Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-17/2022 27.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şəhər (rayon) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs1 və onun Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun Müdafiəçi4 iştirakları ilə 01 avqust 1990-cı ildə Xaçmaz rayonu Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam-orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmi - Təqsirləndirilən şəxs2 və, xx xxxxxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan və barəşində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin Xaçmaz rayon məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 1(067)- 17/2021 saylı qərarı ilə dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nairliyinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 23 iyun 2020-ci il tarixdə, saat 15:03-də tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən telefon təmiri və alqı-satqısı mağazasına daxil olaraq qabaqcadan razılaşdıqları kimi Təqsirləndirilən şəxs2 mağazada işləyən Şahid3 ilə söhbət edib başını qatmaqla onun oğurluq etməsinə şərait yaratması zamanı masanın üzərindən ümumi dəyəri 620 manat təşkil edən, 01 ədəd 130 manat dəyərində «Samsung Q-532», 01 ədəd 30 manat dəyərində «Samsung J-330», 01 ədəd 50 manat dəyərində «İphone-4S», 01 ədəd 150 manat dəyərində «Samsung J260 16 GB», 01 ədəd 60 manat dəyərində «Xiaomi 3 Redmi» və 01 ədəd 200 manat dəyərində «HTC 826» markalı mobil telefonları götürüb aparmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs2 23 iyun 2020-ci il tarixdə, saat 15:03-də tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən telefon təmiri və alqı-satqısı mağazasına daxil olaraq qabaqcadan razılaşdıqları kimi mağazada işləyən Şahid3 ilə söhbət edərək sonuncunun başını qatmaqla Təqsirləndirilən şəxs1 masanın üzərindən ümumi dəyəri 620 manat təşkil edən^ 01 ədəd 130 manat dəyərində «Samsung Q- 532», 01 ədəd 30 manat dəyərində «Samsung J-330», 01 ədəd 50 manat dəyərində «İphone- 4S», 01 ədəd 150 manat dəyərində «Samsung J260 16 GB», 01 ədəd 60 manat dəyərində «Xiaomi 3 Redmi» və 01 ədəd 200 manat dəyərində «HTC 826» markalı mobil telefonları götürüb aparmasına şərait yaratmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda tam təqsirli bilərək göstərdi ki, anket məlumatında qeyd olunan ünvanda qeydiyyatda olsa da, hazırda Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsi Aşıq Qurban küçəsində kirayədə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin fərdi qaydada harada iş düşsə işləyib ailəsinin dolanışığına köməklik edir. Zərərçəkmiş şəxs Xudat şəhər sakini kimi tanımış, lakin aralarında heç bir ədavət və qərəzli münasibət olmamışdır. 21 iyun 2020-ci il tarixdə Bakı şəhərində sərt karantin rejimi olduğu üçün tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Xaçmaz rayonu Xudat şəhərinə gəlmişlər. 23 iyun 2020ci il tarixdə nahar fasiləsi ərəfəsindən sonra, təxminən saat 16 radələrində Xudat şəhərində olduqları zaman Raminlə birlikdə öz aralarında Zərərçəkmiş şəxs işlədiyi Xudat şəhəri M.F.Axundov küçəsində yerləşən telefon satışı və təmiri mağazasına gedib oradan telefon oğurlayıb satmaqla pul əldə etmək barədə danışıb razılaşmış, hətta Ramin ona mağazada satıcının başını qatıb onu söhbətə tutacağını və onun bundan istifadə edib orada olan telefonlardan oğurlamasını təklif etmişdir. Bundan sonra Raminlə birlikdə oğurluq etmək məqsədi ilə Xudat şəhəri M.F.Axundov küçəsində, «Dubay» ticarət mərkəzi ilə üzbəüz yerləşməklə Zərərçəkmiş şəxs işlətdiyi telefon satışı və təmiri mağazasına getmişlər. Onlar mağazaya daxil olanda mağazada telefon təmirçisi işləyən əvvəllər qiyabi olaraq tanıdığı Zərərçəkmiş şəxs qardaşı Şahid3 piştaxtanın arxasında olmuş və ondan başqa mağazada heç kim olmamışdır. Əvvəlcədən danışıb razılaşdıqları kimi mağazaya daxil olanda Ramin Poladla söhbət etməklə onun başını qatmağa başlamış, o, Poladın başının Raminlə söhbətə qarışmasından istifadə edib masanın üzərində olan 06 ədəd mobil telefonları oğurlamış, lakin Polad onun telefonları oğurladığını görməmişdir. Bundan sonra Raminlə birlikdə mağazadan çölə çıxmış və oradan taksi ilə birbaşa Xaçmaz şəhərinə gəlmişlər. Xaçmaz şəhəri köhnə avtovağzal ərazisində yerləşən telefon təmiri və alqı-satqısı ilə məşğul olan köşkə yaxınlaşıb həmin telefonlardan bir ədədini, dəqiq markasını xatırlamadığı telefonu satmaq istədiyini bildirmişdir. Satıcı telefona baxandan sonra ondan sənəd istəmiş və onun şəxsiyyət vəsiqəsi üstündə olmadığından Ramin öz şəxsiyyət vəsiqəsi ilə həmin telefonu 60 manata satmışdır. Oradan çıxıb həmin küçə ilə Xaçmaz şəhərinin mərkəzinə tərəf gəlmiş və N.Nərimanov küçəsində, «Qoşa qapı» adlanan yerə yaxın ərazidə həmin telefonlardan bir ədədini Raminin şəxsiyyət vəsiqəsini təqdim etməklə 60 manata satmışlar. Daha sonra Ramin başqa bir mağazaya getmiş və oğurladıqları telefonlardan bir ədədini özü tək satmışdır. Dediyinə görə o, həmin telefonu 70 manata satmış, lakin onun həmin telefonu dəqiq olaraq hansı mağazaya satdığını bilməmişdir. Bundan sonra onlar satdıqları 03 ədəd telefonun pulunu öz aralarında bölmüş, oğurladıqları digər 03 ədəd telefon isə Ramində qalmışdır. Telefonları satıb pulu aralarında böləndən sonra Xaçmaz şəhəri Bakı prospektində, avtomobil dairəsinin yaxınlığında yerləşən çayxanalardan birində oturub çay içmiş və söhbət əsnasında Ramin hamama getmək istədiyini demişdir. O, isə Raminə əvvəlcə Quba şəhərinə, oradan isə Bakı şəhərinə gedəcəyini bildirmiş və bundan sonra Xaçmaz şəhərində Ramindən ayrılıb yol maşını ilə əvvəlcə Quba şəhərinə, oradan isə Bakı şəhərinə getmişdir. Lakin oğurluq etmələri barədə nə evdə ailə üzvlərinə, nə də ki, başqa heç kimə heç nə deməmiş, hətta Bakı şəhərində qaldığı ünvan barədə də valideynlərinə heç nə bildirməmişdir. Sonradan Raminlə telefon əlaqəsi saxlamaq istəmiş, lakin onunla əlaqə saxlaya bilməmişdir. Bir neçə gündən sonra oğurluq etdikləri telefon mağazasını işlədən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona oğurladığı telefonları qaytarması barədə SMS gəlmiş və bundan sonra telefonların onun tərəfindən oğurlanmasının müəyyən edildiyi ona məlum olmuşdur. Buna baxmayaraq bir müddət Bakı şəhərində qalmış və Xudat şəhərinə qaytmamışdır. Sonradan evlə əlaqə saxlayanda valideynləri ona Xaçmaz RPŞ-nə dəvət olunduğunu demiş, buna görə də atası Əbülfətlə birlikdə əvvəlcə Xudat PB-nə, oradan isə Xaçmaz RPŞ-nə gəlmiş, polis şöbəsində hər şeyi olduğu kimi etiraf etmiş və 23 iyun 2020-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs işlətdiyi Xudat şəhəri M.F.Axundov küçəsində yerləşən telefon təmiri və alqı-satqısı mağazasından altı ədəd mobil telefon oğurladıqlarını boynuna almışdır. Qalan iki telefon Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda qismən təqsirli bilərək göstərdi ki, ünvan 2 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsi Marat Əmirxanov küçəsində yerləşən evdə tək yaşayır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1 -ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2015-ci ildə cəzasının sonu ilə azadlığa buraxılmış, bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum olunmuş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən barəsində Binəqədi rayon Məhkəməsi tərəfindən çıxarılmış hökm dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 177.2.1, 69.4 və 66.5-ci maddələrinə əsasən barəsində 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə və 2800 manat məbləğində cərimə cəzası təyin edilmiş və Sumqayıt şəhər Məhkəməsinin 27 dekabr 2016-cı il tarixli hökmünə əsasən 06 aydan artıq həbsdə olduğuna görə azadlıqdan məhrum etmə cəzasım çəkməsi nəzərə alınmış və üzərində 2800 manat məbləğində cərimə cəzası saxlanılmışdır. Hazırda rəsmi olaraq heç yerdə işləmir, düşəndə icarəyə avtomobil götürüb sürücü kimi işləyərək çörək pulu qazanır. Əslən Xudat şəhərindən olan və Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs1 təxminən on ildən artıq olar ki, tanıyır və əvvəllər Bakı şəhərində Elçinlə qonşuluqda yaşamışdır. Onunla münasibəti yaxşıdır, aralarında ədavət və düşmənçilik olmamış, hazırda da yoxdur. Xudat şəhər sakini Zərərçəkmiş şəxs isə əvvəllər tanımamış və onunla aralarında heç bir münasibət olmamışdır. 2020-ci ilin iyun ayında Respublika ərazisində sərt karantin rejimi olduğundan Bakı şəhərində iş tapıb işləmək çox çətin olmuş, buna görə də 21 iyun 2020-ci il tarixdə Bakı şəhərində Təqsirləndirilən şəxs1la görüşəndə o, birlikdə Xaçmaz rayonuna gəlməyi və meyvə bağlarında iş tapıb işləməyi təklif etmişdir. O, Elçinin təklifi ilə razılaşmış və bundan sonra onunla birlikdə Xaçmaz rayonu Xudat şəhərinə onların evlərinə gəlmişdir. Bir gün Elçingilin evlərində qalmış və orada ailə üzvlərinin Elçinə qarşı münasibətlərinin yaxşı olmadığını hiss etmişdir. 23 iyun 2020-ci il tarixdə təxminən saat 16 radələrində Elçin ona Xudat şəhərində tanışı Zərərçəkmiş şəxs ona «İpone-7+» markalı mobil telefon verəcəyini demiş və Eldarın işlətdiyi telefon mağazasına getməyi təklif etmişdir. O, etiraz etməyib Elçinlə birlikdə Eldarın işlətdiyi Xudat şəhəri M.F.Axundov küçəsində, «Dubay» ticarət mərkəzi ilə üzbəüz yerləşən telefon satışı və təmiri mağazasına getmişdir. Onlar mağazaya daxil olanda Eldar orada olmamış, lakin Eldarın qardaşı olduğunu və həmin mağazada telefon təmiri ustası işlədiyini sonradan bildiyi Polad piştaxtanın arxasında olmuş, Poladdan başqa mağazanın içərisində heç kim olmamışdır. Mağazaya daxil olandan sonra o, telefonlarla bağlı Poladla söhbət etməyə, Elçin isə mağazadakı telefonlara baxmağa başlamışdır. Poladla söhbət edəndə Elçinin mağazadan çölə çıxdığını görmüş və bundan sonra özü də onun arxasınca mağazadan çıxmışdır. Mağazadan çıxandan sonra Elçin ona cibindən çıxarıb 06 ədəd mobil telefon göstərmiş və o, Poladla söhbət edəndə həmin telefonları mağazadan oğurladığını demişdir. Elçinin göstərdiyi telefonlardan 01 ədədi «İpone-4S», 03 ədədi «Samsung», 01 ədədi «Redmi» markalı olmuş, digər 01 ədəd telefonun markası və modeli dəqiq yadında deyildir. Elçin mağazadan oğurladığı telefonları Xaçmaz şəhərinə gətirib satmağı təklif edəndə onunla razılaşmış və bundan sonra onlar Xudat şəhərindən tanımadığı şəxsin idarə etdiyi taksi avtomobilinə əyləşib Xaçmaz şəhərinə gəlmiş, onlar Xaçmaz şəhərinə çatanda artıq saat 20 radələri olmuşdur. Elçin Xaçmaz şəhərində telefonları satmaq istəyəndə şəxsiyyət vəsiqəsi üstündə olmadığından telefonları onun şəxsiyyət vəsiqəsini göstərməklə satmaq qərarına gəlmiş və bundan sonra onun şəxsiyyət vəsiqəsinə əsasən telefonlardan 01 ədədini Xaçmaz şəhəri köhnə avtovağzal ərazisində yerləşən telefon təmiri və satışı mağazalarından birinə, 01 ədədini isə N.Nərimanov küçəsində yerləşən «Qoşa Qapı» adlanan ərazinin yaxınlığındakı telefon təmiri və satışı mağazasına, 3-cü telefonu isə həmin mağazadan bir qədər aralıda yerləşən digər mağazaya satmışlar. Telefonları satarkən o, özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmiş, telefonların özlərinə məxsus olduğunu demiş, telefon alan şəxslər də onun şəxsiyyət vəsiqəsinin surətini çıxarıb həmin vərəqdə satdıqları telefonun markası, modeli və İMEİ kodlarını qeyd edib götürəndən sonra həmin telefonları onlardan almışlar. Telefonlardan 01 ədədini 60 manata satdıqlarını xatırlasa da, digər 02 ədəd telefonu neçəyə satdıqları və həmin telefonların satışından ümumilikdə nə qədər pul əldə olunması yadında deyildir. Satdıqları telefonlardan 3-cü telefonun pulunu o, özü götürmüş, bundan sonra onlar Xaçmaz şəhərinin girişində yerləşən avtomobil dairəsinə getmiş və orada olan çayxanalardan birində oturub çay içmişlər. Həmin vaxt Elçin ona əlavə olaraq 20 manat pul və 01 ədəd «İpone-4S» markalı mobil telefon vermişdir. Bundan sonra o, pivə içib qayıdacağını deyərək çayxanadan çıxıb getmiş və bir daha geri qayıtmamışdır. Buna görə də o, həmin gecəni mehmanxanada qalmış, səhəri gün Elçinlə əlaqə saxlaya bilmədiyindən onun verdiyi «İpone-4S» markalı telefonu satmaq istəmiş, lakin telefonu sata bilməmişdir. Buna görə də Bakı şəhərinə qayıtmaq üçün yol pulu düzəltmək məqsədi ilə təxminən üç gün Xaçmaz rayonu ərazisində meyvə bağlarında işləmiş, 26 iyun 2020-ci il tarixdə Xaçmaz şəhərinin girişindəki avtomobil dairəsində yaxınlığında dayandığı zaman sonradan tanıdığı Zərərçəkmiş şəxs ona yaxınlaşmış və həmin vaxt onun yanında tanımadığı daha bir neçə şəxs olmuşdur. Söhbət əsnasında Zərərçəkmiş şəxs ona 23 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1la birlikdə onun işlətdiyi telefon satışı və təmiri mağazasından mobil telefonları oğurladıqlarını demiş və zəng edib polis əməkdaşlarını dəvət edərək onu onlara təqdim etmişdir. Polis əməkdaşları onu götürüb Xudat PB-nə aparmış, bölmədə həmin hadisə ilə bağlı izahatı alınmış və o, Zərərçəkmiş şəxs işlətdiyi mağazadan oğurlanmış 01 ədəd «İpone-4S» markalı mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. İzahatı alınandan sonra o, sərbəst buraxılmış və Bakı şəhərinə qayıtmışdır. Bir müddət Təqsirləndirilən şəxs1la görüşə bilməmiş və təxminən iki-üç aydan sonra Bakı şəhərində Elçinlə görüşəndə o, ona polis əməkdaşları tərəfindən tutulduğunu bildirmişdir. 2021-ci ilin yanvar ayında Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən axtarıldığı ona məlum olmuş, lakin həbs olunacağından qorxduğu üçün polisə gəlməmişdir. Buna baxmayaraq 02 avqust 2021-ci il tarixdə Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılaraq Xaçmaz RPŞ-nə gətirilmiş və orada ona Xaçmaz RPŞ-nin İB-də 23 iyun 2020-ci il tarixdə Zərərçəkmiş şəxs işlətdiyi Xudat şəhərində yerləşən mağazadan telefon oğurluğu ilə bağlı Təqsirləndirilən şəxs1la onun barəsində cinayət işi olduğu məlum olmuşdur. O, həmçinin bildirmişdir ki, Elçinin qeyd olunan mağazadan 06 ədəd mobil telefon oğurladığını sonradan bilmiş və bundan sonra həmin telefonları onunla birlikdə satmağa razılaşmış, satdıqları telefonlardan 01 ədədinin pulunu özü götürmüş, bundan başqa Elçin satdıqları digər 02 ədəd telefonun pulundan ona əlavə olaraq 20 manat pul və 01 ədəd «İpone-4S» markalı telefon vermişdir. Lakin Elçinlə onun arasında Zərərçəkmiş şəxs işlətdiyi mağazadan telefon oğurlamaq barədə əvvəlcədən hər hansı bir danışıq və razılaşma olmamış, Elçin ona mağazadan telefon oğurlayacağını yox, Zərərçəkmiş şəxs ona «İpone-7+» markalı mobil telefon verəcəyini demişdir. Şəxsən özü telefon mağazasını işlədən Zərərçəkmiş şəxs və həmin mağazada telefon təmiri ustası işləyən qardaşı Şahid3 əvvəllər tanımamış və onlarla onun arasında heç bir münasibət olmamışdır. İbtidai istintaq zamanı zarərçəkmiş şəxs qismində tanınmış və ifadəsi məhkəmə istintaqında elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, rəsmi olaraq heç yerdə işləmir, lakin fərdi qaydada Xudat şəhəri M.F.Axundov küçəsində, «Dubay» ticarət mərkəzinin qarşısında yerləşən mağazanı icarəyə götürüb orada telefon təmiri və alqı-satqısı ilə məşğul olur. Qardaşı Şahid3 da həmin mağazada onunla birlikdə işləyir, o, proqramçı kimi fəaliyyət göstərməklə yanaşı həm özü, həm də qardaşı Polad telefonların təmiri və alqı-satqısı ilə məşğul olurlar. 23 iyun 2020-ci il tarixdə nahar fasiləsinə gedib təxminən saat 16 radələrində mağazaya qayıdanda nahar fasiləsinə kimi təmir edib təmir masasının üzərinə qoyduğu bir ədəd «Samsung J-330», bir ədəd «Samsung J-260» və bir ədəd «İphone-4S» markalı olmaqla 03 ədəd mobil telefonların yerində olmadığını görmüşdür. O, Poladdan həmin telefonları kimə verdiyini soruşanda Polad ona telefonları heç kimə vermədiyini demiş, bundan sonra o, telefonların oğurlandığını bilmiş və X9 gəlib işlətdiyi mağazadan telefonların oğurlanması barədə Xudat PB-nə şikayət ərizəsi vermişdir. Ərizəsində və bununla bağlı verdiyi izahatında mağazadan 02 ədədi «Samsung» və 01 ədədi «İpone-4S» markalı olmaqla 03 ədəd mobil telefonun oğurlandığını göstərmişdir. Lakin sonradan mağazaya qayıdıb təftiş aparanda təmir edəndən sonra masanın üzərinə qoyduğu 01 ədəd «Samsung J-330», 01 ədəd «Samsung J-260» və 01 ədəd «İphone-4S» markalı olmaqla 03 ədəd mobil telefonlardan başqa təmir üçün gətirilmiş «Samsung Q-532», «Xiomi 3 Redmi» və «HTÇ 826» markalı olmaqla daha 03 ədəd mobil telefonun yerində olmadığını görmüş və beləliklə, qeyd olunan tarixdə mağazadan ümumilikdə 800 manat dəyərində 06 ədəd mobil telefonun oğurlandığını müəyyən etmişdir. Bundan sonra o, mağazada quraşdırılmış müşahidə kamerasındakı görüntülərə baxmış, görüntülərə əsasən həmin ərəfədə Xudat şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs1 tanımadığı bir şəxslə mağazaya gəldiyi və qardaşı Poladın başının telefon təmirinə qarışdığından istifadə edərək masanın üzərindəki mobil telefonları oğurladığı ona məlum olmuşdur. Əvvəlcə bununla bağlı polisə məlumat vermədən onun özünü tapıb danışmaq istəsə də, Elçini tapa bilməmiş və sonradan onun atası Əbülfətlə görüşüb bu barədə ona məlumat vermişdir. Elçinin atası Əbülfət oğlunun əlindən əsəbləşmiş və bununla bağlı polisə məlumat verməsini bildirmişdir. Bundan sonra o, Xaçmaz RPŞ-nə gəlmiş və mağazadan oğurluq edən şəxsin Elçin olması barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs məhkəmənin ünvanına teleqram ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ona dəymiş maddi ziyanın ödənildiyini və təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 2018-ci ilin mart ayından Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən köşkü müqavilə əsasında icarəyə götürüb orada telefon təmiri və alqı-satqısı ilə məşğul olur. 23 iyun 2020ci il tarixdə təxminən saat 20 radələrində köşkdə telefon təmiri ilə məşğul olduğu zaman əvvəllər tanımadığı iki şəxs ona yaxınlaşıb telefon satmaq istədiklərini demiş və ondan telefon alıb- almadığını soruşmuşlar. Həmin şəxslərdən satmaq istədikləri telefonun kimə məxsus olduğunu və sənədinin olub-olmamasını soruşanda onlardan biri telefonların özlərinə məxsus olduğunu və pula ehtiyacları olduğundan satmaq istədiklərini demişdir. Satmaq istədikləri telefonu göstərmələrini deyəndə həmin şəxslərdən biri, yəni təqdim etdiyi şəxsiyyət vəsiqəsinə əsasən adı Ramin olan şəxs əlində olan bir ədəd «Samsung G532 F J 2 Prime» markalı telefonu ona vermişdir. Telefonu yoxlayandan sonra o, həmin telefonu neçəyə satmaq istədiklərini onlardan soruşmuş və onlar da öz növbələrində ondan telefonu neçəyə satmaq mümkün olmasını ondan soruşmuşlar. Həmin telefonun təxmini olaraq 60 manata satmaq mümkün olduğunu deyəndə onlar onunla razılaşmış və bundan sonra o, onlara 60 manat pul verib həmin telefonu almışdır. Bir neçə gündən sonra həmin telefonu satmış, lakin sonradan həmin telefonu dəqiq olaraq kimə və hansı qiymətə satması yadında deyildir. Bir neçə müddətdən sonra polis əməkdaşları işlədiyi telefon təmiri və alqı-satqısı köşkünə gələndə Ramin adlı şəxsin şəxsiyyət vəsiqəsi ilə ona satdığı telefonun oğurluq olması ona məlum olmuşdur. Bundan sonra o, telefonu alarkən ımeı kodlarını qeyd etdiyi Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsinin surəti olan sənədi çıxarıb təqdim etmiş və polis əməkdaşları tərəfindən protokol tərtib edilməklə həmin sənədin surəti ondan götürülmüşdür. Lakin şəxsən özü ona telefon satmış şəxslərin heç birini əvvəllər tanımamış və onlarla heç bir münasibəti olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, 2011-ci ildən Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən köşkü müqavilə əsasında icarəyə götürüb orada telefon təmiri və alqı-satqısı ilə məşğul olur. 23 iyun 2020-ci il tarixdə təxminən saat 20 radələrində köşkdə telefon təmiri ilə məşğul olduğum zaman əvvəllər tanımadığı iki şəxs ona yaxınlaşaraq telefon satmaq istədiklərini demiş və ondan telefon alıb- almadığını soruşmuşlar. Onlardan hansı markalı telefonu satmaq istədiklərini və həmin telefonun sahibinin kim olduğunu soruşanda həmin şəxslərdən biri onunla danışmış və özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim edib telefonun ona məxsus olduğunu bildirmişdir. O, telefona baxmaq istədiyini deyəndə həmin şəxs ona bir ədəd «Samsung J 2 Core» markalı mobil telefon vermiş və həmin telefonu satmaq istədiyini bildirmişdir. Telefonu yoxlayandan sonra həmin telefonu neçəyə satmaq istədiklərini soruşmuş, həmin şəxslər də öz növbələrindən ondan telefonu neçəyə satmaq mümkün olması ilə maraqlanmışlar. Telefonu təxmini olaraq 60 manata satmaq mümkün olduğunu deyəndə həmin şəxslər onunla razılaşmış və bundan sonra o, 60 manat pul verib həmin telefonu onlardan almışdır. Telefonun xırda təmirini edəndən bir neçə gün sonra onu satmış, lakin həmin telefonu dəqiq olaraq kimə və hansı qiymətə satması yadında deyildir. Bir neçə müddət sonra polis əməkdaşları işlədiyi telefon təmiri və alqı-satqısı köşkünə gəlmiş və ondan 23 iyun 2020-ci il tarixdə telefon alıb-almaması ilə maraqlanmışlar. O, aldığı telefonlarla bağlı apardığı qeydiyyat sənədlərinin arasına baxmış və oradan Təqsirləndirilən şəxs2 adlı şəxsin sənədi ilə bir ədəd «Samsung J 2 Core» markalı telefon aldığını və həmin telefona görə 60 manat pul ödədiyini müəyyən etmişdir. Bundan sonra həmin sənədin surətini çıxarıb polis əməkdaşlarına təqdim etmiş və polis əməkdaşları tərəfindən protokol tərtib edilməklə həmin sənədin surəti ondan götürülmüşdür. Lakin şəxsən özü ona telefon satmış şəxslərin heç birini əvvəllər tanımamış və onlarla heç bir münasibəti olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir, lakin qardaşı Zərərçəkmiş şəxsla birlikdə icarə əsasında Xudat şəhəri M.F.Axundov küçəsində «Dubay» ticarət mərkəzinin qarşısında yerləşən mağazada telefon təmiri və alqı-satqısı ilə məşğul olur. O, həmin mağazada proqramçı kimi işləməklə yanaşı eyni zamanda mobil telefonların təmiri ilə məşğul olur. Qardaşı Zərərçəkmiş şəxs da mağazada eyni işlə məşğul olur və telefonların alqı-satqısım həyata keçirir. 23 iyun 2020-ci il tarixdə nahar fasiləsində o, mağazada qalmış, qardaşı Eldar isə nahar etmək üçün evə getmiş və təxminən saat 16 radələrində qayıdıb mağazaya gəlmişdir. O, mağazaya daxil olandan sonra təmir edib masasının üzərinə qoyduğu bir ədədi «Samsung J-330», bir ədədi «Samsung J-260» və bir ədədi «İphone-4S» markalı olmaqla 03 ədəd mobil telefonları hara qoyduğunu ondan soruşmuşdur. Eldara həmin telefonları götürmədiyini və onları görmədiyini deyəndə Eldar telefonların oğurlandığını bildirmiş və Xudat PB-nə gedərək bununla bağlı şikayət ərizəsi vermişdir. Eldar polis bölməsindən qayıdıb gələndən sonra onlar mağazanı diqqətlə nəzərdən keçirmiş və təmir üçün gətirilmiş bir ədədi «Samsung Q-532», bir ədədi «Xiomi 3» Redmi, bir ədədi isə «HTÇ 826» markalı olmaqla daha 03 ədəd mobil telefonun yerində olmadığını müəyyən etmişlər. Bundan sonra onlar mağazada quraşdırılmış müşahidə kamerasında qeydə alınmış görüntülərə baxmış, görüntülərə əsasən həmin ərəfədə Xudat şəhər sakini kimi qiyabi olaraq tanıdıqlärı Elçin adlı şəxsin tanımadıqları bir şəxslə mağazaya daxil olmaları və Elçinin yanındakı tanımadıqları şəxsin onu söhbətə tutaraq başını qatdığını və bu zaman Elçinin təmir masasının üzərində olan mobil telefonları götürməklə oğurlaması onlara məlum olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan təqdim etmə və götürmə haqqında 26 iyun 2020-ci il tarixli protokoldan müəyyən olunur ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs2 Xaçmaz RPŞ-nin Xudat PB-də 01 ədəd «İpone-4S» markalı mobil telefon təqdim edərək 23 iyun 2020-ci il tarixdə saat 16 radələrində tanışı Təqsirləndirilən şəxs1la birlikdə Xudat şəhərində yerləşməklə Eldar adlı şəxsin işlətdiyi telefon mağazasına getdiklərini, o, mağazanın işçisi ilə söhbət edərkən Elçinin mağazanın işçisinin başının söhbətə qarışdığından istifadə edərək oradan 06 ədəd mobil telefonu götürüb cibinə qoyduğunu, sonradan elə həmin gün telefonlardan 03 ədədini onun şəxsiyyət vəsiqəsini təqdim etməklə Xaçmaz şəhərində yerləşən ayrı-ayrı telefon mağazalarına satdıqlarını, satdıqları telefonlardan 01 ədədinin pulunu özünün götürdüyünü, bundan başqa Elçinin ona əlavə olaraq 20 manat pul və təqdim etdiyi «İpone-4S» markalı mobil telefonu verdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 23 iyun 2020-ci il tarixdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs işlətdiyi Xudat şəhəri M.F.Axundov küçəsində yerləşən telefon təmiri və alqı-satqısı mağazasında quraşdırılmış müşahidə kamerasında qeydə alınmış 03 (üç) fraqmentdən ibarət video görüntülər köçürülmüş CD diskə 10 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı qeyd olunan tarixdə saat 15:02:59- 15:05:03 müddətində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd olunan mağazaya daxil olduqları, mağazaya daxil olandan sonra Təqsirləndirilən şəxs2 mağazada piştaxtanın arxasında oturmuş Zərərçəkmiş şəxs qardaşı Şahid3 söhbətə tutub başını qatdığı, bundan istifadə edən Təqsirləndirilən şəxs1 masanın üzərindəki mobil telefonları götürüb cibinə qoyaraq mağazadan çölə çıxması və bundan sonra Təqsirləndirilən şəxs2 də onun arxasınca mağazadan çıxması öz əksini tapmışdır. Kamera qeydlərinə əsasən 1-ci video görüntünün xx.xx.2020-ci il tarixdə saat 15:02:59-da başladığı və saat 15:03:45-də bitdiyi, 2-ci video görüntünün xx.xx.2020-ci il tarixdə saat 15:04:13-də başladığı və saat 15:03:52-də bitdiyi, 3-cü video görüntünün isə xx.xx.2020-ci il tarixdə saat 15:04:29-da başladığı və saat 15:05:03-də bitdiyi qeydə alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan elektron məlumat daşıyıcısına baxışda iştirak edən Təqsirləndirilən şəxs1 Eldar oğlu həmin video görüntülərin Zərərçəkmiş şəxs işlədiyi Xudat şəhəri M.F.Axundov küçəsində yerləşən telefon təmiri və alqı-satqısı mağazasında qeydə alındığını, görüntülərdə müşahidə edilən şəxslərin özü, Təqsirləndirilən şəxs2 və mağazada işləyən Zərərçəkmiş şəxs qardaşı Şahid3 olduqlarını, video görüntüdə qeyd olunan tarixdə Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs işlətdiyi Xudat şəhəri M.F.Axundov küçəsində yerləşən telefon satışı və təmiri mağazasından mobil telefon oğurlayıb satmaqla pul əldə etmək, hətta mağazaya daxil olandan sonra Raminin mağazanın işçisini söhbətə tutub başını qatacağı və özünün bundan istifadə edib mağazada olan telefonlardan bir neçəsini oğurlayacağı barədə əvvəlcədən danışıb razılaşdıqlarını və bundan sonra 1-ci video görüntüdə qeydə alınmış vaxtda oğurluq etmək məqsədi ilə Raminlə birlikdə Zərərçəkmiş şəxs işlətdiyi telefon mağazasına getdiklərini, həmin vaxt Zərərçəkmiş şəxs orada olmadığını, lakin Zərərçəkmiş şəxs qardaşı olmaqla həmin mağazada telefon təmirçisi işləyən Şahid3 mağazada piştaxtanın arxasında olduğunu, mağazaya daxil olandan sonra Təqsirləndirilən şəxs2 Poladı söhbətə tutub başını qatdığını, özünün bundan istifadə edib mağazadan 06 ədəd mobil telefon oğurlayıb cibinə qoyaraq 3-cü video görüntüdə qeydə alınmış vaxtda mağazadan çıxdığını, arxasınca Raminin də mağazadan çıxdığını və bundan sonra elə həmin gün oğurladıqları telefonlardan 03 ədədini Raminlə birlikdə Xaçmaz şəhərində satdıqlarını və əldə etdikləri pulu öz aralarında böldüklərini etiraf etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan sənədə baxış keçirilməsi haqqında 11 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Xaçmaz rayonu Çinartala kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan Şahid1 Xaçmaz RPŞ-də üzərində «xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 məxsus AA2314601 nömrəli şəxsiyyət vəsiqəsinin surəti, xx.xx.2020, 20:10, Samsun G532F (j2 prime), İMEİ 1: **********37312, İMEİ 2: **********37310, satdım, imza, **********» yazılar olan surəti çıxarılmış 01 ədəd A4 ölçülü vərəq təqdim edərək 23 iyun 2020-ci il tarixdə saat 20:10 radələrində işlədiyi Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən telefon təmiri və alqı-satqısı köşkündə olduğu zaman təqdim etdiyi vərəqdə şəxsiyyət vəsiqəsinin surəti əks olunmuş Təqsirləndirilən şəxs2 adını bilmədiyi daha bir şəxslə birlikdə işlədiyi köşkə gəldiyini, Təqsirləndirilən şəxs2 vərəqdə markası və İMEİ kodları qeyd olunmuş mobil telefonun özünə məxsus olduğunu deyib 60 manata ona satdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan sənədə baxış keçirilməsi haqqında 11 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Xaçmaz rayonu Hacıəlibəy kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan Şahid2 Xaçmaz RPŞ-də üzərində «xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 məxsus AA2314601 nömrəli şəxsiyyət vəsiqəsinin surəti, xx.xx.2020, **********73350, **********73358, 60 Azn, j2 Core qara, *** *** ** **» yazılar olan surəti çıxarılmış 01 ədəd A4 ölçülü vərəq təqdim edərək 23 iyun 2020-ci il tarixdə təxminən saat 20 radələrində işlədiyi Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən telefon təmiri və alqı-satqısı köşkündə olduğu zaman təqdim etdiyi vərəqdə şəxsiyyət vəsiqəsinin surəti əks olunmuş Təqsirləndirilən şəxs2 adını bilmədiyi daha bir şəxslə birlikdə işlədiyi köşkə gəldiyini, Təqsirləndirilən şəxs2 vərəqdə markası və İMEİ kodları qeyd olunmuş mobil telefonun özünə məxsus olduğunu deyib 60 manata ona satdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Məhkəməəmtəəşünaslıq ekspertizasının 03 dekabr 2020-ci il tarixli, 9/4842 nömrəli rəyinə əsasən aparılmış ekspert tədqiqatı nəticəsində Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və mobil telefon alqı-satqı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilməyən tədqiq edilən üç adda mobil telefonların işlənmiş vəziyyətdə, 23 iyun 2020-ci il tarixə respublikadaxili orta bazar pərakəndə satış qiymətləri nəzəri hesablama yolu ilə şərti olaraq təxminən aşağıdakı kimi müəyyən edilir: - bir ədəd «Samsung Q-532» markalı mobil telefon - 130,00 manat; - bir ədəd «Samsung J-330» markalı mobil telefon - 30,00 manat; - bir ədəd «İpone 4S» markalı mobil telefon - 50,00 manat. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan məhkəməəmtəəşünaslıq ekspertizasının 11 oktyabr 2021-ci il tarixli, 9/6729 nömrəli rəyinə əsasən aparılmış ekspert tədqiqatı nəticəsində Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və mobil telefon alqı-satqı məntəqələrində mövcud olan qiymətlərə əsasən ekspertizaya təqdim edilməyən tədqiq edilən üç adda mobil telefonların işlənmiş vəziyyətdə 23 iyun 2020-ci il tarixə respublikadaxili orta bazar pərakəndə satış qiymətləri nəzəri hesablama yolu ilə şərti olaraq təxminən aşağıdakı kimi müəyyən edilir: - bir ədəd «Samsung J260 16 GB» markalı mobil telefon - 150,00 manat; - bir ədəd «Xiaomi 3 Redmi» markalı mobil telefon - 60,00 manat; - bir ədəd «HTC 826» markalı mobil telefon - 200,00 manat. İş materiallarında olan Zərərçəkmiş şəxs işlədiyi Xudat şəhəri M.F.Axundov küçəsində baş vermiş oğurluq hadisəsinin video görüntüləri köçürülmüş 01 ədəd CD disk, üzərində «xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 məxsus AA2314601 nömrəli şəxsiyyət vəsiqəsinin surəti, xx.xx.2020, 20:10, Samsun G532F (j2 prime), İMEİ 1: **********37312, İMEİ 2: **********37310, satdım, imza, **********» yazılar olan surəti çıxarılmış 01 ədəd A4 ölçülü vərəq və üzərində «xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 məxsus AA2314601 nömrəli şəxsiyyət vəsiqəsinin sqrəti, xx.xx.2020, **********73350, **********73358, 60 Azn, j2 Core qara, *** *** ** **» yazılar olan surəti çıxarılmış 01 ədəd A4 ölçülü vərəq iş üzrə maddi sübut hesab edilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmış və sonradan müəyyən edilərək götürülmüş 01 ədəd «İpone-4S» markalı mobil telefonun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmış, 01 ədəd CD disk, üzərlərində Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsinin surətləri, tarix, telefon markası və İMEİ kodlar qeyd edilmiş 02 ədəd surəti çıxarılmış A4 ölçülü vərəq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Hərbi Məhkəməsinin 1(095)- 332/2012 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib CM-nin 62-ci maddəsinə əsasən 300 manat miqdarına cərimə cəzasına məhkum edilmişdir. Bundan əlavə barəsində Bakı şəhəri Xətai RPl-də olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş və cinayət işi xx.xx.2019-cu il tarixdə baxılmasından ötrü Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilmiş və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, 1(011)-275/2019 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə o, məsuliyyətdən azad edilmiş və Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq olunmuş Gəncə şəhər İcra İdarəsi tərəfindən verilmiş və Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsi ilə razılaşdırılmış 05 sentyabr 2013-cü il tarixli “Amnistiya aktının tətbiq edilməsi barədə” Qərarın surətindən görünür ki, “Azərbaycan Respublikası ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli Qərarının 1.7-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 Gəncə Hərbi Məhkəməsinin 1(095)-332/12 saylı 30 oktyabr 2012-ci il tarixli hökmü ilə təyin edilmiş 300 manat cərimə cəzasından azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 hazırda ödənilməmiş və götürülməmiş məhkumluğu yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(001)-122/2017 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 69.4-cü maddəsi ilə təqsirli bilinb 1500 manat cərimə cəzasına məhkum edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 21 iyul 2017-ci il tarixli, 1(103)-1180/17 nömrəli qərarı ilə sözügedən hökm dəyişdirilərək, Təqsirləndirilən şəxs2 qəti olaraq 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 2800 manat cərimə cəzası təyin edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Bakı şəhəri Probasiya İdarəsindən alınmış məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş 2800 manat miqdarında cəriməni bu günkü günə kimi ödəməmişdir. Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməsə də, AR CM-nin 18.4-cü maddəsinə əsasən əməlində cinayətlərin residivi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 02 avqust 2021-ci il tarixdə saat 23:50-də şübhəli şəxs qismində saxlanılmış və 03 avqust 2021-ci il saat 13:00-da barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə tutulmadan azad olunmuşdur. Həmçinin iş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 istintaqdan yayındığında görə 09 oktyabr 2022-ci il tarixdə saat 20:30-da tutulmuş və 10 oktyabr 2021-ci il saat 11:35-də barəsində iltizam qətimkan tədbiri seçilməklə tutulmadan azad olunmuşdur. İş materiallarında olan Xaçmaz rayon Məhkməsinin 03 fevral 2022-ci il tarixli, 1(067)-17/2022 saylı qərarında görünür ki, Təqsirləndirilən şəxs2 qərəzli olaraq məhkəmə prosesində iştirakdan yayındığından barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək, qərar icrasına nəzarət Xaçmaz rayon Prokurorluğuna göndərilməklə, icra edilməsi üçün Xaçmaz rayon Polis Şöbəsinə və şəxsin yaşayış yeri üzrə Bakı şəhər Xətai rayon Polis İdarəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin 23 fevral 2022-ci il tarixli, 160-5318-1222 saylı məktubundan görünür ki, Xaçmaz rayon Məhkməsinin 03 fevral 2022-ci il tarixli, 1(067)-17/2022 saylı qərarına əsasən Təqsirləndirilən şəxs2 barəsində açılmış 780050 axtarış işinə əsasən o, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22 fevral 2022-ci il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində tutularaq Xaçmaz rayon X5 Saxlama Yerinə təhvil verilmişdir. İş materiallarında olan Xaçmaz rayon Məhkməsinin 21 iyun 2022-ci il tarixli, 1(067)- 17/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 qərəzli olaraq məhkəmə prosesində iştirakdan yayındığından 02 noysbr 2020-ci il tarixdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək, qərar icrasına nəzarət Xaçmaz rayon Prokurorluğuna göndərilməklə, icra edilməsi üçün Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin 27 iyul 2022-ci il tarixli, 160- 18590-1222 saylı məktubundan görünür ki, Xaçmaz rayon Məhkməsinin 21 iyun 2022-ci il tarixli, 1(067)-17/2022 saylı qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində açılmış 780162 axtarış işinə əsasən o, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 iyul 2022-ci il tarixdə Xaçmaz rayonu ərazisində tutularaq Xaçmaz rayon X5 Saxlama Yerinə təhvil verilmişdir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 23 iyun 2020-ci il tarixdə, saat 15:03-də tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən telefon təmiri və alqısatqısı mağazasına daxil olaraq qabaqcadan razılaşdıqları kimi Təqsirləndirilən şəxs2 mağazada işləyən Şahid3 ilə söhbət edib başını qatmaqla onun oğurluq etməsinə şərait yaratması zamanı masanın üzərindən ümumi dəyəri 620 manat təşkil edən, 01 ədəd 130 manat dəyərində «Samsung Q-532», 01 ədəd 30 manat dəyərində «Samsung J-330», 01 ədəd 50 manat dəyərində «İphone-4S», 01 ədəd 150 manat dəyərində «Samsung J260 16 GB», 01 ədəd 60 manat dəyərində «Xiaomi 3 Redmi» və 01 ədəd 200 manat dəyərində «HTC 826» markalı mobil telefonları götürüb aparmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs2 23 iyun 2020-ci il tarixdə, saat 15:03-də tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən telefon təmiri və alqı-satqısı mağazasına daxil olaraq qabaqcadan razılaşdıqları kimi mağazada işləyən Şahid3 ilə söhbət edərək sonuncunun başını qatmaqla Təqsirləndirilən şəxs1 masanın üzərindən ümumi dəyəri 620 manat təşkil edən 01 ədəd 130 manat dəyərində «Samsung Q- 532», 01 ədəd 30 manat dəyərində «Samsung J-330», 01 ədəd 50 manat dəyərində «İphone- 4S», 01 ədəd 150 manat dəyərində «Samsung J260 16 GB», 01 ədəd 60 manat dəyərində «Xiaomi 3 Redmi» və 01 ədəd 200 manat dəyərində «HTC 826» markalı mobil telefonları götürüb aparmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə hesab edir ki, onların əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə, həmçinin, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 4-cü bəndinə əsasən CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından, cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsaslanmaqla zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs2 heç bir şikayətinin və tələbinin olmamasını olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsaslanmaqla zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs1 heç bir şikayətinin və tələbinin olmamasını olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin barələrində cəzalarını yüngülləşdirən halların olmasını (yaşayış yerindən müsbət xarakterizə olmalarını, zərərçəkmiş şəxsin şikayətinin olmamasını), həmçinin barələrində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Bakı Apellyasiya Məhkəməsinin 21 iyul 2017-ci il tarixli, 1(103)-1180/17 nömrəli qərarı ilə təyin edilmiş və hal-hazıradək ödənilməmiş 2800 manat cərimə cəzası hazırki hökmlə ona təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzaya tamamilə birləşdirilməklə üzərində qəti cəza təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalar müstəqil icra olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək və xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək, yəni 02 gün, həmçinin 22 fevral 2022-ci ildən 27 sentyabr 2022-ci il tarixədək olan müddət, yəni 07 ay 05 gün, ümumilikdə 07 ay 07 gün həbsdə saxlandığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 01 (bir) il 02 (iki) ay 14 (on dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Resublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X3 27 iyul 2022-ci ildən 27 sentyabr 2022-ci il tarixədək olan müddət, yəni 02 ay həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) ay müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətindən tam təcrid olmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onların cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə, Təqsirləndirilən şəxs1 yaşadığı Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Təqsirləndirilən şəxs1 üzərinə Xaçmaz rayon hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və onlar məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidirlər. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Hazırkı cinayət işi üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 1 ədəd CD disk cinayət işində saxlanılmalıdır. İş üzrə maddi sübut olan 01 ədəd «İpone-4S» markalı mobil telefonun zərər çəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə ekspertiza xərci 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydasında tutlaraq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Resublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X3 27 iyul 2022-ci ildən 27 sentyabr 2022-ci il tarixədək olan müddət, yəni 02 ay həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) ay müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Xaçmaz rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək və xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək, yəni 02 gün, həmçinin 22 fevral 2022-ci ildən 27 sentyabr 2022-ci il tarixədək olan müddət, yəni 07 ay 05 gün, ümumilikdə 07 ay 07 gün həbsdə saxlandığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 01 (bir) il 02 (iki) ay 14 (on dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Apelyasiya Məhkəməsinin 21 iyul 2017-ci il tarixli qərarı ilə təyin edilmiş 2800 manat cərimə cəzası hazırki hökmlə təyin olunmuş cəzaya tamamilə birləşdirilməklə Təqsirləndirilən şəxs2 qəti olaraq 01 il 09 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzası və 2800 manat cərimə cəzası təyin edilsin . Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 qəti olaraq təyin edilmiş 01 il 09 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzası və 2800 manat cərimə cəzası müstəqil icra olunsun. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş 1 ədəd CD disk cinayət işində saxlanılsın. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Cinayət işi üzrə 01 ədəd «İpone-4S» markalı mobil telefonun zərər çəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza xərci 100 manat məhkəmə xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydasında alınaraq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-17/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-17/2022
27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver