məxsus olmasını bilməmişdir, onun çağırmağına baxmayaraq heç kəs ona cavab verməmişdir. Daha sonra o, ordan çıxıb getmişdir və həyətə girdiyi qapını da örtmüşdür, daha sonra o, yaşadığı küçədə olan olan azyaşlı uşaqlardan həmin həyətin qapısının kim tərəfindən açıldığını soruşduqda uşaqlar ona bir nəfər çobanın gələrək açıq qapdan içəri qoyunları salaraq otardığını bildmişdilər. Bundan bir neçə gün sonra o, bir dəfə də əmisinin evinə oradan nərdivan götürmək üçün getmiş, həmin vaxt yenə qonşuluqdakı evdə heç kəsin olmadığını görmüş, bundan sonra onun həmin evdən oğurluq etmək fikri yaranmağa başlamışdır. O, özü spirtli içkilərin aludəçisi olduğu üçün və həmin vaxt heç bir yerə işləmədiyi üçün qərara gəlmişdir ki, həmin evdən bəzi əşyaları oğurlayıb satmaqla pul əldə etsin və həmin pulu da hissə- hissə gündəlik xərcləri üçün sərf etsin. Həmin evin bir dəmir qapısı bir də orta hissəsi şüşədən kənarları isə ağ rəngli plastikdən düzəldilmiş qapısı olmuş, evin hər iki qapısını yoxladıqda qapıların kilidli olduğunu başa düşmüş, daha sonra evin giriş qapısının yanında olan digər ağ rəngli plastik qapının olduğunu və qapının kilidli olduğunu görmüşdür. Həmin qapıdan evin içərisinə keçməyin mümkün olduğunu düşünərək həmin qapının rəzlərini sındırıb qapını çərçivəsindən çıxarıb kənara qoymuş, həmin otağa baxdıqda orada bir ədəd samovar və müxtəlif təmir tikinti əşyaları olduğunu görmüşdür, lakin o, həmin otaqdan evin içərisinə keçməyin mümkün olmadığını görmüş, o, evin qapılarının kilidli olmasından elə başa düşmüşdür ki, evdə məişət və elektrik avadanlıqları, qızıl-zinət əşyaları olmuş, belə qərar gəlmişir ki, evə içərisinə daxil olub bütün əşyaları oğurlamağa ona bir nəfər də kömək etsin, bundan sonra ona kömək etməsi üçün tanışlarından kimisə tapmaq qərarına gəlmişdir. O, Xaçmaz şəhərində andan olsa da Xaçmaz şəhərində böyüsə də sonrdan uzun illər Rusiya Federassiyasında yaşadığı üçün Xaçmaz şəhərində o, qədər də çox adam tanımamışdır. Həmin vaxt onun ağlına gəlmişdir ki, tanışı İlkinə zəng edib ondan ona kömək etməsini istəsin. Bundan sonra o, İlkinə zəng edərək onunla görüşmək istədiyini bildirdikdə İlkin ona evdə olduğunu bildirdiyindən o, İlkinlə görüşmək üçün onun yaşadığı Xaçmaz şəhəri, M.F.Axundov küçəsinə getmişdir. O, İlkinlə görüşdükdə İlkinə 61-ci kvartal yeni yaşayış massivində yaşadığı evin yaxınlığında yaşayış olmayan bir ev olduğunu, pəncərələrində dəmir barmaqlıqın olmadığını, gedib oradan ev əşyaları oğurlamalarını, sonradan oğurldıqları əşyaları satıb pulunu götürmələrini bildirmiş, İlkinə ona kömək edəcəyi halda 50 manat pul verəcəyini demiş, daha sonra o, İlkinə gedib həmin evdən əşyaları oğurlamağı təklif etmiş, İlkin yaşadığı evin qarşısından onunla birlikdə Xaçmaz şəhər mərkəzi bazarının yaxınlığına gəlmiş, oradan bir "Vaz 21099“ markalı taksi avtomobili tutmuş və o, həmin avtomobilin sürücüsünə Xaçmaz şəhəri. 61-ci kvartal, yeni yaşayış massivinə sürməsini demiş, bundan sonra isə o, oğurluq etmək istədiyi evin yaxınlığına getmiş, orada taksi sürücüsünə gözləməsini demiş və İlkinlə birlikdə avtomobildən düşüb evin həyətinin açıq qapısından içəri girmiş, daha sonra o, İlkinlə birlikdə evin giriş qapısına yaxınlaşmış, həmin vaxt o, üzərində olan vintaçanla pəncərəni açmış, daha sonra isə pəncərədən evə daxil olmuş, İlkin isə onu pənəcərənin qarşısında gözləmiş, o, içəri daxil olan kimi otaqlara daxil olub qiymətli əşyaları axtarmağa başlamış, bu zaman mətbəxin yanında olan otaqda bir ədəd televizorun olduğunu görmüş, həmin televizoru götürmüş, gətirib İlkinə vermiş, daha sonra elə daxil olduğu pəncərə ilə üzbə-üz yerləşən digər otağa daxil olduqda yerdə bir ədəd qara rəngli su qızdırıcısının olduğunu görmüş və həmin su qızdırıcısım da götürdükdən sonra gətirib İlkinə vermiş, əşyaları bayıra çıxaran zaman televizorun ekranı pəncərənin çərçivəsinin alt tərəfmə dəymiş və zədələnmiş, əşyaları bayıra çıxardıqdan sonra o özü də evin pəncərəsindən bayıra çıxmış, həmin vaxt o, İlkinə “həyətdəki otağın plastik qapısı çərçivəsindən çıxarılıb, gör həmin qapını çərçivəsinə yerləşdirə bilərsənmi" demiş, bundan sonra İlkin həmin ağ rəngli plastik qapını götürmüş və çərçivəsinə yerləşdirmək istəsə də bunu bacarmamış, çünki o, həmin qapını rəzəsindən sındırıb açmış, bundan sonra onlar bir ədəd televizoru və bir ədəd su qızdırıcısım gəldikləri avtomobilin yük yerinə qoymuş , İlkin avtomobili Xaçmaz şəhər mərkəzi bazarının yaxınlığına sürməsini demiş, avtomobildə olan zaman İlkin bir neçə şəxsə zəng edib televizor və su qızdırıcısı almaq istədikərini soruşsa da müştəri tapa bilməmiş, o, həmin vaxt Xaçmaz şəhər, 20 yanvar küçəsində yerləşən tanışım Əşrəfin meyvə-tərəvəz dükanına gedib əşyaları dükana qoymalarını demiş, bundan sonra taksi avtomobili onları Xaçmaz şəhəri, 20 yanvar küçəsində yerləşən Əşrəfin meyvə-tərəvəz satdığı dükanın qarısını gətirmiş, o, düşüb Əşrəflə görüşmüş və avtomobilin yük yerindən televizoru su qızdırcısını çıxarıb dükanın qarşısında yerə qoymuş, həmin vaxt Əşrəf ondan əşyaları hardan əldə etdiyini soruşduqda o, “əşyalar xalamın evinin əşyalarıdır, xalamgil köçüblər və əşyaları da satmağı mənə tapşırıblar”, demiş, həmin vaxt əşyaları oğurlamağı barədə Əşrəfə bir söz deməmiş, bu zaman İlkin Əşrəfə əşyaların özünə məxsus olmasını demiş, pula ehtiyacı olduğu üçün əşyaları satmaq istədiyini demiş, Əşrəf həmin vaxt ona televizoru və su qızdırıcısını götürüb oradan getmələrini demiş, Əşrəfi o, uşaqlıqdan tanımış, Əşrəfin onun evinə gediş-gəlişi olmuş, Əşrəf onun əmisini də tanımış, o əşyaların əmisinin evinin əşyaları oldğunu desə Əşrəfin onun yalan danışdığım başa düşəcəyindən narahat olmuş, buna görə də o. Əşrəfə əşyaların xalasının evinin əşyaları olduğunu bildirmiş, bundan sonra o, yoldan keçən bir taksi avtomobilini İlkinin saxlatdığını görmüş, İlkin ona “aparaq"" bazarın altında müştəri tapacağam” demiş, bundan sonra o və İlkin birlikdə adını bilmədiyi bir sürücünün “Priora” markalı avtomobili ilə Xaçmaz şəhər mərkəzi bazarı istiqamətində hərəkət etmiş, yolda olan zaman sürücü kimiləsə telefonla danışdıqdan sonra avtomobili aparıb atasına verməli olduğunu, onları bazarın arxasına apara bilməyəcəyini demiş, həmin şəxs ona “sizi Nərimanov prospektində düşürdərəm oradan taksi ilə gedərsiniz” demiş, bundan sonra həmin sürücsü avtomobili Xaçmaz şəhəri, Nərimanov prospektində yerləşən N.Nərimanov heykəlinin yaxınlığında saxlamış, oğurladıqları əşyaları taksi avtomobillərində gəzdirdikcə həmin əşyaları görən şəxslərin sayı ardığından, İlkin də həmin əşyaları satmağa kömək edəcəyini vəd versə də əşyaları satmağa müştəri tapa bilməmiş, buna görə də o, belə qərara gəlmişdir ki, oğurladıqları əşyaları öz yaşadığı evə aparıb gizlətsin daha sonra da satsın, bundan sonra onlar “Lada Priora” markalı avtomobildən düşmüş, Nərimanov heykəlinin yanında dayanan başqa bir "Lada Priora” markalı avtomobilə minmiş, o, həmin avtomobilin sürücüsünə onları Xaçmaz şəhəri, 61ci kvartal, yeni yaşayış massivində yerləşən yaşadığı evə aparmasım demiş, həmin sürücü də onları 61-ci kvartal, yeni yaşayış massivində yaşadığı evə aparmış, o, avtomobildən düşüb həyətə daxil olmuş və qardaşı Ələskər evdə olmuş, Ələskərin evdə olduğunu görüb oğurladığı əşyaları evdə gizlədə bilməyəcəyini başa düşmüş, çünki. Ələskər həmin əşyaları görsə əməlinin ifşa olunmasından narahat olmuş, Ələskərə əşyaların xalasına və ya əmisinə məxsus olması barədə yalan danışacağı halda Ələskərin onun yalan danışdığını və əşyaları oğurladığım başa düşəcəyini başa düşmüüş, buna görə də o, evdən bayıra çıxmış, gəldikləri taksi avtomobilinə əyləşmiş, daha sonra o və İlkin sürücüyə avtomobili Xaçmaz şəhər mərkəzi bazarının yaxınlığına sürməsini demiş, sürücü avtomobili Xaçmaz şəhər mərkəzi bazarının yaxınığına sürmüş, yolda oları zaman onlar İlkinlə əşyalara alıcı tapmaq üçün söhbət etmiş, İlkin arxa oturacaqda o, isə qabaq oturacaqda əyləşmiş, həmin vaxt İlkin sürücüyə də oğurladığı əşyaları almasını təklif etmiş, İlkin sürücüyə əşyaların özünə məxsus oluduğunu onun isə həmin əşyaları satmağa İlkinə kömək etdiyini bildirmiş, İlkin sürücüyə evdə xəstəsi olduğu üçün pula ehtiyacı olduğunu görə də televizoru və su qızdırıcısını satdığını bildirmiş. Xaçmaz şəhər mərkəzi bazarının yaxınlığında, İ.Qayıbov küçəsində olan Məzahir adlı tanışının bəbərxanasm gördükdə oğurldığı əşyaları elə Məzahirə satmaq qərarına gəlinmiş. Məzahiri uşaq yaşlarından tanımış, beləki Məzahir onun əvəllər yaşadığı Xaçmaz şəhəri, 28 may küçəsinin qonşuluğunda yaşamış, o. Məzahirin bərbərxanasına girib onunla görüşmüş, Məzahirdən 5 manat pul taksinin pulunu vermek üçün 5 manat pul istəmiş, Məzahir onunla görşmüş və ona 5 manat pul vermi, o da taksi avtomobilinin sürücüsünə 5 manat pul vermiş, yük yerində olan televizoru və su qızdırıcısını İlkinlə birlikdə düşürdüb bərbərxananın qarşısına qoymuş, taksi sürücüsü pulunu alıb getmiş, daha sonra o, Məzahirə televizor və su qızdırıcısı satdığını bildirmiş. Məzahirə almasını təklif etmiş, bu zaman Məzahir həmin əşyaları hardan əldə etdiyini, oğuruq olub-olmamasını soruşduqda o. həmin əşyaların xalasının evinin əşyaları olmasını bildirmiş, xalasıgilin köçdüyünü və əşyaları da satmağı ona tapşırdığını bildirmiş, o da televizoru 100 manata, su qızdırıcısını isə 50 manata satdığını bildirmiş. Məzahir ona ümumilikdə televizora, su qızdırıcısına 130 manat pul verə biləcəyini demiş, bundan sonra o, Məzahirlə razılaşmış, Məzahir həmin vaxt televizoru və su qızdırıcısını ondan almış, 100 manat pul vermiş, qalan 30 manat pulu isə sabah verə biləcəyini demiş, o da Məzahirlə razılaşmış, həmin vaxt Məzahir ondan şəxsiyyət vəsiqəsini şəkilini çəkib özündə saxlamaq üçün istəmiş, lakin o, Məzahirə şəxsiyyət vəsiqəsinin üzərində olınadığınl bildirmiş, İlkin Məzahirə sabah gətirib şəxsiyyət vəsiqəsinin surətini verəciyini demiş, bundan sonra İlkinlə birlikdə oradan uzaqlaşmış, həmin vaxt o, əldə etdiyi 100 manat puldan İlkinə 50 manat pul vermiş, səhəri gün isə İlkinlə birlikdə gedib Məzahirdən qalan 30 manat pulu da almış, lakin nə İlkin nə də o şəxsiyyət vəsiqələrinin surətini Məzahirə verməmiş, həmin vaxtdan sonra o, İlkini görməmiş, o, oğurludağı əşyaları satdıqdan sonra əldə etdiyi pullu spirtli içkilərə, siqaret almağa və gündəlik ərzaqlar almağa xərcəyib qurtarmış. Daha sonra o, yenə həmin evə getmiş və evin'sahibin gəlib gəlmədiyini yoxlayan zaman ev sahibinin hələ gəlmədiyini görmüş, o, yenə evdən oğurluq etmək qərarına gəlmiş, bundan sonra o, uzaq qohumu Kamrandan kömək istəmək qərarına gəlmiş, o, Kamranın spirtli içkilərin aludəçisi olmasını bilmiş, Kamran onun dayısı oğlunun yeznəsi olmuş, onun Kmarnala qohum kimi münasibətləri yaxşı olmuş, o, Kamranla zəngləşib Xaçmaz şəhərində görüşmüş, bir qədər söhbət etdikdən sonra Kamrana əmisinin evində əşyaların olmasını əmisinin də həmin əşyaları satmağı ona tapşırdığını bildirmiş, Kamrana bu sözləri dedikdən sonra həmin əşyaları satmaqda ona kömək etməsini, satıb pulun bir hissəsini özünə götürəcəyini bir hissəsini də əmigilə göndərcəyini bildirmiş. Kamran ona təmənnasız kömək edəcəyini bildirmiş, həmin vaxt o, Kamrana oğurluq etmək istədiyini deməmiş, bu barədə Kamrana desə Kamranın ona kömək etməyəcəyini bilmiş, o, Kamrana yaşadığı evdən bir neçə metr aralıda olan əmisinin evindən ev əşyalarını daşıyıb, yaşadığı evin həyətinə yığmaqda ona kömək etməsinin təklif etmiş, Kamran da onula razılaşmış, daha sonra 2021-ci ilin may ayının sonlarında tarixi dəqiq xatırlamadığı günlərin birində o. Kamranla birlikdə Xaçmaz şəhəri. 61-ci kvartal yeni yaşayış massivində yerləşən əvvəllər İlkinlə birlikdə qanunsuz daxil olub oğurluq etdikləri evə getmiş, yenə onlar həyətin açıq olan arxa qapısından həyətə daxil olmuş oradan isə Kamranla birlikdə əvvəllər İlkinlə birlikə daxil olub oğurluq etdiyi evə bu dəfə evin mətbəxinin açıq qapısından Kamranla daxil olmuş, İlkinlə birlikdə həmin evdən oğurluq edən zaman o, evin mətbəxinin qapısını içəridən açmış, onlar Kamranla birlikdə evə mətbəxin açıq qapısından daxil'olmuş, daha sonra evə daxil olub evin qonaq otağında yerdə olan bir ədəd xalçanı, bir ədəd divar saatını, 6 ədəd stullar və 1 ədəd stolu, 3 ədəd qabları, mətbəxdən "‘Silverline’' markalı soyuducunu, ərzaq məhsullarını, 1 ədəd DVD oxuducu, yataq otağından ümumi dəyəri 3 dəst təzə yataq dəstini, 1 ədəd təzə pəncərə pərdəsini, 2 ədəd ədəd təzə adyalları, gündəlik geyimləri, bir ədəd böyük, qalın təzə adyalı, 1 ədəd pərdə toqqasını, 5 ədəd təzə dəsmalları, yataq otağındakı güzgülü kamodun alt bölməsindən 10 manat pulu, təzə 20 ədəd qadın corblarım. 1 ədəd güzgünü, 2 ədəd ətirlər, bijuteriyaları, 1 ədəd təzə uşaq yataq dəstini, 1 ədəd təzə yorğanı, 1 ədəd təzə süfrəni, 2 ədəd təzə xalçalar, bayırda olan hamamdan 1 ədəd samovarı, müxtəlif işlənməmiş təmir-tikinti əşyalarını götürüb evin həyətində yığmış, həmin gün bir neçə saat ərzində Kamranla birlikdə qeyd etdiyi əşyaları bir-bir daşıyıb, gətirib onun yaşadığı evin həyətinə yığmış, daha sonra həmin əşyaları onun vəfat edən qardaşı görmüş və onunla mübahisə edərək, həmin əşyaları hardan gətirdiyini soruşduqda onun tanışının evinin əşyaları olmasını, satmaq üçün ona tapşdığım bildirmiş, bir neçə dəfə həmin əşyaları qardaşı evin həyətində görən zaman onunla mübahisə etmiş, əşyaları evin həyətində saxlamamağı demiş, buna görə də Kamrana qardaşının hər gün əşyaları görəndə onunla mübahisə etdiyini, əşyaları evin həyətindən aparmaq istədiyini demiş, Kamrana bəzi əşyaları şəhərdə satmaq üçün gətirib Kamranın evinə yığmağı təklif etmiş, həmin vaxt Kamran etiraz etməmiş, daha sonra onlar Xaçmaz şəhər ərazisindən bir yük avtomobilinə əşyaları yükləyib, Kamranın yaşadığı evə gətirib boşaltmış, həmin vaxt o, evdən oğurladığı bir ədəd soyuducunu, 2 ədəd xalçanı, 2 ədəd qabları, 6 ədəd stulları və bir ədəd stolu Kamranın yaşadığı evin həyətinə gətirib boşaltmış, qalan əşyaların bir hissəsini əsasən dəsmal və adyalları, bijuteriyaları, paltarları, corabları, təmir-tikinti əşyalarını işinə yaramadığı üçün orada olan zibilliyə atmış, ərzaq məshullarım evdə istifadə etmiş, Kamranın evinə yerləşdirdiyi əşyaları satmaq üçün müştəri axtarmağa başlamış, oğurladığı samovarı isə Xaçmaz şəhərində tanımadığı şəxsə 30 manata satmış, daha sonra köhnə tanışı Hüseynin işlətdiyi Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən kafeyə gedib oğurladığı əşyaları Hüseynə alması üçün təklif etmək qərarına gəlmiş, Hüseynə zəng edib bəzi məişət əşyalarının olduğunu və həmin əşyaları satmaq istədiyini bildirmiş, Hüseyn isə ona “işlərim var gələrsən kafeyə birlikdə gedib baxarıq” demiş, . o, Hüseyni təxminən beş ildir ki, tanımış, beləki Hüseyn əvvəllər Xaçmaz-Quba magistral avtomobil yolunun kaftarında yerləşən “Lada” adlı kafeni işlətmiş və tez-tez o ora müştəri kimi gedib gəlmiş, həmin vaxtdan da onun Hüseynlə münasibəti yaranmış, bundan sonra o, Hüseynin işlətdiyi "Ay işığı" adlı kafeyə getmiş, orada Hüseynlə görüşmüş və onda soyuducu, stol və stullar, xalçalar olmasını, həmin əşyaları satmaq istədiyini bildirmiş, istəsə münasib qiymətə Hüseynə verə biləcəyini demiş, Hüseynlə satmaq istədiyi əşyalar barədə danışan zaman həmin əşyaları oğurluq edərək əldə etdiyini deməmi, həmin əşyaların əmisinin evinin əşyaları olmasını , əmisigilin Xaçmaz şəhərindən köçmək istəsiklərini və buna görə də əşyaları satmağı ona tapşırdıqlarını bildirmiş, onlar əşyaları Hüseynin alması barədə Hüseynlə razılaşmış, Hüseyn alacağı əşyaların müqabilində ona 800 manat pul verməyə razılaşmış, bundan sonra o, Hüseynə əşyaların qohumumun evinin həyətində olmasını və həmin evin də Xaçmaz şəhəri, 6 nömrəli məktəbin yanında yerləşdiyini demiş, Hüseynlə birlikdə onlar Kamranının yaşadığı evə getmiş, Kamranın evinin həyətində olan zaman Hüseyn əşyalara baxmış, daha sonra işə üzərində olan mobil telefonu vasitəsilə əşyaların videoçəkilişini aparmağa başlamış, həmin vaxt o, özünün oğurluq əməlimin ifşa olunacağını başa düşmüş, narahat olmağa başlamış, Hüseynə “səsim videoya düşməsin” demiş, daha sonra o, Hüseyn çəkiliş aparan zaman bir ədəd soyuducu, iki ədəd xalça, iki ədəd qablar, 4 ədəd stulları, 1 ədəd isə stulu Hüseynə təqdim etmiş, Hüseyn ona gedib yük maşını tutub gələcək və həmin əşyalar aparacağını bildirmiş, Hüseyn Kamranının evinə gələn zaman Kamran özü də həyətdə olmuş, o, Kamranı qohumu kimi təqdim etmiş, Kamran da bunun təsdiq etmiş, əşyaların onun əmisinin'olmasını bildirmiş, o, əşyaları oğurlayanda Kamrana əşyaların əmisinin evinin əşyaları olmasını və satmaq üçün ona tapşırdıqlarını demiş, bundan sonra Hüseyn çıxıb getmiş, səhəri gün Hüseynlə Xaçmaz şəhərində 6 nömrəli məktəbin yaxınlığında görüşmüş və Hüseyn ona 400 manat pul vermiş və ona əşyaları götürməyə gələndə də 200 manat pul verəcəyini demiş, qalan pulu isə bir qədər sonra verəcəyini bildirmiş, o, orada Hüseyndən'400 manat pulu almış, Kamranın evinə getmiş, orada olan zaman bir neçə saatdan sonra Hüseyn tanımadığı bir yük avtomobili ilə gəlmiş, onun və Kamranın, yük avtomobilinin sürücüsünün köməyi ilə onun Hüseynə satdığı bir ədəd “Silverline” markalı soyuducunu, iki ədəd xalçaları, bir ədəd stolu və dörd ədəd stulları, iki ədəd qabları yük avtomobilinə yüklədikdən sonra Kamranın evində ona Hüseyn 200 manat pul vermiş, daha sonra isə Hüseyn çıxıb getmiş, Hüseyn getdikdən sonra Kamran ona, özünün aliment borcu olduğununu bildirib, 200 manat borc pul istəmiş, o da Kamrana Hüseyndən aldığı 200 manat pulu borc kimi vermiş, o, Hüseynə satdığı əşyaların pulunu bir neçə günə xərcləyib qurtarmış, daha sonra əməlinin ifşa olunmasından qorxub Xaçmaz rayonunu tərk etmək qərarına gəlmiş, Şabran rayonuna getmiş, Şabran rayonunda olan zaman pulsuz qaldığı üçün Hüseynə zəng edib qalan 200 manat pulu da vermiş, Hüseyn isə hal-hazırda pulu olmadığını və pul tapmağa çalışacağını bildirmiş, həmin vaxt o, Hüseynə Xaçmaz şəhərində olmadığım pulu aparıb Xaçmaz şəhəri, 20 yanvar küçəsində Əşrəfin dükanına qoymasını demiş, Hüseyn də onunla razılaşmış, təxminən bir neçə saatdan sonra Hüseyn ona zəng edib Əşrəfin yanında olduğunu, Əşrəfə 100 manat pul verdiyinin demiş, həmin vaxt Əşrəf də onunla telefonda danışmış və “100 manat pulu gəlib məndən götürərsən” demiş, bundan sonra o, Xaçmaz şəhərinə qayıtmaqdan qorxmuş, Əşrəfə zəng edib pulu ona göndərməsini demiş, daha sonra isə o, Şabran şəhərindən pulu götürüb, oradan da Bakı şəhərinə getmiş, Bakı şəhərində isə "20 yanvar” metrostansiyasının yaxınlığından Masallı rayonuna getmiş, onun Masallı rayonunda tanışları olmuş, o, həmin şəxslərlə Rusiya Federassiyasında yaşayıb işləyən zaman tanış olmuş, mütəmadi olaraq da münasibət qurmuş, Masallı rayonunda o, həmin tanışlarının maddi köməkliyi ilə yaşamış, daha sonra o, Masallı rayonunda olan zaman orada ona mülki geyimli 3 nəfər şəxs yaxınlaşmış, özlərini təqdim edib barəsində Xaçmaz rayon Polis Şöbəsində cinayət işinin olmasını bildirmiş və onu Xaçmaz RPŞ-yə dəvət etmiş, o da polis əməkdaşlarına törətdiyi əməli etiraf etmiş və polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə getmiş, əməlindən çox peşman olduğunu bildirmişdir. Məhkəmə istintaqında dindirilən təqsirləndirilən şəxs X15 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərmişdir ki, Ələkbər adlı şəxsi təxminən 2 il bundan qabaq tanımışdır. Beləki, Ələkbər onun yanma təmir üçün “OKA” markalı ağ rəngli avtomobili gətirmiş, və ona da həmin avtomobilin qardaşı Ələskərə məxsus olduğunu bildirmiş, Əksər hallarda Ələkbər onun yanma gələn zaman qardaşı ilə birlikdə gəlmiş hətta bir dəfə o, dəqiq xatırlamadığı tarixdə Ələkbərin təmir üçün ona verdiyi avtomobilini təmir etdikdən sonra aparıb Ələkbərin yaşadığı Xaçmaz şəhəri, 61-ci kvartal, yeni yaşayış massivində yerləşən evində qardaşı Ələskərə təhvil vermiş, həmin vaxt o, Ələskər və Ələkbərin yaşadığı evi tanımış, 2021-ci ilin may ayının ortalarında tarixi dəqiq xatıralmadığı günlərin birində Ələkbər onun telefonuna zəng etmiş, o, Ələkbərlə telefonda danışmış və Ələkbər ona görüşmək istədiyini demiş, o da Ələkbərə “evdəyəm, evə gəl görüşək” demiş, daha sonra Ələkbər onun yaşadığı Xaçmaz şəhəri, M.F.Axundov küçəsinə gəlmiş və yaşadığı küçədə evinin qarşısında onunla görüşmüş, həmin vaxt Ələkbər ona 61-ci kvartal yeni yaşayış massivində yaşadığı evin yaxınlığında yaşayış olmayan bir ev olduğunu pəncərələrində dəmir barmaqlıq da olmadığını bildirmiş, gedib oradan ev əşyaları oğurlamağı və sonradan oğurldıqları əşyaları da satıb pulunu götürməyi təklif etmiş, Ələkbər kömək edəcəyi halda ona 50 manat pul verəcəyini demiş, həmin vaxt o, heç bir yerdə işləməmiş, maddi ehtiyaclarını çətinliklə təmin etmiş, buna görə də Ələkbərlə razılaşmış, daha sonra Ələkbər həmin evdən əşyaları oğurlamağı təklif etmiş, o, Ələkbərlə birlikdə Xaçmaz şəhər mərkəzi bazarının yaxınlığına getmiş, oradan bir “Vaz21099” markalı avtomobil tutmuş, Ələkbər həmin avtomobilin sürücüsünə Xaçmaz şəhəri, 61-ci kvartal, yeni yaşayış massivinə sürməsini demiş, bundan sonra isə onlar oğurluq etmək istədikləri, Ələkbərin göstərdiyi evin yaxınlığına getmiş, orada taksi sürücüsünə gözləməsini Ələkbər demiş və onlar Ələkbərlə birlikdə avtomobildən düşüb evin həyətinin açıq qapısından içəri girmiş, daha sonra Ələkbər onunl birlikdə evin giriş qapısına yaxınlaşmış, həmin vaxt Ələkbər üzərində olan vintaçanla evin plastik pəncərəsini açmış, daha sonra isə pəncərədən evə daxil olmuş, o isə Ələkbəri pənəcərənin qarşısında gözləmiş, Ələkbər içəri girdikdən sonra bir otaqdan başqa otağa keçib axtarış aprmış, o, isə bayırda olsa də Ələkbərin evin içərisində otaqdan otağa tələsərək keçdiyini görmüş, əmin vaxt bayırda gözləmiş və ətrafa nəzarət etmişdir ki,'kimsə gəldiyi halda Ələkbərə xəbər etsin, bir neçə dəqiqədən sonra Ələkbər içəridən götürdüyü bir ədəd televizoru pəncərədən ona vermiş, o, isə həmin televizoru alıb pəncərənin qarşısında yerə qoymuş, daha sonra yenə Ələkbər otaqları axtarmağa başlamış, girişlə üzbə-üz otaqdan bir ədəd qara rəngli su qızdırıcısım gətirib ona vermiş, o da həmin su qızdırıcısım alıb yerə qoymuş, əşyaları bayıra çıxaran zaman televizorun ekranı pəncərənin çərçivəsinin alt tərəfmə dəymiş və zədələnmiş, əşyaları bayıra çıxardıqdan sonra Ələkbər özü də evin pəncərəsindən bayıra çıxmış, həmin vaxt Ələkbər ona “həyətdəki otağın plastik qapısı çərçivəsindən çıxarılıb, gör həmin qapını çərçivəsinə birləşdirə bilərsənmi” demiş, bundan sonra o, həmin ağ rəngli plastik qapını götürmüş, çərçivəsinə yerləşdirmək istəsə də bunu bacarmamış, çünki, Ələkbər həmin qapını rəzəsindən sındırıb açmış, buddan sonra onlar bir ədəd televizoru və bir ədəd su qızdırıcısım gəldikləri avtomobilin yük yerinə qoymuş, o, avtomobili Xaçmaz şəhər mərkəzi bazarının yaxınlığına sürməsini demiş, avtomobildə olan zaman o, bir neçə şəxsə zəng edib televizor və su qızdırıcısı almaq istədikərini soruşsa da müştəri tapa bilməmiş, onq həmin vaxt Ələkbər Xaçmaz şəhər, 20 yanvar küçəsində yerləşən tanışı Əşrəf adlı şəxsin meyvə-tərəvəz dükanına gedib əşyaları dükana qoymağı təklif etmiş, bundan sonra taksi avtomobili onları Xaçmaz şəhəri, 20 yanvar küçəsində yerləşən Əşrəfin meyvə- tərəvəz satdığı dükanın qarısını aparmış, Ələkbər düşüb Əşrəflə görüşmüş və avtomobilin yük yerindən televizoru su qızdırcısım çıxarıb dükanın qarşısında yerə qoymuş, həmin vaxt Əşrəf su qızdırıcısm və televizoru harda əldə etdiklərini soruşuduqda əvvəlcə Ələkbər Əşrəfə əşyalar özünə məxsus olduğunu bildirmiş, daha sonra Əşrəf ondan əşyaları hardan əldə etdiklərini soruşduqda o da əşyaların ona məxsus olduğunu demiş, bu zaman Əşrəf Ələkbərlə onun bir-birilərini çaşdırdığını başa düşmüş, dərhal həmin əşyaları götürüb ordan uzaqlaşmalarını demiş, bu zaman o, tanışı Elvin adlı şəxsin “Lada Priora” markalı avtomobillə gəldiyini görmüş, Elvin də onu görüb avtomobili saxlamış, o, Elvini Xaçmaz şəhər sakini kimi tanımış, Elvinin idarə etdiyi “Lada Priora” markalı avtomobili bir neçə dəfə təmir etmiş, həmin vaxt Elvin avtomobili onun yanında saxlamış, ona avtomobilin mühərrikindən yağ axdığını bildirmiş, ondan həmin nasazlığı təmir etməsini xahiş etmiş, o, da Elvinə təmir edəcəyini demiş, bundan sonra Ələkbərlə birlikdə oğurldıqları televizrou və su qızdırıcısım Elvinin avtomobilinə qoyub və satmaq üçün müştəri axtarmaq qərarına'gəlmiş, o, Elvinə ona məxsus bir ədəd televizor və bir ədəd su qızdırıcısı olduğunu və həmin əşyları satmaq istədiyini, əşyaları Elvinə avtomobilə qoymağı, onları televizor təmiri dükanlarına aparmasını bildirmiş, bundan sonra Elvin də buna etiraz etməmiş, beləliklə Ələkbər və o, oğurladıqları bir ədəd televizoru və bir ədəd su qızdırıcısım Elvinin avtomobilinin yük yerinə qoymuş, bundan sonra Xaçmaz şəhər mərkəzi bazarının ətrafında olan elektrik əşya təmiri dükanlarından bir neçəsinə getmiş, lakin o, müştəri tapa bilməmiş, bundan sonra Elvinə avtomobili Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsi ilə Nərimanov prospektinin kəsişməsində yerləşən televizor təmiri dükanına sürməsini orada televizor dükana satmaq istədiyini demiş, Elvin avtomobili onun göstərdiyi istiqamətdə idarə edən zaman Elvinin mobil telefonuna zəng gəlmiş, Elvin telefonla danışdıqdan sonra onlara atasının avtomobili istədiyini bildirmiş, Elvin onlara Nəriman Nərimanovun heykəlinin yaxınlığında onları düşürdəcəyini, başqa taksi tapmalarını bildirmiş, bundan sonra Elvin onu və Ələkbəri Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsi ilə Nərimanov prospektinin kəsişməsində yerləşən Nəriman Nərimanovun heykəlinin yanında düşürtmüş, onlar orada başqa bir qara rəngli “Lada Priora’’ markalı avtomobilə minmiş, əşyaları da Elvinin avtomobilindən düşürdüb həmin avtomobilə qoymuş, Elvin çıxıb getdikdən sonra o, həmin avtomobildə arxa oturacaqda oturmuş, Ələkbər isə qabaqda oturmuş, Ələkbər sürücüyə avtomobili yaşadığı evə, Xaçmaz şəhəri, 61-ci kvartal, yeni yaşayış massivinə sürmüəsini bildirmiş, o, Ələkbərin niyə avtomobili evə sürdürməsinin səbəbini başa düşməsə də bu barəda bir söz soruşmamış, bundan sonra sürücü avtomobili Ələkbərin evinə sürmüş, Ələkbərin evinin qarşısına çatan zaman Ələkbər avtomobildə düşüb evə girmiş, o isə avtomobilin yanında siqaret çəkmiş, bir neçə dəqiqədən sonra Ələkbər evdən çıxmış, avtomobilə əyləşmiş, onlar həmin avtomoibllə Xaçmaz şəhər mərkəzi bazarına gəlmiş, həmin vaxt o, sürücüylə söhbət etməyə başlamış sürücünün adının Mirzahid olduğunu öyrənmiş, Mirzahidə əşyaların ona məxsus olduğunu, evdə xəstəsi olduğu üçün əşyaları satdığını, Ələkbərin də ona əşyaları satmaqda kömək etdiyini, bununla yanaşı o, Mirzahidə su qızdırıcısım almağı təklif etmiş, Mirzahid də su qızdırıcısına ehtiyacı olmadığını bildirmiş, bundan sonra o və Ələkbər birlikdə Xaçmaz şəhər bazarının yanma getmiş, həmin vaxt Ələkbər İ.Qayıbov küçəsində olan Məzahir adlı tanışının bəbərxanasım gördükdə əşyaları elə Məzahir satmalarını demiş, Ələkbər Məzahirin bərbərxanasma girib Məzahirlə görüşmüş, çıxıb taksinin pulunu vermiş, Ələkbər yük yerində olan telvizoru və su qızdırıcısım onunla birlikdə düşürdüb bərbörxananm qarşısına qoymuş, taksi sürücüsü pulunu alıb getmiş, daha sonra Ələkbər Məzahirə televizor və su qızdırıcısı satdıqlarını, istəyirsə satmalarını, bərbərxanada lazım olacağını bildirmiş, bu zaman Məzahir həmin əşyaları hardan əldə etdiklərini, oğuruq olubolmamasını soruşduqda o və Ələkbər həmin əşyaların Ələkbərin xalasının evinin əşyaları olmasını bildirmiş, Ələkbərin xalasıgilin köçdüyünü, əşyaları da satmağı Ələkbərə tapşırdığnı bildrimiş, Ələkbər də televizoru 100 manata, su qızdırıcısım isə 50 manata satdım demiş, Məzahir Ələkbərə ümilikdə televizora, su qızdırıcısına 130 manat pul verə biləcəyini demiş, bundan sonra Ələkbər Məzahirlə razılaşmış, Məzahir həmin vaxt televizoru və su qızdırıcısım onlardan almış və 100 manat pul vermiş, qalan 30 manat pulu isə sabah verə biləcəyini demiş, onlar da Məzahirlə razılaşmış, həmin vaxt Məzahir Ələkbərdən şəxsiyyət vəsiqəsini istəmiş, lakin Ələkbər Məzahirə şəxsiyyət vəsiqəsi üzərində olmadığını bildirmiş, həmin vaxt o, Məzahirə sabah gətirib şəxsiyyət vəsiqəsinin surətini verəcəyini demiş, bundan sonra Ələkbərlə birlikdə oradan uzaqlaşmış, həmin vaxt Ələkbər əldə etdikləri 100 manat puldan ona 50 manat pul vermiş, səhəri gün isə Ələkbərlə birlikdə gedib Məzahirdən qalan 30 manat pulu da almış, lakin nə o nə də Ələkbər şəxsiyyət vəsiqələrinin surətini Məzahirə verməmiş, həmin vaxtdan sonra o, Ələkbəri görməmiş, onlar oğurludıqları əşyaları satdıqdan sonra əldə etdiyi pulu spirtli içkilərə, siqaret almağa və gündəlik ərzaqlar almağa xərcəyib qurtarmış, bundan başqa təxminən bir il olarkı narkotik vasitə olan qurudulmuş marixuananı papirosa doldurmaq yolu ilə çəkmiş, 10 fevral 2022-ci il tarixdə təxminən saat 17 radələrində Xaçmaz- Niyazabad avtomobil yolunun Xaçmaz şəhəri, Z.Bünyadov küçəsindən keçən hissəsində olan körpünün altından keçib gedərkən yerdə bir ədəd sellofan torba olduğunu görmüş, həmin sellofan torbanı əlinə götürüb açanda içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuana olmasını görmüş, özü də narkotik vasitədən istifadə etdiyi üçün tapdığı qurudulmuş marixuananı atmamış və körpünün altında olan dəmirlərin arasında gizlədib piyada yaşadığı evə getmiş, 11 fevral 2022-ci il tarixdə təxminən saat 16 radələrində evdən çıxıb piyada qurudulmuş marixuananı gizlətdiyi yerə getmiş və sellofan torbada olan qurudulmuş marixuananı gizlətdiyi yerdən çıxarıb əlində tutaraq yaşadığı ev istiqamətində gəlməyə başlamış, təxminən saat 18:30 radələrində Xaçmaz şəhəri, İ.Qayıbov küçəsi ilə yaşadığı Musabəyov küçəsi istiqamətində gedərkən ona polis əməkdaşları yaxınlaşmış və özlərini təqdim etdikdən sonra onu Xaçmaz RPŞ-nə dəvət etmiş, o, etiraz etməyərək avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞnə gəlmiş, Xaçmaz RPŞ-nin inzibati binasında müstəntiq tərəfindən ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitəni əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, bundan sonra müstəntiq tərəfindən ona video çəkilişlə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və ona üzərində olan əşyaları çıxarıb təqdim etməsi təklif edilmiş, o, əlində tutduğu sellofan torbanı masanın üzərinə qoyduqdan sonra əynində olan gödəkçənin yan cibindən 01 ədəd «Prima» siqaret qutusunu, gödəkçəmin sol yan cibindən 01 ədəd siqaret dənəsini, 01 ədəd dırnaq kəsəni, şalvarımın sol yan cibindən 01 ədəd alışqanı, sağ yan cibindən isə keçmiş SSRİ dövrünə aid 01 ədəd birlik, 12 ədəd beşlik, 01 ədəd onluq rublunu, köhnə azərbaycan manatı olan 01 ədəd beş və 01 ədəd on manatlıq əskinasları çıxarıb masanın üstünə qoymuş, bundan sonra polis əməkdaşları tərəfindən üstünə şəxsi axtarış keçirilmiş və əynində olan gödəkçənin sağ yan cibində 01 ədəd tibbi maska aşkar edilmiş, müstəntiq təqdim etdiyi sellofan torbanı onun və müdafiəçisinin iştirakı ilə açıb içində olan qurudulmuş marixuananı görmüş və ondan həmin kütlənin nə olduğunu, haradan aldığını soruşduqda o, hər şeyi könüllü olaraq etiraf etmiş və sellofan torbada olan bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmiş, onun özünə məxsus olmasını və evə gedərkən yoldan tapdığını və sonrada özünün istifadə etməsi üçün saxladığını bildirmiş, bundan sonra müstəntiq tərəfindən sellofan torbada olan qurudulmuş marixuana qablaşdırılaraq protokol tərtib edilmiş, o da qurudulmuş marixuananın qablaşdırıldığı sellofan torbanın üzərinə yapışdırılmış kağızın üstünə və bununla bağlı yazılmış protoköla imza etmiş, etdiyi hərəkətlərdən peşiman olduğunu gələcəkdə belə işlərə yol verməyəcəyini bildirmişdir. Əvvəlki məhkəmə proseslərində iştirak edərək ifadəsi alınmış Zərərçəkmiş şəxs göstərmişdir ki, 2018-ci ildə o, Quba rayon sakini Nümayəndə ilə evlənmiş və onların birgə nikahından bir övaldları dünayaya gəlmişdir. Eldarla evləndikdən sonra Eldarın Xaçmaz şəhəri, 61-ci kvartal, yeni yaşayış massivində yerləşən evinə köçmüş, onun qayınatası və qayınanası Quba rayonunun, Xaroşa kəndində yaşamışdır. Onlar tez-tez həyat yoldaşı ilə birlikdə həmin kəndə gedib bir neçə gün qalırdılar. Həmin ev təmirli olmuş və içərisində hər bir ev əşyası var idi. Ev bir mərtəbəli, kürsülü və 0,5 ha torpaq sahəsinin üzərində yerləşmişdir. Ev 4 otaqlı olmuş, həmin evi də həyat yoldaşı Eldar özü bir neçə il ərzində tikmiş, onların evinin olduğu torpaq sahəsinin qonşuluğunda bir nəfər tanımadığı şəxsin də yarımtikili, təmirsiz, yaşayış olmayan ev olmuş, lakin həmin-evinin yerləşdiyi torpaq sahəsi ilə onların evinin yerləşdiyi torpaq sahəsinin arasında hasar olmamış, lakin onun evinin də kənar hasarları, giriş qapısı olmuş, beləki həmin təmirsiz ev və onun yaşadı ev kənarı mişar daşı ilə hasarlanmış bir həyətdə olmuş, həmin təmirsiz evin arxa tərəfində dəmir giriş qapısı olmuş, həmin giriş qapısı içəridən cəftə ilə bağlanmış və bayır tərəfdən də açmaq üçün tutacağı olmamış, əri Eldar həmişə həmin qapını içəri tərəfdən cəftə ilə bağlamış, əksər hallarda həmin qapı onlar evdə olan vaxt bağlı olmuş, lakin onlar qayınatasıgilə gedən vaxtlarda gəlib həmin qapının açıq vəziyyətdə olmasını görmüş, qonuşuluqda olan ev quşları da evin həyətinə girmiş, 10 may 2021-ci il tarixdə o, əri Eldar və azyaşlı oğlu ilə birlikdə Quba rayonunun, Xaroşa kəndində qayınatasıgilə getmiş, onlar orada qaldığı müddətdə qayınatası Səfərəli tez-tez gedib Xaçmaz şəhərində yerləşən evlərinə nəzarət etmiş, onlar Quba rayonunda təxminən 20 gün qalmış, 30 may 2021-ci il tarixdə qayınatası Səfərəli yenə Xaçmaz şəhəri, 61-ci kvartalda yerləşən evə baxmağa getmiş, təxminən bir neçə saatdan sonra qayınatası ona zəng edib yaşadıqları evə kiminsə daxil olduğunu və evdən müxtəlif əşyaların oğurlandığını bildirmiş, bundan sonra o, əri Eldara xəbər vermiş, onlar birlikdə yaşadığı evə getmiş, evin həyətinə daxil olub evin qarşısına gəldikdə evin mətbəxinin qapısının açıq vəziyyətdə olmasını görmüş, o və əri Eldar həmişə evdən çıxanda qapıları və pəncərələri bağlayıb getmiş, daha sonra evin içərisində daxil olduqda mətbəxin yanındakı otaqdan 01 ədəd 500 manat dəyərində “Eurolux EU-LED32AST-DN4S” markalı, ekran ölçüsü 32 inç (81 sm), Full E1D 1920x1080, ekran formatı 16:9, Almaniya istehsalı, 2020-ci ilin aprel ayında alınmış, istismar edilməmiş televizorun, mətbəxdən 01 ədəd 600 manat dəyərində “Silverline R12056W01” markalı, Türkiyə istehsalı, 220-240 voltajlı, 2021-ci il istdhsalı, 2021-ci ilin aprel ayında alınmış, istismar edilməmiş soyuducunun, evin digər otağından 01 ədəd 115 manat dəyərində, “Topkapı” markalı, 24 litr su tutumlu, Türkiyə istehsalı, 2020-ci ilin oktyabr ayında alınmış, istismar edilməmiş su qızdırıcısını, evin qonaq otağından 01 ədəd 200 manat dəyərində “Tabriz” markalı, 2m X 3m ölçüdə, Türkiyə istehsalı, 2019-cu ilin avuqst ayında alınmış, istismar edilməmiş toxunma xalçanın, 01 ədəd 400 manat dəyərində “Arab” markalı, 2m X 3m öçüdə, Türkiyə istehsalı, 2019-cu ilin avqust ayında alınmış, istismar edilməmiş toxunma xalçanın, evin yataq otağından 01 ədəd 200 manat dəyərində “Slow” markalı, 2m X 3m ölçüdə, Türkiyə istehsalı, 2019-cu ilin avqust ayında alınmış, toxunma xalçanın, evin qonaq otağından hər biri 50 manat olmaqla ümumilikdə 300 manat dəyərində 06 ədəd, Azərbaycan istehsalı, oturacaq'hissəsi yerdən 50 sm hündürlükdə, söykənəcək hissəsi yerdən 120 sm hündürlükdə olan, oturacaq və söykənəcək hissələri adi villur parçadan tikilmiş, ayaq hissələri isə qoz ağacından düzəldilmiş, 2019-cu ilin avqust ayında alınmış, istismar edilməmiş stulların, 01 ədəd 300 manat dəyərində 1,5 metr enində, 2,5 metr uzunluğunda, yerdən 1 metr 10 sm hüdürlükdə DSP taxta materialdan düzəldilmiş, Azərbaycan istehsalı, 2019-cu ilin avqust ayında alınmış, istismar edilməmiş stolun, evin yataq otağından 01 dəst 30 manat dəyərində kətan-pambıq parçadan tikilmiş, Azərbaycan istehsalı, 2019-cu ilin avqust ayında alınmış, istismar edilməmiş, bağlamada olmuşdur iki nəfərlik çarpayı üçün yataq dəstinin, hər biri 25 manat olmaqla ümumilidə 50 manat dəyərində 02 dəst kətan parçadan tikilmiş, Azərbaycan istehsalı, 2019-cu ilin avqust ayında alınmış, istismar edilməmiş, bağlamada olmuş, tək nəfərlik çarpayı üçün yataq dəstinin, bir kiloqramı 03 manat olmaqla 02 kiloqram çəkidə 06 manat dəyərində yumru düyünün, bir kiloqramı 05 manat olmalqa ümumilikdə 02 kiloqram çəkidə 10 manat dəyərində uzun düyünü, 01 kiloqramı 03 manat olmalqa ümumilikdə 03 kiloqram çəkidə, 09 manat dəyərində şəkər tozunun, 01 kiloqramı 03 manat olan ümumilikdə 02 kiloqram çəkidə, 06 manat dəyərində qəndin, 01 ədəd 80 manat dəyərində 60 sm diametrli, Çin istehsalı, 2019-cu ilin avqust ayında alınmış, istismar edilməmiş divar saatının, 35 manat dəyərində, 01 ədəd, hər biri 30 manat dəyərində 02 ədəd ümumilikdə 95 manat dəyərində 03 ədəd “Yağmur porselen" markalı, Türkiyə istehsalı, 2019-cu ilin avqust ayında alınmış, istismar edilməmiş çini qabların, 01 ədəd 50 manat dərərində, yun-pambıq materialdan tikilmiş, İran istehsalı, 2019-cu ilin avqust ayında alınmış, istismar edilməmiş tək nəfərlik çarpayı üçün adyalın, 01 ədəd 25 manat dəyərində yun-pambıq materialdan tikilmiş, İran istehsalı, 2019-cu ilin avqust ayında alınmış, istismar edilməmiş, tək nəfərlik çarpayı üçün adyalın, hər biri 05 manat olmaqla 05 dəst 25 manat dəyərində 2019-cu ilin avqust ayında alınmış, Türkiyə istehsalı, istismar edilməmiş pambıq materialdan kişi alt paltarlarmın(tuman və mayka), hər biri 10 manat olmaqla 02 ədəd 20 manat dəyərində pambıq-kətan materialdan olan 2019-cu ilin avqust ayında alınmış, Türkiyə istehsalı, istismar edilməmiş poliverlərin, 01 ədəd 05 manat olmaqla 2019-cu ilin avqust ayında alınmış, Türkiyə istehsalı, istismar edilməmiş pambıq köynəklərin, 01 ədəd 280 manat dəyərində 2metr X 2,5 metr ölçüdə, Türkiyə istehsalı, villur-pambıq materialdan, 2019- cu ilin avqust ayında alınmış, istismar edilməmiş iki nəfərlik çarpayı üçün olan toxunma adyalın, 01 ədəd 30 manat dəyərində, “Samsung" markalı Cənubi Koreya istehsalı, 2014-cü ildə alınmış, həmin tarixdən istismar edilmiş, bir disk yuvalı, DVD oxuducusunun, 01 ədəd 18 manat dəyrində plastmas, Azərbaycan istehsalı, istismar edilməmiş, 2019-cu ilin avqust ayında alınmış pərdə toqqasının, hər biri 10 manat olmaqla 03 ədəd 30 manat dəyərində pambıq iplikdən tikilmiş İm X l,5m ölçüdə, İran istehsalı, 2019-cu ilin avqust ayında alınmış, istismar edilməmiş hamam dəsmallarının, hər biri 01 manat 50 qəpik olmaqla 10 cüt 15 manat dəyərində yun-pambıq materialdan, İran istehsalı, 2019-cu ilin avqust ayında alınmış, istismar edilməmiş qadın corablarının, hər biri 01 manat 50 qəpik olmaqla 10 cüt, 15 manat dəyərində pambıq materialdan, İran istehsalı, 2019-cu ilin avqust ayında alınmış, istismar edilməmiş qadın corablarının, 20 manat dəyərində 01 ədəd 40 diametrli, Azərbaycan istehsalı, 2019-cu ilin avqust ayında alınmış, istismar edilməmiş, masa üstü güzgünün, 25 manat dəyərində 01 ədəd “212 men” markalı, Çin istehsalı, 100 ml ölçüdə, 2019-cu ilin iyun avqust ayında alınmış, istismar edilməmiş kişi ətrinin, 25 manat dəyərində 01 ədəd “X25” marklı, Çin istehsalı, 100 ml ölçüdə, 2019-cu ilin avqust ayında alınmış, istismar edilməmiş kişi ətrinin, hər biri 03 manat olmaqla 15 manat dəyərində 05 ədəd sadə metaldan, Azərbaycan istehsalı, 2019-cu ilin avqust ayında alınmış, istismar edilməmiş qadın üzüklərinin, hər biri 03 manat olmaqla 15 manat dəyərində 05 ədəd sadə metaldan, Azərbaycan istehsalı, 2019-cu ilin avqust ayında alınmış, istismar edilməmiş qadın qolbaqlarının, hər biri 03 manat olmaqla 15 manat dəyərində 05 ədəd sadə metaldan, Azərbaycan istehsalı, 2019cu ilin avqust ayında alınmış, istismar edilməmiş qadın boyunbağılarının, hər biri 01 manat olmaqla 05 manat dəyərində 05 cüt sadə metaldan, Azərbaycan istehsalı, 2019-cu ilin avqust ayında alınmış, istismar edilməmiş qadın sırğaların, 20 manat dəyərində 01 dəst kətan materialdan, İran istehsalı, 2019-cu ilin avqust ayında alınmış, istismar edilməmiş, uşaq yataq dəstinin, 45 manat dəyərində 01 ədəd Azərbaycan istehsalı, 2metr X 2metr ölçüdə, tikilmə, 2019-cu ilin avqust ayında tikilmiş, istismar edilməmiş yun yorğanın, 01 metri 10 manat olmaqla 50 manat dəyərində 05 metr İran istehsalı, tül parçadan, 2 metr hündürlükdə, 2019-cu ilin avqust ayında tikilmiş, istismar edilməmiş pərdənin, 01 metri 05 manat olmaqla 05 metr, 25 manat dəyərində İran istehsalı, şəffəv qalın sellofan materialdan, 2019-cu ilin avqust ayında alınmış, istismar edilməmiş stol üstü süfrənin, 10 AZN nağd pulun, evin həyətindəki saxlanc yeri kimi istifadə etdiyimiz otaqdan plastik qapını rəzəsindən çıxarmaqla oradan 01 ədəd 180 manat dəyərində 51itr tutumlu, latun materialdan 1941- ci ildə Azərbaycanda istehsal edilmiş, həmin tarixdən də istismar edilən od samovarının, hər biri 01 manat olmaqla 10 ədəd 10 manat dəyərində 03sm uzunluqda polad materialdan,. Azərbaycan istehsalı, 2019-cu ilin avqust ayında alınmış, istismar edilməmiş vintlərin, hər biri 01 manat olmaqla 10 manat dəyərində 10 ədəd 05sm uzunluqda polad materialdan, Azərbaycan istehsalı, 2019-cu ilin avqust ayında alınmış, istismar edilməmiş vintlərin, 17 manat dəyərində 01 ədəd 20 sm uzunluqda tutacaq yeri plastmas, Azərbaycan istehsalı, 2019-cu ilin avqust ayında alınmış, istismar edilməmiş vintaçanın, 11 manat dəyərimdə 01 ədəd 20 sm uzunluqda tutacaq yeri rezindən, Azərbaycan istehsalı, 2019-cu ilin avqust ayında alınmış, istismar edilməmiş kəlbətinin, 10 manat dəyərində 01 ədəd 20 sm uzunluqda tutacaq yeri taxtadan, Azərbaycan istehsalı, 2019-cu ilin avqust ayında alınmış, istismar edilməmiş suvaq malasının, hər biri 02 manat olmaqla 12 manat dəyərində 06 ədəd taxta qapı üçün, çuqun materialdan, Azərbaycan istehsalı, 2019-cu ilin 'avqust ayında alınmış, istismar edilməmiş rəzələrin(petlələrin), hər biri 04 manat olmaqla 24 manat dəyərində 06 ədəd plastik qapı üçün, plastmas materialdan, Azərbaycan istehsalı, 2019-cu ilin avqust ayında alınmış, istismar edilməmiş rəzələrin(petlələrin), 20 manat dəyərində 01 kiloqram çəkidə polad materialdan, Azərbaycan istehsalı, 2019-cu ilin avqust ayında alınmış, istismar edilməmiş 10 sm uzunluqda mismarın, 20 manat dəyərində 01 kiloqram çəkidə polad materialdan, Azərbaycan istehsalı, 2019-cu ilin avqust ayında alınmış, istismar edilməmiş 07 sm uzunluqda mismarın oğurlandığını müəyyən etmiş, bundan sonra onlar evdə olan zaman hadisə yerinə polis əməkdaşları gəlmiş, yaşadıqları evə baxış keçirmiş,’ hadisə nəticəsində ona 4 008 manat məbləğinda maddi ziyan dəydiyini bildirmişdir. Məhkəməəmətəəşünaslıq ekspertizasının 23 fevral 2022-ci il tarixli, 9/9547 nömrəli ekspert rəyi ilə tanış olduqdan sonra, rəylə razı olmayaraq, ona dəymiş maddi ziyanın 4446 manat 80 qəpik təşkil etdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs1 təxminən 5 ildir ki, tanımış, beləki, o, əvvəllər Xaçmaz şəhərində yerləşən “Lada” adlı kafeni işlətmiş, həmin vaxtlarda Ələkbər də müştəri kimi kafeyə gəlmiş, həmin vaxtlardan da Ələkbərlə Xaçmaz sakini kimi münasibəti yaranmış, təxminən 2021-ci ilin iyun-iyul aylarında o, Quba rayonunda öz qeydiyyatda olduğu Rustov kəndində olmuş, o orada olan zaman tanışı Ələkbər ona zəng edərək telefonda onu “əmimgil evi satır, əşyaları da ayrıca satırlar, əşyaları satmağı da mənə tapşırıblar." demiş, həmin vaxt o, telefonda Ələkbərə “birdən həmin əşyalar oğurluq olar" demiş, həmin vaxt Ələkbər telefonda ona “sən məni çoxdan tanıyırsan, oğru olmadığımı bilirsən" demiş, o, Ələkbəri tanıdığı beş il müddətində oğurluq etmədiyini, sakit bir insan olduğunu bilmiş, həmin vaxt telefonda Ələkbər and içərək, əşyaların əmisinin evində olduğunu bildirmiş, hətta ona “gələrsən əmimgilin evinin həyətində əşyalara baxarsan” demiş, o da Ələkbərə “gəlib baxacağam” demiş, həmin gün o, Xaçmaz şəhərində yerləşən icarə əsasında işlətdiyi “Ay işığı”adlı kafeyə getmiş, lakin Ələkbərə zəng etməmiş, o, kafedə olan zaman Ələkbər ona zəng etmiş, “əmimgil əşyaları təcili satırlar evdən çıxamalıdırlar, gəl əşyalara bax, alırsansa mən işimi bilim, çünki əşyaları istəyən var ” demiş, o isə Ələkbərə “gəl kafeyə əlimdə işim var qurtarım gedərik” demiş, təxminən 20 dəqiqə sonra Ələkbər onun işlədiyi kafeyə gəlmiş, Ələkbər ona əmisi gil3 gedib əşyalara baxaq demiş, həmin vaxt Ələkbər onun idarə etdiyi avtomobilə əyləşmiş və onu Xaçmaz şəhəri, 6 nömrəli orta məktəbin yanında yerləşən ünvanı dəqiq bilmədiyi bir küçədəki evə aparmış, orada olan zaman Ələkbər cavan bir oğlanı ona təqdim edib həmin şəxsin onun qohumu olduğunu və adının Kamran olduğunu bildirmiş, gəldiyi ünvanın da həmin qohumunun evi olduğunu bildirmiş, Ələkbər ona əşyalar Kamranın evinin həyətindədir demiş, o, Kamranın evinin həyətində daxil olduqda Ələkbər ona əşyaları göstərməyə başlamış, o, həmin vaxt bir ədəd ağ rəngli soyuducunun, 2 ədəd xalçaların həyətdə yerə qoyulduğunu görmüş, daha sonra isə həmin yerdə 5 ədəd stulları və 1 ədəd də stolun olduğunu görmüş, dəmin vaxt Ələkbər əşyaları təqdim edib, əşyaların əmisinin evinin əşyaları olduğunu və satmaq istədiyini demiş, daha sonra evdə olan iki ədəd ağ rəngli qabları da təqdim etmiş, həmin vaxt evin sahibi Kamrandan o, əşyaların oğurluq olubolmaması barədə soruşduqda Kamran ona əşyaların Ələkbərin əmisinin olduğunu, həmin vaxt Ələkbərin və Kamranın sözlərinə inansa da həyətdə olan əşyaları başqa şəxsə göstərəcəyini vəd edərək, özünə məxsus mobil telefon vasitəsi ilə videoçəkiliş aparmış, bundan sonra əşyaların qiyməti barədə Ələkbərlə danışmış, Ələkbər bütün əşyaları 900 manata ona sata biləcəyini demiş, bundan sonra Ələbər ona “sənə olan 100 manat borcumu da çıxarsan və mənə əşyaların əvəzində 800 manat pul verərsən” demiş, o da Ələkbərə “bir müddət fikirləşim sənə cavab verərəm” demiş, daha sonra isə oradan çıxıb işlədiyi kafeyə gəlmiş, həmin vaxt da Ələkbər dayanmadan onun telefonuna dəfələrlə zəng etmiş, o, Ələkbərə cavab verib 800 manat pulu bir dəfəyə verə bilməyəcəyini, 600 manat verib 200 manat da borclu qalıb bir həftəyə də 200 manat verəcəyini demiş, Ələkbər də onunla razılaşmış və ona “sən mənə 400 manatı ver, əmimgil Quba rayonuna gedirlər.” demiş, o da bundan sonra öz kartından pul çıxarıb, Ələkbərlə Xaçmaz şəhəri, C.Əzizov küçəsində 6 nömrəli məktəbin yanında görüşmüş, orada Ələkbərə 400 manat pul vermiş, daha sonra isə Ələkbərə əşyaları aparmaq üçün avtomobil götürüb gəldiyini bildirmiş, bundan sonra o, Xaçmaz şəhər dairəsinə gedib orada bir tanımadığı şəxsin “Vaz-2104” markalı avtomobilini tapmış və həmin avtomobillə Kamranın yaşadığı, əşyaların olduğu evə getmiş, evə çatdıqda o, Ələkbərlə və Kamranla görüşmüş, orada olan zaman Ələkbər və Kamranın köməkliyi ilə əşyaları avtomobilə yükləmiş və o, orada Ələkbərə 200 manat pul vermiş, həmin vaxt o, Kamran evinin həyətindən bir ədəd ağ rəngli soyuducunu, iki ədəd xalçaları, dörd ədəd stulları, bir ədəd stolu və iki ədəd də ağ rəngli qabları alıb avtomobilə yükləmiş, daha sonra isə oradan öz işlətdiyi kafeyə gəlmiş, əşyaları kafeyə boşaltmış, suyuducunu da mətbəxdə işlətməyə başlamış, səhəri gün bir neçə dəfə Ələkbər ona zəng etmiş, o, Ələkbərlə danışan zaman Ələkbər ondan qalan pulunu da istəmiş, “mən Qubada əmimgilin yanındayam, sən pulu apar bazar yolunda meyvə dükanı işlədən Əşrəf adlı qohumuma ver” demiş, o, kafe işlədən zaman Əşrəfi də bir neçə dəfə Ələkbərin yanında görmüş, Ələkbərlə danışdıqdan sonra o, Əşrəfin dükanına getmiş və Ələkbərə çatdırması üçün Əşrəfə 100 manat pul vermiş, Ələkbərlə Əşrəfin yanında telefonla danışıb Ələkbərə “sənin 100 manat pulunu Əşrəfə verdim” demiş, həmin vaxt onun telefonu ilə Əşrəf Ələkbərlə danışmış və Əşrəf Ələkbərə “pulu götürmüşəm gəlib məndən apararsan” demiş, daha sonra o, oradanı çıxıb gəlmiş, Ələkbərin ona bir ədəd soyuducu, iki ədəd xalça, dörd ədəd stul, bir ədəd stol, 2 ədəd qab satdığını bildirmiş, həmin əşyaları təqdim edə biləcəyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2009-cu ildə ailə üzvləri ilə birlikdə yaşadığı Xaçmaz şəhəri, İ.Qayıbov küçəsində bərbərxana tikmiş, bu günə qədər də həmin yer bərbərxana kimi fəaliyyət göstərmiş, o, özü orada işləmiş, bərbər kimi fəaliyyət göstərmiş, 2021-ci ilin may ayının ortalarında o, axşam saatlarında öz işlədiyi bərbərxanada olan zaman, onun bərbərxanasından bir neçə metr aralıda bir “Lada Priora” markalı avtomobilin dayandığını görmüş, həmin vaxt Xaçmaz şəhər sakini Ələkbər və İlkin avtomobildən düşmüş, o, Ələkbəri uşaq yaşlarından tanımış, Ələkbərin Ələskər adh qardaşının da olduğunu bilmiş, o, X1 zənn etmiş, Ələkbər könhə Əli Bayramov indiki 28 may küçəsində yaşamış, həmin küçə onun yaşadığı küçə ilə qonşu olmuş, Ələkbəri də o, qonşu küçənin sakini olan həmyaşıdı kimi tanımış, Ələkbər onun işlədiyi bərbərxanaya daxil olub ondan 5 manat pul istəmiş, o da Ələkbərə beş manat pul vermiş, Ələkbər ondan aldığı 5 manat pulu Ələkbəri oraya gətirən avtomobilin sürücüsünə vermiş, Ələkbərin yanında onun Xaçmaz şəhər sakini kimi tanıdığı İlkin adh şəxs də olmuş, İlkini isə təxminən bir neçə ildir ki, avtomobil ustası kimi tanımış, beləki. İlkin onun bərbərxanasının yerləşdiyi küçədə olan avtomobil təmiri sexində usta işləyən zaman o İlkinin bir neçə dəfə saçını qırxmış, həmin vaxtlardan da o, İlkini tanımış, İlkin və Ələkbər avtomobillə onun bərbərxanasının qarşısında avtomobildən düşdükdən sonra Ələkbər yük yerindən bir ədəd adyala bükülmüş hansısa əşyanı və bir ədəd də su qızdırıcısını götürüb bərbərxana qarşısına qoymuş, o, Ələkbəri təxminən 20 ildir ki, görməmiş, uzun illərdən sonra bərbrəxananın qarşısında görmüş, Ələkbər həmin vaxt “əşyalar televizor və su qızdırıcısıdır, xalamın Xaçmaz şəhərində yerləşən evinin əşyalarıdır, xalamgil evi satıblar, əşyaları da satmağı mənə tapşırıblar, buna görə də televizoru və su qızrıdırıcısını satmaq üçün gətirmişəm, bu dəqiqə satıb sənin 5 manat pulunu qaytaracağam, ucuz qiymətə satıram, istəyirsənsə sənə satım” demiş, həmin vaxt İlkin də “Ələkbər doğru deyir, xalasının evinin əşyalarıdır, istəyirsənsə ucuz qiymətə satır elə sən al” demiş, həmin vaxt Ələkbər və İlkin ona 150 manata su qızdırıcısını və televizoru sata bilərcəklərini demiş, bu zaman o, qiymətin baha olduğunu demiş, Ələkbər və İlkin ona “bahdırsa 130 manat verərsən” demiş, o da Ələkbər və İlkinlər razılaşmış, həmin vaxt o, evdən'100 manat pul götürüb Ələkbərə vermiş və “30 manat hal- hazırda yoxumdur, sabah gəlib götürərsən” demiş. Ələkbər onunla razılaşmış, 100 manat pulunu götürüb çıxıb getmiş, o da əşyaları götürmüş, o. həmin əşyaları götürən zaman Ələkbərdən şəxsiyyət vəsiqəsini şəkilini çəkib özündə saxlamaq üçün istəsə də Ələkbər ona şəxsiyyət vəsiqəsinin üzərində olmadığını demiş, bu zaman o, İlkindən də istədikdə İlkin ona “sabah gətirib şəxsiyyət vəqisəmin surətini sənə verərəm” demiş, daha sonra səhəri gün axşam saatlarında Ələkbər və İlkin gəlib ondan qalan 30 manat pulu da aldıqdan sonra çıxıb getmiş, həmin gündən sonra o, Ələkbəri görməsə də İlkini Xaçmaz şəhər bazarında tez-tez görmüş, o, həmin 01 ədəd qara rəngli “Eurolux” markalı televizoru və 01 ədəd qara rəngli “Topkapı” markalı su qızdırıcısını Xaçmaz RPŞ-nin inzibati binasında təqdim edə biləcəyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, “Lada Priora” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobili 2020-ci ilin yay aylarında almış, həmin avtomobillə Xaçmaz şəhərində və yaşadığı Şabran rayonunda taksi fəaliyyəti ilə məşğul olmuş, əksər hallarda o, Xaçmaz şəhəri, Nərimanov küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən Nəriman Nərimanovun heykəlinin yanında avtomobilimlə dayanıb müştəri gözləmiş, özü təxminən 7-8 ildir ki, taksi fəaliyyəti ilə məşğul olmaqla pul qazanmış, 2021-ci ilin ayının ortalarında tarixini dəqiq xatırlamadığı günlərin birində o yenə günorta saatlarında həmişə olduğu kimi Xaçmaz şəhərində, N.Nərimanov heykəlinin yaxınlığında dayanıb müştəri gözləmiş, orada olan zaman onun avtomobilinin yanında bir “Lada Priora” markalı avtomobil gəlib dayanmış, həmin avtomobilin üzərində **-BC-*** dövlət qeydiyyat nömrə nişanı olmuş, həmin avtomobildən iki nəfər şəxs düşmüş, həmin avtomobili idarə edən sürücünü o, Xaçmaz şəhər sakini kimi tanımış, adının Elvin olduğunu da bilmiş, Elvin həmin iki nəfər şəxsi avtomobilindən düşürtdükdən sonra ona “məni atam gözləyir, avtomobili atama verməliyəm, bu müştəriləri dedikləri yerə apararsan sonra da özləri gediş haqqını verəcəklər” demiş, bundan sonra iki nəfər şəxs avtomobildə düşmüş və avtomobilin yük yerindən və arxa oturacağından bir ədəd televizoru və bir ədəd su qızdırıcısım götürüb onun avtomobilinin arxa yük yerinə və arxa otuaracağına qoymuş, daha sonra Elvin çıxıb getmiş və həmin şəxslər onun avtomobilinə əyləşmiş, həmin şəxslərdən biri qabaq oturacqda digəri isə arxa oturacaqda oturmuş, bundan sonra qabaq otuaracaqda oturan şəxs ona avtomobili Xaçmaz şəhəri, 61-ci kvartal, yeni yaşayış massivinə sürmüş, bundan sonra o, avtomobili Xaçmaz şəhərində yerləşən “Grand oil” yanacaq doldurma məntəqəsinin arxasında yerləşən yeni yaşayış massivinə sürmüş, yol boyu qabaq oturacaqda əyləşən şəxs arxa oturacaqda əyləşən şəxsə İlkin deyərək müraciət etmiş, arxa oturacaqda əyləşən şəxs də qabaq oturacaqda əyləşən şəxsə Ələkbər deyə müraciət etmiş, o, avtomobili Ələkbər adlı şəxsin göstərdiyi istiqamətdə hərəkət etdirmiş, həmin vaxt Ələkbər avtomobili tanımadığı bir evin yaxınlığında saxlatdırmış və özü avtomobildən düşüb, ona “5 dəqiqə gözlə öz evimə girib, qayıdıb gəlirəm” demiş, İlkin isə həmin vaxt avtomobildən düşüb bayırda siqaret çəkmiş, Ələkbər evə girdikdən 2-3 dəqiqə sonra bayıra çıxıb yenidən onun avtomobilinə əyləşmiş, İlkin də avtomobilinə əyləşmiş, həmin vaxt Ələkbər və İlkin hər ikisi avtomobili Xaçmaz şəhər Mərkəzi bazarının yaxınlığına sürmüş, o da avtomobili həmin istiqamətdə idarə edib. Xaçmaz şəhər mərkəzi bazarının yaxınlığına gətirmiş, yol boyu avtomobildə olan İlkin və Ələkbər avtomobilnə qoyduqları əşyaları satmaq barədə, müştəri axtarmaq barədə söhbət etmiş, söhbət əsnasında İlkin “televizor və su qızdırıcısı mənə məxsusdur, həmin əşyaları xəstəm olduğu üçün satıram, ” demiş, Ələkbəri göstərib “bu yoldaş da mənə müştəri tapmağa kömək edir” demiş, həmin vaxt İlkin və Ələkbər orada ona hər ikisi bir neçə dəfə su qızdırıcısım onun alması barədə təklif etmiş, İlkin və Ələkbər ona su qızdırıcısım 40 manata təklif etmiş, lakin o, İlkin və Ələkbərə su qızdırıcısına ehtiyacı olduğunu bildirmiş, o, Ələkbər və İlkini Xaçmaz şəhər mərkəzi bazarının yaxınlığına gətirmiş, Xaçmaz şəhəri, İ.Qayıbov küçəsində Ələkbər və İlkin ona avtomobili saxlamağı bildirmiş, o, həmin küçədə avtomobili saxlamış Ələkbər və İlkin avtomobildən düşüb avomobiliə qoyduqları bir ədəd su qızdırıcısım və bir ədəd televizoru götürüb getmiş, avtomobildən düşən zaman o, Ələkbər və İlkindən gediş haqqını vermlərini istəmiş, Ələkbər və İlkin yaxınlıqda yerləşən mağazaların birinə yaxınlaşmış, həmin mağazada olan şəxsdən 5 manat pul alıb ona vermiş, bundan sonra isə o, çıxıb getmiş, həmin şəxsləri daha sonra görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X14 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid7 ifadəsində göstərmişdir ki, Şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Xaçmaz RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili vəzifəsində işləməklə, polis leytenantı rütbəsində olmuş, 11 fevral 2022-ci il tarixdə ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs2 narkotik vasitələri qanunsuz olaraq əldə edib, saxlamaqla, daşıması barədə Xaçmaz RPŞ-nin NMQ-na əməliyyat məlumatı daxil olmuş, qeyd olunan məlmatla bağlı Təqsirləndirilən şəxs2 ifşa olunması məqsədilə o və işlədiyi şöbənin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid8 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, əməliyyat qurupunun üzvlərinin hər birinə hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmiş, onlar Təqsirləndirilən şəxs2 11 fevral 2022-ci il tarixdə saat təxminən 18 radələrində Xaçmaz şəhəri, İ.Qayıbov küçəsində olmasını müəyyən etmiş, həmin yerdə Təqsirləndirilən şəxs2 yaxınlaşıb özlərini təqdim edərək, onlarla Xaçmaz RPŞ-yə gəlməsini, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğunu bildirib Təqsirləndirilən şəxs2 Xaçmaz RPŞ-nə dəvət etmiş, Təqsirləndirilən şəxs2 da onlarla birlikdə avtomobilə əyləşərək Xaçmaz RPŞ-nə gəlmiş, həmin vaxt onlar Təqsirləndirilən şəxs2 davranışına əgər üzərində narkotik vasitə varsa üzərindən kənarlaşdıra bilməməsi üçün nəzarət etmiş, Xaçmaz RPŞ-nin inzibati binasına gəldikdə müstəntiq Mətləb İsmayılov tərəfindən Təqsirləndirilən şəxs2 hüquqularının müdafiəsi üçün Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim edilmiş, bundan sonra videoçəkilişlə müdafiəçinin, onun və digər polis əməkdaşının iştirakları ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılacağı barədə İlkin Ağasfyevə məlumat verilmiş, Təqsirləndirilən şəxs2 isə bununla bağlı etirazının olmadığını bildirmiş, Təqsirləndirilən şəxs2 üzərindəki əşyaları çıxarıb təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əlində olan bir ədəd sellofan torbanı könüllü olaraq masanın üzərinə qoyduqdan sonra əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd «Prima» siqaret qutusunu, gödəkçəsinin sol yan cibindən 01 ədəd siqaret dənəsini, 01 ədəd dırnaq kəsəni, şalvarının sol yan cibindən 01 ədəd alışqanı, sağ yan cibindən isə keçmiş SSRİ dövrünə aid 01 ədəd birlik, 12 ədəd beşlik, 01 ədəd onluq rublunu, köhnə azərbaycan manatı olan 01 ədəd beş və 01 ədəd on manatlıq əskinasları çıxarıb masanın üstünə qoymuş, bundan sonra Təqsirləndirilən şəxs2 üstünə şəxsi axtarış keçirilmiş, əynində olan gödəkçənin sağ yan cibində 01 ədəd tibbi maska aşkar edilmiş, Təqsirləndirilən şəxs2 əlində olan sellofan torba açıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs2 sellofan torbada olan bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olmasını, özünə məxsus olmasını, evə gedərkən yoldan tapdığını bildirmiş, Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan torbada olan bitki kütləsi özünün, vəkilin və digər iştirakçıların iştirakı ilə sellofan torbada qablaşdırılıb möhürlənərək götürülmüş, «Prima» siqareti, siqaret dənəsi, dırnaq kəsəni, SSRİ rublu, köhnə azərbaycan manatı, tibbi maska isə götürülməyərək Təqsirləndirilən şəxs2 özünə qaytarılmış, şəxsi axtarış keçiriləməsi ilə bağlı müstəntiq tərəfindən protokol tərtib edilmiş, o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X14 Mübarizə Qrupunun əməliyyat müvəkkili, Şahid8 məhkəmə istintaqında şahid qismində dindirilmiş Xaçmaz rayon X14 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid7 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 qohumu kimi tanımış, beləki Ələkbər onun qayınatasının bibisi oğlu olmuş, 2021-ci ilin may ayının sonlarında günlərin bir günü Ələkbər ona zəng edib onlunla Xaçmaz şəhərində görüşmək istədiyini demiş, o da Ələkbərlə razılaşmış, daha sonra Ələkbərlə Xaçmaz şəhərində görüşmüş, Ələkbər ona əmisinin evində bəzi ev əşyaları olduğunu, əmisinin köçüb getmək istədiyini və evin əşyalarını da satmağı Ələkbərə tapşırdığını demiş, həmin vaxt Ələkbər ondan kömək istəmiş, həmin əşyaları yaşadığı evə aparıb yığıb ordan da müştəri tapıb satmaq istədiyini demiş, o da Ələkbərlə razılaşmış, təxminən bir neçə gün sonra 2021-ci ilin may ayının sonlarında tarixi dəqiq xatırlamadığı günlərin birində Ələkbərlə telefonda danışmış və Ələkbər monu yaşadığı Xaçmaz şəhəri, 61-ci kvartal, yeni yaşayış massivində yerləşən evinə çağırmış, daha sonra o, Ələkbərin yaşadığı evə getmiş onu yaşadığı evdən bir neçə küçə aralıda olan tanımadığı bir yarımtikilinin arxa tərəfinə aparmış, Ələkbər ona həmin yarımtikilinin əmisinə məxsus olmasını bildirmiş, həmin vaxt evin hasarının kənarında dəmir qapıdın içəri girmiş, həmin vaxt axşam saatları olsa da hava hələ tam qaralmamış, dəmir qapı örtülü olsa da kilidli olmamış, ' onlar Ələkbərlə birlikdə həyətin qapısından içəri girdikdən sonra həyətdəki yarımtfkili ilə üzbə-üz olan başqa bir evin olduğunu görmüş, həmin ev qarışısında talvarı olan birmərtəbəli, kürsülü ev olmuş, onlar həmin evin qarşısına gəldikdə evin* plastik qapısı örtülü olsa da kilidli olmadığını görmüş, Ələkbər qapını açıdıqda qapı açılmış və o Ələkbərlə birlikdə içəri girmiş, daha sonra o, evdə işığı yandırmaq istəsə də işıqlar yanmamış, Ələkbər həmin vaxt borca görə əmisinin evinin elektrik enerjisini dayandırıldığını bildirmiş, Ələkbər ona evdəki əşyaları çıxarıb həyətə yığarıq ordan da hissə hissə yaşadığı evə aparmalarını bildirmiş, bundan sonra Ələkbərlə birlikdə evin qonaq otağından yerdə olan bir ədəd xalçanı, bir ədəd divar saatını, altı ədəd stulları, bir ədəd stolu, üç ədəd qabları bir-bir çıxarıb evin qapısının qarşısına yığıdıq, daha sonra mətbəxə keçib oradan soyuducunu, ərzaq məshullarım, mətbəxin yanındakı otaqdan bir ədəd DVD oxuducunu evdən çıxarıb evin qapısının qarşısına qoymuş, daha sonra yenə evə girib yataq otağına keçmiş, yataq otağından üç ədəd təzə yataq dəstini, bir ədəd təzə pəncərə pərdəsini, iki ədəd təzə adyalları, gündəlik geyimləri, bir ədəd böyük, qalın təzə adyalı, bir ədəd pərdə toqqasını beş ədəd təzə dəsmalları, təzə 20 ədəd qadın corablarını, bir ədəd güzgünü, iki ədəd ətirləri, bijuteriyaları, bir ədəd təzə uşaq yataq dəstini, bir ədəd təzə yorğanı bir ədəd təzə süfrəni, iki ədəd təzə xalçaları çıxarıb qapının qarşısında yerə qoymuş, daha sonra isə Ələkbər bayırda olgn hamam otağına keçib oradan bir ədəd samovarı və sellaofan torbada müxtəlif tikinti əşyalarını götürüb gətirmiş, daha sonra isə evdən götürdüyü əşyaları bir- bir daşıyıb, Ələkbərin yaşadığı evin həyətində gətirib yığmış, dəsmalları, adyalları, geyimləri xalçalardan birinin arasına qoyub bükməklə aparmış, həmin gün axşam saatlarına qədər həmin əşyaları daşıyıb Ələkbərin evinə yığmış, o, evin həyətindən əşyaları daşımaqda Ələkbərə kömək etmiş, həmin əşyalarla birlikdə küçədən keçən zaman onları orada olan tanımadığım şəxslər də görmüş, daha sonra Ələkbər ona “qardaşım əşyaları evin həyətində görəndə mənimlə mübahisə edir, əşyaları həyətdən aparmağı tələb edir, ona görə də bəzi əşyaları Xaçmaz şəhərində satmaq üçün aparıb sizin evə qoyaq” demiş, o da Ələkbərlə razılaşmış, onun yaşadığı ev Xaçmaz şəhərində 6 nömrəli məktəbin yaxınlığında yerləşmiş, səhəri gün Ələkbərlə birlikdə Xaçmaz şəhərindən yük avtomobili tapmış və həmin yük avtomobili ilə Ələkbərin yaşadığı evə getmiş, oradan bir ədəd soyducunu, üç ədəd xalçanı, iki ədəd qabları, altı ədəd stulları və bir ədəd stolu həmin yük avtomobilinə yükləyib gətirib onun yaşadığı evin həyətinə boşaltmış, daha sonra Ələkbər ona əgər müştəri tapsa ona xəbər edəcəyidi demiş, bir neçə gün sonra o, evdə olan zaman Ələkbər tanımadığı bir şəxslə onun yaşadığı evə gəlmiş, həmin şəxsə evin həyətində olan əşyaları göstərməyə başlamış, həmin şəxslə o da görüşmüş, həmin vaxt həmin şəxsin adının Hüseyn olduğunu bilmiş, Hüseynin Ələkbərin onun evinin həyətində gətirdiyi əşyaları almağa gəldiyini bilmiş, o, Hüseynlə görüşmüş, Hüseyn ondan əşyaların kimə məxsus olmasını soruşduqda o, əşyaların Ələkbərin əmisinə məxsus olmasını bildirmiş, Hüseyn evin həyətindəki əşyaları mobil telefonu ilə videoya çəkmiş, Ələkbər Hüseynə 900 manata həmin əşyaları ona sata biləcəyini demiş, daha sonra Hüseyn yük avtomobili gətirib əşyaları götürəcəyini bildirmiş və çıxıb getmiş, həmin vaxt Ələkbər onun yanıbda telefonla kimləsə danışıb danışdığı şəxsə “əşyaları 900 manat satmağa razısmızmı, artıq müştəri ilə də tapmışam, razısansa satım” demiş., o, həmin ərəfələrdə həyat yoldaşından boşanmış və məhkəmə azyaşlı övladı üçün aliment təyin etmiş, lakin onun maddi imkanı olmadığından həmin alimenti də ödəyə bilməmiş, Ələkbərin əşyaları 900 manat satacağım bildikdə Ələkbərdən 200 manat borc istəmək qərarına gəlmiş, həmin pulla övladının alimentini ödəmək istəmiş, təxminən bir nəçə saat sonra Hüseyn tanımadığı bir sürücünün idarə etdiyi “Vaz-2104” markalı avtomobillə onun yaşadığı evin qarışısına gəlmiş, o, Ələkbər və Hüseyn köməkləşib əşyaları avtomobilə yükləmiş, həmin vaxt Hüseyn Ələkbərə 200 manat pul vermiş və çıxıb getmiş, bundan sonra o, Ələkbərə onun 200 manat pula ehtiyacı olduğunu, aliment borcu olduğunu bildirmiş, m həmin vaxt Ələkbər də ona 200 manat pul vermiş, lakin Ələkbərlə birlikdə evin həyətinə gətirdikləri əşyalardan iki ədəd stullar və bir ədəd xalça evin həyətində qalmış, o, Ələkbərin həmin əşyaları başqa şəxslərə satacağım başa düşmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış, Şahid6 ifadəsində göstərmişdir ki, atası Yasin özünə məxsus olan “Lada Priora” markalı, **-BS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə täksi fəaliyyəti ilə məşğul olmuş, bəzən isə o, atasından həmin avtomobili götürüb o da taksi fəaliyyəti ilə məşğul olmaqla pul qazanmış, 2021-ci ilin may ayının ortalarında tarixi dəqiq xatırlamadığı günlərin birində o, atasından “Lada Priora” markalı avtomobili götürüb Xaçmaz şəhəri, 20 yanvar küçəsində idarə edən zaman, həmin küçədə yerləşən Əşrəf adlı şəxsin meyvə-tərəvəz dükanının qarşısında Xaçmaz şəhərində avtomobil ustası kimi tanıdığı İlkin adlı şəxsi görmüş, o, İlkini görən zaman avtomobilini saxlamış, İlkinə avtomobildə texniki nasazlıq olduğunu bildirmi, beləki həmin vaxt onun atasının avtomobili mühərrikin altından yağ axıtmış, o, İlkindən avtomobili təmir etməsini istədikdə İlkin ona təmir edəcəyini bildirmiş, bundan sonra İlkin ona özünə məxsus olan bir ədəd televizoru və bir ədəd su qızdırıcısım satmaq istədiyini bildirmiş, hətta həmin əşyaları özü ilə götürdüyünü bildirmiş, o, İlkin “televizoru və su qızdırıcısım sənin avtomobilinə qoyaq məni Xaçmaz şəər bazarı tərəfdə düşürdərsən orada müştəri axtaram”demiş, o da İlkinlə razılaşmış, bundan sonra İlkin yerə qoyduğu bir ədəd televizoru və su qızdırıcısım onun idarə etdiyi avtomobilin yük yerinə qoymuş, bu zaman mənim Xaçmaz şəhər sakini kimi üzdən tanıdığı Ələkbər adlı şəxs də onun yanma gəlmiş, həmin vaxt Ələkbər də bir ədəd televizor və bir ədəd su qızdırıcısının özünə məxsus olduğunu bildirmiş, Ələkbəri o, Xaçmaz şəhərinin küçələrində görüb tanımış, bundan sonra İlkin və Ələkbər onun avtomobilinə əyləşmişd və televizor təmiri dükanlarına avtomobili sürməsini bildirmiş, o da Xaçmaz şəhər mərkəzi bazarının ətrafında yerləşən bir neçə elektrik əşya dükanlarına avtomobili sürmüş, hər dəfə İlkin avtombilüən düşüb televizoru dükanda işləyən şəxsə təqdim etmiş, lakin sata bilməmiş, bundan sonra İlkin ona Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsi ilə Nərimanov küçəsinin kəsişməsində bir televizor təmiri dükanı olduğunu demiş və avtomobili ora sürməsini demiş, bu zaman atası Yasin onun telefonuna zəng edib təcili olaraq avtomobili gətirib verməsini istəmiş, o da İlkinə atasının zəng edib avtomobili istədiyini, aparıb avtomobili verməli olduğunu bildirmiş, həmin vaxt o, artıq Xaçmaz şəhərində Ü.Hacıbəyov küçəsi ilə Nərimanov küçəsinin kəsişməsində yerləşən N.Nərimanov heykəlinin yanma çatmış, o, orada Xaçmaz şəhərində taksi fəaliyyəti ilə məşğul olan üzdən tanıdığı Mirzahid adlı şəxsi görmüş, Mirzahid özünə məxsus “Lada Priora” markalı, qara rəngli avtomobili ilə həmin yerdə dayanıb müştəri gözləmiş, o, Mirzahidin avtomobilinin yanında avtomobilini saxlamış, Mirzahidə təcili gedib avtomobili atasına verməli olduğunu, avtomobildən düşürtdüyü şəxsləri də istədikləri ünvana düşürdüb, gediş haqqını da almasını bildirmiş, bundan sonra İlkin və Ələkbəri avtomobilindən düşürtmüş, İlkin və Ələkbər avtomobilin yük yerindən televizoru və su qızdırıcısını düşürtmüş, həmin Mirzahid adlı şəxsin avtomobilinə qoymuş, həmin vaxt İlkin avtomobildən düşən zaman ona gediş haqqım da verməmiş, İlkin həmin vaxt ona gələrsən avtomobili təmir edərəm demiş, bundan sonra da İlkin və Ələkbər Mirzahidin avtomobilinə minmiş, o isə oradan çıxıb öz yaşadığı evə gəlmiş, avtomobili atasına vermiş, bundan sonra o, İlkin və Ələkbəri görməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış Şahid9 qızı ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin, iqtisadi ekspertizalar şöbəsinin eksperti işləməklə İİİ dərəcəli ədliyyə qulluqçusu rütbəsində olmuş, Xaçmaz rayon X18 bölməsinin müstəntiqi, polis baş leytenantı X4 12 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən verilən məhkəmə əmtəəşünaslıq ekspertizasının 23 fevral 2022-ci il tarixli 9/9547 nömrəli rəyi onun tərəfidən verilmiş, həmin rəylə bir daha tanış olmuş və rəyin 4cü səhifəsində olan cədvəlin 29-cu sırasında 20 sm uzunluqda tutacaq yeri plastmas, Azərbaycan istehsalı, 2019-cu ilin avqust ayında alınmış, istismar edilməmiş 01 ədəd vintaçanın bir ədədinin qiymətinin 02 manat olması tərəfindən yazılsa da həmin vintaçanın ümumi dəyəri xanasına səhv edərək heç bir rəqəm yazmamış, buna görə də həmin xana boş qalmış, hazırda ifadəsində rəyin 4-cü səhifəsində olan cədvəlin 29-cu sırasında 20 sm uzunluqda tutacaq yeri plastmas, Azərbaycan istehsalı, 2019-cu ilin avqust ayında alınmış, istismar edilməmiş 01 ədəd vintaçanın bir ədədinin qiyməti 02 manat olduğunu, həmin vintaçanın ümumi dəyəri də 02 manat olduğunu bildirmiş, o, həmin vintaçanın qiymətinin 02 manat olmasını rəyin 4-cü səhifəsində olan cədvəlin 29- cu sırasında vintaçanın ümumi dəyəri xanasına yazmayaraq səhv edib həmin xananı boş saxlamış və həmin vintaçanı rəyin nəticə hissəsində qiyməti müəyyən edilən 27 adda malların siyahısına deyil qiymətləndirilmə aparılması mümkün olmayan 21 adda malların siyahısına daxil etməklə səhv etmiş və qiymətini də 27 adda malların ümumi dəyərini hesablayan zaman hesablamayıb səhv etmiş, ifadəsində rəydə qiyməti müəyyən edilən malların 28 adda mallar olduğunu, həmin 28 adda malların ümumi dəyərinin də 3103,80 manat deyil 3105,80 manat olduğunu və 20 adda malların qiymətləndirilməsinin mümkün olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan baxış keçirilməsi haqqında 17 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi bir ədəd soyuducu, iki ədəd xalçalar, dörd ədəd stullar, bir ədəd stol, iki ədəd çini qablar götürülərək müstəntiq tərəfindən qəbul edilmiş 17 sentyabr 2021-ci il tarixli qərarla maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Zərərçəkmiş şəxs əri Nümayəndə 17 sentyabr 2021-ci il tarixdə qaytarılaraq bu barədə qəbz alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 09 yanvar 2022-ci il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokolan görünür ki, əvəllər şahid qismində dindirilmiş Şahid1 təqdim etdiyi bir ədəd diskə Xaçmaz RPŞ-nin inzibati binasında baxış keçirilmiş, qeyd olunan diskdə olan video görüntü açılaraq baxış keçirilən zaman müəyyən olundu ki, əvvəlcə ağ rəngli soyuducu sonra isə ardıcıllıqla yerə qoyulmuş iki ədəd xalçalar, bir ədəd stol və dörd ədəd stullar, iki ədəd ağ rəngli çini qablar görünmüş, baxışda iştirak edən Təqsirləndirilən şəxs1 həmin əşyaları Xaçmaz şəhəri, 61ci kvartal yeni yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs məxsus evdən oğurladığını və həmin videogörüntünün Şahid1 tərəfindən mobil telefon vasitəsi ilə çəkildiyini, həmin görüntü çəkilən zaman özünün oğurladığı əşyaları Hüseynə təqdim etdiyini bildirmiş, görüntülərdə səsi eşidilən şəxsin səsinin videoçəkilişə düşməməsini xahiş etməsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 videoçəkiliş zamanı özünün danışdığını və həmin səsi eşidilən şəxsin özü olduğunu, oğurluq əməlinin ifşa edilməsindən qorxub Hüseyndən videoçəkilişə səsinin düşməməsini xahiş etdiyini bildirmişdir. Diskdə olan video görüntü 53 saniyə davam etmiş, baxışda iştirak edən Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi2 protokolun tərtib edilməsi ilə bağlı heç bir vəsatət və tələblərinin olmadığını bildirmişdirlər. Həmin vidogörüntünün köçürüldüyü bir ədəd disk 18 avqust 2021-ci il tarixli qərarla maddi sübut hesab edilmiş və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan baxış keçirilməsi haqqında 11 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şahid3 təqdim etdiyi bir ədəd televizor (monitoru yararsız vəziyyətdə) və bir ədəd su qızdırıcısı götürülərək müstəntiq tərəfindən qəbul edilmiş 17 sentyabr 2021-ci il tarixli qərarla maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Zərərçəkmiş şəxs əri Nümayəndə 17 sentyabr 2021-ci il tarixdə qaytarılaraq bu barədə qəbz alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan baxış keçirilməsi haqqında 06 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şahid4 təqdim etdiyi iki ədəd stullar və bir ədəd xalça götürülərək müstəntiq tərəfindən qəbul edilmiş 17 sentyabr 2021-ci il tarixli qərarla maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Zərərçəkmiş şəxs əri Nümayəndə 17 sentyabr 2021-ci il tarixdə qaytarılaraq bu barədə qəbz alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 11 fevral 2022-ci il tarixdə Xaçmaz RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması, haqqında protokoldan görünür ki, barəsində şəxsi axtarış aparılan şəxs- Təqsirləndirilən şəxs2 əynində qara rəngli gödəkçə, qara rəngli şalvar və qara rəngli ayaqqabı omuş, şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs2 qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması, daşıması barədə məlumat daxil olduğu bildirilərək hüqüq və vəzifələri izah olunmuş, daha sonra isə iştirakçılar və hüquqlarının müdafiəsi məqsədi ilə dəvət olunmuş Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi1 ona təqdim olunduqdan sonra üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya narkotik vasitə varsa özü könüllü olaraq təqdim etməsi təklif olunmuş, İkin Ağasıyev könüllü olaraq əlində olan sellofan torbanı masanın üzərinə qoyduqdan sonra əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd «Prima» siqaret qutusunu, gödəkçəsinin sol yan cibindən 01 ədəd siqaret dənəsini, 01 ədəd dırnaq kəsəni, şalvarının sol yan cibindən 01 ədəd alışqanı, sağ yan cibindən isə keçmiş SSRİ dövrünə aid 01 ədəd birlik, 12 ədəd beşlik, 01 ədəd onluq rublunu, köhnə azərbaycan manatı olan 01 ədəd beş və 01 ədəd on manatlıq əskinasları çıxarıb masanın üstünə qoymuş, bundan sonra Təqsirləndirilən şəxs2 üstünə şəxsi axtarış keçirilmiş və əynində olan gödəkçənin sağ yan cibində 01 ədəd tibbi maska aşkar edilmiş, Təqsirləndirilən şəxs2 əlində olan sellofan torba açıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs2 sellofan torbada olan bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olmasını, özünə məxsus olduğunu, evə gedərkən yoldan tapdığını, bildirmiş, Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan torbada olan bitki kütləsi özünün, vəkilin və digər iştirakçıların iştirakı ilə sellofan torbada qablaşdırılıb möhürlənərək götürülmüş, «Prima» siqareti, siqaret dənəsi, dırnaq kəsəni, SSRİ rublu, köhnə azərbaycan manatı, tibbi maska isə götürülməyərək Təqsirləndirilən şəxs2 özünə qaytarılmış, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Nurlan Səlimov tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmış və görüntülərin köçürüldüyü 01 ədəd disk protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmasının qeydə alındığı bir ədəd diskə baxış keçirilməsi haqqında 04 mart 2022-ci il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmasının qeyd alındığı bir ədəd diskdə olan video görüntü açılaraq baxış keçirilmiş, həmin görüntülərə baxış zamanı müəyyən olunmuşdur ki, Xaçmaz RPŞ-nin istintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X3 RPŞ- nin inzibati binasında Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid8, Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid7, Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması prosesinə başlamışdır. Müstəntiq Təqsirləndirilən şəxs2 müraciət edərək, onun qanunsuz olaraq narkotik vasitələri əldə edib, üzərində saxlaması və daşıması barədə Xaçmaz RPŞ-nə əməliyyat məlumatı daxil olduğunu və həmin məlumat əsasında Xaçmaz şəhəri, İ.Qayıbov küçəsində saxlanılaraq Xaçmaz RPŞ-nə gətirilmiş və yuxarıda adları qeyd olunun polis əməkdaşlarının və müdafiəçisinin iştirakları ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılacağını bildirmiş, müstəntiq Təqsirləndirilən şəxs2 şəxsi axtarışda müdafiəçisi kimi Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 da iştirak etdiyini bildirmiş, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmasına etirazının olmadığını bildirmiş, şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya narkotik vasitə varsa özü könüllü olaraq təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs2 könüllü olaraq əlində olan sellofan torbanı masanın üzərinə qoyduqdan sonra əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd «Prima» siqaret qutusunu, gödəkçəsinin sol yan cibindən 01 ədəd siqaret dənəsini, 01 ədəd dırnaq kəsəni, şalvarının sol yan cibindən 01 ədəd alışqanı, sağ yan cibindən isə keçmiş SSRİ dövrünə aid 01 ədəd birlik, 12 ədəd beşlik, 01 ədəd onluq rublunu, köhnə azərbaycan manatı olan 01 ədəd beş və 01 ədəd on manatlıq əskinasları çıxarıb masanın üstünə qoymuş, bundan sonra Təqsirləndirilən şəxs2 üstünə şəxsi axtarış keçirilmiş və əynində olan gödəkçənin sağ yan cibində 01 ədəd tibbi maska aşkar edilmiş, Təqsirləndirilən şəxs2 əlində olan sellofan torba açıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs2 sellofan torbada olan bitki kütləsi narkotik vasitə olan qurudulmuş marixuana olmasını, özünə məxsus olmasını, evə gedərkən yoldan tapdığını bildirmiş, Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan torbada olan bitki kütləsi özünün, vəkilin və digər iştirakçıların iştirakı ilə sellofan torbada qablaşdırılıb möhürlənərək götürülmüş, «Prima» siqareti, siqaret dənəsi, dırnaq kəsəni, SSRİ rublu, köhnə azərbaycan manatı, tibbi maska isə götürülməyərək Təqsirləndirilən şəxs2 özünə qaytarılmış, «DVD» formatlı diskdə olan video görüntü 05 dəqiqə 54 saniyə davam etmiş, video görüntüyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi1 da baxışda iştirak etmiş və Təqsirləndirilən şəxs2 video görüntüdəki şəxsin özü olduğunu bildirmiş və baxış keçirilməsi, bu barədə protokol tərtib olunması ilə bağlı heç bir vəsatətinin və etirazının olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs2 üzərində aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 364,8 qram olan qurudulmuş marixuana və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd disk sübut əhəmiyyəti kəsb etdiyindən 05 mart 2022-ci il tarixli qərarla maddi sübut hesab olunmaqla narkotik vasitə saxlanılmasından ötrü Xaçmaz RPŞ-nə təhvil verilmiş, disk isə cinayət işinin istintaq materiallarında olan Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması haqqında protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 12 fevral 2022-ci il tarixli, 7/136 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 ...” yazısı və imzaları olan 01 (bir) ədəd göy rəngli polietilen bağlamadakı təmiz çəkisi - 365qram, olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 12 aprel 2022-ci il tarixli, 1758 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsəhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş məhkəməəmətəəşünaslıq ekspertizasının 23 fevral 2022-ci il tarixli, 9/9547 nömrəli ekspert rəyindən görünür ki, ekspertizası təyini haqqında qərarın təsviri hissəsində göstərilən 27 adda malların 2021-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3103,80 manat müəyyən edilir. Digər qərarın təsviri hissəsində göstərilən 21 adda mallar haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə-əmətəəşünaslıq ekspertizasının 23 fevral 2022-ci il tarixli, 9/9547 nömrəli ekspert rəyi ilə tanış olaraq, rəylə razı olmayaraq, ona dəymiş maddi ziyanın 4446 manat 80 qəpik təşkil etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və iş materiallarına əlavə edilmiş hökmün və qərarın surətindən görünür ki, o, Quba rayon məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinib 02 il 03 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 13 dekabr 2019-cu ildə Xaçmaz rayon Məhkməsinin qərarı ilə barəsində olan hökm dəyişidirilərək təyin edilmiş cəzasının çəkilməmiş 01 il 03 ay 27 gün hissəsi 07 ay 28 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 06 iyul 2020-ci ildə Qaradağ rayon Məhkəməsinin qərarı ilə 01 ay 01 gün vaxtından əvvəl azad edilişdir. xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluğu ödənilmiş hesab olunurlar. Göründüyü kimi Təqsirləndirilən şəxs1 şərti azadlığın məhdudlaşdırılması növündə cəzası xx.xx.2022-ci il tarixdə qurtardığından məhkumluğu ödənilmiş hesab edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD-dən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur, Xaçmaz şəhəri, 28 may küçəsi ev 18 ünvanında qeydiyyatda olsa da Xaçmaz şəhəri, 61-ci kvartal, yeni yaşayış massivində yaşayır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, o, Xaçmaz rayon Məhəməsinin 21 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətində azadlıqdan məhrum etmə cazasına məhkum edilmişdir. Lakin qeyd olunan məhkumluq hazırki cinayət işi üzrə təqsirləndirildiyi cinayətləri törətdikdən sonra yaranmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz RİHB-nm Xaçmaz şəhər İƏD-dən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur, ünvan 9 ünvanında qeydiyyatdadır. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabacadan əlbir olan bir qrup şəxs halında 2021 -ci ilin may ayının ortalarında günorta saatlarında Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz şəhəri, 61 -ci kvartal, yeni yaşayış massivində yerləşən birmərtəbəli. kürsülü evin qonaq otağına açılan plastik pəncərəsini üzərində olan vintaçanla açdıqdan sonra həmin pəcərədən evə qanunsuz daxil olmaqla həmin evdə olan otaqlarda oğurlamaq üçün qiymətli əşyalar tapmaq üçün axtarış aparımış, Təqsirləndirilən şəxs2 evin bayır tərəfində gözləyib ətrafa nəzarət etmiş, o isə mətbəxin yanındakı otaqdan 01 ədəd 500 manat dəyərində, "Eurolux EU-LED32AST- DN4S" markalı, ekran ölçüsü 32 inç (81 sm) Full 11D 1920x1080 olan televizoru, qonaq otağının yanındakı otaqdan 01 bdəd 120 manat dəyərində, "Topkapı" markalı, 24 litr su tutumlu su qızdırıcısını oğurlayıb zərər çəkmiş şəxsə ümumilikdə 620 manat məbləğində maddi ziyan vuraraq, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2021 -ci ilin may ayının sonlarında axşam saatlarında Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz şəhəri. 61 -ci kvartal, yeni yaşayış massivində yerləşən birmərtəbəli, kürsülü evin mətbəxindən 01 ədəd 850 manat dəyərində "Silverline ” markalı soyuducunu, hər kiloqramı 01 manat 90 qəpik olmaqla. 02 kiloqram çəkidə, ümumilikdə 03 manat 80 qəpik dəyərində yumru düyünü, hər kiloqramı 04 manat olmaqla, 02 kiloqram çəkidə, 08 manat dəyərində uzun düyünü, hər kiloqramı 01 manat 40 qəpik omaqla, 03 kiloqram çəkidə ümumilikdə 04 manat 20 qəpik dəyərində şəkər tozunu, bir kiloqramı 01 manat 90 qəpik olmaqla, 02 kiloqram çəkidə, 03 manat 80 qəpik dəyərində qəndi, mətbəxin yanındakı otaqdan 01 ədəd 30 manat dəyərində, "Samsung" markalı, bir disk yuvalı. DVD oxuducusunu, evin qonaq otağından 01 ədəd 200 manat dəyərində, 2mX3m ölçüdə, “Tabriz’' markalı xalçanı, 01 ədəd,400 manat dəyərində, 2mX3m ölçüdə, “Arab” markalı xalçanı, hər biri 50 manat olmaqla, oturacaq hissəsi yerdən 50 sm hündürlükdə, söykənəcək hissəsi yerdən 120 sm hündürlükdə olan, oturacaq və söykənəcək hissələri adi vilur parçadan tikilmiş, ayaq hissələri isə qoz ağacından 06 ədəd 300 manat dəyərində stulları, 01 ədəd 300 manat dəyərində, 1.5 metr enində, 2.5 metr uzunluğunda, yerdən 01 metr 10 sm hüdürlükdə DSP taxta materialdan düzəldilmiş stolu, 01 ədəd 80 manat dəyərində, 60 sm diametrli divar saatını, 01 ədəd 35 manat dəyərində, 02 ədəd hər biri 30 manat dəyərində ümumilikdə 95 manat dəyərində 03 ədəd "Yağmur porselen” markalı çini qabları, evin yataq otağından 01 ədəd 200 manat dəyərində, 2mX3m ölçüdə, “Slow” markalı xalçanı, 01 dəst 30 manat dəyərində kətan-pambıq parçadan tikilmiş, iki nəfərlik çarpayı üçün yataq dəstini, hər biri 25 manat olmaqla, 02 dəst ümumilikdə 50 manat dəyərində, kətan parçadan tikilmiş, tək nəfərlik çarpayı üçün yataq dəstlərini, 01 ədəd 50 manat dəyərində, yun-pambıq materialdan tikilmiş, tək nəfərlik çarpayı üçün adyalı, 01 ədəd 25 manat dəyərində, yun-pambıq materialdan tikilmiş, tək nəfərlik çarpayı üçün adyalı, hər biri 10 manat olmaqla, 05 dəst 50 manat dəyərində, pambıq materialdan kişi alt paltarlarım(tuman və maykaları), hər 5ıri 10 manat olmaqla, 02 ədəd ümumilikdə 20 manat dəyərində pambıq-kətan materialdan olan poliverləri, 01 ədəd 05 manat dəyərində pambıq köynəyi, 01 ədəd 280'manat dəyərində 2 metrX2,5 metr ölçüdə, villur-pambıq materialdan, iki nəfərlik çarpayı üçün olan toxunma adyalı. 01 ədəd 18 manat dəyərində pərdə toqqasını, hər biri 15 manat olmaqla. 03 ədəd ümumilikdə 45 manat dəyərində pambıq iplikdən tikilmiş İm X l,5m ölçüdə, hamam dəsmallarını, yataq otağından hər biri 03 manat 50 qəpik olmaqla, 10 cüt, ümumilikdə 35 manat dəyərində, yun-pambıq materialdan olan qadın corablarını, hər biri 02 manat 50 qəpik olmaqla 10 cüt ümumilikdə 25 manat dəyərində pambıq materialdan, qadın corablarını, 01 ədəd 20 manat dəyərində, 40 sm diametrli, masa üstü güzgünü, 01 ədəd 25 manat dəyərində, “212 men” markalı, 100 ml həcmində kişi ətirini, 01 ədəd 100 manat dəyərində, "X25” marklı, 100 ml həcmində, kişi ətirini, hər biri 03 manat olmaqla, 05 ədəd ümumilikdə 15 manat dəyərində sadə metaldan olan qadın üzüklərini, hər biri 03 manat olmaqla, 05 ədəd ümumilikdə 15 manat dəyərində sadə metaldan olan qadın qolbaqlarını, hər biri 03 manat olmaqla, 05 ədəd ümumilikdə 15 manat dəyərində sadə metaldan olan qadın boyunbağılarını, hər biri 01 manat olmaqla, 05 cüt ümumilikdə 05 manat dəyərində sadə metaldan olan qadın sırğalarını, 01 dəst 20 manat dəyərində, kətan materialdan uşaq yataq dəstini,. 01 ədəd 60 manat dəyərində, 2metr X 2metr ölçüdə, yun yorğanı, 01 metri 20 manat olmaqla, 05 metr, ümumilikdə 100 manat dəyərində, tül parçadan tikilmiş pərdəni, 01 metri 06 manat olmaqla, 05 metr, ümumilikdə 30 manat dəyərində, şəffəv qalın sellofan materialdan olan stol üstü süfrəni, 10 AZN nağd pulu, evin həyətində olan saxlanc yeri kimi istifadə edilən otaqdan 01 ədəd 180 manat dəyərində. 05 litr tutumlu, latun metalından olan od samovarını, hər biri 01 manat olmaqla, 10 ədəd ümumilikdə 10 manat dəyərində 03 sm uzunluqda polad materialdan olan vintləri, 01 ədəd 17 manat dəyərində, 20 sm uzunluqda, tutacaq yeri plastmas olan vintaçanı, 01 ədəd 11 manat dəyərində, 20 sm uzunluqda, tutacaq yeri rezindən olan kəlbətini, 01 ədəd 10 manat dəyərində, 20 sm uzunluqda tutacaq yeri taxtadan, suvaq malasını, hər biri 02 manat olmaqla, 06 ədəd ümumilikdə 12 manat'dəyərində, taxta qapı üçün, çuqun materialdan, rəzələrin(petlələrin), hər biri 04 manat olmaqla, 06 ədəd ümumilikdə 24 manat dəyərində plastik qapı üçün, plastmas materialdan, rəzələrin(petlələrin), 01 kiloqram çəkidə, 10 sm uzunluqda, 20 manat dəyərində, polad materialdan olan mismarları, 01 kiloqram çəkidə, 07 sm uzunluqda, 20 manat dəyərində, polad materialdan olan mismarları, oğurlayıb zərər çəkmiş şəxsə ümumilikdə 3 826 manat 80 qəpik məbləğində maddi ziyan vuraraq yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq, talayaraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabacadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin may ayının ortalarında günorta saatlarında Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz şəhəri, 61-ci kvartal, yeni yaşayış massivində yerləşən birmərtəbəli, kürsülü evin qonaq otağına açılan plastik pəncərəsini üzərində olan vi'ntaçanla açdıqdan sonra həmin pəcərədən evə qanunsuz daxil olmaqla həmin evdə olan otaqlarda oğurlamaq üçün qiymətli əşyalar tapmaq üçün axtarış aparmış, o, evin bayır tərəfində gözləyib ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs1 isə mətbəxin yanındakı otaqdan 01 ədəd 500 manat dəyərində. “Eurolux EU-LED32AST-DN4S” markalı, ekran ölçüsü 32 inç (81 sm) Full HD 1920x1080 olan televizoru, qonaq otağının yanındakı otaqdan isə 01 ədəd 120 manat dəyərində. "Topkapı" markalı, 24 litr su tutumlu su qızdırıcısını oğurlayıb zərər çəkmiş şəxsə ümumilikdə 620 manat məbləğində maddi ziyan vurmaqla, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq 365 qram narkotik vasitə qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımış, 11 fevral 2022-ci il tarixdə Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri, İ.Qayıbov küçəsində saxlanılıb Xaçmaz rayon Polis Şöbəsinə gətirilərək, həmin gün Xaçmaz rayonu, Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz rayon Polis Şöbəsinin inzibati binasında həmin gün saat 19:00-dan 19:20-dək olan müddət ərzində üzərinə keçirilən şəxsi axtarış zamanı əlində saxladığı sellofan torbanın içərisindən təmiz çəkisi 365 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü, maddələri ilə düzgün tövsif olunmuşdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən işdə olan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cəzanı ağırlaşdıran halları müəyyən etməmiş, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini səmimi etiraf etməklə peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməlləri nəticəsində vurulmuş ziyanın ödənilməməsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 18 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 dekabr 2021-ci il tarixdə ona ittham edlan edilmiş və həmin tarixdə Xaçmaz rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Xaçmaz rayon məhkəməsinin qərarına əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 12 may 2022-ci il tarixədək uzadılmışdır. 12 may 2022-ci l tarixdə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(067)- 108/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinin şərtlərini pozduğuna görə həmin qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 01 dekabr 2022-ci il tarixdə tutulmuşdur. Beləliklə də, tədqiq olunan sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 18 dekabr 2021-ci il tarixdən 12 may 2022-ci il tarixədək, yəni 04 ay 24 gün həbsdə saxlanılmış və 01 dekabr 2022-ci il tarixdən bugünədək həbsdə saxlanılır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlandığı 04 ay 24 gün müddət ona təyn ediləcək cəzadan çıxılmalı, cəzaçəkmə müddəti isə 01 dekabr 2022-ci il tarixədən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X11 istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, təqsirləndirilən şəxs X8 əməlləri isə 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs X15 cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxs X11 cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatdan görünür ki, X12 himayəsində xx.xx.2017 təvəllüdlü X16 vardır. Məhkəmə təqsirləndirilən şəxs X11 cəza təyin edərkən işdə olan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cəzanı ağırlaşdıran halları müəyyən etməmiş, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağın olması, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməlləri nəticəsində vurulmuş ziyanın ödənilməməsini, hazırda digər məhkəmənin hökmünə əsasən oğurluq cinayətini törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxs X8 əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 1(067)-25/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən müəyyən olunur ki, Ağasiyev İlkin Mehti oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Beləliklə də, məhkəmə hesab edir ki, X11 Xaçmaz rayon məhkəməsinin 1(067)- 25/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəza Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında hazırki hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə tam toplamaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq təqsirləndirilən X15 ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, X15 11 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 fevral 2022-ci il tarixdə ona ittiham elan edilməklə Xaçmaz rayon məhkəməsinin qərarı barəsində 03 ay müddətinə, yəni 11 may 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Təqsləndirilən şəxs X15 barəsində Xaçmaz rayon məhkəməsinin 21 aprel 2022-ci il tarixli hökmü ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəzərə alınmış və 11 may 2022-ci il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin uzadılması zərurəti aradan qalxdığından, həbs qətimkan tədbirinin müddəti uzadılmamışdır. Beləliklə də, X15 faktiki olaraq 11 fevral 2022-ci il tarixdən həbsdə saxlanıldığından, cəzaçəkmə müddəti də həmin tarixdən hesablanmalıdır. X8 barəsində digər məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və bu səbəbdən barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X11 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə-bioloji ekspertizasının xərci olan 78 (yetmiş səkkiz) manat 82 (səksən iki) qəpik pul təqsirləndirilən şəxs X7 tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 50 (əlli) manat pul təqsirləndirilən şəxslər X7 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs1 və X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut olan, Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 364,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir İş üzrə maddi sübut olan “Eurolux EU-LED32AST-DN4S” markalı televizor, bir ədəd soyuducu, bir ədəd “Topkapı” markalı su qızdırıcısı, bir ədəd “Tabriz” markalı xalça, bir ədəd “Arab” markalı xalça, bir ədəd “Slow” markalı xalça, 01 ədəd DSP materialdan olan stol, 06 ədəd stullar, 02 ədəd “Yağmur porcelen” markalı çini qablar Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd disk və Təqsirləndirilən şəxs1 oğurladığı əşyaları satan zaman qeyd alınmış video görüntülərin köçürüldüyü bir ədəd disk isə cinayət işi materiallarında saxlanılmalıdır. Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə mülki iddia ərizəsi ilə müraciət edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X7 maddi zərərin əvəzi olaraq 3418 (üç min dörd yüz on səkkiz) manat pulun, mənəvi zərər olaraq 1000 (bir min) manat pulun və ödənilmiş 64 (altmış dörd) manat 18 (on səkkiz) qəpik məbləğində pulu təqsirləndirilən şəxslərdən tutularaq alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə verilmiş mülki iddiaya hüquqi qiymət verərək və məhkəmə istintaqında iddianın dəlillərini araşdıraraq hesab edir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə məsuliyyət qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, zərərçəkmiş şəxsin evindən iki dəfə oğurluq edilsə də, birinci epizodda hər iki təqsirləndirilən şəxs, ikinci epizodda isə yalnız Təqsirləndirilən şəxs1 iştirak etmişdir. Məhkəmə hesab edir ki, mülki iddiaya hər epizod üzrə oğurlanmış və qaytarılmış malları və onların qiymətləri təhlil etməklə hüquqi qiymət verməlidir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslərin birlikdə oğurluq etdikləri epizodda bir ədəd dəyəri 500 manat olan “Eurolux EU- LED32AST-DN4S” markalı televizor və bir ədəd dəyəri 120 manat olan “Topkapı” markalı su qızdırıcısı oğurlanmış və həmin mallar ibtidai istintaq zamanı tapılaraq, zərərçəkmiş şəxsə qaytarılmışdır. Buna baxmayaraq, iş materiallarında olan 11 sentyabr 2021-ci il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan müəyyən olunur ki, “Topkapı” markalı su qızdırıcısı zərərçəkmiş şəxsə yararlı vəziyyətdə qaytarılsa da, “Eurolux EU-LED32AST-DN4S” markalı televizor işə salındıqda televizorun monitorunun yararsız vəziyyətdə olması müəyyən edilmişdir. Belə olan halda, bir ədəd dəyəri 500 manat olan “Eurolux EU-LED32AST-DN4S” markalı televizorun dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X7 müştərək qaydada tutularaq, zərərçəkmiş şəxsə ödənilməlidir. Beləliklə də, bu epizod üzrə zərərçəkmiş şəxsdən oğurlanmış bir ədəd dəyəri 120 manat olan “Topkapı” markalı su qızdırıcısı zərərçəkmiş şəxsə yararlı vəziyyətdə qaytarılması nəzərə alınmalı, bir ədəd dəyəri 500 manat olan “Eurolux EU-LED32AST- DN4S” markalı televizorun dəyəri isə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X7 müştərək qaydada tutularaq, zərərçəkmiş şəxsə ödənilməlidir. Təqsriləndirilən şəxs X15 ikinci epizod üzrə oğurluq cinayətində iştirak etmədiyindən, ona qarşı verilmiş mülki iddia yalnız 250 manat məbləğində təmin edilməlidir. Məhkəmə zərərçəkmiş şəxsin evindən ikinci epizod üzrə baş vermiş oğurluq cinayəti zamanı oğurlanmış və tapılaraq zərərçəkmiş şəxsə qaytarılmış malları və onların qiymətlərini təhlil edərək qeyd edir ki, iş materiallarında olan əşyaya baxış protokollarına və zərərçəkmiş şəxsin ifadəsinə istinadən zərərçəkmiş şəxsə bir ədəd dəyəri 850 manat olan soyuducu, 6 ədəd ümumi dəyəri 300 manat olan stul, bir ədəd dəyəri 80 manat olan stol, bir ədəd dəyəri 200 manat olan “Tabriz” markalı xalça, bir ədəd dəyəri 400 manat olan “Arab” markalı xalça, bir ədəd dəyəri 200 manat olan “Slow” markalı xalça, iki ədəd dəyəri 60 manat olan “Yagmur porselen” markalı çini qablar ümumi dəyəri 2090 manat məbləğində adları qeyd olunan mallar zərərçəkmişə qaytarılmışdır. Əşyaya baxış keçirilməsi haqqında protokollardan və malların təhvil alınması haqqında qəbzdən müəyyən olunur ki, adı çəkilən mallar zərərçəkmiş şəxsə yararlı vəziyyətdə qaytarılıb. Belə olan halda, Təqsirləndirilən şəxs1 ikinci epizod üzrə elan olunmuş ittihamdan görünür ki, o, zərərçəkmiş şəxsə 3826 manat 80 qəpik məbləğində maddi ziyan vurmuş, ibtidai istintaq nəticəsində 2090 manat dəyərində mallar tapılaraq, zərərçəkmişə qaytarıldığından, mülki iddia birinci epizod üzrə Təqsirləndirilən şəxs1 münasibətdə 250 manat, ikinci epizod üzrə Təqsirləndirilən şəxs1 münasibətdə 1736 manat 80 qəpik, hər iki epizod üzrə cəmi 1986 manat 80 qəpik məbləğində təmin edilməlidir. Mülki iddianın mənəvi zərərlə bağlı hissəsi kifayət qədər əsaslı olmadığından mülki iddia bu hissədə təmin edilməməlidir. Beləlikdə də, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X15 münasibətdə mülki iddia qismən təmin edilməli, X7 250 manat pul tutularaq, mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Təqsirləndirilən şəxs1 münasibətdə mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs1 1986 manat 80 qəpik pul tutularaq, mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Mülki iddia qalan hissədə rədd edilməlidir. Mülki iddia üzrə ödənilmiş dövlət rüsumu haqqında qəbz görünür ki, mülki iddiaçı 64,18 manat dövlət rüsumu ödəmişdir. Mülki iddianın təmin edilmiş hissəsi 2236 manat 80 qəpik təşkil etdiyindən bu iddia üzrə dövlət rüsumu 42,36 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki iddianın ümumilikdə təmin edilmiş hissəsi 2236 manat 80 qəpik təşkil edir, o cümlədən 1986 manat 80 qəpik və ya 89%-i Təqsirləndirilən şəxs1, 250 manat və ya 11%i isə X11 aid edilməlidir. Belə olan halda, ödənilmiş 42,36 manat dövlət rüsumunun 89% hissəsi yəni 37,7 manat Təqsirləndirilən şəxs1, 11% hissəsi isə, yəni 4,66 manat X7 tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməli, dövlət rüsumunun qalan hissəsi mülki iddiaçı Zərərçəkmiş şəxs aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 18 dekabr 2021-ci ildən 12 may 2022-ci il tarixədək olan müddət, yəni 04 ay 24 gün həbsdə saxlandığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 04 ay 24 gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 03 (üç) il 1 (bir) ay 06 (altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 dekabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. X15 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə 2 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X11 qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Xaçmaz rayon məhkəməsinin 1(067)-25/2022 saylı 21 aprel 2022-ci il tarixli hökmü ilə X11 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib təyin olunmuş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında hazırki hökmlə təyin olunmuş 03 (üç) il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X15 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 11 fevral 2022-ci il tarixdən hesablansın. X8 Xaçmaz rayon məhkəməsinin 1(067)-25/2022 saylı 21 aprel 2022-ci il tarixli hökmü barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və cəzasının çəkilməsi həmin tarixdən hesablanamsı ilə əlaqədar, hazırki cinayət işi üzrə barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 364,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan “Eurolux EU-LED32AST-DN4S” markalı televizor, bir ədəd soyuducu, bir ədəd “Topkapı” markalı su qızdırıcısı, bir ədəd “Tabriz” markalı xalça, bir ədəd “Arab” markalı xalça, bir ədəd “Slow” markalı xalça, 01 ədəd DSP materialdan olan stol, 06 ədəd stullar, 02 ədəd “Yağmur porcelen” markalı çini qablar Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd disk və Təqsirləndirilən şəxs1 oğurladığı əşyaları satan zaman qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə xüsusi müsadirənin olmaması nəzərə alınsın. İş üzrə olan mülki iddia qismən təmin edilsin. X7 250 manat pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Təqsirləndirilən şəxs1 1986 manat 80 qəpik məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia qalan hissədə rədd edilsin. Mülki iddia üzrə ödənilmiş 42,36 manat dövlət rüsumunun 37,7 manat Təqsirləndirilən şəxs1, 4,66 manat X7 tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Dövlət rüsumunun qalan hissəsi mülki iddiaçı Zərərçəkmiş şəxs aid edilsin. İş üzrə məhkəmə-bioloji ekspertizasının xərci olan 78 (yetmiş səkkiz) manat 82 (səksən iki) qəpik pul təqsirləndirilən şəxs X7 tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 50 (əlli) manat pul təqsirləndirilən şəxslər X7 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-16/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-16/2023
08.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver