Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-167/2025 29.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, Məmmədova Ruxsalə Əmrah qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1990-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əməllərində cinayətlərin residivi olan, ünvan 2-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 05 ay 28 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi halda vahid niyyətlə əhatə olunan qəsdlə 2025-ci ilin aprel ayının əvvəllərində 02 ədəd, 2025-ci ilin aprel ayının ortalarında 02 ədəd, 2025-ci ilin may ayının əvvəllərində isə 06 ədəd olmaqla, ümumilikdə 10 ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində qanunsuz olaraq əkərək həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərməklə xeyli miqdarda kultivasiya etmişdir. Belə ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 02 iyun 2025-ci il tarixdə, saat 19:10-19:26 müddətində Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evin həyətinə baxış keçirilərkən ümumi təmiz çəkisi 163,0 qram olan, yaş vəziyyətdə, eyni növə aid olan 07 (yeddi) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və ümumi təmiz çəkisi 0,663 qram olan, yaş vəziyyətdə, eyni növə aid olan 03 (üç) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilib götürülmüş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir (əkmiş və yetişdirmişdir). Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2025-ci ilin aprel ayının əvvəllərində çətənə bitkisinin toxumlarından 2 ədədini yaşadığı evin həyətində əkmişdir. İki ədəd toxumu evinin arxa həyətində əkərək aqrotexniki qaydada qulluq göstərməyə, mütəmadi şəkildə diblərinə su verməyə və diblərini təmizləməyə başlamışdır. 2025-ci ilin aprel ayının ortalarında həmin toxumun iki ədədini yenidən dibçəklərdə əkmiş, həmin əkdiyi bitkinin birini həyətdə saxladığı toyuq-cücə yeyərək yarasız hala gətirmişdir. Bundan başqa, 2025-ci ilin may ayının əvvəllərində isə əlində qalan 6 ədəd toxumları da həyətində əkmişdir. O, polis tərəfindən saxlanılandan 2 ay əvvəl evinin arxa həyətində əkdiyi 2 ədəd çətənə bitkisinin gül açdığını görmüşdür. Çətənə bitkisi də gül açanda erkək cinsli çətənə olduğundan onu çəkmək üçün uyğun olmamışdır. Polis əməkdaşları gələrək onun əkdiyi çətənə bitkilərini aşkar etmişlər. Həmçinin bildirdi ki, o, törətdiyi cinayət əməlindən peşmandır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, həmin çətənə bitkilərini özünün şəxsi istehlakı üçün qurudulmuş marixuana əldə etmək üçün əkib-becərmişdir. O, əvvəllər də CM-nin 237.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunmuşdur. Hazırkı iş üzrə polis əməkdaşları onun yaşadığı ünvanda videoçəkiliş vasitəsilə baxış keçirmişlər. O, şahidlərin məhkəmə iclasında ifadələrində bildirdiklərinin düzgün olduğunu təsdiq edir. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, 2025-ci ilin aprel ayının əvvəllərində günorta saatlarında təkbaşına Xaçmaz rayonu, Qaraqurdlu kəndində yerləşən “Məşəl” marketin yaxınlığından keçən zaman yerdə bir ədəd kibrit qutusunu görmüş, maraqlı gəldiyinə görə qutunu götürərək içərisinə baxmış, kibrit qutusunun içərisinə baxdıqda içərisində 10 ədəd toxum görmüşdür. Narkotik vasitə marixuanadan istifadə etdiyinə görə toxumlara baxan kimi onların çətənə bitkisinin toxumlarının olduğunu anlamış, maddi imkanı aşağı olduğuna görə narkotik vasitə qurudulmuş marixuana tapmaqda çətinlik çəkmişdir. Həmin toxumları da gördükdə onları həyətində əkərək qulluq göstərməyi fikirləşmiş, kibrit qutusunu olduğu kimi götürərək yaşadığı ünvana gətirmişdir. Həmin gün də, yəni 2025-ci ilin aprel ayının əvvəllərində günorta saatlarında həmin toxumlardan 2 ədədini həyətində əkmişdir. İki ədəd toxumu evinin arxa həyətində əkərək aqrotexniki qaydada qulluq göstərməyə, mütəmadi şəkildə diblərinə su verməyə və diblərini təmizləməyə başlamışdır. 2025-ci ilin aprel ayının ortalarında günorta saatlarında həmin toxumun iki ədədini yenidən dibçəklərdə əkmiş, həmin əkdiyi bitkinin birini həyətdə saxladığı ördəklər yeyərək yarasız hala gətirmişdir. Bundan başqa, 2025-ci ilin may ayının əvvəllərində günorta saatlarında isə əlində qalan 6 ədəd toxumları da həyətində əkmişdir. Dördünü ayrı-ayrılıqda 4 ədəd dibçəkdə, qalan ikisini isə yenə də evinin arxa həyətində əkmiş və onlara da qulluq göstərməyə başlamışdır. 2 ay əvvəl evinin arxa həyətində əkdiyi 2 ədəd çətənə bitkisinin gül açdığını görmüşdür. Çətənə bitkisi də gül açanda erkək cinsli çətənə olduğu üçün onu çəkmək olmamışdır. Buna görə də onları kökündən çıxardaraq elə arxa həyətə də tullamışdır. Qalan 8 ədədinə isə yenidən qulluq göstərməyə davam etmişdir. 02 iyun 2025-ci il tarixdə, saat 19 radələrində yaşadığı evdə olan zaman evin çöl qapısının döyülməsini eşitmiş, buna görə də evdən çölə çıxdıqda çöldə polis əməkdaşlarının olduğunu görmüşdür. Müstəntiq yaxınlaşaraq Xaçmaz RPŞ-nə yaşadığı evin həyətində narkotik tərkibli bitkiləri kultivasiya etməyi barədə məlumat daxil olduğunu söyləmiş və evinin həyətinə baxış keçirilməsinə icazə verib-vermədiyini soruşmuşdur. Müstəntiqə cavab olaraq həqiqətəndə evinin həyətində narkotik tərkibli bitki əkdiyini və qulluq göstərdiyini söyləmiş və evinin həyətinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Polis əməkdaşlarının və aqronomun iştirakı ilə yaşadığı evin həyətinə baxış keçirilmiş, baxış zamanı da könüllü olaraq evinin qabaq həyətində ümumilikdə 6 ədəd dibçəkdə əkdiyi 6 ədəd çətənə bitkisini, evinin arxa həyətində 2 ədəd kökündən çıxardaraq həyətə atdığı çətənə bitkisini, o cümlədən evinin arxa həyətində əkdiyi 2 ədəd çətənə bitkisini polis əməkdaşlarına könüllü şəkildə təqdim etmişdir. Polis əməkdaşları da aqronomun iştirakı ilə həmin bitki nümunələrini bir-bir kökündən çıxardılaraq sellofan torbaya qoymuş və üzəri imzalanmaqla möhürlənmişdir. Bundan sonra isə onu Xaçmaz RPŞ-yə dəvət etmişlər. Xaçmaz RPŞ-də olan zaman müstəntiq tərəfindən hüquqları izah olunmaqla müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Yaşadığı evin həyətində əkdiyi çətənə bitkilərindən ailə üzvlərinin məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zor tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərdi ki, o, Xaçmaz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 02 iyun 2025-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkibbecərməsi, kultivasiya etməsi barədə Xaçmaz RPŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə Xaçmaz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 Xaçmaz RPŞ-nin rəhbərliyinə raportla məruzə etmiş və Şahid1 tərəfindən həmin tarixdə əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Rəhbərliyin əmri ilə Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa olunması məqsədilə o, Xaçmaz RPŞ-nin Yalama PB-nin sahə rəisi Şahid3, həmin PB-nin növbətçi köməkçisi Şahid4 Bahadır oğlundan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Bu məqsədlə əvvəlcədən dəvət edilmiş mütəxəssis-aqronom Şahid5 iştirakı ilə 02 iyun 2025-ci il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Xaçmaz RPŞ-nin İB-nin baş müstəntiqi Taleh Ağayev tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməsi və istifadə etməsi barədə polisdə məlumatın olduğunu bildirib, yaşadığı evinin həyətyanı torpaq sahəsinə videoçəklişdən istifadə etməklə baxış keçirilməsi zərurətinin olduğu izah edilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, məlumatın doğru olduğunu bildirmiş və Səxavətin razılığı ilə yaşadığı evin həyətinə daxil olmuşlar. Təqsirləndirilən şəxs və istintaq hərəkətinin iştirakçıları ilə birlikdə evin həyətinə daxil olduqda Səxavət qapıdan içəri girdikdə sol tərəfdə ümumilikdə 06 ədəd dibçəyi göstərərək həmin dibçəyin hər birində ayrıayrılıqda 01 ədəd olmaqla ümumilikdə 06 ədəd çətənə bitkisini əkdiyini bildirmiş və onları könüllü şəkildə təqdim etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin çətənə bitkilərindən əlavə evin arxa həyətində də çətənə bitkisi əkdiyini bildirmiş və onları evin arxa həyətinə aparmışdır. Evin arxa həyətinə daxil olan kimi yerdə torpaqdan çıxarılmış 02 ədəd çətənə bitkisinə bənzər bitki nümunəsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkilərin çətənə bitkisi olduğunu, bitkiləri təxminən 2 ay əvvəl əkdiyini, ancaq gül açdığına görə onları torpaqdan çıxardığını bildirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs evin həyətində ətrafı dəmir torla əhatələnmiş sahəni göstərərək həmin sahədə də çətənə bitkisi əkdiyini bildirmişdir. Həmin sahəyə də baxış keçirən zaman orada da 2 ədəd çətənə bitkisinə bənzər bitki kütləsi olması müəyyən edilmişdir. Ümumilikdə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətinə baxış keçirilən zaman 10 ədəd çətənə bitkisinə bənzər bitkinin aqro-texniki qaydada qulluq göstərilməklə əkildiyi müəyyən olunmuşdur. Qeyd olunan sahəyə baxış keçirilən zaman iştirak edən aqronom Şahid5 çətənə bitkilərinə bənzər bitkilərə baxıb həmin bitkilərin çətənə bitkiləri olduğunu, onlara aqrotexniki qaydada qulluq edildiyini, diblərinə gübrə verildiyini və diblərinin yumşaldıldığını, boylarının 5 santimetr ilə 15 sm arası olduğunu bildirmişdir. Qeyd olunan bitkilər baxışda iştirak edən aqronom Şahid5 tərəfindən tək-tək kökündən çıxarılaraq sayılmışdır. Ərazidən ümumilikdə 10 ədəd çətənə bitkilərinə oxşar bitkilərin olduğu müəyyən edilmiş və həmin bitkilər 01 ədəd sellofan torbaya qoyularaq qablaşdırılmış və möhürlənərək üzəri imzalanmaqla götürülmüşdür. Həmin hərəkətlər əvvəldən axıradək videoçəkiliş vasitəsilə qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid3 ifadəsindən müəyyən edilir ki, o, Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Şahid1 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, şahidlər Şahid2 və Şahid3 ifadələri ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid4 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, şahidlər Şahid2, Şahid3 və Şahid1 ifadələri ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid5 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ali təhsilli aqronomdur. O, 02 iyun 2025-ci il tarixdə Xaçmaz RPŞ-nin İstintaq bölməsinin müstəntiqi Taleh Ağayevin dəvəti ilə Xaçmaz RPŞ-nə gəlmiş, orada mütəxəssisin təyin edilməsi haqqında qərarla tanış olmuş, hüquq və vəzifələri izah olunmuş, daha sonra isə müstəntiq Taleh Ağayev və digər polis əməkdaşları ilə birlikdə ünvan 2 ünvanının qarşısına getmişlər. Polis əməkdaşları ilə birlikdə ünvan 2 ünvanının qarşısına gələndə bir nəfər şəxsə yaxınlaşıb videoçəkiliş aparılmaqla həmin şəxsə özlərini təqdim etmişlər, daha sonra müstəntiq Taleh Ağayev sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxsə Xaçmaz RPŞ-nə qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini əkib-yetişdirməsi barədə məlumat daxil olduğunu bildirib yaşadığı evinin həyətyanı torpaq sahəsinə videoçəklişdən istifadə etməklə baxış keçirilməsi zərurətinin olduğu izah edilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və məlumatın doğru olduğunu bildirərək, özünün razılığı ilə yaşadığı evinin həyətinə daxil olmuşlar. Təqsirləndirilən şəxs evin həyətinin giriş qapısından daxil olduqdan sonra sola doğru hərəkət edərək hasarın kənarında olan yaşıllıq arasında 06 ədəd dibçəkdə torpağa əkilmiş bitkini təqdim etmişdir. Həmin 06 ədəd bitkiyə baxılan zaman onların xarici görünüşlərinə görə çətənə bitkisinə bənzər bitkilər olması müşahidə edilmişdir. Həmin bitkilərə qulluq edilməklə, suvarıldıqlarını, kultivasiya edildiyini bildirmişdir. Həmin 06 ədəd bitki kökündən çıxarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs evinin sağ arxa hissəsində olan yaşıl kol bitkiləri ilə əhatə olunmuş əraziyə gedərək orada bir ədəd torpağa əkilmiş bitkini təqdim etmişdir. Həmin bitkiyə baxılan zaman xarici görünüşünə görə çətənə bitkisinə bənzər bitki olması müşahidə edilmişdir. Həmin bitkiyə qulluq edilməklə, suvarıldığını, kultivasiya edildiyini bildirmişdir. Həmin bir ədəd bitki də kökündən çıxarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs evinin sol arxa hissəsində olan yerdə iki ədəd kökündən çıxarılmış çətənə bitkisini təqdim etmiş, həmin bitkilərin gül açdığı üçün yararsız olması səbəbindən bitkiləri kökündən çıxarmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evin arxasındakı dəmir torla hasarlanmış yeri təqdim edərək, orada iki ədəd torpağa əkilmiş bitkini təqdim etmişdir. Həmin bitkilərə baxılan zaman onların xarici görünüşlərinə görə çətənə bitkisinə bənzər bitkilər olması müşahidə edilmişdir. Həmin bitkilərə də qulluq edilməklə, suvarıldıqlarını, kultivasiya edildiklərini bildirmişdir. Həmin 02 ədəd bitki də kökündən çıxarılmışdır. Baxış keçirilən evin həyətyanı sahəsindən aşkar edilmiş ümumilikdə 10 ədəd çətənə bitkisinə bənzər bitki müstəntiq tərəfindən bir ədəd torbada qablaşdırılmışdır. Həmin torpaqdan çıxarılıb atılan iki ədəd çətənə bitkisi digər 8 ədəd nisbətdə çox iri olmuş, digər dibçəklərdə olan bir ədəd tam olan, digər zərər görən çətənə bitkisi yerdə qalan 6 ədəd çətənə bitkisindən kəskin şəkildə boy və ölçü formasına görə fərqlənmiş, yəni həmin bitkilərin müxtəlif vaxtlarda 2 ədəd, 2 ədəd və 6 ədəd olmaqla əkilməsi hiss olunmuşdur. Müstəntiq tərəfindən baxış keçirilməsi və maddi sübut kimi götürülüb qablaşdırılması barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün özü və digər iştirakçılar protokola və maddi sübut kimi götürülmüş qablaşmaların üzərinə imza etmişlər. İş materiallarında olan 02 iyun 2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və baxışın keçirilməsinin videoçəkilişinin köçürüldüyü DVD diskə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nin baş müstəntiqi X1 RPŞ-nin Yalama PB-nin Növbətçi köməkçisi Şahid4, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Xaçmaz RPŞ-nin Yalama PB-nin sahə rəisi Şahid3 və Xaçmaz rayonu İcra Hakimiyyəti Xaçmaz MKTİ-nin aqronomu, mütəxəssis Şahid5 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilmişdir. Baxış keçirilməmişdən əvvəl istintaq hərəkətinin hər bir iştirakçısı Təqsirləndirilən şəxs təqdim edilmiş, daha sonra isə Təqsirləndirilən şəxs baxışın keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və fərdi yaşayış evinin həyətində narkotik tərkibli bitkiləri əkərək kultivasiya etdiyini bildirərək onları könüllü şəkildə təqdim edə biləcəyini söyləmişdir. Belə ki, evin giriş qapısı tünd yaşıl rəngdə olub materialı dəmirdəndir. Evin dörd bir tərəfi daş ilə hasara alınmışdır. Giriş qapısından içəri daxil olduqda üzbəüz birmərtəbəli fərdi yaşayış evi yerləşir. Təqsirləndirilən şəxs və istintaq hərəkətinin iştirakçıları ilə birlikdə evin həyətinə daxil olduqda Təqsirləndirilən şəxs ilk öncə qapıdan içəri girdikdə sol tərəfdə ümumilikdə 06 ədəd dibçəyi göstərərək həmin dibçəyin hər birində ayrı-ayrılıqda 01 ədəd olmaqla, ümumilikdə 06 ədəd çətənə bitkisini əkdiyini bildirmiş və onları könüllü şəkildə təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin çətənə bitkilərindən əlavə evin arxa həyətində də çətənə bitkisi əkdiyini bildirmiş və istintaq hərəkətinin iştirakçılarını evin arxa həyətinə aparmışdır. Evin arxa tərəfinə getmək üçün ilk növbədə taxta qapıdan içəri daxil olduqdan sonra təxminən 10 metr düz hərəkət etmişlər, ardınca isə sağa dönərək evin arxa həyətinə daxil olmuşlar. Evin arxa həyətinə daxil olan kimi yerdə torpaqdan çıxarılmış 02 ədəd çətənə bitkisinə bənzər bitki nümunəsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkilərin çətənə bitkisi olduğunu, onları özünün təxminən 2 ay əvvəl əkdiyini, ancaq gül açdığına görə onları torpaqdan çıxardığını bildirmişdir. Təqsirləndirilən şəxs evin həyətində ətrafı həsir tor ilə əhatələnmiş sahəni göstərərək həmin sahədə də çətənə bitkisi əkdiyini bildirmiş, həmin sahəyə də baxış keçirən zaman orada da 2 ədəd çətənə bitkisinə bənzər bitki kütləsi olması müəyyən edilmişdir. Ümumilikdə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətinə baxış keçirilən zaman 10 ədəd çətənə bitkisinə bənzər bitkinin aqrotexniki qaydada qulluq göstərilməklə əkildiyi müəyyən olunmuşdur. Belə ki, həmin bitkilərin dibi yumşaldılmaqla su tökülərək qulluq göstərilmişdir. Qeyd olunan sahəyə baxış keçirilən zaman iştirak edən aqronom Şahid5 çətənə bitkilərinə bənzər bitkilərə baxıb həmin bitkilərin çətənə bitkiləri olduğunu, onlara aqrotexniki qaydada qulluq edildiyini, diblərinə gübrə verildiyini və diblərinin yumşaldıldığını, boylarının 5 santimetr ilə 15 sm arası olduğunu bildirmişdir. Ardınca həmin bitkilər baxışda iştirak edən aqronom Şahid5 tərəfindən tək-tək kökündən çıxarılaraq sayılmışdır. Qeyd olunan ərazidən ümumilikdə 10 ədəd çətənə bitkilərinə oxşar bitkilərin olduğu müəyyən edilmiş və həmin bitkilər müstəntiq tərəfindən 01 ədəd sellofan torbaya qoyularaq qablaşdırılmış və möhürlənərək üzəri imzalanmaqla götürülmüşdür. İş materiallarında olan 02 iyun 2025-ci il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə baxış keçirilərkən aşkar edilərək götürülmüş cəmi 10 (on) ədəd, yaş vəziyyətdə olan bitki kolu tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. Həmin bitkilərin dibləri boşaldılmış, aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional bölməsinin 03 iyun 2025-ci il tarixli, 20/416 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində: AR DİN “Arayışlar üçün № 58" möhür əksi, “Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş 10 ədəd bitki nümunəsi; 1) /imza/ Ş.Şixiyev; 2) /imza/ Şahid5: 3) /imza/ Şahid1; 4) /imza/ Şahid2; 5) /imza/ Şahid3; 6) /imza/ Şahid4; Müstəntiq: /imza/T.Ağayev" əl yazıları olan polietilen bağlamadakı ümumi sayı 07 (yeddi) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 163,0 qram olan bitki nümunələri eyni növə aid olub əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir və 03 (üç) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 0,663 qram olan bitki şitilləri eyni növə aid olub əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Çətənə bitkilərindən (07 ədədin hər birindən 0,02 qram) təqdqiqata cəmi 0,14 qram sərf edildikdən sonra qalıq 162,86 qram; çətənə bitkisinin şitillərindən (03 ədədin hər birindən 0,01 qram) təqdqiqata cəmi 0,03 qram sərf edildikdən sonra qalıq 0,633 qram təşkil etmişdir. İş materiallarında olan 04 iyun 2025-ci il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 09 sentyabr 2025-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs kultivasiya etdiyi ümumi təmiz çəkisi 163 qram olan 07 ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə (kannabis) bitkiləri və ümumi təmiz çəkisi 0,663 qram olan 03 ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə bitkisi şitilləri maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 162,86 qram çətənə bitkiləri və 0,633 qram çətənə bitkisi şitilləri Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X6 29 iyul 2025-ci il tarixli, 4558 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, keçirilmiş bir sıra əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 10 (on) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisini əkib-becərməkdə kömək edən şəxslər olmamış, onun narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat aparatına məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs həmin 10 ədəd çətənə bitkisinin toxumlarını əldə etdiyi mənbənin müəyyən edilməsi barədə müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs həqiqətən ünvan 2 ünvanda yaşayır. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 09 sentyabr 2025-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2, 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan baxış keçirilməsinin videoçəkilişi köçürülmüş 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə) həmin Məcəllənin 237.1-ci maddəsinin tərkibini yaradır. Elmi mənada “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.6-cı madəsinə əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 21-ci bəndində izah edilir ki, CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİİ Siyahı), qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin xeyli miqdarı 3-15 ədəd (6-30 hissə), külli miqdarı 16-800 ədəd (31-1550 hissə) kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin kultivasiya etdiyi tərkibində narkotik maddələr olan bitki - çətənə (kannabis) bitkisi 10 (on) ədəd olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan hökmün, qərarın surətlərindən və Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs bundan əvvəl də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş, o, məhkumluğu olan şəxsdir və əməlində cinayətlərin residivi halı vardır. Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvanda ailə üzvləri və qonşularla normal münasibətdə olmuşdur. İş materiallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza Komissiyasının xx.xx.2007-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs müddətsiz olaraq İİ qrup əlildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs 2-ci dərəcəli əlil olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi halını müəyyən etdi. Belə ki, iş materiallarında olan hökmün, qərarın surətlərindən və tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 1(067)-66/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 7(010)-883/2023 saylı qərarı ilə qeyd olunan hökmə əsasən təyin edilmiş cəzasının çəkilməmiş qalan 05 ay 29 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi az ağır cinayətə görə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 05 ay 29 gün hissəsindən xx.xx.2023-cü il tarixdə azad edilməsinə baxmayaraq, iki il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən xx.xx.2025-ci il tarixdə hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin maddənin 2-ci bəndinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 25-ci bəndində izah edilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlibyönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olubolmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halı, barəsində cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi halını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsinə görə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 02 iyun 2025-ci il tarixli protokoldan, qətimkan tədbirinin seçilməsi barədə 04 iyun 2025-ci il tarixli qərardan və xx.xx.2025-ci il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün müddət ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 29 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə görə, Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Halhazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli, 39 saylı qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci maddəsinə görə, narkomanlıq xəstəliyinə düçar olmuş əlillərə məcburi müalicə tətbiq edilmir. İş materiallarında olan “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” X6 01 avqust 2025-ci il tarixli məktubundan müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs həmin xəstəxanada “Xr. Narkomaniya” diaqnozu ilə həkim narkoloqun qeydiyyatındadır. Təqsirləndirilən şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Sumqayıt şəhər Narkoloji Dispanserində F12.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. Odur ki, Təqsirləndirilən şəxs narkoloji dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. İş materiallarından müəyyən olunur ki, maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs yaşadığı ünvanda kultivasiya etdiyi ümumilikdə 10 (on) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və şitillərinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 162,86 qram çətənə bitkiləri və 0,633 qram çətənə bitkisi şitilləri Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus, Xaçmaz şəhəri, Ş.Qurbanov küçəsi, 52 nömrəli evin həyətindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 162,86 qram və 0,633 qram təşkil edən 07 ədəd çətənə (kannabis) bitkisi və 03 ədəd çətənə (kannabis) şitilləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs çətənə bitkilərini əkib yetişdirdiyi yaşadığı evin həyətində keçirilmiş baxışın videoçəkilişinin (bir ədəd videofayl) köçürüldüyü 01 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional bölməsinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 oktyabr 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. (hökmün bu hissədə icrası Xaçmaz Rayon Polis Şöbəsinə və 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində F12.2 diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus, Xaçmaz şəhəri, Ş.Qurbanov küçəsi, 52 nömrəli evin həyətindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 162,86 qram və 0,633 qram təşkil edən 07 ədəd çətənə (kannabis) bitkisi və 03 ədəd çətənə (kannabis) şitilləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs çətənə bitkilərini əkib yetişdirdiyi yaşadığı evin həyətində keçirilmiş baxışın videoçəkilişinin (bir ədəd videofayl) köçürüldüyü 01 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional bölməsinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi (həbsdə olan şəxsə isə hökmün surəti təqdim olunduğu) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.. Hakim: Samir Bayramov
Məhkəmə qərarları › İş №1(067)-167/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-167/2025
29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver