Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-164/2023 16.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz rayonu Qobuqıraq kəndində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda Elnur adlı şəxsdən, satış məqsədi ilə təmiz çəkisi 0,623 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən 01 iyun 2023-cü il tarixdə o, Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən “Şəxsiyyətlər parkı”nda saxlanılıb Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasına gətirilərək 01 iyun 2023-cü il tarixdə saat 22:40-dən 22:50-dək olan müddətdə onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindəki “Prima” markalı siqaret qutusunun içərisində olan 2 ədəd qırmızı rəngli, 1 ədəd qara rəngli və 7 ədəd gümüşü rəngli kağız bükümlərinin içərilərindən müvafiq olaraq təmiz çəkiləri 0,052 qram, 0,044 qram, 0,047 qram, 0,035 qram, 0,049 qram, 0,047 qram, 0,035 qram, 0,042 qram, 0,04 qram və 0,232 qram olmaqla ümumilikdə təmiz çəkisi 0,623 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, mütəmadi olaraq narkotik vasitə heroindən istifadə edir, həmçinin o narkotik vasitə də satmışdır. Satdığı narkotik vasitəni Elnur adlı şəxsdən əldə etmişdir. Belə ki, Elnurla Xaçmaz şəhərində təsadüfən tanış olmuşdur. Söhbət əsnasında onun narkotik vasitə qəbul etməsini, habelə satmasım bilmişdir. Buna görə ondan ona narkotik vasitə satmasını istəmişdir. O Elnur adlı şəxsdən polis əməkdaşları tərəfindən saxlanmamışdan bir neçə gün öncə Xaçmaz şəhəri, Bakı prospektində yerləşən dairənin yaxınlığında 50 manat pul müqabilində bir büküm heroin almışdır. Bundan sonra həmin şəxslə əlaqəsi olmamışdır. Bundan sonra isə həmin bükümləri Xaçmaz şəhəri, H.Əliyev prospektində 12 ədəd bükümə ayırmışdır. Ayırdığı bükümün ikisini tanımadığı şəxslərə 10 manata satmışdır və 20 manat əldə etmişdir. Qalanlarını isə bir ədəd içərisj boş olan Prima markalı siqaret qutusuna qoyub cibində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 21:40 radələrində Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən “Şəxsiyyətlər parkında” piyada hərəkət edən zaman polis əməkdaşları tərəfindən narkotik vasitə əldə etməkdə, saxlamaqda və satmaqda şübhəli olduğundan şöbəyə dəvət edilmişdir. O da razılaşaraq rayon polis şöbəsinə gəlmişdir. Onlar şöbəyə gəldikdən sonra o şübhəli şəxs qismində tutulmuş və müstəntiq tərəfindən müdafiəçinin iştirakı ilə hüquqları izah olunduqdan sonra videoçəkilişə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynindəki şalvarın sağ yan cibindən prima markalı siqaret qutusunda saxladığı 10 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. O həmin narkotik vasitəni Elnur adlı şəxsdən aldığını etiraf etmiş və satmaq üçün üzərində saxladığını bildirmişdir. Həmin heroin bükümləri elektron tərəzidə çəkilmiş, çəkisinin 1.1 qram olması müəyyən olunmuşdur. Bundan başqa üzərindən 1 ədəd gps avadanlığı, 43 ədəd bir manatlıq, 3 ədəd beş manatlıq, 3 ədəd iyirmi qəpik və 1 ədəd əlli qəpik pul, 1 ədəd Xiaomi markalı mobil telefon, 1 ədəd plastik bank kartı aşkar edilmişdir. Aşkar edilmiş heroin bükümləri bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Aşkar edilmiş pullar və mobil telefon da müstəntiq tərəfindən götürülmüş, plastik kart və gps avadanlığı isə özünə qaytarılmışdır. Bu barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzlanmışdır. O narkotik vasitə satdığı şəxsləri tanımır. O Elnur adlı şəxsin sadəcə adını bilir. Sonuncunu sadəcə bir dəfə görmüşdür. O saxlanıldığı zaman ona qarşı heç bir qanunsuz hərəkət edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadəsi alınarkən özünü təqsirli bilməyərək ibtidai istintaqda verdiyi ifadəsinin tam əksinə olaraq ifadə verərək bildirmişdir ki, üzərində yalnız 4 büküm öşəxsi isatifadəsi üçün üzərində gəzdirdiyi narkotik vasitəsi olmuşdur. O, həmin 4 büküm narkotik vasitəsini istifadəsi üçün üzərində gəzdirmişdir, satış məqsədi ilə üzərində gəzdirməmişdir. Axşam saat səkkizə işləmiş şəxsiyyətlər parkında tutularaq gətirilmişdir. Gətirildikdən sonra 11 qram narkotik vasitəsini qarşısına qoyaraq imza etməklə boyunan götürməyini məcbur etmişlər. Ondan sonra ona çəkiliş gələcəyini və həmin çəkilişdə də həmin bükümlərin özünə məxsus olmasını və bükümlərdən ikisini isə iki nəfər şəxsə satmağını deməyini ondan istəmişlər. Bundan sonra o, razılaşaraq məhkəmədə hakim qarşısına çıxdığı zaman hər şeyi olduğu kimi deyərək barəsində ədalətli hökm çıxarılacağına inanaraq hər şeyi boynuna almışdır. Bundan əlavə olaraq ibtidai istintaq zamanı ifadə verdiyi zaman hər bir şeyə məcburiyyət qarşısında qaldığından imzası ilə təsdiq etdiyini bildirmişdir. Heç bir şeyə öz xoşu ilə etmədiyini zor tətbiq edildiyi üçün etdiyini qeyd etdmişdir. Ondan əlavə olaraq imza etdirdikləri zaman ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi ilə əlaqədat imza edəcəyini bildirilmişdir. Birinci dəfədir ki, narkotik vasitəsindən istifadə etməkdə tutulduğunu, tutularkən də halının pis olduğunu, əvvəllər bir dəfə oğurluqnan məhkum olunduğunu demişdir. Məhkəmə istintaqının sonynda isə o, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bildiyi və barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid qisimində dindirilən Xaçmaz rayon X4 Mübarizə Qrupunun baş əməliyyat müvəkili Şahid2 ifadəsində göstərmişdir ki, Xaçmaz RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində olmaqla polis mayoru rütbəsindədir. xx.xx.2023-cü il tarixdə Xaçmaz şəhəri, M.K.Atatürk küçəsi ev 61-də qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz rayonu, Qobuqıraq kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması, istifadə etməsi və satması barədə məlumat daxil olmuşdur. Tərəfimdən bu məlumat polis şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o və Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 Ağasoltan oğlundan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 01 iyun 2023-cü il tarixdə saat 21:40-da onlar Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən Şəxsiyyətlər parkında olmasını müəyyən etmişlər və həmin yerdə sonuncuya yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərində saxlamaqda, istifadə etməkdə və satmaqda şübhəli olduğunu bildirmişlər. Lakin həmin ərazidə vətəndaşların çox olması səbəbindən Nurlanı Xaçmaz RPŞ-nə dəvət etmişlər. Bundan sonra Nurlan onlarla Xaçmaz RPŞ-nə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqularının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Sonra videoçəkilişlə Təqsirləndirilən şəxs* üzərində şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan şalvarın sağ yan cibindən bir ədəd “Prima” markalı siqaret qutusu aşkar edilmişdir. Həmin qutunun içərisinə baxılan zaman orada 10 ədəd içərisində narkotik vasitə heroinə bənzər maddə olan bükümlərin olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs həmi bükümlərdəki maddələrin narkotik vasitə heroin olmasını bildirmişdir. Sonuncu həmin narkotik vasitəni Elnur adlı şəxsdən aldığını, həm özünün istifadə etdiyini və həmçinin satdığını bildirmişdir. Şəxsi axtarış zamanı həmçinin Nurlanın üzərindən 3 ədəd beş manatlıq, 43 ədəd bir manatlıq, 3 ədəd iyirmi qəpik, 1 ədəd əlli qəpik məbləğində pullar, 1 ədəd Xiaomi markalı mobil telefon, 1 ədəd Attenti markalı GPS aparat və 1 ədəd plastik kart aşkar edilmişdir. İçərisində narktik vasitə heroinə bənzər maddə olan 10 ədəd büküm elektron tərəzidə çəkildikdə ümumilikdə çəkilərinin 1.1 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən başqa hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Həmin içərisində narkotik vasitə heroinə bənzər maddə olan bükümlər ekspertizaya təqdim edilməsi üçün müvafiq qaydada qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bundan başqa 1 ədəd mobil telefon və yuxarıda qeyd olunan pullar müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitə satışı ilə məşğuldur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni Elnur adlı şəxsdən almasını, həm özünün istifadə etməsini həmçinin satmasını, ümumilikdə iki nəfər tanımadığı şəxsə satmasını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X4 Mübarizə Qrupunun əməliyyat müvəkili Şahid1 Ağasoltan oğlu iş üzrə məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon X4 Mübarizə Qrupunun baş əməliyyat müvəkili Şahid2 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə Xaçmaz RPŞ-nin müstəntiqi, polis kapitanı X5 tərəfindən şəxsi axtarış keçirilməsi haqqında tərtib edilmiş 01 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindəki “Prima” markalı siqaret qutusundan daha sonradan narkotik vasitə heroin olması müəyyən edilən maddə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan iş üzrə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın görüntüləri əks olunan disk daşıyıcıya keçirilmiş baxışdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə xx.xx.2023-cü il tarixdə tərəfimdən baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X5 özünü təqdim edir və narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, saxlanılmasında, istifadəsində və satılmasında şübhəli olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirir və şəxsi axtarışda iştirak edən şəxsləri təqdim edir. Bundan sonra müstəntiq şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirir və həmin zaman Təqsirləndirilən şəxs sağ yan cibindən “Prima” markalı siqaret qutusu aşkar edilir. Həmçinin ş^xsi axtarış zamanı onun üzərindən 3 ədəd beş manatlıq, 43 ədəd bir manatlıq, 3 ədəd iyirmi qəpik, 1 ədəd əlli qəpik, 1 ədəd Attenti markalı GPS avadanlığı, 1 ədəd “Xiaomi” markalı mobil telefon və 1 ədəd plastik bank kartı aşkar edilir. Siqaret qutusunun içərisinə baxlan zaman 10 ədəd kağız bükümlərin olması aşkar edilir. Müvafiq suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində narkotik vasitə heroin olmasını, özünün narkotik vasitə istifadəçisi olmasını və həmçinin satmasını bildirir. O həmin bükümlərdə olan narkotik vasitə heroini Elnur adlı şəxsdən 50 manat müqabilində almasını və özünün həmin heroini kiçik bükümlərə ayırmasını bildirdi. Həmin bükümlərin içərisinə baxılan zaman içərisində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli kütlənin olması müəyyən edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pulların bir hissəsini narkotik vasitə satışından əldə etməsini bildirdi. 10 ədəd kağız bükümlər içərisində olan maddələrlə birlikdə elektron tərəzidə çəkilən zaman ümumilikdə çəkisinin 1,1 qram olması müəyyən olundu. Həmin bükümlər müstəntiq tərəfindən müvafiq qaydada 1 ədəd zərfdə qablaşdırılaraq möhürlənib götürülür. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 ədəd beş manatlıq, 43 ədəd bir manatlıq, 3 ədəd iyirmi qəpik, 1 ədəd əlli qəpik məbləğində pullar və 1 ədəd mobil telefon müstəntiq tərəfindən götürülür. Digər predmetlər müstəntiq tərəfindən Təqsirləndirilən şəxs geri qaytarılır. Disk daşıyıcıda olan videogörüntüyə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs video görüntüdə olan şəxsin özü olduğunu, üzərindən aşkar edilən narkotik vasitə heroinin özünə məxsus olmasını bir daha etiraf etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 02 iyun 2023-cü il tarixli 6/3133 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 10 ədəd kağız kəsiyi bükümündə hər birinin ayrı- ayrılıqda təmiz çəkisi 0.052, 0.044, 0.047, 0.035, 0.049, 0.047, 0.035, 0.042, 0.04, 0.232 qram olmaqla ümumilikdə təmiz çəkisi 0.623 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan məhkəmə narkoloji ekspertizasının 05 avqust 2023-cü il tarixli 4989 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs məxsus üzərindən aşkar edilmiş təmiz çəkisi 0,623 qram olan narkotik vasitə heroin, 3 ədəd 5 manatlıq, 43 ədəd 1 manatlıq pul əskinazları və 3 ədəd 20 qəpiklə 1 ədəd 50 qəpik məbləğində pullar xx.xx.2023-cü il tarixli qərarla və bir ədəd içərisində şəxsi axtarış videogörüntüsü olan disk daşıyıcı xx.xx.2023-cü il tarixli qərarla işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduqlarından cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonra qalan 0,623 qram qalığı saxlanmasından ötrü Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmiş, 3 ədəd 5 manatlıq, 43 ədəd 1 manatlıq pul əskinazları və 3 ədəd 20 qəpiklə 1 ədəd 50 qəpik məbləğində pullar Xaçmaz RPŞ-nin Maliyyə hissəsinə təhrvil verilmiş və bir ədəd disk daşıyıcı isə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Cinayət işinə əlavə edilmiş DİN-in BƏSİİ-dən alınmış tələbnamədən, hökmlər və qararlardan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2015- ci il tarixli hökmü ilə Azrbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi ilə əlaqədar olaraq 3500 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa o Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2015- ci il tarixli hökmü ilə Azrbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi ilə əlaqədar olaraq daha öncədən çəkilməmiş qalan 3500 manat cərimə cəzası ilə birləşdirilməklə üzərində qəti olaraq 03 il 09 ay azadlıqdan məhrumetmə cəzası və 3500 manat cərimə cəzası saxlanılmışdır. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə onun məhkum olunmasına dair Xaçmaz Rayon məhkəməsinin 15 iyul 2015-ci il tarixli hökmündən AR CM-nin 177.2.4-cü maddəsi xaric edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2019-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. xx.xx.2022-ci il tarixli Xaçmaz Rayon Məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlu tərəfindən qəbul edilmiş qərarla xx.xx.2015-ci il tarixli Xaçmaz Rayon Məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 3500 manat məbləğində cərimə cəzası 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Cinayət işinə əlavə edilmiş Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023cü il tarixli 748 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi barədə qərar və hakimin göstərişi xx.xx.2022-ci il tarixdə və məhkum xx.xx.2022-ci il tarixdə qeydiyyata götürülmüş, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə “Attenti” markalı elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4 və 83.4-1-ci maddələrinə görə, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 sentyabr 2022ci il tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair Qərarının 2-ci bəndində qərara alınmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır. Görünüdüyü kimi, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli hökmü ilə Azrbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi ilə əlaqədar olaraq daha öncədən çəkilməmiş qalan 3500 manat cərimə cəzası ilə birləşdirilməklə üzərində qəti olaraq 03 il 09 ay azadlıqdan məhrumetmə cəzası və 3500 manat cərimə cəzası saxlanılmış, xx.xx.2019-cü il tarixdə cəzasının sonu ilə azad edilsə də, digr əsas cəzası olan cərimə cəzasını icra etməmişdir. Buna görə də, Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cərimə cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs sözgedən cəzasını çəkmədən qəsdən yeni cinayət törətmişdir. Bu səbəbdən də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin adıçəkilən qərarına əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1992-ci ildə Xaçmaz şəhərində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır, orta təhsillidir, subaydır, ünvan 5 ünvanda yaşayır və müsbət xarakterizə olunur. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşmaqla və məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs satış məqsədilə üzərində 09 ədəd xırda bükümlərdə olan narkotik vasitə heroini əldə edib, saxlamasına və üzərində daşımasına baxmayaraq, narkotik vasitələrin satışı maddəsi ilə özünü təqsirli bilməməsinə tənqidi yanaşır və Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqlarında özünü yalnız AR CMnin 234.1-ci maddəsi ilə təqsirli bilməsini özünümüdafiə xarakterli məqsəd daşıdığını hesab edir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə üzərinə keçirmiş şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmasını, habelə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində törətdiyi cinayət əməllərini etiraf etməsi, həmçinin iş materiallarında olan digər sübutlara qarşı etiraz etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadələri, şəxsi axtarışın videogörüntü ilə aparılması, şahid ifadələri və ekspert rəyləri və digər materiallarla dair sübutlara qarşı yalnız özünü təqsirli bilməməsi və bu sübutlara qarşı hər hansı bir təkzibedici sübutların təqdim edilməməsi məhkəmə tərəfindən belə qiymətləndirilir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı məhkəmə istintaqı zamanı qəbul etməməsi özünümüdafiə xarakterli ifadədir və cinayət məsuliyyətindən kənarda qalması məqsədi daşıyır. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədilə əldə edib daşımaması, yalnız şəxsi istifadəsi üçün gəzdirməsi barədə ifadəsində göstərilənlər tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasında narkotik vasitələrin satışı ilə bağlı iki obyektiv cəhət qeyd olunmuşdur: 1) narkotik vasitəni satış məqsədi ilə əldə etmə, saxlama, daşıma və 2) narkotik vasitəni satma. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №li Qərarın 9-cu bəndində də göstərilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Plenumun Qərarına istinadən hesab edir ki, araşdırılan cinayət işinin hallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satış niyyətində olmasına kifayət qədər dəlillər vardır. Təqsirləndirilən şəxs üzərindən 09 ədəd xırda bağlamalarda olan narkotik vasitə heroinin aşkar edilməsi, həmin bağlamaların hər birinin çəkisi birədəfəlik şəxsi istifadəyə uyğun olması (hər büküm təxminən 0,02 qram cıvarıdadır), Təqsirləndirilən şəxs özünün üzərində cəmi 4 büküm narkotik vasitənin gəzdirməsinin etiraf etməsi və digər sübutlarla onun narkotik vasitələrin satış məqsədilə əldə etməsi, saxlaması və daşımasını tam olaraq sübuta yetirir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir: “narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.” Yuxarıda sadalan müvafiq Qanunların normalarına, Ali Məhkəməninin Plenumunun Qərarına və işin hallarına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərində 09 ədəd xırda bükümlərdə olan narkotik vasitə heroinin məhz satış məqsədilə əldə edib, saxlaması və daşıması faktı tam olaraq sübuta yetirilir. Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi il irəli sürülmüş ittiham üzrə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 134.5-ci maddəsinin tələblərinə əsasən istintaq hərəkəti protokolundakı natamamlıq ittiham etmək məqsədi ilə təhqiqatçının, müstəntiqin, prokurorun və ya hal şahidinin ifadələri ilə aradan qaldırıla bilməz. Azərbaycan Respublikasının CPM-nin 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 19 oktyabr 2023-cü il tarixli, 1037 nömrəli məktubundan görünür ki, Xaçmaz rayon məhkəməsinin 7(067)-46/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4- cü maddələri ilə təqsirli bilinərək, 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə və 3500 manat məbləğində cərimə cəzasına məhkum olunmasına dair Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünün 3500 manat məbləğində olan cərimə cəzası hissəsi 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Qərar və hakimin göstərişi xx.xx.2022-ci il tarixdə və məhkum 01,09.2022-ci il tarixdə qeydiyyata götürülmüş, məhkuma xx.xx.2022-ci il tarixdə “Attenti” markalı elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Məhkum Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-in 234,2ci maddəsi ilə cinayət işi başlanıldığı üçün Xaçmaz Rayon Məhkəməsinin 4(067)- 78/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qəti imkan tədbiri seçilmişdir. Ona görə də xx.xx.2023-cü il tarixdə məhkum Təqsirləndirilən şəxs üzərindən “Attenti" markalı elektron nəzarət vasitəsi çıxarılmış və həmin tarixə 2 ay 29 gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikasının 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması müəyyən olunduğdan ona cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təyin edilməli, cəzaçəkmə müəssisəsinin növü isə həmin Məcəllənin 56-cı maddəsinə uyğun müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin yüngülləşdirən halların olmamasını, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət əməlini törətməklə cinayətlərin residivini isə cəzasını ağırlaşdıran hal kimi qəbul olunmasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 01 iyun 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Xaçmaz rayonu məhkəməsinin 03 iyun 2023-cü il tarixli, 4(067)-78/2023 saylı qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 01 iyun 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəli 01 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,423 qram çəkidə narkotik vasitə qurudulmuş heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı aşkar olunmuş və iş üzrə maddi sübut kimi tanınaraq Xaçmaz rayon X8 hissəsinə təhvil verilmiş 3 ədəd 5 manatlıq, 43 ədəd 1 manatlıq pul əskinazları və 3 ədəd 20 qəpiklə 1 ədəd 50 qəpik məbləğində pul vəsaiti narkotik vasitələrin satışı yolu ilə əldə olunması sübuta yetirilmədiyindən, təqsirləndirilən şəxsin özünə qaytarılmalıdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini və yaşadığı evinə baxış keçirilməsi görüntülərini özündə əks etdirən və maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 88 (səksən səkkiz) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 7(067)-46/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının həbsə alındığı günə çəkilməmiş qalan 02 ay 29 gün hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə uyğun olaraq azadlığın məhdudlaşdırılmasının iki günü bir gün azadlıqdan məhrum etməyə bərabər tutulmaqla, 01 ay 14 gün azadlıqdan məhrumetmə cəzası hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasına qismən toplanılaraq ona qəti olaraq 04 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 iyun 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,423 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan Xaçmaz rayon X8 hissəsinə təhvil verilmiş 3 ədəd 5 manatlıq, 43 ədəd 1 manatlıq pul əskinazları və 3 ədəd 20 qəpiklə 1 ədəd 50 qəpik məbləğində pul vəsaiti hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini və yaşadığı evinə baxış keçirilməsi görüntülərini özündə əks etdirən və maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 88 (səksən səkkiz) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə olunası əmlakın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №1(067)-164/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-164/2023
16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver