Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-17/2024 14.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə xx xxxx 1982-ci ildə Xaçmaz rayonunun Qobu-qıraq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, Xaçmaz rayonunun Qobuqıraq kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxx 1981-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, Xaçmaz rayonunun Qobuqıraq kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şahid1 məxsus Xaçmaz rayonu, Mürsəliqışlaq kəndində, kənd qəbristanlığından 1 km şimal istiqamətində yerləşən fərdi yaşayış evindən oğurluq etmək qərarına gələrək, bu məqsədlə 2022-ci ilin dekabr ayının ortalarında gecə saat 02 radələrində Şahid1 məxsus həmin fərdi yaşayış evinin qarşısına getmiş, həmin yerdə heç kəsin olmadığına əmin olduqdan sonra daş hasardan aşıb özləri ilə gətirdiyi dəmir alətlə həyətdəki anbarın qıfılını sındırıb saxlanc yerinə qanunsuz daxil olmaqla anbardan Şahid1 qohumu Zərərçəkmiş şəxs2 məxsus olan hər biri 150 manat dəyərində olan 4 ədəd ventilyator tipli soyutma sistemini, hər biri 100 manat dəyərində olan 4 ədəd istilik sobasını və hər biri 10 manat dəyərində olan 20 ədəd plastik su qabını qanunsuz olaraq götürüb apararaq zərərçəkmiş şəxsə ümumilikdə 1200 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şahid1 məxsus Xaçmaz rayonu, Mürsəliqışlaq kəndində, kənd qəbristanlığından 1 km şimal istiqamətində yerləşən fərdi yaşayış evindən oğurluq etmək qərarına gələrək, bu məqsədlə 2022-ci ilin dekabr ayının ortalarında saat 02 radələrində Şahid1 məxsus həmin fərdi yaşayış evinin qarşısına getmiş, həmin yerdə heç kəsin olmadığına əmin olduqdan sonra daş hasardan aşıb özləri ilə gətirdiyi dəmir alətlə həyətdəki anbarın qıfılını sındırıb saxlanc yerinə qanunsuz daxil olmaqla anbardan Şahid1 qohumu X1 məxsus elan hər biri 150 manat dəyərində olan 4 ədəd ventilyator tipli soyutma sistemini, hər biri 100 manat dəyərində olan 4 ədəd istilik sobasını və hər biri 10 manat dəyərində olan 20 ədəd plastik su qabını qanunsuz olaraq götürüb apararaq zərərçəkmiş şəxsə ümumilikdə 1200 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 27 yanvar 2023cü il tarixdə, saat 12 radələrində Xaçmaz rayonu Qobuqıraq kəndində, Xaçmaz-Bakı yolunda quraşdırılmış “Qobuqıraq kəndi” lövhəsindən kəndin içərisinə doğru, yəni şimal istiqamətində 150 metr məsafədə yerləşən, özü ilə qonşluqda yaşayan Zərərçəkmiş şəxs1 evdə olmadığına əmin olduqdan sonra sonuncuya məxsus evin məftildən olan hasarını aşaraq həyətyanı sahəsinə qanunsuz daxil olmaqla həyətyanı sahədə olan saxlanc yeri hesab edilən talvarın altından və bağ sahəsindən hər birinin dəyəri 200 manat olan 2 ədəd dəmir stolu, dəyəri 100 manat olan 1 ədəd dəmir çarpayını, 150 manat dəyərində 1 ədəd çörək bişirmək üçün olan dəmir xərəyi, hər birinin dəyəri 100 manat olan 2 ədəd 4 metr uzunluqda dəmir borunu, hər birinin dəyəri 75 manat olan 2 ədəd dəmir çəlləyi və hər birinin dəyəri 20 manat olan 5 ədəd armatur kəsiyini qanunsuz olaraq götürüb apararaq cəmi 1100 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmiş, yəni təkrar, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 məxsus evdən oğurluq etmiş, lakin Şahid1 məxsus evdən oğurluq etməmiş, yəni həmin evdən digər Zərərçəkmiş şəxs2 məxsus əmlakları oğurlamamışdır. Şahid1 evindən oğurluq etməsi polis tərəfindən onun boynuna qoyulmuş, o, Asiyanı və Məhəmmədəlini, həmçinin yaşadığı evi tanımamışdır. Həmçinin bildirdi ki, o, oğurluğu yalnız Tural Şükürova məxsus evdən etmiş, oğurluğu özü tək etmiş, Təqsirləndirilən şəxs2lə birlikdə oğurluq etməmişdir. O, Zərərçəkmiş şəxs1 evindən ittihamda qeyd olunan sayda və dəyərdə əmlakları oğurlamış, həmin əmlakları metal qəbulu məntəqəsinə satmış, lakin hansı qiymətə satdığını xatırlamır. Əlavə olaraq bildirdi ki, o, oğurladığı metalları Neymana satmamış, metal qəbul edən tanımadığı “Qazel” avtomobili sürücüsünə satmışdır. O, iş üzrə şahid olan Şahid3 heç vaxt görməmiş, tanımamış, sonuncuya metal, plastik qab satmamışdır. Şahid1 evi təxminən iki kilometr aralıda yerləşir, belə olan halda o, ağır çəkidə olan soyutma və istilik sistemlərini götürərək apara bilməzdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsi elan edilərək həmin ifadədən müəyyən edildi ki, onun yaşadığı Xaçmaz rayonu Qubuqıraq kəndi ilə qonşu kəndlərdən biri olan Mürsəliqışlaq kəndində, yaşadığı evdən təxminən 1 km məsafədə yerləşən, sonradan adını bildiyi Şahid1 məxsus ev vardır. Həmin evin yanından bir neçə dəfə keçib getmiş və oradakı evdə daimi yaşayış olmadığını bilmişdir. Bu səbədən də fikirləşmiş ki, həmin evə girərək oradan hər hansı bir əşya oğurlaya bilər. Bu məqsədlə 2022-ci ilin dekabr ayının ortalarında həmkəndlisi və tanışı olan Təqsirləndirilən şəxs2lə birlikdə həmin evdən oğurluq etmək qərarına gəlmişlər. Bundan bir gün sonra, yəni 2022-ci ilin dekabr ayının ortalarında gecə saat 02 radələrində razılaşdıqları kimi Təqsirləndirilən şəxs2lə birlikdə yaşadığı kənddə görüşmüşlər və Şahid1 məxsus olan həmin evə tərəf yollanmışlar. O özü ilə mismar çıxaran dəmir götürmüşdür. Cavidlə o, evin qarşısına gəlmişlər və təxminən 30 dəqiqə gözlədikdən sonra ətrafda heç kəsin olmadığına əmin olub daş hasarın üzərindən tullanaraq evin həyətinə keçmişlər. Onlar həyətdəki anbarın qapsının kilidini birlikdə köməkləşməklə mismar çıxaran dəmirlə sökərək qapını açmışlar və içəri daxil olmuşlar. Anbarda yerdə olan 4 ədəd ventilyator tipli soyutma sistemini, 4 ədəd dəmir soba və 20 ədəd plastik su qabını götürərək daş hasarın üzərindən keçirib çölə yığmışlar. Daha sonra onlar anbardan çölə çıxmışlar və birlikdə anbardan oğurladığı əşyaları yaxınlıqdakı qəbristanlığın yanına yığmışlar. Həmin vaxt artıq hava aydınlaşmışdır, səhər açılmışdır. Sonra da o, yol kənarına çıxıb yoldan keçən tanımadığı “Qaz 24” markalı taksi avtomobili saxlatdırıb qəbristanlığın yanına gəlmiş, əşyaları avtomobilə yığıb özünün yaşadığı evə aparmışdır. O, evinin həyətində soyutma sistemlərini elektrikli fırlanan çarx ilə hissələrə doğramışdır. Həmin gün oğurladıqları əşyaların bir hissəsini tanımadığı taksi ilə Xaçmaz-Quba avtomobil yolunda yerləşən dəmir qəbulu sexində işləyən Namiq adlı şəxsə təhvil vermiş və bunun müqabilində 47 manat pul almışdır. Metalların çox hissəsini isə Xaçmaz şəhəri, Bakı prospektində yerləşən Neyman adlı şəxsin işlətdiyi dəmir qəbulu məntəqəsinə təhvil vermişdir və ona 102 manat pul vermişdir. Metalları qəbul məntəqəsinə özü tək satmışdır. Həmin pulu bir hissəsini Cavidlə birlikdə yeyib-içməklərə xərcləmişlər, qalan hissəni isə yarı bölmüşlər və pulunu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs1 da yaşadığı ünvandan oğurluq etmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 onun həmkəndlisi, həmçinin qonşusudur. Onunla aralarında hər hansı bir ədavət olmamışdır. Zərərçəkmiş şəxs1 tək yaşamasını, mütəmadi olaraq səhər tezdən evdən çıxmasını və axşam isə hava qaraldıqdan sonra evinə qayıtmasını bilir. Xeyli müddətdir ki, maddi çətinliyi olduğundan 2023-cü ilin yanvar ayında oğurluq etmək qərarına gəlmişdir. O, həmin vaxt Zərərçəkmiş şəxs1 həyətyanı sahəsindən dəmir əşyaları oğurlayaraq metal qəbuluna sata biləcəyini düşünmüşdür. Bu məqsədlə günorta saatlarında, yəni Zərərçəkmiş şəxs1 işdə olduğu zaman onun evindən oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində öz yaşadığı evin həyətyanı sahəsindən Zərərçəkmiş şəxs1 evinin həyətyanı sahəsinə məftil toru (çəpəri) aşmaqla keçmişdir. Oradan hissə-hissə olmaqla 2 ədəd dəmir stol, 1 ədəd dəmir çarpayı, 1 ədəd çörək bişirmək üçün nəzərdə tutulan dəmir xərək, 2 ədəd 4 metr uzunluğunda dəmir boru, 2 ədəd dəmir çəllək, 5 ədəd yarımkəsili armatur parçasını götürərək öz yaşadığı evə çəpərin üzərindən aşırmaqla keçirmişdir. Daha sonradan o, həmin dəmir əşyaları “Qazel” markalı avtomobillə səyyar olaraq dəmir alışı ilə məşğul olan tanımadığı şəxsə satmış və pulunu da öz şəxsi ehtiyaclarına xərcləmişdir. Metalları satmaqla təxminən 200 manat pul əldə etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Şahid1 məxsus Xaçmaz rayonu Qubuqıraq kəndində yerləşən fermadan oğurluğu Cavid Seyidəlirevlə birlikdə etmişlər, etdikləri oğurluq barədə heç kimə məlumat verməmişlər və onlara başqa köməklik edən də olmamışdır. Oğurladıqları əşyaları satan zaman onların oğurluq olması barədə satdığı şəxslərə heç nə deməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, heç bir əmlakı oğurlamamışdır, ittihamı qəbul etmir. Həmçinin bildirdi ki, ibtidai istintaq zamanı onu polis şöbəsində saxlamışlar, ibtidai istintaq dövründə müdafiəçi ilə heç təmin edilməmiş, onu döyərək etirafedici ifadəyə imza etdirmişlər, lakin o, bu barədə şikayət etməmişdir. Polis şöbəsində dindirilərkən Elçin onun üzünə demişdir ki, guya o da onunla birlikdə oğurluq etmişdir. Əlavə olaraq bildirdi ki, ifadəsi yerində yoxlanılarkən o, müstəntiqin ona oğurluğu necə və haradan etməsi ilə bağlı göstərişlərinə əsasən göstərərək bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsi elan edilərək həmin ifadədən müəyyən edildi ki, onun yaşadığı Xaçmaz rayonu Qubuqıraq kəndi ilə qonşu kəndlərdən biri olan Mürsəliqışlaq kəndində yerləşən sonradan adını bildiyi Şahid1 məxsus ev vardır. Həmin evdə daimi yaşayış olmadığını bilmişdir. 2022-ci ilin dekabr ayının ortalarında həmkəndlisi və tanışı olan Təqsirləndirilən şəxs1la birlikdə həmin evdən oğurluq etmək qərarına gəlmişlər. Bundan bir gün sonra, yəni 2022-ci ilin dekabr ayının ortalarında, gecə saat 02 radələrində əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs1la birlikdə yaşadığı kənddə görüşmüşlər və həmin evə tərəf yollanmışlar. Elçin özüylə mismar çıxaran dəmir götürmüşdür. Elçinlə o, evin qarşısına gəlmişlər və təxminən 30 dəqiqə gözlədikdən sonra ətrafda heç kəsin olmadığına əmin olub daş hasarın üzərindən tullanaraq evin həyətinə keçmişlər. Onlar evin həyətində olan anbarın qapısında olan qıfılı mismar çıxaran dəmirlə köməkləşib sökərək qapını açaraq içəri daxil olmuşlar. Anbarda yerdə olan 4 ədəd ventilyator tipli soyutma sistemini, 4 ədəd dəmir sobanı və 20 ədəd plastik su qabını götürərək daş hasarın üzərindən keçirib çölə yığmışlar. Daha sonra onlar fermadan çölə çıxmışlar və birlikdə fermadan oğurladıqları əşyaları yaxınlıqdakı qəbristanlığın yanına yığmışlar. Həmin vaxt artıq hava aydınlaşmış və səhər açılmışdır. Sonra da Elçin yol kənarına çıxıb yoldan keçən tanımadıqları “Qaz-24” markalı taksi avtomobili saxlatdırıb qəbristanlığın yanına gəlmiş, əşyaları avtomobilə yığıb Elçinin yaşadığı evə aparmışlar, Elçin taksiyə 5 manat pul verib yola salmışdır. Elçin evinin həyətində soyuducu sistemləri hissələrə doğramışdır. Elçin həmin gün oğurladıqları əşyaları tanımadığı taksi ilə bir hissəsini Xaçmaz-Quba yolunda yerləşən dəmir qəbulu sexinə Namiq adlı şəxsə təhvil vermişdir. Metalları Elçin tək satmışdır, o, metal qəbulu məntəqəsinə girməmişdir. Namiqə təhvil verilən metala və plastik qablara görə 47 manat pul əldə etmişdir. Metalların çox hissəsini isə Xaçmaz şəhəri, Bakı prospektində yerləşən Neyman adlı şəxsin işlətdiyi dəmir qəbulu məntəqəsinə təhvil vermiş, onları da Elçin tək təhvil vermişdir. Həmin metalları doğranmış halda satdığından alıcılar dəmirlərin nə olmasını da bilməmişlər. Neman metallara görə Elçinə 102 manat pul vermişdir. Həmin pulun bir hissəsini Elçinlə birlikdə yeyib-içməyə xərcləmişlər, qalan hissəsini isə yarı bölmüşlər və pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Şahid1 məxsus Xaçmaz rayonu Qubuqıraq kəndində yerləşən fermadan oğurluğu Təqsirləndirilən şəxs1la birlikdə etmişlər, etdikləri oğurluq barədə heç kimə məlumat verməmişlər və onlara başqa köməklik edən də olmamışdır. Şahid1 tanımamış, heç bir münasibəti və aralarında hər hansı bir düşmənçilik və ya ədavət olmamışdır. Oğurluğu tamah niyyətilə etmişdir. Bundan başqa heç bir oğurluq və yaxud digər cinayət etməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, evindən oğurluq edilməsi faktını aşkar etdikdən sonra polisə müraciət etmiş, oğurluğu kimin etməsini bilməmiş, sonradan polis tərəfindən müəyyən edildikdən sonra bilmişdir ki, evindən oğurluq edən şəxs Təqsirləndirilən şəxs1 olmuşdur. Elçin onunla hasar qonşuluğunda yaşayır, Elçinin, yəni tanışlığı olan, onunla çox yaxınlıqda yaşayan bir şəxsin onun evindən oğurluq etməsi ona pis təsir etmiş, ona görə də onun üçün oğurluğu kimin etməsinin fərqi yoxdur, həbs edilməsini istəyir. Həmçinin bildirdi ki, o, adətən, işi ilə əlaqədar səhər tezdən – hava işıqlanmamış evdən çıxıb getmiş, axşam saatlarında – hava qaralanda evə qayıtmış, istirahət günü isə evdə olmuş və yuxudan oyananda evinin həyətindən, talvarın altından, toyuq hini kimi nəzərdə tutulmuş tikilinin içərisindən ittihamda qeyd olunan əmlakların oğurlandığını aşkar etmişdir. Daha sonra isə polis əməkdaşları Təqsirləndirilən şəxs1 yaşadığı evə gətirərək cinayəti necə törətməsini göstərməsini təklif etmişlər, Elçin də onun evindən əmlakları haradan və necə oğurladığını əyani olaraq göstərmişdir. Təqsirləndirilən şəxs1 cinayət əməli nəticəsində ona vurulmuş ziyan ödənilməmiş, o, Təqsirləndirilən şəxs1 qarşı şikayətçidir. Ona vurulmuş ziyan ödənilmiş olsa da, o, şikayətçidir. Zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu Qobuqıraq kəndində yerləşən özünə məxsus olan evdə tək yaşayır. Fərdi əməklə məşğul olaraq öz dolanışığını təmin edir. 2023ci ilin yanvar ayı ərzində o, Xaçmaz şəhərində işlədiyindən mütəmadi olaraq səhər tezdən saat 07 radələrində gedərək axşam isə saat 23 radələrində geri qayıtmışdır. O, bu səbəbdən həyətyanı sahədəki əşyalara fikir verməmişdir. Belə ki, 29 yanvar 2023-cü il tarixdə bazar günü olması səbəbindən evdə olmuşdur. Həmin gün saat 11 radələrində evin həyətyanı sahəsinə çıxdığı zaman həyətyanı sahədə bəzi dəmir əşyaların yerində olmamasını görmüşdür. Bu zaman o, başa düşmüş ki, onun yaşadığı evin həyətyanı sahəsindən oğurluq olmuşdur. O, dərhal bu barədə DİN-nin “102” xidmətinə zəng edərək məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları gələrək evində baxış keçirmişlər. Qeyd etmiş ki, həmin hadisə zamanı ona məxsus hər birinin dəyəri 200 manat olan 2 ədəd dəmir stol, dəyəri 100 manat olan 1 ədəd dəmir çarpayı, dəyəri 150 manat olan 1 ədəd çörək bişirmək üçün nəzərdə tutulan dəmir xərək, hər birinin dəyəri 100 manat olan 2 ədəd 4 metr uzunluğunda dəmir boru, dəyəi 150 manat olan 2 ədəd dəmir çəllək, hər birinin dəyəri 20 manat olan 5 ədəd armatur kəsiyi oğurlanmışdır. Ona ümumilikdə 1100 manat maddi ziyan dəymişdir. Əlavə olaraq bildirmişdir ki, o, sonuncu dəfə 22 yanvar 2023-cü il tarixdə həyətyanı sahəsində olan oğurlanmış əşyaları görmüşdür. Lakin işi ilə əlaqədar olaraq növbəti bazar gününədək həmin əşyalara fikir vermədiyindən oğurluğun nə zaman baş verməsini dəqiq bilmir. Məhkəmə istintaqı zamanı ifadəsində Zərərçəkmiş şəxs2 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Xaçmaz şəhəri, Ş.Qurbanov küçəsi ev 14-də ailə üzvlərilə birlikdə yaşayır. Şahid1 onun bibisidir, Xaçmaz rayonu, Mürsəliqışlaq kəndində bibisinə məxsus olan ev vardır. Bibisi Şahid1 həmin evdə daimi yaşamır, evə nəzarəti ona tapşırmış, o, hərdən bir gedib evi yoxlayıb gəlir. O, əvvəllər toyuq-cücə saxlamaqla məşğul olmuş, bunun üçün bibisinin evinin həyətində kiçik ferma düzəltmişdir. Həmin fermada ventilyator tipli soyutma sistemləri, istilik sobaları, su qabları və digər avadanlıqları olmuşdur. Bir neçə il fermanı işlətdikdən sonra fəaliyyəti dayandırmışdır. Bundan sonra da fermada olan bir ədədinin qiyməti 150 manat olan 4 ədəd soyutma sistemini, bir ədədinin dəyəri 100 manat olan 4 ədəd istilik sobasını və bir ədədinin qiyməti 10 manat olan 20 ədəd plastik su qabını bibisi Şahid1 məxsus olan evin həyətindəki anbara yığmışdır, qapısını da qıfıl ilə bağlamışdır. Həmin evə 2022-ci ilin noyabr ayının ortalarında getmişdir və bütün avadanlıqlar da anbarda olmuşdur. xx.xx.2023-cü il tarixdə də evə və anbara baxmaq üçün yenidən Mürsəliqışlaq kəndinə getmişdir. O, qapını açıb həyət daxil olmuş, anbara yaxınlaşan zaman qapısının qıfılının cəftədən çıxarılmış olmasını görmüşdür. Anbara daxil olan zaman isə içəridə olan 4 ədəd ventilyator tipli soyutma sisteminin, 4 ədəd istilik sobasının və 20 ədəd plastik su qabının yerində olmadığını görmüşdür. O, başa düşmüşdür ki, avadanlıqlar oğurlanmış, buna görə də hadisə barədə şikayət etmişdir. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polislə birlikdə oğurluq hadisəsinin törədildiyi ünvana, yəni Şahid1 evinə gəlmişlər, təqsirləndirilən şəxslərin ifadələri yerində yoxlanılarkən müstəntiqin suallarına cavab olaraq təqsirləndirilən şəxslər hər biri ayrı-ayrılıqda həmin ünvandan necə oğurluq etmələrini, yəni həyətə haradan daxil olduqlarını göstərmişlər, qapının qıfılını linglə sındırdıqlarını bildirmişlər, ifadələri yerində yoxlanılarkən o özü də iştirak etmiş, təqsirləndirilən şəxslər müstəntiqin verdiyi suallara sərbəst cavab vermişlər, həmin vaxt təqsirləndirilən şəxslərə qarşı hər hansı təzyiq edilməmişdir. Ona vurulmuş ziyan ödənilməmiş, o, təqsirləndirilən şəxslərə qarşı şikayətçidir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, o, metal qəbulu məntəqəsi işlədir. İş üzrə təqsirləndirilən şəxslər əvvəllər də ona gətirərək metal satmışlar. Sonuncu dəfə Təqsirləndirilən şəxs1 iki ədəd yarımçıq kisədə metal gətirmiş, o, kisələrin içinə baxdıqda həmin metalların paslı, torpağın altından çıxarılmış olduğunu görmüş, o, həmin metalları pulunu verərək almışdır. Sonra isə polis əməkdaşları gələrək ondan Elçin və Cavidin ona oğurluq metal satdıqlarını bildirmişlər, o, polis əməkdaşlarına bildirmişdir ki, Elçinin ona həmin tarixdə satdığı metallar paslı metallar olmuş, Elçin ona soba satmamışdır. Lakin polis şöbəsində onun yanında Təqsirləndirilən şəxs1 demişdir ki, sonuncu həmin sobanı əzərək kisədəki metalların altında qoymuşdur. Həmçinin bildirdi ki, ona sonuncu dəfə metalları Elçin tək özü gələrək satmışdır. Həmin metallar paslı, palçıqlı olmaqla armatur kəsiklərindən və digər bu kimi metallardan ibarət olmuşdur. Elçinin ona satdığı metalların arasında sərinkeş (ventilyator) hissələri olmasını görməmişdir. Təqsirləndirilən şəxs1 polis şöbəsində onun yanında polis əməkdaşına həmçinin bildirmişdir ki, oğurladığı metalları “Qazel” avtomobilinin sürücüsünə satmışdır. O, Elçindən aldığı həmin metalların dəyərinə görə 16-17 manat pul vermiş, Elçin ona 102 manat dəyərində metal satmamışdır. O, polis şöbəsində bunları müstəntiqə də demişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır, aralarında heç bir ədavət olmamışdır. Onun Xaçmaz rayonu, Bakı prospektində, Xudat istiqamətində gedən yolda işlətdiyi metal qəbulu məntəqəsi vardır. Elçin və Cavid də bir neçə dəfə həmin metal qəbulu məntəqəsinə gəlib ona müxtəlif dəmir və əlvan metallar satmışlar. Sonuncu dəfə 2022-ci ilin dekabr ayının ortalarında Elçin doğranmış halda xatırlamadığı bir taksi ilə dəmir gətirmişdir. Həmin metallar yeni olmamış, bu səbəbdən onların oğurluq olma ehtimalı ağlına gəlməmişdir. Bundan başqa o, Elçindən əvvəllər bir neçə dəfə də metal almışdır, metal yığmaqla məşğul olduğunu bilirdi. O, Elçinin gətirdiyi dəmirləri tərəziyə qoyub çəkmiş və 81 kq metala görə Elçinə 102 manat pul vermişdir, Elçin çıxıb getmişdir. Ay ərzində yığılan metalları mütəmadi olaraq Bakı şəhərinə aparıb metaləritmə məntəqəsinə təhvil verdiyindən 2023-cü ilin yanvar ayında Elçindən aldığı metalları da digər metallarla birlikdə Bakı şəhərinə, metaləritmə məntəqəsinə təhvil vermiş, yəni satmışdır. O, Təqsirləndirilən şəxs1 həmin metalları alan zaman onların oğurluq olmasını bilməmişdir. Əgər bu barədə kiçik bir şübhə də olsaydı, həmin metalları Təqsirləndirilən şəxs1 almazdı. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid3 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır, aralarında heç bir ədavət olmamışdır. Xaçmaz rayonu, Xaçmaz-Quba yolunda işlətdiyi metal və plastik tullantı qəbulu məntəqəsi vardır. Elçin və Cavid də bir neçə dəfə həmin metal qəbulu məntəqəsinə gəlib ona müxtəlif dəmir və əlvan metallar satmışıdr. Sonuncu dəfə 2022-ci ilin dekabr ayının ortalarında Elçin doğranmış halda xatırlamadığı bir taksi ilə dəmir və plastik qablar gətirmişdir. Həmin metallar və plastik qablar yeni olmamış, bu səbəbdən onların oğurluq olma ehtimalı ağlına gəlməmişdir. Bundan başqa o, Elçindən əvvəllər bir neçə dəfə də metal almışdır, metal yığmaqla məşğul olduğunu bilirdi. O, Elçinin gətirdiyi dəmirləri və plastik qabları tərəziyə qoyub çəkmiş və Elçinə 47 manat pul vermişdir, Elçin çıxıb getmişdir. O, yığılan metalları mütəmadi olaraq Bakı şəhərinə aparıb metaləritmə məntəqəsinə satdığından Elçindən aldığı metalları və plastik qabları da digər metallarla birlikdə 2023-cü ilin yanvar ayında Bakı şəhərinə apararaq metaləritmə məntəqəsinə və plastik qəbulu məntəqəsinə satmışdır. Təqsirləndirilən şəxs1 həmin metalları alan zaman onların oğurluq olmasını bilməmişdir. Həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs1 ona çəkisi ümumilikdə 110 kq olan metal və plastik qabları 2022-ci ilin dekabr ayının ortalarında gətirərək satmış, buna görə o, Elçinə 47 manat pul vermişdir. Elçinin həmin tarixdə ona satdığı metallar qırıntı şəklində olmuş, həmin metal qırıntılarının məhz hansı əşyaların metal hissələri olmasını bilmir, çünki metallar ona doğranmış vəziyyətdə satılmışdır. Elçinin ona satdığı plastik qabların sayını isə xatırlamır, çünki o, plastik materialları da ölçərək çəki ilə alır. O, həm metalın, həm də plastik materialın bir kiloqramını 40 qəpikdən almışdır. Həmin tarixdə ona həmin materialları Elçin tək özü gətirərək satmışdır. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid1 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Xaçmaz şəhəri, R.Sadıqov küçəsi ev 2-də ailə üzvləri ilə birlikdə yaşayır. Ona məxsus Xaçmaz rayonu, Mürsəliqışlaq kəndində yerləşən həyətyanı torpaq sahəsi və içərisində fərdi ev, həmçin ferma və anbar vardır. O, həmin evdə daimi yaşamır, evə nəzarət etməyi isə doğma qardaşı oğlu Zərərçəkmiş şəxs2 tapşırmışdır, Məhəmmədəli hərdən bir gedib evi yoxlayıb gəlir. Məhəmmədəli əvvəllər həmin həyətyanı sahədə toyuqcücə saxlamaqla məşğul olmuş, bunun üçün ona məxsus həmin evin həyətində kiçik ferma düzəltmişdir. Həmin fermada ventilyator tipli soyutma sistemləri, istilik sobaları, su qabları və digər avadanlıqlar alaraq quraşdırmışdır. Məhəmmədəli bir neçə il fermanı işlətdikdən sonra fəaliyyətini dayandırmışdır. Buna görə də Məhəmmədəli fermada olan sonuncuya məxsus 4 ədəd soyutma sistemini, 4 ədəd istilik sobasını və 20 ədəd plastik su qabını evin həyətində yerləşən anbara yığmışdır, qapısını da qıfıl ilə bağlamışdır. Məhəmmədəli 2022-ci ilin noyabr ayının ortalarında həmin evə nəzarət etmək üçün getdiyində hər şey öz yerində olmuşdur. Belə ki, əgər nə isə bir çatışmazlıq olsaydı, bu barədə ona məlumat verərdi, Məhəmmədəli mütamadi onunla telefon əlaqəsi saxlayır. Lakin xx.xx.2023-cü il tarixdə Məhəmmədəli evə və anbara baxmaq üçün yenidən Mürsəliqışlaq kəndinə getdiyi zaman anbarın qapısının qıfılının sındırılmış olmasını və anbara yığdığı sonuncuya məxsus 4 ədəd ventilyator tipli soyutma sisteminin, 4 ədəd istilik sobasının və 20 ədəd plastik su qabının yerində olmadığını aşkar etmişdir. Məhəmmədəli həmin əşyaların anbara daxil olan naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını başa düşərək hadisə barədə şikayət etmişdir. Daha sonra Məhəmmədəli bu barədə ona zəng edərək məlumat vermişdir. Həmin ev və ferma ona məxsus olsa da, oğurlanmış həmin əşyalar qardaşı oğlu Zərərçəkmiş şəxs2 məxsus olmuş və oğurluq nəticəsində maddi ziyan Məhəmmədəliyə dəymişdir. Həmçinin bildirdi ki, həmin evindən ittiham aktında qeyd olunan əmlaklardan başqa digər əmlaklar da, elektrik naqilləri də oğurlanmış, ümumiyyətlə, onun evinin yerləşdiyi həmin ərazidə tez-tez oğurluq hadisələri baş vermişdir. Məhkəmə istintaqı zamanı müdafiəçinin vəsatəti əsasında məhkəmə iclasında dindirilmiş müstəntiq X3 bildirdi ki, hazırkı cinayət işi ibtida istintaq zamanı onun icraatına verilmiş, o, həmin işin materialları ilə tanış olduqdan sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurluq əməlləri barədə soruşduqda Təqsirləndirilən şəxs1 Şahid1 evindən oğurluğu Təqsirləndirilən şəxs2lə birlikdə törətdiyini bildirmiş, bundan sonra Elçinlə Cavidin arasında mübahisə yaranmış, bir qədər sonra isə Təqsirləndirilən şəxs2 onun yanına gələrək Elçinin düzgün dediyini, Şahid1 evindən oğurluq etdiklərini ona demişdir. Təqsirləndirilən şəxslərin ifadələrini yerində yoxlayarkən isə o, onlara hər hansı işarə, istiqamət verməmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şahid1 evindən oğurluğu necə etmələrini özləri sərbəst olaraq göstərmişlər. Bundan əlavə, ibtidai istintaq orqanında təqsirləndirilən şəxslərdən hazırkı iş üzrə oğurluq əməli barədə ilk soruşanda Təqsirləndirilən şəxs1 dəqiqləşdirmək üçün qadının evindən edilən oğurluq barədə soruşmuş, bununla da o, həmin evin qadına məxsus olduğunu bilmiş, lakin sonradan demişdir ki, guya o, həmin evi ümumiyyətlə tanımamış, həmin evdən oğurluq etməmişdir. İş materiallarında olan 02 yanvar 2023-cü il tarixli ərizədən və izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 Xaçmaz RPŞ-yə müraciət edərək, 2022-ci ilin noyabr ayının ortalarından xx.xx.2023-cü il tarixə qədər olan müddət ərzində Xaçmaz rayonunun Mürsəliqışlaq kəndində yerləşən, bibisi Şahid1 məxsus evin anbarından ona məxsus ümumi dəyəri 1200 manat olan 04 ədəd soyutma sistemi, 04 ədəd dəmir soba və 20 ədəd plastik su qabının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirərək həmin şəxsin və ya şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan 02 yanvar 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisə yeri Xaçmaz rayonu, Mürsəliqışlaq kəndində, kənd qəbirstanlığından 1 km şimal istiqamətində yerləşən Şahid1 məxsus fərdi yaşayış evidir. Evin həyətyanı sahəsinə girişi ikilaylı dəmir darvazadandır, hasarları daşdandır. Darvazadan girişdən solda fərdi yaşayış evi yerləşir. Həyətyanı sahənin sol hasarı boyunca tikili mövcuddur. Həmçinin darvaza ilə üzbəüz anbar kimi istifadə olunan tikili yerləşir. Anbar kimi istifadə olunan tikilinin qapısı dəmirdəndir və sındırılmış vəziyyətdədir. Baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs2 əli ilə anbarın içərisini göstərərək 2022-ci ilin noyabr ayının ortalarından xx.xx.2023-cü il tarixə qədər olan müddətdə evin anbarından ümumi dəyəri 1200 manat olan 04 ədəd soyutma sistemi, 04 ədəd dəmir soba və 20 ədəd plastik su qabının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmişdir. İş materiallarında olan 24 aprel 2023-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 Xaçmaz RPŞ-də təklif olunmuşdur ki, Zərərçəkmiş şəxs2 məxsus əşyaları Xaçmaz rayonu, Mürsəliqışlaq kəndində yerləşən Şahid1 məxsus fərdi yaşayış evindən oğurlamasını bilavasitə hadisə yerinə çıxmaqla göstərsin. Təqsirləndirilən şəxs1 bu təkliflə razılaşmış və birlikdə hadisə yerinə gedilmişdir. Təqsirləndirilən şəxs1 rayon polis şöbəsindən çıxdıqdan sonra sola dönüb Xaçmaz rayonu, Mürsəliqışlaq kəndi istiqamətində hərəkət etməyi bildirmiş, Mürsəliqışlaq kəndinə çatdıqdan sonra Təqsirləndirilən şəxs1 istiqamət verərək daş yolla Mürsəliqışlaq kəndində yerləşən Şahid1 məxsus fərdi yaşayış evinin qarşısına gətirmiş və həmin yerə çatanda orada dayanmağı bildirmişdir. Təqsirləndirilən şəxs1 müstəntiq və iştirakçılarla birlikdə avtomobildən düşüb həmin nənzili təqdim edərək bildirmişdir ki, 2022-ci ilin dekabr ayının ortalarında saat 02 adələrində həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin evin hasarından aşmaqla həyətə daxil olmuş, özü ilə gətirdiyi alətlə anbarın qapısının qıfılını sındırdıqdan sonra içəri daxil olmuşlar. Daha sonra Təqsirləndirilən şəxs1 anbarın içərisini təqdim edərək orada olan 4 ədəd ventilyator tipli soyutma sistemini, 4 ədəd dəmir sobanı və 20 ədəd plastik su qabını götürərək getdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin əşyaları aparandan sonra soyutma sistemlərini doğradıqlarını və hamısını aparıb metal qəbulu məntəqəsinə satdıqlarını bildirmişdir. Protokol Təqsirləndirilən şəxs1, müdafiəçi (Ş.Mütəllimov), zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs2) tərəfindən imzalanaraq təsdiq edilmişdir. İş materiallarında olan 29 aprel 2023-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 Xaçmaz RPŞ-də təklif olunmuşdur ki, Zərərçəkmiş şəxs2 məxsus əşyaları Xaçmaz rayonu, Mürsəliqışlaq kəndində yerləşən Şahid1 məxsus fərdi yaşayış evindən oğurlamasını bilavasitə hadisə yerinə çıxmaqla göstərsin. Təqsirləndirilən şəxs2 bu təkliflə razılaşmış və birlikdə hadisə yerinə gedilmişdir. Təqsirləndirilən şəxs2 rayon polis şöbəsindən çıxdıqdan sonra sola dönüb Xaçmaz rayonu, Mürsəliqışlaq kəndi istiqamətində hərəkət etməyi bildirmiş, Mürsəliqışlaq kəndinə çatdıqdan sonra Təqsirləndirilən şəxs2 istiqamət verərək daş yolla Mürsəliqışlaq kəndində yerləşən Şahid1 məxsus fərdi yaşayış evinin qarşısına gətirmiş və həmin yerə çatanda orada dayanmağı bildirmişdir. Təqsirləndirilən şəxs2 müstəntiq və iştirakçılarla birlikdə avtomobildən düşüb həmin nənzili təqdim edərək bildirmişdir ki, 2022-ci ilin dekabr ayının ortalarında saat 02 adələrində həmkəndlisi Təqsirləndirilən şəxs1la birlikdə həmin evin hasarından aşmaqla həyətə daxil olmuş, Təqsirləndirilən şəxs1 özü ilə gətirdiyi alətlə anbarın qapısının qıfılını sındırdıqdan sonra içəri daxil olmuşlar. Daha sonra Təqsirləndirilən şəxs2 anbarın içərisini təqdim edərək orada olan 4 ədəd ventilyator tipli soyutma sistemini, 4 ədəd dəmir sobanı və 20 ədəd plastik su qabını götürərək getdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin əşyaları aparandan sonra Təqsirləndirilən şəxs1 soyutma sistemlərini doğradığını və hamısını aparıb metal qəbulu məntəqəsinə satdıqlarını bildirmişdir. Protokol Təqsirləndirilən şəxs2, müdafiəçi (R.Novruzəliyev), zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs2) tərəfindən imzalanaraq təsdiq edilmişdir. İş materiallarında olan 29 yanvar 2023-cü il tarixli raportdan və həmin tarixli ərizədən müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Xaçmaz RPŞ-yə müraciət edərək xx.xx.2023-cü il tarixdə Xaçmaz rayonunun Qobuqıraq kəndində yerləşən evinin həyətindən 02 ədəd dəmir stolun, 01 ədəd dəmir çarpayının, çörək bişirmək üçün olan 01 ədəd dəmir xərəyin, 02 ədəd 4 metr uzunluğunda dəmir borunun, 02 ədəd dəmir çəlləyin və 05 ədəd armatur kəsiyinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı barədə məlumat verərək bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 19 yanvar 2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisə yeri Xaçmaz rayonunun Qobuqıraq kəndində Xaçmaz-Bakı yolunda quraşdırılmış “Qobuqıraq kəndi” lövhəsindən kəndin içərisinə doğru, yəni şimal istiqamətində 150 metr məsafədə yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış sahəsidir. Yaşayış sahəsinin ətrafı bir tərəfdən məftillə, bir tərəfi isə daşla hasara alınmışdır. Zərərçəkmiş şəxs1 həyətyanı sahəsini təqdim edərək əşyalarının oğurlandığı yerləri göstərmişdir. İş materiallarında olan 03 may 2023-cü il tarixli “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 ilə birlikdə avtomobilə əyləşdikdən sonra avtomobili Xaçmaz rayonu, Qobuqıraq kəndi istiqamətində idarə etməyi bildirmişdir. Avtomobillə Xaçmaz rayonu Qobuqıraq kəndinə çatan zaman o, qonşusu olduğu Zərərçəkmiş şəxs1 evinin qarşısına getmələrini bildirmişdir. Həmin evin qarşısına çatan zaman Təqsirləndirilən şəxs1 həmin evin həyətyanı sahəsindən 27 yanvar 2023-cü il tarixdə, saat 12 radələrində dəmir əşyaları oğruladığını bildirmişdir. O, həmin evin həyətyanı sahəsinə öz yaşadığı ev ilə aralarında olan hasarı aşmaqla daxil olduğunu bildirmişdir. O, həmin məftildən olan hasarı təqdim etmişdir. Bundan sonra o, dəmir əşyaları oğurladığı həmin evin həyətyanı sahəsini təqdim etdi. Beləliklə, o, ifadəsində qeyd etdiklərini əyani şəkildə göstərmişdir. İş materiallarında olan 15 iyun 2023-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən qabaqcadan razılaşmaqla törətdikləri oğurluq cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunmuş və onların barəsində Azərbaycan Respublikası CM-nin 177.3.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.4-cü və 157-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, Şahid2 və Şahid3 əməlində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkibi olmadığından onların barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanın müəyyən edilməsində onun ifadəsinə istinad edilərək ona vurulmuş ziyanın 1200 (min iki yüz) manat olması, Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanın müəyyən edilməsində onun ifadəsinə istinad edilərək ona vurulmuş ziyanın 1100 (min yüz) manat olması nəzərə alınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı ifadəsində Şahid1 evindən oğurluq etməməsi ilə bağlı bildirdiyi xüsusatlara, həmçinin Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı ifadəsində cinayət əməli törətməməsini bildirməsinə tənqidi yanaşaraq təqsirləndirilən şəxslərin həmin ifadələrini özlərini müdafiə xarakteri daşıyan ifadələr olması qənaətinə gəlir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı ifadələrində bildirdikləri xüsusatlar öz təsdiqini tapmamış, əksinə, iş materiallarında olan sənədlərlə, məhkəmə araşdırması zamanı təkzib olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs2 ifadəsində onun ibtidai istintaq zamanı müdafiəçisinin olmadığını bildirməsinə baxmayaraq, ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, ifadəsi yerində yoxlanılarkən müdafiəçisi də iştirak etmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə həmin Məcəllənin müvafiq olaraq 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndində izah edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Həmin Qərarın 11-ci bəndinə görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Qərarın 18-ci bəndinə görə, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq, Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə görə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 20-ci bəndinə görə, yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür; bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür; anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin Qərarın 22-ci bəndinə görə, şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair 23 aprel 2018-ci il tarixli Qərarına əsasən, oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, barələrində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə hazırkı iş üzrə təqsirləndirilən şəxslərə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X2 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş EMİS-dən çıxarışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağı var. (xx.xx.2012 və xx.xx.2016) İş materiallarında olan Xaçmaz rayon İHB-nın Hülövlü kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 ailəli olub boşanmışdır. O, natamam orta təhsillidir. Son illər spirtli içkiyə meyllidir. Onun barəsində kənd sakinləri tərəfindən Nümayəndəliyə şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X2 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 04 il müdətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2006-cı ildə cəzasının sonu ilə azad olunmuş; bundan başqa, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 306.1ci maddəsi ilə təqsirli bilinib 09 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş EMİS-dən çıxarışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 bir yetkinlik yaşına çatmayan uşağı var. (xx.xx.2009) İş materiallarında olan Xaçmaz rayon İHB-nın Hülövlü kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 ailəli olub boşanmışdır. O, natamam orta təhsillidir. Son illər spirtli içkiyə meyllidir. Onun barəsində kənd sakinləri tərəfindən Nümayəndəliyə şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş 24 yanvar 2024-cü il tarixli ərizədən, həmçinin Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməli ilə bağlı ona vurduğu maddi ziyanla bağlı heç bir məbləğ ödənilmədiyini, ziyanın ödənilməsini tələb etdiyini və Təqsirləndirilən şəxs1 qarşı şikayətçi olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş 24 yanvar 2024-cü il tarixli ərizədən, həmçinin Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməli ilə bağlı ona vurduqları maddi ziyanla bağlı heç bir məbləğ ödənilmədiyini, ziyanın ödənilməsini tələb etdiyini və təqsirləndirilən şəxslərə qarşı şikayətçi olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarında olan hökmün və amnistiya aktının tətbiq edilməsi barədə qərarın surətlərindən, tələbnamədən müəyyən edilir ki, təqsirləndirilən şəxs Atluxanov X6 Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 1(067)-74/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən üzrəində qəti olaraq 09 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinin 29 noyabr 2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndi tətbiq edilərək ona Xaçmaz Rayon Məhkəməsinin qeyd olunan hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından azad edilmişdir. «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 7-ci bəndinə əsasən, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, Təqsirləndirilən şəxs2 münasibətdə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halın olmamasını, eləcə də zərərçəkmiş şəxsə vurduğu ziyanla bağlı heç bir məbləğ ödəməməsi və zərərçəkmiş şəxsin ondan şikayətçi olması halını, həmçinin cinayət əməllərinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 18 fevral 2023-cü il tarixli protokoldan, Xaçmaz Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 4(067)-23/2023 saylı qərarından, xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin tutmadan azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında” qərardan və iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün müddət ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs2 oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla, Təqsirləndirilən şəxs1 münasibətdə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halı, həmçinin barəsində cəzanı ağırlaşdıran halın olmamasını, eləcə də zərərçəkmiş şəxslərə vurduğu ziyanla bağlı heç bir məbləğ ödəməməsi və zərərçəkmiş şəxslərin ondan şikayətçi olmaları halını, həmçinin cinayət əməllərinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 18 fevral 2023-cü il tarixli protokoldan, Xaçmaz Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 4(067)-24/2023 saylı qərarından, xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin tutmadan azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında” qərardan və iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Odur ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün müddət ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs1 oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və barəsində 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxslərin cinayət əməli nəticəsində vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları olması izah edilsin. Hökmün icrası Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına, Xaçmaz Rayon Polis Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-17/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-17/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver