Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-162/2022 16.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs və onun Müdafiəçi iştirakları ilə 07 avqust 1992-ci ildə Xaçmaz rayonunun Hülövlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, Xaçmaz rayonu, Hülövlü kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 21 sentyabr 2022-ci il tarixində saat 11 radələrində Xaçmaz rayonu, Hülövlü kəndində yaşayan Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs yaşadıqları evdə döyərək sonuncuya sol saidin, sağ göz ətrafının, sağ kürək, sol bud nahiyələrinin qançırları sağ göz almasına qansızma ilə müşayiət olunan sağlamlığa qəsdən Yüngül zərər vurmaya səbəb olan xəsarət yetirməklə onu döymüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, Xaçmaz rayonu, Hülövlü kəndində yaşayır. Daimi olaraq heç bir yerdə işləmir və fərdi əmək fəaliyyəti ilə məşğul olur, evlidir, biri 6 yaş digərinin isə 1 yaşı olmaqla iki oğlu vardır. xx.xx.2022-ci il tarixində saat 11 radələrində yaşadığı Xaçmaz rayonu, Hülövlü kəndində yerləşən evinə nahar etməyə gəlmişdir. O, evə çatmamış qapıda evdən səslərin gəldiyini və həyat yoldaşı Zərərçəkmiş şəxs kiminsə üstünə qışqırdığını eşitmişdir. Həmin vaxt o, əsəbiləşərək evə, həm Məlahətin niyə qışqırdığını öyrənmək, həmdə, Məlahəti sakitləşdirmək məqsədi ilə daxil olmuşdur. Evə daxil olduqda o, görmüşdür ki, həyat yoldaşı Məlahət və atası Şahid2 bir-birləri ilə mübahisə edirlər. O, nə baş verdiyini soruşanda atası onun oğlu Əlinin dərslərində zəif olduğu üçün, Məlahətin Əlinin dərsləri ilə məşğul olmasını tapşırmasını, lakin Məlahətin cavab qaytarmasını və sözlərinə məhəl qoymamasmı bildirmişdir. O, Məlahətə atasının doğru danışdığını, atasına cavab qaytarmamağın bildirsə də Məlahət, daha da bərk qışqırmağa başlamışdır. Bu vaxt o, Məlahətin sakitləşməsi üçün qolundan yumruqla vurmuşdur. Məlahət yenə də dayanmadan qışqıraraq mübahisə etməyə davam etməsi səbəbi ilə və Məlahətin ona və valideynlərinə hörmətsiz yanaşması səbəbi ilə, sillə ilə üzündən, yumruqla kürəyindən və ayağına təpiklə vurmuşdur. Anası onlar arasındaki, mübahəsinin böydüyünü görərək onların yanına gələrək onları ayırmışdır. Məlahət sakitləşmiş və onların axşam radələrinədək münasibətlərimiz yaxşılaşmışdır. Lakin, 23 sentyabr tarixdə o, evdən iş dalınca çıxdığı üçün, atası ilə anası isə bağ sahəsində işlədikləri vaxt, Məlahət evdə olan az yaşlı oğlu Uğur ilə birlikdə tək qalmışdır. Məlahət evdə tək olan vaxt qayınanası İradə Ağabalayeva həyat yoldaşını yaşadıqları Yergüc kəndinə yerləşən evlərinə aparmışdır. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Hülövlü kəndində yaşamış, hal-hazırda həyat yoldaşı onu döydüyü üçün Xaçmaz rayonu, Yergüc kəndində yerləşən ata evində yaşayır. Rəsmi olaraq işləmir. Belə ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs, onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs ilə 2015-ci il tarixdən rəsmi nikahda olmaqla birlikdə yaşamışdır. Təqsirləndirilən şəxsla aralarında, kiçik mübahisələri xaric, əvvəllər heç bir mübahisə və ədavət olmamışdır. xx.xx.2022-ci il tarixdə səhər radələrində, qayınatası onunla mübahisə etməyə başlamış, buna səbəb, böyük oğlu Əli İskəndərov 1-ci sinifdə oxuduğu üçün, o, Əlini qələmə öyrəşdirmək məqsədi ilə qarşısına qaralama dəftər qoymuşdur. Qayınatası Şahid2 ona acıqlı olaraq, uşağın qarşısından dəftəri götürməyini və ona qələm verməməyini bildirmişdir. O, Şahid2 oğlunun təzə-təzə yazı-pozunu öyrənməyə başladığını, Əlinin indi dəftər qələmlə məşğul olmasının vacib olduğunu desə də, Şahid2 öz bildiyini ona deyərək, mübahisə etməyə davam etmişdir. Qayınanası Şahid1 Şahid2 onun həyat yoldaşını çağırmağını və Seymurun gəlib onun “dilini yığmağını” bildirmişdir. Qayınatası onun həyat yoldaşı Seymura zəng edərək təcili evə gəlməyini və həyat yoldaşına “yiyə çıxmağını” bildirmişdir. Saat təxminən 11 radələrində Seymur evə gələrək səbəbsiz yerə ona acıqlı baxaraq üstünə gəlmiş, sol qolundan yumruqla, sillə ilə sağ yanaq nahiyəsindən, kürəyinin sağ hissəsindən yumruqla və daha sonra sol ayağına təpiklə vurmuşdur. Həmin vaxt qayınatası və qayınanası evdə olsalar da onları ayırmağa və sakitləşdirməyə cəhd etməmişlər. Seymur onu döyəndən sonra qayınanası gələrək onu Seymurun əlindən almış. 23 sentyabr tarixdə anası İradə Ağabalayeva onlara qonaq gəlmişdir. Həmin gün o anasına başına gələn hadisəni danışmış və anasından onu Yergüc-kəndində yerləşən ata evinə aparmağını xahiş etmişdir. Anası onlara qonaq gələn vaxt evdə heç-kəs olmadığı üçün o, həyat yoldaşından xəbərsiz anası ilə birlikdə evdən çıxaraq Xaçmaz RPŞ-nə gələrək həyat yoldaşının onu döyməsi barədə müraciət etmişdir. Bundan sonra zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək hazırda təqsirləndirilən şəxslə barışdığını və iş üzrə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını bildirməklə Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Xaçmaz rayonu, Hülövlü kəndidə ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq işləmir. Belə ki, oğlu Təqsirləndirilən şəxs 2015-ci il tarixdə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, həmin tarixdən onlarla birgə yaşamışlar. Əvvəllər onların münasibətləri yaxşı olsa da, bir müddət sonra Məlahətin onlara qarşı hörmətsiz davrandığının şahidi olduqca, Məlahətlə münasibətləri pisləşmişdir. xx.xx.2022-ci il tarixdə o, Seymurun oğlu 2017-ci təvəllüdlü Əlini hazırlıq kursuna getdiyi Xaçmaz rayonu. Qaradağlı kəndində yerləşən məktəbdən götürmək üçün getmişdir. Məktəbdə nəvəsinin müəlliməsi ona Əlinin dərslərində zəiflik olduğunu, Əliyə dərslərində kömək etməyi məsləhət görmüşdür. O, nəvəsini evə gətirmişdir. Evdə olarkən o, Əlinin qarşısına hazırlıq dəftərini qoyduğunu və onu qaraladığını görmüşdür. Bu səbəbdən o, gəlini Məlahətə müəllimənin dediklərini bildirərək, uşaqla məşğul olmasını tapşırmışdır. Məlahət onun sözünə məhəl qoymayaraq öz işinə davam etmişdir, Əlinin öz uşağı olmasını, necə tərbiyə vermək lazımdısa yaxşı bildiyini bildirmişdir. Həmin vaxt onların arasında sözlə mübahisə baş vermişdir. Bir müddət sonra oğlu Seymur evə gəlmişdir. Seymur onların mübahisə etdiklərinə şahid olmuş, həyat yoldaşı Məlahətə niyə qışqırdığını səsinin bütün kənddə eşidildiyini bildirmiş, Məlahət isə sakitləşməmişdir. Həmin vaxt Seymur Məlahətin qoluna yumruqla vurmuş və sakitləşməsini istəmişdir. O, həyat yoldaşı Ağabanı ilə balkona çıxmışdır ki, səslərini eşitməsinlər. X3 və Məlahəti ayırmağa getmişdir. Daha sonra nə baş verməsi barədə məlumatı olmamışdır. Lakin səhəri gün hər şey öz qaydasında olduğunu, xx.xx.2022-ci il tarixdə isə onlar sahəyə işləməyə getdikləri zaman Məlahətin ata evinə getdiyini bilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Xaçmaz rayonu, Hülövlü kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq işləmir, evdar qadındır. Belə ki, oğlu Təqsirləndirilən şəxs 2015-ci il tarixdə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, həmin tarixdən onlarla birlikdə yaşamışlar. Əvvəllər onların münasibətləri yaxşı olmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə evdə olarkən Seymurun oğlu Əli hazırlıq kursunun dəftərini açaraq qaralamağa başlamışdır. Həyat yoldaşı Sakit, Məlahətə, Əlinin hazırlıqdan müəlliməsi, uşaqla məşğul olmağını tapşırdığını, Əlinin dərslərində zəif olduğu üçün evdən məşğul olmağın vacib olduğunu bildirmişdir. Məlahət Sakitin sözünə məhəl qoymayaraq öz işinə davam etdirməklə Əlinin öz uşağı olmasını necə tərbiyə vermək lazımdısa yaxşı bildiyini bildirmişdir. Həmin vaxt onlar arasında sözlə mübahisə baş vermişdir. Bir müddət sonra oğlu Seymur evə gəlmiş və Məlahətlə Sakitin mübahisəsinə şahid olmuşdur. Seymur həyat yoldaşı Məlahətə niyə qışqırdığını səsinin bütün kənddə eşidildiyini bildirmiş, Məlahət isə sakitləşməmişdir. Həmin vaxt Seymur Məlahətin qoluna yumruqla vurmuşdur. O, həyat yoldaşı Sakit ilə birlikdə balkona çıxmış, daha sonra isə Məlahətlə Seymurun səslərinin daha da çoxaldığını eşitdiyindən onları sakitləşdirmək məqsədi ilə içəri daxil olmuş bu vaxt o, oğlu Seymurun Məlahəti sillə ilə vurduğunu görmüşdür. Daha sonra o, Məlahətlə Seymuru sakitləşdirmişdir. Səhəri gün hər şey öz qaydasında olmuşdur. xx.xx.2022-ci il tarixdə isə onlar sahədə oluqları zaman Məlahətin ata evinə getdiyini bilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz MTE və PA şöbəsindən Zərərçəkmiş şəxs barəsində verilmiş xx.xx.2022-ci il tarixli 509 saylı canlı şəxsin ekspertiza rəyindən aydın olur ki, onda sol saidin, sağ göz ətrafının, sağ kürək, sol bud nahiyələrinin qançırları, sağ göz almasına qansızma bərk küt əşya (əşyalar) təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu xx.xx.2022-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası DİN BƏSİİ-yə verilmiş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 333.3-cü maddəsi ilə aylıq pul təminatından 5 % məbləğində pulun dövlət nəfinə tutulmaqla 03 ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığından, sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından, iş üzrə icraata xitam verilməsini və onun bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 509 saylı rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə prosesində müəyyən olundu ki, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq hissi keçirir, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir, məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1, 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verib, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməlidir. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilsin. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddianın olmaması nəzərə alınsın. Qərardan qərar elan edildiyi andan 20 (iyirmi) gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №1(067)-162/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-162/2022
16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver