Məhkəmə qərarları › İş №1(067)-175/2024

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-175/2024

03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-175/2024 03.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ahmaov Bəxtiyar Mamat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Muhammad Ayub və onun müdafiəçisi Müdafiəçi, tərcüməçi X18 Muhammad Alinin iştirakları ilə 02 aprel 2000-ci ildə Pakistan İslam Respublikasının Svat şəhərində anadan olmuş, Pakistan İslam Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, subay, işləməyən, Pakistan İslam Respublikasının Svat şəhərində qeydiyyatda olan, hazırda Azərbyacan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Khan X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Pakistan İslam Respublikası vətəndaşı Khan Hanıf X4 getmək üçün vizası olmaması səbəbindən qanunsuz yolla Rusiya Federasiyasından keçərək Polşaya işləmək üçün getmək məqsədi ilə, 21 iyul 2024-cü il tarixdə, saat 22:35 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Xaçmaz rayonu Zuxuloba kəndi ərazisində yerləşən 3-cü sərhəd zastavasının 3-cü sahəsində dövlət sərhəd xəttindən 350 metr aralıda Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd göstərərkən saxlanılmış, bununla da o, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Bununla da Khan X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Khan X7 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Azərbaycana turist kimi gəlmişdir. O, turist kimi şəlaləyə baxmağa getmək qərarına gəlmişdir. Həmin şəlalənin yerləşdiyi yeri ona (konum) vasitəsilə atmışdırlar. Həmin şəlaləyə baxmaq üçün o, bir taksiyə əyləşərək gedərkən dörd yol ayrıcığnda onun əyləşdiyi taksi mülki geyimdə olan şəxs tərəfindən saxlanılaraq, maşından yerə düşürülərək həmin vaxt əlində olan telefon və pul qabı əlindən alınmışdır. Bundan 10-15 dəqiqə sonra isə onların saxlanıldığı yerə maşınla formalı şəxs gələrək onu öz maşınına əyləşdirərək meşə istiqəmətinə aparmışdır. Sonra onu meşə ərazisində maşından yerə düşürərək meşədə onun foto şəkili çəkmişdir. Ondan sonra da onu, Bakıya göndərərək əlində olan hər şeyi almışlar. Təqsirləndirilən şəxs Muhammad Ayub cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, xx.xx.2000-ci il tarixdə Pakistan İslam Respublikasının Svat şəhərində anadan olmuş, xx.xx.2024-cü il tarixədək həmin şəhərdə yaşamış, qeyd olunan tarixdə Rusiya Federasyasına, oradan isə Polşa Respublikasına qeyriqanuni yolla gedib işləmək məqsədilə Azərbaycan Respublikasına gəlmiş, Pakistanda yaşadığı müddətdə müxtəlif yerlərdə fəhlə qismində işləmişdir. xx.xx.2024-cü il tarixdə Dubay-Bakı aviareysi ilə rəsmi qaydada saat 11 radələrində Bakı şəhərinə gəlmiş, Bakı şəhərində bir neçə saat gəzdikdən sonra saat 18 radələrində Neftçilər prospektində təssadüfən saxlatdığı taksiyə mobil telefonunda kı, xəritə vasitəsi ilə Xaçmaz rayonu Yalama qəsəbəsinin adresini izah edib yola çıxmış, saat 22 radələrində Xaçmaz rayonu Yalama qəsəbəsinə çatmış, orada taksidən enərək yolun kənarı ilə piyada hərəkətə başlamış və təxminən yarım saat piyada hərəkət etdikdən sonra hərbi qulluqçu tərəfindən saxlanılaraq sərhəd zastavasına aparılmışdır. Araşdırma zamanı ailəsi və qohumlarının Pakistan İslam Respublikasında yaşadığını, Azərbaycan Respublikasına gəlib, buradan qeyri-qanuni yolla Rusiya Federasiyasına, oradan isə işləmək üçün Polşa Respublikasına getmək niyyətində olduğunu, Azərbaycan Respublikasında qohum və tanışının olmadığını, Pakistan İslam Respublikasından rəsmi qaydada viza alıb bir başa Avropa ölkələrinə getmək çətin olduğundan, Azərbaycan Respublikasına viza ilə gəlmək maddi baxımdan sərfəli olduğu üçün belə bir yola əl atdığını, dövlət sərhədini qanunsuz keçərkən heç kimin ona köməklik etmədiyini, Bakı şəhərindən Xaçmaz rayonuna gədliyi taski sürücüsünü əvvəllər tanımadığını, Almaniya Federativ Respublikasında İlyas Khan adlı dostunun yaşadığını, sonuncunun Xaçmaz rayonu Yalama qəsəbəsinin adresini ona göndərib həmin yerdən qeyriqanuni yolla Rusiya Federasiyasına keçə biləcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid X13 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 21 iyul 2024-cü il il tarixdə 3-cü sərhəd zastavasının 3- cü sahəsi istiqamətində bir nəfər şübhəli şəxsin olması barədə məlumat daxil olduğunu, dərhal həmin məlumat əsasında məlumatın dəqiqləşdirilməsi məqsədi ilə qeyd olunan əraziyə hərəkət etdiyini, təxminən saat 22:35 qeyd olunan ərazidə 106 nömrəli sərhəd nişanından təxminən 300 metr solda , dövlət sərhəd xəttindən təxminən 350 metr aralı, maneə çəpərindən təxminən 100 metr çöldə Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə hərəkət edən şübhəli şəxsə dayan komandası verdiyini, həmin şəxs dərhal komandaya uyğun olaraq dayanmış və həmin şəxsi saxlıyaraq sərhəd zastavasına gətirmişdir. Qeyd olunan şəxslə söhbət zamanı məlum olmuşdur ki, həmin şəxs Pakistan İslam Respublikası vətəndaşı Khan X3r, Azərbaycan Respublikasına qanuni şəkildə gəlmiş, məqsədi Rusiya Federasiyasına qanunsuz yolla keçib, oradan isə Polşa Respublikasına getmək olmuşdur. Belə ki, məhkəmə təqsirləndirilən şəxs Khan X1 məhkəmə istintaqında elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə tənqidi yanaşır və hesab edir ki, bu özünümüdafiə xarakterli məqsəd daşıyır. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçinin və tərcüməçinin iştirakı ilə dindirilərkən ifadələrində törətdiyi cinayət əməllərini etiraf etməsi, həmçinin iş materiallarında olan digər sübutlara qarşı etiraz etməmişdir. İş materiallarında olan 22 iyul 2024-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, N nömrəli hərbi hissənin Xaçmaz rayonunun Zuxuloba kəndi ərazisində yerləşən 1ci sərhəd komendantlığının 3-cü sərhəd zastavasının 3-cü sahəsinin xidməti ərazisinə baxış keçirilmişdir. Qeyd olunan yer 106 nömrəli sərhəd nişanından təxminən 300 metr solda, dövlət sərhəd xəttindən təxminən 350 metr aralı, maneə çəpərindən təxminən 100 metr çöldə yerləşir.Həmin nöqtədən sağ tərəfə qonşu 2-ci sərhəd zastavasına torpaq yol uzanır. Ərazi hər tərəfdən ağaclıqla əhatə olunmuşdur. Müqabil tərəfdə Rusiya Federasiyasının Dağıstan Respublikasının Məhərrəmkənd rayonu Kabil Kazmalyar kəndi yerləşir. İş materiallarında olan DSX-nin Əməliyyat-Axtarış Baş İdarəsindən daxil olan məktubdan görünür ki, Pakistan İslam Respublikası vətəndaşı Khan X6 əvvəllər dövlət sərhədini qanunsuz keçməsi, qaçaqmalçılıqla məşğul olması və digər hüquqazidd hərəkətləri barədə ƏABİ-də hər hansı məlumat mövcud deyil, həmin şəxs 21,07.2023-cü il tarixdə X8 rəsmi qaydada Azərbaycan Respublikasına gəlmişdir. İş materiallarında olan beləliklə də istintaq zamanı Pakistan İslam Respublikası vətəndaşı Khan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət Əməlini törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetirilmişdir. İş materiallarında olan 22 iyul 2024-cü il tarixli mobil telefonuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, 1 ədəd °İphone” markalı android tipli mobil telefon aparatı. Mobil telefon işlək vəziyyətdədit. Telefonun açılış parolu 034509. Mobil telefon aparatı 1 simkartlıdır və üzərinə xarici mobil operatora məxsus simkart quraşdırılmamışdır. Mobil nömrə müəyyən edilməmişdir. Müdafiəçi Vəfa Mehdiyevanın iştirakı ilə keçrilmiş baxış zamanı mobil telefonun “WhatsApp” proqramında “İlyas V” adlı şəxsin “+**********39” nömrəsindən sonuncunun istifadəsində olan “+**********94” “WhatsApp” nömrəsinə dövlət sərhədini pozaraq Rusiya Federasiyasına keçə biləcək yerin məkanını atması müəyyən edilmişdir. Həmçini “İlyas V” adlı şəxsin təqsirləndirilən şəxsə səs yazılarında aşakar edilmişdir. Həmin yazışmalarda “İlyas V” adlı şəxsin təqsirləndirilən şəxsə Almanaiya gəlməsini və hansı yolla gələ biləcəyi də qeyd olunurdu. İş materiallarında olan 20 avqust 2024-cü il 3-38-16/ə-6490/2024 saylı məktubdan görünür ki, iş üzrə təqsirləndirilən şəxs Pakistan İslam Respublikası vətəndaşı Khan X7 21 iyul 2024-cü il tarixdə saxlanılan zaman üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd “İphone12” və 1 (bir) ədəd “Nokia” markalı mobil telefon, 1 (bir) ədəd Pakistan İslam Respublikasına məxsus pasport, 1 (bir) ədəd Pakistan İslam Respublikasına məxsus şəxsiyyət vəsiqəsi, 100 (bir yüz) ABŞ dolları, 7770 (yeddi min yeddi yüz yetmiş) Pakistan rupisi, 1 (bir) ədəd pul kisəsi, 1 (bir) ədəd adabtor saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına verilmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Pakistan İslam Respublikası vətəndaşı Khan X7 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyii BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını və iş materiallarında olan digər sənədləri sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Muhammad Ayub Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və təqsirləndirilən şəxslərin törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının dövlət sərhədi haqqında 9 dekabr 1991-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Həmin Qanunun 12-ci maddəsinə görə, Azərbaycan Respublikasının dövlət sərhədini keçən şəxsləri Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək hüququ barəsində etibarlı sənədlər əsasında sərhəd mühafizə orqanları buraxır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə həmin Məcəllənin 318.1-ci maddəsinin tərkibini yaradır. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə iclaslarında Təqsirləndirilən şəxs Muhammad Ayubun dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda keçmə niyyətində olmaması və keçməyə cəhd etməməsi barədə bildirdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu xüsusatları təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıdığı qənaətinə gəlir və bu xüsusatlar şahidlərin ifadələri, iş materiallarında olan sənədlərlə təkzib edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Muhammad Ayubun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxs Khan X2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Khan X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halların olmamasını, cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Khan X5 Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 318.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs Muhammad Ayuba təyin ediləcək cəzaların çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, təqsirləndirilən şəxslərin cəzadan azad edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o, təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Muhammad Ayub Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” 21 iyul 2024-cü il tarixli və “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 22 iyul 2024-cü il tarixli protokollardan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli 4(009)- 382/2024 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Muhammad Ayub barəsində həbsetmənin əvvəli 21 iyul 2024-cü il tarixdən hesablanmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, təqsirləndirilən şəxs Khan X2 cəzaçəkmə müddətinin əvvəli 21 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. İş materiallarında olan iş üzrə Təqsirləndirilən şəxs Muhammad Ayuba məxsus pasportdan müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxs Pakistan İslam Respublikasının vətəndaşıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxs əcnəbi vətəndaş olduğundan onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Muhammad Ayubun əcnəbi vətəndaş olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını, həmçinin öz ölkəsində siyasi təqibə məruz qalmadığını, heç bir işgəncəyə və təqibə məruz qalmayacağını bildirməsini nəzərə alaraq hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. İş üzrə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Muhammad Ayub Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 29, 318.1ci maddəsi ilə təqsirli bilinsin və barəsində 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 iyul 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq edilərək, Təqsirləndirilən şəxs Muhammad Ayub əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi sübutun olmaması nəzərə alınsın. İş üzrə xüsusi müsadirə olunası əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar