Məhkəmə qərarları › İş №1(067)-172/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-172/2023

02.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-172/2023 02.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X14 vəkili-nümayəndəsi Müdafiəçi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Fərzəliyev Cəlal Seyfəddin oğlunun iştirakı ilə Fərzəliyev Cəlal Seyfəddin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X51 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: X51 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək Fərzəliyev Cəlal Seyfəddin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 06 iyul 2022-ci il tarixdən 5 saylı X40 Mərkəzinə direktor vəzifəsinə təyin olunmuşdur. Həmin tarixdən etibarən tutduğu vəzifəni layiqincə icra edir, ona göstərilən etimadı doğrultmaq yolunda Azərbaycan Respublikasına xidmət edir. “7Times.az” saytının redaktoru Cəlal Fərzəliyev məqsədli şəkildə həqiqəti əks etdirməyən, şantaj xarakterli, əsassız, Mərkəzin iş fəaliyyətinə xələl gətirmək məqsədilə video süjetlər hazırlayaraq vətəndaşlar arasında təbliğat aparır. Belə ki, onun bu kimi qanunsuz əməlləri barədə xx.xx.2023-cü il tarixli, 3-14-27-06/2-106/2023 nömrəli məktubla Quba rayon Polis Şöbəsinə, xx.xx.2023-cü il tarixli, 3-14-27-06/2-156/2023 nömrəli məktubla Quba rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. Cəlal Fərzəliyev tərəfindən 24 mart 2023-cü il tarixdə çəkilib paylaşılan “Quba rayonunda meşələrin qırılması" adı altında video süjetlə bağlı 28 mart 2023-cü il tarixdə Quba rayon İcra Hakimiyyətinin başçısı və rayonun hüquq mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə Quba rayonunun Xaroşa kənd camaatı ilə görüş keçirilmiş, həmin görüş zamanı Cəlal Fərzəliyevin paylaşdığı məlumatlar öz təsdiqini tapmamışdır. Cəlal Fərzəliyev “7Times” youtube kanalında 31 mart 2023-cü il tarixdə paylaşdığı video süjetdə “Elvin Baxışovun adı işdə olub özü işdə olmayan və dövlət büdcəsindən boş-boşuna əmək haqqı alan qardaşı Emin Baxışov, bibisioğlu Vahid Ərzumanov, yaxın ailə üzvü olan Pərvanə Kazımova, X15, X76, X52, X53, X54, X77, X16, X34, X35, X17, X78, X18, X55, X56, X3, X57 və iqtisadçı Nüşabə Əliyeva olduğunu qeyd etmişdir. Eləcə də 06 avqust 2023-cü il tarixdə rəhbərlik etdiyi “7Times” xəbər agentliyinin internet portalında “Maaş kartlarını şəxsən Elvin adlı şəxsin əli ilə nazir Muxtar Babayev mənimsəyir” başlıqlı məlumat yayılmışdır. Bu məlumatda həmin agentliyin təsisçisi və baş redaktoru cavabdeh Cəlal Fərzəliyev onun rəhbəri olduğu Mərkəz barədə əsassız, yalan, həqiqətə uyğun olmayan dəqiqləşdirilməmiş məlumatlar yaymış və təşkilatın işgüzar nüfuzuna xələl gətirmişdir. Həmin məlumatda qeyd olunmuşdur ki, Elvin adlı şəxs qeyri-qanuni aylıq pulları yığaraq Ekologiya naziri Muxtar Babayevlə açot-uçot aparır. Başqa bir məsələ isə onun təqdim etdiyi meşə təsərrüfatının siyahısında olan şəxslərin 60 faizdən çoxu “ölü can”lardır. Yəni adları gedir, özləri isə işə getmirlər. Bu yetməzmiş kimi Elvin adlı xırda məmur doğma qardaşını, bibisi oğlanlarını həmin müəssisənin bir hissəsi edib. Onlara ayrılan pulları və maaş kartları şəxsən bir başa Elvin adlı şəxsin əli ilə nazir Muxtar Babayev mənimsəyir. Bu mənimsəmə faktından əlavə yetməzmiş kimi Quba rayonunda ağaclara qətliam həyata keçirilir. Adı ştatda olub, lakin özü işdə olmayan şəxslərin siyahısı: X21 gözətçi, X130 Meşəbəyi, X95 Meşəbəyi, X96 meşəbəyi, X131 baş mütəxxəsiz, X79 meşəbəyi, X41 mühəndis ekologiya üzrə, X61 mühəndis ekologiya üzrə, X7 idarə qulluqçusu fail sistemi, X36 baş mütəxxəsis, X1 mühəndis ekologiya üzrə, X29 mütəxəssiz ətraf mühit, X132 mühəndis ekologiya üzrə, X42 Hüquqşünas, X63 meşəbəyi, X19 fəhlə, X145 fəhlə, X86 fəhlə, X97 meşə gözətçisi, X149 kəsib düzəldən meşəçilik, X43 meşə gözətçisi, X133 meşə gözətçisi, X37 meşə gözətçi, X113 meşə göz, X124 fəhlə, X98 fəhlə, X108 meşə göz, X99 fəhlə, X146 fəhlə, X82 fəhlə, X58 fəhlə, X110 fəhlə, X26 fəhlə, X147 fəhlə, X87 fəhlə, X135 fəhlə, X101 fəhlə, X22 fəhlə, X136 fəhlə, X151 fəhlə, X137 meş göz, X114 meş göz, X138 meşə göz, X161! meş göz, X152 meş göz, X139 meş göz, X44 meş göz, X23 meş göz, X140 meş göz, X45 meş göz, X64 meş göz, X88 meş göz, X89 meş göz, X153 meş göz, X115 meş göz, X46 meş göz, X65 meş göz, X9 meş göz, Haciağayev Samiddin Qubaşah meş göz, X24 meş göz, X30 meş göz, X90 meş göz, X66 meş göz, X67 meş göz, X68 meş göz, X116 meş göz, X117 meş göz, X91 meş göz, X154 meş göz, X31 meş göz, X102 meş göz, X10 meş göz, X11 rneş göz, X155 meş göz, X103 fəhlə, X12 meş göz, X5 meş göz, X118 fəhlə, X104 meş göz, X160 meş göz, X25 meş göz, X105 meş göz, X69 meş göz, X119 fəhlə, X156 meş göz, X92 meş göz, X106 meş göz, X70 meş göz, X47 meş göz, X32 meş göz, X71 meş göz, X72 meş göz, X48 meş göz, X38 meş göz, X141 meş göz, X93 meş göz, X73 meş göz, HeydƏfOV AZ9Ö Arif İTİQŞ QÖ2, AbCJUİldyQV Taleh İntiqam meş göz, X157 xadimə, X27 gözətçi bina, X158 meş göz, X94 meş göz, X4 fəhlə, X121 fəhlə, X2 fəhlə, X74 meç göz, X49 fəhlə, X142 meş göz, X33 meş göz, X6 fəhlə, X50 meş göz, X143 meş göz, X122 mühəndis, X144 meşəbəyi. Bundan başqa Cəlal Fərzəliyev “7Times” youtube kanalında 28 fevral 2023-cü il tarixdə “Qubada meşələri belə məhv edirlər” başlığı altında paylaşdığı video süjetdə böhtan xarakterli, həqiqəti əks etdirməyən məlumatlar paylaşaraq Quba rayonunda diametri 100 mm-dən çox ağacların qanunsuz kəsilərək emal müəssisələrinə daşındığı, meşələrin məhv edilməsinin Meşəmühafizə Müəssisəsinin rəhbər şəxsləri tərəfindən həyata keçirilməsi qeyd olunur. Cəlal Fərzəliyevin qeyd olunan paylaşımları ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq və insan resursları şöbəsində aparılmış ətraflı araşdırma zamanı “7Times.az” xəbər agentliyində paylaşılan məlumatlar öz təsdiqini tapmamışdır. Belə ki, Cəlal Fərzəliyevin paylaşdığı məlumatda adları işçi kimi qeyd olunanlardan X59 xx.xx.2023-cü il tarixdə rəhmətə getmiş, X60 xx.xx.2022-ci il tarixdə, X27 xx.xx.2023-cü il tarixdə, X8 xx.xx.2023cü il tarixdə, Hacıağayev Samiddin Qubaşa oğlu xx.xx.2023-cü il tarixdə, X77 xx.xx.2023cü il tarixdə, X80 xx.xx.2023-cü il tarixdə, X28 xx.xx.2023-cü İİ tarixdə, X39 14.11.202-ci il tarixdə tutduqları vəzifədən azad olunaraq əmək müqavilələrinə xitam verilmişdir. 5 saylı X40 Mərkəzində əməkdaşların adları ştat cədvəli ilə eynidir, bütün işçilərin əmək haqqı kartları işə başladıqları tarixdən özlərində olmuşdur. Mərkəzin xidməti ərazilərində baş vermiş meşə qanunvericiliyinin pozulması faktı ilə bağlı X159 dəymiş ziyanın ödətdirilməsi və barələrində tədbir görülməsi üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilmişdir. Cəlal Fərzəliyevin ona böhtan atmağına səbəb onun istəklərini yerinə yetirməməsi olmuşdur. Belə ki, Cəlal Fərzəliyevin arvadı Kamilla (Manafova) Fərzəliyevə bir müddət həmin Mərkəzdə fəhlə işləmişdir. Bununla əlaqədar X75 gələrək həyat yoldaşının adının işdə saxlanılmasını və işə gəlmədən ona əmək haqqı tələbatının ödənilməsi məqsədilə onların maarifləndirilməsi üçün Rayon İcra Hakimiyyətinə, İnzibatiərazi dairələrinin nümayəndəliklərinə, Rayon Prokurorluğuna, Rayon Polis Şöbəsinə və Dövlət Təhlükəsizlik Xidmətinə rəsmi məktublar ünvanlanmışdır. Mətnlərin məzmunundan göründüyü kimi Fərzəliyev Cəlal Seyfəddin oğlu sosial şəbəkədə həqiqətə uyğun olmayan, qərəz və yalanlardan ibarət, böhtan xarakterli, uydurma, şəxsiyyətin şərəf və ləyaqətini ləkələyən və onu ictimaiyyət qarşısında nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsi olan sosial şəbəkələrdə yayaraq onu ağır cinayətdə ittiham edərək ona böhtan atmışdır. Fərzəliyev Cəlal Seyfəddin oğlu tərəfindən qeyd olunan əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən məsuliyyətə səbəb olduğundan və onun bu qanuna zidd cinayət əməlləri hələ də davam etdiyi üçün o, C.Fərzəliyevin cinayət məsuliyyətinə cəlb edilməsi üçün Xüsusi İttiham qaydasında məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Fərzəliyev Cəlal Seyfəddin oğlu ona böhtan atmaqda, şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələməkdə və onu cinayətkar, həmçinin cəmiyyətə yararsız biri olaraq ictimaiyyətə tanıtmaqdadır. Fərzəliyev Cəlal Seyfəddin oğlu kütləvi informasiya vasitəsi hesab olunan “YouTube” video paylaşım və sosial media platforması vasitəsi ilə yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları yaymaqla onu ağır cinayətdə ittiham etməklə ona böhtan atmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərədə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilənlərə əsasən, Fərzəliyev Cəlal Seyfəddin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və ən ağır cəza ilə cəzalandırılması barədə hökm verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin vəkilinümayəndəsi şikayəti müdafiə edərək şikayətin icraata qəbul edilməsini və məhkəmə baxışının keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməməsini və məhkəmə baxışına təyin edilməməsini xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək hesab edir ki, şikayətin məzmunu qanunvericiliyin tələblərinə tam cavab vermədiyindən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki hazırkı xüsusi ittiham qaydasında şikayət Xaçmaz Rayon Məhkəməsinə ünvanlansa da, şikayətdə Quba Rayon Məhkəməsinə ünvanlandığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə görə: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı şikayətdə şikayətin Quba Rayon Məhkəməsinə ünvanlanması göstərilsə də, hazırda qeyd olunan şikayət Xaçmaz Rayon Məhkəməsinə verilmişdir. (yer, məhkəmə) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.3-cü maddəsinə görə, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1— 293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə də baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə görə, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə görə, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi və hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarında qeyd olunur ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Cinayət-Prosessual Məcəlləsinin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələbinə riayət edilməmişdir. Odur ki, xüsusi ittiham qaydasında şikayətin məzmunu qanunvericiliyin tələblərinə tam cavab vermədiyindən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Fərzəliyev Cəlal Seyfəddin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X51 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar