Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-160/2023 14.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü ildə Quba rayonu, Gənclər qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, İİ qrup əlil, fərdi əməklə məşğul olan, Quba rayonu, Gənclər qəsəbəsində qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz şəhəri V.Məmmədov küçəsi ev 31-də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,329 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 0,247 qram olan psixotrop maddə metaınfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən 07 iyun 2023-cü il tarixdə o, Xaçmaz şəhəri, V.Məmmədov küçəsində saxlanılıb Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasına gətirilərək 07 iyun 2023-cü il tarixdə 22:15-dən 22:25-dək olan müddətdə onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindəki “Magna” markalı siqaret qutusunun içərisindən aşkar edilmiş 1 ədəd göy rəngli kağız bükümündən içərilərində təmiz çəkiləri 0,145 qram və 0,184 qram olmaqla ümumilikdə təmiz çəkisi 0,329 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin olan 2 ədəd ağ rəngli və həmçinin içərisində təmiz çəkisi 0,247 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olan 1 ədəd göy rəngli kağız bükümlər aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, o bir neçə dəfə psixotrop maddə metamfetamindən istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Xaçmaz şəhərində yaşadığı evin yaxınlığında piyada hərəkət edirmiş. Bu vaxt yerdə bir ədəd siqaret qutusu görmüşdür. O həmin siqaret qutusunu açıb içərisinə baxan zaman içərisində siqaret dənələri, habelə psixotrop maddə metamfetamin və heroin bükümləri olmasını görmüşdür. Buna görə həmin siqaret qutusunu bükümlərlə birlikdə əynindəki şalvarın cibinə qoyub saxlamışdır ki, nə vaxtsa istifadə edər. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində yaşadığı küçədə, yəni Xaçmaz şəhəri, V.Məmmədov küçəsində piyada hərəkət edən zaman polis işçiləri ona yaxınlaşıb qanunsuz olaraq narkotik vasitə daşımağında şübhəli olduğunu bildirib onu rayon polis şöbəsinə dəvət etmişlər. O da onların üzərindəki psixotrop maddədən məlumatlı olmalarını başa düşüb razılaşaraq rayon polis şöbəsinə gəlmişdir. Onlar şöbəyə gəldikdən sonra o şübhəli şəxs qismində tutulmuş və müstəntiq müdafiəçinin iştirakı ilə hüquqları izah olunmaqla videoçəkilişə üzərinə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış zamanı o üzərində psixotrop maddə olmasını etiraf edib əynindəki qara rəngli cins şalvarının sağ yan cibində olan siqaret başqa heç nə aşkar edilməmişdir. Daha sonra müstəntiq tərəfindən həmin siqaret qutusu açılaraq içərisinə baxılmış və içərisində 2 ədəd bükümdə heroin və 1 ədəd bükümdə psixotrop maddə metamfetamin olması məlum olduğundan götürülmüşdür. O həmin kütlələri tapdığını, şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Metamfetamin elektron tərəzidə bükülü ilə birlikdə çəkilmiş və çəkisi 0,3 qram, heroin bükümləri isə 0,7 qram gəlmişdir. Həmin bükümlər bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzəri imzalanaraq müstəntiq tərəfindən götürülmüşdür. O heç kimə narkotik vasitə satmamışdır. Ona qarşı polis əməkdaşları tərəfindən saxlanıldığı zaman heç bir qanunsuz hərəkət edilməyib. Məhkəmə istintaqında ifadəsi alınarkən özünü təqsirli bilməyərək ibtidai istintaqda verdiyi ifadəsinin tam əksinə olaraq ifadə verərək bildirmişdir ki, üzərində 2 ədəd bükümdə heroin və 1 ədəd bükümdə psixotrop maddə metamfetamin olmamışdır, həmin narkotik vasitələr ondan götürülmüş siqaret qutusunun içərisinə qoyularaq yenidən həmin siqaret qutusu ona qaytarıldıqdan sonra aşkar olunmuşdur. Onun üzərində heç bir narkotik tərkibli vasitə olmamışdır. O, özünü nə vaxtsa istifadə etdiyinə görə təqsirli bilmişdir, ancaq hazırda həmin narkotik vasitələrdən istifadə etmədiyindən və istifadəçisi olmadığından özünü təqsirli bilməmişdir. Belə ki, evdə olduğu zaman evinin qapısının döyülmüşdür. Buna görə gedib evin qapsını açdığı zaman qapını döyən şəxsin sahə müvəkilinin olduğunu görmüşdür, bundan sonra sahə müvəkili ondan heç bir icazə alamdan gəlib yaşadığı evinin içərisinə girmişdir. O, sahə müvəkilindən nəyə görə ondan icazəsiz yaşadığı evinin içərisinə girdiyini soruşduqda sahə müvəkili ona barəsində narkotik vasitəldən istifadə edilməsində və üzərində gəzdirilməsi barədə məlumat daxil olduğunu bildirmişdir. Əgər belə bir şey varsa ilk öncə barəsində belə məlumat daxil şəxsin yaşadığı evinə girmək üçün müvafiq qərar olmalıdır o, qərarda onda yox idi. Bundan sonra polis şöbəsinə dəvət edilmiş və o, heç bir etiraz etmədən polis şöbəsinə getmişdir. Polis şöbəsində olarkən üzərində nə varsa götürülmüş, sonra özünə qaytarılmış, daha sonra çəkiliş vasitəsi ilə üzərinə baxış keçirilərkən yenidən üzərində olanları masanın üzərinə qoyulması ona təklif olunduğu üçün o, yenidən üzərində olanları çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin vaxt təqdim edildiyi hər bir şeyə baxış keçirildiyi zaman ona məxsus siqaret paçkasının içərisindən narkotik tərkibli bükümlər aşkar olunmuşdur. Həmin aşkar edilmiş bükümün heç biri ona məxsus deyil. O, heç vaxt məhkum olunmamışdır, birinci dəfədir ki, məhkum olunur, belə bir şeyi ona qarşı niyə və nəyə görə etdiklərini bilmədiyini bildirsə də, sonuncu məhkəmə iclasında özünü törətmiş olduğu əməlinə görə səmimi peşmançılıq hissi keçirdiyini, birinci Qarabağ müharibəsin iştirakçısı olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X2 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid1 Ağasoltan oğlu ifadəsində göstərmişdir ki, Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində olmaqla polis leytenantı rütbəsindədir. xx.xx.2023-cü il tarixdə Quba rayonu Gənclər qəsəbəsində qeydiyyatda olmaqla, faktiki olaraq Xaçmaz şəhəri, V.Məmmədov küçəsi ev 31-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Tərəfindən bu məlumat polis şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o və Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış. Əməliyyat qurupunun üzvlərinə yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 07 iyun 2023-eii il tarixdə saat 21:00-da onlar Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, V.Məmmədov küçəsində olmasını müəyyən etmişlər və həmin yerdə sonuncuya yaxınlaşıb özülərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Lakin həmin ərazidə vətəndaşların çox olması avtomobillərin intensiv hərəkət etməsi səbəbindən Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlarla Xaçmaz RPŞ-nə gəlmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqularının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Sonra videoçəkilişlə sonuncunun üzərində şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində nə varsa, hamısını çıxardaraq təqdim etsin. Bu təklifdən 'sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ‘'Magna” markalı siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. Həmin siqaret qutusunun içərisinə baxılan zaman içərisində siqaret dənələri və 1 ədəd göy rəngli kağız büküm olması aşkar edilmişdir. Həmin göy rəngli kağız büküm açıldıqda isə içərisində yenidən 2 ədəd ağ və 1 ədəd göy rəngli kağız bükümün olması görünmüşdür. İki ədəd ağ rəngli bükümün içərisinə baxılan zaman içərilərində narkotik vasitə heroinə bənzər, 1 ədəd göy rəngli bükümün içərisinə baxılan zaman isə içərisində psixotrop maddə metamfetaminə bənzər maddənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddəni yaşadığı evin yaxınlığından küçədən tapmasını və şəxsi istifadəsi üçün üzərində saxlamasım bildirmişdir. İçərisində narktik vasitə heroinə bənzər maddə olan iki ədəd büküm elektron tərəzidə çəkildikdə ümumilikdə çəkilərinin 0,7 qram, 1 ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan bükümün çəkisinin isə 0,3 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən başqa hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Həmin içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan bükümlər ekspertizaya təqdim edilməsi üçün müvafiq qaydada qablaşdırılaraq möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxs axtarış keçirilməsi barədə protokol təertib edilmiş, özü və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs şifahi olaraq heç bir şəxsə narkotik vasitə satmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ilkin ifadəsi həqiqətə uyğun deyil. Belə ki, ifadəsində göstərdiyi kimi, onlar Təqsirləndirilən şəxs evində yox, küçədə saxlamışlar və polis şöbəsində Mövludun üzərinə bir dəfə baxış keçirilmişdir. Yəni, onun üzərinə videoçəkilişdən qabaq baxış keçirilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X4 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenantı Şahid2 iş üzrə məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon X2 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid1 Ağasoltan oğlunun ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə Xaçmaz RPŞ-nin müstəntiqi, polis kapitanı X3 tərəfindən şəxsi axtarış keçirilməsi haqqında tərtib edilmiş 07 iyun 2023-cii il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindəki “Magna’' markalı siqaret qutusundan daha sonradan narkotik vasitə heroin və psixotrop maddə metanfetamin olması müəyyən edilən maddələr aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Məhkəmə-kimyəvi ekspertizasının 08 iyun 2023-cü il tarixli 6/3251 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,145 qram, 0.184 qram olmaqla ümumi təmiz çəkisi 0,329 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni tərkibli narkotik vasitə olan heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 0,247 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan məhkəmə narkoloji ekspertizanın 23 iyun 2023-cü il tarixli 4004 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon icra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,329 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 0,247 qram olan psixotrop maddə metaınfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən 07 iyun 2023-cü il tarixdə o, Xaçmaz şəhəri, V.Məmmədov küçəsində saxlanılıb Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasına gətirilərək 07 iyun 2023-cü il tarixdə 22:15-dən 22:25-dək olan müddətdə onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindəki “Magna” markalı siqaret qutusunun içərisindən aşkar edilmiş 1 ədəd göy rəngli kağız bükümündən içərilərində təmiz çəkiləri 0,145 qram və 0,184 qram olmaqla ümumilikdə təmiz çəkisi 0,329 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin olan 2 ədəd ağ rəngli və həmçinin içərisində təmiz çəkisi 0,247 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olan 1 ədəd göy rəngli kağız bükümlər aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə üzərinə keçirmiş şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmasını bildirmiş, habelə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində törətdiyi cinayət əməllərini etiraf etmiş, həmçinin iş materiallarında olan digər sübutlara qarşı etiraz etməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində, eləcə də videogörüntü ilə aparılmış şəxsi axtarış zamanı törətdiyi cinayət əməlini etiraf etməsinə, şahid ifadələri və ekspert rəyləri və digər iş materialları ilə təqsirləndirilən şəxsin cinayət əməlləri sübut edilməsinə baxmayaraq məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi və məhkəmə istintaqında tədqiq edilmiş bu sübutlara qarşı hər hansı bir təkzibedici sübutların təqdim edilməməsi məhkəmə tərəfindən belə qiymətləndirilir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı məhkəmə istintaqı zamanı qəbul etməməsi özünümüdafiə xarakterli ifadədir və cinayət məsuliyyətindən kənarda qalması məqsədi daşıyır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan 07 iyun 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Xaçmaz rayonu məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 4(067)-80/2023 saylı qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 07 iyun 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəli 07 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasa da, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan, Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,229 qram heroin və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,197 qram metamfetamin məhv edilməlidir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinə dair video görüntülər köçürülməklə cinayət işinin materiallarına əlavə olunmuş 01 ədəd CD formatlı disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza xərci olan 55 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Cəzaçəkməsinin əvvəli 07 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,229 qram heroin və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,197 qram metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 55 (əlli beş) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №1(067)-160/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-160/2023
14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver