Məhkəmə qərarları › İş №1(067)-172/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-172/2025

26.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-172/2025 26.01.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, 21 avqust 2005-ci ildə Xaçmaz rayonu, Xaspoladoba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Xaçmaz rayonu Xaspoladoba kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 23 aprel 2025-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz şəhəri, Hüseyn Sultanov (keçmiş Fəhlə) küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısına gələrək həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra hasarın üzərindən aşıb həyətə keçərək evin pəncərəsinin üzərində olan toru çıxarıb pəncərəyə fiziki təsir göstərib açmaqla evə qanunsuz daxil olaraq oradan 400 manat dəyərində olan 01 ədəd 585 əyarlı qızıl boyunbağı, 300 manat dəyərində olan 01 ədəd qol saatı, 01 ədədinin dəyəri 32 manat 50 qəpik olan 65 manat dəyərində 1 cüt bijuteriya sırğasını və dəyəri 70 manat olan 01 ədəd sulu qəlyanı qanunsuz götürüb apararaq Zərərçəkmiş şəxs1 835 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrar eyni niyyətlə 27 aprel 2025-ci il tarixdə saat 20 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin qarşısına gələrək evdə heç kəsin olmadığına əmin olduqdan sonra hasarın üzərindən aşıb həyətə keçərək evin plastik materialdan olan pəncərəsinə fiziki təsir göstərib açmaqla evə qanunsuz daxil olub oradan hər birinin dəyəri 350 manat olan 700 manat dəyərində 585 əyarlı 1 cüt qızıl sırğanı və 100 manat nağd pul vəsaitini qanunsuz götürüb apararaq Zərərçəkmiş şəxs2 800 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, o, maddi vəziyyəti pis olduğundan oğurluq etmək fikrinə düşmüşdür. 23 aprel 2025-ci il tarixdə saat 22 radələrində Xaçmaz şəhəri, Hüseyn Sultanov (keçmiş Fəhlə) küçəsi ilə piyada tək hərəkət edən zaman adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 məxsus birmərtəbəli evin işığının sönlü olmasını görmüş və başa düşmüşdür ki, evdə heç kəs yoxdur. Buna görə də, oradan oğurluq etmək fikrinə düşmüşdür. O, ətrafa nəzər yetirdikdən sonra ətrafda heçkimin olmadığını görmüş və həmin evin mişar daşı ilə əhatə olunmuş hasarının üzərindən aşaraq evin pəncərəsinə yaxınlaşmış və pəncərənin setka torunun çərçivəsindən tutaraq çıxardıb yerə qoymuşdur. Bundan sonra plastik materialdarv iclan pəncərəsini əli ilə bir neçə dəfə vuraraq açmış və içəriyə daxil olmuşdur. Evdə iki otağa daxil olmuş və oradan bir ədəd qol saatı, bir ədəd qızıl sep, iki ədəd bujuteriya sırğa, bir ədəd sulu qəlyanı götürərək evdən çıxmışdır. O, həmin əşyalardan sulu qəlyanı Xaçmaz şəhəri mərkəzi bazarında tanımadığı şəxsə 30 manata satmışdır. xx.xx.2025-ci il tarixdə o, həmin evdən oğurladığı bir ədəd qol saatı və bir ədəd qızıl sepi özülə Bakı şəhərinə apararaq orada “Moskva” ünivermağında tanımadığı şəxsə qızıl sepi 160 manata, bir ədəd qol saatını isə Bakı şəhəri Tarqovu adlanan yerdə tanımadığı şəxsə 15 manata satmışdır. Bundan sonra o, əldə etdiyi həmin 205 manatın 120 manatını borcuna, qalan pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra o, xx.xx.2025-ci il tarixdə Bakı şəhərindən yaşadığı Xaçmaz rayonu Xaspolad-oba kəndinə qayıtmışdır. Bir neçə gün sonra pula ehtiyacı yaranması ilə əlaqədar yenidən oğurluq etmək fikrinə düşmüşdür. Bu məqsədlə xx.xx.2025- ci il tarixdə saat 20 radələrində Xaçmaz şəhəri Tomris küçəsi ilə piyada hərəkət edən zaman tanımadığı adının sonradan bildiyi Zərərçəkmiş şəxs2 məxsus birmərtəbəli evin işıqlarının sönlü olduğunu görmüşdür və başa düşmüş ki, evdə heç kəs yoxdur. Bundan sonra ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra o, mişar daşı ilə hörülmüş hasarın üzərindən aşaraq evin həyətinə daxil olmuşdur, həyətdən dəmir parçası götürərək, pəncərəni açıb içəri daxil olmuş otaqda olan şkafın içərisinə baxmış və orada olan geyim əşyalarının içərisində 100 manat pul və şakafın içərinsdə olan qutudan iki ədəd (1 cüt) qızıl sırğanı götürərək evin pəncərəsindən həyətə düşmüşdür. Bundan sonra o, hasardan aşaraq ordan uzaqlaşmışdır. O, həmin 100 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Götürdüyü iki ədəd qızıl sırğanı isə bujiteriyaya oxşatdığı üçün yerini xatırlamadığı zibil qabının içərisinə atmışdır. Hər iki oğurluq hadisəsini tək törətmiş, ona heç kim kömək etməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan ifadənin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsi hər bir epizod üzrə yerində yoxlanılmış, o, ifadəsində bildirdiyi hallan əyani olaraq göstərərək qeyd etdiklərini bir daha təsdiq etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Xaçmaz şəhəri Hüseyn Sultanov (keçmiş Fəhlə) küçəsində yerləşən evdə yaşayır. Ev birmərtəbəlidir. Həmin ünvanda ailəsilə birlikdə yaşayır. xx.xx.2025-ci il tarixdə saat təxminən 19 radələrində evdə heç kim olmamımışdır. O, ailəsilə birlikdə saat təxminən 23 raddələrində evə qayıdan zaman evin yataq otağının pəncərəsinin açıq olduğunu görmüşdür. Onlar evdən çıxan zaman pəncərəni bağlamışlar. O, ailəsilə ilə birlikdə evə daxil olmuş və evdəki yataq otağındakı şkafların açıq olduğunu və paltarların ətrafa dağınıq şəkildə atıldığını görmüşdür. Evin digər otağına daxil olduqda oradada əşyaların dağınıq şəkildə olmasım görmüşlər. O, yataq otağındakı şkafa baxdıqda isə orada olan dəyəri 400 manat olan 3 qram olan 585 əyarlı 01 ədəd qızıl boyunbağının oğurlandığım, 01 cüt dəyəri 65 manat olan bijuteriya sırğalarının, digər yataq otağına baxdıqda isə özünə məxsus 01 ədəd “Casio Edifice” markalı 300 manat dəyərində qol saatının və evin dəhlizindən isə 01 ədəd 70 manat dəyərində sulu qəlyanın oğurlandığım aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 835 manat maddi ziyan dəymişdir. Oğurluq zamanı, oğurlanmış əşyalardan başqa heç bir maddi ziyan vurulmamışdır. X2 əlavə olaraq ifadəsində bildirmişdir ki, AQM/İ-186- 1316/2025 nömrəli xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi ilə razı deyil, ona vurulmuş ziyanın ifadəsinə istinad edilərək 835 manat olmasını nəzərə alaraq hesablanmasını bildirmişdir. Hazırda ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə həbslə əlaqədar olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Bununla bağlı notarial qaydada təsdiq edilmiş ərizəsini də məhkəməyə təqdim etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında yerləşən evdə yaşayı. Ev birmərtəbəlidir. Həmin ünvanda o və anası yaşayır. xx.xx.2025- ci il tarixdə saat təxminən 18 radələrindən sonra evdə olmamışlar. O, xx.xx.2025- ci il tarixdə saat 22:45 radələrində yaşadığı ünvan 3 ünvanına gələn zaman evin qonaq otağının pəncərəsinin açıq olduğunu görmüşdür. O, həmin vaxt pəncərənin açıq olması ilə bağlı anasına sual verdikdə ansı, pəncərənin açıq olub-olmamasından xəbərinin olmadığını bildirmişdir. O, anası ilə birlikdə evə daxil olmuş və evdəki yataq otağındakı şkafların açıq olduğunu və paltarların ətrafa dağınıq şəkildə atıldığını görmüşdür. O, paltarın cibinə baxarkən ora qoyduğu 100 manat nağd pulun yerində olmadığını aşakr etmişdir. Bundan sonra digər şkafa baxdıqda isə orada olan 1 cüt dəyəri dəyəri 700 manat olan 585 əyarlı qızıl sırğaların oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 800 manat maddi-ziyan dəymişdir. Oğurluq zamanı, oğurlanmış əşyalardan başqa ona heç bir maddi ziyan vurulmamışdır. Əlavə olaraq qeyd etmişdir ki, AQM/İ-186- 1316/2025 nömrəli 11,06.2025-ci il tarixli mütəxəssis rəyi ilə razı deyil, ona vurulmuş ziyanın ifadəsinə istinad edilərək ziyanın 800 manat olmasını nəzərə alaraq hesablanmasını bildirmişdir. Hazırda ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə həbslə əlaqədar olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Bununla bağlı notarial qaydada təsdiq edilmiş ərizəsini də məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz RPŞ-nin TB-nin təqhqiqatçısı, polis leytenantı Elvin Əliyev tərəfindən hadisə yerinə keçirilmiş xx.xx.2025-ci il tarixli baxış protokolundan görünür ki, hadisə yeri Xaçmaz şəhəri Hüseyn Sultanov (keçmiş Fəhlə) küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evidir. Yaşayış evinin həyətinə giriş qapısı dəmir metaldandı, evin giriş qapısı taxta qapıdan daxil olduqda üzbəüzdə yataq otağı yerləşir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 19:00 dan saat 22:00 kimi olan müddət ərzində evdə heç kim olmamışdır, saat 22-də yaşadığı ünvana qayıtdıqda naməlum şəxs və ya şəxslərin oğurluq etdiklərini aşkar etmişdir. Baxışda iştirak edən baş inspektorkriminalist Fariz Muradov tərəfindən hadisə yerindən 4 ədəd əl-barmaq izləri qablaşdırılıb möhürlənərək götürülmüşdür. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz RPŞ-nin TB-nin təqhqiqatçısı, polis baş leytenantı Nurlan Qurbanov tərəfindən hadisə yerinə keçirilmiş xx.xx.2025-ci il tarixli baxış protokolundan görünür ki, hadisə yeri ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evidir. Yaşayış evi bir mərtəbədən, 03 otaqdan ibarətdir. Naməlum şəxs və ya şəxslər evin həyatinə hasardan daxil olmuşlar və evin arxa pəncərəsindən içəri daxil olmuşdur və 100 manat pul və 1 cüt qızıl sırğa götürüb aparmışlar. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-13-11/2-5348/2025 nömrəli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə Xaçmaz şəhəri Hüseyn Sultanov (keçmiş Fəhlə) küçəsində yaşayan Zərərçəkmiş şəxs1 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2025-ci il tarixdə KTİ-yə daxil olunmuşdur. Tədqiqata təqdim edilmiş əl barmaq izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədi (ADİS-in məlumat bankına Xaçmaz RPŞ-dən hərbi çağırışçı qismində daxil olan) xx.xx.2005-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük və sol əlinin ovcunun əksi (pəncərənin torunun çərçivəsindən götürülmüş izlər) ilə eynilik müəyyən etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan qərardan görünür ki, hadisə yerindən götürülmüş, Təqsirləndirilən şəxs məxsus (sağ əlinin böyük və sol əlinin ovcunun əksi- pəncərənin torunun çərçivəsindən götürülmüş izlər),əl barmaq izləri iş üzrə xx.xx.2025-ci il tarixli sübutlar qərarı ilə maddi sübut kimi tanınmış və (Azərbaycan Respublikası DİN- nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-13-11/2- 5348/2025)qablaşdırılıb möhürlənmiş bir ədəd zərfdə iş materiallarında saxlanılır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, 01 may 2025-ci il tarixdə isə o, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə ittiham elan olunmuşdur. Xaçmaz Rayon Məhkəməsinin hakimi Samir Bayramovun 01 may 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə, yəni xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Xaçmaz Rayon Məhkəməsinin hakimi Samir Bayramovun xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilimiş həbs qətimkan tədbiri xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. xx.xx.2025- ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 23 aprel 2025-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz şəhəri, Hüseyn Sultanov (keçmiş Fəhlə) küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısına gələrək həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra hasarın üzərindən aşıb həyətə keçərək evin pəncərəsinin üzərində olan toru çıxarıb pəncərəyə fiziki təsir göstərib açmaqla evə qanunsuz daxil olaraq oradan 400 manat dəyərində olan 01 ədəd 585 əyarlı qızıl boyunbağı, 300 manat dəyərində olan 01 ədəd qol saatı, 01 ədədinin dəyəri 32 manat 50 qəpik olan 65 manat dəyərində 1 cüt bijuteriya sırğasını və dəyəri 70 manat olan 01 ədəd sulu qəlyanı qanunsuz götürüb apararaq Zərərçəkmiş şəxs1 835 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrar eyni niyyətlə 27 aprel 2025-ci il tarixdə saat 20 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin qarşısına gələrək evdə heç kəsin olmadığına əmin olduqdan sonra hasarın üzərindən aşıb həyətə keçərək evin plastik materialdan olan pəncərəsinə fiziki təsir göstərib açmaqla evə qanunsuz daxil olub oradan hər birinin dəyəri 350 manat olan 700 manat dəyərində 585 əyarlı 1 cüt qızıl sırğanı və 100 manat nağd pul vəsaitini qanunsuz götürüb apararaq Zərərçəkmiş şəxs2 800 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslərə dəymiş zərərin tam ödənildiyindən onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələblərinin olmaması yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmamasını, yaşını) vurulmuş maddi ziyanı və həmin ziyanın tam şəkildə ödənilməsini, təqsirləndirilən şəxsin barəsində cəzasını ağırlaşdıran halların olmamasını, yüngülləşdirən halların isə olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 aprel 2025-ci il tarixdən 29 iyul 2025-ci il tarixədək həbsdə saxlanıldığı 03 ay, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Bununla da, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə və ev dustaqlığında olduğu müddət, yəni 03 (üç) ay Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, cəmi 06 (altı) ay müddət azadlığın məhdudlaşdırılması növündə təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs məxsus əl-barmaq izləri bir ədəd möhürlənmiş zərfdə cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 150 ( yüz əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 aprel 2025-ci ildən 30 may 2025-ci ilədək həbsdə saxlandığı 01 ay 01 gün, habelə ev dustaqlığında olduğu 01 ay 29 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs məxsus əl-barmaq izləri bir ədəd möhürlənmiş zərfdə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 150 ( yüz əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar