Məhkəmə qərarları › İş №1(067)-161/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-161/2025

13.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-161/2025 13.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1959-cu ildə Xaçmaz rayonu Şollar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonu Şollar kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi çətənə (kannabis) bitkisinin toxumlarını 2025-ci ilin may ayının əvvəllərində yaşadığı Xaçmaz rayonu Şollar kəndində yerləşən evin bağ sahəsində qanunsuz olaraq qəsdən torpağa əkərək tərkibində narkotik maddələr olan əkilib- becərilməsi qadağan olunmuş xeyli miqdarda çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş, bu fakt 08 iyun 2025-ci il tarixdə saat 19:50-20:15 müddətində Xaçmaz Rayon Polis Şöbəsinin X7 əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Şollar kəndində 41°38'28" N (şimal enliyi), 48°40l15.8" E (şərq uzunluğu) koordinatda yerləşən evin yaxınlığındakı bağ sahəsinə baxış keçirilərkən yaş vəziyyətdə ümumi çəkisi 7966,0 qram olan 10 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və əvvəllər narkotik vasitələrin və ya psixotrop maddələrin satışı və ya saxlanması ilə məşğul olmamışdır. Bu ilin fevral ayında yaşadığı kəndin ərazisində yerləşən meşə zolağına yaxın ərazidə piyada hərəkət edən zaman yerdə bir ədəd sellofan paketin içərisində toxumların olduğunu görmüş və götürüb içərisinə baxdıqda içərisində 10 ədəd çətənə bitikisnin toxumlarının olmasını aşkar etmişdir. Həmin toxumları öz evinə apararaq əkmək üçün saxlamışdır. Həmin tumları kənara atmış, bu ilin yəni 2025-ci ilin may ayının əvvəllərində evdə təmizlik işləri görən zaman onun qabağına həmin toxumlar çıxmışdır. Narkotik tərkibli çətənə bitkisinin toxumlarını yetişdirib sonradan əzərək yesin deyə həmin çətənənin toxumlarını əkərək çoxaldıb, sonradan şəxsi ehtiyacı üçün istifadə etmək istəmişdir. Buna görə də özündə olan 10 ədəd çətənə toxumlarını 2025-ci ilin may ayının əvvəllərində yaşadığı evin bağ sahəsində tərəvəz əkdiyi yerdə bir cərgədə peyinli yerdə torpağa əkərək, onlara su verib, diblərini boşaldıb qulluq etməyə başlamışdır. Əkdiyi toxumlardan 10 ədəd çətənə bitkisi bitmiş, onlara qulluq etməyə davam etmişdir. Həmin bitkiləri əkməyindən ailə üzvlərindən heç kimin məlumatı olmamışdır. 08 iyun 2025-ci il tarixdə onun yaşadığı evin qarşısına polis əməkdaşları ona yaxınlaşaraq tərkibində narkotik vasitə olan bitkiləri əkib-becərməyi ilə bağlı polis şöbəsinə məlumat daxil olmasını deyərək, videoçəkiliş apararaq ona yaşadığı evin bağ sahəsinə baxış keçirəcəklərini demişlər. O, yaşadığı evin bağ sahəsinə baxış keçirilməsi üçün etirazının olubolmamasını soruşarkən etiraz etməyib, çətənələri əkdiyi yeri göstərmişdir. Bundan sonra həmin yerdə polislər əkdiyi bitkilərə baxış keçirmişlər və aqronom bildirmişdir ki, həmin bitkilər çətənə bitkiləridir və onlara aqrotexnik qaydada qulluq edilmişdir. Həmin vaxt o, da etiraf edərək həmin bitkiləri özünün əkdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən orada əkilmiş bitkilər kökündən çıxarılmışdır. Baxış zamanı ümumilikdə 10 ədəd tərkibində narkotik vasitələr olan çətənə bitkiləri çıxarılmış, sayılaraq ağ rəngli sintetik torbada paketlənib üzəri imzalarla təsdiq edildikdən sonra ekspertizaya təqdim edilmək üçün möhürlənib götürülmüşdür. Bundan sonra o, Xaçmaz RPŞ-nə dəvət edilmiş və dövlət hesabına müdafiəçi ilə təmin edildikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, baxış zamanı yaşadığı evin həyətyanı bağ sahəsindən aşkar edilmiş 10 ədəd narkotik tərkibli çətənə bitkilərini o, tək əkib yetişdirmiş, ona heç kim köməklik etməmişdir. Bu barədə heç kimin məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir psixoloji təsir və ya fiziki zor tətbiq edilməmişdir. Heç bir qanunsuzluğa məruz qalmamışdır. Hər hansı bir şəxsə narkotik vasitə satmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin X7 CA-üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 göstərmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Xaçmaz rayonu Şollar kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkibbecərməsi, kultivasiya etməsi barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında Xaçmaz RPŞ-nin Xudat PB-nin CA- üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid3 iştirakı ilə onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Baxış keçirilməsi məqsədlə əvvəlcədən dəvət edilmiş mütəxəssis-aqranom Şahid2 iştirakı ilə Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi polis baş leytenantı Nurlan Əliyev ilə birlikdə 08 iyun 2025-ci il tarixdə saat 19:50 radələrində Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Şollar kəndində yerləşən evinin qarşısına getmişlər. X5 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, yaşadığı ünvanda qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkibbecərmösi barədə polisdə məlumatın olduğunu bildirərək, yaşadığı evinin həyətyanı torpaq sahəsinə videoçəklişdən istifadə etməklə baxış keçirilməsi zərurətinin olması bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və məlumatın doğru olduğunu bildirərək, özünün razılığı ilə yaşadığı evinin həyətinə daxil olmuşlar. Bundan sonra baxış zamanı Təqsirləndirilən şəxs evinin bağ sahəsində torpaqda əkdiyi 10 ədəd narkotik tərkibli çətənə bitkisini göstərərək onları təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bitkiləri təxminən bir ay əvvəl özündə olan çətənə toxumlarını torpağa əkdiyini, həmin narkotik tərkibli çətənə bitkilərinə su və peyin verərək alaq otlarından təmizlədiyini, mütəmadi qaydada qulluq etdiyini bildirmişdir. Aşkar edilmiş narkotik tərkibli bitkilərin 1-1,5 metr hündürlükdə olması müəyyən edilmişdir. Baxışda iştirak edən mütəxəssis Şahid2 aşkar edilmiş 10 ədəd bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini, yəni onların diblərinin yumşaldıldığını, su verilərək nəm halına gətirildiyini və alaq otlarından təmizləndiyini bildirmişdir. Bundan sonra həmin 10 (on) ədəd çətənə bitkiləri torpaqdan çıxardılaraq müvafiq qaydada ağ rəngli sintetik torbaya yerləşdirilərək qablaşdırılmış və möhürlənərək maddi sübut kimi götürülmüşdür. Bundan sonra Müstəntiq tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün Təqsirləndirilən şəxs, daha sonra o və digər iştirakçılar protokola və maddi sübut kimi götürülmüş qablaşmaların üzərinə imza etmişlər. Baxış Xaçmaz RPŞ-nin Xudat PB-nin PPXB-nün polis nəfəri, polis serjantı X4 tərəfindən mobil telefon vasitəsilə əvvəldən axıra kimi videoçəkiliş aparmaqla qeydə alınmşdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir münasibət, düşmənçilik və ya ədavət olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı ifadə vermiş və ifadəsi məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 08 iyun 2025-ci il tarixdə, saat 19:50 radələrində Xaçmaz RPŞ-nin əməkdaşlarının dəvəti ilə keçiriləcək baxışda aqronom-mütəxəssis kimi iştirak etmək üçün Xaçmaz rayonu Şollar kəndində yerləşən fərdi yaşayış evinin qarşısına çatdıqdan sonra ona məlum olmuş ki, şəxsiyyəti barədə öyrəndiyi Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçiriləcəkdir. Digər polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi polis baş leytenantı Nurlan Əliyev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, yaşadığı ünvanda qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkibbecərməsi barədə polisdə məlumatın olduğunu bildirərək, yaşadığı evinin həyətyanı torpaq sahəsinə videoçəklişdən istifadə etməklə baxış keçirilməsi zərurətinin olması bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və məlumatın doğru olduğunu bildirərək, özünün razılığı ilə yaşadığı evinin həyətinə daxil olmuşlar. Bundan sonra baxış zamanı Təqsirləndirilən şəxs evinin bağ sahəsində torpaqda əkdiyi narkotik tərkibli çətənə bitkilərini göstərərək onları təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bitkiləri təxminən bir ay əvvəl özündə olan çətənə toxumlarını torpağa əkdiyini, həmin narkotik tərkibli çətənə bitkilərinə su və peyin verərək alaq otlarından təmizlədiyini, mütəmadi qaydada qulluq etdiyini bildirmişdir. Aşkar edilmiş 10 ədəd narkotik tərkibli bitkilərin 1-1,5 metr hündürlükdə olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin 10 ədəd bitkilərə tərəfindən mütəxəssis kimi baxış keçirlmiş və onların narkotik tərkibli çətənə bitkiləri olduğunu, həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini, yəni onların diblərinin yumşaldıldığını, su verilərək nəm halına gətirildiyini və alaq otlarından təmizləndiyi müəyyən olunmuşdur. Bundan sonra həmin 10 (on) ədəd çətənə bitkiləri torpaqdan çıxardılaraq müvafiq qaydada ağ rəngli sintetik torbalara yerləşdirilərək qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Bundan sonra müstəntiq tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün Təqsirləndirilən şəxs, o, və digər iştirakçılar protokola və maddi sübut kimi götürülmüş qablaşmanın üzərinə imza etmişlər Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir münasibət, düşmənçilik və ya ədavət olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Xaçmaz RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X3 tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, Xaçmaz RPŞ-nin Xudat PB-nin CA-üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Xaçmaz RPŞ-nin Xudat PB-nin CA-üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid3, Xaçmaz rayon MKTİ-nin aqranomu Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Şollar kəndində yerləşən evinin bağ sahəsinə sonuncunun razılığı ilə Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı Nurlan Əliyev tərəfindən baxış keçirilmişdir. Həmin ev Xaçmaz rayonu, Şollar kəndində yerləşir. Baxış keçirilməmişdən əvvəl istintaq hərəkətinin hər bir iştirakçısı Təqsirləndirilən şəxs təqdim edilmiş, daha sonra isə sonuncu baxışın keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və fərdi yaşayış evinin yaxınlığındakı bağ sahəsində narkotik tərkibli bitkiləri əkərək kultivasiya etdiyini bildirərək onları könüllü şəkildə təqdim edə biləcəyini bildirmişdir. Evin giriş qapısı bir laylı olmaqla, tünd qəhvəyi rəngli olub materialı dəmirdəndir. Həyətə daxil olduqda həyətin sağında bir mərtəbəli üstü suvaqlanmış fərdi yaşayış evi vardır. Təqsirləndirilən şəxs irəlidə gedərək, evin sol yan kənarı ilə 30 metr hərəkət edib, evin yaxınlığında yerləşən bağ sahəsinin yanına gəlmiş və təxminən 10 metr irəli getdikdən sonra sağ tərəfdə bir cərgədə əkilmiş tərkibində narkotik vasitələr olan çətənə bitkilərini əkdiyi yeri göstərmişdir. Həmin yer torpaq şumlanmış, kənarları suyun rahat hərəkət etməsi üçün arx formasına salınmış, yerdə peyin və gübrə izləri olmuşdur. Göstərilən cərgədə ümumilikdə 10 ədəd çətənə bitkisinə bənzər bitki nümunəsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkilərin çətənə bitkisi olduğunu, onları özünün təxminən 1 ay əvvəl əkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin bağ sahəsinə baxış keçirilən zaman 10 ədəd çətənə bitkisinə bənzər bitkinin aqro-texniki qaydada qulluq göstərilməklə əkildiyi müəyyən olunmuşdur. Qeyd olunan sahəyə baxış keçirilən zaman iştirak edən aqronom Şahid2 çətənə bitkilərinə bənzər bitkilərə baxıb həmin bitkilərin çətənə bitkiləri olduğunu, onlara aqrotexniki qaydada qulluq edildiyini, diblərinə gübrə verildiyini və diblərinin yumşaldıldığını, boylarının 1 metr ilə 1 metr 50 santimetr arası olduğunu bildirmişdir. Ardınca qeyd olunan bitkilər baxışda iştirak edən aqronom Şahid2 tərəfindən tək-tək kökündən çıxarılaraq sayılmışdır. Qeyd olunan ərazidən ümumilikdə 10 ədəd çətənə bitkilərinə oxşar bitkilərin olduğu müəyyən edilmiş və həmin bitkilər 01 ədəd sellofan torbaya qoyularaq qablaşdırılmış və möhürlənərək üzəri imzalanmaqla götürülmüşdür. Baxış Xaçmaz RPŞ-nin Xudat PB-nin PPXB-nün polis nəfəri, polis serjantı X4 tərəfindən "Samsung” markalı telefon vasitəsi ilə videoçəkiliş aparılmış və videoçəklişin görüntülərinin köçürdüyü bir ədəd DVD disk protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs evinin həyətində axtarış keçirilərkən qeydə alınmış video görüntülər bir ədəd «CD» formatlı diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. Təqsirləndirilən şəxs videogörüntüdə özünün olduğunu və məhkəmə istintaqı zamanı DVD-yə yenidən baxış keçirilməsinə zərurətin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 09 iyun 2025-ci il tarixli 20/446 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs həyətyanı sahəsində aşkar edilmiş bitki...” yazılar və imzalar olan 02 ədəd kisə bağlamadakı, 10 ədəd ümumi təmiz çəkisi 7966,0 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2025-ci il tarixli 4023 nömrəli rəyində göstərilmişdir ki, Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşakr olunmur, NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Şollar kəndində yerləşən evinin həyətyanı torpaq sahəsindən aşakr edilərək götürülmüş 10 (on) ədəd yaş vəziyyətdə ümumi çəkisi 7966,0 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri xx.xx.2025-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və çətənə bitkilərinin ekspertiza tədqiqatından sonra saxlanmasından ötrü Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan cinayət işi materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Xaçmaz rayonu Susayqışlaq İƏD-dən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, evlidir, pensiyaçıdır, şəxsi təsərrüfatla məşğul olur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi çətənə (kannabis) bitkisinin toxumlarını 2025-ci ilin may ayının əvvəllərində yaşadığı Xaçmaz rayonu Şollar kəndində yerləşən evin bağ sahəsində qanunsuz olaraq qəsdən torpağa əkərək tərkibində narkotik maddələr olan əkilibbecərilməsi qadağan olunmuş xeyli miqdarda çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş, bu fakt 08 iyun 2025-ci il tarixdə saat 19:50- 20:15 müddətində Xaçmaz Rayon Polis Şöbəsinin X7 əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Şollar kəndində 41°38'28" N (şimal enliyi), 48°40l15.8" E (şərq uzunluğu) koordinatda yerləşən evin yaxınlığındakı bağ sahəsinə baxış keçirilərkən yaş vəziyyətdə ümumi çəkisi 7966,0 qram olan 10 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ibtidai istintaq zamanı barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin şərtlərinin pozmamasını, yaşını, yaşayış yerindən müsbət xarakterizə olmasını, törətdiyi əməli səmimi etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halların olmasını (əvvəllər məhkum olunmamasını, ibtidai istintaq zamanı barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin şərtlərinin pozmamasını, yaşayış yerindən müsbət xarakterizə olmasını, törətdiyi əməli səmimi etiraf etməsini, yaşını), həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 00:00-dan 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan şübhəli şəxsi tutma haqqında 08 iyun 2025-ci il tarixli protokoldan və müstəntiqin həmin tarixli qərarından, həmçinin müstəntiqin şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında 10 iyun 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2025-ci il tarixdə saat 21:00-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş və 10 iyun 2025ci il tarixdə saat 16:00-da barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla da, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu müddət, yəni 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, cəmi 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan 10 (on) ədəd yaş vəziyyətdə ümumi çəkisi 7966,0 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinin ekspertiza tədqiqatından sonra qalan 7965,80 qram qalığı məhv edilməlidir. Təqsirləndirilən şəxs evinin həyətində axtarış keçirilməsi görüntülərini və yaşadığı evinə baxış keçirilməsi görüntülərini özündə əks etdirən və maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan cəmi 60 (altmış) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 iyun 2025-ci ildən 10 iyun 2025-ci ilədək həbsdə saxlandığı 02 gün, müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 00:00-dan 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan 10 (on) ədəd yaş vəziyyətdə ümumi çəkisi 7966,0 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinin ekspertiza tədqiqatından sonra qalan 7965,80 qram qalığı məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan cəmi 60 (altmış)manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına keçirilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirə olunası əmlakın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar