Məhkəmə qərarları › İş №1(067)-17/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-17/2025

16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-17/2025 16.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi: Əliyeva Aynur Məhəmməd qızının sədrliyi Məhkəmə iclasının katibi: X12 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 Müdafiəçi: Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilənşəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1994-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2şayan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 21 noyabr 2023-cü il tarixdə, saat 13 radələrində qanuni əsaslarla idarə etdiyi «Hundai İ30» minik markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Xaçmaz rayonu, Qobuqırağı kəndi ərazisində, həmin kəndin tam orta məktəbindən cənubqərb istiqamətində 200 metr aralı məsafədə yerləşən kənd məscidinin qarşısına getmiş və həmin avtomobildə saxladığı zavod üsulu ilə istehsal edilmiş 20 kalibrli, patornluğunun uzunluğu 70 mm olan, «İJK» modelli, «P 77592» №-li, xarici çaxmaqlı təklülə yivsiz odlu ov tüfəngini götürüb patron yuvasına bir ədəd 16 kalibrli patron qoyduqdan sonra məscidə daxil olaraq, heç bir əsaslı səbəb olmadan ucadan nalayiq ifadələr işlətməklə özünün üstünlüyünü nümayiş etdirib kənar şəxslərin gözü qarşısında, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət-ənənə və qarşılıqlı davranış qaydalarına saymamazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək ov tüfənginin lüləsini ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən məscidin imamı Zərərçəkmiş şəxs istiqamətində tuşlamış, bundan sonra mətbəxə daxil olaraq hər birinin dəyəri 2 manat ümumi dəyəri 4 manat təşkil edən 2 ədəd boşqabları qəsdən yerə salıb sındırmaqla, ağırlaşdırıcı halda xuliqanlıq, yəni ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hərbi xidmətdə olduğu zaman xəsarət aldığı üçün psixoloji problemi yaranmışdır. Ona görə də hadisə barədə və həmçinin ibtidai istintaq zamanı hansı məzmunda ifadə verməsini, cinayət işi materiallarında imzaların ona məxsus olubolmamasını xatırlamadığını bildirmişdir. Hadisə barədə isə yaxınları ona məlumat vermişlər. Əvvəlcə şiə məzhəbinin namaz qıldığı məscidə getmiş, lakin orada yer olmadığından sünni məzhəbinin namaz qıldığı məscidə getmişdir. Məscidin imamı onun kəndçisidir. Eyni zamanda nə məscidin imamı ilə, nə də məsciddə olan digər şəxslərlə aralarında heç bir qərəz və ya düşmənçiliyi yoxdur.Həmin məsciddəki insanları yaxşı tanıyır, oradakı insanlarda onu yaxşı tanıyırlar.Həmin məscid sünni məzhəbinin namaz qıldığı məsciddir. Lakin o, şiə məzhəbinə uyğun ibadət edir. Hətta həyat yoldaşı sünni məzhəbindəndir. Hadisədən əvvəl məsciddə kimsə onun xətrinə dəyməmişdir. Ümumiyyətlə həmin məscidə əvvəllər getməmişdir. Məscidə gedərkən isə tək olmuşdur və üzərində apardığı silahın içərisində patron olmamışdır. Hadisə baş verməzdən biraz əvvəl o spirtli içki qəbul etməmişdir. Eyni zamanda ittihamda adı keçən Zaur adlı şəxsi tanımır. Həmçinin o, zərərçəkmiş şəxslə barışmışdır. Hadisənin predmeti olan tüfəng atasına məxsus olmuşdur, sənədinin olub-olmamasını isə xatırlamır. O, etdiyi əməlin düzgün olmadığınıvə əməlindən peşiman olduğunu bidirmiş,həmçinin himayəsində bir azyaşlı uşağı, xəstə anası və bacısının olduğunu, onlara özünün baxdığını cəza təyin edərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun mərhum atasından qalma bir ədəd təklülə ov tüfəngi vardı və o həmin tüfəngi evindən götürərək maşınının yük yerinə qoymuşdur. O, RPŞ-nin polis əməkdaşı Zaur adlı şəxslə dostluq etdiyi üçün rayon ərazisində baş vermiş oğurluq hadisələri ilə əlaqədar bir neçə dəfə Xaçmaz RPŞ-nin rəisinin qəbuluna getmək istədiyini ona demişdir. 21 noyabr 2023-cü il tarixdə səhər saatlarında RPŞ-nə gələrək Zaurla görüşüb və yenə də rəisin qəbuluna düşmək istədiyini Zaura bildirməyinə baxmayaraq bunun heç bir nəticəsi olmamışdır. 21 noyabr 2023-cü il tarixdə günorta saatlarında namaz qılmaq üçün Xaçmaz şəhəri, 20 yanvar küçəsindəki məscidinə getmişdir. Lakin orada yer olmadığına görə digər məscidə getmək qərarına gəlmişdir. Buna görə də həmin günü, yəni 21 noyabr 2023-cü il tarixdə saat 13 radələrində Xaçmaz rayonu, Qobuqırağı kəndində yerləşən məscidə getmişdir. O, yolda gedərkən qara rəngli və qara plyonkaları olan avtomobil onu izləmiş və o düşünmüşdür ki, polisə kömək etdiyi üçün həmin maşında olan şəxslər ondan qisas almaq istəyirlər. O, avtomobili kənd məscidinin yaxınlığında saxlayıb, şiə olduğuna görə kənd imamının və oradakı digər şəxslərin onu namaz qılmağına imkan verməyəcəklərini fikirləşərək ona görə də ov tüfəngini özü ilə götürmüşdür. Onda 4 ədəd patron olmuşdur. O həmin patronlardan 1 ədədini tüfəngin içinə, yəni patron yerinə qoymuş və digər 3 ədəd patronlar isə onda olmuşdur. Məscidin həyətinə daxil olduqda oradakı şəxslər və məscidin imamı qaçaraq məscidin əsas tikilisinə daxil olaraq qapını bağlamışlar. O həmin əsas tikiliyə yaxınlaşdıqda qapının bağlı olmasını görüb və qapıya təpik vuraraq oradakı şəxslərdən qapını açmalarını tələb etmişdir. Lakin oradakı şəxslər onu namaz qılmaq üçün içəri buraxmadıqlarına görə o, həyətdəki mətbəxə keçmiş və orada dəstamaz almaq istəmişdir. O, mətbəxdə tüfəngi yerə qoyaraq iki dəfə dəstamaz almağına baxmayaraq həmin məsciddəki şəxslər onu namaz qılmaq üçün məscidin içinə, yəni əsas tikiliyə buraxmamışlar. O həmin zaman mətbəxdə olan mətbəx masasına təsadüfən dəydiyi üçün orada olan boşqablar yerə düşərək sınmışlar. Bir neçə dəqiqə sonra Xaçmaz rayon PŞ-nin əməkdaşları məscidə gələrək onu RPŞ-nə apardıqdan sonra o orada mərhum atasından yadigar qalmış tüfəngini polis əməkdaşlarına təhvil vermişdir. Təqsirləndirilən şəxs ağırlaşdırıcı halda xuliqanlıq, yəni ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi barədə məhkəmə istintaqında verdiyi ifadəsi obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq olunduğundan məhkəmə qeyd edilən hissədə şahidlərin ifadələrini mötəbər və həqiqi sübut növü kimi qəbul edir və qiymətləndirir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək bildirmişdirki,o, sözügedən məscidin imamıdır və həmin məsciddə ondan başqa imam yoxdur. Belə ki, 2023-cü ilin noyabr ayında onlar bir neçə nəfərlə birlikdə günorta saatlarda namaz qılmağa hazırlaşdıqları zaman qapının önündə qara Hyundai markalı avtomobilin saxlandığını görmüşlər. Təqsirləndirilən şəxs məscidə tərəf gələrək məscidin giriş hissəsinin sol tərəfində olan imam otağına təpiklə vurmuşdur. Sonra sağ tərəfdə yerləşən yemək otağına daxil olmuş, daha sonra isə onlara tərəf hərəkət etdiyində məscidin giriş qapısında o, təqsirləndirilən şəxsi qarşılamışdır. Təqsirləndirilən şəxsin ona yaxınlaşdıqdan sonra əlində patronların və digər əlində olan gödəkçəsinin altında tüfəngin olmasını görmüşdür. Lakin təqsirləndirilən şəxs tüfəngi ona tərəf tutmasına baxmayaraq onları öldürəcəyi ilə hədələməmişdir. Təqsirləndirilən şəxs bir dəfə söyüş söymüş, o, təqsirləndirilən şəxsin halının özündə olmadığını görmüşdür. Təqsirləndirilən şəxslə qarşılıqlı söhbət etdiyində sonuncu ondan namaz qılması üçün möhür istəmiş, həmin vaxt o, təqsirləndirilən şəxsə möhürün yerini göstərərək möhürü vermişdir. Lakin təqsirləndirilən şəxs məsciddə namaz qılmayaraq mətbəxə doğru getmişdir. Həmçinin o, ibtidai istintaq zamanı da işi aparan müstəntiqə möhürlərin yerini və möhürlərin orada olmasını göstərmişdir. Daha sonra onlar təqsirləndirilən şəxsə silahı aşağı salmasını və sakitləşməsini bildirmişlər. Təqsirləndirilən şəxs dəstəmaz alma otağına tərəf hərəkət etmiş, lakin həmin otağa daxil olmadan mətbəx otağına daxil olmuşdur. Mətbəx otağına daxil olduqdan sonra qapını baqlayaraq oradakı stolu aşırtmış və stolun üzərində olan külqabı yerə düşərək sınmışdır. Onlar həmin vaxtı polis əməkdaşlarına zəng edərək hadisə barədə məlumat vermişlər. Həmçinin hadisə vaxtı təqsirləndirilən şəxs onlara İmam Mehdinin gələcəyini və onları cəzalandıracağını bildirmişdir. Təqsirləndirilən şəxs əvvəllər onların olduğu məsciddə heç vaxt olmamışdır. Daha sonra o, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsinə hadisə barədə məlumat vermişdir. O, sınan boşqabların məscidə məxsus olduğunu, həmçinin təqsirləndirilən şəxsin barəsində şikayətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid6 Bahadur oğlu ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi Xaçmaz rayon sakini kimi tanımış, amma şəxsi tanışlıqları olmamışdır. Həmin müddət ərzində təqsirləndirilən şəxsin barəsində pis insan olması haqqında eşitməmişdir. Məsciddə baş vermiş hadisə barədə heç nə görməmişdir. Çünki həmin vaxt o, məscidin içərisində olmuş, təqsirləndirilən şəxsi isə qapıda məscidin imamı qarşılamışdır. Həmin vaxt təqsirləndirilən şəxs nalayiq ifadələr işlədərək Mehdinin gəlib onları öldürəcəyi ifadələrini eşitmiş, lakin əlində silah olduğunu görməmişdir. Daha sonra polis əməkdaşları gələrək onları məsciddən çıxardaraq lazımı tədbirlər görmüşlər. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki,onlar məscidin içərisində namaz qılmağa hazırlaşarkən məscidin imamı kiminsə əli silahlı gələrək ayaqyoluna daxil olduğunu onlara demişdir. Həmin vaxt o da, təqsirləndirilən şəxsin gəldiyini görmüşdür. Daha sonra təqsirləndirilən şəxs qapıya təpik vuraraq namaz qılması üçün möhür istəmişdir. Məscidin imamı təqsirləndirilən şəxsə möhürü verəcəyini demişdir. O, təqsirləndirilən şəxsin əlində tüfəngin olduğunu görmüş, lakin məscidin imamına tüfəngi tuşladığını görməmişdir. Daha sonra təqsirləndirilən şəxs mətbəxə daxil olmuş və orada qabları sındırmışdır. Təqsirləndirilən şəxs hədə-qorxu mənasında, yəni onları öldürəcəyi barədə və eyni zamanda məscidin imamına qarşı nalayiq ifadələr işlətmişdir. Məscidin imamı polisə zəng edərək hadisə barədə məlumat verdikdən sonra polis əməkdaşları oraya gələrək təqsirləndirilən şəxsi məsciddən aparmışlar. Həmçinin hadisə vaxtı təqsirləndirilən şəxs məscidə tək gəlmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərdi ki, xidmətdə olduqları zaman Xaçmaz RPŞ-nin növbətçi hissəsindən həmin məscidə silahlı şəxsin daxil olması barədə məlumat daxil olmuşdur. Onlar həmin ünvana yaxınlaşdıqlarında təqsirləndirilən şəxsin otaqda, şəxlərin isə məscidin içərisində olduqlarını görmüşlər. Təqsirləndirilən şəxs otaqda əlində silahla duraraq əvvəl 10-15 dəqiqə ərzində tabesizlik göstərmiş, onlara doğru yaxınlaşmış və silahı onlara doğru tuşlayaraq vuracağını bildirmişdir. Təqsirləndirilən şəxs namaz qılmaq istədiyini dedikdə onlar silahı kənara qoyaraq namaz qılmasını təklif etmişlər. Lakin təqsirləndirilən şəxs namazı qıldıqdan sonra silahı təhvil verəcəyini onlara demişdir. Onlar təqsirləndirilən şəxsi zərərsizləşdirdikləri zaman stolun üstündəki qablar düşərək sınmışdır. Həmçinin hadisə vaxtı təqsirləndirilən şəxs tək olmuşdur və ov tüfənginin içərisində patron olmşdur. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, onlar 5-6 nəfər olmaqla günorta vaxtı məsciddə namaza qılmağa yığışdıqları vaxt çöldən səs-küy gəldiyindən məscidin imamı çölə çıxmışdır. Bu vaxtı təqsirləndirilən şəxs qapıya təpik vuraraq namaz qılması üçün möhür istəmişdir. Həmin vaxt onlar məscidin içərisində olmuşlar Daha sonra məscidin imamı qapıda təqsirləndirilən şəxslə söhbət etmişdir. Qapı açıq olduğundan onlar təqsirləndirilən şəxsin əlindəki silahı imama doğru tuşladığının, nalayiq ifadələr işlətdiyinin və əlində iki ədəd patronun olduğunun şahidi olmuşlar. Məscidin imamı onlara çölə çıxmamaqlarını deyərək qapını kilidləmiş və təqsirləndirilən şəxsə səbirli olmasını və möhürü verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs nalayiq ifadələr işlədərək əlindəki silahla birlikdə dəstəmaz otağına daxil olduqdan sonra qayıdaraq Mehdinin gələcəyini, onları qıracağını deyərək yenidən nalayiq ifadələr işlətmiş və sonra mətbəxə daxil olmuşdur. Daha sonra polis əməkdaşları gələrək onları məscidin çölə çıxartmışlar. Həmçinin hadisə vaxtı təqsirləndirilən şəxs tək olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid1 da eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsinvə şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan (cild 01, vərəq 01) müəyyən edilir ki, Azərbaycan Respublikası CMnin 221.1 və 134-cü maddələri ilə fakta görə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. Zərərçəkmiş şəxs həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2023-cü il tarixli “Raport”dan (cild 01, vərəq 04) müəyyən edilir ki, 21 noyabr 2023-cü il tarixdə, saat 13:25-də Xaçmaz şəhəri 61-ci yaşayış massivində yaşayan Xaçmaz rayonu, Qobuqrağı kən məscidinin imamı işləyən Zərərçəkmiş şəxs mobil telefonla Xaçmaz RPŞ-nin İTB-nin sahənin polis nəfəri, polis serjantı Şahid4 zəng edərək bir nəfər şəxsin ov tüfəngi ilə Xaçmaz rayonu, Qobuqrağı kənd məscidinə daxil olaraq hayküy saldığını bildirmişdir. - xx.xx.2023-cü il tarixli “Raport”dan (cild 01, vərəq 05) müəyyən edilir ki, 21 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs məlmatına əsasən Xaçmaz RPŞ-nin İTB-nin sahəsinin polis nəfəri, polis serjantı Şahid4 RPŞ-nin İTB-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid5 ilə birlikdə Xaçmaz rayonu, Qobuqrağı kənd məscidinə gedərək bir nəfər şəxsin Qobuqrağı kənd məscidinə əlində ov tüfəngi olmasını görərək onu tüfənglə birlikdə Xaçmaz RPŞ-nə dəvət etmişlər. RPŞ-də həmin şəxsin ünvan 1-də yaşayan xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olması onlara məlum olmuşdur. - xx.xx.2023-cü il tarixli “Əşyaya baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkildən (cild 01, vərəq 14-16) müəyyən edilir ki, Xaçmaz RPŞnin İB-nin baş müstəntiqi, polis mayoru X18 tərəfindən Xaçmaz RPŞ-nin İTB-nin sahənin polis nəfəri, polis serjantı Şahid4 və RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid5 iştirakları ilə HK-1/3827 saylı materialın icrası ilə əlaqədar Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi 01 ədəd təklülə ov tüfənginə və patronlara özünün razılığı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “İJ” markalı, 16 kalibrli, 77592 nömrəli təklülə ov tüfəngidir. Həmin ov tüfəngi təklülədir, remeni vardır. Ov tüfənginin qundağ hissəsinə taxta materialdan hazırlanmışdır və taxtanın dəmir ilə arasına boz rəngli izolent sarınmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs ov tüfənginin içindən, yəni patron yuvasından 01 ədəd dolu patronu çıxardaraq könüllü olaraq təqdim edərək həmin patronu ov tüfənginin içinə qoyaraq xx.xx.2023-cü il tarixdə Xaçmaz rayonu, Qobuqrağı kənd məscidinə daxil olmasını bildirmişdir. Bundan başqa o, üzərində olan daha 03 ədəd dolu patronu könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs ümumilikdə 04 ədəd içləri dolu patronlar və 01 ədəd təklülə ov tüfəngi onun özünün razılığı ilə təqdim etdiyi üçün həmin əşyalar ondan götürülmüşdür. - xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkildən (cild 01, vərəq 19-22) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru X18 tərəfindən HK-1/3827 saylı material üzrə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid5, hal şahidləri X4, X5 və Zərərçəkmiş şəxs iştirakı ilə imam işlədiyi Xaçmaz rayonu, Qobuqrağı kəndində yerləşən məscidə özünün razılığı ilə baxış keçirilmişdir. - “Şübhəli şəxsin tutulması haqqında” protokoldan (cild 01, vərəq 33) müəyyən edilir ki, Təqsirləndirilən şəxs 21 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - xx.xx.2023-cü il tarixli “Əməliyyat tapşırığı”ndan (cild 01, vərəq 40) və “Əməliyyat tapşırığına cavab”dan (cild 01, vərəq 45) müəyən edilir ki, tərəflərindən keçirilmiş bir sıra əməliyyat-axtarış tədbirlərinə baxmayaraq Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs izləndiyi qara rəngli avtomobilin müəyyən edilməsi, eləcə də sözügedən həmin cinayət hadisəsi barədə hər hansı məlumatı olan şəxslərin müəyyən edilməsi istiqamətində hər hansı bir müsbət nəticə əldə olunmamışdır. - xx.xx.2023-cü il tarixli “Əməlin tövsif edilməsi haqqında” qərardan (cild 01, vərəq 46) müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 221.1 və 134-cü maddələrindən həmin Məcəllənin 221.2.2 və 134-cü maddələrinə tövsif edilmiş və həmin maddələrlə ona ittiham elan edilməsi həll edilmişdir. Azərbaycan Respublikası CM-nin 221.2.2 və 134-cü maddələrinə tövsif edilmiş ********* nömrəli cinayət işinin ibtidai istintaqı həmin maddə ilə davam etdirilmişdir. - xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəq 47) müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 221.2.2 və 134-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - Xaçmaz Rayon Məhkəməsinin 4(067)-150/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından müəyyən edilir ki, Azərbaycan Respublikası CM-nin 221.2.2 və 134-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 21 noyabr 2023-cü il tarixdən, saat 20:50dən başlayaraq 01 ay, yəni 21 dekabr 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. - xx.xx.2013-cü il tarixli SQ BKH X7 258 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən (cild 01, vərəq 82) müəyyən olunur ki, Təqsirləndirilən şəxs müalyim dərəcədə ifadə olunmuş uzun müddətli dissosiativkonversion pozuntu, somnambulizm əlamətləri ilə xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Eyni zamanda sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. - Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamələrdən (cild 01, vərəq 98) müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. - “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən daxil olmuş 29 noyabr 2023-cü il tarixli məktubdan (cild 01, vərəq 99) görünür ki, X9 xx.xx.2014-cü il tarixdən “Mülayim dərəcədə ifadə olunmuş dissosiativkonveksion pozuntu.” diaqnozu ilə “Xaçmaz RMX” PHŞ-də həkim-psixiatrın qeydiyyatındadır. - “Nikah haqqında şəhadətnamə”nin surətindən (cil 01, vərəq 83) və Xaçmaz RİHBnın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş “Arayış”dan (cild 01, vərəq 101) müəyyən edilir ki, Təqsirləndirilən şəxs X11 ilə rəsmi nikahlarından 2018-ci il təvəllüdlü X6 adında bir azyaşlı övladı vardır. - Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş “İctimai xasiyyətnamə”dən (cild 01, vərəq 102) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, H.Bağırovküçəsi, 58 ünvanda yaşadığı müddət ərzində ailə üzvləri və qonşuları ilə yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Yaşadığı müddət ərzində çalışmışdır ki, qohum-qonşuları ondan narazı qalmasınlar. Onun barəsində Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. - Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Xaçmaz RPŞ-yə ünvanladığı xx.xx.2023-cü il tarixli “Ərizə”dən (cild 01, vərəq 114) müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Qobuqraq məscidində olarkən ona qarşı xuliqanlıq etmiş və ölümlə hədələmişdir. Hal-hazırda onunla onlar barışmışlar və heç bir şikayəti və tələbi yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" xx.xx.2023-cü il tarixli, 3424 saylı rəyindən (cild 01, vərəq 117) müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək, törətdiyi əməl dövründə anlaqlı olub-olmamasını müəyyənləşdirmək çətinlik törətdiyindən daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. - Xaçmaz Rayon Məhkəməsinin 5(067)-297/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından (cild 01, vərəq 127) müəyyən edilir ki, Azərbaycan Respublikası CM-nin 134 və 221.2.2-ci maddələri ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs 01 (bir) ay müddətinə, yəni 20 yanvar 2024-cü il tarixədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 şöbəsinə yerləşdirilmişdir. - Xaçmaz Rayon Məhkəməsinin 5(067)-297/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına (cild 01, vərəq 127) əsasən Azərbaycan Respublikası CM-nin 134 və 221.2.2-ci maddələri ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs 01 (bir) ay müddətinə, yəni 20 yanvar 2024-cü il tarixədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 şöbəsinə yerləşdirilmişdirilməsi qeyd edilsə də, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 05 saylı rəyindən müəyyən edilir ki, kompleks stasionar məhkəmə psixitarik və psixoloji ekspertiza faktiki olaraq xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə, yəni 15 gün müddətində keçirilmişdir. - Xaçmaz Rayon Məhkəməsinin 1(067)-93/2024 nömrəli, xx.xx.2024-cü il tarixli xx.xx.2024-cü il tarixli “Əlavə ekspertizanın keçirilməsi barədə” qərarına (cild 01, vərəq 240-246) əsasında “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin tərəfindən verilmiş xx.xx.2024-cü tarixli, 148 saylı rəydən müəyyən edilir ki, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə, yəni 7 gün müddətində əlavə kompleks stasionar məhkəmə psixitarik və psixoloji ekspertiza keçirilmişdir. - xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında” qərardan və “İltizam”dan (cild 01, vərəq 133-134) müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - xx.xx.2023-cü il tarixli “Raport”dan (cild 01, vərəq 135) müəyyən edilir ki, Təqsirləndirilən şəxs adına qeydiyyatda mülki ov silahının olmadığı müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2023-cü il tarixli, 3-16-16/2-3/1995; 3/2136 nömrəli ekspert rəyindən (cild 01, vərəq 138) müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində 01 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş 20 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “ИЖК” modelli, “P 77592” №-li, xarici çaxmaqlı, təklüləli tüfəngdir – yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 04 (dörd) ədəd patron zavod üsulu ilə hazırlanmış, 16 kalibrli olmaqla, həmin kalibrə malik hamar lüləli (yivsiz) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, atəşə yararlıdır. Tədqiqata təqdim edilmiş silahdan sonuncu təmizləmədən sonra atəş (atəşlər) açılmışdır. Müvafiq elmi metodika olmadığından atəşin vaxtını müəyyən etmək mümkün olmamışdır. - xx.xx.2024-cü il tarixli “Əşyanın maddi sübut kimi hesab edilməsi haqqında” qərardan (cild 01,vərəq 141) və xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan (cild 01, vərəq 161) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus maddi sübut hesab edilmiş 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş 20 kalibrli, «ИЖК» modelli, «Р 77597» №-li, xarici çaxmaqlı təklülə yivsiz odlu ov tüfəngi, 04 (dörd) ədəd patronlar saxlanılması üçün Xaçmaz RPŞ-nin Növbətçi hissəsinin silah otağına və 02 (iki) ədəd sınmış boşqab qırıntıları isə saxlanması üçün Xaçmaz RPŞ-nin maddi-sübutlar otağına təhvil verilmişdir. - xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” qərardan (cild 01, vərəq 149) müəyyən edilir ki, Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən Xaçmaz RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 221.2.2 və 134-cü maddələri ilə istintaq olunan ********* №-li cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay müddətinə, 05 ayadək, yəni – 21 fevral 2024-cü il tarixdən 21 aprel 2024-cü il tarixədək uzadılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" xx.xx.2024-cü il tarixli, 05 saylı rəyindən (cild 01, vərəq 152) müəyyən edilir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «ÜZVİ DİSSOSİATİV POZUNTU» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.5) müəyyən edilir. Bunu cinayət işi materiallanndakı tibbi sənədlər, toplanmış ifadələr, anamnestik məlumatlar (kiçik yaşlarından onda gecələr yuxuda danışmalar, gəzmələr müşahidə olunması, hərbi xidmətə başladıqdan bir qədər sonra - 10 dekabr 2013-cü il tarixdə Silahlı Qüvvələrin Baş X8 Profilli Hospitalının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərək ona «Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli dissosiativkonversion pozuntu, somnambulizm əlamətləri ilə» diaqnozu qoyulmaqla «Xəstəliklər cədvəlinin» 17 «b» maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim eksperti: haqqında Əsasnamə»yə qoşma) əsasən «sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır» hesab edilməsi, hərbi xidmətdən tərxis olunduqdan sonra da fərdi qaydada psixiatra, nevroloqa müraciət etdiyini, psixiatrik tibb müəssisələrində müalicə aldığını bildirməsi, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında xx.xx.2014-cü il tarixdən «Mülayim dərəcədə ifadə olunmuş dissosiativ-konversion pozuntu» diaqnozu ilə həkim-psixiatrın qeydiyyatında olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində sorğu-sual davam etdirildikcə suallara ləngiyərək və daha qısa cavablar vermesi, fikrini cəmləyə bilib sualı dinləməkdə bir qədər çətinlik çəkməsi, təfəkkürünün torpid xarakter daşıması, mülahizə və mühakimələrində bir qədər qəribəliklərin olması, bədən səthinə təmas edən qıcıqlara qarşı həssas olması, yaddaşının bir qədər zəifləməsi, diqqətinin tez yayınması, müayinə əsnasında tez yorulması və s.) sübut edir. Məhbəmə psixoloji ekspertizası üzrə motivləşdirici hissə. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosseslərinin tədqiqi zamanı diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), təfəkkürünün torpid olması, anlayışların dərk edilməsinin nisbətən zəif çıxış etməsi, qavrama və dərketmə prosesində lənglik, fərdi-psixi xüsusiyyətlərində şübhəlilik, qıcığa qarşı həssaslıq, ola biləcək nəticələri proqnozlaşdırmadan davranmaq, neqativ amillərə və stressə qarşı dözümsüzlük, hərəkət və davranışı üzərində iradi nəzarətin çatışmazlığı və s. aşkar olunur. - xx.xx.2024-cü il tarixli “Zərər çəkmiş şəxslə barışmaqla bağlı böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs barəsində cinayət təqibinə xitam verilməsi haqqında” qərardan (cild 01, vərəq 159) müəyyən edilir ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdırmaqla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmişdir. Cinayət işi üzrə ibtidai istintaq Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə davam etdirilmişdir. - xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan (cild 01, vərəq 167) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin221.2.2-ci və 134-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilərək və əlavələr edilərək o, həmin Məcəllənin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yeni məzmunda yenidən ittiham elan olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “Əlavə ekspertizanın keçirilməsi barədə” təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatətindən və Xaçmaz Rayon Məhkəməsinin 1(067)-93/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardan (cild 01, vərəq 240-246) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə məsuliyyətə cəledilməsinə dair 1(067)-93/2024 nömrəli cinayət işi üzrə əlavə kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizası təyin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" xx.xx.2024-cü il tarixli, 148 saylı rəyindən müəyyən edilir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «ÜZVİ DİSSOSİATİV POZUNTU» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.5) müəyyən edilir. Bunu cinayət işi materiallarındakı tibbi sənədlər, toplanmış ifadələr, anamnestik məlumatlar (kiçik yaşlarından onda gecələr yuxuda danışmalar, gəzmələr müşahidə olunması, hərbi xidmətə başladıqdan bir qədər sonra - 10 dekabr 2013-cü il tarixdə Silahlı Qüvvələrin Baş X8 Profilli Hospitalının hərbi- həkim komissiyası tərəfindən şəhadətləndirilərək ona «Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli dissosiativ-konversion pozuntu, somnambulizm əlamətləri ilə» diaqnozu qoyulmaqla «Xəstəliklər cədvəlinin» 17 «b» maddəsinin İİ qrafasına və ƏTC- yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»yə qoşma) əsasən «sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır» hesab edilməsi, hərbi xidmətdən tərxis olunduqdan sonra da fərdi qaydada psixiatra, nevroloqa müraciət etdiyini, psixiatrik tibb müəssisələrində müalicə aldığını bildinnəsi, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında xx.xx.2014-cü il tarixdən «Mülayim dərəcədə ifadə olunmuş dissosiativkonversion pozuntu» diaqnozu ilə həkim-psixiatrın qeydiyyatında olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində təfəkkürünün torpid xarakter daşıması, mülahizə və mühakimələrində bir qədər qəhbəlikləhn olması, bədən səthinə təmas edən qıcıqlara qarşı həssas olması, yaddaşının bir qədər zəifləməsi, diqqətinin tez yayınması, müayinə əsnasında tez yomlması və s.) sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan əməli barəsində anlaqlı hesab edilməlidir. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs düçar olduğu üzvi dissosiativ pozuntu nəticəsində cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs hesab olunmalıdır. Məhkəmə psixoloji ekspertizası üzrə motivləşdirici hissə. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosseslərinin tədqiqi zamanı təfəkkürünün ləngliyi, ilişkənliyi, diqqətinin diqqətinin tez yayınıb, gec mərkəzdiyi, ixtiyari yaddaşının normadan aşağı olduğu müəyyən edildi. Şəxsi keyfiyyətlərində qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik, neqativ amillərə qarşı dözümsüzlük, şübhəlilik və s. müəyyən edilir. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ağırlaşdırıcı halda xuliqanlıq, yəni ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsiinn 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın xüsusiyyəti onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət qeyd edilən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.1 və 351.2-ci maddələrinə əsasən ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır: Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamələrdən (cild 01, vərəq 98) müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Nikah haqqında şəhadətnamə”nin surətindən (cil 01, vərəq 83) və Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş “Arayış”dan (cild 01, vərəq 101) müəyyən edilir ki, Təqsirləndirilən şəxs X11 ilə rəsmi nikahlarından 2018-ci il təvəllüdlü X6 adında bir azyaşlı övladı vardır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş “İctimai xasiyyətnamə”dən (cild 01, vərəq 102) müəyyən edilir ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yaşadığı müddət ərzində ailə üzvləri və qonşuları ilə yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Yaşadığı müddət ərzində çalışmışdır ki, qohum-qonşuları ondan narazı qalmasınlar. Onun barəsində Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Xaçmaz RPŞ-yəünvanladığı xx.xx.2023-cü il tarixli “Ərizə”dən (cild 01, vərəq 114) müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Qobuqraq məscidində olarkən ona qarşı xuliqanlıq etmiş və ölümlə hədələmişdir. Hal-hazırda onunla onlar barışmışlar və heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı övladının olması barəsində Azərbaycan Respublikası CM-nin59.1.4-cü maddəsinə əsasən, eləcə də “cinayəti anlaqlığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi” Azərbaycan Respublikası CM-nin 59.1.9-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-cimaddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilibedilmədiyinimüəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidi. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzansını yüngülləşdirən hallar olan bir azyaşlı övladının olmasını, əməlindən səmimi peşman olmasını, məhkumluğunun və barəsində cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən cinayət əməlinin törədilməsi hallarını və zərərçəkmiş şəxsin şikayətinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növünün aşağı həddində cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2.3-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində 21 noyabr 2023-cü il tarixdən 21 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) ay müddət, habelə12 yanvar 2024-cü il tarixdən 26 yanvar 2024-cü il tarixlədək və 13 avqust 2024-cü il tarixdən 19 avqust 2024cü il tarixədək stasionar ekspertizanın keçirilməsi ilə əlaqədartibb müəssisəsində saxlanıldığı ümumilikdə 22 (iyirimi iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Bununla da Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 16 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o dərhal məhkəmə iclas zalından həbsə alınmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1-ci maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Bu mənada iş cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş kustar üsulla hazırlanmış biz formasında hazırlanmış 01 (bir) ədəd «ИЖК» modelli, «Р 775692» №-li təklülə yivsiz tüfəng, 04 (dörd) ədəd 16 kalibrli patronlar məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə maddi sübut olan və Xaçmaz RPŞ-nin Növbətçi hissəsinin silah otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd «ИЖК» modelli, «Р 775692» №-li təklülə yivsiz tüfəng, 04 (dörd) ədəd 16 kalibrli patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli və məsciddə sınmış 02 ədəd boşqab qırıntıları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə, CPM-in 197-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə məhkəmə xərci kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Cinayət işi üzrəkeçirilmişekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356-cı və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutularaq həbsdə olduğu 01 (bir) ay müddət, habelə stasionar ekspertizanın keçirilməsi ilə əlaqədar tibb müəssisəsində saxlanıldığı 15 (on beş) gün və 7 (yeddi) gün müddət, ümumilikdə 01 (bir) ay 22 (iyirmi iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 08 (səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 yanvar 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə iclas zalından həbs edilsin (hökmün bu hissə də icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun). İş üzrə maddi sübut olan və Xaçmaz RPŞ-nin Növbətçi hissəsinin silah otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd «ИЖК» modelli, «Р 775692» №-li təklülə yivsiz tüfəng, 04 (dörd) ədəd 16 kalibrli patronlar məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilsin hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin və məsciddə sınmış 02 ədəd boşqab qırıntıları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar