Məhkəmə qərarları › İş №1(067)-165/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-165/2025

07.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-165/2025 07.01.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, dəliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonu Köhnə ünvan 1 ünvanında yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq qəsdən əldə etdiyi xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 14 iyun 2025-ci il tarixdə saat 02:20-02.30 müddətində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında yaxalanıb üstünün yoxlanılması zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı 01 ədəd kibrit qutusunda 6,426 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, o, 2024-cü ilin sonlarından indiyə qədər narkotik vasitə olan marixuanadan istifadə etmişdir. O, xx.xx.2025-c i il tarixdə, saat 16 radələrində Xaçmaz şəhəri, H.Əliyev prospektində piyada gəzən zaman yerdən “01” ədəd kibrit qutusu aşkar etmiş, həmin kibrit qutusunun içərisinə baxan zaman narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar etmiş və istifadəçisi olduğu üçün həmin kütləni axşam saatlarında istifadə etmək məqsədilə üzərində saxlayaraq daşımağa başlamışdır. xx.xx.2025- ci il tarixdə, saat 02 radələrində Xaçmaz şəhəri, Ə.Firdovsi küçəsi ilə hərəkət edən zaman üç nəfər mülki geyimli şəxs video çəkilişlə ona yaxınlaşaraq Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları olmalarını qeyd etmiş və onun narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə etmə, saxlama və daşımada şübhəli bilindiyini bildirmişlər. Bundan sonra o, polis əməkdaşlarının təklifi ilə könüllü surətdə üzərində daşıdığı həmin içərisində narkotik vasitə qurudulmuş marixuana olan “01” ədəd kibrit qutusunu çıxardaraq polis əməkdaşlarına təqdim etmiş və kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana kütləsi olmasını bildirmişdir. Belə ki, polis əməkdaşları həmin qutunu açaraq baxış keçirmiş və içərisindəki narkotik vasitə qurudulmuş marixuana kütləsini aşkar etmişlər. Bundan sonra həmin kibrit qutusunun içərisində olan narkotik vasitə qurudulmuş marixuana kütləsi ilə birlikdə kağız zərfə qoyaraq möhürləyərək qablaşdırmış və o, da zərfin üzərində öz imzasını çəkmişdir. Daha sonra onu Xaçmaz RPŞ-nə gətirmişlər. Xaçmaz RPŞ-nə gətirildikdən sonra təhqiqatçı tərəfindən həmin “01” ədəd zərfə baxış keçirildikdən sonra təkrar olaraq möhürləyərək qablaşdırıb götürülmüş, bundan sonra müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərmişdir ki, ünvan 3 ünvanında yaşayan X4 qanunsuz olaraq narkotik vasitə və psxiotrop maddələrin istifadəsi, daşınması və gəzdirməsi barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 iştirakı ilə onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. xx.xx.2025-ci il tarixdə, saat 02:20 radələrində Təqsirləndirilən şəxs onlar tərəfindən ünvan 4 ünvanının qarçısında saxlanmış, narkotik vasitə və psixotrop maddələrin istifadəsində, saxlanmasında və daşınmasında şübhəli olduğu bildirilmiş, hüquq və vəzifələri izah olunduqdan sonra sonuncuya üzərinə videoçəklişdən istifadə etməklə baxış keçirilməsi zərurətinin olduğu izah edilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və məlumatın doğru olduğunu bildirərək, özünün razılığı ilə onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı Şahid3 tərəfindən fasiləsiz olaraq video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxardaraq təqdim etmiş, həmin kibrit qutusunun içərisinə baxış keçirilən zaman narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qusunu Xaçmaz şəhəri, H.Əliyev prospektində yolun kənarından tapdığını və istifadəçisi olduğu üçün üzərində daşıdığını bildirmişdir. Daha sonra həmin kibrit qutusu elektom tərəzidə çəkilmiş, kibrit qutusu ilə birlikdə qurudulmuş marixuananın çəkisi ‘9,58 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin 01 ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusu bir ədəd ağ rəngli zərfdə qablaşdırılaraq möhürlənməklə bağlanmış və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində Şahid2 məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək analoji ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş Şahid1 Abas oğlu məhkəmə istintaqında şahid qismində ifadə vermiş Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 14 iyun 2025-ci il tarixli 20/486 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman götürülmüş narkotik vasitə olan marixuanaya bənzər kütlə 01 ədəd kibrit qutusunda...” yazılar və imzalar olan kağız paketdəki, üzərində eyni yazılar və imzalar olan digər kağız paketdə, 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,426 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2025-ci il tarixli 5084 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intosikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən baxış protokolundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 02:20-02:30 radələrində Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kapitanı Şahid2, CAB-nin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid3 və polis leytenantı Şahid1 tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında saxlanılaraq üzərinə yoxlanış aparılarkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən Xaçmaz RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən 14 iyun 2025-ci il tarixdə saat 03:00- 03:10 müddətində tərtib edilmiş “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, 14 iyun 2025-ci il tarixdə Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid3 tərəfindən “01” ədəd-kağız zərf təhqiqata təqdim edilərək həmin zərfin içərisində olan “01” ədəd kibrit qutusunun X3 götürüldüyünü və kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana kütləsi olduğunu bildirmişdir. Təqdim edilmiş zərfin üzərinə “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə, 1.Təqsirləndirilən şəxs, 2.Şahid1, 3.Şahid2, 4.Şahid3” sözləri yazılaraq imza edilmişdir və zərf möhürlənmişdir. Zərf qayçı ilə yan hissədən kəsilərək içərisinə baxıldı və içərisində “01” ədəd kibrit qutusu olması aşkar edildi. Həmin kibrit qutusunun içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə olması müəyyən edildi. Həmin marixuanaya bənzər kütlə qutu ilə birlikdə tərəzi ilə çəkildi və kütlənin qutu ilə birlikdə çəkisinin 9,37 qram olması müəyyən edildi. Təqsirləndirilən şəxs bildirdi ki, təqdim olunan, içərisində narkotik vasitə-marixuanaya bənzər kütlə olan “01” ədəd kibrit qutusu ona məxsusdur və həmin qutunu xx.xx.2025-ci il tarixdə, günorta saatlarında Xaçmaz şəhəri, H.Əliyev prospektində piyada gəzən zaman yerdən tapmış və gələcəkdə özünün istifadə etməsi üçün saxlamışdır. Təqdim olunan “01” ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana kütləsi iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüş, Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının görüntülərinin əks olunduğu bir ədəd “DVD” diskə baxış keçirilən zaman yoxlamanın əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə fasiləsiz qeydə alınması müəyyən edilmiş və görüntülərin köçürüldüyü 01 ədəd “DVD” disk protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın videoçəkilişinin köçürüldüyü bir ədəd DVD diskə 15 iyun 2025-ci il tarixdə təsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini bir daha etiraf etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında diskə bir daha baxış keçirilməsinin zərurətin olmadığını məhkəməyə bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən DİN-in BƏSİİ-nin tələbnaməsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən Xaçmaz RİHBnin Müşkür İƏD üzrə nümayəndəsinin ictimai xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmaqla, ətrafdakılara qarşı mehriban və səmimidir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq qəsdən əldə etdiyi xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 14 iyun 2025-ci il tarixdə saat 02:20-02.30 müddətində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında yaxalanıb üstünün yoxlanılması zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı 01 ədəd kibrit qutusunda 6,426 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59-cu maddələrinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, üzərindən aşkar edilmiş narkotik vasitənin növü və miqdarı, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 00:00-dan 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan şübhəli şəxsi tutma haqqında 14 iyun 2025-ci il tarixli protokoldan və müstəntiqin həmin tarixli qərarından, həmçinin müstəntiqin şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında 15 iyun 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2025-ci il tarixdə saat 02:20-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş və 15 iyun 2025ci il tarixdə saat 16:20-də barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla da, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu müddət, yəni 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, cəmi 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserinə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 6,406 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən və maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan cəmi 63 (altmış üç) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 iyun 2025-ci ildən 15 iyun 2025-ci ilədək həbsdə saxlandığı 02 gün, müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 00:00-dan 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 6,406 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən və maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan cəmi 63 (altmış üç) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə olunası əmlakın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar