Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-16/2024 09.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qıznın katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərərçəkmiş şəxsin hüquqi varisi X1, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1954-cü ildə Xaçmaz rayonunun Sibiroba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Xudat şəhəri, S.Stalski küçəsi, ev 10-da qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 08 avqust 2020-ci ildə, saat 00:15 radələrində özünə məxsus, etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz-200” minik markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobili Gəndov-Yalama yolu ilə Yalama istiqamətində 70-80 km/saat sürətlə hərəkət etdirərkən həmin yolun Xaçmaz rayonu, Qusarçay kəndi ərazisindən keçən 42-ci kilometrliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni sürücü yol hərəkət üçün təhlükəsiz şərait yaratmalı, öz hərəktləri və hərəkətsizliyi ilə digər hərəkət iştrakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməmiş və ehtiyatsızlıqdan onun hərəkət zolağı ilə hərəkətin əksinə düzünə ona doğru hərəkətdə olan velosipedçi X7 avtomobilin qabaq sol hissəsi ilə vurmuş və sonuncu hər iki gözün ağlı qişasında çoxlu nöqtəvari qansızmalar, başın sağ alın-təpə nahiyəsində geniş əzilmişcırılmış yara, başın ənsə nahiyəsinin əzilmiş-cırılmış yaraları, kəllə qapağı və əsası sümüklərinin çoxqəlpəli açıq sınığı, baş beyin toxumasının əzilib dağılaraq kəllə boşluğundan tam xaric olunması, alnında və sifət nahiyəsində, bədənin arxa hissəsində, hər iki yuxarı və aşağı ətrafda çoxlu sıyrıq, sol baldırın orta 1/3-nin ön səthində əzilmişcırılmış yara, başın yumşaq toxumalarının alt səthində geniş qansızma, kəllə qapağı və əsasının çoxqəlpəli sınığı, boyun, döş və alın hissədə yumşaq toxumalar altında qansızma, sağ tərəfdən 3-4-5 qabırğaların sınığı, ağ ciyər toxumasına qansızma, sağ baldır sümüklərinin orta 1/3-dən qapalı, sol baldır sümüklərinin 1/3-dən açıq qəlpəli sınıqlar ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər dəyməklə hadisə yerində ölmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, gecə saat 00:30 radələrində avtomobili ilə işdən evinə gedirmiş, həmin vaxt avtomobildə oğlu və bir nəfər işçisi də olmuşdur. Zərərçəkmiş şəxs yolun içərisində ona qədər artıq uzanmış vəziyyətdə olmuş, qarşıdan gələn digər avtomobil işıqları düşdüyündən o, uzanmış vəziyyətdə olan zərərçəkmişin üzərindən avtomobilinin iki yan təkəri olmaqla keçərək dayanmışdır. O, hadisə yerinə polisi də, həkimi də zəng edərək çağırmış, yolu bağlamış, başqa avtomobillərin zərərçəkmişin üzərindən keçməsinin qarşısını almışdır. Zərərçəkmiş şəxsi o vurmamış, o, öldürməmişdir. Ona qədər zərərçəkmiş şəxs artıq vurularaq yolun içərisində uzanmış vəziyyətdə olmuşdur. Həmçinin bildirdi ki, o, zərərçəkmişin üzərindən idarə etdiyi “Mercedes” markalı avtomobili ilə keçmiş, həmin vaxt gecə saat birin yarısı olmuş, həmin ərazi, yəni zərərçəkmiş şəxsin öldüyü yer Xaçmaz-Xudat yolunda, “Çoban bulaq” restoranından təxminən 150-200 metr keçdikdən sonra olan yer olmuş, zərərçəkmiş asfalt yolun orta xəttində olmaqla bədəni yola perpendikulyar vəziyyətdə olmuşdur. O, yeşik sexi işlədir, həmin gecə saatında da işə görə sexdə olmuş, sexə mal gəlmiş, onlar malı sexə boşaldıb qayıdırmışlar. Həmin vaxt oğlu və bir nəfər işçisi də avtomobilində olmuş, sonuncular da hadisənin şahidi olmuşlar. O, avtomobili idarə edərkən qarşısına nəyinsə çıxdığını görməmişdir. O, avtomobili ilə hərəkətdə olarkən avtomobilinin uzaqvuran işıqlarını yandırmış, daha sonra qarşıdan, onunla əks istiqamətdə avtomobil gələrkən uzaqvuran işıqları yaxınvuranla əvəz etmiş və bu vaxt hiss etmişdir ki, avtomobilinin iki təkəri nəyinsə üzərinə çıxaraq qalxıb düşmüşdür. Lakin onun avtomobili zərərçəkmişi sürüməyib. O, təcili-tibbi yardıma zəng etmiş, hətta həkim Ağalarov hadisə yerində meyitə baxaraq zərərçəkmişin təxminən 1 saat-1 saat yarım əvvəl öldüyünü demişdir. O, hərəkətdə olarkən onunla eyni istiqamətdə, onun qarşısında avtomobil getməmişdir. Onun avtomobilinin qabaq yan təkəri zərərçəkmişin üzərinə çıxıb düşəndə avtomobilinin həmin təkərinin “çaşkası” qırılmış, o, nəyin üzərinə çıxdığını bilməmiş, o, avtomobili kənara çəkib saxlayıb düşərək gəlib görmüşdür ki, üzərindən keçdiyi, insandır. Həmin insan o vəziyyətdə olmuşdur ki, avtomobilinin iki təkərinin zərərçəkmişin üzərindən keçməsilə insan həmin vəziyyətə düşə bilməzdi. O, hadisə yerindən bir detal da tapmış, həmin detalı polisə də təqdim etmiş, lakin nəzərə alınmamışdır. O, zərərçəkmişin üzərindən keçəndən sonra avtomobilində sol təkərin “çaşkası” qırılaraq əyildiyindən həmin təkər avtomobilin sol qanadını sıxaraq aralamışdır. Avtomobilində həmin vaxt bu zədədən başqa digər zədə olmamış, əmələ gəlməmişdir, avtomobilində nə qan, nə də digər zədə olmamışdır. O, avtomobili saxlayandan sonra düşüb zərərçəkmişə baxanda sonuncu sağ deyil, ölmüş vəziyyətdə olmuşdur, zərərçəkmişin ayaqları, qolları, başı, demək olar, hər yeri qırıq-qırıq olmuşdur, avtomobilimin iki təkərinin zərərçəkmişin üzərindən keçməsilə zərərçəkmiş həmin vəziyyətə düşə bilməzdi. Hadisə vaxtı avtomobili ilə hərəkətdə olduğu zaman əgər zərərçəkmiş ayaqüstdə olsaydı, yaxud velosipedin üzərində olmuş olsaydı, onu görmək imkanı olardı, görərdi. Zərərçəkmiş şəxs yolun orta xəttinin yanında olmuş, velosipedi iki hissəyə ayrılmış və hissələr bir-birindən kənarda düşüb qalmışdır. Hadisə zamanı onun avtomobilinin “kopotunda”, ön şüşəsində, damında heç bir zədə olmamış, əmələ gəlməmişdir, hadisə vaxtı da avtomobilə baxış keçirilmiş, avtomobilinin nə üzərində, nə də altında qan ləkəsi olmamışdır. Əgər o, zərərçəkmişi avtomobilimlə vursaydı, zərərçəkmiş havaya qalxıb “kopotun” üzərinə, yaxud ön şüşəyə dəymiş olardı, lakin avtomobili heç nəyə dəyməmiş və heç bir zədə almamışdır, yalnız zərərçəkmişin üzərinə çıxaraq qalxıb düşərkən “çaşka” qırılmış və avtomobilin qanadı aralanmışdır. Velosipedin qabaq təkəri zərərçəkmişin meyitindən bir qədər irəlidə, qalan hissəsi isə arxa tərəfdə düşərək qalmışdır, velosipedin həmin hissələri asfalt yoldan kənara çıxmamış, asfaltın üzərində olmaqla kənarda olmuşdur. Onun avtomobili, səhv etmirsə, zərərçəkmişin ayaqlarının üzərindən keçmişdir. Hadisənin baş verdiyi yolda icazə verilən sürət 90 km/saatdır, o, ümumiyyətlə, avtomobili 80-90 km/saat sürətlə idarə edir, ondan artıq sürətlə idarə etməmişdir, gecə saatlarında isə avtomobili həmişə 70-80 km/saat sürətlə idarə edir. Zərərçəkmişi qətiyyən o vurmamışdır, o vurmuş olsaydı, bu vaxta kimi o da yaşaya bilməzdi. Əlavə olaraq bildirdi ki, o, avtomobili idarə edərkən zərərçəkmişi görməmiş, oğlu görüb saxla dediyi an o, görmədiyindən zərərçəkmişin üzərindən keçmişdir. Onun ifadəsi alınarkən oğlu Vüsal onunla birlikdə olmamış, müstəntiq yalnız ondan ifadə almış, Vüsalı müstəntiq bir neçə aydan sonra çağırmışdır. Təcili-tibbi yardım hadisə yerinə 10-15 dəqiqə sonra gəlmişdir. Həkim Şahid4 hadisə yerində zərərçəkmişi yoxlayaraq öldüyünü bildirmişdir. O, nisbətən aralıda olmuş, lakin eşitmişdir ki, həkim Şahid4 hadisə yerində zərərçəkmişin təxminən bir saat əvvəl öldüyünü demişdir. Zərərçəkmiş şəxsi o öldürməmişdir, qarşıdan gələn avtomobilin işığı üzünə düşmüş, o görməmişdir. Müstəntiq onun ifadələrinin heç birini onun yanında yazmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, “B” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla özünə məxsus olan “Mercedes Benz-200” markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobil idərə edir. xx.xx.2020-ci ildə, saat təxminən 23:00 radələrində şəxsi işi ilə bağlı idarə etdiyi “Mercedes Benz-200” markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobillə oğlu Şahid1la birlikdə Xaçmaz rayonu, Nərəcan kəndi ərazisində yerləşən yeşik düzəldən sexə getmişdir. Həmin gün saat təxminən 23:55 radələrində oğlu Vüsalla birlikdə idarə etdiyi “Mercedes Benz-200” markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobillə yeşik sexindən çıxıb Xudat şəhərinə yola düşmüşlər. İdarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş və özü hər hansı bir spirtli içki və güclü təsiredici vasitə qəbul etməmişdir. İdarə etdiyi avtomobillə Gəndov-Yalama yolunun Xaçmaz rayonu, Qusarçay kəndi ərazisindən keçən hissədə Xudat şəhəri istiqamətində təxminən 70-80 km/saat sürətlə hərəkətdə olarkən hava qaranlıq olmuş və yol işiqlandırılmamışdır. İdarə etdiyi avtomobilin uzaqvuran işığını yandırıb təxminən saat 00:15 radələrində hərəkətdə olarkən qarşıda eyni istiqamətdə hər hansı bir nəqliyyat vasitəsi hərəkət etməsə də, qarşıda əks istiqamətdə minik avtomobilinin gəldiyini görüb uzaqvuran işiğı yaxınvuran işıqla əvəz etmişdir. İdarə etdiyi avtomobil nəyəsə dəyib üzərindən keçmiş, bu zaman avtomobilin altına nəsə ilişib sürünmüş, avtomobili həmin yerdən təxminən 100 metr məsafədə yolun sağ kənarında dayandırdıqdan sonra düşüb geri qayıdaraq velosipedçinin üzərindən keçdiyini görmüşdür. Vurulan velosipedçinin başı dağılmış vəziyyətdə olmuşdur. Dərhal polisə və TTYS zəng etmiş və özü də yolu bağlamışdır. Daha sonra hadisə yerinə polis əməkdşalrı və TTY avtomobili gələrək TTY avtomobili meyiti meyitxanaya aparmışdır. Polis əməkdaşları onun iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X5 hüquqi varisi X4 ifadəsində göstərdi ki, o, hadisənin necə baş verdiyini görməmişdir. Hadisənin səhəri gün onlara bu barədə məlumat verilmiş, əri X5 velosipedlə gedərkən yol-nəqliyyat qəzasında öldüyü bildirilmişdir. Bir də hadisədən üç il sonra onu polis şöbəsinə çağırıb demişlər ki, cinayət işi yenidən davam edir. Həmçinin bildirdi ki, əri Rafiq hadisə günü yaşadıqları evdən günorta saat 2-yə işləmiş, velosipedi idarə edərək çıxıb getmiş, evdən çıxanda onlara Xudat şəhərinə mağazaya getdiyini, həm də haradansa fleşka götürəcəyini və axşam saatlarında qayıdacağını demişdir. Hadisə günü onun övladı atası Rafiqə təxminən axşamüstü saat 6ya işləmiş zəng etmiş, Rafiq telefona cavab verərək axşama gələcəyini demiş, bundan sonra gec olduğunu görüb gecə saat 1-ə işləmiş bir daha zəng etmişlər, lakin həmin saatda və ondan sonra Rafiqin telefonuna zəng çatmamışdır. Yəni hadisə günü Rafiq evdən çıxandan sonra sonuncuya iki dəfə - 6-ya işləmiş və gecə 1-ə işləmiş zəng etmişlər. Əri Rafiq həmişə evə gec gəlmiş, adətən, gecə saat 11-12-də evə gəlmiş, hərdən gecə qalıb səhər saat 10-11-də gələn vaxtları da olmuş, dost-tanışının yanında olurmuş. O, ibtidai istintaqda ifadə verərəkən Rafiqin evdən axşamüstü saatlarında çıxdığını deməmişdir, həmin ifadədə düzgün yazılmamışdır, Rafiq evdən gündüz saat ikiyə işləmiş çıxıb getmişdir. Hadisə günün səhəri oğluna şəxsiyyətini təsdiq edən sənədini götürüb gəlməsini demişlər, oğlu sənədini götürüb getmiş, lakin meyitə baxmağa içəri buraxmamışlar, meyitə kənd camaatı baxaraq görmüş və demişlər ki, ölən şəxs Rafiqdir. O bilmir, bu cinayəti kim törədib. Hadisə günü oğlu əri Rafiqlə saat 6-ya işləmiş telefonla danışanda Rafiq telefonun enerjisinin az olduğu, qurtaracağı, zəng çatmasa, evə gec gələcəyi təqdirdə narahat olmamaları barədə onlara heç nə deməmişdir. Rafiqin telefonunun enerjisinin qurtarması səbəbindən onun telefonuna hərdən zəng çatmaması halları olmuşdur. Təqsirləndirilən şəxs ərinin yas mərasiminə gələrək iştirak etmiş, ondan hadisə ilə bağlı üzr istəməmiş, ərinin digər qohumlarından üzrxahlıq etməsi barədə isə onun məlumatı yoxdur. Təqsirləndirilən şəxs onun yanına barışıq üçün gəlməmişdir. O, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X1 ibtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, X8 onun əri olmuşdur. Rafiq 07 avqust 2020-ci ildə axşam tərfəfi velosipedlə Xaçmaz rayonunun Xudat şəhərinə getmişdir. 08 avqust 2020-ci ildə, saat 00:15 radələrində Rafiq kəndə qayıdarkən Gəndov-Yalama yolunlun Xaçmaz rayonunun Qusarçay kəndi ərazisindən keçən hissəsində avtomobillə vurularaq hadisə yerində ölmüşdür. Rafiqin meyiti müayinə olunduqdan sonra onlara təhvil verilərək yaşadıqları kəndin qəbiristanlığında meyiti dəfn etmişlər. Sonradan məlum olmuşdur ki, əri Rafiqi Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz-200” minik markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobillə vurmuşdur. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, hadisə baş verən gün onlar sexlərinə gətirilən malı boşaldaraq gecə saat 01 radələrində atasının avtomobili ilə o, atası və bir nəfər işçiləri Mübariz işdən evə getməkdə olmuşlar. Onun iş materiallarında olan ifadəsində göstərilmişdir ki, zərərçəkmiş guya onların avtomobili ilə vurulmuş, zərərçəkmişi avtomobil sürüyərək aparmış, lakin belə bir hal olmamışdır. Onların avtomobili ilə heç kim vurulmamış, yalnız avtomobilləri nəyinsə üzərinə qalxıb düşmüş, avtomobilin təkərinin “çaşkası” sınmış və avtomobilləri dayanmış, atası polisə, təcili-tibbi yardıma zəng edərək məlumat vermiş, o da gələn avtomobillərə işarə etmişdir ki, meyitin üzərindən keçməsinlər. Həmçinin bildirdi ki, hadisə zamanı avtomobildə onlar ayıq olmuşlar, müşahidə edərək yolu görmüşlər. Atasının avtomobili ilə hərəkətdə olarkən zərərçəkmişi sonuncuya təxminən bir metr qalmış görmüş, yolun içərisində uzanmış vəziyyətdə olmuş, velosipedin bir təkərini isə təxminən 20-25 metr aralıdan tapmışlar. Onlar həmin vaxt avtomobil ilə təxminən 60-70 km/saat sürətlə getmişlər. Zərərçəkmişin üzərindən keçməzdən əvvəl əks istiqamətdə gələn digər avtomobilin işıqları onların üzünə düşdüyündən yerdə uzanmış vəziyyətdə olan zərərçəkmişi bir metr qalmış görə bilmişdir. Zərərçəkmişi ona çatmamış yerdə uzanmış vəziyyətdə atası Zeynəddinin görüb-görmədiyini bilmir, lakin o, təxminən bir metr qalmış görmüşdür. O, yerdə uzanmış zərərçəkmişi yerdə gördüyü anda atasına avtomobili saxlamasını demiş, lakin bunu deyən kimi atasının avtomobil zərərçəkmişin üzərindən keçmişdir. Velosiped yolun kənarında, zərərçəkmiş isə yolun ortasında, xəttin yanında olmuşdur. Onlar avtomobildən düşəndən sonra görmüşlər ki, zərərçəkmişin bədənində sınıqlar var, beyni dağılmış haldadır. Müstəntiq ondan ifadə almamışdır, o, tərtib edilmiş ifadəsi ilə tanış olanda görmüşdür ki, o, ifadəsində guya demişdir ki, avtomobil ilə meyiti sürüyərək aparmışlar, lakin o, belə bir xüsusat bildirməmiş və belə bir hal olmamışdır. İş materiallarındakı ifadəsində yerdə uzanıq vəziyyətdə olan zərərçəkmişə çatmağa bir-iki metr qalmış görməsi barədə göstərilməməsinin səbəbi də ibtidai istintaq orqanında ondan ifadə alınmamasıdır. Müstəntiq onu çağıraraq imza etməsini demiş, o da imzalamış, lakin ifadəni oxumamışdır, daha sonra atasının müdafiəçisinin vasitəsilə ifadəsini oxuyanda görmüşdür ki, düzgün yazılmayıb. İfadəsinin düzgün yazılmadığını görsə də, bu barədə şikayət etməmişdir, çünki həmin vaxt işin istintaqını aparan müstəntiq başqası ilə əvəz olunmuş, yəni ifadəsini tərtib etmiş müstəntiq artıq işdən azad olunmuşdur. Şahid1 ibtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs onun atasıdır. xx.xx.2020-ci ildə, saat təxminən 23:00 radələrində şəxsi işi ilə bağlı atası idarə etdiyi “Mercedes Benz-200” markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonu, Nərəcan kəndi ərazisində yerləşən yeşik düzəldən sexə gedərkən avtomobildə sərnişin kimi oturaraq atası ilə getmişdir. Həmin gün saat təxminən 23:55 radələrində atasının idarə etdiyi “Mercedes Benz-200” markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobillə yeşik sexindən çıxıb Xudat şəhərinə yola düşmüşlər. Atasının idarə etdiyi avtomobil Gəndov-Yalama yolunun Xaçmaz rayonu, Qusarçay kəndi ərazisindən keçən hissədə Xudat şəhəri istiqamətində saat 00:15 radələrində hərəkətdə olarkən əlində olan telefona baxdığı üçün yola fikir verməmişdir. Bu zaman atasının idarə etdiyi avtomobil nəyəsə dəyib üstündən keçmişdir. Atası idarə etdiyi avtomobili qarşıda yolun kənarında saxlamışdır. Yerə düşüb avtomobilin altında adam və velosiped qaldığını görmüşlər. Atası dərhal polisə və TTYS zəng etmiş və yolu bağlamışlar. Daha sonra hadisə yerinə polis əməkdaşlarə və TTY avtomobili gələrək TTY avtomobili meyiti meyitxanaya aparmışdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs sexində sonuncunun işçisi olmuşdur. Hadisə günü gecə saat 12-1-in yarısı Zeynəddinin avtomobili ilə evə getməkdə olmuşlar. Onlar Xaçmaz-Xudat yolunda “Çobanbulaq” restoranını bir qədər keçdikdən sonra yolun ortasında uzanmış vəziyyətdə olan zərərçəkmiş şəxsin qollarının üzərindən avtomobil ilə keçmişlər, bu zaman avtomobilin “çaşkası” qırılmış və avtomobili saxlamışlar. Həmin vaxt zərərçəkmiş yolun ortasında uzanmış vəziyyətdə, velosiped isə yolun sağ tərəfində olmuşdur. Zərərçəkmiş şəxs onlar avtomobil ilə üzərindən keçənədək yolun ortasında ölü halda olmuşdur. Onlar yolda avtomobilləri saxlamışlar ki, meyitin üzərindən keçməsinlər. Həmçinin bildirdi ki, hadisə vaxtı o, arxa oturacaqda əyləşmiş, həmin vaxt olduqları avtomobilin hansı sürətlə getdiyi barədə məlumatı yoxdur. Zeynəddinin avtomobilinin işıqları zəif olmuş, Zeynəddin yolun sağ kənarında yerdə olan velosipedə təxminən üç metr qalmış velosipedi görüb avtomobili getdiyi istiqamətdən qaçırmışdır ki, üzərindən keçməsin, qaçırandan sonra isə avtomobil yolun ortasında uzanmış vəziyyətdə olan zərərçəkmişin üzərindən keçmişdir. Velosiped yerdə yıxılmış vəziyyətdə, yolun sağ kənarında olmuş, zərərçəkmiş isə velosipeddən təxminən üç metr aralıda yolun ortasında olmuşdur, onlar isə yolun sağı ilə Xudat şəhərinə getməkdə olmuşlar. Velosiped iki hissəyə bölünmüş vəziyyətdə olmuş, qabaq təkəri ilə arxa təkər hissəsi yolun kənarında bir-birindən aralı məsafələrdə düşüb qalmışdır. Zeynəddinin avtomobili velosipedin arxa təkərinin üzərindən keçmiş, avtomobilin istiqamətini qaçıranda isə zərərçəkmişin qollarının üzərindən keçmiş və bu vaxt avtomobilin “çaşkası” qırılmış, avtomobil sürütlənərək təxminən yüz metrə qədər gedib dayanmışdır. Velosipedin təkərinin bir hissəsi yolun sarı xəttinin üzərinə, digər hissəsi yolun içərisinə düşərək qalmış vəziyyətdə olmuşdur. Velosipedlə meyit yanaşı olmamışdır, meyit yolun ortasında, velosiped yolun kənarında, Xudat istiqamətində meyit nisbətən irəlidə, velosiped arxada olmuşdur. Onlar avtomobil ilə gələndə zərərçəkmiş yolun ortasında uzanmış vəziyyətdə olmuş, onlara qədər zərərçəkmişin üzərindən avtomobillər keçmişdir, çünki meyit pis halda olmuşdur. Onlar avtomobil ilə zərərçəkmişin üzərindən keçəndə nəyin üzərindən keçdiklərini bilməmişlər, avtomobili saxlayıb gələrək baxdıqdan sonra insanın üzərindən keçdiklərini görmüşlər. Zeynəddinin avtomobili hərəkətdə olarkən onlarla eyni istiqamətdə onlardan irəlidə hər hansı avtomobil olmamışdır. O, velosipedin Zeynəddinin avtomobili ilə vurulduğunu görməmiş, zərərçəkmiş şəxs Zeynəddinin avtomobili ilə vurulmamışdır. Zeynəddinin avtomobilinin sol farasının dönmə işığı hissəsi avtomobilin “çaşkası” əyilərək sınan vaxt avtomobilin sol qanadının aralanması nəticəsində düşmüşdür. Avtomobilin qabaq hissəsi nəyəsə dəyməmişdir. Zərərçəkmiş şəxsin cəsədi pis halda, başı tamam əzilib-dağılmış vəziyyətdə olmuşdur. Zərərçəkmişin əynində paltar olduğundan bədənində hansı zədələrin olmasını isə görməmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, BDYPİ-nin 2-ci taqımının yol patrul alayının inspektoru işləyir. Hadisə baş verən gün ona məlumat gəlmişdir ki, velosipedçinin vurulması ilə bağlı yol-nəqliyyat hadisəsi baş vermişdir. O, hadisə yerinə gələndə zərərçəkmiş şəxsin meyiti yerdə, yolun üzərində olmuşdur. Təqsirləndirilən şəxsin avtomobili isə meyitdən təxminən 30-50 metr, bəlkə də bir qədər çox, aralıda dayanmışdır. Sonra isə o, hadisə yerinə müstəntiqi dəvət etmiş, araşdırmanı müstəntiq aparmışdır. Yol polisi kimi onların vəzifəsi odur ki, hadisə yerini qorusunlar, müstəntiq gələndən sonra isə araşdırmanı müstəntiq aparır. Həmçinin bildirdi ki, ona həmin hadisə barədə hadisə günü avtomobillə hərəkətdə olan şəxs vermişdir. Ona həmin hadisə barədə məlumat veriləndən o, 15-20 dəqiqə sonra hadisə yerinə çatmışdır. O, hadisə yerinə çatanda zərərçəkmiş şəxs ölü halda, beyni dağılmış vəziyyətdə olmuşdur. Təcili-tibbi yardım o, hadisə yerinə çatandan 5-10 dəqiqə sonra gəlmişdir. O, hadisə yerinə çatanda orada olan şəxslər ona həmin hadisənin, yəni təqsirləndirilən şəxsin zərərçəkmişi aşkar etməsinin 30-40 dəqiqə əvvəl baş verdiyini demişlər. O, hadisə yerində olanda orada hadisənin necə baş verməsi barədə heç kim ona deməmiş, o da bu barədə soruşmamışdır, o, yolda təhlükəsizliyi təmin etməklə məşğul olmuş, yolu bağlamışlar, avtomobilləri alternativ yola yönəltmişlər, hadisə barədə müstəntiqə məlumat vermişdir. Müstəntiq hadisə yerinə gec gəlmiş, müstəntiq hadisə yerinə gələnədək meyiti artıq təcili-tibbi yardım götürərək aparmışdır. O, hadisə yerinə gələndən sonra, meyit hələ hadisə yerində olarkən fotoşəkillərini çəkmiş və həmin fotoşəkilləri müstəntiqə göndərmişdir, lakin fotoşəkillər hazırda onda qalmamışdır. Zərərçəkmişin meyitinin ayaq hissələri Xudat şəhəri istiqamətində yolun sol hərəkət zolağında, baş tərəfi isə sağ hərəkət zolağında - təqsirləndirilən şəxsin hərəkətdə olduğu hissədə yerləşmiş, yəni zərərçəkmişin meyitinin bir hissəsi yolun orta xəttinin solunda, digər hissəsi sağında olmaqla meyit yolun ortasında olmuşdur. Hadisə yerində avtomobilin hansısa qırılaraq yerə düşmüş detalı və bu kimi şeylər olmamışdır. Hadisə yerində zərərçəkmişin meyitinin süründürülərək aparılması izi müşahidə edilməmiş, lakin üzərindən avtomobil keçməsi nəzərə çarpmışdır. Ona velosipedçinin vurulması barədə məlumat verən sürücü velosipedçinin kim tərəfindən, yaxud hansı avtomobillə vurulduğu barədə heç nə deməmişdir. Ona hadisə barədə məlumatı o, həmin vaxt xidmətdə olması ilə bağlı yolun kənarında olarkən yoldan keçən sürücü vermişdir. Ona məlumat verilərkən onun olduğu yerlə hadisənin baş verdiyi yer arasında təxminən 10 km məsafə olmuşdur. Ona məlumat veriləndə o, Xudat şəhəri tərəfdə deyil, Xaçmaz şəhəri tərəfdə olmuşdur. Ona məlumat verən sürücü velosipedçinin vurulduğunu görməmiş, sürücü yol keçən olmuş, hadisənin baş verməsi (hadisənin yeri) barədə ona məlumat vermişdir. Ona hadisə barədə məlumat verilən kimi o, hadisə yerinə dərhal getmişdir. Hadisə yerində təqsirləndirilən şəxs, sonuncunun oğlu və digər yol hərəkəti iştirakçıları olmuşdur. O, hadisə yerində olanda kimsədən hadisəni kimin törətməsi barədə heç nə eşitməmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, hazırkı cinayət işi üzrə yol-nəqliyyat hadisəsinin baş verdiyi yerə təcili-tibbi yardımda həkim kimi getmişdir. Hadisə yerinə çatanda zərərçəkmiş şəxsin meyitinin baş tərəfi Xudat şəhərindən Xaçmaz şəhəri istiqamətinə münasibətdə yolun sol tərəfinə doğru, zərərçəkmişin başı əzilmiş, beyni dağılmış vəziyyətdə olmuşdur. Meyiti yerindən tərpədəndə bədənində çoxlu sınıqların olması da anlaşılmışdır. Həmçinin bildirdi ki, hadisə barədə məlumat təcili-tibbi yardımın dispeçerinə daxil olmuşdur. Onlara hadisə barədə məlumat verildikdən 5-6 dəqiqə sonra hadisə yerinə çatmışlar, xəstəxana hadisə yerinə yaxın yerləşir. Hadisə yerində zərərçəkmiş şəxsin ilkin tibbi müayinəsini aparanda, saatı dəqiq xatırlamır, təxminən gecə saat 12 - 01 arası olmuşdur. Hadisə yerinə çatıb zərərçəkmiş şəxsi ilkin müayinə edərkən cəsədinin isti, yaxud soyuq olmasını deməkdə çətinlik çəkir, öldüyünü müəyyən etmişlər, bədəninə toxunmamışlar, başı dağılmış və qan içində olmuşdur. O, uzun müddətdir ki, həkim işləyir, bununla bağlı təcrübəsi var, adətən, insan bu cür öləndə qandan buxar ayrıldığı görünür, lakin hadisə yerində zərərçəkmiş şəxsin qanında heç bir buxar ayrılması olmamış, hətta qanın axması da dayanmış vəziyyətdə olmuş, qanaxma olmamışdır. Onlar hadisə yerinə çatandan zərərçəkmiş şəxs, bəlkə də, bir saat olardı ölmüşdür. İş materiallarında olan 08 avqust 2020-ci il tarixli qərardan müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə, saat 00:15 radələrində Gəndov-Yalama yolunun Xaçmaz rayonu, Qusarçay kəndi ərazisindən keçən 42-ci kilometrliyində Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz-200” markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobillə Yalama istiqamətində hərəkətdə olan zaman yolda hərəkət edən kişi velosipedçini vurması və sonuncunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 08 avqust 2020-ci il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən müəyyən edilir ki, hadisə yeri Gəndov-Yalama yolunun Xaçmaz rayonu, Qusarçay kəndi ərazisindən keçən 42-ci kilometrliyidir. Hadisə yerinin yol şəraiti: hadisə baş verən yerdə yol quru, üfüqi, asfaltbeton örtüklü olmaqla ikitərəflidir və əks istiqamətli nəqliyyat axınları qırıq-qırıq üfüqi nişanlanma xətt ilə ayrılır. Yolun hərəkət hissəsinin eni 7,3 metr, sağ və sol çiyinlərinin eni 2 metrdir. Hadisə yerində icazə verilən maksimum sürət həddi 90 km/saatdır. Velosipedçinin vurulma yeri Yalama istiqamətindəki hərəkət zolağında yolun sağ kənarından 2,1 metr məsafədə yerləşir və velosipedçinin vurulma yerində “Mercedes- Benz” markalı avtomobilə məxsus fara şüşəsinin sınmış hissəcikləri və plastmas hissəcikləri aşkar edilmişdir. Velosipedin sınıq qalıqları vurulma yerindən qarşıda yolun Yalama istiqamətində olan hərəkət zolağının sağ kənarına yaxın yerdə dayanmışdır. “Mercedes Benz” markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobil isə yolun sağ kənarından – vurulma yerindən 113 metr məsafədə dayanmışdır. Avtomobilin piyadanın üstündən keçdiyi yerdən dayandığı yerə qədər təkərin sınmış hissələrinin və şinlərinin asfalt örtüyü üzərində sürtünmə izi vardır. Həmin izlər bəzi yerdə dərin, bəzi yerlərdə isə cüzi izlərdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2021-ci il tarixli, 8/407 nömrəli kompleks məhkəmə yol-nəqliyyat hadisəsi və trosoloji ekspertizasının rəyindən müəyyən edilir ki: 1. təqdim edilmiş avtomobilin və velosipedin üzərində olan zədələrin təsviri və qarşılıqlı vəziyyətləri rəyin tədqiqi hissəsində verilib. - İlkin kontakt anında toqquşma “Mercedes Benz-200” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi (qabaq bamperin sol hissəsi, qabaq sol fara) ilə “Velosipedin” qabaq hissəsi (qabaq təkər) arasında təxminən 3-8 dərəcə bucaq altında baş vermişdir. 2,3. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “Mercedes Benz-200” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Xaçmaz rayon şöbəsinin 08 sentyabr 2020-ci il tarixli, 28 saylı ekspert rəyindən müəyyən edilir ki, 1967-ci il təvəllüdlü X5 meyitinin məhkəmə-tibbi ekspertizası və məhkəmə-kimyəvi müayinənin cavabı əsasında aşağıdakı nəticəyə gəlinmişdir: 1. X2 meyitinin xarici müayinəsi zamanı hər iki gözün ağlı qişasında çoxlu nöqtəvari qansızmalar, başın sağ alın-təpə nahiyəsində geniş əzilmiş-cırılmış yara, başın ənsə nahiyəsinin əzilmiş-cırılmış yaraları, kəllə qapağı və əsası sümüklərinin çoxqəlpəli açıq sınığı, baş beyin toxumasının əzilib dağılaraq kəllə boşluğundan tam xaric olunması, alnında və sifət nahiyəsində, bədənin arxa hissəsində, hər iki yuxarı və aşağı ətrafda çoxlu sıyrıq, sol baldırın orta 1/3-nin ön səthində əzilmişcırılmış yara, daxili müayinəsi zamanı başın yumşaq toxumalarının alt səthində geniş qansızma, kəllə qapağı və əsasının çoxqəlpəli sınığı, boyun, döş və alın hissədə yumşaq toxumaların altında qansızma, sağ tərəfdən 3-4-5-ci qabırğaların sınığı, ağ ciyər toxumasına qansızma, sağ baldır sümüklərinin orta 1/3-dən qapalı, sol baldır sümüklərinin orta 1/3-dən açıq qəlpəli sınıqları aşkar edilmişdir ki, bunlar da həyati olub ölümündən az əvvəl yetirilməyə uyğundur, küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 08 avqust 2020-cı il tarixə uyğun gəlir, dərəcəsinə görə canlı şəxslərdə birlikdə həyat üçün təhlükə törətmələrinə görə sağlamlığa AĞİR zərərvurma əlamətlərinə malikdir. 2. X2 meyitindən götürülən qanın məhkəmə-kimyəvi müayinəsi zamanı 0,9 ‰ etil spirti aşkar olunmuşdur ki, bu da, adətən, canlı şəxslərdə YÜNGÜL dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə uyğun gəlir. 3. X2 ölümünə səbəb qeyd olunan yol nəqliyyat qəzası nəticəsində başın küt travmasından kəllə qapağı və əsası sümüklərinin çoxqəlpəli açıq sınığından baş beyin toxumasının əzilib dağılması olmuşdur, ölüm meyit müayinə edilən vaxtdan 8-12 saat əvvəl baş verməyə uyğundur. Müdafiəçinin vəsatəti əsasında məhkəmənin 14 fevral 2024-cü il tarixli, 1(067)-16/2024 saylı qərarı ilə təyin edilmiş kompleks məhkəmə-tibbi və nəqliyyat vasitələrinin məhkəmətrasoloji ekspertizası ilə əlaqədar verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyul 2024-cü il tarixli, 8/806 nömrəli kompleks məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri və trosoloji ekspertizasının rəyindən müəyyən edilir ki, 1967-ci il təvəllüdlü X5 adına tərtib edilmiş sənədlərə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1,5,6. Mərhum R.Ə.Mahmudovun meyitinin müayinəsi zamanı sağ alın-təpə nahiyəsində geniş əzilmiş-cırılmış, ənsə nahiyəsində əzilmiş-cırılmış yara, kəllə tağı və əsası sümüklərinin çoxqəlpəli açıq sınığı, baş beyin toxumasının əzilib dağılaraq kəllə boşluğundan xaric olması, alın, sifət, bədənin arxa səthində, hər iki yuxarı və aşağı ətrafda çoxlu sıyrıq, hər iki gözün ağlı qişasına çoxlu nöqtəvari qansızmalar, sol baldırın orta Уз-də ön səthdə əzilmiş-cırılmış yara, sol baldır sümüklərinin orta 1/3-də açıq, sol baldır sümüklərinin orta 1/3-də açıq sınığı, başın yumşaq toxumasının iç səthinə geniş qansızma, boyun, döş qəfəsi yumşaq toxumaya qansızma, sağ 3-5 qabırğaların ön qoltuqaltı xətt üzrə sınığı, ağciyər toxumasına qansızma aşkar edilmişdir. Qeyd edilən xəsarətlər həyati olmaqla böyük fiziki qüvvəyə malik bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş və qərarda göstərildiyi kimi xx.xx.2020-ci ildə hərəkətdə olan avtomobillə velosipedin toqquşması zamanı yarana bilərdilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir. 2. Mərhum R.Ə.Mahmudovun meyitinin müayinəsi zamanı qeyd edilən xəsarətlər təkrar travma, yəni zərərçəkmiş vurulduqdan sonra hərəkətdə olan avtomobillə yol örtüyü arasında sürükləndiyindən onları ayırmaq mümkün deyildir. 3,4. Mərhum R.Ə.Mahmudovun meyiti üzərində bir neçə avtomobillə yetirilməyə xarakterik xəsarətlər aşkar edilmədi. Bunu yumşaq toxumalarda aşkar edilən qansızmaların eyni intensivlikdə olması təsdiq edir. 9,10. Mərhum R.Ə.Mahmudovun ölümünə səbəb ağır açıq kəllə-beyin travması nəticəsində beyin toxumasının zədələnməsi olmuşdur. Meyitin müayinəsi zamanı aşkar edilən xəsarətlər avtomobil qəzasına xasdır. 11,12. Mərhum R.Ə.Mahmudovun ölümünə səbəb olan xəsarətləri avtomobil travmasından başqa digər zorakı ölümlə əlaqələndirmək mümkün deyildir. 13,15. Mərhum R.Ə.Mahmudovun meyitinin müayinəsi zamanı aşkar edilən xəsarətlərin çoxsaylı olması, xarakteri, yerləşmə nahiyələri və massivliyi avtomobillə onun toqquşması haqqında fikir söyləməyə imkan verir. 19. Mərhum R.Ə.Mahmudovun meyitinin müayinəsi zamanı qeyd edilən xəsarətlərdən başın küt ağır travması nəzərə alınmaqla, sol baldır sümüklərinin açıq sınığı canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid edildiyindən ölümə səbəb ola bilməzdi. 20,21. Mərhumun meyitinin istər xarici, istərsə də daxili müayinəsi zamanı qeyd edilən ilkin meyit əlamətlərinə əsasən təyin edilir və bu müddət nisbi hesablanır. Bu, havanın temperaturu, rütubət, itirilən qanın miqdarı və sair amillərdən aslıdır. Bu səbəbdən də məhkəmə təbabətində bu müddət 3-4 saat intervalla təyin edilir. 7. Qeyd edilir ki, velosipedin avtomobil ilə toqquşması zamanı toqquşmanın xarakterindən və toqquşma bucağından asılı olaraq, yəni toqquşmanın sürtünmə və toxunma xarakterli olduğu halda avtomobil üzərində mexaniki zədələr yaranmaya bilər. Lakin 1 mart 2021-ci il tarixli 8/407 nömrəli rəyin trasoloji tədqiqat hissəsindən belə məlum olur ki, toqquşma Mercedes-Benz 200 markalı avtomobilin qabaq sol hissəsi ilə velosipedin qabaq hissəsi arasında təxminən 3-8 dərəcə bucaq altında baş vermiş və toqquşma nəticəsində Mercedes-Benz 200 markalı avtomobilin qabaq sol hissəsində mexaniki zədələr yaranmışdır. 8. 1 mart 2021-ci il tarixli 8/407 nömrəli rəyin trasoloji tədqiqat hissəsində Mercedes-Benz 200 markalı avtomobilin və velosipedin üzərində toqquşma nəticəsində yaranan mexaniki zədələr və izlər nəqliyyat vasitələrinə baxış keçirilməklə geniş təsvir edilmişdir. Nəqliyyat vasitələrinin üzərində həmin toqquşma nəticəsində rəng izlərinin qalıb-qalmaması nəqliyyat-trasoloji ekspertizası yolu ilə deyil məhkəmə fiziki-kimyəvi ekspertizası yolu ilə müəyyən edilir. 14. Qeyd edilir ki toqquşma yeri hadisə yerinin ilkin müayinəsi zamanı istintaq (təhqiqat) tərəfindən müəyyən edilir. Belə ki, ilkin olaraq hadisə yerinin müayinəsi protokolunda velosipedçinin vurulma yerinin Yalama istiqamətindəki hərəkət zolağında yolun sağ kənarından 2,1 metr məsafədə vurulması göstərilmiş və velosipedçinin vurulma yerində Mercedes-Benz markalı avtomobilə məxsus fara şüşəsinin sınmış hissəcikləri və plasmas hissəcikləri aşkar edilmişdir. 16. Toqquşma yerinin Mercedes-Benz markalı avtomobilin hərəkət zolağında onun hərəkəti istiqamətində hərəkət hissəsinin sağ kənarından sola doğru 2,1 metr məsafədə yerləşməsi və toqquşmanın Mercedes-Benz markalı avtomobilin qabaq sol hissəsi ilə velosipedin qabaq hissəsi arasında təxminən 3-8 dərəcə bucaq altında baş verməsi nəzərə alınmaqla qeyd edilir ki, istintaq tərəfindən müəyyən edilən hadisə mexanizmi, yəni Z.X9 200 markalı avtomobili Yalama istiqamətində 70-80 km/saat sürətlə hərəkət etdirərkən qarşıdan əks istiqamətdə onun zolağı ilə düzünə hərəkətdə olan velosipedçini avtomobilin qabaq tərəfi ilə vurması, toqquşma yerinin Mercedes Benz 200 markalı avtomobilin hərəkət zolağında onun hərəkəti istiqamətində hərəkət hissəsinin sağ kənarından sola doğru 2,1 metr məsafədə yerləşməsi və toqquşmanın Mercedes-Benz markalı avtomobilin qabaq sol hissəsi ilə velosipedin qabaq hissəsi arasında təxminən 3-8 dərəcə bucaq altında baş verməsi ilə ziddiyyət təşkil etmir. 17. Hazırkı ekspertiza tədqiqatı zamanı verilmiş vəsatətə cavab olaraq məhkəmə tərəfindən göstərilmişdir ki, Mercedes- Benz markalı avtomobili baxışa təqdim etmək mümkün deyildir. Qeyd edilir ki, Mercedes- Benz markalı avtomobilin qabaq sol təkəri və sol çaşkası üzərində olan əziklər, onların xarakteri və yaranma mexanizmini baxış keçirməklə müəyyən etmək mümkün olmadığından qeyd olunan sual üzrə tədqiqat aparmaq mümkün deyildir. 18. Qeyd edilir ki, mövcud hadisə zamanı qabaq sol təkərin “çaşkası”qırılması zamanı qabaq sol qanadın aralanması nəticəsində qabaq sola dönmə işığının yerindən düşməsi mümkündür. Lakin belə vəziyyətdə 1 mart 2021-ci il tarixli 8/407 nömrəli rəyin trasoloji tədqiqat hissəsində göstərildiyi kimi avtomobilin qabaq sol hissəsində olan mexaniki zədələr və sürtünmə izləri yarana bilməzdi. Bu isə onu izah edir ki, avtomobilin qabaq sol hissəsində olan zədələr velosipedlə toqquşma nəticəsində yaranmağa xarakterikdir. EMİS vasitəsilə əldə olunmuş məlumatdan görünür ki, zərərçəkmiş şəxs X8 08 avqust 2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan sürücülük vəsiqəsindən və Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs adına, verilmə tarixi xx.xx.2014-cü il, etibarlılıq müddəti xx.xx.2024cü ilədək olan “B” kateqoriyalı, AC 459615 nömrəli sürücülük vəsiqəsi verilmiş və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. İş materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” Aktından müəyyən edilir ki, Təqsirləndirilən şəxs sərxoşluq halı aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə prosesində ifadəsində özünü təqsirli bilməyərək, hadisə zamanı zərərçəkmiş şəxsi avtomobili ilə vurmadığını, zərərçəkmiş şəxsin olduğu yerə onun sonuncuya avtomobili ilə çatanadək zərərçəkmişin artıq ölərək yolda qalması, zərərçəkmişi əvvəlcədən görməməsi və onun ölmüş zərərçəkmiş şəxsin yalnız üzərindən keçməsi barədə bildirdiyi xüsusatlara tənqidi yanaşaraq bu xüsusatları təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıdığı qənaətinə gəlir. Belə ki, iş materiallarında olan 09 avqust 2020-ci il tarixli “Şahidin dindirilməsi haqqında” protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, hazırkı cinayət işi üzrə yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxtda və yerdə onunla əks istiqamətdə hərəkət edən minik avtomobilinin gəldiyini görüb öz avtomobilinin uzaqvuran işığını yaxınvuran işıqla əvəz etmiş, əks istiqamətdən gələn həmin nəqliyyat vasitəsi ötüb keçəndən sonra o, görmüşdür ki, onun hərəkət zolağında, yəni yolun Xudat şəhəri istiqamətində 2 metr məsafədə onun üzərinə bir velosipedçi kişinin gəldiyini görmüş, o, velosipedçini görən kimi avtomobilinin əyləcini basmış, lakin hadisənin qarşısını ala bilməmiş və avtomobilinin qabaq sol fara hissəsi həmin velosipedçiyə dəymiş, bundan sonra velosipedçi velosipedi ilə birlikdə onun idarə etdiyi avtomobilin altına düşmüş və o, avtomobili ilə velosipedçinin üzərindən keçmişdir. Həmin ifadədə həmçinin bildirmişdir ki, həmin vaxt avtomobilində o özü və oğlu Vüsal olmuş, başqa sərnişin və yük olmamışdır. Həmin ifadənin düzgünlüyü Təqsirləndirilən şəxs və mütəxəssis (Azərbaycan dili üzrə) tərəfindən imzaları ilə təsdiqlənmişdir. İş materiallarında olan 12 may 2023-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, hazırkı cinayət işi üzrə yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxtda və yerdə onunla əks istiqamətdə hərəkət edən minik avtomobilinin gəldiyini görüb öz avtomobilinin uzaqvuran işığını yaxınvuran işıqla əvəz etmiş, əks istiqamətdən gələn həmin nəqliyyat vasitəsi ötüb keçəndən sonra o, görmüşdür ki, onun hərəkət zolağında, yəni yolun Xudat şəhəri istiqamətində olan hərəkət zolağında, həmin zolağın ortasında nəyəsə dəyib üzərindən keçmiş və bu zaman avtomobilinin altına nəsə ilişib sürünmüşdür. İdarə etdiyi avtomobili həmin yerdən təxminən 100 metr məsafədə yolun sağ kənarında saxlamış, yerə düşüb dərhal geri qayıdaraq görmüşdür ki, o, avtomobili ilə velosipedçinin üzərindən keçmişdir. Həmin ifadədə həmçinin bildirmişdir ki, həmin vaxt avtomobilində o özü və oğlu Vüsal olmuş, başqa sərnişin və yük olmamışdır. Bundan başqa, həmin ifadəsini verərkən müstəntiq tərəfindən ona verilmiş suala cavab olaraq bildirmişdir ki, onun ilkin ifadəsində (xx.xx.2020) 2 metr qalmış velosipedçini görməsi, lakin hadisənin qarşısını ala bilməyərək velosipedçini vurması ilə bağlı bildirdiyi xüsusatları həyəcanlı olduğundan bildirdiyini, həmin vaxt nə ifadə verdiyini xatırlamadığını bildirmişdir. Həmin ifadənin düzgünlüyü Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 tərəfindən imzaları ilə təsdiqlənmişdir. İş materiallarında olan 09 avqust 2020-ci il tarixli “Şahidin dindirilməsi” protokolundan müəyyən edilir ki, Şahid1 ifadəsində hazırkı cinayət işi üzrə yol-nəqliyyat hadisəsinin baş verdiyi zaman saat 00:15 radələrində hərəkətdə olarkən o, əlində olan telefona baxdığı üçün yola fikir verməmişdir. Bu zaman atasının idarə etdiyi avtomobilin nəyəsə dəyib üstündən keçdiyini bildirməklə yanaşı, həmin vaxt avtomobildə atası və özü olduğu, başqa sərnişin və yük olmadığını bildirmişdir. İş materiallarında olan 19 may 2023-cü il tarixli qərardan müəyyən edilir ki, xx.xx.2023cü il tarixdə cinayət işinin ibtidai istintaqının qurtarması elan edildikdən sonra Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 hadisə vaxtı təqsirləndirilən şəxsin avtomobilində olmuş Mübarizin şahid qismində dindirilməsi barədə qaldırdığı vəsatət təmin edilmişdir. İş materiallarında olan 23 may 2023-cü il tarixli “Şahidin dindirilməsi” protokolundan müəyyən edilir ki, həmin tarixdə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Xaçmaz rayonunun Xudat şəhəri 2 nömrəli tam orta məktəbin yaxınlığında yaşayan Təqsirləndirilən şəxsin (atasının adını bilmir) Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yerləşən keçmiş «kolxozstroy»un inzibati binasında yerləşən taxta sexində 2018-ci ildən 2022-ci ilədək fəhlə işləmişdir. Əvvəllər də uzun illər, yəni 1999-cu ildən orada fəhlə işləmiş, amma həmin dövrlərdə sexin rəhbəri ayrı-ayrı şəxslər olmuşdur. Təxminən 3 il bundan əvvəl, səhv etmirsə 2020ci ilin yaz aylarında gecə vaxtı saat 00:30 radələrində Zeynəddinin idarə etdiyi boz rəngdə Mercedes markalı nömrəsinin son üç rəqəmi 557 olan minik avtomobilinə işlədiyini qeyd etdiyi sexdə sərnişin qismində minib arxa oturacaqda ortada oturmuşdur. Ondan başqa avtomobildə 1 nəfər, yəni Zeynəddinin oğlu Şahid1 qabaq sağ oturacaqda sərnişin qismində olmaqla Xudat şəhərinə evlərinə yola düşmüşlər. Sexdən çıxıb təxminən 10-15 dəqiqə yol gəlib «Çobanbulaq» restoranını keçib hərəkəti davam edərkən sərnişini olduğu avtomobilin faralarının zəif işığında təxminən 3 metr öndə avtomobilin qarşısında sükanı üzərində yalnız arxa təkəri olan velosiped hissəsini görmüşdür. Velosiped hissəsindən təxminən 3 metr qarşıda yolun ortasındakı bütöv ağ nişanlanma xəttinin üzərində yola perpendikulyar vəziyyətdə uzanmış və tərpənməz insanı görmüşdür. Bu anda sürücü Zeynəddin sağa manevr etmiş, amma tormoz etməmişdir. Sürücünün bu hərəkətindən sonra avtomobil uzanıqlı vəziyyətdə olan həmin şəxsin başı üzərindən kənara çıxmış əllərinin üzərindən keçmiş və 30-40 metr məsafə qət etdikdən sonra avtomobil dayanmışdır. Bundan sonra sürücü Zeynəddin, oğlu və o, avtomobildən düşmüşlər və arxaya qayıtmışlar. Onlar görmüşlər ki, velosiped əvvəlki yerindədir, həmin şəxsin bədəni deformasiyaya uğramış vəziyyətdədir. Vüsal və o, hadisə yerindən öndə dayanaraq əlləri ilə gələn nəqliyyat vasitələrinə işarə etmişlər ki, yolda hadisə baş verdiyini sürücülər başa düşüb ehtiyatla hərəkət etsinlər və yaxud dayansınlar ki, meyitin üzərindən keçməsinlər. Təxminən 10 dəqiqədən sonra YPX əməkdaşları xidməti avtomobildə gəlmişlər. Bundan sonra təcili tibbi yardım avtomobilində həkim briqadası gəlmişdir. Həkim həmin şəxsi, yəni kişini müayinə edib öldüyünü bildirmiş və meyiti aparmışlar. Hadisə yerinə mülki geyimdə gəlmiş Xudat şəhər polis bölməsinin rəisi kimi tanıdığı şəxs ondan hadisənin necə baş verdiyini soruşmuşdur. O, ona hadisə zamanı Zeynəddinin idarə etdiyi avtomobildə sərnişin qismində olduğunu demiş və hadisə zamanı gördüklərini şifahi olaraq danışmışdır. Bundan sonra həmin hadisə ilə əlaqədar heç bir hüquq mühafizə orqanına çağırılmamış və hadisə barədə nə izahat, nə də ifadə verməmişdir. Həmçinin müstəntiq tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zeynəddinin avtomobilin sağ təkərlərinin ikisi də velosipedin arxa təkərinin üzərindən keçmiş, avtomobil velosipedin üzərindən keçərkən velosipedi sürüyüb önə aparmamışdır. İş materiallarında olan 23 may 2023-cü il tarixli qərardan müəyyən edilir ki, cinayət işi üzrə Şahid2 xx.xx.2023-cü il tarixli ifadəsi hadisənin baş vermə mexanizminə uyğun olmadığından sübut növü kimi qəbul edilməmişdir. İş materiallarında olan 12 may 2023-cü il tarixli protokoldan müəyyən edilir ki, iş üzrə verilmiş kompleks məhkəmə yol-nəqliyyat hadisələri və trassoloji ekspertizasının 01 mart 2021-ci il tarixli, 8/407 nömrəli rəyi təqsirləndirilən şəxsə elan edilmiş, təqsirləndirilən şəxs həmin rəylə tanış olaraq protokolda diyircəkli qələmlə “Həmin rəylə razıyam. Rəylə əlaqədar vəsatətim yoxdur.” qeydini etmiş, protokol təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 tərəfindən imzalanmışdır. İş materiallarında olan 12 may 2023-cü il tarixli protokoldan müəyyən edilir ki, iş üzrə verilmiş məhkəmə-tibbi ekspertizasının 08 sentyabr 2020-ci il tarixli, 28 nömrəli rəyi təqsirləndirilən şəxsə elan edilmiş, təqsirləndirilən şəxs həmin rəylə tanış olaraq protokolda diyircəkli qələmlə “Həmin rəylə razıyam. Rəylə əlaqədar vəsatətim yoxdur.” qeydini etmiş, protokol təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 tərəfindən imzalanmışdır. Məhkəmə yuxarıda sadalananları, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, 5 №-li Qərarının 3-cü bəndində izah edilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 4-cü bəndində izah edilir ki, Azərbaycan Respublikası CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Eyni əməllər ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmaqla nəticələndikdə və ya ona miqdarından asılı olmayaraq maddi ziyanın vurulmasına səbəb olduqda, habelə sair hallarda qeyd edilən qaydaları pozan şəxs cinayət məsuliyyəti deyil, mülki-hüquqi, yaxud inzibati məsuliyyət daşıyır. Həmin Qərarın 17-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CMnin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndində izah edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərərçəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Məhkəmə təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə bəraət verilməsinə dair müdafiə tərəfinin gətirdiyi xüsusata qiymət verərək hesab edir ki, həmin dəlillər hüquqi əsası olmayan subyektiv mülahizə xarakterli dəlillər olmaqla, təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsas deyildir, ona görə ki, baş vermiş yol-nəqliyyat hadisəsi zərərçəkmiş şəxsin ölümü ilə nəticələnmiş, zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslə barışmış olsa da, təqsirləndirilən şəxs cəzalandırılmalıdır. Məhkəmə müdafiə tərəfinin məhkəmə istintaqı zamanı hadisənin mexanizmini dəyişərək verdiyi ifadələr və çıxışlarının təqsirləndirilən şəxsə bəraət verilməsi barədə dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər hüquqi əsası olmayan formal xarakterli dəlillər olmaqla təqsirləndirilən şəxsin əsas və əlavə cəzadan azad olunması üçün qanuni əsas kimi qəbul oluna bilməz. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X3 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubundan müəyyən edilir ki, son bir ildə xx.xx.1954-cü il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə İXP3044334 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclaslarında zərərçəkmiş şəxsin hüquqi varisi X4 təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarının 21-ci bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması,ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəmnində ehtiyatsızlıqdan az ağır olmaqla ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edərək hüquqi varisin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Мəhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını, cinayət əməlinin törədilməsi şəraitini nəzərə alır, lakin iş üzrə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunmasının qeyri-mümkün olduğu qənaətinə gəlir və ona görə də hesab edir ki, təqsirləndirilən şəxsə Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkum, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza azadlıqdan məhrumetmə növündə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. İş materiallarından müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarından müəyyən edilir ki, iş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz-200” markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobil və velosiped ibtidai istintaq zamanı sahiblərinə qaytarılmışdır. Odur ki, iş üzrə maddi sübut - “Mercedes Benz-200” markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobilin və velosipedin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci olan ümumilikdə 500 (beş yüz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisinə hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində ona vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza azadlıqdan məhrumetmə növündə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci olan ümumilikdə 500 (beş yüz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut - “Mercedes Benz-200” markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobilin və velosipedin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Zərərçəkmiş şəxsin hüquqi varisinə hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində ona vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-16/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-16/2024
09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver