Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-162/2024 07.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızı Məhkəmə iclasının katibi: X37 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi: Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1983-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli,fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla,faktiki olaraq ünvan 2 yaşamış, hazırdaAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitəni xeyli miqdarda istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib yaşadığı ünvan 2 yerləşən evdə saxlamış, habelə satış məqsədi olmadan, qanunsuz olaraq, tanışı Şahid1 gətirdiyi xeyli miqdarda psixotrop maddə metamfetamini sonuncu ilə birlikdə özünə məxsus evdə saxlamış, bu fakt Xaçmaz st. X58 əməkdaşları tərəfindən Azərbaycan Dəmir Yolları QSC-nin X71 stansiyasının ərazisində yerləşən Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri, Rəhim İmanov küçəsi ev 23 ünvanına xx.xx.2023-cü il tarixdə saat 23:10-dan 00:00-dək olan müddətdə baxış keçirilərkən, evdə olan dolabın üstündən bir ədəd sellofan torbada olmaqla, ümumilikdə 285 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, evin yataq otağında olan masanın üzərində isə 07 (yeddi) ədəd bükümdə 0,035 qr., 0,023 qr., 0,030 qr., 0,013 qr., 0,026 qr., 0,034 qr., 0,032 qr. çəkilərdə olmaqla, ümumilikdə 0,193 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da, o, satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni xeyli miqdarda əldə edib daşımaqla saxlamışdır. Bundan başqa X2 məqsədi olmadan,qanunsuz olaraq, kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək üzərində saxlamaqla daşımış, bu fakt o, 25 may 2024-cü il tarixdə Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri, Rəhim İmanov küçəsində saxlanılıb, həmin gün saat 12:50-dən 13:00-dək olan müddətdə ünvan 3 ünvanda yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında üzərinə keçirmiş şəxsi axtarış zamanı əynindəki üzərində qırmızı və qara rənglər olan jiletin sol yan cibində gizlədərək saxladığı bir ədəd kağız bükümdə 0,730 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qannsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, polis əməkdaşları tərəfindən yaşadığı evdən 285 qram qurudulmuş marixuana və üzərindən isə 0,730 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. İttiham aktında adı keçən digər narkotik vasitələr isə onaaidolmamışdır.Belə ki, evinin meşənin yaxınlığında olduğunu və 285 qram qurudulmuş marixuananı meşədə gəzərkən kiminsə tərəfindən əkilmiş olan çətənə bitkisindənəldəetdiyini bildirmişdir. Həmin yerdə başqa qanunla qadağan olunmuş hər hansısa narkotik vasitə olmamışdır. İçərisində marixunanın olduğu həmin büküm yadından çıxaraq pilləkənin alt hissəsində qalmışdır. O, kiminsə tərəfindən atıldığını bilmədiyi, lakin üzərindən aşkar edilən metamfetamini isə marixuananı tapdığından bir müddət sonra, yəni 25 may 2024-cü il tarixdə, PŞ-da üzərinə şəxsi axtarış keçirildiyi gün dəmir yolunun kənarından tapmış, lakin saxlamaq niyyətilə götürmüş, istifadə etməmiş və ya kiməsə verməmişir. Həmçinin o, ittiham aktında qeyd olunan 7 (yeddi) ədəd bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin polis əməkdaşlarıonun yaşadığı evə gəldikləri vaxt Şahid1 üzərindən aşkar edilmişdir. Polis əməkdaşları yaşadığı ünvana gəldikləri vaxt o, yuxudan oyanaraq oradan qaçmışdır. Lakin daha sonra özü polis əməkdaşlarına təslim olmuşdur. Belə ki, Şahid1 onun yaşadığı evə gəldiyində həmin yeddi bükümdə psixotrop maddə metamfetaminin üzərində olmasını onademəmişdir. Lakin həmin metamfetamindən xəbərdar olmuş olsa idi, həmin metamfetamindənbirlikdə istifadə etmək fikirləri yaranardı. Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində damar yolu ilə istifadə edə bilmədiyi üçün psixotrop maddə olan metamfetamini onun köməklik göstərməsi üçün yanına gətirdiyi sözlərinin həqiqətə uyğun olmadığını bildirmişdir. Onun Şahid1 aid olan həmin yeddi bükümdə psixotrop maddə olan metamfetaminin əldə olunmasında heç bir rolu olmamışdır. Şahid1 isə 285 qram marixuananın və 0,730 qram psixotrop maddə metamfetaminin əldə olunmasında heç bir rolu olmamış, həmin narkotik vasitədən və psixotrop maddədən xəbərsiz olmuşdur. O, arada metamfetamindən marixuanaya qataraq istifadə etmişdir. Həmçinin iki ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir və hər dəfəsində də istifadə etdiyi narkotik vasitələri tapmışdır.O, barəsində cinayət işi açıldıqdan sonra narkotik vasitədən istifadə etməmişdir. O, ailəlidir və 6, 16, 17 yaşlarında uşağları vardır. Uşağlarının doğum haqqında şəhadətnamələrini isə ibtidai istintaqa təqdim etmişdir. Əvvəllər məhkum olmamışdır. Etdiyi cinayət əməlindən peşmandır və bir daha narkotik vasitələrdən istifadə etməyəcəyini bildirmişdir. O, barəsində təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşıması barədə məhkəmə istintaqında verdiyi ifadəsi obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq olunduğundan məhkəmə qeyd edilən hissədə şahidlərin ifadələrini mötəbər və həqiqi sübut növü kimi qəbul edir və qiymətləndirir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki,onlar narkotik vasitələrin istifadəçiləri olmuşlar. Təxminən 14-16 yanvar 2023-cü il tarixdə o üzərində psixotrop maddəni polis əməkdaşları tərəfindən saxlanıldıqları ünvana aparmışdır. Daha sonra PŞnın əməkdaşları tərəfindən saxlanılmışlar. Belə ki, Təqsirləndirilən şəxsla qonşudur və həmin gün Əzizin evinə narkotik vasitə istifadə etmək üçün getmişdir. Həyat yoldaşı olduğu üçün evində narkotik vasitə istifadə etməyə şəraiti yoxdur, buna görə də, narkotik vasitə istifadə etməyə Təqsirləndirilən şəxs evinə mütəmadi olaraq getmişdir.O, narkotik vasitəni Alı adlı şəxsdən bir bükümü 5 manata olmaqla yeddi büküm şəklində almış, lakin özü satışı ilə məşğul olmamışdır. Yeddi bükümün hamısını üzərində Təqsirləndirilən şəxs evinə aparmağının səbəbi də, dünyasını dəyişmiş Alı adlı şəxsdən həmin metamfetamini evin yaxınlığında almağıdır. Lakin həmin psixotrop maddədən istifadə etməmişlər. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 285 qram narkotik vasitədən ona istifadəsi üçün verməmişdir. Təqsirləndirilən şəxs birlikdə istifadə etməkləri üçün apardığı metamfetaminin müqabilində maddi imkanı olmadığı üçün pul almamışdır. Təqsirləndirilən şəxs evindən polis əməkdaşlarının narkotik vasitələri aşkar etdiklərində görmüş, yalnız 7 (yeddi) bükümdə olan metamfetamindən başqa digərləri ona aid olmadığını bildirmişdir. O, iki il əvvəl istifadəçisi olmuş, hazırda sağalmış və abidə daşlarının hazırlanmasında işlədiyini, hazırda isə barəsində cinayət işi davam etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə 5 ildir ki, əməliyyat müvəkkili vəzifəsində işlədiyindən, həmçinin dəfələrlə tərəflərindən narkotikə və oğurluq əməlinə görə tutulduğundan M.Əzizi əvvəldən tanımışdır. Hətta təqsirləndirilən şəxsin barəsində inzibati həbs və cinayət işi də, olmuşdur. Xaçmaz RPŞ-nin NMQ-nun rəisi Şahid4 Təqsirləndirilən şəxs narkotik maddələrin istifadə etməsi və üzərində daşıması ilə əlaqədar xəbərdar olmuş, rəhbərliyə məruzə edilərək əməliyyat qrupu yaradılmış və birlikdə Təqsirləndirilən şəxs PŞ-ya aparmışlar. PŞ-da müstəntiqin və müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərindən psixtrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs etiraf edərəkpsixotrop maddənin ona aid olduğunu və dəmir yolundan tapdığını bildirmişdir. Həmçinin o, ikinci epizod üzrə, yəni təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar olaraq şahid qismində cəlb olunduğunu, təqsirləndirilən şəxs tərəflərindən dəmir yolunda tutularkən tək olduğunu və təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə malumatlarıolmadığını bildirmişdir. Belə ki, narkotik satışı ilə məşğul olan Alı ləqəbli şəxs bıçaqlanaraq dünyasını dəyişib. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki,15 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evdə ətrafına bir neçə nəfər şəxsin yığılaraq narkotik vasitələrdən istifadə etməsi ilə əlaqədar olaraq əməliyyat məlumatı daxil olmuşdur. Belə ki, həmin evin çöl qapısı dəmir yoluna açılır. O, və polis əməkdaşları həmin ünvana gedərək qapını döydükdə Təqsirləndirilən şəxs anası Tamilla xanım onları qarşılamışdır. Onlar Tamilla xanıma evlərində kimlərinsə olması barədə əməliyyat məlumatı daxil olduğunu bildirərək evə baxış keçirməkləri üçün icazə almışlar. Tamilla xanımın dəvəti ilə həyətə daxil olduqda sağ tərəfdə köhnə tikili olan hamam otağı olduğunu görmüşlər. O, polis əməkdaşlarına həmin şəxslərin orada olması ehtimalı ilə həmin hamam otağına baxmalarını bildirmişdir. Həmçinin 20 metr qarşıda isə evin alt mərtəbəsi yerləşir. 3 nəfər Tamilla xanımla birlikdə evin alt mərtəbəsinə daxil olduqlarında bir nəfər şəxsin oturduğunu, bir nəfər şəxsin uzandığını və digərinin isə pəncərədən bağ tərəfə qaçdığını görmüşlər. Həmin qaçan şəxs Təqsirləndirilən şəxs olmuşdur. Tərəflərindən saxlanılan şəxslərdən biri qoşusu olduğunu və digəri isə telefonunun elektrik yığması üçün həmin evə gəldiyini bildirmişdir. Həmin şəxslərdən biri Camal adlı şəxsdir və hazırda məhkumdur və digəri isə Şahin adlı şəxsdir ki, hazırda barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bükümləri stolun üzərində və bir neçəsini isə kül qabına baxdıqda istifadə edildiyini görmüşlər. O, saxlanılan şəxslərdən Elçin adlı şəxsə onun stulda əyləşdiyini və qarşısında 7 ədəd bükümlərin olduğunu dedikdə, Elçin əvvəlcə ona aid olmadığını bildirmişdir. Həmin bükümlərin kimə məxsus olmasını soruşduqda isə özlərinə aid olmadığını demişlər. Onlar həmin şəxsləri saxlayaraq təhqiqatçını dəvət etdikdən sonra Təqsirləndirilən şəxs anasının iştirakı ilə evə baxış keçirmişlər. Onlar evə baxış keçirərkən evdə olan şkafın üzərində üzəri tozlu olan yaşıl rəngli marixuanaya bənzər kütlə aşkar edərək sənədləşdirib götürmüşlər. Daha sonra evin ikinci mərtəbəsinə qalxmaq üçün istifadə olunan pilləkənin yanında daha bir kütlə aşkar etmişlər. Lakin həmin kütlə tapdıqlarında digər kütləyə bənzərliyi olmamışdır. Həmin iki bükümdə narkotik vasitə marixuana aşkar edilmişdir. Saxlanılan şəxslərdən həmin kütlənin kimə məxsus olduğunu soruşduqlarında ev sahibinə aid ola biləcəyini bildirmişlər. Onlar saxladıqları həmin üç nəfəri PŞ-ya apardıqdan sonra növbəti gün Təqsirləndirilən şəxs müəyyən etmişlər. Təqsirləndirilən şəxs yaxınlaşaraq etdiyi cinayət əməlini etiraf etmiş,həmin bükülünü çoxdan meşə ərazisindən əldə etdiyini və şkafın üzərində yadından çıxaraq qaldığını demişdir. Həqiqətən həmin bükülü çoxdan orada qalana bənzəyirdi, çünki üzəri tozlu halda müəyyən edilmişdir. Digər bükülünü isə meşədən istifadə etmək üçün gətirdiyini etiraf etmişdir. Elçin adlı saxlanılan şəxs isə həmin yeddi bükümün ona aid olduğunu etiraf etmişdir. Belə ki, Alı ləqəbi ilə tanınan Qərib Cəbrayılovun həmin narkotik vasitəni haradasa pəncərəyə qoyduğunu və onun gedib götürməsini Elçinə demişdir. Daha sonra Elçin bildirmişdir ki, həmin narkotik vasitəni oradan götürüb birlikdə istifadə etmələri üçün Əzizin evinə gətirmişdir. Onlar Qərib adlı şəxsin saxlanılması üçün gecənən əməliyyat tədbiri keçirməklərinə baxmayaraq Qərimqaçıb gizlənmiş, lakin növbəti gün Qərib adlı şəxs tərəflərindən saxlanılmış və saxlanıldıqdan sonra həmin narkotik vasitəni haradan əldə etməsi ilə əlaqədar olaraq uydurma ifadə vermişdir. Daha sonra Qərib adlı şəxsin tutulması hərəkətlərini istintaq aparmış və Qərib hər şeyi etiraf etmişdir. Daha sonra isə Qərib adlı şəxs bıçaqlanaraq dünyasını dəyişmişdir. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid7 ifadəsində göstərdi ki,aldığı telefonun işlək vəziyyətdə olmasını yoxlamaq üçün enerjiyə qoşmaq niyyətilə Təqsirləndirilən şəxs yaşadığı ünvana Cəlal adlı şəxslə birlikdə getmişlər. Telefonun işlək vəziyyətdə olduğunu yoxladıqdan təxminən 5 dəqiqə sonra şahid qismində cəlb edilmiş Cəlal adlı şəxslə oradan getmək istədiklərində polis əməkdaşları gələrək içəri daxil olmuşlar. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs evindən marixuana aşkar edilmişdir. Belə ki, o, polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt Əziz, Elçin və Cəlal adlı şəxslərlə birlikdə olmuşlar. Lakin o həmin ünvana narkotik vasitə üçün getməmişdir və həmin vaxt stolun üstündə narkotik vasitə olmasından xəbərsiz olmuşdur. O, evə daxil olduğunda Əziz və qonşusu Elçin otaqda oturaq vəziyyətdə söhbət etmişlər. O, otaqda olan şəxslərin narkotik vasitə istifadə etmələrini bilmiş, lakin həmin vaxt onların narkotik vasitə istifadə etmələrini və ya stolun üzərində narkotik vasitə olmasını görməmişdir.O, Təqsirləndirilən şəxs yaşadığı evə mütəmadi olaraq gediş-gəlişi olmuşdur. Lakin o, narkotik vasitələrdən nəfəs yolu ilə, Təqsirləndirilən şəxsgil isə damar yolu ilə istifadə etdikləri üçün onlarla narkotik vasitələrin istifadəsində münasibətləri yoxdur. Həmçinin polis əməkdaşlarının evə baxış keçirdiklərində evdən sellofan paketdə olan bir ədəd bükümdə marixuana aşkar edildiyini, aşkar edilən marixuananı ora heç kimin aparmadığını, içərisində narkotik vasitənin olduğu sellofan bükümün evin hansı hissəsindən aşkar edildiyini və Elçin adlı şəxsin həmin evə nə gətirdiyini bilməmişdir. Belə ki, M.Əziz həmin psixotrop maddədən xəbərsiz olmuş və hadisə yerindən qaçmışdır. Məhkəmə istintaqı zamanı şahid X23 v da eyni məzmunlu ifadə verərək Şahid7 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - 26 may 2024-cü il tarixli“Cinayət işi başlanması və icraata götürmək haqqında” qərardan (cild 01, vərəq 01) müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsindəAzərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” protokoldan (cild 01, vərəq 24) müəyyən edilir ki, Təqsirləndirilən şəxs 25 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - 25 may 2024-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan (cild 01, vərəq 26) müəyyən olunmuşdur ki, Xaçmaz RPŞ-nin İB-nın müstəntiqi, polis kapitanı X38, Xaçmaz RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis leytenantı X4, Xaçmaz RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid5, Xaçmaz RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid4vəXaçmaz rayon vəkil bürosunun vəkili X10 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X38 özünü təqdim etmiş və qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və istifadə etməsində şübhəli olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş və şəxsi axtarışda iştirak edən şəxsləri təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində qırmızı qara rəngli jilet, tünd göy rəngli idman şalvarı və qara rəngli ayaqqabı vardır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan jiletin sağ yan cibindən bir ədəd alışqanı və həmin jiletin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxararaq stolun üzərinə qoydu. Onun üzərinə şəxsi axtarış keçirilən zaman isə başqa hər hansı predmet aşkar olunmadı. Aşkar edilmiş bir ədəd şəffaf sellofan bükümün içərisinə baxılan zaman orada ağ rəngli xarici görünüşünə görə psixotrop maddə metamfetaminə bənzər maddənin olması müşahidə edildi. Təqsirləndirilən şəxs həmin maddənin “patı” yəni psixotrop maddə metamfetamin olmasını, yerdən tapmaqla şəxsi istifadə üçün üzərində saxlamasını bildirdi. Hər hansı şəxsə narkotik vasitə və psixotrop maddə satmadığını və hər hansı şəxsdən almadığını bildirdi. Həmin bir ədəd içərisində maddə olan sellofan büküm müstəntiq tərəfindən elektron tərəzidə çəkilən zaman ümumi çəkisinin 0,78 qram olması müşahidə edildi. Həmin bir ədəd içərisində ağ rəngli maddə olan büküm müstəntiq tərəfindən ekspertizaya təqdim edilməsindən ötrü qablaşdırılıb möhürlənərək götürüldü. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri Xaçmaz RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis leytenantı X14 tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 may 2024-cü il tarixli, 3-16-16/2-6/2980 (cild 01, vərəq 34) nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №58” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs –imza 4 ədəd imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi – 0,730 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamindən təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq – 0,680 qram təşkil etmişdir. - 27 may 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəq 43) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X24 tərəfindən icraatında olan ********* nömrəli cinayət işi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ittiham elan olunmuşdur. - Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(067)-85/2024 nömrəli qərarından müəyyən edilir ki, Azərbaycan Respblikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 25 may 2024-cü il tarixdən hesablanmaqla, 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - 29 may 2024-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan (cild 01,vərəq 64) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində aşkar olnaraq götürülmüş 0,730 qram çəkidə kstar üsulla hazırlanmış psixotrop maddə metamfetamin işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan cinayət işi üzrə maddi sübut kimi tanınmış və həmin psixitrop maddə metamfetaminin 0,680 qram qalığı saxlanmasından ötrü RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs X5 üzərinə keçirilmiş şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunmuş və qeyd olunan video görüntülər 01 (bir) ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. - 29 may 2024-cü il tarixli “Cinayət işlərinin bir icraatda biləşdirilməsi haqqında” qərardan (cild 01, vərəq 69) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X15 icraatında olan ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. - 17 yanvar 2023-cü il tarixli “Cinayət işi başlamaq və icraata qəbul etməkbarədə” qərardan (cild 01, vərəq 77) müəyyən edilir ki, Xaçmaz st. X58 İstintaq və Təhqiqat Qrupunun baş müstəntiqi, polis mayoru X31 tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. - 16 yanvar 2023-cü il tarixli “evə baxış keçirilməsi haqqında” protokoldan (cild 01, vərəq 88) müəyyən edilir ki, Xaçmaz st. XPŞ-nin baş təhqiqatçısı v.m.i edən polis kapitanı X32, Xaçmaz st. XPŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, Xaçmaz st. XPŞnin CAQ-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid3, Xaçmaz st. XPŞ-nin KTQ-nın baş inspektor-kriminalisti, polis leytenantı X25, X11 və Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evə ev sahibinin icazəsi ilə baxış keçirilmişdir. - “Şübhəli şəxsin tutulması haqqında” protokoldan (cild 01, vərəq 103) müəyyən edilir ki, Şahid1 17 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - 17 yanvar 2023-cü il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan (cild 01, vərəq 105) müəyyən edilmişdir ki, Xaçmaz st. XPŞ-nin İ və TQ-nun baş təhqiqatçısı v.m.i edən polis kapitanı X48, Xaçmaz st. XPŞ-nin PPXM-nin polis nəfəri, polis serjantı X33, Xaçmaz st. XPŞ-nin PPXM-nin polis nəfəri, polis serjantı X26, Xaçmaz st. XPŞ-nin KTQnun baş inspektor-kriminalisti polis leytenantı X25 və Xaçmaz rayon vəkil bürosunun vəkili X34 iştirakları ilə Xaçmaz st. XPŞ-nin inzibati binasında Şahid1 üzərinə şəxsi axtarış keçirilmişdir. Xaçmaz st. XPŞ-nin İ və TQ-nun baş təhqiqatçısı v.m.i edən polis kapitanı X48 özünü təqdim etmiş və qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və daşımasında şübhəli olan Şahid1 üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş və şəxsi axtarışda iştirak edən şəxsləri təqdim etmişdir. Şahid1 əynində boz rəngli papaq, qara rəngdə gödəkçə, göy rəngdə köynək, qara rəngdə şalvar və ayağında isə qara rəngli ayaqqabı vardır. Şəxsi axtarış keçirilməzdən əvvəl Şahid1 təklif olundu ki, üzərində qanunla qadağan olunan nə varsa, hamısını çıxardaraq təqdim etsin. Bu təklifdən sonra Şahid1 üzərində heçnəolmadığını qeyd etdi və onun üzərinə axtarış keçirilən zaman həqiqətən də heçnə aşkar olunmadı. Şəxsi axtarış zamanı iştirak edən Şahid1 ilkin sorğu zamanı tanışı Xaçmaz şəhəri, Xanlar küçəsi ev 23-də yaşayan Təqsirləndirilən şəxs evində aşkar olunmuş narkotik vasitələrdən 7 ədəd bükülüdə içərisi ağ rəngdə kristallar olan maddəsnin ona məxsus olduğunu qeyd edərək, digər iki sellofanda aşkar olunmuş ota bənzər narkotik vasitəyə oxşar kütlələr isə Əzizə aid olduğunu bildirmişdir. Əlavə olaraq Əzizin evində aşkar olunmuş 7 ədəd bükülüdə ağ rəngdə kristal formasında olan narkotik vasitələri o 25 azn qarşılığında tanıdığı Xaçmaz şəhər sakini Qərib adlı şəxsdən aldığını bildirmişdir. Şəxsi axtarış zamanı video çəkiliş aparıldı və protokola əlavə edildi. Şəxsi axtarış zamanı yuxarıda göstərilənlərdən başqa izlər, əşyalar, sənədlər, habelə gəlcəkdə iş üzrə sübut əhəmiyyət i kəsb edə biləcək digər əşyalar aşkar edilməmiş və götürülməmişdir. Şahid1 üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri Xaçmaz st. XPŞninKTQ-nunbaş inspektor-kriminalisti polis leytenantı X43 tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” protokoldan (cild 01, vərəq 122) müəyyən edilir ki, Şahid6 17 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - 17 yanvar 2023-cü il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan (cild 01, vərəq 105) müəyyən edilmişdir ki, Xaçmaz st. XPŞ-nin İ və TQ-nun baş təhqiqatçısı v.m.i edən polis kapitanı X48, Xaçmaz st. XPŞ-nin PPXM-nin polis nəfəri, polis serjantı X33, Xaçmaz st. XPŞ-nin PPXM-nin polis nəfəri, polis serjantı X26, Xaçmaz st. XPŞ-nin KTQnun baş inspektor-kriminalisti polis leytenantı X25 və Xaçmaz rayon vəkil bürosunun vəkili X27 iştirakları ilə Xaçmaz st. XPŞ-nin inzibati binasında Şahid6 üzərinə şəxsi axtarış keçirilmişdir. Xaçmaz st. XPŞ-nin İ və TQ-nun baş təhqiqatçısı v.m.i edən polis kapitanı X48 özünü təqdim etmiş və qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsində şübhəli olan Şahid6 üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş və şəxsi axtarışda iştirak edən şəxsləri təqdim etmişdir. Şahid6 əynində qara gödəkçə, göy rəngdə nazik gödəkçə, damalı göy rəngdə köynək, göy rəngdə cins şalvar və ayağında isə qara rəngdə ayaqqabı vardır. Şəxsi axtarış keçirilməzdən əvvəl Şahid6 təklif olundu ki, üzərində qanunla qadağan olunan nə varsa, hamısını çıxardaraq təqdim etsin. Bu təklifdən sonra Şahid6 könüllü olaraq əynindəki göy rəngli nazik gösəkçənin sağ yan cibindən 1 ədəd siqaret qutusu və göy rəngdə əynində olan şalvarın sol yan cibindən 1 ədəd dəsmalı çıxarıb təqdim etdi. Şəxsi axtarış zamanı iştirak edən Şahid6 ilkin sorğu zamanı tanışı Xaçmaz şəhəri, Xanlar küçəsi ev 23-də yaşayan Təqsirləndirilən şəxs evində çay içdiyini qeyd edərək, Əzizin evində aşkar olunan narkotik vasitələrə bənzər kütlə və maddələrin onunla heç bir əlaqəsi olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı video çəkiliş aparıldı və protokola əlavə edildi. Şəxsi axtarış zamanı yuxarıda göstərilənlərdən başqa izlər, əşyalar, sənədlər, habelə gəlcəkdə iş üzrə sübut əhəmiyyət i kəsb edə biləcək digər əşyalar aşkar edilməmiş və götürülməmişdir. Şahid6 üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri Xaçmaz st. XPŞ-nin KTQ-nun baş inspektor-kriminalisti polis leytenantı X43 tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” protokoldan (cild 01, vərəq 122) müəyyən edilir ki, Şahid7 17 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - 17 yanvar 2023-cü il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan (cild 01, vərəq 143) müəyyən edilmişdir ki, Xaçmaz st. XPŞ-nin İ və TQ-nun baş təhqiqatçısı v.m.i edən polis kapitanı X48, Xaçmaz st. XPŞ-nin PPXM-nin polis nəfəri, polis serjantı X33, Xaçmaz st. XPŞ-nin PPXM-nin polis nəfəri, polis serjantı X26, Xaçmaz st. XPŞ-nin KTQnun baş inspektor-kriminalisti polis leytenantı X25 və Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Xaçmaz st. XPŞ-nin inzibati binasında Şahid7 üzərinə şəxsi axtarış keçirilmişdir. Xaçmaz st. XPŞ-nin İ və TQ-nun baş təhqiqatçısı v.m.i edən polis kapitanı X48 özünü təqdim etmiş və qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsində şübhəli olan Şahid7 üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş və şəxsi axtarışda iştirak edən şəxsləri təqdim etmişdir. Şahid7 əynində qara gödəkçə, qara rəngdə köynək, qara rəngdə şalvar və ayağında isə qara rəngdə ayaqqabı vardır. Şəxsi axtarış keçirilməzdən əvvəl Şahid7 təklif olundu ki, üzərində qanunla qadağan olunan nə varsa, hamısını çıxardaraq təqdim etsin. Bu təklifdən sonra Şahid7 könüllü olaraq əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd ev dustaqlı ilə əlaqədar CPS avadanlığı və həmin cibindən də 1 ədəd içərisi kibritli dolu olan qutusu çıxardıb masanın üzərinə qoydu. Şəxsi axtarış zamanı Şahid7 ilkin sorğu zamanı tanışı Xaçmaz şəhəri, Xanlar küçəsi ev 23-də yaşayan Təqsirləndirilən şəxs evinə yeni aldığı telefonu yoxlamaq və enerjiyə qoşması üçün getdiyini bildirmişdir. Şəxsi axtarış zamanı video çəkiliş aparıldı və protokola əlavə edildi. Şəxsi axtarış zamanı yuxarıda göstərilənlərdən başqa izlər, əşyalar, sənədlər, habelə gəlcəkdə iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək digər əşyalar aşkar edilməmiş və götürülməmişdir. Şahid7 üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri Xaçmaz st. XPŞ-nin KTQ-nun baş inspektor-kriminalisti polis leytenantı X43 tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2023-cü il tarixli, 3-13-15-1-4/2-86/2023 (cild 01, vərəq 156) nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsi DYNPİ-nin Xaçmaz st. X72 Zərflər üçün” dairəvi möhür əksi, “vət. Təqsirləndirilən şəxs evindən aşkar edilmiş...”yazısı və imzalar olan zərfdəki, 7(yeddi) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,035 qr., 0,030 qr., 0,013 qr., 0,026 qr., 0,034 qr., 0,032 qr., ümumi təmiz çəkisi 0,193 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamindən təqdqiqata 0,07 qram sərf edildikdən sonra qalıq – 0,123 qram təşkil etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2023-cü il tarixli, 3-13-15-1-4/2-86/202 (cild 01, vərəq 161) nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “..........Təqsirləndirilən şəxs evindən aşkar olunmuş 1 ədəd sellofanda narkotik vasitəyə oxşar kütlə” yazılar və imzalar olan 1№-li kağız paketdə yaşıl rəngli sellofan torbada təmiz çəkisi – 250,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Metamfetamindən təqdqiqata 0,07 qram sərf edildikdən sonra qalıq – 0,123 qram təşkil etmişdir. Tədqiqata təqdim olunmuş üzərində “..........Təqsirləndirilən şəxs evindən aşkar olunmuş 1 ədəd sellofanda narkotik vasitəyə oxşar kütlə” yazılar və imzalar olan 2 №-li kağız paketdə ağ rəngli göy zolaqlı sellofan torbada təmiz çəkisi – 35,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuanalardan təqdqiqata 0,04 qram sərf edildikdən sonra qalıq – 284,96 qram təşkil etmişdir. -18 yanvar 2023-cü il tarixli “Şübhəli şəxsin azad edilməsi haqqında” qərardan (cild 01, vərəq 176) müəyyən edilir ki, şübhəli şəxs qismində tutulmuş Abasov X30 RPŞ-nin MSYdən 18 yanvar 2023-cü il tarixdə, saat 16:10-da azad edilmişdir. -18 yanvar 2023-cü il tarixli “Şübhəli şəxsin azad edilməsi haqqında” qərardan (cild 01, vərəq 178) müəyyən edilir ki, şübhəli şəxs qismində tutulmuş Şahid7 Xaçmaz RPŞ-nin MSY-dən 18 yanvar 2023-cü il tarixdə, saat 16:30-da azad edilmişdir. - 18 yanvar 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəq 184) müəyyən edilir ki, Xaçmaz st. XPŞ-nin İ və TQ-nin baş müstəntiqi, polsi mayoru X31 tərəfindən icraatında olan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar olaraq Şahid1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ittiham elan olunmuşdur. - 18 yanvar 2023-cü il tarixli tutmadan azad etmə və təqsirləndirilən barəsində “Başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinin seçilməsi barədəqərardan və “İltizamdan” (cild 01, vərəq 191-193) müəyyən edilir ki, Şahid1 Xaçmaz RPŞ-nin MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - 18 yanvar 2023-cü il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə” qərardan (cild 01, vərəq 194) müəyyən edilir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə başqa cinayət işi ayrılmış və icraata götürülərək ********* nömrəsi altında istintaqı davam etdirilmişdir. - “Şübhəli şəxsin tutulması haqqında” protokoldan (cild 01, vərəq 200) müəyyən edilir ki, Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - 18 yanvar 2023-cü il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan (cild 01, vərəq 208) müəyyən edilmişdir ki, Xaçmaz st. XPŞ-nin İ və TQ-nun baş müstəntiqi, polis mayoru X31, Xaçmaz st. XPŞ-nin PPXM-nin polis nəfəri, polis serjantı X28, Xaçmaz st. XPŞ-nin PPXM-nin polis nəfəri, polis serjantı X29 və Xaçmaz rayon vəkil bürosunun vəkili X35 iştirakları ilə Xaçmaz st. XPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. X Xaçmaz st. XPŞ-nin İ və TQ-nun baş müstəntiqi, polis mayoru X31 özünü təqdim etmiş və qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsində şübhəli olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş və şəxsi axtarışda iştirak edən şəxsləri təqdim etmişdir. Təqsirləndirilən şəxs əynində qara rəngdə gödəkçə, tünd qəhvəyi rəngdə köynək, qara rəngdə şalvar və ayağında isə tünd göy rəngdə ayaqqabı vardır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində qanunla qadağan olunan nə varsa, hamısını çıxardaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq qara rəngli gödəkçəsinin iç sol yan cibindən 1 ədəd içərisində siqaret olan siqaret qutusu və qara rəngli şalvarın sol yan cibindən 1 ədəd içərisində kibrit olan kibrit qutusunu çıxardıb masanın üzərinə qoydu. Şəxsi axtarış zamanı iştirak edən Təqsirləndirilən şəxs ilkin sorğu zamanı səmimi etiraf etmişdir ki, 16 yanvar 2023-cü il tarixdə onun yaşadığı evdə aşkar olunmuş 2 ədəd sellofan paketdə qurudulmuş marixuana ona məxsusdur. Əlavə olaraq Təqsirləndirilən şəxs qeyd etmişdir ki, onun yaşadığı evdən aşkar olunmuş 7 ədəd bükülüdə metamfetamin adlı psixotrop maddə Xaçmaz şəhər sakini Şahid1 məxsusdur. - Xaçmaz rayon məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 5(067)-9/2023 saylı qərarından (cild 01, vərəq 219) müəyyən edilir ki, Xaçmaz st. XPŞ-nin əməliyyat müvəkkili Mübariz X1 qanunsuz olaraq narkotik vasitələri saxlaması və gəzdirməsinə dair əməliyyat tədbirinin keçirilməsi barədə 16 yanvar 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. - 19 yanvar 2023-cü il tarixli “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan (cild 01, vərəq 220) müəyyən edilir ki, Xaçmaz st. XPŞ-nin İ və TQnun baş müstəntiqi, polis mayoru Xəyyam Şeydayev tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi haqqında videogörüntülərinəTəqsirləndirilən şəxs və müdafiəçisi X35 iştirakları ilə Xaçmaz RPŞ-nin müvəqqəti saxlama yerində 01 ədəd DVD formatlı diskə baxış keçirilmişdir. - 19 yanvar 2023-cü il tarixli “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan (cild 01, vərəq 222) müəyyən edilir ki, Xaçmaz st. XPŞ-nin İ və TQnun baş müstəntiqi, polis mayoru Xəyyam Şeydayev tərəfindən Şahid1 üzərinə şəxsi axtarış keçirilməsi haqqında videogörüntülərinəŞahid1 və müdafiəçisi X34 iştirakları ilə Xaçmaz RPŞ-nin müvəqqəti saxlama yerində 01 ədəd DVD formatlı diskə baxış keçirilmişdir. - 19 yanvar 2023-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan (cild 01,vərəq 224) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Şahid1 aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış yeddi ədəd kağız bükümdə 0,123 qram çəkidə metamfetamin və Təqsirləndirilən şəxs evinə keçirilmiş baxış zamanı götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 284 qram marixuana, bundan əlavə keçirilmiş baxış və şəxsi axtarış zamanı videoçəkilişə alınmış görüntü olan 02 ədəd CD diski iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. - 20 yanvar 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəq 207) müəyyən edilir ki, Xaçmaz st. XPŞ-nin İ və TQ-nin baş müstəntiqi, polsi mayoru X31 tərəfindən icraatında olan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ittiham elan olunmuşdur. - 20 yanvar 2023-cü il tarixli tutmadan azad etmə və təqsirləndirilən barəsində “Başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinin seçilməsi barədəqərardan və “İltizamdan” (cild 01, vərəq 237-239) müəyyən edilir ki,Təqsirləndirilən şəxs Xaçmaz RPŞnin MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 01 fevral 2023-cü il tarixli, 532 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən (cild 02, vərəq 2) müəyyən edilir ki, müayinə zamanı Şahid1 opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 01 fevral 2023-cü il tarixli, 533 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən (cild 02, vərəq 6) müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs alkoqolun, opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası DİN Əməliyyat və X3 İdarəsinin tərtib etdiyi tələbnamələrdən (cild 02, vərəq 14) müəyyən edilir ki, təqsirləndirilən şəxs Şahid1 məhkumluğu olmayan şəxsdir. - Xaçmaz rayon məhkəməsinin 07 mart 2023-cü il tarixli, 5(067)-57/2023 saylı qərarından (cild 02, vərəq 24) müəyyən edilir ki, 01 yanvar 2023-cü il tarixdən 06 mart 2023-cü il tarixədək olan müddət ərzində 055 771-64-65 mobil telefon nömrəsindən və 070 929-50-09 mobil telefon nömrəsindən edilmiş zənglərin nömrələri, həmin abonent nömrələrinin sahiblərinin adları, soyadları və ünvanlarıgöstərilməklə siyahısı, göndərilən və daxil olan SMS-lərin məzmunları, anten dairəsinin əldə edilməsi barədə məlumatlar götürülməsi barədə Xaçmaz st. XPŞ-ninbaş müstəntiqinin vəsatəti əsasında ********* nömrəli cinayət işi üzrə vəsatəti təmin edilmişdir. - 09 mart 2023-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində axtarışın elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan (cild 02, vərəq 30) müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 2354.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmış və Şahid1 barəsində axtarış elan edilmişdir. - “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən daxil olmuş 17 mart 2023-cü il tarixli məktubdan (cild 02, vərəq 34) görünür ki, Şahid1 “Xaçmaz RMX” PHŞ-də həkim-narkoloqun və həkim-psixatrın qeydiyyatında yoxdur. - “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən daxil olmuş 11 aprel 2023-cü il tarixli məktubdan (cild 02, vərəq 35) görünür ki, Təqsirləndirilən şəxs 2018-ci il tarixdən “Xr. Alkoqolizm, asılılıq sindromu ilə.” Diaqnozu ilə həkim –narkoloqun qeydiyyatındadır, həkim-psixatrın qeydiyyatında yoxdur. - Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş “Arayış”dan (cild 02, vərəq 37) müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs həyat yoldaşı 1988-ci il təvəllüdlü X17, övladları 2007-ci il təvəllüdlü X36, 2008-ci il təvəllüdlü X54 və 2018-ci il təvəllüdlü X44 adında ailə üzvləri vardır. - Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş “İctimai xasiyyətnamə”dən (cild 02, vərəq 38) müəyyən edilir ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda yaşadığı müddət ərzində ailə üzvləri və qonşuları ilə yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Yaşadığı müddət ərzində çalışmışdır ki, qohum-qonşuları ondan narazı qalmasınlar. Onun barəsində Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. - Azərbaycan Respublikası DİN Əməliyyat və X3 İdarəsinin tərtib etdiyi tələbnamələrdən (cild 02, vərəq 39) müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. - 21 sentyabr 2023-cü il tarixli “Könüllü gəlmə haqqında” protokoldan (cild 02, vərəq 42) müəyyən edilmişdir ki, Xaçmaz st. XPŞ-də istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Şahid1 könüllü olaraq Xaçmaz st. XPŞ-nə gələrək özünü təqdim etmişdir. - 21 sentyabr 2023-cü il tarixli “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata götürülməsi haqqında” qərardan müəyyən edilmişdir ki, ********* nömrəli cinayət işinin icraatı təzələnib istintaq davam etdirilmişdir. - 21 sentyabr 2023-cü il tarixli tutmadan azad etmə və təqsirləndirilən barəsində “Başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinin seçilməsi barədəqərardan və “İltizamdan” (cild 02, vərəq 44) müəyyən edilir ki,Şahid1 Xaçmaz RPŞ-nin MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - 21 sentyabr 2023-cü il tarixli tutmadan azad etmə və təqsirləndirilən barəsində “Başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinin seçilməsi barədəqərardan və “İltizamdan” (cild 02, vərəq 45) müəyyən edilir ki,Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nin MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - 22 sentyabr 2023-cü il tarixli “Telefon danışıqlarının siyahısına baxış keçirilməsi haqqında” protokoldan (cild 02, vərəq 50) müəyyən edilmişdir ki, DİN Baş İnformasiya Kommunikasiya İdarəsindən xx.xx.2023-cü il tarixdə Xaçmaz st. XPŞ-nə daxil olmuş 01 ədəd CD diskinə baxış keçirilmiş və baxış zamanı zənglərin siyahısına baxış keçirilərkən Şahid1 istifadə etdiyi 055 771-64-65 nömrəsi ilə X12 istifadə etdiyi 070 929-50-09 mobil nömrələri aralarında bir-birinə zənglərini gediş-gəlişi və ya sms-lərin bir birinə göndərilməsi müəyyən edilməmişdir. - 30 sentyabr 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan (cild 02, vərəq 59) müəyyən edilir ki, iş üzrə Şahid1 psixotrop maddə olan metamfetamini X6 alması, həmin fakt üzrə ********* saylı cinayət işindən 23120002 sayla yeni cinayət işinin ayrilması nəzərə alınsın. Eyni zamanda Şahid1 barəsində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 238-ci maddəsi ilə cinayət təqibi başlanması rədd edilmişdir. - Xaçmaz rayon məhkəməsinin 1(067)-49/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından (cild 02, vərəq 141) müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və X7 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işinin məhkəmədə baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokrora qaytarılmışdır. Təqsirləndirilən şəxslərin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərini kobud surətdə pozulmasına yol vermiş Xaçmaz st. XPŞ-nin İ və TQ-nun baş müstəntiqi, polis mayoru X39 və sabiq baş müstəntiq, polis mayoru X31 barəsində xüsusi qərar çıxarılmışdır. - Xaçmaz rayon məhkəməsinin 1(067)-49/2024 saylı, xx.xx.2024-cü il tarixli (cild 02, vərəq 147) müəyyən edilmişdir ki, Xaçmaz st. X58 İ və TQ –nun baş müstəntiqi, polis mayoru X39 və sabiq baş müstəntiq, polis mayoru X18 məsuliyyəti məsələsini həll etmək üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilmişdir. - 01 mart 2024-cü il tarixli “Cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan (cild 02, vərəq 157) müəyyən edilir ki, Xaçmaz st. XPŞ-nin İ və TQ –nun baş müstəntiqi, polis mayoru X20 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraatına qəbul edilmişdir. - 03 mart 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin axtarışının elan edilməsi haqqında” qərardan (cild 02, vərəq 161) müəyyən edilmişdir ki, Şahid1 barəsində axtarış elan olunmuşdur. - 03 mart 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin axtarışının elan edilməsi haqqında” qərardan (cild 02, vərəq 162) müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. - 03 mart 2024-cü il tarixi “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan (cild 02, vərəq 164) müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. - 26 may 2024-cü il tarixli “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan (cild02, vərəq 171) müəyyən edilmişdir ki, ********* nömrəli cinayət işinin təzələnib istintaq davam etdirilmişdir. - 27 may 2024-cü il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan (cild 02, vərəq 173) müəyyən edilmişdir ki, ********* nömrəli cinayət işindən Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq ayrıca icraata qəbul edilmiş və istintaqı aparılmışdır. - 28 may 2024-cü il tarixli “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi barədə” qərardan (cild 02, vərəq 178) müəyyən edilmişdir ki, ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsindən ötrü istintaq aidiyyəti üzrə Xaçmaz RPŞ-nin İB-nə göndərilmişdir. - 29 may 2024-cü il tarixli “Cinayət işinin icraata qəbul edilməsi haqqında”qərardan (cild 02, vərəq 182) müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X13 icraatına qəbul edilərək istintaqı aparılmışdır. - 29 iyun 2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” qərardan (cild 02, vərəq 101) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavələr və dəyişikliklər edilərək, ona həmin Məcəllənin 234.1-ci maddəsi ilə yeni məzmubda ittiham elan edilmişdir. - 07 iyul 2024-cü il tarixli “Əməliyyat tapşırığı”ndan (cild 02, vərəq 203) müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilsin və həmçinin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması müəyyən olunsun. - 05 iyul 2024-cü il tarixli “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan (cild 02, vərəq 204) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı Nrlan Əliyev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında videogörüntülərinə Təqsirləndirilən şəxs və müdafiəçisi X10 iştirakları ilə Xaçmaz RPŞ-nin müvəqqəti saxlama yerində 01 ədəd DVD formatlı diskə baxış keçirilmişdir. - 14 iyul 2024-cü il tarixli “Raport”dan (cild 02, vərəq 211) müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddələri haradan əldə etməsi və kimlərə satması barədə müsbət nəticə əldə etmək mümkün olmamışdır. - Xaçmaz rayon məhkəməsinin 27 may 2024-cü il tarixli, 5(067)-146/2024 saylı qərarından (cild 02, vərəq 213) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin baş əməliyyat müvəkkili Şahid4Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və istifadə etməsinə dair əməliyyat tədbirinin keçirilməsi barədə 25 may 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. - 01 avqust 2024-cü il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan (cild 02, vərəq 218) müəyyən edilmişdir ki, Şahid7 və Şahid6 narkotik vasitələrin və ya psixotrop maddələrin dövriyyəsinə və baş vermiş narkotik faktına dair heç bir aidiyyətlərinin olmadığı üçün barələrində Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə olan cinayət təqibi başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur.Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasınaəsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni xeyli miqdarda əldə etməsi, saxlaması və daşıması sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir.Qanunun21.2-ci maddasinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə qurudulmuş marixuana xeylimiqdarı təmiz halda 5qramdan artıq olması, külli miqdarı isə 500 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİ Siyahı), psixotrop maddə olan metamfetaminin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin yaşadığı ünvandan aşkar olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üslla hazırlanmış qurudulmuş marixuananın təmiz çəkisi 285 qram və kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,730 qram yəni xeyli miqdarlarda olmuşdur. Qeyd olunan siyahılara əsasən həmin miqdarlar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahidlərin ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsifedilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən X8 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.1 və 351.2-ci maddələrinə əsasən ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır: Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş “Arayış”dan (cild 02, vərəq 37) müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs həyat yoldaşı 1988-ci il təvəllüdlü X17, övladları 2007-ci il təvəllüdlü X36, 2008-ci il təvəllüdlü X54 və 2018-ci il təvəllüdlü X44 adında ailə üzvləri vardır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş “İctimai xasiyyətnamə”dən (cild 02, vərəq 38) müəyyən edilir ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda yaşadığı müddət ərzində ailə üzvləri və qonşuları ilə yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Yaşadığı müddət ərzində çalışmışdır ki, qohum-qonşuları ondan narazı qalmasınlar. Onun barəsində Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN Əməliyyat və X3 İdarəsinin tərtib etdiyi tələbnamələrdən (cild 02, vərəq 39) müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-ninÜmumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs X8 himayəsində azyaşlı övladının olması barəsində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətləri təkrar törətməsi və cinayəti bir qrup şəxs tərəfindən törətməsi barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1 və 61.1.3-cü maddələrinə əsasən cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilibedilmədiyinimüəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidi. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirənhalın olmasını, cinayəti bir qrup şəxs halında törətməsi və cinayətləri təkrar törətməsini cəzasını ağırlaşdıranhalllar kimi nəzərə alır, həmçinin cinayət əməlinin törədilməsi hallarınınəzərə alaraq hesab edir ki, təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində 18 yanvar 2023-cü il tarixdən 20 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Bununla da Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 25 may 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,680 qram olan psixotrop maddə metamfetamin, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 284,96 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Hazırki cinayət işi üzrə ittiham aktında maddi sübut kimi qeyd edilmiş 07 (yeddi) ədəd bükümdə 0,035 qr., 0,023 qr., 0,030 qr., 0,013 qr., 0,026 qr., 0,034 qr., 0,032 qr. çəkilərdə olmaqla, ümumilikdə 0,193 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin digər, yəni, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid1aid edilərək maddi sübut kimi tanınması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş 03 (üç) ədəd “DVD” formatlı disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Bundan başqa məhkəmə, CPM-in 197-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə məhkəmə xərci kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Cinayət işi üzrəkeçirilmişekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 164 (yüz altmış dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərində göstərilən VÖEN **********, AZ34CTRE********************, X9, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. Hazırki cinayət işi üzrə ittiham aktında qeyd edilmiş 07 (yeddi) ədəd bükümdə 0,035 qr., 0,023 qr., 0,030 qr., 0,013 qr., 0,026 qr., 0,034 qr., 0,032 qr. çəkilərdə olmaqla, ümumilikdə 0,193 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin tədqiqinə dair məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində ekspert xərcinin digər, yəni ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid1 aid edilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356-cı və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutularaq həbsdə olduğu 02 (iki) gün müddətona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 25 may 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xaçmaz RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,680 qram olan psixotrop maddə metamfetamin, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 284,96 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrəkeçirilmişekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 164 (yüz altmış dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərində göstərilən VÖEN **********, AZ34CTRE********************, X9, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın olmaması, maddi ziyanın və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №1(067)-162/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-162/2024
07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver