Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-16/2025 28.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası, Pro Bono Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Xaçmaz rayonunun Hülövlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Xaçmaz rayonunun Hülövlü kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, zavod üsulu ilə istehsal edilmiş, 7,65 mm kalibrli, “50006” nömrəli, “CZ 27” modelli tapança olan, saz vəziyyətdə, sandıqçalı, atəş açmaq üçün yararlı yivli odlu silahı qanunsuz olaraq əldə edib gəzdirməklə özünə məxsus olan idarə etdiyi avtomobildə saxlamaqla daşımış, bu fakt Xaçmaz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 01 sentyabr 2022-ci il tarixdə o idarə etdiyi Vaz 21074 markalı Az ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə. ünvan 1 ünvanında yerləşən Xaçmaz rayon Polis şöbəsinin inzibati binasına gətirilərək 01 sentyabr 2022-ci il tarixdə saat 01:15-dan 01:30-dək olan müddətdə onun idarə etdiyi avtomobilə keçirilən baxış zamanı avtomobilin ön sol-sürücü oturacağının üzərində olan döşəkçənin altından zavod üsulu ilə istehsal edilmiş, 7,65 mm kalibrli, '‘50006’’ nömrəli, “CZ 27” modelli tapança olan, saz vəziyyətdə, sandıqçalı, atəş açmaq üçün yararlı yivli odlu silah aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq odlu silahı əldə edib saxlamaqla daşımış, habelə gəzdirmişdir. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, 01 sentyabr 2022-ci il tarixdə saat 00:00 radələrində özünə məxsus olan ağ rəngli “Vaz-21074” markalı, Az ** BK *** dövlət nömrə nişanlı avtomobillə yaşadığı Xaçmaz rayonu, Hülövlü kəndi ərazisində olduğu zaman polis əməkdaşlarının avtomobilinin yanından keçməsini və ona diqqətlə baxmasını görmüşdür. Həmin zaman o idarə etdiyi avtomobildə özünə məxsus olan babasından qalma silaha baxırmış. O həmin silahı həmin gün evdən babasının əşyaları arasından tapmışdır. O polis əməkdaşlarını gördüyü zaman həyəcanlanaraq həmin silahı əyləşdiyi sürücü oturacağı üzərində döşəkçənin altına ayaqlarının arasında sıxışdıraraq gizlətmişdir. Lakin hiss etmişdir ki, artıq polis əınkdaşları onun nə etməsini görmüşlər. Polis əməkdaşları ona yaxınlaşaraq ona avtomobilində qanunsuz əşya ola bilməsindən şübhələnmələrini bildirərək onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. O özünə məxsus olan avtomobili Xaçmaz RPŞ-nin inzibati binasına sürmüşdür. Orada o şübhəli şəxs qismində tutulmuşdur. Ona müdafiəçi təqdim edilməklə hüquq və vəzifələri izah edilmişdir. Daha sonra ona məxsus olan yuxarıda qeyd etdiyi nəqliyyat vasitəsinə icazəsi ilə baxış keçiriləcəyi izah edilmişdir. Ona avtomobildə qanunsuz əşya və ya silah olub olmaması soruşulmaqla, təqdim etməsi təklif edilmişdir. O həmin zaman özü könüllü olaraq avtomobilinin ön sol qapısını açıb daha öncədən sürücü oturacağı üzərində olan döşəkçənin altına qoyduğu 1 ədəd sandıqçası ilə birlikdə 1 ədəd silahı çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra avtomobilinə baxış keçirilsə də hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Həmin 1 ədəd sandıqçası ilə birlikdə 1 ədəd silahı polis əməkdaşı tərəfindən götürülərək qablaşdırılmışdır. Qablaşdırmanın üzəri o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O həmin silahı mərhum ana babası X1 evində əşyaları arasından tapmışdır. Polis əməkdaşları tərəfindən ona hər hansı qanunsuz hərəkət edilməmiş və yaxud təziq göstərilməmişdir. Təqsirləndirilən şəxs işə qoşulmuş yeni müdafiəçinin iştirakı ilə son sözündə bildirmişdir ki, o, tutulmamışdan öncə yaşadığı evin çardağında olarkən parçanın içərisinə bükülmüş vəziyyətdə bir büküm tapmışdır. Həmin bükümdə nə olduğunu bilməmişdir, ona görə ki, açıb içinə baxmamışdır. Bükümü polisə təqdim etmək qərarına gəlmişdir. Gecə saatları olardı. Yolda polis şöbəsinə gedərkən polis əməkdaşları onu saxlayıb, silah gəzdirməkdə şübhəli olduğunu bildirərək, üzərinə və avtomobilinə baxış keçirmişlər. Baxış zamanı o, silahı könüllü olaraq polislərə təhvil vermişdir. Bu səbəbdən də, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xaçmaz rayon X9 Mübariz Qrupunun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 sentyabr 2022-ci il tarixdə saat 00:10 radələrində iş yoldaşı Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ilə Xaçmaz rayonu Hülövlü kəndi ərazisində xidmətdə olduqları zaman Vaz 21074 minik markalı, Az ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin kənd ərazisində yolun kənarında işlək, halda dayanmasını görmüşlər. Həmin avtomobilin yaxınlığından keçən zaman sürücü onları görərək şübhəli hərəkətlər etməyə başlamışdır. Bu zaman onlar diqqətlə baxdıqları zaman həmin şəxsin əlində olan silahı gizlətməyə çalışmasını görmüşlər. Şahid2la birlikdə həmin şəxsə yaxınlaşaraq idarə etdiyi avtomobildə silah və başqa hər hansı qanunsuz əşyalar saxlamasına əsaslı şübhələrimiz yarandığından onu idarə etdiyi avtomobili ilə Xaçmaz RPŞ-nə dəvət etmişlər. Xaçmaz RPŞ-də həmin şəxsin şəxsiyyəti müəyyən edilərkən, onun 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Şahid2 tərəfindən raportla Xaçmaz RPŞ-nin rəhbərliyinə bu barədə məlumat verilmişdir. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya müdafiəçi təqdim edilmişdir. Onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs razılığı ilə yuxarıda qeyd edilən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması, əgər belə bir əşya varsa həmin əşyanı təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs öz idarə etdiyi avtomobilin sol ön qapısına yaxınlaşıb qapını açmış və sürücü oturacağı üzərində olan döşəkçə altından 1 ədəd sandıqçası ilə birlikdə 1 ədəd silahı təqdim etmişdir. Həmin silaha baxılan zaman sandıqçasının boş olması, silahın içərisinin boş olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin silahın Nizam adlı mərhum ana babasından qalmasını bildirmişdir. Bundan sonra həmin avtomobilə baxış keçirilmiş və hər hansı başqa qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs silahın özünə məxsus olub olmaması sual verildiyi zaman Təqsirləndirilən şəxs silahın babasından qalmaqla özünə məxsus olmasını bir daha təsdiq etmişdir. Bundan sonra həmin 1 ədəd sandıqçası ilə birlikdə 1 ədəd silah müstəntiq tərəfindən torbada qablaşdırılar qablaşdırılaraq. möhürlənməklə Təqsirləndirilən şəxs, o və baxışda iştirak edən şəxslər tərəfindən üzəri imzalarla təsdiq edildikdən sonra müvafiq qaydada götürülmüşdür. İş üzrə şahid qismində dindirilmiş Xaçmaz rayon X13 Patrul Xidməti Bölməsinin polis nəfəri, polis serjantı Şahid2 oğlu eyni məzmunlu ifadə verərək Xaçmaz rayon X9 Mübariz Qrupunun əməliyyat müvəkkili Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. X3 isə onların ana babaları olmuşdur. Nizam Mustafayev xx.xx.1992-ci ildə ölmüşdür. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə silah aşkar edilməsini bilir. Lakin ümumiyyətlə Təqsirləndirilən şəxs silahın olmasını. Təqsirləndirilən şəxs aşkar edilmiş silahı haradan və necə əldə etməsini bilməmişdir. Həmin silahı kəndlərində yerləşən baba evlərində görməmişlər. Həmçinin həmin silahın mərhum babaları X2 məxsus olub-olmamasını bilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan cinayət işinə əlavə edilmiş məhkəmə-ballistik ekspertizasının 16 sentyabr 2022-ci il tarixli 3/1213-nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş 7,65 ırım kalibrli olmaqla ‘"50006" nömrəli “CZ 27" modelli tapançadır, yivli-odlu silahdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Bu modelli tapança 1927-1955-ci illər arasında istehsal olunmuşdur. Tədqiqata təqdim edilmiş tapançanın hissələrinin üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməyib. Tədqiqata təqdim edilmiş tapançanın üzərindəki zavod nişanlarında sonradan hər hansı əlavə və dəyişdiklər edilməyib Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet “CZ 27” modelli tapançadan istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, 08 ədəd 7,65 ıum kalibrli patron tutumuna malik olan, funksional əhəmiyyət daşımayan sandıqçadır, döyüş sursatı hesab edilmir, istifadəyə yararlıdır. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus idarə etdiyi Vaz 21074 minik markalı. Az ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi haqqında 01 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, qeyd olunan avtomobilin ön sol, sürücü oturacağı üzərindəki döşəkçənin altından 1 ədəd sandıqçası ilə birlikdə 1 ədəd yivli odlu silah aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin silahın özünə məxsus olmasını, mərhum babasından qalmasını bildirmişdir. Bundan sonra həmin 1 ədəd silah 1 ədəd sandıqçası ilə birlikdə qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən 01 ədəd disk daşıyıcıya tərəfindən təsirləndirilən şəxsin və müdafiəçisinin iştirakı ilə 20 oktyabr 2022-ci il tarixdə baxış keçirilmiş, və müəyyən olunmuşdur ki, Xaçmaz RPŞ-nin İB-nın müstəntiqi, polis baş leytenantı X12 tərəfindən, Xaçmaz RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs məxsus olan Vaz 212174 markalı Az ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi yuxarıda qeyd olunan avtomobildə qanunsuz olaraq silah və qanunla qadağan olunmuş başqa əşya saxlaması barədə Xaçmaz RPŞ-nə məlumat daxil olmuş və həmin avtomobilə baxış keçirilməlidir. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs avtomobildə qanunla qadağan olunmuş hər hansı əşyanın olub olmaması varsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sol ön qapısını açaraq sürücü oturacağı üstünə qoyulmuş döşəkçənin altından bir ədəd silahı çıxararaq avtomobilin üzərinə qoyub təqdim edir. Müstəntiq tərəfindən həmin silahın darağı çıxarılmaqla içərisində güllə olub olmaması yoxlanılır. Silahın üzərində “Modeli 27 Kal.7.65” və “50006" sözləri və hərflərinin həkk olunması müşahidə edilir. Təqsirləndirilən şəxs müstəntiqin müvafiq sualına cavab olaraq həmin silahın mərhum Nizam adlı ana babasından qalmasını, özünün baxış keçirilən günlə eyni gün evindən tapmasını bildirir. Bundan sonra müstəntiq tərəfindən avtomobilə baxış keçirilir və qanunla qadağan olunan hər hansı predmet aşkar edilmir. Aşkar edilmiş silah müstəntiq tərəfindən qablaşdırılır. Müdafiəçi1 Təqsirləndirilən şəxs silahın özünə məxsus olub olmamasını soruşduğu zaman həmin bir daha özünə məxsus olmasını bildirir. Müstəntiq tərəfindən bir ədəd silah götürülür. Videogörüntü dayandırılır. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş zavod üsulu ilə istehsal edilmiş, 7,65 mm kalibrli, “50006" nömrəli, “CZ 27" modelli tapançanın əvvəllər hər hansı cinayət əməlində istifadə edilib edilməməsi və qeydiyyatda olub olmaması barədə sorğu verilməklə müəyyən edilmişdir ki, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilərkən aşkar edilmiş bir ədəd sandıqçası ilə birlikdə bir ədəd zavod üsulu ilə istehsal edilmiş, 7,65 mm kalibrli, ”50006’" nömrəli, “CZ 27" modelli tapanca 24 oktyabr 2022-ci il tarixli və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk tərəfimdən qəbul edilmiş 18 yanvar 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmış, İ ədəd DVD disk cinayət işi materiallarına əlavə edilmiş və 1 ədəd sandıqçası ilə birlikdə 1 ədəd silah saxlanmasından ötrü Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan cinayət işinə əlavə edilmiş DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Hülövlü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 46 nömrəli arayışdan görünür ki, Xaçmaz rayon Hülövlü kəndində atası xx.xx.1957-ci il təvəllüdlü X4 və anası xx.xx.1957-ci il təvəllüdlü X6 ilə birlikdə yaşayır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Hülövlü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 47 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadağı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs son sözündə səsləndirdiyi ifadəsini təhlil edib, bu ifadəsinə tənqidi yanaşaraq aşağıdakı hüquqi qiymət verir: Belə ki, Təqsirləndirilən şəxs sön sözündə demişdir ki, o, tutulmamışdan öncə yaşadığı evin çardağında olarkən parçanın içərisinə bükülmüş vəziyyətdə bir büküm tapmışdır. Həmin bükümdə nə olduğunu bilməmişdir, ona görə ki, açıb içinə baxmamışdır. Bükümü polisə təqdim etmək qərarına gəlmişdir. Gecə saatları olardı. Yolda polis şöbəsinə gedərkən polis əməkdaşları onu saxlayıb, silah gəzdirməkdə şübhəli olduğunu bildirərək, üzərinə və avtomobilinə baxış keçirmişlər. Baxış zamanı o, silahı könüllü olaraq polislərə təhvil vermişdir. Bu səbəbdən də, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi əməli səmimi etiraf etmiş, bununla bağlı etirafedici ifadələr vermiş, müvafiq istintaq hərəkətlərində iştirak etmiş və onları imzalamış, ibtidai istinaq zamanı hər hansı bir vəsatət verməmişdir. Bundan sonra, məhkəmə istintaqı zamanı, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməli səmimi etiraf etmiş, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara qarşı etiraz etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs son sözündə dedikləri həqiqətə uyğun olmayan ifadələrdir. Belə ki, o bildirmişdir ki, çardaqda bükülünü tapdıqdan sonra bükülünü açmadan polisə təhvil vermək qərarına gəlmişdir. Halbuki, bu ağlabatan bir ifadə deyil. Şəxsin öz evində tapdığı bükülüyə baxmadan polisə təhvil verməyi, heç də inandırıcı deyil. Xüsusilə də qeyd edilir ki, tapılan əşya tapançadır. Tapanca dəmirdən hazırlanmış ağır çəkisi olan əşyadır. Hamıya məlum olan spesifik forması var. Heç vaxt əlində tapanca saxlamayan şəxs, parçaya bükülmüş tapancanı əlinə alan kimi, onun çəkisinə, formasına görə rahatlıqla müəyyən edə bilər ki, bükülüdə olan silahdır. Bundan başqa, Təqsirləndirilən şəxs guya tapdığı bükülünü polisə təhvil vermək üçün avtomobilinə qoyması da inandırıcı deyil. Ona görə ki, Təqsirləndirilən şəxs polisə getmədən, dərhal DİN-in 102 xidmətinə zəng vurub məlumat verə bilərdi. Onun 102 xidməti barədə məlumatın olmaması da məhkəmə tərəfindən tənqidi qəbul edilir. Silahın patronlarının olmaması da, heç də məsuliyyətdən azad edən hal hesab edilə bilməz. Məhkəmə ekspert rəyini əsas götürərək, hesab edir ki, silahın atəşə yararlı olması, məsuliyyətin yaranması üçün əsasdır. Silahın könüllü təqdim edilməsinə gəldikdə isə, məhkəmə vurğulayır ki, “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 may 2005-ci il tarixli Qərarının 14-cü bəndində yazılır ki, Odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları könüllü surətdə təhvil verən şəxsin, əgər onun əməlində başqa cinayət əməllərinin tərkibi yoxdursa, CM-nin 228-ci maddəsi ilə məsuliyyət daşımır. Sadalanan predmetlərin könüllü surətdə təhvil vermə dedikdə, həmin predmetləri istədiyi kimi sərəncam vermək imkanına malik olan şəxsin motivindən asılı olmayaraq, bu predmetlərin təqdim edilməsi və ya onların saxlandığı yer barədə məlumat verməsi başa düşülməlidir. CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan predmetlərin həm şəxsin öz təşəbbüsü ilə, həm də digər şəxslərin məsləhəti əsasında eləcə də müəyyən növ silahı təhvil verməni vətəndaşların öhdəliyi qismində müəyyən edən müvafiq hakimiyyət orqanlarının tövsiyyəsinə görə təhvil verilməsi onları könüllü təhvil vermə hesab olunur. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il 8 №li qərarın 25-ci bəndin 2-ci abzasında könüllü təqdim etmə ifadəsinə aşağıdakı anlayış verilir: Şəxsin tutulan zaman, habelə narkotik vasitənin və psixotrop maddənin aşkar edilib götürülməsi məqsədilə istintaq hərəkətləri aparılarkan bu hərəkətləri aparan müvafiq vəzifəli şəxsin təklifi ilə və artıq bu hərəkətlərlə əlaqədar narkotik vasitələrə sərəncam vermək imkanının olmadığını dərk etməsi nəticəsində özündə olan və ya istintaq hərəkətinin aparıldığı məkanda saxlanılan narkotik vasitəni (psixotrop maddəni, prekursoru, narkotik vasitələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddəni) təhvil verməsi təqsirkarın barəsində CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinin və ya CMin 240-cı maddəsinin qeydinin 2-ci bəndinin tətbiq edilməsinə əsas vermir. İş materialları ilə sübuta yetirilir ki, polis əməkdaşları Təqsirləndirilən şəxs yaxınlaşıb, ona vəkilin iştirakı ilə üzərinə və avtomobilinə baxış keçirəcəklərini bildirdikdən sonra, Təqsirləndirilən şəxs avtomobilində saxladığı silahı polislərə təqdim etməsi artıq könüllü təqdim etmə kimi qiymətləndirilə bilməz. Ona görə ki, Təqsirləndirilən şəxs həmin anda silahın təqdim etmədiyi təqdirdə axtarış nəticəsində polislər tərəfindən tapılacağını dərk etmiş və artqı silah üzərində sərəncam vermək imkanının olmadığını başa düşmüşdü. Beləliklə də, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadələri, axtarışın videogörüntü ilə aparılması, şahid ifadələri və ekspert rəyləri və digər materiallarla dair sübutlara qarşı yalnız özünü təqsirli bilməməsi və bu sübutlara qarşı hər hansı bir təkzibedici sübutların təqdim edilməməsi məhkəmə tərəfindən belə qiymətləndirilir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı məhkəmə istintaqı zamanı qəbul etməməsi özünümüdafiə xarakterli ifadədir və cinayət məsuliyyətindən kənarda qalması məqsədi daşıyır. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tapdığı silahı gəzdirməməsi, onu polisə aparıb təhvil vermək niyyətinin olmasını yuxarıda sadalanan sübutlarla təkzib olunmuşdur. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 228.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilən cəzanı yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında 01 sentyabr 2022-ci il (saat 00:40) tarixli qərardan və həmin tarixli protokoldan, müstəntiqin 02 sentyabr 2022-ci il tarixli (saat 00:05) qərarından görünür ki, 02 sentyabr 2022-ci il tarixdə həbsdən azad edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 sentyabr 2022-ci il tarixdən 02 sentyabr 2022-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 01 (bir) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 28 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Maddi sübutlar olan Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş 01 ədəd sandıqçası ilə birlikdə 7,65 mm kalibrli, ”50006’" nömrəli, “CZ 27" modelli tapança hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, şəxsi axtarış zamanı aparılmış videoçəkilişin bir ədəd diski cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 64 (altmış dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X5, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azrbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 sentyabr 2022-ci il tarixdən 02 sentyabr 2022-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 01 (bir) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin müddəti 28 yanvar 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutlar olan Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş 01 ədəd sandıqçası ilə birlikdə 7,65 mm kalibrli, ”50006’" nömrəli, “CZ 27" modelli tapança hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin, şəxsi axtarış zamanı aparılmış videoçəkilişin bir ədəd diski cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 64 (altmış dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X5, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №1(067)-16/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-16/2025
28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver