Məhkəmə qərarları › İş №1(067)-17/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-17/2023

11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-17/2023 11.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1993-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xaçmaz rayon məhkəməsinin 20 avqust 2018-ci il tarixli, 1(067)- 109/2018 saylı hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 15 aprel 2018-ci il tarixdən həbsdə olduğu 04 ay 05 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, 10 avqust 2020-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2aşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşımaqla yaşadığı evdə saxlamış, 07 aprel 2022-ci il tarixdə Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı Xaçmaz şəhəri. Cavanşir küçəsi, 15A nömrəli evə baxış keçirilərkən yataq otağında olan güzgülü termonun üstündə bir ədəd sellofan bükümdə 1,351 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, bir neçə aydır ki, narkotik vasitə olan heroindən istifadə edir. 04 aprel 2022-ci il tarixdə axşam saatlarında o, evdən çıxıb yaşadığı Xaçmaz şəhəri, Cavanşir küçəsi ilə gedərkən yerdə bir ədəd sellofan büküm tapmış və həmin sellofan bükümü götürüb açdıqda içərisində narkotik vasitə heroin olduğunu görmüşdür. Narkotik vasitədən istifadə etdiyi üçün tapdığı heroini atmamış və cibinə qoyub yaşadığı evə gətirmişdir. Sonrakı günlərdə tapdığı heroinin bir hissəsini falqa kağızının üzərinə töküb istifadə etmiş, qalan hissəsini isə sellofan bükümdə öz yataq otağında gizlədib saxlamışdır. 06 aprel 2022-ci il tarixdə axşam saatlarında sellofan bükümdə olan heroini gizlətdiyi yerdən çıxarıb üstündən bir qədər götürərək falqa kağızının üzərinə tökmüş, sonra isə alışqanı yandırıb falqanın alt hissəsinə tutmaqla qızdırıb həmin heroinin tüstüsünü düzəltdiyi kağız borucuq vasitəsi ilə daxilə qəbul etmiş, heroinin qalan hissəsini isə sellofan bükümdə yataq otağında olan termonun üstünə qoymuşdur. Həmin vaxt arvadı Ayişə ona zəng vurub Xudat şəhərində anasının evində olduğunu bildirərək Xudat şəhərinə gəlib onu Xaçmaz şəhərinə öz evlərinə aparmasını bildirdikdə Ayişə ilə danışdığı üçün sellofan bükümdə olan heroin yadından çıxıb termonun üstündə qalmış və o, küçəyə çıxıb taksi avtomobili ilə Xudat şəhərinə qayınanasının yaşadığı evin qarşısına getmiş, qapını Ayişə özü açmışdır. Ayişə gəlib avtomobilə əyləşmiş və onlar Xaçmaz şəhəri, Cavanşir küçəsinə yaşadıqları evin qarşısına gəlmişlər. Avtomobildən düşüb yaşadığı evə daxil olarkən polis əməkdaşları gəlmiş və o, başa düşmüşdür ki, qayınanası Ayişənin onunla gəlməsini bilib polisə şikayət etmişdir. Qayınanasının Ayişəni qaytarıb Xudat şəhərinə öz evinə aparacağından ehtiyat etdiyindən onlar birlikdə evdən çıxıb piyada Xaçmaz şəhəri,Tərəvəzçi küçəsinə nənəsinin evinə getmişlər. Həmin gün anası Əsli zəng vurub Ayişəyə demişdir ki, onlar evdən çıxıb getdikdən sonra polis əməkdaşları gəlib yaşadıqları evə baxış keçirərkən onun yataq otağında narkotik vasitə aşkar olunmuşdur. Bu səbəbdən də o, tutula biləcəyindən qorxmuş və sonrakı günləri evə getməyərək nənəsinin evində qalmışdır. 18 aprel 2022-ci il tarixdə təxminən saat 16 radələrində nənəsinin evində olarkən polis əməkdaşları gəlib onları Xaçmaz rayon Polis Şöbəsinə dəvət etmişlər. Yaşadığı evin yataq otağında aşkar olunmuş heroin, falqa kağızları, kağız borucuq və çətənə toxumları özünə məxsus olmuşdur. Çətənə toxumlarını 2022-ci ilin mart ayının əvvəllərində yaşadığı küçədə yerdən tapmışdır. Əməlindən peşmandır, ona güzəşt edilib yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Xaçmaz rayonunun Xudat şəhər sakini Şahid5 07 aprel 2022-ci il tarixdə ərizə ilə Xaçmaz rayon Polis Şöbəsinə müraciət edərək kürəkəni Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olduğunu, Təqsirləndirilən şəxs onun qızı Ayişə Məmmədovanı narkotik vasitə aludəçisi etdiyini, 30 mart 2022-ci il tarixdə qızı X4 şəhərinə yaşadığı evə apardığını, 06 aprel 2022ci il tarixdə saat 23 radələrində Xudat şəhərinə gələn Təqsirləndirilən şəxs onun qızı Ayişə Məmmədovanı yaşadığı Xaçmaz şəhəri, Cavanşir küçəsindəki evinə qaçırdığını bildirmişdir. Şahid5 ərizəsi əsasında araşdırma aparılması şöbə rəisi tərəfindən istintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Şəhriyar Kərimliyə həvalə olunmuş və həmin gün xidmətdə olduqları üçün o, Xaçmaz rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı Şahid2, Xaçmaz rayon polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid3, istintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Şəhriyar Kərimli və Şahid5 07 aprel 2022-ci il tarixdə saat 01:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvana gəlmişlər. Qapını Təqsirləndirilən şəxs anası Şahid4 açmış və onlar özlərini Şahid4 təqdim etdikdən sonra gəlişlərinin məqsədini ona bildirərək oğlu Təqsirləndirilən şəxs harada olduğunu soruşduqda Şahid4 oğlu Elmanla arvadı Ayişənin birlikdə evə gəldikdən sonra heç bir söz demədən evdən çıxıb getdiklərini, oğlu Elmanın harada olduğunu bilmədiyini demişdir. Həmin vaxt Şahid5 onlara demişdir ki, kürəkəni Elman narkotik istifadəçisi olmaqla onun yataq otağında narkotik maddə gördüyündən Elmanın yataq otağına baxış keçirilsin, onun yataq otağında narkotik maddə vardır. Bundan sonra X2 Şahid4 oğlu Elmanın narkotik vasitədən istifadə edib-etmədiyini, Elmanın yataq otağında narkotik vasitə olub-olmadığını soruşmuş, Şahid4 da oğlu Elmanın əvvəllər narkotik vasitədən istifadə etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunduğunu, hal-hazırda isə narkotik vasitədən istifadə edibetməməsindən və Elmanın yataq otağında narkotik vasitə saxlamasından onun məlumatı olmadığını bildirmişdir. Şahid5 məlumatından sonra X2 Şahid4 videoçəkilişlə onun yaşadığı evə baxış keçiriləcəyini bildirərək etirazı olub-olmadığını soruşmuş, Şahid4 baxış keçirilməsinə etirazı olmadığını bildirərək onları içəri dəvət edib sağ yan tərəfdə olan otağı göstərərək oğlu Elmanın yataq otağı olduğunu bildirmişdir. Şahid4 göstərdiyi yataq otağına baxış keçirilərkən həmin otaqda olan güzgülü termonun üstündə bir ədəd sellofan bükümdə qəhvəyi rəngli maddə, bir ədəd yarı yanmış vəziyyətdə kağız borucuq, üzərinə «COCKTAİL» yazılmış içki qabının içərisində üzərində tünd qəhvəyi rəngli izlər olan falqa kəsikləri və yaşıl rəngli qapağın içərisindəki tənzifin arasında bitki toxumları aşkar olunmuşdur. X2 aşkar olunmuş əşyaların kimə məxsus olduğunu soruşduqda Şahid4 baxış keçirilən otağın oğlu Elmanın yataq otağı olduğunu, həmin otaqda aşkar olunmuş sellofan bükümdəki qəhvəyi rəngli maddənin, falqa kəsiklərinin, kağız borucuğun və bitki toxumlarının oğlu Elmana məxsus olduğunu bildirmişdir. Bundan sonra həmin sellofan bükümdəki qəhvəyi rəngli maddə, falqa kəsikləri, kağız borucuq və bitki toxumları müstəntiq tərəfindən Şahid4 və onların iştirakı ilə bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilib oxunduqdan sonra iştirakçılar zərfin üstünə və protokola imza etmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinin görüntüləri Xaçmaz rayon polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid3 tərəfindən video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə ictintaqında şahid qismində dindirilmiş Xaçmaz rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi Şahid2 və Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid5 göstərdi ki, Ayişə Məmmədova onun qızıdır. Qızı Ayişə 2020-ci ilin avqust ayında Təqsirləndirilən şəxs ilə evlənmiş, evləndikdən sonra onlar Xaçmaz şəhəri, Cavanşir küçəsində 15A nömrəli evdə Elmanın anası Əsli ilə bir evdə yaşamışlar. X8 evləndikdən sonra onun Elman və onun anası Əsli ilə münasibətləri yaxşı olmuşdur. Ayişə Elmanla evləndikdən sonra o, bilmişdir ki, Elman narkotik vasitə istifadəçisi olduğuna görə məhkum olunub. Elmanın narkotik vasitə istifadəçisi olduğunu bildiyi üçün fikirləşmişdir ki, ola bilsin Elmanın təsiri ilə qızı Ayişə də narkotik vasitədən istifadə edir. Bu səbəbdən sonradan qızını Xudat şəhərinə yaşadığı evə aparmışdır. 06 aprel 2022-ci il tarixdə saat 23 radələrində o, yatmağa gedərkən qızı Ayişə ona həyətə çıxıb gələcəyini demişdir. Ayişə həyətə çıxdıqdan az sonra avtomobil səsi gəldiyini eşidib bayıra çıxdıqda Ayişənin həyətdə olmadığını görüb küçəyə çıxmış, küçədə qardaşı qızının əri Rizvanla rastlaşıb ondan Ayişəni görübgörmədiyini soruşduqda Rizvan ona Ayişənin yaşadığı evin qarşısında dayanmış avtomobilə əyləşib getdiyini demişdir. Ayişəni Elmanın apardığını bilmiş və Xaçmaz rayon Polis Şöbəsinə gəlib ərizə ilə müraciət edərək kürəkəni Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olduğunu, Təqsirləndirilən şəxs qızı Ayişə Məmmədovanı da narkotik vasitə aludəçisi etdiyini, 30 mart 2022-ci il tarixdə qızı X4 şəhərinə yaşadığı evə apardığını, 06 aprel 2022-ci il tarixdə saat 23 radələrində Xudat şəhərinə gələn Təqsirləndirilən şəxs qızı Ayişəni yaşadığı Xaçmaz şəhəri, Cavanşir küçəsindəki evinə qaçırdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onunla birlikdə Elmanın yaşadığı ünvan 3 evin qarşısına gedərək qapını döymüşlər. Qapını kürəkəni Elmanın anası Əsli açmış və polis əməkdaşları özlərini Əsliyə təqdim etdikdən sonra gəlişlərinin məqsədini ona bildirərək oğlu Elmanın harada olduğunu soruşmuşlar. Əsli polis əməkdaşlarına Elmanla Ayişənin birlikdə evə gəldikdən sonra ona heç bir söz demədən evdən çıxıb getdiklərini, oğlu Elmanın harada olduğunu bilmədiyini demişdir. O, Elmanın öz yataq otağında narkotik vasitədən istifadə etdiyini və Elmanın yataq otağında narkotik vasitə saxladığını bildiyi üçün polis əməkdaşlarına demişdir ki, kürəkəni Elman narkotik istifadəçisidir, qızı Ayişə günbəgün arıqladığı üçün ona elə gəlir ki, Elman qızı Ayişəni də narkotik vasitədən istifadə etməyə məcbur edir, o, Elmanın yataq otağında narkotik maddə görmüş, Elmanın yataq otağına baxış keçirilsin, onun yataq otağında narkotik maddə vardır. Onun sözlərindən sonra müstəntiq Əslidən oğlu Elmanın narkotik vasitədən istifadə edib-etmədiyini, Elmanın yataq otağında narkotik vasitə olub-olmadığını soruşmuş, Əsli oğlu Elman əvvəllər narkotik vasitədən istifadə etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunduğunu, hal-hazırda isə Elmanın narkotik vasitədən istifadə edib-etməməsindən və Elmanın yataq otağında narkotik vasitə saxlayıb-saxlamamasından məlumatı olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları evə daxil olmuşlar. Şahid4 oğlu Elmanın yataq otağını polis əmkdaşlarına göstərmişdir. Elmanın yataq otağına baxış keçirilərkən həmin otaqda olan güzgülü termonun üstündə bir ədəd sellofan bükümdə qəhvəyi rəngli maddə, falqa kəsikləri, yarı yanmış vəziyyətdə kağız borucuq, yaşıl rəngli qapağın içərisindəki tənzifin arasında bitki toxumları aşkar olunmuşdur. Müstəntiq həmin əşyaların kimə məxsus olduğunu soruşduqda Əsli oğlu Elmana məxsus olduğunu bildirmişdir. Bundan sonra yataq otağında aşkar olunmuş narkotik vasitə və digər əşyalar müstəntiq tərəfindən Əslinin və onların iştirakı ilə bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilib oxunduqdan sonra o, zərfin üstünə və protokola imza etmişdir. İş materillarında olan baxış keçirilməsi haqqında 07 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 evin yataq otağına baxış keçirilərkən həmin otaqda olan güzgülü termonun üstündə 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin, üzərində heroin izləri olan yarı yanmış vəziyyətdə kağız borucuq və 10 ədəd falqa kəsikləri aşkar edilərək götürülmüşdür. İş materiallarında olan DVD diskə baxış keçirilməsi barədə 19 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 evin yataq otağına baxış keçirilməsi görüntüləri əks olunan disk daşıyıcıya Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə müstəntiq tərəfindən baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 evin yataq otağına baxış keçirilməsinin və sonuncunun yaşadığı evin yataq otağındakı güzgülü termonun üstündə olan sellofan bükümdə narkotik vasitə olan heroin, üzərində heroin izləri olan yarı yanmış vəziyyətdə kağız borucuq, içki qutusunun içərisində isə üzərində heroin izləri olan falqa kəsikləri olmasının görüntüləri əksini tapmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında olan güzgülü termonun üstündə aşkar olunmuş sellofan bükümdəki heroinin onun özünə məxsus olduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2022-ci il tarixli 6/1960-7/337 nömrəli ekspert rəyndən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №58» dairəvi möhür əksi «Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş tünd qəhvəyi rəngli...» yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 1,351 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 10 ədəd üzərində tünd qəhvəyi rəngli izlər olan falqa kəsiklərinin və 1 ədəd yarı yanmış vəziyyətdə kağız borucuğun səthində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək mümkün deyildir. 1 ədəd bükümdə ümumi çəkisi 0,1 qram bitki toxumları əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Onlar narkotik vasitələrin siyahısına daxil deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahıl) daxildir. Tədqiqata sərfdən sonra heroinin qalıq çəkisi 1,301 qram təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 08 iyun 2022-ci il tarixli 3088 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında 19 aprel 2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 evin yataq otağında aşkar edilərək götürülmüş 1,351 qram çəkidə heroin, üzərində heroin izləri olan 10 ədəd falqa kəsikləri, 01 ədəd yarı yanmış vəziyyətdə kağız borucuq və yaşayış evinə baxış keçirilməsinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD formatlı disk daşıyıcı 19 aprel 2022-ci il tarixli qərarla maddi sübut hesab olunmuş, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 1,301 qram təşkil edən heroin, üzərində heroin izləri olan 10 ədəd falqa kəsikləri, 01 ədəd yarı yanmış vəziyyətdə kağız borucuq, 0,1 qram çəkidə narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları saxlanılmasından ötrü Xaçmaz rayon polis şöbəsinə təhvil verilmiş, bir ədəd disk daşıyıcısı isə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Xaçmaz rayon məhkəməsinin 20 avqust 2018-ci il tarixli, 1(067)-109/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 20 avqust 2018-ci il tarixli, 1(067)- 109/2018 saylı hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 15 aprel 2018-ci il tarixdən həbsdə olduğu 04 ay 05 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, 10 avqust 2020-ci il tarixdə cəza müddəti başa çatmış, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəxsiyyət vəsiqəsi məlumatları barədə elektron portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşımaqla yaşadığı evdə saxlamış, 07 aprel 2022-ci il tarixdə Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı Xaçmaz şəhəri. Cavanşir küçəsi, 15A nömrəli evə baxış keçirilərkən yataq otağında olan güzgülü termonun üstündə bir ədəd sellofan bükümdə 1,351 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar heroin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, əldə etdiyi narkotik vasitənin miqdarını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 18 aprel 2022-ci il tarixli protokoldan və müstəntiqin həmin tarixli qərarından, həmçinin müstəntiqin təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən həbsdən azad edilməsi və barəsində barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında 20 aprel mart 2022-ci il tarixli qərarından və həmin tarixli “Başqa yerə getməmək haqqında iltizam”dan görünür ki, Təqsirləndirilən şəxs 18 aprel 2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 20 aprel 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 aprel 2022-ci il tarixdən 20 aprel 2022-ci il tarixədək həbsdə olduğu 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, cəzaçəkmə müddəti həbsə alındığı gündən, yəni 11 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağından aşkar edilərək götürülmüş, akspertiza tədqiqatına sərfdən sonra qalıq çəkisi 1,301 qram təşkil edən narkotik vasitə heroin, üzərində heroin izləri olan 10 ədəd falqa kəsikləri, 01 ədəd yarı yanmış vəziyyətdə kağız borucuq, iş üzrə maddi sübut hesab edilməyən 0,1 qram çəkidə çətənə (kannabis) bitkisinin toxumları məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs yataq otağına baxış keçirilməsi görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza xərci olan 88 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 aprel 2022-ci il tarixdən 20 aprel 2022-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 11 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağından aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərfdən sonra qalıq çəkisi 1,301 qram təşkil edən narkotik vasitə heroin, üzərində heroin izləri olan 10 ədəd falqa kəsikləri, 01 ədəd yarı yanmış vəziyyətdə kağız borucuq, iş üzrə maddi sübut hesab edilməyən 0,1 qram çəkidə çətənə (kannabis) bitkisinin toxumları məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs yataq otağına baxış keçirilməsi görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 88 (səksən səkkiz) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar