Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-170/2025 18.03.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Ağazadə Nərmin Calal qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1990-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq qəsdən əldə etdiyi xeyli miqdarda psixotrop maddə metamfetamini üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 04 may 2025-ci il tarixdə saat 18:40-18.55 müddətində ünvan 2 ünvanının yaxınlığında yaxalanıb üstünün yoxlanılması zamanı əynindəki qırmızı rəngli gödəkcənin sol yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,442 qram olan psixotrop maddə metamfetamin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2014-cü ildə dava etdiyi zaman qaz açarı ilə havanın qaranlıq vaxtında arxadan baş nahiyəsinə vurulmuş və arabir başında ağrılar olduğu üçün psixotrop maddədən istifadə etmişdir. Bundan sonra o, psixotrop maddədən bir müddət istifadə etmədikdən sonra arabir yenidən istifadə etməyə başlamışdır. Hazırkı psixotrop maddəni isə tapmışdır. Daha sonra əməliyyat müvəkkilləri tərəfindən saxlanılmış və üzərindən psixotrop maddə aşkar edilmişdir. Polis şöbəsində saxlanıldığı zaman isə ona hər hansı təzyiq göstərilməmişdir. O, narkotik vasitəni karusellər adlanan ərazidən tapmış və etdiyi əmələ görə özünü təqsirli bilmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində Xaçmaz rayon Polis Şöbəsinə üzərində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatından sonra Təqsirləndirilən şəxs Xaçmaz şəhəri ərazisində hərəkətdə olmasını müəyyənləşdirmişlər. Onlar İmrana yaxınlaşaraq qanunsuz olaraq psixotrop maddəni üzərində daşıdığına görə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində daşıdığı sellofan bükümdə olan 01 ədəd psixotrop maddə metamfetamini könüllü olaraq təqdim etmişdir. Həmin psixtrop maddə çəkisi ölçülərək tərkibinin və miqdarının müəyyən edilməsi üçün ekspertizaya təqdim edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid X17 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 Rasim oğlu ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərində psixotrop maddəni əldə etməsi və saxlaması barədə Xaçmaz RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 dəqiq və qərəzsiz məlumat daxil olduğundan bu səbəbdən də onun üzərinə baxış keçirmək haqqında qərar qəbul etmişdir. Buna görə də 04 may 2025-ci il tarixdə, saat 18:40-da Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və Xaçmaz RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında saxlamışlar. O və digər polis əməkdaşları özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra sonuncuya üzərində psixotrop maddə və yaxud hər hansısa bir qanunsuz əşya olub-olmamasını sonuncudan soruşduq. Daha sonra isə Təqsirləndirilən şəxs özünü təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik tərkibli maddə olduğunu bildirmiş və əynindəki qırmızı rəngli gödəkcənin sol yan cibindən 01 ədəd sellofan büküm çıxardaraq Şahid1 təqdim etmişdir. Həmin bükümün ondan nə olduğu soruşulanda Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki kütlənin "patı”, yəni psixotrop maddə metamfetamin olduğunu və həmin bükümü H.Z.Tağıyev küçəsindən tapdığını və şəxsi istifadə məqsədilə üzərində rəzdirdiyini bildirdi. Həmin bükümə baxış keçirən zaman içərisində ağ rəngli kristalşəkilli maddə olduğunu görünmüşdür. Bundan əlavə Şahid1 tərəfindən həmin büküm elektron tərəzidə çəkilən zaman çəkisinin 0,50 qram olması müəyyən edilmişdir. Daha sonra sə Şahid1 tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah olunmuş və bu barədə bildiriş ona təqdim edilmişdir. Ardınca isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri imzalanmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs üzərinə keçirilən yoxlanış zamanı sonuncunun əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Nokia” markalı, sağ yan cibindən isə 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilmiş, ancaq iş üçün əhəmiyyət kəsb etmədiyinə görə həmin mobil telefonlar Təqsirləndirilən şəxs özünə qaytarılmış və bununla da baxış yekunlaşmışdır. Bütün bu proses onun tərəfindən videogörüntüyə alınmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs RPŞ-yə dəvət etmişlər. RPŞ-də olan zaman üzərindən aşkar edilmiş bükümün içərisində olduğu zərfi və tutulan zaman videogörüntülərin olduğu 1 ədəd “DVD” formatlı diski təhqiqatçıya təqdim etmişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs və onların iştirakları ilə təqdim etdikləri zərfə baxış keçirilmiş, bundan əlavə Təqsirləndirilən şəxs yaxalanması zamanı qeydə alınan videogörüntülərin olduğu diskə də baxış keçirilmişdir. Ardınca isə Təqsirləndirilən şəxs hüquqları izah olunmaqla sonuncu müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan, audio-video diskdən və “Əməliyyat–axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında protokol”dan (cild 01, vərəq 09-14) müəyyən edilir ki, Təqsirləndirilən şəxs əynində qara rəngli ayaqqabı, göy rəngli cins şalvar, boz rəngli köynək, qırmızı rəngli gödəkcə və göy rəngli papaq vardır. Xaçmaz RPŞ-nin NMQnın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Əmirsultan oğlu və digər polis əməkdaşları özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra sonuncuya üzərində narkotik vasitə və yaxud hər hansısa bir qanunsuz əşya olub-olmamasını soruşmuşlar. Daha sonra Seyidməmmədov özünü təqdim edir. Əməliyyat müvəkkili tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və yaxud hər hansısa bir qanunsuz əşya olub-olmaması soruşuldu. Təqsirləndirilən şəxs üzərində narkotik tərkibli maddə olduğunu bildirdi və əynindəki qırmızı rəngli gödəkçənin sol yan cibindən 01 ədəd sellofan büküm çıxardaraq ona təqdim etdi. Həmin bükümün ondan nə olduğu soruşulanda Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki kütlənin “patı”, yəni psixotrop maddə metamfetamin olduğunu və həmin bükümü H.Z.Tağıyev küçəsindən tapdığını və şəxsi istifadə məqsədilə üzərində gəzdirdiyini bildirdi. Həmin bükümə baxış keçirən zaman içərisində ağ rəngli kristalşəkilli maddə olduğunu göründü. Bundan əlavə tərəfindən həmin büküm elektron tərəzidə çəkilən zaman çəkisinin 0,50 qram olması müəyyən edildi. Daha sonra isə tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah olundu və bu barədə ona bildiriş təqdim edildi. Ardınca isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm ağ rəngli zərfə qoyularaq qablaşdırıldı, möhürləndi və üzəri imzalandı. Daha sonra isə İmran Seyidmmədovun üzərinə keçirilən yoxlanış zamanı sonuncunun əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Nokia” markalı, sağ yan cibindən isə 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilir, ardınca isə həmin mobil telefonlar əhəmiyyət kəsb etmədiyinə görə şəxsin özünə qaytarılır və bununla da baxış yekunlaşmışdır. Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının görüntüləri Xaçmaz Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alındı və görüntülərin köçürüldüyü 01 ədəd disk protokola əlavə edilmişdir. - “Şübhəli şəxsin tutulması haqqında” protokoldan (cild 01, vərəq 28) müəyyən edilir ki, Təqsirləndirilən şəxs 04 may 2025-ci il tarixdə, saat 21:05-də tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsinin 05 may 2025-ci il tarixli, 20/274 nömrəli ekspert rəyindən (cild 01, vərəq 37-39) müəyyən edilir ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə metamfetaminə bənzər kütlə..” sözlər və imzalar olan kağız paketdəki, eyni sözlər yazılmış digər kağız paketdə 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,442 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamindən tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq çəkisi 0,392 qram qalmışdır. - xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəq 51) müəyyən edilir ki, Xaçmaz Rayon Polis X12 baş müstəntiqi X19 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. - xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsin tutulmadan azad edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” qərardan və “İltizam”dan (cild 01, vərəq 62-64) müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - xx.xx.2025-ci il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və xx.xx.2025-ci il tarixli “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan (cild 01, vərəq 69, 166-171) müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,442 qram çəkidə psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut hesab edilmiş, həmin psixotrop maddə metamfetaminin ekspert tədqiqatından sonra qalıq qalmış 0,392 qramı saxlanılması üçün Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərinə keçirilmiş yoxlanış zamanı video çəkilişdən istifadə olunmuş və qeyd olunan video görüntülər 01 (bir) ədəd (DVD) formatlı disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. - Xaçmaz Rayon Məhkəməsinin 5(067)-112/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından (cild 01, vərəq 75) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 “Əməliyyat tədbirlərinin keçirilməsi barədə” 04 may 2025-ci il tarixli qərarı qanuni hesab edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X6 İdarəsinin tərtib etdiyi tələbnamədən (səh 81), Quba Rayon Məhkəməsinin 1(027)-99/2020 nömrəli, xx.xx.2020-ci il tarixli hökmündən (səh 103-108), Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-168/2021 nömrəli, xx.xx.2021-ci il tarixli (səh 95-101) və Xaçmaz Rayon Məhkəməsinin 7(067)-12/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarlarından (səh 90-92) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 il 05 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş və xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs 3 saylı İstintaq təcridxanasından azad olunmuşdur. xx.xx.2022-ci il tarixdə isə Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.5-ci bəndi tətbiq olunmaqla sonuncu cəzadan azad olunmuşdur. Tələbnamədən, Quba Rayon Məhkəməsinin hökmündən, Sumqayıt Apellyasiya Məhkəməsinin və Xaçmaz Rayon Məhkəməsinin qərarlarına əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. - xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” qərardan (cild 01, vərəq 109) müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və olduğu yer müəyyən olunduqda o, tutularaq 48 saat ərzində saxlanması üçün Xaçmaz RPŞ-nin MSY-ə təhvil verilməsi qərara alınmışdır. - xx.xx.2025-ci il tarixli “Raport”dan və “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan (cild 01, vərəq 115-116) müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdən 780136 nömrəli axtarış işi üzrə axtarış elan olunmuş Təqsirləndirilən şəxs keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 30 iyul 2025-ci il tarixdə, saat 23:00 radələrində Xaçmaz şəhəri, Səid Qurbanov küçəsində saxlanılaraq Xaçmaz RPŞ-nin MSY-ə təhvil verilmişdir. - Xaçmaz Rayon Məhkəməsinin 4(067)-120/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından (cild 01, vərəq 125-131) müəyyən edilir ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 30 iyul 2025-ci il tarixdən, saat 23:05-dən hesablanmaqla 01 ay 02 gün həddində, yəni 01 sentyabr 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. - Xaçmaz Rayon Məhkəməsinin 4(067)-136/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından (cild 01, vərəq 150-152) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müəddətinin 02 ay, yəni 01 sentyabr 2025-ci il tarixdən 01 noyabr 2025-ci il tarixədək uzadılmışdır. - xx.xx.2025-ci il tarixli “Elektron daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan (cild 01, vərəq 119) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin baş müstəntiqi, polis baş leytenantı X19 tərəfindən Təqsirləndirilən şəxs üzərinə 04 may 2025-ci il tarixdə yoxlanış keçirilərkən qeydə alınmış video görüntülər bir ədəd “DVD” formatlı diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. Həmin diskə tərəfindən 01 avqust 2025-ci il tarixdə Xaçmaz RPŞ-nin inzibati binasında baxış keçirilərkən İmran Seyidməmməovun üzərinə yoxlanış keçirilməsinin və üzərindən 1 ədəd bükümdə psixotrop maddə metamfetaminin aşkar edilməsinin görüntüləri öz əksini tapmışdır. Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Mərkəzi PHŞ-nin Ambulator X9 tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 4835 nömrəli ekspert rəyindən (cild 01, vərəq 156) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. - Xaçmaz RİHB-nin Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş “İctimai xasiyyətnamə”dən (cild 01, vərəq 163) müəyyən edilir ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşadığı müddət ərzində ailə üzvləri və qonşuları ilə normal münasibətdə olmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİ Siyahı), psixotrop maddə olan metamfetaminin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisi 0,442 qram yəni xeyli miqdarda olmuşdur. Qeyd olunan siyahılara əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 16-cı bəndində izah edilir ki, satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama və daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif etmiş, bununla belə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, həmin Qərarın 5.1-ci bəndinə görə məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). İş materiallarına əlavə olunmuş “Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 adında uşaqları vardır. İş materiallarına əlavə edilmiş Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1738/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2013-cü il tarixdə bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 anaları X1 yanında (himayəsində) qalmışlar. Həmçinin xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün 200 manat sabit məbləğdə aliment alınaraq X2 verilməsi qət edilmişdir. Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən təqdim olunaraq iş materiallarına əlavə olunmuş xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1738/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbkar aliment borcu ilə bağlı müraciət etmədiyi üçün Şöbə tərəfindən borclu Təqsirləndirilən şəxs heç bir inzibati məsuliyyət cəlb edilməmişdir. Həmçinin ödəniş çekinin surətindən görünür ki, borclu tərəfindən tələbkar X1 bank hesabına 800 manat məbləğində aliment köçürülmüşdür. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 6-cı hissəsinə əsasən, “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir. Bundan başqa, Təqsirləndirilən şəxs törətdiyi cinayət həmin Qərarın 7-ci hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər sırasına aid deyildir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilmiş, barəsində 19 dekabr 2025-ci il tarixli Amnistiya Qərarının tətbiq edilməsini xahiş etmiş, eyni zamanda, müdafiəçisi Təqsirləndirilən şəxs barəsində qeyd olunan amnistiya qərarının tətbiq edilməsinə etirazının olmadığını bildirmişdir və müvafiq ərizəni məhkəməyə təqdim etmişlər. Bununla da müəyyən edilir ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinin təsiri altına düşməklə, o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 0,392 qram qalığı qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 63 (altmış üç) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X11, Kod 210005, VÖEN**********, AZ41NABZ013601**********3944, SFİFTBİKCTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 43.3, 132 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1ci bəndləri tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 0,392 qram qalığı qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 63 (altmış üç) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X11, Kod 210005, VÖEN**********, AZ41NABZ013601**********3944, SFİFTBİKCTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın, maddi ziyanın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Qərardan elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Nərmin Ağazadə
Məhkəmə qərarları › İş №1(067)-170/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-170/2025
18.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver