Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-161/2023 25.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx.xx.1991-ci ildə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu, Dəmirçi kəndində anadan olmuş, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla ünvan 2an, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, 27 fevral 2023-cü il tarixdə Məmmədov X3 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə gedərək müddətli həqiqi hərbi xidmətə getmək istədiyini bildirmiş, bununla əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsində çağırış komissiyası tərəfindən tibbi müayinələrdən keçirilmiş, həmin komissiyanın xx.xx.2023-cü il tarixli, 128 nömrəli aktı ilə sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hesab edilmiş, 2023-cü ilin aprel çağırışında hərbi xidmət keçmək üçün çağırışçıların siyahısına daxil edilmiş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sərəncamı ilə həqiqi hərbi xidmət keçmək üçün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə təyin edilmiş və xx.xx.2023-cü il tarixli fərdi çağırış vərəqəsinə əsasən xx.xx.2023-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə gəlməli olduğu barədə lazimi qaydada xəbərdar olunmuş, lakin buna baxmayaraq heç bir üzrlü səbəblər və qanuni əsaslar olmadan 2023-cü ilin aprel çağırışının sonunadək həqiqi hərbi xidmətə çağırış üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə getməmiş, bununla da, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırmışdır. Məhkəmə istintaqı zamanı təsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək təqsirləndirilən şəxs kimi verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.1991 -ci ildə Azərbaycan Respublikası Naxçıvan MR-nın Sədərək rayonu, Dəmirçi kəndində anadan olmuşdur. 1998-ci ildə onlar Bakı şəhərinə köçmüş və o, orta təhsilini Bakı şəhəri, Xətai rayonunda yerləşən 86 nömrəli tam orta məktəbdə almışdır. Daha sonra Xaçmaz rayonu, Xudat şəhərinə köçmüşlər. Heç bir psixiatrik və narkoloji dispanserlərdə qeydiyyatda olmamışdır. Hazırda ünvan 2ır. O, fərdi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Onun 2022-ci ilə kimi şəxsiyyət vəsiqəsi olmamışdır. Bununla bağlı 13 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin Xidmətin 15 fevral 2022-ci il tarixli qərarı ilə onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Daha sonra anası Şahid3 şəxsiyyət vəsiqəsi almağı üçün həm də hərbi qeydiyyata alınmalı olduğunu demişdir. O da bu məqsədlə 23 iyun 2022-ci il tarixdə ərizə ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə müraciət etmişdir. Orada o, tibbi yoxlanışlardan keçmiş və adına ilkin hərbi qeydiyyat vəsiqəsi verilmişdir. Həmin tarixdə ilkin hərbi qeydiyyata durmaqdan o vaxta kimi boyun qaçırdığına görə Azərbaycan Respublikası İXM-nin 606.3-cü maddəsinə əsasən 50 manat məbləğində cərimə edilmişdir. Həmçinin həmin tarixdə o, 01 iyul 2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə gəlməyi üçün çağırış vərəqəsi vermişlər və qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırdığı təqdirdə Azərbaycan Respublikası CM-nin 321-ci maddəsilə cinayət məsuliyyəti daşıyacağı barədə xəbərdarlıq edilmişdir. O, orada çağırış vərəqəsi almağı və xəbərdarlıq edilməyi ilə bağlı sənədləri imzalamışdır. xx.xx.2022-ci il tarixdə dayısı Araz vəfat etdiyinə görə sonuncunun yas mərasimində iştirak etmək üçün Azərbaycan Respublikası Naxçıvan MR-nın Sədərək rayonu, Dəmirçi kəndinə getməli olmuş, buna görə də o, 01 iyul 2022-ci il tarixli çağırışa gedə bilməmişdir. O, orada olarkən istifadə etdiyi “Samsung” markalı smartfon tipli telefonu suya düşdüyündən xarab olmuş, telefonda olan nömrələr silinmiş, buna görə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin əməkdaşları ilə əlaqə saxlaya bilməmişdir. O, Naxçıvan MR-dan qayıtdıqdan sonra Xaçmaz RPŞ-nə müraciət edərək şəxsiyyət vəsiqəsi almışdır. 2022-ci ilin fevral ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin əməkdaşı Şahid1 ona zəng edərək SHXÇDX-nin Xaçmaz rayon şöbəsinə gəlməli olduğunu demişdir. O, 27 fevral 2023-cü il tarixdə SHXÇDX-nin Xaçmaz rayon şöbəsinə getmiş, orada onun 23 iyun 2022-ci il tarixli cəriməni ödəməli olduğunu və həmçinin hərbi həkim komissiyasından keçirilməli olduğunu demişlər. 0, həmin tarixdə 50 manat miqdarında cəriməni ödəyərək qəbzini SHXÇDX-nin Xaçmaz rayon şöbəsinə vermiş, həmin tarixdə həmçinin hərbi həkim komissiyasından keçmişdir. Xaçmaz rayon mərkəzi xəstəxanasında tibbi yoxlanışdan keçən zaman onun ağciyərində problem ola biləcəyi aşkar olunmuş, buna görə də 03 aprel 2023-cü il tarixdə onu SHXÇDX-nin Xaçmaz rayon şöbəsinin hazırda adını xatırlamadığı əməkdaşı ilə birlikdə Bakı şəhərində yerləşən “Bakı Sağlamlıq Mərkəzi” klinikasına aparmışlar və orada müayinə olunan zaman fəqərə cisimlərinin üst-alt tamamlayıcı lövhələrində yer-yer “Schmorl” düyünləri, fəqərə cisimlərin künclərində kişik osteofitlərin mövcud olduğu aşkar olunmuşdur. Daha sonra onlar SHXÇDX-nin Xaçmaz rayon şöbəsinə getmiş, orada həkim tibbi sənədə baxdıqdan sonra onun bədəninə baxış keçirmiş və hərbi xidmətə yararlı olduğunu demişdir. Daha sonra evə getdikdə anası Şahid3 onun sağlam olmadığını, buna görə də hərbi xidmətə yararlı olmadığını demiş, buna görə də o, 06 aprel 2023-cü il tarixdə Bakı şəhərində yerləşən “Rezonans” klinikasına gedərək təkrar müayinə olunmuş, orada olan müayinədə onda torakal vertebra korpus kənarlarında osteofitlərin, faset oynaqlarda hipertrofik- degenerativ xarakterli dəyişiklər olması aşkar olunmuşdur. Th7-Th12 vertebraların üst-alt end platelərində şmorl düyünləri təyin olunmuşdur. Bir neçə gün sonra SHXÇDX-nin Xaçmaz rayon şöbəsinə ərizə ilə müraciət edərək yenidən müayinə olunmaq və hərbi xidmətə yararlı olub- olmamasının dəqiq müəyyənləşdirilməsini xahiş etmiş, həmin müayinə kağızını ərizəsinə əlavə etmişdir. O, bu barədə həm də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tibb idarəsinə də müraciət etmiş, onlar onun SHXÇDX-nin Xaçmaz rayon şöbəsinə müraciət etməli olduğunu, orada ona müayinə təyin ediləcəyini demişlər. O, bu barədə SHXÇDX-nin Xaçmaz rayon şöbəsinə dedikdə, orada rəis Rahim Ağayev onun yararlı olduğunu, buna görə də hərbi xidmətə getməli olduğunu demiş, o da yenidən müayinə olunub, müalicə olunduqdan sonra hərbi xidmətə yararlı olduğu halda hərbi xidmətə gedəcəyini demişdir. Daha sonra onlar onun onlara təqdim etdiyi sənədlərin surətlərini çıxartmış və o, oranı tərk etmişdir. O, dəfələrlə zəng edilərək hərbi xidmətə getmək üçün SHXÇDX-nin Xaçmaz rayon şöbəsinə dəvət olunmuş, o da onlara yenidən müayinə olunub müalicə alınmadıqca hərbi xidmətə getməyəcəyini deyərək bu səbəbdən hərbi xidmətə getməkdən boyun qaçırmışdır. 21 aprel 2023-cü il tarixdə istifadəsində olan ***-***-**-** GSM nömrəsinə hərbi xidmətə getməli olduğu barədə mesaj gəlmiş və həmin mesajda həmçinin link də olmuşdur. Həmin linkə daxil olaraq onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə təyin olunduğunu öyrənmişdir. Həmin gün SHXÇDX-nin Xaçmaz rayon şöbəsinin əməkdaşı Şahid1 ona zəng edərək hərbi xidmətə yola düşmək üçün SHXÇDX-nin Xaçmaz rayon şöbəsinə getməli olduğunu demiş, o isə xəstəliyi müalicə olunmadıqca hərbi xidmətə getməyəcəyini demişdir və məhz buna görə hərbi çağırışdan boyun qaçırmışdır. Ona 2023-cü ilin may ayında komisyon məhkəmə-tibb ekspertizasının təyin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Məhkəmə-Tibb Ekspertiza və X4 getməyi ilə bağlı bildirilsə də o, səhlənkarlıq edərək ora uzun müddət getməmiş və 13 iyul 2023-cü il tarixdə ekspertiza mərkəzinə getmişdir. Orada ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müayinə olunmağı ilə bağlı göndəriş verilmiş, həmin gün o, hospitala getmiş, orada travmatoloqun qəbulunda olmuş, travmotoloq onun rentgen müayinəsi olunmağını demiş və o, rentgen müayinəsi üçün növbə gözləyib müayinə olunduqdan sonra artıq travmatoloqun iş saatı bitdiyinə görə travmatoluqun yanına gedə bilməmişdir. xx.xx.2023cü il tarixdə o, yenidən hospitala getmiş, orada travmatoloqun qəbulunda olduqdan sonra travmatoloq onu neyrocərrahın qəbulunda olmalı olduğunu demişdir. O, neyrocərrahın qəbuluna keçdikdə artıq saat 16 radələri olmuş, neyrocərrah onun qeydiyyat şöbəsində qeydiyyatdan keçməli olduğunu və MRT müayinəsi ilə bağlı diski təsdiqlətməli olduğunu demişdir. O, qeydiyyat şöbəsinə getdikdə oranın saat 16:00-a kimi işlədiyini ona demişlər. Buna görə də o, bazar ertəsi günü, yəni xx.xx.2023-cü il tarixdə hospitala getmiş və orada sənədləri təsdiqlətmişdir. O, həmin sənədləri xx.xx.2023-cü il tarixdə ekspertizaya vermək istəmiş, lakin işdə çıxan problemə görə sənədləri ekspertə təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, 26 iyun 2022-ci il tarixli müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı vəzifələrin və bu vəzifələrin pozulmasına görə məsuliyyətin çatdırılmasına dair xəbərdarlıqda, 23 iyun 2022-ci il tarixli və 27 fevral 2023cü il tarixli çağırış vərəqələrində olan imza ona məxsusdur. O, özünü hərbi xidmətə yararlı hesab edir, hərbi xidmət çəkmək istəyir. Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsində nəzərdə tutulan əməllə özünü təqsirli hesab edir. Şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, 2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Aparatında hərbi xidmətə başlamışdır. 2013-2018 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almışdır. xx.xx.2019-cu ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinin zabiti vəzifəsində işləyir. Hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edir. 23 iyun 2023cü il tarixdə Təqsirləndirilən şəxs müddətli hərbi xidmətə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə müraciət etmiş, həmin vaxt Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi olmadığına görə müddətli həqiqi xidmətə göndərmək mümkün olmamış və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi ala bilməsi üçün 23 iyun 2022-ci il tarixdə sonuncu ilkin hərbi qeydiyyat vəsiqəsi verilmişdir. İlkin hərbi qeydiyyata alma komissiyasının sədri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisidir. Təqsirləndirilən şəxs ilkin hərbi qeydiyyata durmaqdan bu vaxta kimi boyun qaçırdığına görə Azərbaycan Respublikası İXM-nin 606.3-cü maddəsinə əsasən 50 manat məbləğində cərimə edilmişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs ilə əlaqə saxlamağa çalışsalar da Təqsirləndirilən şəxs onların zənglərinə cavab verməmişdir. 30 noyabr 2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsində müfəttiş vəzifəsində işləyən Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar çağırışına hazırlıq dövrü üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon çağırış komissiyasında iştiraka dəvət etmək üçün Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvan 3 ünvanına getmişlər, həmin vaxt Təqsirləndirilən şəxs orada yaşamadığını öyrənmiş və bu barədə akt tərtib etmişlər. Daha sonra 27 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə gəlmiş, müddətli hərbi xidmətə getmək istədiyini və təyin olunmuş cəriməni ödəyəcəyini bildirmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs cəriməni ödəməsi ilə bağlı qəbz gətirmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmətə cəlb olunanadək hərbi həkim komissiyasından keçirilmiş və Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı olub-olmaması müəyyənləşdirilmişdir. Təqsirləndirilən şəxs hərbi həkim komissiyasından keçmiş və hərbi xidmətə yararlı hesab olunmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisi tərəfindən çağırışçı kimi qeydiyyata alınmış, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “201” saylı hərbi hissəsinə təyin edilmişdir. Hər bir çağırışçıya onun müddətli həqiqi hərbi xidmətə cəlb olunması məqsədilə çağırış üzrə məntəqəyə gəlməsi barədə çağırış vərəqəsi verilmişdir. Həmin çağırış vərəqəsində şəxsin həqiqi hərbi xidmətə cəlb olunması məqsədilə qeyd edilmiş vaxtda çağırış üzrə məntəqəyə gəlməsi, çağırışdan boyun qaçıracağı halda Azərbaycan Respublikası CM-nin 321ci maddəsinə əsasən cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Şəxsin gələcəkdə Azərbaycan Respublikası CM-nin 321-ci maddəsi ilə xəbərdar olunmasını təsdiq etmək üçün hər bir çağırış vərəqəsində ona xəbərdarlıq edilməsinə dair qəbz olmuşdur. Çağırış vərəqəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisi tərəfindən imzalanmış, onun tərəfindən çağırışçıların şəxsən özünə təqdim edilmiş, Azərbaycan Respublikası CM-nin 321 -ci maddəsi ilə xəbərdar olunmasına dair çağırışçıya qəbzdə imza çəkdirilmişdir. Çağırış vərəqəsi çağırışçıda qalmış, qəbz isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsində çağırışçının şəxsi işinə əlavə edilmişdir. Təqsirləndirilən şəxs 01 aprel 2023-cü il tarixdə, saat 09.00-da həqiqi hərbi xidmətə yola düşməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin inzibati binasında olması barədə çağırış vərəqəsi verilmişdir. Çağırış vərəqəsi onun özü şəxsən Təqsirləndirilən şəxs özünə təqdim etmişdir. Təqsirləndirilən şəxs rəsmi olaraq hərbi xidmətə yola düşmək üçün çağırışdan boyun qaçırmanın Azərbaycan Respublikası CM-nin 321-ci maddəsinə əsasən cinayət məsuliyyəti olması barədə xəbərdarlıq edilmişdir. Görülən tədbirlərə baxmayaraq Təqsirləndirilən şəxs 01 aprel 2023cü il tarixdə, saat 09:00-da, yəni çağırış vərəqəsində qeyd olunan tarixdə çağırış üzrə məntəqəyə gəlməyərək hərbi xidmətə yola düşmək üçün çağırışdan boyun qaçırmışdır. Onunla dəfələrlə mobil telefonla əlaqə saxlamağa çalışsa da zənglərinə cavab verməmişdir. 21 aprel 2023-cü il tarixdə o, yenidən Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə zəng etmiş, bu zaman Təqsirləndirilən şəxs telefon zənginə cavab vermiş, o, Təqsirləndirilən şəxs hərbi xidmətə getməsi üçün SHXÇDX-nin Xaçmaz rayon şöbəsinə gəlməli olduğunu demiş, Təqsirləndirilən şəxs isə səhhətində problem olduğunu, müalicə olunub sağalmadıqca hərbi xidmətə getməyəcəyini bildirmişdir. 2023-cü il aprel ayının sonlarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tibb idarəsindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin növbətçi hissəsinə zəng edilmiş və Təqsirləndirilən şəxs adlı Xaçmaz rayon sakininin onların idarəsinə müraciət etdiyini, Təqsirləndirilən şəxs onurğasında problem olması ilə bağlı tibbi sənədi onlara təqdim etdiyini, Təqsirləndirilən şəxsla bağlı maraqlanmağı və Təqsirləndirilən şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə getməsini dedikləri onlara bildirilmişdir. Daha sonra o, dəfələrlə Təqsirləndirilən şəxs mobil telefonuna zəng etsə də Təqsirləndirilən şəxs yenə zənglərinə cavab verməmişdir. Daha sonra Təqsirləndirilən şəxs özü ona zəng etmiş və belində problem olduğunu, bununla bağlı əlində tibbi sənədinin olmasını, Bakı şəhərində yoxlanılması üçün göndəriş yazılmağını ondan xahiş etmişdir. O isə Təqsirləndirilən şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə gəlməsini, Təqsirləndirilən şəxs tibbi sənədinə burada baxılacağına zərurət yaranacağı halda göndəriş yazılacağını başa salmışdır. Buna baxmayaraq Təqsirləndirilən şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə gəlməmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs çağırışdan boyun qaçırmasına dair toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün rayon prokurorluğuna göndərilmişdir. Şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, 2003-cü ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinin müfəttişi vəzifəsində işləyir. 23 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs müddətli hərbi xidmətə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə müraciət etmiş, həmin vaxt Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi olmadığına görə müddətli həqiqi xidmətə göndərmək mümkün olmamış və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi ala bilməsi üçün 23 iyun 2022-ci il tarixdə sonuncu ilkin hərbi qeydiyyat vəsiqəsi verilmişdir. İlkin hərbi qeydiyyata alma komissiyasının sədri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisidir. Təqsirləndirilən şəxs ilkin hərbi qeydiyyata durmaqdan bu vaxta kimi boyun qaçırdığına görə Azərbaycan Respublikası İXM-nin 606.3-cü maddəsinə əsasən 50 manat məbləğində cərimə edilmişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs ilə əlaqə saxlamağa çalışsalar da Təqsirləndirilən şəxs onların zənglərinə cavab verməmişdir. 30 noyabr 2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinin zabiti Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar çağırışına hazırlıq dövrü üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon çağırış komissiyasında iştiraka dəvət etmək üçün Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvan 3 ünvanına getmiş, həmin vaxt Təqsirləndirilən şəxs orada yaşamadığını öyrənmiş və bu barədə akt tərtib etmişlər. Daha sonra 27 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə gəlmiş, müddətli hərbi xidmətə getmək istədiyini və özünə təyin olunmuş cəriməni ödəyəcəyini bildirmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs cəriməni ödəməsi ilə bağlı qəbz gətirmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmətə cəlb olunanadək hərbi həkim komissiyasından keçirilimiş və Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı olub-olmaması müəyyənləşdirilmişdir. Təqsirləndirilən şəxs hərbi həkim komissiyasından keçmiş və hərbi xidmətə yararlı hesab olunmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisi tərəfindən çağırışçı kimi qeydiyyata alınmış, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “201” saylı hərbi hissəsinə təyin edilmişdir. Hər bir çağırışçıya onun müddətli həqiqi hərbi xidmətə cəlb olunması məqsədilə çağırış üzrə məntəqəyə gəlməsi barədə çağırış vərəqəsi verilmişdir. Həmin çağırış vərəqəsində şəxsin həqiqi hərbi xidmətə cəlb olunması məqsədilə qeyd edilmiş vaxtda çağırış üzrə məntəqəyə gəlməsi, çağırışdan boyun qaçıracağı halda Azərbaycan Respublikası CM-nin 321 - ci maddəsinə əsasən cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Şəxsin gələcəkdə Azərbaycan Respublikası CM-nin 321 -ci maddəsi ilə xəbərdar olunmasını təsdiq etmək üçün hər bir çağırış vərəqəsində ona xəbərdarlıq edilməsinə dair qəbz olmuşdur. Çağırış vərəqəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisi tərəfindən imzalanmış, onun tərəfindən çağırışçıların şəxsən özünə təqdim edilmiş, Azərbaycan Respublikası CM-nin 321 -ci maddəsi ilə xəbərdar olunmasına dair çağırışçıya qəbzdə imza çəkdirilmişdir. Çağırış vərəqəsi çağırışçıda qalmış, qəbz isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsində çağırışçının şəxsi işinə əlavə edilmişdir. Təqsirləndirilən şəxs 01 aprel 2023-cü il tarixdə, saat 09:00-da həqiqi hərbi xidmətə yola düşməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin inzibati binasında olması barədə çağırış vərəqəsi verilmişdir. Çağırış vərəqəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinin zabiti Şahid1 tərəfindən Təqsirləndirilən şəxs özünə verilmişdir. Təqsirləndirilən şəxs rəsmi olaraq hərbi xidmətə yola düşmək üçün çağırışdan boyun qaçırmanın Azərbaycan Respublikası CM-nin 321-ci maddəsinə əsasən cinayət məsuliyyəti olması barədə xəbərdarlıq edilmişdir. Görülən tədbirlərə baxmayaraq Təqsirləndirilən şəxs 01 aprel 2023-cü il tarixdə, saat 09:00-da, yəni çağırış vərəqəsində qeyd olunan tarixdə çağırış üzrə məntəqəyə gəlməyərək hərbi xidmətə yola düşmək üçün çağırışdan boyun qaçırmışdır. Təqsirləndirilən şəxs ilə dəfələrlə mobil telefonla əlaqə saxlamağa çalışsalar da zənglərinə cavab verməmişdir. 2023-cü il aprel ayının sonlarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tibb idarəsindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin növbətçi hissəsinə zəng edilmiş və Təqsirləndirilən şəxs adlı Xaçmaz rayon sakininin onların idarəsinə müraciət etdiyini, Təqsirləndirilən şəxs onurğasında problem olması ilə bağlı tibbi sənədi onlara təqdim etdiyini, Təqsirləndirilən şəxsla bağlı maraqlanmağı və Təqsirləndirilən şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə getməsini dedikləri onlara bildirilmişdir. Daha sonra onlar dəfələrlə Təqsirləndirilən şəxs mobil telefonuna zəng etsələr də Təqsirləndirilən şəxs yenə zənglərinə cavab verməmişdir. Daha sonra Təqsirləndirilən şəxs özü Şahid1 zəng etmiş və belində problem olduğunu, bununla bağlı əlində tibbi sənədinin olmasını, Bakı şəhərində yoxlanılması üçün göndəriş yazmağını Şahid1 xahiş etmişdir. Şahid1 isə Təqsirləndirilən şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə gəlməsini, Təqsirləndirilən şəxs tibbi sənədinə burda baxılacağına zərurət yaranacağı halda göndəriş yazılacağını demişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə gəlməmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs çağırışdan boyun qaçırmasına dair toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün rayon prokurorluğuna göndərilmişdir. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi olmamış, sonuncunun şəxsiyyət vəsiqəsi ala bilməsi üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etməyini demiş, Təqsirləndirilən şəxs 13 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin Xidmətin 15 fevral 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Daha sonra şəxsiyyət vəsiqəsi alınması üçün həm də hərbi qeydiyyata alınmalı olduğu üçün Təqsirləndirilən şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə müraciət etməli olduğunu demişdir. Təqsirləndirilən şəxs 23 iyun 2022-ci il tarixdə oraya müraciət edərək adına ilkin hərbi qeydiyyat vəsiqəsi almış və həmçinin Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmətə getməli olduğunu demişlər. 29 iyun 2022-ci ildə ögey qardaşı Araz vəfat etdiyinə görə onlar Azərbaycan Respublikası Naxçıvan MR-nın Sədərək rayonu, Dəmirçi kəndinə getməli olmuş, buna görə də oğlu Sadiq 2022-ci ilin iyul ayında hərbi xidmətə gedə bilməmişdir. Daha sonra Sadiq 27 fevral 2023-cü il tarixdə SHXÇDX-nin Xaçmaz rayon şöbəsinə getmiş, orada sonuncuya hərbi həkim komissiyasından keçirilməli olduğunu demişlər. Həmin gün Sadiq hərbi həkim komissiyasından keçmiş və Sadiqin ağciyərində problem ola biləcəyi aşkar olunmuş, buna görə də 03 aprel 2023-cü il tarixdə Sadiqi Bakı şəhərində yerləşən “Bakı Sağlamlıq Mərkəzi” klinikasına aparmışlar və orada müayinə olunan zaman fəqərə cisimlərinin üst-alt tamamlayıcı lövhələrində yer-yer “Schmorl” düyünləri, fəqərə cisimlərin künclərində kiçik osteofitlərin mövcud olduğu aşkar olunmuşdur. Daha sonra onlar SHXÇDX-nin Xaçmaz rayon şöbəsinə getmiş, orada Sadiqin hərbi xidmətə yararlı olduğunu demişlər. O, Sadiqin müayinə aktına baxdıqda onda problem olduğunu görmüş, Sadiqin əvvəllər də belində ağrılar olmuş, bunlara görə o, Təqsirləndirilən şəxs Bakı şəhərində yerləşən yaxşı bir klinikaya gedərək təkrar müayinə olunmasını demişdir. Sadiq 06 aprel 2023-cü il tarixdə “Rezonans” klinikasına gedərək müayinə olunmuş və orada olan müayinədən Sadiqdə torakal vertebra korpus kənarlarında osteofitlərin, faset oynaqlarda hipertrofik-degenerativ xarakterli dəyişikliklər aşkar olunmuş, Th7- Th12 vertebraların üst-alt end platelərində Şmorl düyünləri təyin olunmuşdur. Bir neçə gün sonra Sadiq SHXÇDX-nin Xaçmaz rayon şöbəsinə ərizə ilə müraciət edərək yenidən müayinə olunmaq və hərbi xidmətə yararlı olub-olmamasının dəqiq müəyyənləşdirilməsini xahiş etmişdir. SHXÇDX-nin Xaçmaz rayon şöbəsinin rəisi X9 yararlı olduğunu, buna görə də hərbi xidmətə getməli olduğunu demiş, Sadiq də yenidən müayinə olunub, müalicə olunduqdan sonra hərbi xidmətə yararlı olduğu halda hərbi xidmətə gedəcəyini demişdir. Şahid3 verilən suallara cavab olaraq bildirmişdir ki, 21 aprel 2023-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** GSM nömrəsinə hərbi xidmətə getməli olduğu barədə mesaj gəlmiş və həmin gün SHXÇDX-nin Xaçmaz rayon şöbəsinin əməkdaşı Şahid1 Sadiqə zəng edərək hərbi xidmətə yola düşməsi üçün SHXÇDX-nin Xaçmaz rayon şöbəsinə getməli olduğunu deməsinə baxmayaraq onlar Təqsirləndirilən şəxs hərbi xidmətə yararsız olmasını düşünmüş, buna görə də oğlu Təqsirləndirilən şəxs hərbi çağırışdan boyun qaçırmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan baxış keçirilməsi haqqında 28 iyul 2023-cü il il tarixli protokoldan görünür ki, təqdim edilmiş telefon “Samsung A51” markalı smartfon tipli mobil telefondur. Telefon ağ rəngdə və işlək vəziyyətdədir. Telefonu aktivləşdirdikdə ekranında müxtəlif formalı əşyalar olan animasiya əks olunur. Telefonun ekranını açmaq məqsədilə sürüşdükdə parol tələb olunur. Baxış zamanı Təqsirləndirilən şəxs telefonun parolunun “G” hərfinə bənzər naxış olduğunu bildirdi və telefonun kilidini açdı. Telefonun parolunu daxil etdikdən sonra proqramlar pəncərəsi açılır. Telefona baxış zamanı 21 aprel 2023-cü il tarixdə saat 16:35-də “9100” nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” GSM nömrəsinə “Siz muddetli heqiqi herbi xidmet kechmek uchun Azerbaycan Ordusunun herbi hissesine teyin edilmisiniz. Teyin olunduğunuz herbi hisse barede melumati Seferberlik ve X6 uzre Dovlet Xidmetinin resmi saytina daxil olaraq “Elektron xidmetler” bolmesinden elde ede bilersiniz. Muzeffer Ordunun qalib esgeri, Vetenin keshiyinde qururla dayan!” məzmunlu qısa mesaj (SMS) gəlmişdir. Təqsirləndirilən şəxs həmin qısa mesajı 21 aprel 2023-cü il tarixdə oxuduğunu, daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytına daxil olaraq orada elektron xidmət vasitəsilə özünün hərbi xidmətdən keçməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə təyin olunduğunu bilməsini, həmin tarixdə SHXÇDX-nin Xaçmaz rayon şöbəsinin əməkdaşı Şahid1 ona zəng edərək hərbi xidmətə yola düşmək üçün SHXÇDX-nin Xaçmaz rayon şöbəsinə gəlməli olduğunu dediyini, onun isə xəstəliyinin müalicə olunmadıqca hərbi xidmətə getməyəcəyini dediyini və məhz buna görə hərbi çağırışdan boyun qaçırdığını bildirmişdir. Telefona baxış zamanı istintaq üçün əhəmiyyətli başqa heç bir məlumat aşkar olunmadı. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan komisyon məhkəmə-tibb ekspertizasının 26 iyul 2023-cü il tarixli, K/196-2023 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı məhkəmə-tibb ekspertizası zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Klinik Hospitalında keçirilmiş mütəxəssis müayinələri ilə onda travmatoloq tərəfindən "Onurğa sütununun döş və bel şöbəsinin ilkin mərhələ fəqərəarası osteoxondrozu və döş şöbəsinin cüzi əyriliyi (6°)” diaqnozlu xəstəlik aşkar edildi. Təqsirləndirilən şəxs qeyd edilən xəstəliklə “Xəstəliklər cədvəli”nin 66ç maddəsinin İ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən “hərbi xidmətə yararlıdır, A-3". Təqsirləndirilən şəxs “Rezonans” klinikasında MRT müayinədən keçərkən onda aşkar edilmiş “torakal vertebra korpus kənarlarında osteofitlərın, faset oynaqlarda hıpertrofik-degenerativ xarakterli dəyişiklər. Th7-Th12 vertebraların üst-alt end platelərində Şmorl düyünləri” döş fəqərələrində olan morfoloji dəyişikliklərdir və bu əlamətlərin varlığı mütəxəssis radioloqun rəyi ilə bir daha təsdiq edilir. Lakin bu dəyişikliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 №-li qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə əsasən hərbi xidmətə yararsız hesab olunmasına əsas vermir. Belə ki, Təqsirləndirilən şəxs hazırda müalicə tələb edən hər hansı bır neyrocərrahı patologiya qeyd edilmir və neyrocərrahi profil üzrə hərbi xidmətə yararlıdır. Təqsirləndirilən şəxs olan “Torakal vertebra korpus kənarlarında osteofıtlərin, faset oynaqlarda hipertrofik-degenerativ xarakterli dəyişiklər. Th7- Th12 vertebraların üst-alt end platelərində Şmorl düyünləri” yalnız məqsədyönlü MRT müayinəsi ilə aşkar oluna bilər. Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın 62-ci bəndinə əsasən, hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı MRT müayinəsi məcburi tibbi müayinələrin həcminə daxil deyil və bu səbəbdən də hərbi həkim komissiyasından keçərkən aşkar edilə bilməzdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan çağırışçının uçot kartasından görünür ki, Təqsirləndirilən şəxs ilkin hərbi qeydiyyata alma komissiyasının sədri tərəfindən 23 iyun 2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirmə kartından görünür ki, Təqsirləndirilən şəxs hərbi həkim komissiyasından keçmiş və müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırdığı təqdirdə Azərbaycan Respublikası CM-nin 321-ci maddəsilə cinayət məsuliyyəti daşıyacağı barədə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq edilmiş və bu barədə müvafiq qrafada imza çəkmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmətə yollanmaq üçün xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsində olması barədə çağırış vərəqəsini müvafiq olaraq xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə almış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321-ci maddəsi ilə tanış edilmiş və bu barədə müvafiq qrafada imza çəkmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Xaçmaz Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəmənin icraatında mülki, inzibati və cinayət xarakterli iş olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Quba rayon X1 24 iyun 2023-cü il tarixli, 898 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba rayon PNRM-nə müraciət etməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, PHŞ-6- 43/2-1996/2023 nömrəli məktubdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs hər hansı bir xəstəliklə bağlı “Xaçmaz RMX” PHŞ-də stasionar müalicə almamışdır. O, xx.xx.2023-cü il tarixdə “Digər xroniki ağciyər xəstəliyi.” diaqnozu ilə xəstəxanaya ambulator müraciət etmişdir. Təqsirləndirilən şəxs Xaçmaz RMX-da həkim-narkoloqun və həkim-psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistika informasiya İdarəsinin 23 iyun 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında onun məhkumluğu ilə əlaqədar hər hansı məlumat yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-43-27/2-999/23 nömrəli məktubdan və məktuba əlavə olunmuş adlı siyahıdan görünür ki, Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə təyin olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan xx.xx.2023-cü il tarixli MN №0759674 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 606.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuş və barəsində 50 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli Qanunun 12.4-cü maddəsinə əsasən vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri) gəlməlidirlər. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında» 01 mart 2023-cü il tarixli Sərəncamına əsasən 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988-2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2023-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılmaları qərara alınmışdır. “Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2001-ci il 1 noyabr tarixli 1 saylı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2023- cü il tarixliqərarının 2-ci bəndində göstərilmişdir ki, hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma (CM-nin 321-ci maddəsi) haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, bu cinayətlərin tərkibi o zaman yaranır ki, həmin cinayətlərin subyektləri müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatı internet və ya qısa mesaj (SMS) vasitəsilə almalarına və yaxud başqa üsullarla əvvəlcədən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən xəbərdarlıq edilmələrinə baxmayaraq üzrlü səbəblər olmadan göstərilmiş müddətdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməməklə çağırışdan boyun qaçırmış olsunlar. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsində əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 321.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin cinayət əməlinə görə yalnız azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iş materiallara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsinə heç bir hüquqi əsas yoxdur. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin hakimi X2 20 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə, yəni 19 iyul 2023-cü il tarixdən 19 sentyabr 2023-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.2-ci maddəsinə əsasən ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Belə olan halda, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyi gündən, yəni 19 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə azadlıqdan məhrumetmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 321.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 19 iyul 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutun, mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-161/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-161/2023
25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver