Məhkəmə qərarları › İş №1(067)-174/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-174/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-174/2023 11.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1996-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Xaçmaz rayonunun Hülövlü kəndində qeydiyyatda olan və yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, 28 avqust 2023-cü il tarixdə, saat 17 radələrində Xaçmaz rayonu, Hülövlü kəndində yaşayan Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Hülövlü kəndində yerləşən tibb məntəqəsindən kəndin giriş istiqamətində təxminən 50 metr kənarda yolun sağ tərəfində yerləşən fərdi yaşayış evinin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən taxta parçası ilə vuraraq sonuncuya sağ bazu nahiyəsinin hematoması, sağ said, sol bazu və sol bud nahiyələrinin qançırları ilə müşayiət olunan qəsdən sağlamlığa yüngül zərərvurmaya səbəb olan xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı iş üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Xaçmaz rayonu, Hülövlü kəndində ailəsi ilə birlikdə yaşayır, daimi olaraq heç bir yerdə işləmir evdar qadındır. Mahiyyəti üzrə bildirmişdir ki, 28 avqust 2023-cü il tarixdə, saat təxminən 12:00 radələrində həyat yoldaşı Yusif Yusifov ilə aralarında ailə mübahisəsi baş vermişdir, mübahisə zamanı əri onu vurmuşdur. Mübahisədən sonra, Yusif və qayınatası birgə şəkildə onlara məxsus Xaçmaz rayonu, Hülövlü kəndində yerləşən torpaq sahəsinə getmişlər. Həmin zaman o, 3 yaşlı övladı Həsən və qayınanası Fəzilə evdə qalmışlar. Zərərçəkmiş şəxs evin həyətində bibər doğrayan zaman o, övladı ilə birlikdə evin yataq otağında olmuşdur. Daha sonra o, Fəzilənin yanına gedərək Fəziləyə bildirmişdir ki, əri Yusif Yusifov evdə əsassız mübahisələr yaradır və Fəzilə oğluna bu barədə xəbərdarlıq etsin ki, bir daha belə hallara yol verməsin. Fəzilə isə ona oğlunun etdiyi əməlin düzgün olduğunu bildirmişdir. Daha sonra Fəzilə ayağa qalxaraq yerdən süpürgəni və taxta parçasını götürərək onu həmin vasitələrlə döyməklə hədələmişdir. Bu zaman o, həmin taxta parçasını Fəzilənin əlindən alaraq qol və baş nahiyələrinə bir neçə dəfə zərbələr endirmişdir. O, daha sonra qayınanası Zərərçəkmiş şəxs evin pilləkənlərinə doğru getdiyini və pilləkənlərdə yerə yıxıldığını bildirmişdir. Həmin gün axşam saat 18:00 radələrində qayınatası Qəzənfər və həyat yoldaşı Yusif evə gəlmişlər. Növbəti gün yəni 29 avqust 2023-cü il tarixdə səhər saatlarında həyat yoldaşı X2 onu öz avtomobilinə əyləşdirərək onun nənəsi Züleyxanın Xaçmaz şəhərində yerləşən evinə gətirmişdir. Daha sonra ona məlum olmuşdur ki. qayınanası Zərərçəkmiş şəxs onun barəsində ərizə ilə müraciət etmişdir. Həmçinin bildirmişdir ki, o, Xaçmaz RPŞ-də verdiyi, iş materiallarında olan ifadəsini təsdiqləyir. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu, hazırda zərərçəkmiş şəxslə barışdıqlarını bildirərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Xaçmaz rayonu, Hülövlü kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq işləmir, evdar qadındır. Mahiyyəti üzrə bildirmişdir ki, 05 ilə yaxındır Təqsirləndirilən şəxs oğlu Yusif Yusifov ilə rəsmi nikahdadır, bu nikahdan oğlunun 01 övladı var və onlar, Xaçmaz rayonu, Hülövlü kəndində birgə yaşayırlar. Belə ki, bir müddətdir ki, oğlu və Zümrüd arasında mübahisələr olmuşdur. O, bildirmişdir ki, Yusiflə Zümrüdün arasında 28 avqust 2023-cü il tarixdə mübahisə olmuş, mübahisədən sonra günorta saatlarında həyat yoldaşı Qəzənfər və oğlu Yusif onlara məxsus torpaq sahəsinə işləməyə getmişlər. Oğlu və əri evdən getdikdən sonra o, az yaşlı nəvəsi və gəlini Zümrüd evdə qalmışlar. Təqsirləndirilən şəxs evdə nəvəsinə nəzarət edən zaman səbəbsiz yerə uca səslə qışqırmış, o, isə həmin zaman həyətdə iş gördüyünü bildirmişdir. Gəlininin səsi məhəlləyə yayıldığı üçün, o, Təqsirləndirilən şəxs sakit səslə danışmasını bildirmişdir. Sonra, Zümrüd, saat təxminən 17 radələrində həyətə çıxaraq, onun üzərinə gəlməyə başlamış və həyətdə evə giriş qapısının yanında, yerdən taxta parçasını götürərək, onun qollarına və ayaq nahiyəsinə zərbələr endirməyə başlamışdır. Bu zaman o, Zümrüdü əli ilə itələyərək özündən uzaqlaşdırmışdır. Bundan sonra Zümrüd onu yerə yıxaraq saçından tutaraq fiziki ağrı yetirməyə başlamışdır. Daha sonra o, Zümrüddən uzaqlaşaraq kənara çəkilmiş və oğlu Yusiflə həyat yoldaşı evə qayıdan zaman baş verənlər barədə oğlu və ərinə danışmışdır. O, xx.xx.2023-cü il tarixdə oğlu Zümrüdü götürərək Xaçmaz şəhərində yaşayan Zümrüdün nənəsinin evinə apardığını bildirmişdir. Daha sonra o, ağrıları olduğu üçün və Zümrüdün onu döyməsi səbəbi ilə xx.xx.2023-cü il tarixdə o, Xaçmaz RPŞ-nə ərizə ilə müraciət etmək məcburiyyətində qaldığın bildirmişdir. Həmçinin bildirmişdir ki, o, Xaçmaz RPŞ-də verdiyi, iş materiallarında olan ifadəsini təsdiq edir. O, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirərək, təqsirləndirilən şəxsin barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Xaçmaz MTE və PA şöbəsindən Zərərçəkmiş şəxs barəsində verilmiş xx.xx.2023-cü il tarixli 554 saylı canlı şəxsin ekspertiza rəyindən aydın olur ki, onda sağ bazu nahiyəsinin hematoması, sağ said, sol bazu və sol bud nahiyələrinin qançırları bərk küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu xx.xx.2023-cü il tarixinə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan aparılmış təhqiqat zamanı Azərbaycan Respublikası DİN BƏSİİ-yə verilmiş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma Cinayət Məcəlləsinin 128ci maddəsinin tərkibini yaradır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”na görə: Ümumi əmək qabiliyyəti dedikdə, insanın özünə qulluq edə bilməsi və ixtisas tələb etməyən əmək qabiliyyəti nəzərdə tutulur; Sağlamlığın qısa müddət pozulması dedikdə isə əmək qabiliyyətinin 21 gündən (3 həftədən) az olan müddətdə müvəqqəti itirilməsi başa düşülür; Ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində izah edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, 28 avqust 2023-cü il tarixdə, saat 17 radələrində Xaçmaz rayonu, Hülövlü kəndində yaşayan Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Hülövlü kəndində yerləşən tibb məntəqəsindən kəndin giriş istiqamətində təxminən 50 metr kənarda yolun sağ tərəfində yerləşən fərdi yaşayış evinin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qızma qəsdən taxta parçası ilə vuraraq sonuncuya sağ bazu nahiyəsinin hematoması, sağ said, sol bazu və sol bud nahiyələrinin qançırları ilə müşayiət olunan qəsdən sağlamlığa yüngül zərərvurmaya səbəb olan xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs oğlu X2 ilə evli olmaqla, onların birgə nikahından bir azyaşlı uşaqları var. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmiş, bununla belə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, notarial qaydada tərtib edilmiş ərizədən müəyyən edilir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hazırkı cinayət əməli nəticəsində ona vurulmuş ziyanın ödənildiyini, buna görə də onun təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilənə qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirərək Təqsirləndirilən şəxs barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxsin barışdıqlarını bildirərək təqsirləndirilən şəxsin barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, həmçinin onun əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməsi halı olmamışdır. Beləliklə, məhkəmə iş üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışdığını, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayətinin və tələbinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 40, 43, 344-347, 356, 381, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar