Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-173/2023 04.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1981-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, özünün deməsinə görə fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Xaçmaz şəhəri, 20 Yanvar küçəsi ev 47-də qeydiyyatda olan və yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, 26 avqust 2023-cü il tarixdə, saat 07 radələrində Xaçmaz şəhəri, 20 Yanvar küçəsi ev 47-də yaşayan Təqsirləndirilən şəxs aralarında yaranmış ailə-məişət zəminində mübahisə zamanı saçlarından tutub yerə yıxmaqla təpiklə arvadı Zərərçəkmiş şəxs yaşadıqları ünvan 1 saylı evin qonaq otağında qəsdən vuraraq sol bazu, sol said və sağ əl nahiyələrinin qançırları və döş qəfəsi nahiyəsinin hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. O, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, 20 Yanvar küçəsi ev 47-də yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olub dolanır. Zərərçəkmiş şəxs onun arvadıdır, sonuncu ilə təxminən 20 ildir ailə həyatı qurmuş, birgə nikahlarından iki övladı var. X2 ailə həyatı quraraq köçmüş, oğlu Vahəddin Piriyev isə onlarla birlikdə yaşayır. Onların əvvəllər münasibətləri normal olsa da, son vaxtlar Həmidənin onunla saymaz davranışı ilə bağlı aralarında mübahisələri olmuşdur. O, 26 avqust 2023-cü il tarixdə, səhər saat 07 radələrində yuxudan oyanıb yaşadığı evin giriş hissəsində yerləşən pilləkənlərdə əyləşmiş, həmin vaxt arvadı Həmidə oğlu Vahəddini işə yola salmışdır. Həmidə oğlunu işə yola salandan sonra sanitar qovşağına keçmiş, sanitar qovşağından çıxandan sonra Həmidə ona yaxınlaşıb sanitar qovşağının kim tərəfindən batırıldığını soruşmuşdur. O da Həmidəyə sanitar qovşağını batırmadığını demişdir. Lakin buna baxmayaraq Həmidə onu nalayiq söyüşlərlə söyərək evə keçmiş, sonuncu onu nalayiq söyüşlərlə söydüyündən o, Həmidənin ardınca evə keçib qonaq otağında saçlarından tutaraq yerə yıxmışdır. Lakin o, iş materiallarında ifadəsində göstərildiyi “Həmidəni yerə yıxdıqdan sonra sonuncunun bədəninin müxtəlif nahiyələrinə 3-4 dəfə təpiklə zərbə endirməsi, həmin vaxt Həmidənin özünü onun zərbələrindən qorumaq üçün əllərini irəli verməsi və bu zaman onun endirdiyi təpik zərbələrindən birinin Həmidənin sinəsinə, digərlərinin isə sonuncunun qollarına dəyməsi” xüsusatı ilə razı deyildir. Belə ki, o, Həmidəni ümumiyyətlə təpiklə vurmamışdır. O, Həmidənin saçlarından tutub özünə tərəf və geriyə hərəkət etdirərərək dartdıqdan sonra Həmidəni həmin hərəkətlə itələyərək yerə yıxmışdır. Bundan sonra o, Həmidədən aralanıb həyətə çıxmış, bu zaman evdə yatmış anası Şahid onların mübahisə səsinə yuxudan oyanıb qonaq otağına çıxmışdır. 26 avqust 2023-cü il tarixdə, saat 07 radələrində Həmidə ilə aralarında mübahisə yaşadıqları evin qonaq otağında baş vermiş, həmin vaxt orada o və Həmidədən başqa heç kim olmamış, sonradan onların mübahisə səsinə oraya anası Güləsmər gəlmişdir. Həmidə ilə aralarında olan mübahisə təxminən 5 dəqiqə davam etmiş, onların mübahisə səsinə oraya kənar şəxs və ya şəxslər gəlməmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. O, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, 20 Yanvar küçəsi ev 47-də yaşayır, rəsmi olaraq Xaçmaz MRX-da xadimə işləyir. Təqsirləndirilən şəxslə təxminən 20 ildir, ailə həyatı qurmuş, birgə nikahlarından iki övladları var. X11 ailə həyatı quraraq köçmüş, oğlu Vahəddin Piriyev isə onlarla birlikdə yaşayır. Əri Təqsirləndirilən şəxs əvvəllər onunla normal dolansa da, son vaxtlar onunla yola getmir, heç bir səbəb olmadan onunla mübahisə edir. 26 avqust 2023-cü il tarixdə, səhər saat 07 radələrində yuxudan oyanıb oğlu Vahəddini işə yola salmış, oğlunu işə yola salandan sonra sanitar qovşağına keçmişdir. Bu zaman sanitar qovşağının batırıldığını və pis vəziyyətə salındığının şahidi olmuşdur. Həmin vaxt əri Şabəddin yaşadıqları evin girişində, pilləkənlərdə əyləşmişdir. O, Şabəddindən sanitar qovşağının kim tərəfindən batırıldığını soruşmuş, sonuncu isə sanitar qovşağını batırmadığını deyərək onunla mübahisə etməyə başlamışdır. O, Şabəddinə əhəmiyyət verməyib evə keçmiş, bu zaman Şabəddin onun ardınca gələrək evin qonaq otağında əlləri ilə onun saçlarından tutub onu yerə yıxmışdır. O, yerə yıxıldıqdan sonra Şabəddin təpiklə 3- 4 dəfə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmiş, həmin vaxt o, yerdə uzanmış vəziyyətdə əlləri ilə özünü Şabəddinin zərbələrindən qorumağa çalışmışdır. Lakin buna baxmayaraq Şabəddinin təpiklərindən biri sinəsinə, digərləri isə qollarına və əlinə dəymişdir, sonra Şabəddin ondan aralanıb həyətə çıxmış, həmin vaxt evdə yatmış qayınanası Şahid onların mübahisə səsinə oyanıb yanına gəlmişdir. 26 avqust 2023-cü il tarixdə, saat 07 radələrində Şabəddinlə aralarında mübahisə yaşadıqları evin qonaq otağında baş vermiş, həmin vaxt orada o və Şabəddindən başqa heç kim olmamış, sonradan onların mübahisə səsinə oraya qayınanası Güləsmər gəlmiş, sonuncu gələn zaman mübahisələri bitmiş, Şabəddinlə aralarında olan mübahisə təxminən 5 dəqiqə davam etmiş, onların mübahisə səsinə oraya kənar şəxs və ya şəxslər gəlməmişdir. O, təqsirləndirilən şəxslə barışmamış, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. O, dövlət ittihamçısının çıxışında təklif etdiyi cəza ilə, yəni təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ilə razıdır. Məhkəmə istintaqı zamanı Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun gəlinidir. O, Xaçmaz şəhəri, 20 Yanvar küçəsi ev 47-də yaşayır, rəsmi olaraq heç yerdə işləmir, təqaüdçüdür. Təqsirləndirilən şəxs onun doğma oğlu olmaqla onunla birlikdə yaşayır. Oğlu Təqsirləndirilən şəxs təxminən 20 ildir, Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, onların birgə nikahlarından iki övladı var. X1 ailə həyatı quraraq köçmüş, digər nəvəsi Vahəddin Piriyev isə onlarla birlikdə yaşayır. 26 avqust 2023-cü il tarixdə, səhər saat 07 radələrində yatdığı zaman oğlu Şabəddinlə gəlini Həmidənin mübahisə səslərinə yuxudan oyanmış və yerindən qalxıb qonaq otağına çıxan zaman Həmidənin uzanmış vəziyyətdə olduğunu, oğlu Şabəddinin isə evdən həyətə çıxdığını görmüşdür. Sonradan ona sanitar qovşağının batırılması ilə əlaqədar oğlu Şabəddinlə gəlini Həmidənin arasında mübahisə baş verməsi məlum olmuşdur. O, oğlu Şabəddinin gəlini Həmidəni vurmasını görməmiş, o, mübahisə səsinə yuxudan oyanıb yataq otağından qonaq otağına çıxan zaman Həmidənin uzanmış vəziyyətdə olduğunu, oğlu Şabəddinin isə evdən həyətə çıxdığını görmüşdür. İş materiallarında olan 28 avqust 2023-cü il tarixli şifahi ərizə protokolundan və həmin tarixli izahatdan müəyyən edilir ki, iş üzrə Zərərçəkmiş şəxs Xaçmaz RPŞ-yə müraciət edərək, 26 avqust 2023-cü il tarixdə, saat 07 radələrində, yaşadıqları Xaçmaz şəhəri, 20 Yanvar küçəsi ev 47-də əri Təqsirləndirilən şəxs ailə-məişət zəminində onu döyməsi barədə bildirib Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 28 avqust 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisə yeri Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evidir. Evin həyətyanı sahəsinə giriş qapısı ikilaylı dəmir darvazadır. Darvazadan içəri daxil olduqda sol tərəfdə mişar daşından inşa edilmiş yarımtikili, qarşıda ikimərtəbəli fərdi yaşayış evi və sağ tərəfdə sanitar qovşağı yerləşir. Həmin evin həyətyanı sahəsi dəmir materialla əhatə olunmaqla yerinə beton döşənmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs evin qonaq otağına giriş qapısından iki metr qarşı tərəfi göstərərək 26 avqust 2023-cü il tarixdə, saat 07 radələrində həmin yerdə əri Təqsirləndirilən şəxs onu döydüyünü bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin 28 avqust 2023-cü il tarixli, 549 nömrəli rəyindən müəyyən edilir ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol bazu, sol said və sağ əl nahiyələrinin qançırları, döş qəfəsi nahiyəsinin hematoması bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına sabəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs rəsmi nikahda olmaqla ər-arvaddırlar. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 12 sentyabr 2023-cü il tarixli qərardan müəyyən edilir ki, toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibini yaradır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”na görə: Ümumi əmək qabiliyyəti dedikdə, insanın özünə qulluq edə bilməsi və ixtisas tələb etməyən əmək qabiliyyəti nəzərdə tutulur; Sağlamlığın qısa müddət pozulması dedikdə isə əmək qabiliyyətinin 21 gündən (3 həftədən) az olan müddətdə müvəqqəti itirilməsi başa düşülür; Ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində izah edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X3 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən, həmçinin EMİS-dən müəyyən edilir ki, Təqsirləndirilən şəxs evlidir və onun himayəsində bir yetkinlik yaşına çatmayan uşağı var. İş materiallarında olan Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Onun barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş 15 saylı Tibbi Sosial Ekspert Komissiyasının rəyinin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 2-ci dərəcəli əlilliyi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını və 2-ci dərəcəli əlilliyinin olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də zərərçəkmiş şəxslə barışıq əldə etməməklə zərərçəkmiş şəxsin ona qarşı şikayətçi olmasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlunun cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-173/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-173/2023
04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver