Məhkəmə qərarları › İş №1(067)-166/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-166/2023

12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-166/2023 12.12.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1960-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2şayan barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının sonlarında yaşadığı Xaçmaz şəhəri, Şirvanşahlar küçəsi, 32 nömrəli evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq əkdiyi xeyli miqdar təşkil edən 12 ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş, bu fakt 01 iyun 2023-cü il tarixdə saat 12:20-12:40 müddətində Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı Xaçmaz şəhəri, Şirvanşahlar küçəsi, 32 nömrəli evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən yaş vəziyyətdə ümumi çəkisi 60 qram olan 12 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya (əkmə, yetişdirmə) etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Xaçmaz şəhəri, Q.Qarayev küçəsi, ev 2də qeydiyyatda olsada ailəsi ilə birlikdə Xaçmaz şəhəri, Şirvanşahlar küçəsi, ev 32-də yaşayır. Təxminən 3-4 il olarkı narkotik vasitə olan qurudulmuş marixuananı papirosa doldurmaq yolu ilə çəkir. Əvvəllər qurudulmuş marixuananı papirosa doldurub çəkərkən içərisində çətənə toxumları olmuş və o, çətənə toxumlarını götürüb özündə saxlamışdır. 2023-cü ilin aprel ayının sonlarında qərara gəlmişdir ki, özündə olan çətənə bitkisi toxumlarını əkib yetişdirsin və gələcəkdə özünün istifadə etməsi üçün qurudulmuş marixuana əldə etsin. Bu məqsədlə də o, yaşadığı Xaçmaz şəhəri, Şirvanşahlar küçəsi, 32 nömrəli evin həyətyanı torpaq sahəsində hasara yaxın hissəni əvvəlcə dəmir və polietilen örtüklərlə əhatəyə almış, sonra həmin sahənin torpağını bellə yumşaldıb çətənə bitkisi toxumlarını əkməsi üçün yer hazırlamış və özündə olan 12 ədəd çətənə bitkisi toxumlarını həmin yerdə sıra ilə əkib sulamışdır. Təxminən 7-8 gün keçdikdən sonra baxanda görmüşdür ki, əkdiyi çətənə toxumlarmin bir hissəsi cücərib. Bir neçə gün keçdikdən sonra əkdiyi digər çətənə toxumlarıda cücərmiş və o, həmin çətənə bitkilərini yetişdirmək məqsədi ilə qulluq göstərməyə, yəni diblərinə su tökməyə başlamışdır. Əkdiyi çətənə bitkilərinə qulluq etməkdə məqsədi o olmuşdur ki, yetişdirdikdən sonra həmin bitkilərin yarpaqlarını yığıb qurutmaqla gələcəkdə özünün istifadə etməsi üçün qurudulmuş marixuana əldə etsin. Sonrakı günlərdə əkdiyi çətənə bitkiləri böyüyərək bəziləri 30 sm, bəziləri isə 60 sm hündürlükdə olmuşdur. 2023-cü ilin may ayının ortaları olardı yaşadığı evin həyətində yıxılaraq belindən xəsarət almış və bununla bağlı o, 15 may 2023-cü il tarixdə Qusar şəhərinə gedib «Oki» Hospitalda müayinədən keçərkən məlum olmuşdur ki, bel fəqərəsində kompression sınıq yaranıb. Həmin gün o, qayıdıb yaşadığı evə gəlmiş və sonrakı günlərdə bel nahiyəsində ağrılar olsada asta hərəkət etməklə özü əkdiyi çətənə bitkilərinə qulluq göstərmişdir. 31 may 2023-cü il tarixdə axşam saatlarında yaşadığı evin işıqları sönmüş və o, pilləkənin üstünə çıxıb evin elektrik xəttinə baxmaq istəyərkən ayağı sürüşüb pilləkəndən yıxılmış, bel nahiyəsində olan ağrılar daha da artdığı üçün hərəkət etməsi çətinləşmişdir. 01 iyun 2023-cü il tarixdə təxminən saat 12:20 radələrində evdə olduğu vaxt yaşadığı evin həyət qapısı döyülmüş və o, qapını açanda qapının qarşısında dayanmış şəxslər polis əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra ona yaşadığı evin həyətində çətənə bitkiləri əkib-becərməsi barədə məlumat olduğunu deyərək vdieoçəkiliş vasitəsi ilə yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirmək istədiklərini bildirmişlər və ona hüquq və vəzifələrini izah etdikdən sonra yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazının olubolmadığını soruşmuşlar, o, da etirazı olmadığını bildirərək yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etiraz etməmiş və polis əməkdaşlarını baxış keçirmələri üçün yaşadığı evin həyətinə dəvət etmişdir. Polis əməkdaşları ona narkotik tərkibli bitkiləri əkdiyi yeri göstərməsini təklif etmişlər, o, da polis əməkdaşlarını yaşadığı evin həyətinə dəvət edərək onları çətənə bitkilərini əkdiyi yerə aparmışdır. Polis əməkdaşları aqronomun iştirakı ilə onun əkdiyi çətənə bitkilərini kökündən çıxarıb onun iştirakı ilə sayaraq 12 ədəd olduğunu bildirmişlər və həmin çətənə biktilərini onun əkdiyini, nə məqsədlə əkdiyini soruşmuşlar, o, da demişdir ki, həmin çətənə bitkilərin özü əkmişdir ki, gələcəkdə yığıb qurutmaqla özünün istifadə etməsi üçün qurudulmuş marixuana əldə etsin. Baxışda iştirak edib özünü aqronom kimi təqdim edən şəxsdə bildirmişdir ki, onun əkdiyi bitkilər çətənə bitkiləridir, əkilib, qulluq olunaraq suvarılıb. O, da aqronomun dediklərini təsdiq edərək bildirmişdir ki, həmin bitkilər narkotik xassəli çətənə bitkiləridir, gələcəkdə istifadə etməsi üçün özü əkib-yetişdirmişdir. Bundan sonra yaşadığı evin həyətində əkib-yetişdirdiyi çətənə bitkiləri onun iştirakı ilə 01 ədəd sellofan torbada qablaşdırılıb möhürləndikdən sonra o, da çətənə bitkilərinin qablaşdırıldığı sellofan torbanın üzərinə yapışdırılmış kağızın üstünə imza etmişdir. Sonra onun, aqronomun və digər iştirakçıların iştirakı ilə protokol tərtib edilmiş, o, da protokolu oxuduqdan sonra düzgün yazıldığını görüb protokola imza etmişdir. Bundan sonra isə o, izahat verərək yaşadığı evin həyətyanı torpaq sahəsində çətənə bitkilərini özünün əkdiyini bildirmişdir. O, heç kimdən narkotik vasitə almamış və heç kimədə narkotik vasitə satmamışdır. Yaşadığı evin həyətyanı torpaq sahəsində isə çətənə bitkiləri əkmişdir ki, gələcəkdə yarpaqlarını yığıb qurutmaqla özünün istifadə etməsi üçün qurudulmuş marixuana əldə etsin. Ona elə gəlir ki, yaşadığı evin həyətyanı torpaq sahəsində çətənə bitkisi əkib-yetişdirməsini əvvəlcədən görən və bu barədə məlumatı olan olmamışdır. Yaşadığı evin həyətyanı torpaq sahəsində əkdiyi çətənə bitkisindən istifadə etməmiş və istifadə məqsədi ilə başqa heç kimə verməmişdir. Çətənə bitkiləri əkməsi barədə ona heç kim tapşırıq verməmişdir. Həmin çətənə bitkilərini özü tək əkmişdir ki, yığıb qurutmaqla özünün istifadə etməsi üçün qurudulmuş marixuana əldə etsin. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, o, Xaçmaz Rayon X4rlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində xidmət edirəm. Xaçmaz Rayon X4rlə mübarizə qrupuna Xaçmaz şəhəri, Şirvanşahlar küçəsi, ev 32-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat daxil olmuşdur. Xaçmaz Rayon X4rlə mübarizə qrupuna daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə 01 iyun 2023-cü il tarixdə onun tərəfindən əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilib şöbə rəisi tərəfindən təsdiq olunduqdan sonra onun, narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış və bununla bağlı araşdırmanın aparılması İstintaq bölməsinin müstəntiqi, polis kapitanı Rəşad Babayevə həvalə olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə keçiriləcək baxışda iştirak etmək üçün Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin aqronomu Şahid4 mütəxəssis qismində dəvət edildikdən sonra həmin gün təxminən saat 12 radələrində onlar birlikdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri, Şirvanşahlar küçəsi, 32 nömrəli evin qarşısına getmişlər. Qapını açan Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra X5 Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat olduğunu, videoçəkiliş vasitəsi ilə onun yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyini bildirərək ona hüquq və vəzifələrini izah etdikdən sonra ondan yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazı olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirərək onları yaşadığı evin həyətinə dəvət etmişdir. X5 Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkdiyi yeri göstərməsini təklif etmiş və onlar Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olub evin sol yan tərəfmə getmişlər. Evin sol yan tərəfmə gələndə Təqsirləndirilən şəxs ətrafı dəmir və polietilen örtüklərlə bağlanmış yeri göstərərək bildirmişdir ki, çətənə bitkilərini həmin yerdə əkmişdir. Onlar həmin yerə daxil olanda orada çətənə bitkilərinə oxşar müxtəlif hündürlükdə yaşıl bitkilərin əkildiyini görmüşlər. X5 baxışda iştirak edən aqronom Şahid4 həmin yerdə əkilib-yetişdirilmiş bitkilərə baxmasını təklif etmiş, aqronom Şahid4 bitkilərə baxdıqdan sonra həmin bitkilərin çətənə bitkiləri olduğunu, diblərinin yumşaldıldığını, qulluq olunaraq suvarıldığını, hündürlüklərinin 30 sm-dən 60 sm-ə qədər olduğunu demiş və tək-tək kökündən çıxarıb sayaraq 12 ədəd olduğunu bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs yanma gəlmişlər və X5 bitkiləri Təqsirləndirilən şəxs göstərərək onun həyətyanı torpaq sahəsində 12 ədəd çətənə bitkilərinə oxşar bitkilərin aşkar olunduğunu, həmin bitkiləri kimin əkdiyini, nə məqsədlə əkdiyini, satışı ilə məşğul olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs çətənə bitkilərini gələcəkdə qurudub çəkməsi üçün özünün əkdiyini və satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra çətənə bitkilərinə oxşar bitkilər Təqsirləndirilən şəxs və onların iştirakı ilə bir ədəd sellofan torbada qablaşdırılıb möhürləndikdən sonra iştirakçılar bitkilərin qablaşdırıldığı sellofan torbanın üzərinə yapışdırlımış kağızın üzərinə imza etmişlər. Sonra bu barədə protokol tərtib edilib oxunmuş, iştirakçılarda protokola imza etmişlər. Bundan sonra isə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri, Şirvanşahlar küçəsi, 32 nömrəli evin həyətyanı torpaq sahəsində aşkar edilmiş bitkilərlə bağlı aqronom Şahid4 tərəfindən rəy yazılmışdır. Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri Şirvanşahlar küçəsi, 32 nömrəli evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinin görüntüləri Xaçmaz RPŞ-nin KTQ-nun baş inspektor-kriminalisti, polis mayoru Şahid3 tərəfindən əvvəldən axıra kimi video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Xaçmaz rayon X4 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Şahid2, Xaçmaz Rayon Polis Şöbəsinin KTQ-nun baş inspektor-kriminalisti Şahid3 məhkəmə istintaqında şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfat İdarəsinin aqronomu Şahid4 ifadəsində göstərmişdir ki, o, Xaçmaz şəhəri, 28 May küçəsi, ev 46-da qeydiyyatda olsada ailəsi ilə birlikdə Xaçmaz şəhəri, A.Babayev küçəsi, ev 7-də yaşayır. Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsində aqronom işləyir. 01 iyun 2023-cü il tarixdə o, Xaçmaz RPŞ-nə dəvət olunmuş və Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Rəşad Babayev tərəfindən qəbul edilmiş mütəxəssis təyin olunmasına dair qərarla tanış olduqdan sonra ona hüqüq və vəzifələrim izah olunmuşdur. X3 Xaçmaz şəhəri, Şirvanşahlar küçəsi, 32 nömrəli evin həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkiləri əkilib-yetişdirilməsi barədə məlumat daxil olduğunu və həmin evin həyətyanı torpaq sahəsinə baxış keçirmək istədiklərini bildirib onun da mütəxəssis qismində iştirak etməsini xahiş etmişdir. O, etiraz etməmiş və həmin gün saat 12 radələrində o, X5, NMQ-nun baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid1 və Xaçmaz RPŞ-nin KTQ-nun baş inspektor-kriminalisti Şahid3 birlikdə Xaçmaz şəhəri, Şirvanşahlar küçəsi, 32 nömrəli evin qarşısına getmişlər. 5 Qapını açan şəxs adının Rasim olduğunu və həmin evdə yaşadığını bildirmişdir. Polis əməkdaşları özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra X5 Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat olduğunu, videoçəkiliş vasitəsi ilə onun yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyini bildirərək ona hüquq və vəzifələrini izah etdikdən sonra ondan yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazı olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirərək onları yaşadığı evin həyətinə dəvət etmişdir. X5 Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkdiyi yeri göstərməsini təklif etmiş və onlar Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olub evin sol yan tərəfinə getmişlər. Evin sol yan tərəfinə gələndə Təqsirləndirilən şəxs ətrafı dəmir və polietilen örtüklərlə bağlanmış yeri göstərərək bildirmişdir ki, çətənə bitkilərini həmin yerdə əkmişdir. Onlar həmin yerə daxil olanda orada çətənə bitkilərinə oxşar müxtəlif hündürlükdə yaşıl bitkilərin əkildiyini görmüşlər. X5 təklif etmişdir ki, həmin yerdə əkilmiş bitkiləri nəzərdən keçirib onlara aqrotexniki qaydada qulluq göstərilib- göstərilməməsini müəyyən etsin. O, həmin bitkiləri nəzərdən keçirib müəyyən etmişdir ki, həmin bitkilər tərkibində narkotik maddələr olan çətənə bitkiləridir, dibləri yumşaldılmışdır, qulluq olunaraq suvarılmışdır, hündürlükləridə 30 sm-dən 60 sm-ə qədərdir. Sonra o, həmin bitkiləri tək-tək kökündən çıxarıb sayaraq 12 ədəd olduğunu bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs yanma gəlmişlər və X5 bitkiləri Təqsirləndirilən şəxs göstərərək onun həyətyanı torpaq sahəsində 12 ədəd çətənə bitkilərinə oxşar bitkilərin aşkar olunduğunu, həmin bitkiləri kimin əkdiyini, nə məqsədlə əkdiyini, satışı ilə məşğul olub- olmadığını soruşmuş, Təqsirləndirilən şəxs çətənə bitkilərini gələcəkdə qurudub çəkməsi üçün özünün əkdiyini və satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra çətənə bitkilərinə oxşar bitkilər Təqsirləndirilən şəxs və onların iştirakı ilə bir ədəd sellofan torbada qablaşdırılıb möhürləndikdən sonra o, və digər iştirakçılar bitkilərin qablaşdırıldığı sellofan torbanın üzərinə yapışdırlımış kağızın üzərinə imza etmişlər. Sonra bu barədə protokol tərtib edilmiş və o, protokolu oxuduqdan sonra düzgün yazıldığını görüb protokola imza etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri, Şirvanşahlar küçəsi, 32 nömrəli evin həyətyanı torpaq sahəsində aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilməklə əkilib-yetişdirilməsi barədə rəy yazaraq müstəntiqə təqdim etmişdir. Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri Şirvanşahlar küçəsi, 32 nömrəli evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinin görüntüləri Xaçmaz RPŞ-nin KTQ-nun baş inspektor-kriminalisti, polis mayoru Şahid3 tərəfindən əvvəldən axıra kimi video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin bioloji ekspertizalar şöbəsinin 02 iyun 2023- cü il tarixli 7/796 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Rasim Raşayevin yaşadığı ünvana baxış zamanı götürülmüş çətənə bitkilərinə bənzər bitkilər....» yazı və imza olan bir ədəd sellofan bağlamada 12 ədəd yaş vəziyyətdə ümumi çəkisi 60,0 qram bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisidir. Təqdim edilmiş aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsin 03 avqust 2023-cü il tarixli 4939 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyartorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəisndə tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı Rəşad Babayev tərəfindən tərtib olunmuş baxış keçirilməsi haqqında 01 iyun 2023- cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri, Şirvanşahlar küçəsi, 32 nömrəli evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən 12 ədəd çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri, Şirvanşahlar küçəsi, 32 nömrəli evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən qeydə alınmış video görüntülər bir ədəd «DVD» formatlı diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. Həmin diskə tərəfimdən 05 iyun 2023-cü il tarixdə baxış keçirilərkən Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri, Şirvanşahlar küçəsi, 32 nömrəli evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinin, həyətyanı torpaq sahəsində 12 ədəd çətənə (kannabis) bitkilərinin əkilməsinin görüntüləri əksini tapmışdır. Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri, Şirvanşahlar küçəsi, 32 nömrəli evin həyətyanı torpaq sahəsində aşkar edilərək götürülmüş 60 qram çəkidə olan 12 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri 05 iyun 2023-cü il tarixli qərar ilə maddi sübut hesab olunmuş və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 59,40 qram olan 12 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri saxlanılmasından ötrü Xaçmaz Rayon Polis Şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri, Şirvanşahlar küçəsi, 32 nömrəli evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd «DVD» formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən tərəfimdən 05 iyun 2023-cü il tarixli qərar ilə maddi sübut hesab olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, o, Xaçmaz Rayon Məhkəməsinin 27 oktyabr 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ilə təqsirli bilinib 04 il azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, xx.xx.2008-ci il tarixdə cəzasının çəkilməmiş hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəvz olunmuş, xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş və hazırda məhkumluğu olmayan şəxsdir. İş materiallarından görünür ki, 02 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş və həmin tarixdə barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Xaçmaz şəhər İƏD-dən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, evlidir, Xaçmaz şəhəri, Q.Qarayev küçəsi, ev 2-də qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz şəhəri, Şirvanşahlar küçəsi, ev 32-də yaşayır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının sonlarında yaşadığı Xaçmaz şəhəri, Şirvanşahlar küçəsi, 32 nömrəli evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq əkdiyi xeyli miqdar təşkil edən 12 ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş, bu fakt 01 iyun 2023-cü il tarixdə saat 12:20-12:40 müddətində Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı Xaçmaz şəhəri, Şirvanşahlar küçəsi, 32 nömrəli evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən yaş vəziyyətdə ümumi çəkisi 60 qram olan 12 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya (əkmə, yetişdirmə) etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayər əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza tətin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMnin 59.2-ci maddəsinə əsasən səmimi peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasınını yüngülləşdirən halların olmasını, eləcə də cəzanın ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri ilə əvəz edilməklə onun dərhal məhkəmə iclas zalında həbsə alınması məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 12 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 59,40 qram olan 12 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən və maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə ekspertiza xərci olan 70 (yetmiş) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 12 dekabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 59,40 qram olan 12 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən və maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 70 (yetmiş) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar