Məhkəmə qərarları › İş №1(067)-174/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-174/2025

03.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-174/2025 03.03.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Ağazadə Nərmin Calal qızının sədrliyi, X6 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Mövlud qızının, Təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, o, ittiham elan edilməsi üçün əsas verən kifayət qədər sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, cavabdeh kimi ondan, xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs Mövlud qızının xeyrinə tutulmasına dair Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(067)-2271/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsini və həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamənin qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs Mövlud qızının xeyrinə tutulmasına dair Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(067)-2066/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddət ərzində icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(067)-648/2025 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə, ilkin təqdimat verilən xx.xx.2020-ci il tarixdən sonuncu təqdimat verilən xx.xx.2025-ci il tarixədək 6280 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs Mövlud qızının xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq, qəsdən icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, keçən il məktəblərdə tədris başlayan zamanda zərərçəkmiş şəxsə zəng edib bank kartına 500 manat pul göndərməsini təklif etmiş, lakin zərərçəkmiş şəxs ona “uşaq indi yadına düşüb?” sözlərini dedikdə mübahisə yaratmaq istədiyini görüb, o, telefonu söndürmüşdür. Ondan sonra isə zəng etdiyində nömrəsinin qara siyahıda olduğunu anlamışdır. Lakin zərərçəkmişin mərhum xalasının vasitəsilə əlaqə saxlamağa çalışsa da, mümkün olmamışdır. Onun işləmədiyi zamanlar da olmuşdur. Lakin hazırda maddi imkanı var. Həmçinin zərərçəkmiş şəxs övladına yaxşı baxır, buna baxmayaraq uşaqla ünsiyyətinə şərait yaradılmadığına görə o, ödəniş etməmişdir. Hazırda alimentin miqdarı bir ay üçün 210 manat təyin edilmişdir. Eyni zamanda bundan əvvəlki məhkumluğu zamanında da məhkəmə iclaslarına vaxtı-vaxtında gəlmiş, lakin bu dəfə başqa işləri olduğu üçün gələ bilməmişdir. Bu barədə əməliyyat müvəkkilinə də məlumat vermişdir. O, uşaqla ünsiyyət barədə məhkəməyə müraciət etməmişdir. Aliment borcunun yarısını isə ödəyə bilər, o halda ki, növbəti məhkəmə prosesinədək həbsdən azad olunsun və uşaqla ünsiyyəti olsun. Onun azadlıqdan məhrum edildiyi zaman xərclərini atası və Rusiya Federasiyasında yaşayan qohumu qarşılamışdır. Barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilərsə cəzaçəkmə müəssisəsində aylıq xərci isə təxminən 200 manat təşkil edəcəkdir. Lakin bir ay vaxt verilərsə yaranmış borcun yarısını ödəyə bilər. Həbsdə olduğu halda isə ödəniş etmək imkanı yoxdur. O, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs yaşadığı evə gələrək onun üzərinə bıçaq çəkmişdir. Bu vəziyyəti isə pəncərədən qızı görmüşdür. O zamandan etibarən qızı atasından qorxduğu üçün onu görmək istəmir. Həmçinin bu haldan sonra uşaqda psixoloji problemlər yaranmışdır. O, uşağı müalicəsi üçün Realibitasiya Mərkəzinə aparmış və 520 manat pul ödəniş etməkdədir. O, təqsirləndirilən şəxsin uşaqla görüşməsinə mane olmamışdır. Həmçinin təqsirləndirilən şəxsin alimenti ödəmək imkanı vardır. Təqsirləndirilən şəxs uşağı təhsil aldığı məktəbdə görə bilər. Özü uşağa da demişdir ki, 18 yaşı olandan sonra öz istəyi ilə ya onun, ya da atasının yanında qala bilər. Həmin vaxtadək uşaq onunla qalacaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin 2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2019-cu il tarixdə icra şöbəsinin icraatına daxil olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində alimentin məbləği artırılaraq bir uşağın saxlanması üçün 160 manat məbləğində alimet tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu barəsində qeyd olunan icra sənədləri bir icraatda birləşdirilmiş və tərəflərə məlumat verilmişdir. Borclu bir dəfə qeyd olunan icra sənədi üzrə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtadıqdan sonra da ayrı-ayrı vaxtlarda inzibati məsuliyyətə cəlb olunaraq 10 gün və 15 gün müddətlərinə inzibati həbs tənbeh növü təyin edilmişdir. Borclunun 6280 manat aliment borcu vardır və qeyd olunan borcdan heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan (vərəq 1) müəyyən edilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyyə İdarəsinin müstəntiqi X13 tərəfindən Xaçmaz Rayon İcra və Probasiya şöbəsində toplanmış material əsasında Azərbaycan Respublikası CM-in 306.1ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin “Cinayət məsuliyyətinə cəlb etmə haqqında” təqdimatından (vərəq 8) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması məqsədilə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İstintaq İdarəsinə cinayət məsuliyyətinə cəlb etmə haqqında təqdimatla müraciət olunmuşdur. - Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2271/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, qətnaməsindən və icra vərəqəsindən (vərəq 11, 20) müəyyən edilir ki, xx.xx.2014-cü ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərəində anadan olmuş X7 barəsində Təqsirləndirilən şəxs atalığı müəyyən edilməsi və bu doğum aktı qeydiyyatı kitabında qeydiyyata alınması, eyni zamanda X5 yetkinlik yaşına çatana kimi 120 manat sabit məbləğdə alimentin xx.xx.2019-cu il tarixdən başlayaraq Zərərçəkmiş şəxs Mövlud qızının xeyrinə ödənilməsi, iddia ərizəsi verilərkən ödənilmiş 10 manat dövlət rüsümü cavabdeh Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Mövlud qızının xeyrinə tutulması, 20 manat dövlət rüsumu cavabdeh Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. - Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2066/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, qətnaməsindən və icra vərəqəsindən (vərəq 16, 22) müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-2271/2019 nömrəli qətnaməsinə əsasən cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X1 üçün iddiaçı Zərərçəkmiş şəxs Mövlud qızının xeyrinə tutulan alimentin məbləğinin dəyişdirilməsi və X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq cavabdeh Təqsirləndirilən şəxs iddiaçı Zərərçəkmiş şəxs Mövlu qızının xeyrinə hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması, cavabdeh Təqsirləndirilən şəxs 30 manat dövlət rüsümü tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. - xx.xx.2019-cu il tarixli “İcraata başlamaq haqqında” qərardan (vərəq 24) görünür ki, Xaçmaz rayon İcra və probasiya şöbəsinin icra məmuru X9 tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmuş və həmin tarixli tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilmişdir. - xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan (vərəq 25) görünür ki, Xaçmaz rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid1 tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmuş və həmin tarixli tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilmişdir. - xx.xx.2020-ci il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” təqdimatdan və Xaçmaz Rayon Məhkəməsinin 8(067)- 24/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardaddan (vərəq 32, 34) müəyyən edilir ki, Xaçmaz rayon İcra və probasiya şöbəsinin icra məmuru Zamiq İsayev borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdərəlması haqqında təqdimatla məhkəməyə müraciət etmiş və Xaçmaz Rayon Məhkəməsinin 8(067)-24/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadına əsasən təqdimat təmin edilmişdir. - xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli “İnzibati xəta haqqında protokol”dan və Xaçmaz Rayon Məhkəməsinin 3(067)-1703/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından (vərəq 42, 44) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib və barəsində 31 oktyabr 2022-ci il tarixdən, saat 18:15-dən hesablanmaqla 15 gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilmişdir. - xx.xx.2022-ci il tarixli və xx.xx.2024-cü il tarixli “Borclunun axtarılması haqqında” qərarlardan (vərəq 46, 51) müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. - xx.xx.2025-ci il tarixli “Akt”dan (vərəq 54) müəyyən edilir ki, Xaçmaz rayon İcra və probasiya şöbəsinin icra məmurları Şahid2 və Şahid1 iş üzrə tələbkar Zərərçəkmiş şəxs Mövlud qızının icraatlarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2271/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar axtarışa verilmiş Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən təhvil verildikdən sonra borclu Təqsirləndirilən şəxs barəsində protokol hazırlandığı vaxtda Təqsirləndirilən şəxs Xaçmaz rayon İcra və probasiya şöbəsindən qaçmışdır. - xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli “İnzibati xəta haqqında protokol”dan və Xaçmaz Rayon Məhkəməsinin 3(067)-648/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından (vərəq 58, 60) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib və barəsində 07 aprel 2025-ci il tarixdən, saat 13:00-dan hesablanmaqla 10 gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilmişdir. - xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli cinayət məsuliyyətinə cəlb olunması haqqında “Xəbərdarlıq” məktubları (vərəq 66, 74) borcluya təqdim edilməsi məqsədilə tərtib olunmuşdur. - Xaçmaz rayon İHB-nin Xaçmaz şəhər İƏD nümayəndəliyi tərəfindən daxil olmuş “Xasiyyətnamə”nin əsli ilə təsdiqlənmiş surətindən (vərəq 73) müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs subaydır. O, həmin ünvanda yaşadığı müddət ərzində ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. Onun barəsində Xaçmaz şəhər İƏD üzrə Nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. - Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(105)-587/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından (vərəq 76), Xaçmaz Rayon Məhkəməsinin 7(067)-27/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından (vərəq 80) və Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən (vərəq 105) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək ona 02 il 06 ay azadlığın məhdudlşadırılması cəzası təyin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Xaçmaz Rayon Məhkəməsinin həmin hökmü dəyişdirilərək, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılıb üzərində qəti olaraq 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş (üzərində saxlanmış) azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 08 ay, 13 gün hissəsi 04 ay 06 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. - “Şəxsin məcburi gətirilməsi haqqında” 01 avqust 2025-ci il tarixli qərardan (vərəq 113) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etməsi üçün Ədliyyə Nazirliyinin Xaçmaz regional ədliyyə idarəsinə məcburi gətirilməsi haqqında qərar qəbul edilmişdir. - “Təqsirləndirilən şəxsin axtarışa verilməsi və tutulması haqqında” 20 avqust 2025ci il tarixli qərardan (vərəq 118) müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və ona ittiham elan edilməsi üçün tutularaq Xaçmaz Rayon Polis X8 Yerinə təhvil verilməsi qərara alınmışdır. - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 20 avqust 2025-ci il tarixli qərardan (vərəq 121) müəyyən edilir ki, fakta görə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır. - “Axtarışda olan şəxsin tutulması barədə” 06 sentyabr 2025-ci il tarixli protokoldan (vərəq 124) müəyyən edilir ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində xx.xx.2025-ci il tarixdən 780224 nömrəli axtarış işi üzrə axtarışa elan olunmuş Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 06 sentyabr 2025-ci il tarixdə, saat 10:35-də Xaçmaz şəhəri ərazisində saxlanılaraq Xaçmaz rayon Polis X8 yerinə təhvil verilmişdir. - “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 07 sentyabr 2025-ci il tarixli qərarından (vərəq 125) müəyyən edilir ki, fakta görə Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və ibtidai istintaqı davam etdirilmişdir. - 07 sentyabr 2025-ci il tarixli “Qətimkan tədbiri seçmək haqqında” qərardan, “İltizam” dan və “Müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan (vərəq 144, 147, 149) müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən dərhal azad edilmişdir. - “Sübutların qiymətləndirilməsi haqqında” 15 sentyabr 2025-ci il tarixli qərardan (vərəq 151) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(067)-2271/2019 saylı, xx.xx.2019-cu il tarixli və həmin məhkəmənin qanuni qüvvəyə minmiş 2(067)-2066/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qətnamələrini qərəzli olaraq icra etməməsi tam sübuta yetirildiyindən ona Azərbaycan Respublikası CMin 306.1-ci maddəsi ilə nəzərdə tutulan elan edilmiş ittiham qüvvəsində saxlanılmışdır. - Xaçmaz Rayon Məhkəməsinin 1(067)-174/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından (vərəq 190) müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində məcburi gətirilmə tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. - Xaçmaz Rayon Məhkəməsinin 1(067)-174/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından (vərəq 190) müəyyən edilir ki, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi barədə qərar qəbul edilmişdir. - “Axtarışda olan şəxsin tutulması barədə” 07 yanvar 2026-cı il tarixli protokoldan müəyyən edilir ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində xx.xx.2025-ci il tarixdən 780276 nömrəli axtarış işi üzrə axtarışı elan olunmuş Təqsirləndirilən şəxs Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları ilə Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 yanvar 2026-cı il tarixdən saat 16:00dan Sumqayıt şəhəri ərazisində saxlanılaraq Xaçmaz RPŞ-nə aparılmış və MSY-nə təhvil verilmişdir. - Xaçmaz Rayon Məhkəməsinin 1(067)-174/2025 nömrəli, xx.xx.2026-cı il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs, digər şahid ifadələri, protokollar və toplanmış digər sənədlər iş üzrə sübut kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillər: Təqsirləndirilən şəxs özünü müdafiə üçün hər hansı dəlil gətirməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Maddə 8.1: Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1 - 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 56.1.2. qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 306.1: Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 24.: Cinayətin törədilməsində təqsiri bu Məcəllə ilə müəyyən edilmiş qaydada sübuta yetirilməyən və barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü olmayan hər bir şəxs təqsirsiz hesab edilir. Maddə 25.: İttihamın sübuta yetirilməsi vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 125. Bu Məcəllənin tələblərinə riayət etməklə əldə edilmiş faktiki məlumatlar sübut kimi qəbul edilə bilər. Bu Məcəllənin tələbləri pozulmaqla əldə edilmiş sübutların hüquqi qüvvəsi yoxdur, onlar ittihamın əsasını təşkil edə bilməz, habelə cinayət təqibi üzrə qərar qəbul edilərkən nəzərə alına bilməz. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 143. Sübutlar sorğu, üzləşdirmə, istintaq eksperimenti, şəxsi axtarış, əşyaların və sənədlərin götürülməsi, ekspertiza təyin edilməsi və s. bu Məcəllədə nəzərdə tutulmuş digər prosessual hərəkətlər vasitəsilə toplanır. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanun: Maddə 82.1. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir; Maddə 82.3. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda həmçinin qeyd edilir ki, CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olubolmamasını müəyyən etməlidir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq, iş üzrə toplanmış və məhkəmə baxışı zamanı hərtərəfli, tam və obyektiv tədqiq edilmiş sübutları öz daxili inamı, qanun və vicdanını rəhbər tutaraq məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun bu əməlin törədilməsində təqsirliliyi məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusu ilə tam və birmənalı şəkildə öz təsdiqini tapmışdır. Cinayətin obyektiv cəhəti, yəni cinayət qanunu ilə qorunan ictimai münasibətlərə qəsd edən konkret hərəkət, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 2271/2019 nömrəli, xx.xx.2019-cu il tarixli və 2(067)-2066/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnamələri ilə üzərinə qoyulmuş öhdəliyi – yetkinlik yaşına çatmayan övladının saxlanılması üçün aliment ödəmək vəzifəsini uzun müddət ərzində, qərəzli olaraq icra etməməsindən ibarət olan hərəkətsizlikdə ifadə olunur. Bu hərəkətsizlik nəticəsində ədalət mühakiməsinin mənafeyinə, habelə yetkinlik yaşına çatmayanın qanuni hüquq və mənafesinə zərər vurulmuşdur. Cinayətin subyektiv cəhəti birbaşa qəsdlə və qərəzli niyyətlə xarakterizə olunur. Təqsirləndirilən şəxsin məhkəmə qətnaməsinin məzmunundan xəbərdar olması, icra məmuru tərəfindən dəfələrlə rəsmi qaydada xəbərdar edilməsi, məhkəmə qərarını icra etmədiyi üçün iki dəfə inzibati məsuliyyətə cəlb olunaraq inzibati həbs tənbehinə məruz qalması, lakin bütün bunlardan sonra da öz öhdəliyini yerinə yetirməkdən boyun qaçırması, onun bu hərəkətsizliyinin təsadüfi deyil, məhz qərəzli və qəsdən olduğunu sübut edir. O, öz hərəkətsizliyinin ictimai təhlükəli xarakterini tam dərk etmiş və bu nəticələrin baş verməsini arzu etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi səmimi ifadəsində məhkəmə qərarı ilə müəyyən edilmiş aliment borcunu ödəmədiyini və övladını görə bilməməsini buna səbəb olaraq göstərərək, faktiki olaraq ona elan olunmuş ittihamın əsasını təşkil edən halları təsdiq etmişdir. CPM-nin 126.6-cı maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsin etirafı yalnız digər sübutlarla təsdiqləndikdə ittihamın əsasını təşkil edə bilər ki, hazırkı işdə bu tələb tam təmin olunmuşdur. Zərərçəkmiş şəxs məhkəmə iclasında ardıcıl və məntiqli ifadə verərək, keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs uzun müddət ərzində, heç bir üzrlü səbəb olmadan məhkəmə qətnaməsini icra etmədiyini, uşağının saxlanması üçün maddi yardım göstərmədiyini, bu səbəbdən övladı ilə birlikdə ciddi maddi çətinliklərlə üzləşdiyini göstərmişdir. Onun ifadəsi iş üzrə digər sənədlərlə tam uzlaşır. Bundan əlavə, iş üzrə ifadələri alınmış icra məmurları da Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edildiyini, lakin öhdəliyini icra etmədiyini bildirmişlər. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib etdilmiş inzibati xəta haqqında protokolları və həmin maddə ilə onun məhkəmə qərarları ilə təqsirli bilinərək barəsində inzibati həbs növündə tənbeh tədbirlərinin tətbiq edilmiş və bundan sonra o, heç bir nəticə çıxarmayaraq yenidən hərəkətsizlik göstərmiş və eyni məhkəmə qətnamələrini üzrsüz səbəbdən icra etməməklə, bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İcra məmuru tərəfindən bu öhdəliyin icrası ilə bağlı dəfələrlə rəsmi qaydada xəbərdar edilmiş, lakin bu qanuni tələblərə məhəl qoymamışdır. Şəxsin bu hərəkətsizliyi uzunmüddətli və sistematik xarakter daşımışdır. Bu hərəkətsizliklər birbaşa olaraq onun məhkəmə qərarını qərəzli olaraq icra etməmək niyyətini sübuta yetirir. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi izahatda alimenti ödəməməsinə səbəb kimi zərərçəkmişin övladı ilə görüşməsinə icazə verməməsini göstərməsini hüquqi cəhətdən əsassız hesab edir. Belə ki, valideynin övladı ilə ünsiyyət hüququ və uşağın saxlanılması üçün aliment ödəmək vəzifəsi bir-biri ilə qarşılıqlı şərtləndirilən hüquqi öhdəliklər deyildir. Bir hüququn pozulması digər vəzifənin icrasından imtina üçün əsas ola bilməz və bu məsələlər mülki mühakimə icraatı qaydasında ayrıayrılıqda həll edilməlidir. Belə ki, məhkəmə həmin xüsusatı, o cümlədən təqsirləndirilən şəxsin həbs edilməsi səbəbindən ödənişi etməməsini onun qərəzi kimi qiymətləndirir. İş materiallarından görünür ki, İsmət Saklamzadə vaxtilə müəyyən formada ödəniş etsə də, heç bir ödəniş etməmiş, bununla da qərəzli hərəkətlərini təsdiq etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi təkcə məhkəmə aktının qəbul edilməsi ilə bitmir, onun tam və mütləq icrası ilə tamamlanır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə, məhkəmə qərarlarının icrası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsidir (Hornsby Yunanıstana qarşı işi, 19 mart 1997-ci il). Dövlətin pozitiv öhdəliyi təkcə məhkəməyə müraciət imkanı yaratmaqla deyil, həm də qəbul edilmiş qərarların effektiv icrasını təmin etməklə reallaşır. Təqsirləndirilən şəxsin qərəzli hərəkətsizliyi nəticəsində məhkəmə qərarı uzun müddət kağız üzərində qalmış, zərərçəkmişin və ən əsası, onun yetkinlik yaşına çatmayan övladlarının hüquqları kobud şəkildə pozulmuşdur. Bu isə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü (uşağın mənafelərinin üstünlüyü) və 27-ci (hər bir uşağın layiqli həyat səviyyəsinə malik olmaq hüququ və valideynlərin bu hüququ təmin etmək üçün əsas məsuliyyəti) maddələrinin ruhuna ziddir. Məhkəmə bütün bu sübutları məcmu halında qiymətləndirərək, heç bir əsaslı şübhəyə yer qoymadan (ultra omnem dubitationem) belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini məhz qərəzli olaraq, yəni icra etmək imkanı olduğu halda, nəticələrini dərk edərək və arzu edərək qəsdən icra etməmişdir. Təqsirləndirilən şəxs ifadəsində də qeyd etdiyi kimi, aliment borcunu ödəmək iqtidarında olmasına baxmayaraq, aliment öhdəliyini icra etməmiş, bununla da məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirmişdir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin bütün zəruri obyektiv və subyektiv əlamətləri mövcuddur. Bununla əlaqədar, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edildiyi qənaətinə gəlir. Cəza təyini məsələləri: Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza növünü və müddətini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi prinsiplərini, xüsusilə də 8.1-ci (ədalət prinsipi), 41-ci (cəzanın anlayışı və məqsədləri) və 58.3-cü (cəza təyin etmənin ümumi əsasları) maddələrinin fundamental tələblərini, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının göstərişlərini rəhbər tutur. Bu kontekstdə, məhkəmə törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini hərtərəfli təhlil edir. Bu çərçivədə, məhkəmə törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini hərtərəfli təhlil edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcud olmadığını müəyyən edir. CM-nin 306.1-ci maddəsinin sanksiyası iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Ali Məhkəmə Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarının 2-ci bəndinə və “Məhkəmə hökmü haqqında” Ali Məhkəmə Plenum qərarının 48-ci bəndinə əsasən, maddənin sanksiyası müxtəlif cəza növləri nəzərdə tutursa, məhkəmə daha ağır cəza növü (bu halda azadlıqdan məhrum etmə) təyin etdikdə qərarını əsaslandırmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs islah olunması, sosial ədalətin bərpası və onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (CM maddə 41.2) məqsədlərinə nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha məqsədəuyğundur. Məhkəmə, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddətini müəyyən edərkən, bir tərəfdən cəzanı yüngülləşdirən halları, digər tərəfdən isə ağırlaşdıran halların olmamasını nəzərə alaraq, CM-nin 306.1-ci maddəsinin sanksiyası çərçivəsində ədalətli və mütənasib bir müddət təyin etməyi vacib bilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək axtarışda olan şəxs qismində tutulduğu 02 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə bir gün hesabı ilə (cəmi 2 gün) hesablanaraq təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Cəzanın çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə uyğun olaraq ümumi rejimli müəyyən edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. X3 cəzaçəkmə müddətinin başlanğıcı 07 yanvar 2026-cı il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur və iş üzrə mülki iddia, o cümlədən maddi sübut yoxdur. Eyni zamanda məhkəmə qeyd edir ki, iş üzrə Zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənilməsi ilə əlaqadar mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək axtarışda olan şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə (cəmi 02 gün) hesablanaraq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 07 yanvar 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın (hökmün bu hissədə də icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun). İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. İş üzrə Zərərçəkmiş şəxs Mövlud qızına ona dəymiş ziyanın ödənilməsi ilə əlaqadar mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən, elan edildiyi (hökmün surəti verildiyi) gündən 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərmin Ağazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar