Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-170/2023 18.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər – X1 və X5 iştirakı ilə X1 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X4 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonunun Maqsudkənd kəndində yaşayan X3 və X7 ailələri ilə birlikdə onunla qonşuluqda yaşayırlar. Təxminən 3-4 il olar ki, onların münüsibətləri yaxşı deyildir. Buna da səbəb Fəttahov Teyfur olmuşdur. O, kənddə suvarma işlərinə baxır, belə ki, mövsüm vaxtı kənd sakinlərini növbəlilik qaydasında su ilə təmin edir. Bir neçə il qabaq o, Teyfura irad bildirmişdir ki, Teyfurun zəbt torpaq sahəsindən su kanalı keçir. Həmin kanalı o təmizlətdiyinə görə onunla mübahisə etmiş və ondan incimişdir. Ancaq digər ailə üzvləri, o cümlədən oğlu Elşənlə münasibətləri yaxşı olmuşdur. Əvvəllər də Teyfur kənddə söz-söhbət çıxarmışdır ki, guya o, onun gəlini ilə (Elşənin həyat yoldaşı) ilə görüşür, buna görə də evlərində münaqişə olub və ailə üzvləri Teyfuru evdən qovmuşlar, buna görə də sonuncu Xudat şəhərindəki evinə gedərək orada yaşamışdır. 22 may 2023-cü il tarixdə Teyfurun gəlni evdən çıxıb gedəndən sonra Teyfur və oğlu X11 ərizə yazaraq, guya bu işdə onun əlinin olmasını, onun gəlini Ülkərlə görüşdüyünü və s. təhqiredici, böhtan xarakterli məlumatları yazmış və izahat da yazaraq onu günahlandırmışdır ki, guya gəlini məktub yazıb, günahların onda olmasını göstərib. Buna görə də o, X10 çağırılmış və əsassız olaraq bir gün müddətində Polis şöbəsində də saxlanılmışdır. Cavabdehlər, ondan həqiqətə uyğun olmayan, yalan və uydurma, şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, onu nüfuzdan salan təhqir və böhtan xarakterli məlumat vermişdir. Bütün bunları onu ailəsi, kənd sakinləri və başqaları da bilirlər. Bu hadisədən sonra bir neçə gün əsəb gərginliyi keçirmiş, təzyiqi qalxmış, dava-dərman qəbul etmişdir. Onun ailəsi dağılmaq təhlükəsi qarşısındadır. Hesab edir ki, bu hərəkətlərinə görə X7 və atası X3 barələrində Azərbaycan Respublikası CM-nin 147.1-ci və 148-ci maddələri ilə ittiham hökmü çıxarılması üçün əsasdır. Göstərilənlərə əsasən, onu xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, onun barəsində böhtan xarakterli yalan məlumatlar yaymış X5 və atası X1 Azərbaycan Respublikası CM-nin 147.1-ci və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi və cazalandırılması barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayəti müdafiə edərək şikayətin icraata qəbul edilməsini və məhkəmə baxışının keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsinə və məhkəmə baxışına təyin edilməsinə etirazlarının olmadıqlarını bildirmişlər. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək hesab edir ki, şikayətin məzmunu qanunvericiliyin tələblərinə tam cavab vermədiyindən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki xüsusi ittiham qaydasında şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə, hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə görə: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı şikayətdə qanunvericiliyin yuxarıda göstərilən tələblərinə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən riayət olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.3-cü maddəsinə görə, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1— 293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə də baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə görə, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə görə, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi və hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarında qeyd olunur ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Cinayət-Prosessual Məcəlləsinin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə riayət edilməmişdir. Belə ki, şikayətdə X3 və X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulan əməlləri törətmələrinin hansı mötəbər sübutlarla təsdiq edilməsi, hansı kütləvi çıxışda, KİV-də törədilməsi göstərilməmiş, məhkəməyə belə sübutlar təqdim edilməmişdir. Odur ki, xüsusi ittiham qaydasında şikayətin məzmunu qanunvericiliyin tələblərinə tam cavab vermədiyindən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: X1 və X5 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-170/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-170/2023
18.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver