Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-160/2022 23.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10 , dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayonu vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 9D, mənzil 19-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 01 iyul 2022-ci il tarixdə, saat 15:30 radələrində işıqlı və quru hava şəraitində etibarnamə ilə idarə etdiyi «Mercedes Benz E280» markalı, ** DH *** qeydiyyat nişanlı avtomobili idarə edib Quba- Xaçmaz avtomobil yolu ilə Xaçmaz şəhəri istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 51-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, eyni istiqamətdə hərəkətdə olan relssiz nəqliyyat vasitəsini sol tərəfdən ötməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tədbirlərinə riayət etməyib həmin yolun Xaçmaz rayonu, Bayoba kəndi ərazisindən keçən 8-ci km-də qarşısında hərəkətdə olan avtomobili sağ yan tərəfdən ötdükdən sonra avtomobili yolun əks hərəkət zolağına çıxarıb sağ yan tərəfini yolun sol kənarında olan ağaca vurmuş, nəticədə ehtiyatsızlıqdan «Mercedes Benz E280» markalı avtomobildə sərnişin olmuş arvadı X2 gözlərin ağlı qişası və birləşdirici toxumasında qansızma, başın sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, başın yumşaq toxumalarının alt səthində sağ təpə nahiyəsində qansızma baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızma, boyun, döş və qarın hissədə yumşaq toxumalar altında qansızma kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alıb ölməsi və həmin avtomobildə sərnişin olmuş Zərərçəkmiş şəxs çanaq orqanlarının funksiyasının pozulması və aşağı ətraflarda hərəki-hissiyat pozğunluğu ilə nəticələnən 12-ci döş fəqərəsinin cisminin qəlpəli qapalı sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alması ilə nəticələnən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına və ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onlar Xaçmaz rayonuna toya getmək üçün yaşadıqları Sumqayıt şəhərindən avtomobili ilə çıxaraq H.Z.Tağıyev qəsəbəsində yaşayan qayınata və qayınansını götürərək Xaçmaz rayonunda kəndə, yəni toy sahibinin evinə gəlmişlər. Sonra isə o və qayınatası həmin evdən çıxaraq şadlıq sarayına getmiş, arvadı Lalə və qayınanası Rəisə toy sahibinin evində qalmışlar. Sonradan isə o, yenidən geri qayıdaraq arvadı və qayınanasını həmin evdən götürüb gəlin və bəyin şadlıq sarayına gətirilməsində iştirak edən avtomobillərlə birlikdə o da öz avtomobili ilə şadlıq sarayına qayıtmağa başlamışdır. O, gəlinin olduğu avtomobilin sağı ilə, həmin avtomobillə yanaşı normal sürətlə hərəkətdə olmuş, videokamera ilə toyu çəkən avtomobilin qarşıya keçməsi üçün gəlinin olduğu avtomobil bir qədər ona tərəf yaxınlaşdığından o da avtomobilini bir qədər də sağa istiqamətləndirmiş, o, avtomobilinin yolun hərəkət hissəsindən kənara çıxdığını görərək sağ tərəfdən ötmə əməliyyatı etmiş və avtomobili sürüşərək yolun sol hissəsinə istiqamətlənib ağaca dəyərək qəza baş vermiş, nəticədə arvadı Lalə vəfat etmişdir. Həmçinin bildirmişdir ki, qəza nəticəsində onun arvadı ölmüş, onların həmin vaxt, iki aya yaxın olmuşdur ki, uşaqları doğulmuşdur. Hazırda isə körpə uşağı onun yanında qalır. Törətdiyi cinayət əməlinə görə peşmandır. O, törətdiyi həmin əmələ görə mənəvi cəza çəkdiyini, məhkəmə tərəfindən təyin ediləcək cəza onun vəziyyətini daha da ağırlaşdıracağını bildirərək barəsində şərti cəza təyin edilməsini xahiş etmişdir. Həmçinin ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 9D, mənzil 19-da yaşayır. Sumqayıt şəhərində yerləşən «Gilan Tekstil» fabrikində baş operator işləyir. Onun özünə məxsus «Mercedes Benz E280» markalı, ** DH *** qeydiyyat nişanlı avtomobili olmuşdur və o özünə məxsus həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. Nəqliyyat vasitəsini idarə etmək üçün isə onun «BC» dərəcəli sürücülük vəsiqəsi var. 01 avqust 1995-ci il təvəllüdlü Abdullayeva (Bağırova) Lalə Əlimərdan qızı onun arvadı idi. O, Lalə ilə 2021-ci ilin iyul ayında evlənmişdir. Onun Lalə ilə olan nikahından 18 may 2022-ci il təvəllüdlü Musa adlı oğlu vardır. Arvadı Lalənin X19 rayonunun Hacıəlibəy kəndində yaşayır. 01 iyul 2022-ci ildə Eyzan Xaçmaz rayonunun Yergüc kəndi ərazisində, Xaçmaz-Quba avtomobil yolunun kənarında yerləşən «İntizar» şadlıq sarayında qızı üçün toy məclisi keçirmiş və onlar da ailəlikcə həmin məclisə dəvət olunmuşlar. Qayınatası Əlimərdan və qayınanası Rəisə də həmin toy məclisinə dəvət olunduqları üçün bir gün əvvəl onlar razılaşmışlar ki, 01 iyul 2022-ci il tarixdə onun idarə etdiyi «Mercedes Benz E280» markalı, ** DH *** qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonunun Hacıəlibəy kəndinə gəlsinlər. 01 iyul 2022-ci il tarixdə, təxminən saat 09:30 radələrində mərhum arvadı Lalə gəlib onun idarə etdiyi «Mercedes Benz E280» markalı avtomobilə əyləşdikdən sonra o, avtomobili idarə edib Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə qayınatasının yaşadığı evin qarşısına gəlmiş və qayınatası ilə qayınanası evdən çıxıb onun avtomobilinə əyləşdikdən sonra onlar Xaçmaz rayonuna yola düşmüşlər. Xaçmaz rayonunun Hacıəlibəy kəndinə gələrkən qayınatası avtomobildə ön sağ oturacaqda, qayınanası ilə arvadı Lalə arxa oturacaqda əyləşmişlər, o özü isə sükan arxasında əyləşib avtomobili idarə etmişdir. Təxminən saat 13:30 radələrində onlar Xaçmaz rayonunun Hacıəlibəy kəndinə, Lalənin xalası Eyzanın yaşadığı evin qarşısına çatmışlar. Evin qarşısında avtomobildən düşüb qohumlarla görüşdükdən sonra qayınanası Rəisə ilə Lalə Eyzanın evində qalmışlar, onunla qayınatası Əlimərdan isə onun avtomobili ilə «İntizar» şadlıq sarayına getmişlər. Qaynatası ilə birlikdə bir saata yaxın «İntizar» şadllıq sarayında qalmışlar, sonra isə onun avtomobilinə əyləşib Hacıəlibəy kəndinə, Eyzanın yaşadığı evin qarşısına getmişlər. Təxminən saat 15:15 radələrində Eyzanın evindən gəlini çıxarıb avtomobilə əyləşdirdikdən sonra qayınatası, qayınanası və mərhum arvadı Lalə gəlib onun avtomobilinə əyləşmişlər. Həmin vaxt ön sağ oturacaqda qayınatası, arxa oturacaqda Lalə qayınatasının arxasında, qayınanası Rəisə onun arxasında əyləşmiş, o özü isə sükan arxasında əyləşib avtomobili idarə etmişdir. Hacıəlibəy kəndində əvvəlcə məhəlləarası yolla hərəkət etmişlər, sonra isə sola dönüb Quba-Xaçmaz avtomobil yolu ilə hərəkət edərək «İntizar» şadlıq sarayı istiqamətində getmişlər. Gəlinin əyləşdiyi avtomobil öndə, digər avtomobillər isə ondan arxada hərəkət etmişlər. Təxminən saat 15:30 radələrində Quba-Xaçmaz avtomobil yolunun Xaçmaz rayonu, Bayoba kəndi ərazisindən keçən hissəsinə çatanda o, bir qədər sürəti artırıb gəlinin əyləşdiyi avtomobilin sağ yan tərəfi ilə hərəkət etmişdir. Həmin anda gəlinin əyləşdiyi avtomobil sağa istiqamətlənib ona tərəf gəlmiş və o, gəlinin əyləşdiyi avtomobillə toqquşmamaq üçün yolun sağ hərəkət zolağından kənara çıxıb daşlıq hissə ilə hərəkət edərək avtomobilin sürətini artırıb gəlinin əyləşdiyi avtomobili sağ yan tərəfdən keçmək istəmişdir. Avtomobilinin sürətini artırıb gəlinin əyləşdiyi avtomobili keçmək istəyərkən idarəetməni itirmiş və avtomobili sola istiqamətlənib yolun sol kənarına çıxmış və həmin anda avtomobilinin sağ yan tərəfi yolun sol kənarında olan ağaca çırpılaraq dayanmışdır. Zərbədən o, boyun nahiyəsində bərk ağrı hiss edib huşunu itirmiş və özünə gələndə görmüşdür ki, onu başqa avtomobillə aparırlar. O, hadisə yerinə qayıtmaq istədiyini bildirmiş və avtomobildə olan şəxslər geri qayıdıb onu hadisə yerinə gətirmişlər. Hadisə yerində olarkən o, yenidən huşunu itirmiş və özünə gələndə görmüşdür ki, Xaçmaz rayon mərkəzi xəstəxanasındadır. Xaçmaz RMX-da olarkən o, Lalənin öldüyünü bilməmiş və həmin gün onu təcili tibbi yardım avtomobili ilə Sumqayıt şəhər xəstəxanasına aparmışlar. Sumqayıt şəhər xəstəxanasında o, yenidən tibbi müayinədən keçirilmiş, səhəri gün isə evə buraxılmışdır. Xəstəxanadan çıxıb evə gələndə bilmişdir ki, yol nəqliyyat hadisəsi zamanı arvadı Lalə aldığı bədən xəsarətlərindən ölmüşdür və onun meyiti yaşadıqları evə gətirilmişdir. Həmin gün onlar Lalənin meyitini aparıb Sumqayıt şəhər qəbirstanlığında dəfn etmişlər. Gəlinin əyləşdiyi avtomobili sağ yan tərəfdən ötüb keçmək istəyərkən o, avtomobili saatda 60-70 km sürətlə idarə etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 5, mənzil 29-da yaşayır. Sosial Quruculuq İstehsalat Birliyində fəhlə işləyir. 01 avqust 1995-ci il təvəllüdlü Abdullayeva (Bağırova) Lalə Əlimərdan qızı onun qızı idi. Qızı Lalə 2021-ci ilin iyul ayında Sumqayıt şəhərində yaşayan Təqsirləndirilən şəxs ilə evlənmişdir. Mərhum qızı Lalənin Zaminlə olan nikahından 18 may 2022-ci il təvəllüdlü Musa adlı oğlu vardır. X18 rayonunun Hacıəlibəy kəndində yaşayır. 01 iyul 2022-ci ildə X18 rayonunun Yergüc kəndi ərazisində, Xaçmaz-Quba avtomobil yolunun kənarında yerləşən «İntizar» şadlıq sarayında qızı üçün toy məclisi keçirmiş və onlar da ailəlikcə həmin məclisə dəvət olunmuşlar. Qızı Lalə də həmin toy məclisinə dəvət olunduğu üçün 30 iyun 2022-ci il tarixdə onlar razılaşmışlar ki, 01 iyul 2022-ci il tarixdə qızı Lalənin əri Zaminin idarə etdiyi «Mercedes Benz E280» markalı, ** DH *** qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonunun Hacıəlibəy kəndinə gəlsinlər. 01 iyul 2022-ci il tarixdə, təxminən saat 10 radələrində Zamin idarə etdiyi «Mercedes Benz E280» markalı avtomobillə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə onların yaşadıqları evin qarşısına gəlmiş və əri Əlimərdanla birlikdə evdən çıxıb avtomobilə əyləşəndə görmüşdür ki, qızı Lalə də avtomobildə arxa oturacaqda əyləşib. O, avtomobildə arxa oturacaqda, əri Əlimərdan isə ön sağ oturacaqda əyləşdikdən sonra Zamin avtomobili idarə edib Xaçmaz rayonu istiqamətində gəlmişdir. Təxminən saat 13:30 radələrində onlar Xaçmaz rayonunun Hacıəlibəy kəndinə, bacısı Eyzanın yaşadığı evin qarşısına çatmışlar. Evin qarşısında avtomobildən düşüb qohumlarla görüşdükdən sonra onunla qızı Lalə bacısı Eyzanın evində qalmışlar. Əlimərdanla Zamin qayıdıb «İntizar» şadlıq sarayına getmişlər, bir saata yaxın vaxt keçdikdən sonra isə Əlimərdanla Zamin qayıdıb Hacıəlibəy kəndinə, bacısı Eyzanın yaşadığı evin qarşısına gəlmişlər. Təxminən saat 15:15 radələrində bacısının evindən gəlini çıxarıb avtomobilə əyləşdirdikdən sonra onunla qızı Lalə də gəlib Zaminin avtomobilinə əyləşmişlər. Həmin vaxt Əlimərdan ön sağ oturacaqda, Lalə arxa oturacaqda Əlimərdanın arxasında, o özü Zaminin arxasında əyləşmiş, Zamin isə sükan arxasında əyləşib avtomobili idarə etmişdir. Hacıəlibəy kəndində əvvəlcə məhəlləarası yolla hərəkət etmişlər, sonra isə sola dönüb Quba-Xaçmaz avtomobil yolu ilə hərəkət edərək «İntizar» şadlıq sarayı istiqamətində getmişlər. Gəlinin əyləşdiyi avtomobil öndə, digər avtomobillər isə ondan arxada hərəkət etmişlər. Təxminən saat 15:30 radələrində Quba-Xaçmaz avtomobil yolunun Xaçmaz rayonu, Bayoba kəndi ərazisindən keçən hissəsinə çatanda bilmədiyi səbəbdən Zamin avtomobili sağa istiqamətləndirib yolun sağ hərəkət zolağından kənara çıxmış və yolun sağ kənarında olan daşlıq hissə ilə hərəkətini davam etdirib qarşısında hərəkətdə olan iki avtomobili keçdikdən sonra gəlinin əyləşdiyi avtomobilin bərabərinə çatmışdır. Zamin gəlinin əyləşdiyi avtomobili də sağ tərəfdən ötüb keçdikdən sonra avtomobili sola istiqamətləndirib yolun sağ hərəkət zolağına qayıtmaq istəyəndə idarəetməni itirib avtomobili kəskin şəkildə sola istiqamətləndirərək yolun sol kənarına çıxmış və həmin anda avtomobilin sağ yan tərəfi yolun sol kənarında olan ağaca çırpılaraq dayanmışdır. O, bel nahiyəsində bərk ağrı hiss edib tərpənə bilməmişdir. Sonra onların yanına başqa adamlar gəlmişlər və onunla Laləni avtomobildən çıxarmışlar. O, əllərini hərəkət etdirə və danışa bilmiş, Lalə isə özünü hiss etməmiş və tamamilə hərəkətsiz halda olmuşdur. Sonra hadisə yerinə təcili-tibbi yardım avtomobili gəlib onu, Zamini və Laləni Xaçmaz RMX-na gətirmişdir. Xaçmaz RMX-da həkimlər Laləni müayinə etdikdən sonra onun vəziyyətinin ağır olduğunu bildirərək Laləni təcili tibbi yardım avtomobili ilə Sumqayıt şəhərində olan xəstəxanaya yola salmışlar, o özü Xaçmaz rayon mərkəzi xəstəxanasında qalmış, səhəri gün isə o, Sumqayıt Hospitala aparılmışdır. Sumqayıt Hospitalda olarkən həkimlər onu müayinə edib 12-ci döş fəqərəsinin sındığını bildirmişlər, 03 iyul 2022-ci il tarixdə isə Sumqayıt Hospitalın həkimləri tərəfindən onun üzərində cərrahi əməliyyat aparılmışdır. Bir neçə gün keçdikdən sonra isə bilmişdir ki, qızı Lalə aldığı bədən xəsarətlərindən ölmüşdür və onun meyiti Sumqayıt şəhər qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş zərərçəkmiş şəxs Abdullayeva (Bağırova) Lalə Əlimərdan qızının hüquqi varisi X5 ifadəsindən müəyyən edilir ki, o, valideynləri ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 5, mənzil 29-da yaşayır. 01 avqust 1995-ci il təvəllüdlü Abdullayeva (Bağırova) Lalə Əlimərdan qızı onun bacısı idi. Onun qardaşı və Lalədən başqa bacısı olmamışdır. Bacısı Lalə 2021-ci ilin iyul ayında Sumqayıt şəhərində yaşayan Təqsirləndirilən şəxs ilə evlənmişdir. Mərhum bacısı Lalənin Zaminlə olan nikahından 18 may 2022-ci il təvəllüdlü Musa adlı oğlu vardır. X19 rayonunun Hacıəlibəy kəndində yaşayır. 01 iyul 2022-ci ildə X19 rayonunun Yergüc kəndi ərazisində yerləşən «İntizar» şadlıq sarayında qızı üçün toy məclisi keçirmiş və anası ilə atası da həmin məclisə dəvət olunmuşlar. Bacısı Lalə də həmin toy məclisinə dəvət olunduğu üçün 30 iyun 2022-ci il tarixdə anası ilə atası bacısı Lalənin əri Zaminlə razılaşmışlar ki, 01 iyul 2022-ci il tarixdə Zaminin idarə etdiyi «Mercedes Benz E280» markalı, ** DH *** qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonunun Hacıəlibəy kəndinə getsinlər. 01 iyul 2022-ci il tarixdə, təxminən saat 10 radələrində Zamin idarə etdiyi «Mercedes Benz E280» markalı avtomobillə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə, onların yaşadığı evin qarşısına gəlmiş və atası ilə anası birlikdə evdən çıxıb Zaminin idarə etdiyi «Mercedes Benz E280» markalı, ** DH *** qeydiyyat nişanlı avtomobilə əyləşib Xaçmaz rayonunun Hacıəlibəy kəndinə yola düşmüşlər. 01 iyul 2022-ci il tarixdə, təxminən saat 16-17 radələrində atası zəng vurub ona demişdir ki, şadlıq sarayına gedərkən Zamin idarə etməni itirib avtomobili ağaca vurmuşdur və bacısı Lalə aldığı bədən xəsarətlərindən ölmüşdür. Danışdığı vaxtdan 4-5 saat sonra atası evə gələndə o bilmişdir ki, hadisə zamanı anası da xəsarət almışdır və o, Xaçmaz rayon mərkəzi xəstəxanasındadır. Həmin gün bacısı Lalənin meyiti Sumqayıt şəhərinə, yaşadıqları evə gətirilmiş, səhəri gün isə Lalənin meyiti aparılıb Sumqayıt şəhər qəbirstanlığında dəfn edilmişdir. Bacısı Lalə dəfn edildiyi gün anası da Sumqayıt şəhərində yerləşən Sumqayıt Hospitala gətirilmişdir. Sumqayıt Hospitalda olarkən həkimlər anasını müayinə edib 12-ci döş fəqərəsinin sındığını bildirmişlər, 03 iyul 2022-ci il tarixdə isə Sumqayıt Hospitalın həkimləri tərəfindən anası üzərində cərrahi əməliyyat aparılmışdır. Məhkəmə istintaqı zamanı Şahid ifadəsində göstərdi ki, o, arvadı Rəisə, qızı Lalə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili ilə birlikdə şadlıq sarayına gedən avtomobil karvanı ilə gedərkən Zamin avtomobili yolun hərəkət hissəsindən bir qədər kənarla, sağ tərəfi ilə idarə etmiş və Zamin avtomobili ötüb keçərək yolun hərəkət hissəsinə çıxamq istəyəndə Zaminin avtomobili sürüşmüş və sol tərəfə istiqamətlənərək avtomobilin yan tərəfi ağaca çırpılmışdır. Bu, ani olaraq baş vermişdir. Orada insanlar yaxınlaşaraq onlara köməklik etmiş, qızı Lalənin vəziyyəti isə pis olmuşdur. Laləni təcili-tibbi yardım avtomobili ilə Xaçmaz RMX-yə aparmışlar, həkimlər Lalənin vəziyyəti ağır olduğundan sonuncunu təcili-tibbi yardım avtomobili ilə Sumqayıt şəhərində olan xəstəxanaya yola salmışlar. Lakin Lalə Sumqayıt şəhərinə aparılarkən yolda ölmüşdür. Həmçinin bildirmişdir ki, hadisə günü, həmçinin toyda olarkən təqsirləndirilən şəxs spirtli içki qəbul etməmişdir. İş materiallarında olan 01 iyul 2022-ci il tarixli raportdan müəyyən edilir ki, həmin tarixdə, saat 16:40 radələrində Xaçmaz RMX-nin tibb bacısı Əliyeva Xaçmaz RPŞ-nin növbətçi hissəsinə zəng edərək iş üzrə zərərçəkmiş şəxs Lalə Abdullayevanın (Bağırova) “ağır qapalı kəllə-beyin travması, baş-beyin əzilməsi, sağ körpücük sümüyünün qapalı sınığı, komatoz vəziyyət, (ölüm)” diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. Onu gətirənlərin deməsinə görə o, Xaçmaz rayonu, Quba-Xaçmaz avtomobil yolunda yol-nəqliyyat hadisəsi zamanı xəsarətlər almışdır. İş materiallarında olan 01 iyul 2022-ci il tarixli raportdan müəyyən edilir ki, həmin tarixdə, saat 18:20 radələrində Xaçmaz RMX-nin tibb bacısı Əliyeva Xaçmaz RPŞ-nin növbətçi hissəsinə zəng edərək iş üzrə Təqsirləndirilən şəxs Əlimərdan oğlunun “C altı fəqərənin arxa çıxıntısının qapalı sınığı” diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. Xəstənin deməsinə görə o, Xaçmaz rayonu, Quba-Xaçmaz avtomobil yolunda yol-nəqliyyat hadisəsi zamanı xəsarət almışdır. İş materiallarında olan 01 iyul 2022-ci il tarixli raportdan müəyyən edilir ki, həmin tarixdə, saat 18:22 radələrində Xaçmaz RMX-nin tibb bacısı Əliyeva Xaçmaz RPŞ-nin növbətçi hissəsinə zəng edərək iş üzrə Zərərçəkmiş şəxs “12-ci döş qəfəsinin kamperesion sınığı” diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. Xəstənin deməsinə görə o, Xaçmaz rayonu, Quba-Xaçmaz avtomobil yolunda yol-nəqliyyat hadisəsi zamanı xəsarət almışdır. İş materiallarında olan 01 iyul 2022-ci il tarixli raportdan müəyyən edilir ki, həmin tarixdə, saat 18:24 radələrində Xaçmaz RMX-nin tibb bacısı Əliyeva Xaçmaz RPŞ-nin növbətçi hissəsinə zəng edərək Şahid “boyun nahiyəsinin əzilməsi” diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. Xəstənin deməsinə görə o, Xaçmaz rayonu, Quba- Xaçmaz avtomobil yolunda yol-nəqliyyat hadisəsi zamanı xəsarət almışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 01 iyul 2022-ci il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən müəyyən edilir ki: Hadisənin baş verdiyi yer Xaçmaz-Quba avtomobil yolunun Xaçmaz rayonu, Bayoba kəndi ərazisindən keçən 8-ci km-dir. Hadisə yerinin baxışı şərti olaraq Xaçmaz şəhəri istiqamətində aparılmışdır. Hadisənin baş verdiyi yerdə yolun hərəkət hissəsi asfalt-beton örtüklü, quru, hamar, çala-çuxursuz olmaqla nəqliyyat vasitələrinin iki tərəfli hərəkəti üçün nəzərdə tutulmuşdur və yolun hər iki tərəfi ağaclarla əhatə olunmuşdur. Həmin yerdə yolun hərəkət hissəsinin eni 7,7 metrdir. Sağ ehtiyat hissənin eni 1,6 metr, sol ehtiyat hissənin eni isə 1,4 metrdir. Yolun sol kənarında sağ yan tərəfi ağaca dəymiş “Mercedes Benz E280” markalı, ** DH *** qeydiyyat nişanlı avtomobil vardır. “Mercedes Benz E280” markalı avtomobilin sağ arxa qapısı deformasiyaya uğramışdır. Hadisə ərəfəsində “Mercedes Benz E280” markalı, ** DH *** qeydiyyat nişanlı avtomobil Xaçmaz-Quba avtomobil yolu ilə Xaçmaz şəhəri istiqamətində hərəkətdə olmuşdur. Avtomobil texniki cəhətdən saz olmuş və avtomobildə yük olmamışdır. Hadisənin baş verdiyi yer yaşayış məntəqəsi deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2022-ci il tarixli, 8/2278 saylı ekspert rəyindən müəyyən edilir ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Mercedes-Benz E280” markalı, 50DH703 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs nərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 51-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 publik hüquqi şəxsin Quba rayon şöbəsinin 22 iyul 2022-ci il tarixli, 595 saylı ekspert rəyindən müəyyən edilir ki, 1964-cü il təvəllüdlü Şahid məhkəmə-tibbi ekspertizası və raport-arayışdakı məlumatlar əsasında – onun bədəni üzərində aşkar olunan xəsarət – boyun nahiyəsində yumşaq toxumaların əziyi küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 01 iyul 2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 publik hüquqi şəxsin Quba rayon şöbəsinin 22 iyul 2022-ci il tarixli, 596 saylı ekspert rəyindən müəyyən edilir ki, 1968-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası və xəstəlik tarixindən çıxarışdakı məlumatlar əsasında – onun bədəni üzərində aşkar olunan xəsarətlər – çanaq orqanlarının funksiyasının pozulması və aşağı ətraflarda hərəki-hissiyyat pozğunluğu ilə nəticələnən 12-ci döş fəqərəsinin cisminin qəlpəli qapalı sınığı küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 01 iyul 2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükə törətdiyindən sağlamlığa ağır zərərvurmaya aiddir. İş materiallarında olan X2 meyitinin xarici müayinəsinin keçirilməsi haqqında 01 iyul 2022-ci il tarixli protokoldan müəyyən edilir ki, meyit qadın cinsli olub düzgün bədən quruluşlu, yaxşı köklükdədir, boyunun uzunluğu isə 155 sm-dir. Meyitə əllə toxunduqda soyuqdur, dəri örtüyü solğundur. Meyit qıcıması bütün əzələlərində yaxşı inkişaf etmişdir. Meyit ləkələri bədənin arxa səthini tutmaqla bənövşəyi rəngdədir, barmaqla basdıqda avazıyır və tez də bərpa olunur. Gözləri qapalıdır, gözlərin ağlı qişası və birləşdirici toxuması bozumtul-ağdır, tək-tək tünd qırmızı nöqtəvari qansızmalar qeyd edilir. Burun sümükləri və qığırdaqları tamdır, burun dəlikləri və qulaq keçəcəkləri sərbəstdir, təmizdir, ağzı bağlıdır, dil ağız boşluğundadır. Üst və alt çənədə dişləri təbiidir, zədəsizdir. Boyun adi uzunluqda və yoğunluqdadır, patoloji hərəkətsizdir. Döş qəfəsi simmetrik və silindirikdir, əllədikdə qabırğaların tamlığının pozulması qeyd edilmir. Qarnı döş qəfəsi səviyyəsindən çox hündürdür, bir qədər gərgindir. Xarici cinsiyyət üzvləri qadın cinsinə uyğun düzgün formalaşmış və inkişaf etmişdir. Arxa keçəcək bağlıdır, təmiz və zədəsizdir. Ətraf sümüklərinin tamlığı əllədikdə pozulmamışdır. Meyitin xarici müayinəsi zamanı bədəni üzərində başın sağ təpə nahiyəsində kənarları nahamar, qurtaracaqları küt, tünd qırmızı qanlı ifrazatla, sümük toxumasına qədər dərinliyi olan qeyri-müəyyən 3,5.x0,2 sm ölçüdə yara, sol qulaqaltı sahədə qeyri-müəyyən formada, tünd qırmızı rəngdə 4x2 sm ölçüdə sıyrıq vardır. Meyitin bədən səthində qeyd olunanlardan başqa digər xəsarətlər aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Quba rayon şöbəsinin 01 iyul 2022-ci il tarixli, 33 saylı ekspert rəyindən müəyyən edilir ki, 1995-ci il təvəllüdlü X3 meyitinin məhkəmə-tibbi ekspertizası və məhkəmə-kimyəvi müayinənin cavabı əsasında aşağıdakı nəticəyə gəlinmişdir: 1. X1 meyitinin xarici müayinəsi zamanı gözlərin ağlı qişası və birləşdirici toxumasında qansızma, başın sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, daxili müayinəsi zamanı başın yumşaq toxumalarının alt səthində sağ təpə nahiyəsində qansızma baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızma, boyun, döş və qarın hissədə yumşaq toxumalar altında qansızma aşkar edilmişdir ki, bunlar da həyati olub ölümündən az əvvəl yetirilməyə uyğundur, 01 iyul 2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə canlı şəxslərdə birlikdə həyat üçün təhlükə törətmələrinə görə sağlamlığa Ağır zərərvurma əlamətlərinə malikdir. 2. Mərhum L.Ə.Abdullayevanın meyitindən götürülən qanda məhkəmə-kimyəvi müayinə zamanı qanda etil spirti və narkotik maddələr aşkar olunmamışdır. 3. Mərhum L.Ə.Abdullayevanm ölümünə səbəb baş vermiş yol-nəqliyyat qəzası nəticəsində başın küt travmasından törənən baş beyin toxumasına qansızma olmuşdur, ölüm meyit müayinə edilən vaxtdan 4-6 saat əvvəl baş verməyə uyğundur. İş materiallarında olan verilmə tarixi xx.xx.2019-cu il, etibarlılıq müddəti xx.xx.2029-cu ilədək olan “BC” kateqoriyalı, AF 702777 nömrəli sürücülük vəsiqəsinin təsdiqlənmiş surətindən və Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman sürücülük hüququ olmuşdur. İş materiallarında olan 01 iyul 2022-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən heç bir sərxoşluq halında olmamışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin təsdiqlənmiş surətindən müəyyən edilir ki, hazırkı cinayət işi üzrə cinayət hadisəsinin törədildiyi nəqliyyat vasitəsi “MERCEDES E280” markalı, ** DH *** dövlət qeydiyyat nişanlı avtomobildir, qeydiyyat üçün əsas alqı-satqı müqaviləsi olmuş, həmin avtomobilin sahibi X6r. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 7E-16782 nömrəli, nəqliyyat vasitəsini idarə etmək barədə etibarnamənin təsdiqlənmiş surətindən müəyyən edilir ki, “MERCEDES E280” markalı, ** DH *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətçisi X9 tərəfindən iş üzrə Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə edilməsi üçün 10 il müddətinə verilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 51-ci maddəsinin 2-ci hissəsinə əsasən, relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir. Lakin sürücüsü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazımdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 №-li Qərarının 3-cü bəndində izah edilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 4-cü bəndində izah edilir ki, Azərbaycan Respublikası CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 17-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CMnin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndində izah edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X4 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sumqayıt şəhər Mənzil-Kommunal Təsərrüfatı İB-nin 9 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan, şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən və iş materiallarına əlavə edilmiş həmin MKS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il təvəllüdlü olmaqla bir azyaşlı uşağı var və həmin uşaq Təqsirləndirilən şəxs arvadı X7 öldükdən sonra Təqsirləndirilən şəxs himayəsindədir. İş materiallarında olan həmin MKS tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində MKS-ə heç bir şikayət ərizəsi daxil olmamışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 notarial qaydada tərtib (təsdiq) edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən edilir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada tərtib (təsdiq) edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən, həmçinin məhkəmə iclası zamanı təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən edilir ki, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə qeyd edir ki, yalnız cinayət qanunu normalarının tələblərinə əməl olunmaqla təyin edilmiş, həm təqsirkara münasibətdə, həm də obyektiv müşahidəçinin baxışında ədalətli olan cəza öz sosial təyinatını səmərəli şəkildə yerinə yetirə, cinayət törətmiş şəxsə münasibətdə islahedici, digər şəxslərə münasibətdə xəbərdaredici rolunu oynaya bilər. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etməni təyin edərkən, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Birlikdə götürülməklə şərti məhkumetmə və cəza təyinetmənin ümumi əsaslarına dair normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmənin tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilənbütün halların məcmusundan, o cümlədən, cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Təsvir edilən cinayət-hüquqi normalardan göründüyü kimi, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsaslarınvə bu əsaslarla uzlaşan hər bir təqsirkara şəxsə aid konkret faktiki halların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan az ağır olmaqla ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkən şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Мəhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını və cinayət əməlinin törədilməsi şəraitini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi məqsədə müvafiqdir. Qeyd olunanlarla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların məcmusunu, əvvəllər məhkum olunmamasını, hadisələrin təsadüfi axarı zəmnində ehtiyatsızlıqdan olmaqla az ağır (ilk dəfə) cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsini, arvadı olmuş zərərçəkmiş şəxsin hüquqi varisinin, həmçinin qayınanası olan zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmamasını, təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağının olmasını, həmçinin cinayətin törədilməsi halını nəzərə alaraq Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkmədən, yəni onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etdiyindən, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini məqsədə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində cəzanın 3 məqsədi müəyyən olunub: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM maddə 41.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsində şərti məhkumetmənin tətbiq edilməsi üçün əsas məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməyib (CM maddə 70.1). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür. Birlikdə götürülməklə şərti məhkumetmə və cəza təyin etmənin ümumi əsaslarına dair normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkumetmənin tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən, cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci madəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən edilməli və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Belə ki, Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 dekabr 2010-cu il tarixli Qərarında göstərilir ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə, məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir; Məhkəmə şərti məhkum etmə tətbiq edilən şəxsə sınaq müddəti müəyyən edir. Cinayət Məcəlləsinin 70.3-cü maddəsində şərti məhkum etmənin sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilmişdir. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını, yəni onda qanuna, cəmiyyətə, birgəyaşayış qayda və ənənələrinə hörmət hissinin yaranmasını və onlara riayət edilməsini sübut etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrumetmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Təqsirləndirilən şəxs təyin olunacaq sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə ekspertiza xərci olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, АZ34CТRЕ ********************, X8, Kod 210005, VÖEN **********, АZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin olunmuş əsas cəza, yəni 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilərək şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, АZ34CТRЕ ********************, X8, Kod 210005, VÖEN **********, АZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və Sumqayıt şəhər probasiya şöbəsinə həvalə olunsun. İş üzrə mülki iddianın və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-160/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-160/2022
23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver