Azərbaycan Respublikası adından Hökm Xaçmaz şəhəri İş № 1(067)-164/2025 18.03.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSI Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R Dövlət ittihamçısı, zərərçəkən şəxs Musayibova (Babakişiyeva) Rəşidə Əfsəl qızının, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakı ilə ## #### 1987-ci ildə Xaçmaz rayonunun Sabiroba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, subay, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Sabiroba kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, ##.##.2019-cu il tarixdən hesablanmaqla, övladları - ##.##.2009-cu il təvəllüdlü X3, ##.##.2010-cu il təvəllüdlü X4, ##.##.2010-cu il təvəllüdlü X5 və ##.##.2014-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 80 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq Musayibova (Babakişiyeva) Rəşidə Əfsəl qızının xeyrinə ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş *(***)-****/**** saylı, ## ###### 2019-cu il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin ## ####### 2023-cü il tarixli, *(***)-****/**** saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə ##.##.2023-cü il, ##.##.2024-cü il və ##.##.2025-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə, təqdimat verilən ##.##.2025ci il tarixədək 21010 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Musayibova (Babakişiyeva) Rəşidə Əfsəl qızının xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq, qəsdən icra etməyərək ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, maddi imkanı olmadığı üçün aliment ödəyə bilməmişdir. Onu heç yerdə işə qəbul etməmişlər. Ailədə o və valideynləri yaşayır, anasının iki yüz iyirmi manat pensiyası ilə dolanırlar. O, psixi xəstəliyi ilə əlaqədar qeydiyyatdadır. Azadlığa buraxılarsa aliment borcunu ödəyə bilər. Lakin ona hazırda cəza təyin edilərsə, o, bundan sonra aliment borcunu ödəməyəcəkdir, hətta dəfələrlə həbsə alınsa belə, ödəməyəcəkdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, Musayibova (Babakişiyeva) Rəşidə Əfsəl qızı onun keçmiş həyat yoldaşıdır. Ailə həyatı qurduqdan sonra uzun müddət mehriban ailə şəraitində yaşamışlar. Rəşidə ilə birgə nikahlarından ##.##.2009-cu il təvəllüdlü Babakişiyev Mövsüm, ##.##.2010-cu il təvəllüdlü Babakişiyeva Nuray, ##.##.2010-cu il təvəllüdlü Babakişiyeva Gülay və ##.##.2014-cü il təvəllüdlü Babakişiyev Nurməmməd adlı övladları dünyaya gəlmişdir. Lakin sonradan ailə münasibətləri gərginləşməyə başlamış, birlikdə yaşamaqları qeyri-mümkün olmuşdur. Bu səbəbdən də Rəşidə ilə arasında olan nikah məhkəmə qaydasında xitam edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş *(***)-****/**** saylı, ## ###### 2019-cu il tarixli qətnaməsinə əsasən ondan ##.##.2019-cu il tarixdən hesablanmaqla, övladları - ##.##.2009-cu il təvəllüdlü X3, ##.##.2010-cu il təvəllüdlü X4, ##.##.2010-cu il təvəllüdlü X5 və ##.##.2014-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 80 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq Musayibova (Babakişiyeva) Rəşidə Əfsəl qızının xeyrinə ödənilməsi qət edilmişdir. Sözü gedən qətnamə icra edilməsi üçün Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmişdir. Lakin dəfələrlə xəbərdarlıqlar edilməyinə, izahatı alınıb məsuliyyəti izah olunmasına, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Xaçmaz Rayon Məhkəməsinin ## ####### 2023-cü il tarixli, *(***)-****/**** saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən ##.##.2025-ci il tarixədək 21010 manat məbləğində aliment pulunu tələbkar Zərərçəkmiş şəxs (Babakişiyeva) xeyrinə ödəməmişdir. Hazırda fərdi əməklə, yəni fəhləliklə məşğul olmaqla aylıq 550-600 manat məbləğində qazanc əldə edir. Maddi imkanının zəif olması səbəbindən bu günədək aliment borcu üzrə qətnaməni icra etməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkən şəxs Musayibova (Babakişiyeva) Rəşidə Əfsəl qızı ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs aliment borcunu ödəyəcəyi barədə ona dəfələrlə vəd versə də, ödəməmişdir. O, təqsirləndirilən şəxsdən aliment borcunu tələb etdikdə, şikayət edəcəyini bildirdikdə isə “nəyimə lazımdır! Get kimə istəyirsən şikayət et” demişdir. Təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətinə cəlb edilməsinə dair təqdimat veriləndən hazıradək ona aliment borcu ilə bağlı heç bir məbləğ ödənilməmiş, o, aliment borcunun ödənilməsini tələb edir. Zərərçəkən şəxs Musayibova (Babakişiyeva) Rəşidə Əfsəl qızının cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından ##.##.2009-cu il təvəllüdlü Babakişiyev Mövsüm, ##.##.2010-cu il təvəllüdlü Babakişiyeva Nuray, ##.##.2010cu il təvəllüdlü Babakişiyeva Gülay və ##.##.2014-cü il təvəllüdlü Babakişiyev Nurməmməd adlı övladları doğulmuşdur. Evləndikdən sonra səmimi ailə münasibətləri olsa da, sonradan münasibətləri pozulmuşdur. Odur ki, nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş *(***)-****/**** saylı, ## ###### 2019-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs ##.##.2019-cu il tarixdən hesablanmaqla, övladları - ##.##.2009-cu il təvəllüdlü X3, ##.##.2010-cu il təvəllüdlü X4, ##.##.2010-cu il təvəllüdlü X5 və ##.##.2014-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 80 manat olmaqla cəmi 320 manat məbləğində sabit alimentin alınaraq ona verilməsi qət edilmişdir. Birgə nikahda olduqları dövrdə Təqsirləndirilən şəxs müxtəlif yerlərdə fəhlə işləyib aylıq 600-700 manat qazanc əldə edib, lakin qazancını özünə xərcləyir, uşaqların saxlanması üçün ona maddi yardım göstərmir. İcra məmurları tərəfindən dəfələrlə bildirişlər verilməsinə baxmayaraq, borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də Xaçmaz Rayon Məhkəməsinin ## ####### 2023-cü il tarixli, *(***)-****/**** saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs olunmuşdur. Maddi vəziyyəti aşağı olduğundan aliment borcunu tam olaraq nağd şəkildə tələb edir. Odur ki, aliment üzrə toplanmış 21010 manat pulun Təqsirləndirilən şəxs alınaraq ona verilməsinə, əks halda, barəsində qanuni tədbirlərin görülməsində köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ##.##.2019-cu il tarixdən hesablanmaqla övladları - ##.##.2009-cu il təvəllüdlü X3, ##.##.2010-cu il təvəllüdlü X4, ##.##.2010-cu il təvəllüdlü X5 və ##.##.2014-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 80 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq Musayibova (Babakişiyeva) Rəşidə Əfsəl qızının xeyrinə ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş *(***)-****/**** saylı, ## ###### 2019-cu il tarixli qətnaməsini qərəzli olaraq icra etməmişdir. Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş *(***)-****/**** saylı, ## ###### 2019-cu il tarixli icra sənədi Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmaqla, icraata başlanılması haqqında qəbul edilmiş qərar və bildiriş cavabdeh Təqsirləndirilən şəxsa göndərilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə icra tələbinin yerinə yetirilməsindən yayındığı üçün Təqsirləndirilən şəxs barəsində inzibati protokol tərtib olunmuş, baxılması üçün məhkəməyə təqdim edilmiş və Xaçmaz Rayon Məhkəməsinin ## ####### 2023 -cü il tarixli, *(***)-****/**** saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbs olunmuşdur. Borclu Təqsirləndirilən şəxs izahatı alınıb Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə ##.##.2023-cü il, ##.##.2024-cü il və ##.##.2025-ci il tarixlərdə xəbərdarlıq edilməyinə baxmayaraq, onun cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra baş idarəsi vasitəsilə istintaq idarəsinə təqdimat verilən ##.##.2025-ci il tarixədək 21010 manat məbləğində aliment borcu yaranmışdır. Tələbkar Musayibova (Babakişiyeva) X2 Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən borcun ödənilməsini, əks halda, sonuncunun qanunvericiliklə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Tələbin borclunun əmlak və gəlirlərinə yönəldilməsi məqsədilə zəruri icra hərəkətləri həyata keçirilmişdir. Borclunun əmlak və gəlir yerlərinin axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Şahid Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru şahid1 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, şahid şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2019-cu il tarixli, *(***)- ****/**** saylı qətnaməsinin surətindən müəyyən edilir ki, ## ##### 2019-cu il tarixdən hesablanmaqla ##.##.2009-cu il təvəllüdlü X3, ##.##.2010-cu il təvəllüdlü X4 və X5, ##.##.2014cü il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Babakiçiyev Tural Murad oğlundan hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment alınaraq X6 verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2019-cu il tarixli, *(***)- ****/**** saylı icra vərəqəsinin və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında ##.##.2019-cu il tarixli qərarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı qətnaməsi qanuni qüvvəsini aldığından icraata başlanması qərara alınmışdır. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin ## ######## 2019cu il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişinin təsdiqlənmiş surətindən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin ##.##.2019cu il tarixli, *(***)-****/**** saylı icra sənədini könüllü icra etməsi üçün vaxt verilmiş, məsuliyyəti barədə xəbərdar edilmişdir. Bildiriş Təqsirləndirilən şəxs tərəfindən şəxsən qəbul edilmişdir. İş materiallarında olan borclu Təqsirləndirilən şəxs icra və probasiya şöbəsində verdiyi ## ####### 2019-cu il tarixli izahatının təsdiqlənmiş surətindən müəyyən edilir ki, o, izahatında həmin tarixədək yaranmış 1420 manat aliment borcunu hazırda maddi vəziyyətinə görə ödəyə bilmədiyini, hər ay 100 manat ödəmək imkanının olduğunu, mümkün olarsa, aliment borcundan ödəyəcəyini bildirmişdir. İş materiallarında olan ## ###### 2019-cu il tarixli ərizənin təsdiqlənmiş surətindən müəyyən edilir ki, tələbkar Musayibova (Babakişiyeva) Rəşidə Əfsəl qızı borclu Təqsirləndirilən şəxs ona alimentlə bağlı hazıradək heç bir ödəniş etmədiyini, yaranmış 2240 manat aliment borcunu tələb etdiyini bildirmiş, ödəməyəcəyi təqdirdə borclunun barəsində tədbirlər görülməsini xahiş etmişdir. İş materiallarında olan borclu Təqsirləndirilən şəxs icra və probasiya şöbəsində verdiyi ## ###### 2020-ci il tarixli izahatının təsdiqlənmiş surətindən müəyyən edilir ki, o, izahatında həmin tarix də daxil olmaqla, yaranmış 2880 manat aliment borcunu ödəməyə maddi imkanının olmadığını, aliment borcu ilə bağlı ödəniş etməzsə, inzibati, həmçinin cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar edildiyini bildirmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin inzibati xəta haqqında ## ###### 2020-ci il tarixli protokolunun təsdiqlənmiş surətindən və Xaçmaz Rayon Məhkəməsinin həmin tarixli *(***)-***/**** saylı inzibati xəta haqqında iş üzrə qərarının surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs icra vərəqəsini üzrsüz səbəbdən icra etməyərək aliment borcu yarandığından onun barəsində Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə təqdim edilmiş və həmin məhkəmənin qeyd olunan inzibati xəta haqqında iş üzrə qərarına əsasən Təqsirləndirilən şəxs İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin ## ###### 2020-ci il tarixli “Xəbərdarlıq”ın təsdiqlənmiş surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs həmin tarixədək yaranmış 3520 manat aliment borcunu ##.##.2020-ci il tarixədək tələbkara ödəməsi, ödəməyəcəyi təqdirdə, barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanılması üçün təqdimat veriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin təqdimatının təsdiqlənmiş surətindən və Xaçmaz Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-***/**** saylı qərardadının surətindən müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan ## ###### 2021-ci il tarixli ərizənin təsdiqlənmiş surətindən müəyyən edilir ki, tələbkar Musayibova (Babakişiyeva) Rəşidə Əfsəl qızı borclu Təqsirləndirilən şəxs ona alimentlə bağlı hazıradək cəmi 200 manat ödəniş etdiyini, yaranmış 6520 manat aliment borcunu tələb etdiyini bildirmiş, ödəməyəcəyi təqdirdə borclunun barəsində qanuna müvafiq tədbirlər görülməsini xahiş etmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin ## ###### 2021-ci il tarixli “Xəbərdarlıq”ın təsdiqlənmiş surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs həmin tarixədək yaranmış 7040 manat aliment borcunu ##.##.2021-ci il tarixədək tələbkara ödəməsi, ödəməyəcəyi təqdirdə, barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanılması üçün təqdimat veriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin ## ##### 2021-ci il tarixli “Xəbərdarlıq”ın təsdiqlənmiş surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs həmin tarixədək yaranmış 7580 manat aliment borcunu ##.##.2021-ci il tarixədək tələbkara ödəməsi, ödəməyəcəyi təqdirdə, barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanılması üçün təqdimat veriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan borclu Təqsirləndirilən şəxs icra və probasiya şöbəsində verdiyi ## ###### 2021-ci il tarixli izahatının təsdiqlənmiş surətindən müəyyən edilir ki, o, izahatında həmin tarixədək tələbkar Rəşidə Babakişiyevaya cəmi 590 manat ödəniş etdiyini, yaranmış 9330 manat aliment borcunu ödəməyə maddi imkanının olmadığını, bir ay ərzində 500 manat ödəyə biləcəyini göstərmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin inzibati xəta haqqında ## ###### 2021-ci il tarixli protokolunun təsdiqlənmiş surətindən və Xaçmaz Rayon Məhkəməsinin həmin tarixli *(***)-****/**** saylı inzibati xəta haqqında iş üzrə qərarının surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs icra vərəqəsini üzrsüz səbəbdən icra etməyərək aliment borcu yarandığından onun barəsində Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə təqdim edilmiş və həmin məhkəmənin qeyd olunan inzibati xəta haqqında iş üzrə qərarına əsasən Təqsirləndirilən şəxs İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin ## ###### 2022-ci il tarixli “Xəbərdarlıq”ın təsdiqlənmiş surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs həmin tarixədək yaranmış 9970 manat aliment borcunu ##.##.2022-ci il tarixədək tələbkara ödəməsi, ödəməyəcəyi təqdirdə, barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanılması üçün təqdimat veriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin ## ######## 2023-cü il tarixli “Xəbərdarlıq”ın təsdiqlənmiş surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs həmin tarixədək yaranmış 16370 manat aliment borcunu ##.##.2023-cü il tarixədək tələbkara ödəməsi, ödəməyəcəyi təqdirdə, barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanılması üçün təqdimat veriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin ## ####### 2023-cü il tarixli “Xəbərdarlıq”ın təsdiqlənmiş surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs həmin tarixədək yaranmış 16690 manat aliment borcunu ##.##.2023-cü il tarixədək tələbkara ödəməsi, ödəməyəcəyi təqdirdə, barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanılması üçün təqdimat veriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan ## ####### 2023-cü il tarixli ərizənin təsdiqlənmiş surətindən müəyyən edilir ki, tələbkar Musayibova (Babakişiyeva) Rəşidə Əfsəl qızı borclu Təqsirləndirilən şəxs ona alimentlə bağlı hazıradək cəmi 590 manat ödəniş etdiyini, yaranmış 16690 manat aliment borcunu tələb etdiyini bildirmiş, ödəməyəcəyi təqdirdə borclunun barəsində tədbirlər görülməsini xahiş etmişdir. İş materiallarında olan borclu Təqsirləndirilən şəxs icra və probasiya şöbəsində verdiyi ## ####### 2023-cü il tarixli izahatının təsdiqlənmiş surətindən müəyyən edilir ki, o, izahatında həmin tarixədək tələbkar Rəşidə Babakişiyevaya cəmi 590 manat ödəniş etdiyini, inzibati məsuliyyətə cəlb edildikdən sonra heç bir ödəniş etmədiyini, hazırda 16690 manat aliment borcu olduğunu, borcunu ödəmədiyi təqdirdə məsuliyyətə cəlb olunacağının ona izah edildiyini bildirmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin ## ###### 2023-cü il tarixli “Xəbərdarlıq”ın təsdiqlənmiş surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs həmin tarixədək yaranmış 17010 manat aliment borcunu tələbkara ödəməsi üçün ona 10 gün vaxt verilməsi, ödəməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanılması üçün təqdimat veriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin ## ###### 2023-cü il tarixli “Xəbərdarlıq”ın təsdiqlənmiş surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs həmin tarixədək yaranmış 17330 manat aliment borcunu ##.##.2023-cü il tarixədək tələbkara ödəməsi, ödəməyəcəyi təqdirdə, barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanılması üçün təqdimat veriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin ## ####### 2024-cü il tarixli “Xəbərdarlıq”ın təsdiqlənmiş surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs həmin tarixədək yaranmış 19410 manat aliment borcunu ##.##.2024-cü il tarixədək tələbkara ödəməsi, ödəməyəcəyi təqdirdə, barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanılması üçün təqdimat veriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan ## ###### 2025-ci il tarixli ərizənin təsdiqlənmiş surətindən müəyyən edilir ki, tələbkar Musayibova (Babakişiyeva) Rəşidə Əfsəl qızı borclu Təqsirləndirilən şəxs ona alimentlə bağlı yaranmış 20690 manat aliment borcunu tələb etdiyini bildirmiş, ödəməyəcəyi təqdirdə borclunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan borclu Təqsirləndirilən şəxs icra və probasiya şöbəsində verdiyi ## #### 2025-ci il tarixli izahatının təsdiqlənmiş surətindən müəyyən edilir ki, o, izahatında həmin tarixədək tələbkar Rəşidə Babakişiyevaya cəmi 1710 manat ödəniş etdiyini, hazırda 21010 manat aliment borcu olduğunu, həmin borc məbləğini tam şəkildə ödəyə bilmədiyini, hər ay hissə-hissə ödəyə biləcəyini, məşğulluq mərkəzindən ona təklif edilmiş işlərin əmək haqqısı onu qane etmədiyindən həmin işlərdən imtina etdiyini bildirmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin ## #### 2025-ci il tarixli “Xəbərdarlıq”ın təsdiqlənmiş surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs həmin tarixədək yaranmış 21010 manat aliment borcunu ##.##.2025-ci il tarixədək tələbkara ödəməsi, ödəməyəcəyi təqdirdə, barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanılması üçün təqdimat veriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Xaçmaz rayonu Mürşüdoba Bələdiyyəsi tərəfindən verilmiş ## ##### 2024-cü il tarixli cavab məktubunun təsdiqlənmiş surətindən müəyyən edilir ki, Xaçmaz rayonu Sabiroba kəndi ərazisində iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs mülkiyyətində torpaq sahəsinin olub-olmaması barədə bələdiyyədə heç bir məlumat yoxdur. İş materiallarında olan X10 Quba-X7 filialının ## ##### 2024-cü il tarixli cavab məktubunun surətindən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Mərkəzləşdirilmiş elektron informasiya sistemində ##.##.2024-cü il tarixdən işsiz kimi qeydiyyatdadır. İş materiallarında olan X1 İnkişaf Mərkəzinin ## ##### 2024-cü il tarixli cavab məktubunun təsdiqlənmiş surətindən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs adına Quba DAİM X8 Sektorunun daşınar əmlakın rəsmi reyestrində mexaniki nəqliyyat vasitələri və kənd təsərrüfatı texnikaları qeydiyyata alınmamışdır. İş materiallarında olan “Borclunun yaşayış yerinin (iş yeri və ya olduğu yerin) dəyişdirilməsinin və yaxud tələbin yönəldilə biləcəyi əmlakının və ya yetərli olmamasının müəyyən edilməsi haqqında” ## ###### 2024-cü il tarixli Aktın təsdiqlənmiş surətindən və elektron sorğuların surətlərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanında, onun mülkiyyətində ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı icra sənədi üzrə tələbin yönəldilə biləcəyi əmlakın olmadığı müəyyən edilmişdir. Məhkəmə istintaq hərəkətlərinin protokollarını, proses iştirakçılarının ifadələrini, iş materiallarında olan sənədləri məcmu halda nəzərdən keçirərək sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” ## ####### 2012 -ci il tarixli Qərarında göstərilir ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Azərbaycan Respublikası İcra haqqında Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2016-cı il tarixli, * nömrəli Qərarının 8.2-ci bəndində izah edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Nərəcan kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamənin təsdiqlənmiş surətindən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yaşadığı ərazidə özünü sakit bir vətəndaş kimi göstərmişdir. Barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətindən müəyyən edilir ki, ##.##.2021-ci il tarixdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs “yüngül dərəcəli əqli gerilik” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə ilk dəfə cəlb olunmasını və səhhətindəki xəstəliyi barəsində cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli, * saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də zərərçəkmiş şəxsin ziyanı tələb etməsi halını, cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Axtarışda olan şəxsin tutulması barədə” ## ###### 2025-ci il tarixli protokoldan, qətimkan tədbiri seçilməsi barədə ## ###### 2025-ci il tarixli qərardan və ##.##.2025-ci il tarixli iltizamdan müəyyən edilir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 01 (bir) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 01 (bir) gün müddət ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərarından və “Axtarışda olan şəxsin tutulması barədə” ## ###### 2025-ci il tarixli protokoldan müəyyən edilir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və o, ##.##.2025-ci il tarixdə tutularaq həbs edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli ## ###### 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 01 (bir) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli ## ###### 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın.. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanasına həvalə olunsun. Hökmdən elan edildiyi (həbsdə olan şəxsə isə hökmün surəti təqdim olunduğu) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov
Məhkəmə qərarları › İş №1(067)-164/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-164/2025
18.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver