Məhkəmə qərarları › İş №1(067)-163/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-163/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-163/2023 11.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxx 1985-ci ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İsintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamaqla daşımış, bu fakt o, Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Quba şəhəri, Hacıbaba Əliyev küçəsində saxlanılıb üzərinə 04 may 2023-cü il tarixdə saat 20:20-20:28 müddətində şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarın sol arxa cibində saxladığı pul kisəsinin içərisində 01 ədəd kağız bükümdə 0,435 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülməklə təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz şəhəri, R.Behbudov küçəsində saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib Polis Şöbəsinin inzibati binasında onun üzərinə 24 iyun 2023-cü il tarixdə saat 13:10-13:25 müddətində şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd sellofan bükümdə 1,794 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilib götürülməklə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, bir neçə ildir ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir. Həqiqətən 04 may 2023-cü il tarixdə axşam saatlarında Quba şəhəri, Hacıbaba Əliyev küçəsində Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb videoçəkilişlə və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarın sol arxa cibində saxladığı pul kisəsinin içərisində narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Bundan başqa 24 iyun 2023-cü il tarixdə Xaçmaz şəhərində olarkən Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Rəşid Behbudov küçəsində saxlanılıb polis şöbəsinə dəvət edildikdən sonra onun üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilərkən boz rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Ondan Quba şəhərində aşkar edilmiş narkotik vasitə heroini 03 may 2023-cü il tarixdə axşam saatlarında Xaçmaz şəhər Dəmiryol vağzalının yaxınlığından keçib gedərkən səkinin üzərindən 1 ədəd markasını xatırlamadığı siqaret qutusunun içərisində tapmış, şəxsi istifadəsi üçün özündə saxlamışdır. Ondan aşkar olunmuş metamfetamini isə 23 iyun 2023-cü il tarixdə axşam saatlarında Xaçmaz şəhəri, Rəşid Behbudov küçəsində gəzib kirayə ev axtararkən yerdən bir ədəd «Argo» markalı siqaret qutusunun içərisində tapıb öz istifadəsi üçün üzərində saxlamışdır. Əməlindən peşmandır, ona güzəşt edilib yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Xaçmaz rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupuna Siyəzən şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Narkotiklərlə mübarizə qrupuna daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə 24 iyun 2023-cü il tarixdə onun tərəfindən əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilib şöbə rəisi tərəfindən təsdiq olunduqdan sonra onun və Xaçmaz rayon X8-patrul xidmətinin polis nəfəri, polis serjantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış və bununla bağlı araşdırmanın aparılması İstintaq bölməsinin müstəntiq, polis kapitanı Şəhriyar Kərimliyə həvalə olunmuşdur. Həmin gün saat 11:50 radələrində Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, R.Behbudov küçəsində olduğunu müəyyənləşdirərək ona yaxınlaşıb özlərini təqdim edib onu polis şöbəsinə dəvət etmişlər. X4 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra isə ona videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. X4 Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsini təklif etmişdir. X3 təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol arxa cibindən 01 ədəd pul kisəsini, şalvarının sağ yan cibindən 01 ədəd alışqanı, 01 ədəd sellofan bükümü, günəbaxan tumlarını, sol yan cibindən 01 ədəd dırnaq kəsəni, 01 ədəd «Argo» markalı siqaret qutusunu, şalvarının sağ arxa cibindən isə günəbaxan tumunun içərisindən çıxmış 02 ədəd uduş kuponlarını çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra X4 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərində başqa heç nə aşkar olunmamışdır. X4 əvvəlcə Təqsirləndirilən şəxs sellofan bükümdə olan maddənin nə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs sellofan bükümdə olan maddənin metamfetamin olduğunu bildirmişdir. Sonra X4 «Argo» markalı siqaret qutusunun içərisində olan 02 ədəd bir millik şprisləri, sarı rəngli sellofan paketi, 01 ədəd şüşə ampulanı və 02 ədəd kağz bükümləri çıxarıb masanın üstünə qoyaraq nə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs sarı rəngli sellofan paketdə olan maddənin limon duzu olduğunu və narkotik vasitə hazırlayıb şpris vasitəsi ilə istifadə etdiyini bildirmişdir. Sonra kağız bükümlər açılmış və kağız bükümlərin içərilərinin boş olması müəyyən edilmişdir. X4 Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan ağ rəngli kristalşəkilli maddəni elektron tərəzinin üzərinə qoyub çəkmiş və 01 ədəd kağız bükümdə olan ağ rəngli kristalşəkilli maddənin sellofanla birlikdə çəkisinin 1,2 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan ağ rəngli kristalşəkilli maddə vərəq kəsiyinə büküldükdən sonra «Argo» markalı siqaret qutusunu içərisindəki 02 ədəd bir millik şprislər, 01 ədəd şüşə ampula, 01 ədəd kağız büküm və 01 ədəd sarı rəngli sellofan paketdə olan ağ rəngli kristalşəkilli maddə ilə birlikdə bir ədəd ağ rəngli kağız zərfdə qablaşdıraraq möhürlənmiş və bu barədə protokol tərtib edilib oxunduqdan sonra iştirakçılar zərfin üstünə və protokola imza etmişlər, 01 ədəd alışqan, 01 ədəd dırnaq kəsən, günəbaxan tumları, günəbaxan tumlarının içərisindən çıxmış 02 ədəd uduş kuponları, içərisi boş olan kağız büküm, içərisində bank kartları, danışıq kartları, fotoşəkillər olan pul kisəsi isə götürülməyərək Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri Xaçmaz Rayon Polis Şöbəsinin polis nəfəri Şahid3 tərəfindən video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X8-patrul xidmətinin polis nəfəri Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Quba Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid4 göstərdi ki, Siyəzən şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib saxlaması və istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılıb əməliyyat tədbirləri keçirilmiş və həmin əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixdə saat 20 radələrində onlar tərəfindən Quba şəhəri, Hacıbaba Əliyev küçəsində saxlanılmışdır. Hadisə yerində olan təhqiqatçı Sənan Həsənov özünü və əməliyyat qrupunun üzvlərini Təqsirləndirilən şəxs təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra onun hüquqlarının müdafiəsi üçün həmin yerə dəvət olunmuş Quba rayon vəkil bürosunun vəkili İbrahim Aqamov saxlanılan şəxs Təqsirləndirilən şəxs təqdim edilmiş və videoçəkilişlə onun üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlayıb-saxlamadığı soruşulduqda sonuncu üzərində narkotik vasitə olmasını bildirmiş və əynində olan boz rəngli cins şalvarın sol arxa cibindəki pul kisəsinin içərisində saxladığı bir ədəd bükülüdə olan narkotik vasitə olan heroini təqdim etmişdir. Təhqiqatçı bükülünü açıb içərisinə baxdıqda içərisində qəhvəyi rəngli kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs bükülünün içərisində nə olduğu soruşulduqda o, bükülünün içərisində “kakos” adlandırdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni bir gün əvvəl tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin bükülü elektron tərəzi ilə çəkilmiş, çəkisinin 0,68 qram olması müəyyən edilmişdir. Həmin bükülü zərfə qoyularaq möhürlənib qablaşdırılmış, Təqsirləndirilən şəxs və vəkil zərfə imza etmişlər. Təhqiqatçı tərəfindən protokol tərtib edilib oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Şəxsi axtarışın aparılması Quba rayon X2 tədqiqatlar qrupunun baş inspektorkriminalisti, polis mayoru Şahid5 tərəfindən videokamera ilə qeydə alınmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Quba rayon X2 tədqiqatlar qrupunun baş inspektor-kriminalisti Şahid5 və cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid6 Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadələr vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Şahid2 göstərmişdir ki, Xaçmaz rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupuna Siyəzən şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Narkotiklərlə mübarizə qrupuna daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə 24 iyun 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilib şöbə rəisi tərəfindən təsdiq olunduqdan sonra əməliyyat müvəkkili Şahid1 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmış və bununla bağlı araşdırmanın aparılması İstintaq bölməsinin müstəntiq, polis kapitanı Şəhriyar Kərimliyə həvalə olunmuşdur. Həmin gün saat 11:50 radələrində Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, R.Behbudov küçəsində olduğunu müəyyənləşdirərək ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu polis şöbəsinə dəvət etmişlər. X4 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra isə ona videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra X4 Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsini təklif etmişdir. X3 təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol arxa cibindən 01 ədəd pul kisəsini, şalvarının sağ yan cibindən 01 ədəd alışqanı, 01 ədəd sellofan bükümü, günəbaxan tumlarını, sol yan cibindən 01 ədəd dırnaq kəsəni, 01 ədəd «Argo» markalı siqaret qutusunu, şalvarının sağ arxa cibindən isə günəbaxan tumunun içərisindən çıxmış 02 ədəd uduş kuponlarını çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra X4 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərində başqa heç nə aşkar olunmamışdır. X4 əvvəlcə Təqsirləndirilən şəxs sellofan bükümdə olan maddənin nə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs sellofan bükümdə olan maddənin metamfetamin olduğunu bildirmişdir. Sonra X4 «Argo» markalı siqaret qutusunun içərisində olan 02 ədəd bir millik şprisləri, sarı rəngli sellofan paketi, 01 ədəd şüşə ampulanı və 02 ədəd kağz bükümləri çıxarıb masanın üstünə qoyaraq nə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs da sarı rəngli sellofan paketdə olan maddənin limon duzu olduğunu və narkotik vasitə hazırlayıb şprislər vasitəsi ilə istifadə etdiyini bildirmişdir. Sonra kağız bükümlər açılmış və kağız bükümlərin içərilərinin boş olması müəyyən edilmişdir. X4 Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan ağ rəngli kristalşəkilli maddəni elektron tərəzinin üzərinə qoyub çəkmiş və 01 ədəd kağız bükümdə olan ağ rəngli kristalşəkilli maddənin sellofanla birlikdə çəkisinin 1,2 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan ağ rəngli kristalşəkilli maddə vərəq kəsiyinə büküldükdən sonra «Argo» markalı siqaret qutusunu içərisindəki 02 ədəd bir millik şprislər, 01 ədəd şüşə ampula, 01 ədəd kağız büküm və 01 ədəd sarı rəngli sellofan paketdə olan ağ rəngli kristalşəkilli maddə ilə birlikdə bir ədəd ağ rəngli kağız zərfdə qablaşdıraraq möhürlənmiş və bu barədə protokol tərtib edilib oxunduqdan sonra iştirakçılar zərfin üstünə və protokola imza etmişlər, 01 ədəd alışqan, 01 ədəd dırnaq kəsən, günəbaxan tumları, günəbaxan tumlarının içərisindən çıxmış 02 ədəd uduş kuponları, içərisi boş olan kağız büküm, içərisində bank kartları, danışıq kartları, fotoşəkillər olan pul kisəsi isə götürülməyərək Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri onun tərəfindən video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. İş materillarında olan Quba Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Sənan Həsənov tərəfindən tərtib olunmuş şəxsi axtarış aparılması haqqında 04 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə qeyd olunan tarixdə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarın sol arxa cibində saxladığı pul kisəsinin içərisində 01 ədəd kağız bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında 16 avqust 2023-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi görüntüləri əks olunan disk daşıyıcıya Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında müstəntiq tərəfindən baxış keçirilmiş, baxış zamanı Quba şəhəri, Hacıbaba Əliyev küçəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin və sonuncunun əynində olan boz rəngli cins şalvarın sol arxa cibindən çıxarıb təqdim etdiyi pul kisəsinin içərisində olan 01 ədəd kağız bükümdə narkotik vasitə olan heroin olmasının görüntüləri əksini tapmışdır. Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirmişdir. İş materiallarında olan Xaçmaz Rayon X6 bölməsinin müstəntiqi, polis kapitanı Şəhriyar Kərimli tərəfindən tərtib olunmuş şəxsi axtarış aparılması haqqında 24 iyun 2023cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs üzərinə müstəntiq tərəfindən şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında 26 iyun 2023-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi görüntüləri əks olunan disk daşıyıcıya Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında müstəntiq tərəfindən baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin və sonuncunun əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamin olmasının görüntüləri əksini tapmışdır. Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2023-cü il tarixli 6/2610 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Zərflər üçün № 67» dairəvi möhür əksi olan, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,435 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata sərfdən sonra heroinin qalıq çəkisi 0,385 qram təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli 6/3540 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 58»li dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...(imza) Təqsirləndirilən şəxs» yazısı və imzalar olan paketdəki; -1 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 1,794 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir, -2 ədəd 1 mi-lik şprisin, bir ədəd şüşə ampulanın içərisində və kağız parçasının üzərində narkotik vasitə olan-heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini müəyyən etmək mümkün deyildir, -1 ədəd sarı rəngli sellofan paketdəki təmiz çəkisi 7,845 qram ağ rəngli xırda kristallardan ibarət maddə narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid deyildir. Tədqiqata sərfdən sonra metamfetaminin qalıq çəkisi 1,694 qram təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 28 iyul 2023-cü il tarixli 4807 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyartorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında 06 may 2023-cü il, 26 iyun 2023-cü il və 16 avqust 2023-cü il tarixli qərarlardan görünür ki, cinayət işinin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,694 qram təşkil edən metamfetamin, içərisində heroin izləri olan iki ədəd 1 ml-lik şprislər, bir ədəd şüşə ampula, üzərində heroin izləri olan kağız parçası və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,385 qram olan heroin və 02 ədəd DVD formatlı disklər maddi sübut kimi tanınmış, narkotik vasitələr- metamfetamin və heroin, içərisində heroin izləri olan iki ədəd 1 ml-lik şprislər, bir ədəd şüşə ampula, üzərində heroin izləri olan kağız parçası saxlanılmasından ötrü Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş, 02 ədəd DVD disk isə iş materiallarında əlavə edilmişdir. İş materiallarında olan Quba rayon məhkəməsinin 05 may 2023-cü il tarixli, 5(067)- 47/2023 saylı qərarından görünür ki, məhkəmənin həmin qərarına əsasən Quba rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid4 “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 04 may 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 5(067)-135/2023 saylı qərarından görünür ki, məhkəmənin həmin qərarına əsasən Xaçmaz rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 “Təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair” 24 iyun 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan ittiham aktının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Xaçmaz rayon X6 bölməsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində ittiham aktı tərtib edilməklə həmin cinayət işi 18 avqust 2022-ci il tarixdə baxılmasından ötrü Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və həmin cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkməsinin icraatındadır. İş materiallarına əlavə olunmuş ailə vəziyyəti barədə Elektron Məhkəmə sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla ailə tərkibi arvadı Şəfəq Hüseynova, uşaqları- xx.xx.2012-ci il təvəllüdlü Nejla Hüseynova və xx.xx.2015-ci il təvəllüdlü Cahid Hüseynovdan ibarətdir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamaqla daşımış, bu fakt o, Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Quba şəhəri, Hacıbaba Əliyev küçəsində saxlanılıb üzərinə 04 may 2023-cü il tarixdə saat 20:20-20:28 müddətində şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarın sol arxa cibində saxladığı pul kisəsinin içərisində 01 ədəd kağız bükümdə 0,435 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülməklə təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz şəhəri, R.Behbudov küçəsində saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib Polis Şöbəsinin inzibati binasında onun üzərinə 24 iyun 2023-cü il tarixdə saat 13:10-13:25 müddətində şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd sellofan bükümdə 1,794 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilib götürülməklə təsdiq edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar metamfetamin və heroin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təkrar cinayət törətməsini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, əldə etdiyi narkotik vasitənn miqdarını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 04 may 2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsin dair vəsatətin təmin edilməməsi haqqında Quba rayon Prokurorunun 06 may 2023-cü il tarixli qərarından, müstəntiqin təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerində azad edilməsi və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməsi haqqında 06 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 06 may 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməklə qeyd olunan tarixdə müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixdən 06 may 2023-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti saxlanılmalıdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 24 iyun 2023-cü il tarixli qərardan və həmin tarixli protokoldan, Xaçmaz rayon məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 4(067)-89/2023 nömrəli və 18 avqust 2023-cü il tarixli, 4(067)-107/2023 nömrəli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 24 iyun 2023-cü il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, onun barəsində Xaçmaz rayon məhkəməsinin 25 iyun 2023-cü il tarixli qərarı ilə həbs etmənin əvvəli 24 iyun 2023-cü il tarixdən hesablanmaqla 02 ay həddində həbs qətimkan tədbiri seçilmiş, məhkəmənin 18 avqust 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 ay- 24 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti tutulduğu gündən, yəni 24 iyun 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,694 qram təşkil edən metamfetamin, içərisində heroin izləri olan iki ədəd 1 ml-lik şprislər, bir ədəd şüşə ampula, üzərində heroin izləri olan kağız parçası və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,385 qram olan heroin məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişlərin köçürüldüyü iki ədəd DVD disklər cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza tədqiqtlarının xərci olan cəmi 194 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixdən 06 may 2023-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 24 iyun 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,694 qram təşkil edən metamfetamin, içərisində heroin izləri olan iki ədəd 1 ml-lik şprislər, bir ədəd şüşə ampula, üzərində heroin izləri olan kağız parçası və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,385 qram olan heroin məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən qeydə alınmış video çəkilişlərin köçürüldüyü iki ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 194 (bir yüz doxsan dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar