Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-174/2022 29.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliy Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakı ilə xx.xx.1973-cü ildə Xaçmaz rayonun Uzun-oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, Xaçmaz rayonun, Uzun-oba kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 21 oktyabr 2022-ci il tarixdə, saat 10 radələrində Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 17 ünvanında yerləşən İcra və Probasiya Şöbəsinin inzibati binasında yerləşən Şahid məxsus xidməti otaqda şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sol sifət nahiyəsinə bir sillə vurub döyərək sonuncuya sol göz altında qançır və sol göz almasına qansızma ilə müşayiət olunan sağlamlığa qəsdən Yüngül zərər vurmaya səbəb olan xəsarət yetirməklə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, Xaçmaz rayonu, Uzun-oba kəndində tək yaşayır. Daimi olaraq heç bir yerdə işləmir və fərdi əmək fəaliyyəti ilə məşğul olur, subaydır, üç övladı vardır. xx.xx.2022-ci il tarixində saat 10 radələrində Xaçmaz şəhəri İcra və Probasiya şöbəsinə aliment işi ilə bağlı gəlmişdir, belə ki, 2020-ci il tarixdə Zərərçəkmiş şəxs ilə rəsmi olaraq boşanmış və məhkəmə qərarına əsasən o, Zərərçəkmiş şəxs aylıq 300 manat pul aliment olaraq ödəməlidir. Aliment təyin olunduqdan bir müddət sonra, o, Zərərçəkmiş şəxs ilə şifahi razılaşaraq uşaqların təhsilində köməklik etmək müqabilində aylıq 300 manat pulu ödəməmişdir. Buna baxmayaraq aliment borcunu bütövlüklə olmasa da, bir qismini ödəmişdir. 20 oktyabr 2022-ci il tarixdə Şahid ona zəng edərək görüş təyin olunduğunu və 21 oktyabr 2022-ci il tarixdə onun xidməti otağında Zərərçəkmiş şəxs və onun arasında müzakirə olacağını bildirmişdir. Təyin olunmuş vaxtda o, İcra və Probasiya şöbəsinə gəlmişdir. Şahid İcra və Probasiya şöbəsində yerləşən xidməti otağında olarkən, Zərərçəkmiş şəxs ilə aralarında mübahisə olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs alimentdən əlavə olaraq ondan, onun atasına məxsus evin bir otağını verməyini tələb etmişdir. Ramilə, onlar boşanan ərəfələr məhkəmə iclasında onun yaşadığı evin yararsız halda olmasını əlində əsas gətirərək, uşaqların özü ilə yaşamasına nail olmuşdur. O isə əgər ev yararsız vəziyyətdədirsə niyə, məhkəmə zalında evin yararsız olduğunu bildirərək, uşaqların özü iləqalmasını təmin etdiyini bildirib, Ramilənin bu sözündən əsəbiləşərək ayağa qalxmış və Ramilənin üz nahiyəsindən bir sillə vurmuşdur. Daha sonra Ramilənin onun barəsində Xaçmaz RPŞ-nə şikayət ərizəsi ilə müraciət etməsi barədə məlumat almışdır.Hazırda o, törətdiyi cinayət əməlimə görə özünü tam təqsirli bilir və peşmançılıq çəkir. Hadisədən sonra o, Zərərçəkmiş şəxs üzr istəmiş və onlar barışmışlar. Barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına (cinayət işinə) bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir.Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, barışmışlar, iş üzrə ijraata xitam verilməsini xahiş edir.Məhkəmə ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Şıxlı kəndində yerləşən ata evində anası, qardaşı və 3 övladı ilə birlikdə yaşayır. Rəsmi olaraq “Bakı beach hotel” də təmizlikçi işləyir. Belə ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onu keçmiş əridir, Təqsirləndirilən şəxsla iki ilə yaxındır ki rəsmi olaraq boşanmışdır. Boşanmaqlarına səbəb Təqsirləndirilən şəxs həddindən artıq spirtli içki qəbul etməyi olmuşdur. Məhkəmə yolu ilə boşandıqdan sonra Təqsirləndirilən şəxs aylıq olaraq 300 manat aliment borcu təyin olunmuşdur. Aliment borcu təyin olunmasına baxmayaraq Fazil, mütəmadi olaraq alimenti ödəməmiş, ödədikdə isə təyin olunmuş miqdardan az ödəmişdir. O, buna baxmayaraq heçbir şey etməmişdir, lakin maddi sıxıntılar yaranan zaman o, İcra və Probasiya xidmətinə müraciət edərək Fazildən müəyyən qədər pul almışdır. Maddi sıxıntılarının yaranmasında səbəb 13 yaşlı oğlu Ziyanın beynində şiş əmələ gəlməsi və həmin əmələ gəlmiş şişin görmə qabiliyyətinə məhdudiyyət yaratması olmuşdur. xx.xx.2022-ci il tarixdə İcra və Probasiya şöbəsinin işçisi Şahid müraciət edərək pula ehtiyacı olduğunu və Fazildən alimentimin alınmasında köməklik etməyini xahiş etmiş. Şahid 20 oktyabr 2022-ci il tarixdə ona zəng edərək 21 oktyabr 2022-ci il tarixinə görüş təyin etdiyini bildirmişdir. O, saat 09:30 radələrində İcra və Probasiya xidmətinə gəlmişdir. İcra və Probasiya şöbəsində xidməti otaqların birində, o, Təqsirləndirilən şəxs və Şahid, Fazilin aliment borcunu müzakirə edərkən Fazil ayağa duraraq səbəbsiz yerə onun sifətinin sol nahiyəsindən bir sillə vurmuşdur. Fazil, onu anidən vurduğu üçün, o, əvvəlcə özünü itirmiş və nə edəcəyini bilməmiş, daha sonra Təqsirləndirilən şəxs məsuliyyətə cəlb olunması üçün məcbur qalıb DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəmədə iclasında Şahid ifadə verərək göstərmişdir ki, ünvan 2 ünvanında yaşayır. Xaçmaz rayonu İcra və Probasiya şöbəsində icra məmuru vəzifəsində işləyir, 3-cü dərəcəli ədliyyə qulluqçusudur. Belə ki, icraatında olan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında olan aliment materialının icrası ilə əlaqədar Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxsm xx.xx.2022-ci il tarixində saat 10 radələrində Xaçmaz şəhəri İcra və Probasiya şöbəsinə xidməti otağına dəvət etmişdir. Dəvət etdiyi şəxslər təyin olunmuş vaxta gələrək onun xidməti otağında əyləşmişlər. Ramilə və Fazil arasında olan dialoq zamanı sözləri düz gəlməmiş və mübahisə üçün zəmin yaranmışdır. Mübahisəyə səbəb Zərərçəkmiş şəxsnm Təqsirləndirilən şəxs aliment borcunu ödəməsini tələb etməsi, Təqsirləndirilən şəxs isə uşaqların özü ilə qalması səbəbi ilə aliment borcunun tam ödəməsində çətinlik çəkməsini bildirməsi olmuşdur. Fazil və Ramilə bir müddət sözlə mübahisə etdikdən sonra anidən, heç-bir səbəb olmadan, Təqsirləndirilən şəxs oturduğu yerdən ayağa qalxaraq Zərərçəkmiş şəxsnm sifət nahiyəsinə sillə ilə vurmuşdur. Təqsirləndirilən şəxs şilləni Zərərçəkmiş şəxs qəfil vurduğu üçün o, Fazilin bu hərəkətinin qarşısını ala bilməmişdir. Zərərçəkmiş şəxsnm sifət nahiyəsi və gözünün altı qızarmağa başladığı üçün Ramilə, çölə çıxaraq X5 müraciət edəcəyini bildirmişdir. Daha sonra olanlar barədə məlumatı olmamışdır. İş üzrə keçirilmiş məhkəmətibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 586 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol göz altında qançır və sol göz almasına qansızma bərk küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu xx.xx.2022-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Məhkəməyə Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığından, sonunjunun barəsində Azərbayjan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığından, iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsi ilə yanası, zərərçəkmiş şəxsin ifadəsi ilə, şahidin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə prosesində müəyyən olundu ki, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq keçirir, zərər çəkmiş şəxslə barışıq əldə etmişdir, məsuliyyətini ağırlaşdıran hallar yoxdur. İş materiallarında olan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ərizələrindən müəyyən olunur ki, tərəflər barışıq əldə etmişlər və cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 39.1, 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verib, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, səmimi peşmançılığını, zərər çəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməlidir. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbayjan Respublikası CPM-nin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxs bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilsin. Qərardan qərar elan edildiyi andan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Vüsalə Qasımova.
Məhkəmə qərarları › İş №1(067)-174/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-174/2022
29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver