Məhkəmə qərarları › İş №1(067)-177/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-177/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-177/2023 06.12.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 2003-cü ildə Xaçmaz rayonunun Sabiroba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Sabiroba kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 29, 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 noyabr 2022-ci il tarixdə, saat 16 radələrində "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən filialının qarşısına gedib küçədə dayanaraq bir neçə dəqiqə həmin mağazanı müşahidə etdikdən sonra, mağazaya başqa müştərilər daxil olan zaman digər müştərilər kimi "xxxx" MMC-nin Xaçmaz filialına daxil olub satış üçün vitrinə qoyulmuş 2349,99 manat dəyərində olan bir ədəd “Samsung S906 8/256 gb Black” markalı mobil telefonu qanunsuz götürüb aparmaqla oğurluq etmiş, yəni, özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrar, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 noyabr 2022-ci il tarixdə, saat 18 radələrində "xxxx" MMC-nin Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 56 ünvanında yerləşən filialının qarşısına gedib küçədə dayanaraq bir neçə dəqiqə həmin mağazanı müşahidə etdikdən sonra, mağazaya başqa müştərilər daxil olan zaman digər müştərilər kimi "xxxx" MMC-nin Xaçmaz filialına daxil olub satış üçün vitrinə qoyulmuş 2000 manat dəyərində olan bir ədəd “Samsung Z Flip 4” markalı mobil telefonu qanunsuz götürüb aparmaqla oğurluq etmiş, yəni, təkrar, özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrar, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 dekabr 2022-ci il tarixdə, saat 17:30 radələrində "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən filialının qarşısına gedib küçədə dayanaraq bir neçə dəqiqə həmin mağazanı müşahidə etdikdən sonra, mağazaya başqa müştərilər daxil olan zaman digər müştərilər kimi "xxxx" MMC-nin Xaçmaz filialına daxil olub satış üçün vitrinə qoyulmuş 2349,99 manat dəyərində olan bir ədəd “Samsung S906 8/256 gb Black” markalı mobil telefonu arxasına bərkidilmiş naqili çıxarıb oğurlamaq istəyərkən təhlükəsizlik siqnalının işə düşdüyünə görə o, öz iradəsindən asılı olmayan səbəblərdən mobil telefonu oğurlaya bilməmiş, bununla da o, təkrar özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Bundan başqa, o, təkrar, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 dekabr 2022-ci il tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs3 işlətdiyi ünvan 2 ünvanında yerləşən “İntegral” məişət avadanlıqlarının satışı mağazasının qarşısına gedib küçədə dayanaraq bir neçə dəqiqə həmin mağazanı müşahidə etdikdən sonra, mağazaya başqa müştərilər daxil olan zaman digər müştərilər kimi “İntegral” məişət avadanlıqlarının satışı mağazasına daxil olub satış üçün vitrinə qoyulmuş 899 manat dəyərində olan bir ədəd “Samsung A52” markalı mobil telefonu qanunsuz götürüb aparmaqla oğurluq etmiş, yəni təkrar, özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 29, 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 29, 177.2.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, cinayət əməlini ittihamda qeyd olunduğu kimi törətmişdir, yəni törətdiyi cinayəti iş materiallarında olan ifadəsində göstərdiyi kimi törətmiş, cinayəti necə törətməsini bir daha məhkəmə iclasında təkrarlamaq istəmir. Yalnız onu deyə bilər ki, cinayət əməlini onun pul borcu olması səbəbindən törətmişdir. Həmçinin bildirdi ki, onun hazırkı iş üzrə oğurluq etdiyi mağazalarda işləyən işçilərlə hər hansı əlaqəsi olmamışdır. O, mağazadan ilk iki epizod üzrə telefon oğurlayarkən təhlükəsizlik siqanlı olmamış, üçüncü dəfə oğurlamaq istəyəndə isə təhlükəsizlik siqnalı işə düşmüşdür. O, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin Xaçmaz filialından oğurladığı 2349,99 manat dəyərində “Samsung” markalı mobil telefonu Bakı şəhərində tanımadığı mağazaya satmış, lakin hansı qiymətə satdığını xatırlamır. O satdığı həmin mağazaya əvvəlcədən onlar üçün telefon gətirəcəyi barədə deməmişdir. O, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin Xaçmaz filialından oğurladığı 2000 manat dəyərində “Samsung” markalı mobil telefonu da Bakı şəhərində tanımadığı mağazaya satmış, lakin hansı qiymətə satdığını xatırlamır. İkinci dəfə oğurladığı telefonu birincini oğurlayaraq satdığı mağazaya satmamışdır. xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin Xaçmaz filialından “Samsung” markalı telefonu oğurlamaq istəmiş, lakin həmin telefonun arxasına bərkidilmiş naqili çıxaranda təhlükəsizlik siqnalı işə düşmüş, buna görə də o, telefonu oğurlaya bilməmişdir. xx.xx.2022-ci il tarixdə o, “İntegral” məişət avadanlıqları mağazasından 899 manat dəyərində “Samsung” markalı telefonu oğurlayaraq Şahid1 satmışdır. Lakin Tale həmin telefonun oğurluq olmasından məlumatsız olmuş, sonuncuya oğurluq barədə heç nə deməmiş, həmin telefonun onun özünə məxsus olduğunu demişdir. O, zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsinin bildirdiyi kimi, oğurluq edərkən avtomobillə getməmiş, həmin avtomobillə gələn şəxs onun tanışı olmuş, o, həmin şəxsi sonuncunun ailə üzvləri ilə birlikdə avtomobillə müştəri kimi onun oğurluq etdiyi mağazaya gələndə görüb onlara qoşularaq mağazaya daxil olmuşdur. O, telefonları mağazadan gizli olaraq götürdükdən sonra qaçaraq getməmiş, şübhə yaratmayacaq tərzdə sakit şəkildə mağazalardan çıxıb getmişdir. O, telefonları sataraq pulunu borclarının ödənilməsinə xərcləmişdir. Onun “İntegral” adlı mağazadan oğurladığı mobil telefon zərərçəkmiş şəxsə qaytarılmışdır. Ona 5-6 ay vaxt verilərsə, vurduğu ziyanı ola bilsin, ödəyə bilər. O, heç yerdə işləmir. Ona həbslə əlaqədar olmayan cəza təyin edilərsə, vurduğu ziyanı az-az ödəyər. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Sabiroba kəndində valdeynləri ilə birlikdə yaşayır. Əvvəllər məhkumluğu olmamışdır. 2022-ci ilin noyabr-dekabr aylarında “Azərlotereya" ASC-nin tabeliyində olan «Misli.az» mərc oyunları saytında futbol oyunlarına pul qoyub mərc etməyə başlamış və bu mərclərdə çox vaxt uduzmuş, ona görə də mərc oyunlarına qoymaq üçün dostlarından və tanışlarından borc pul almağa başlamış və dost-tanışlarına pul borcu çoxalmışdır. Həmin vaxt qış ayları olduğundan iş də tapa bilmədiyinə görə ağlına gəlmişdir ki, mobil telefon satılan mağazalardan telefon oğurlayıb sonra aparıb sataraq pul əldə etsin və bu yolla borclarını ödəsin. Ona görə də 11 noyabr 2022-ci il tarixdə, saat 16 radələrində Xaçmaz şəhərinə gəlib saat 15 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən «Qayalı» marketin yaxınlığında olan "xxxx" MMC-nin Xaçmaz filialının qarşısına gəlmiş və əvvəlcə küçədə dayanıb həmin mağazanı müşahidə etməyə başlamışdır. Həmin vaxt mağazada müştəri olmamışdır deyə o da mağazaya girməmişdir. Çünki o, tək halda mağazaya girəndə mağazada satıcı işləyən şəxslər ona yaxınlaşıb nə ilə maraqlandığını soruşmuşlar, mağazada çoxlu müştəri olanda isə o diqqətdən kənarda qalaraq rahat oğurluq edə biləcəyini düşünmüşdür. Ona görə də bir neçə dəqiqə küçədə dayanıb mağazanı müşahidə etdikdən sonra mağazaya başqa müştərilərin girdiyini görmüş və həmin vaxt, yəni saat 16 radələrində digər müştərilər kimi o da mağazaya daxil olaraq vitrində satış üçün sərgilənən «Samsung» markalı mobil telefonların yanına yaxınlaşmışdır. Bir neçə dəqiqə telefonlara baxdıqdan sonra mağazada işləyən satıcıların başlarının digər müştərilərə qarışdığını gördüyündən «Samsung» markalı mobil telefonlar olan vitrindən bir ədəd ümumi dəyəri 2349,99 manat olan «Samsung S906 8/256 gb Black» markalı mobil telefonu gizlincə götürüb əynində olan şalvarın cibinə qoymuş və şübhə çəkməmək üçün mağazada satış üçün olan digər əşyalara baxıb sonra mağazadan bayıra çıxmışdır. Mağazadan bayıra çıxdıqdan sonra həmin gün Xaçmaz şəhəri, Bakı prospektində yerləşən avtomobil dairəsinin yanına gedib oradan Bakı şəhərinə gedən taksilərin biri ilə Bakı şəhərinə getmişdir. Bakı şəhərinə gedib Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Bakı şəhər avtovağzalına çatdıqdan sonra oradan 20 Yanvar metrostansiyasının ətrafına gəlmiş və 20 Yanvar dairəsi yaxınlığında yerləşən telefon mağazalarının birinə daxil olub orada işləyən tanımadığı şəxsə cibində olan, yəni bir müddət əvvəl "xxxx" MMC-nin Xaçmaz filialından oğurladığı «Samsung S906 8/256 gb Black» mobil telefonu cibindən çıxarıb özünə məxsus mobil telefon olduğunu və pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Mobil telefon mağazasını işlədən şəxs telefonu götürüb baxdıqdan sonra yaxşı vəziyyətdə olduğunu görüb ondan telefonun oğurluq olub-olmadığını soruşmuş, o da telefonun oğurluq olmadığını və özünə məxsus olduğunu, bir neçə gündür aldığını, ancaq pula ehtiyacı olduğu üçün təcili satdığını bildirmişdir. Həmin şəxs də mobil telefona baxdıqdan sonra qutusu və şarj cihazı olmadığına görə 700 manat pul verə biləcəyini bildirmiş, o da həmin şəxslə razılaşaraq 700 manat pul alıb telefonu həmin şəxsə satmışdır. 700 manat pulu əldə etdikdən sonra bir qədərini borclarına ödəmiş, qalan hissəsini də mərc oyunlarına xərcləmişdir. Həmin vaxt 5-6 gün Bakı şəhərində qalmış və pulu azalanda yenidən Xaçmaz rayonuna qayıtmışdır. O, birinci dəfə idi ki, oğurluq etmişdir və oğurluq etməsindən heç kimin məlumatı olmamışdır. Bundan sonra 2022-ci ilin noyabr ayının sonlarında yenə də pula ehtiyacı olmuşdur. Çünki mərc oyunlarını oynamasa dayana bilməmiş və bu hal artıq onda adət halını almışdır. Ona görə də 24 noyabr 2022-ci il tarixdə, saat 18 radələrində Xaçmaz şəhərinə gəlib Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən "xxxx" MMC-nin Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən filialının qarşısına gəlmiş və əvvəlcə küçədə dayanıb həmin mağazanı müşahidə etməyə başlamışdır. Bir neçə dəqiqə mağazanı müşahidə etdikdən sonra mağazaya başqa müştərilərin girdiyini görmüş və həmin vaxt, yəni saat 18 radələrində digər müştərilər kimi o da mağazaya daxil olaraq vitrində satış üçün sərgilənən «Samsung» markalı mobil telefonların yanına yaxınlaşmışdır. Bir neçə dəqiqə telefonlara baxdıqdan sonra mağazada işləyən satış mütəxəssislərinin yanında olmadığını görüb «Samsung» markalı mobil telefonlar olan vitrindən bir ədəd dəyəri 2000 manat olan «Samsung Z Flip 4» markalı mobil telefonu gizlincə götürüb əynində olan şalvarın cibinə qoymuş və bir qədər də orada olan mobil telefonlara baxdıqdan sonra mağazadan çıxıb getmişdir. Mağazadan bayıra çıxdıqdan sonra həmin gün Xaçmaz şəhəri, Bakı prospektində yerləşən avtomobil dairəsinin yanına gedib oradan Bakı şəhərinə gedən taksilərin biri ilə Bakı şəhərinə getmişdir. Bakı şəhərinə gedib Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Bakı şəhər avtovağzalına çatdıqdan sonra oradan 20 Yanvar metrostansiyasının ətrafına gəlmiş və 20 Yanvar dairəsi yaxınlığında yerləşən telefon mağazalarının birinə daxil olub orada işləyən tanımadığı şəxsə cibində olan, yəni bir müddət əvvəl "xxxx" MMC-nin Xaçmaz filialından oğurladığı «Samsung Z Flip 4» markalı mobil telefonu cibindən çıxarıb özünə məxsus mobil telefon olduğunu və pula ehtiyacı olduğu üçün satmaq isətdiyini bildirmişdir. Mobil telefon mağazasını işlədən şəxs telefonu götürüb baxdıqdan sonra yaxşı vəziyyətdə olduğunu görüb ondan telefonun oğurluq olub-olmadığını soruşmuş, o da telefonun oğurluq olmadığını və özünə məxsus olduğunu, bir neçə gündür aldığını, ancaq pula ehtiyacı olduğu üçün təcili satdığını bildirmişdir. Həmin şəxs də mobil telefona baxdıqdan sonra qutusu və şarj cihazı olmadığına görə 400 manat pul verə biləcəyini bildirmiş, o da həmin şəxslə razılaşaraq 400 manat pul alıb telefonu həmin şəxsə satmışdır. 400 manat pulu əldə etdikdən sonra bir qədərini borclarına ödəmiş, qalan hissəsini də mərc oyunlarına xərcləmişdir. Həmin vaxt iki gün Bakı şəhərində qalmış və pulu azalanda yenidən Xaçmaz rayonuna qayıtmışdır. Bundan sonra 2022-ci ilin dekabr ayının əvvəllərində yenə də pula ehtiyacı olduğu üçün yenidən oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə 03 dekabr 2022-ci il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən «Qayalı» marketin yaxınlığında olan "xxxx" MMC-nin Xaçmaz filialının qarşısına gələrək əvvəlcə küçədə dayanıb həmin mağazanı müşahidə etməyə başlamışdır. Məqsədi həmin mağazadan yenə də oğurluq etmək olmuşdur. O, mağazanın qarşısısında dayanıb başqa müştərilər gəlməsini gözləmiş və bir neçə dəqiqə küçədə dayanıb gözlədikdən sonra həmin mağazanın qarşısına Vaz-2106 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlmişdir. Həmin avtomobillə gələn şəxslər avtomobildən endikdən sonra avtomobili idarə edən şəxsi tanımış və bilmişdir ki, həmin şəxs Xaçmaz rayonu, Çiləgir kənd sakinidir. Həmin vaxt avtomobildən üç nəfər qadın və iki nəfər cavan oğlan enmiş və "xxxx" MMC-nin Xaçmaz filialının yanında yerləşən “İntegral” məişət avadanlıqları satışı mağazasına daxil olmuşlar. Şübhə çəkməmək üçün o da həmin şəxslərlə birlikdə həmin mağazaya daxil olub içəridə olan mobil telefonlara baxmışdır. Həmin mağazada olan zaman Vaz-2106 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gələn iki nəfər cavan oğlana yaxınlaşmış və onlarla salamlaşmış, bundan sonra onların yanında dayanaraq telefonlara baxmağa başlamışdır. O, həmin iki nəfər cavan oğlanın yanında olan zaman qəsdən telefona aid suallar verib maraqlanmışdır ki, həmin şəxslər onunla bərabər mobil telefonlara baxsınlar. Bundan sonra həmin üç nəfər qadın və iki nəfər cavan oğlan “İntegral” məişət avadanlıqları satışı mağazasından çıxıb "xxxx" MMC-nin Xaçmaz filialına daxil olmuşlar. O da həmin şəxslərlə birlikdə "xxxx" MMCnin Xaçmaz filialına daxil olmuşdur. Həmin yerdən 11 noyabr 2022-ci il tarixdə oğurluq etməsinə baxmayaraq, düşünmüşdür ki, mağazada işləyən şəxslər onu tanımayacaqlar. Mağazaya daxil olduqdan sonra qadınlar mağazada olan məişət əşyalarına baxmağa başlamışlar, o da satıcıların yanında olmadığından istifadə edib satış üçün vitrinə qoyulmuş “Samsung” markalı mobil telefonlara yaxınlaşıb baxmağa başlamışdır. Qadınlarla gələn iki nəfər cavan oğlan onunla birlikdə mobil telefonlara baxsalar da, bir qədər ondan aralı olmuşlar və o, həmin vaxt yanında heç kimin olmamasından və mağazada olan şəxslərin diqqətinin onda olmamasından istifadə edib 11 noyabr 2022- ci il tarixdə oğurladığı kimi bu dəfə də «Samsung S906 8/256 gb» markalı qara rəngli mobil telefonu oğurlamaq istəmişdir. Bu məqsədlə mobil telefonu qorucuyu naqildən ayırmaq istəyəndə siqnalzasiya işə düşmüş və həmin vaxt telefonu yenidən yerinə qoymuş, şübhə çəkməmək üçün özünü elə aparmışdır ki, guya ki, bu vəziyyət ehtiyatsızlıqdan yaranmışdır. Mağazada olan satış mütəxəssisləri siqnalzasiya səsinə görə dərhal ona yaxınlaşmışlar və o, oğurluq etmək niyyətini satıcılardan gizlədib ehtiyatsızlıqdan bu halın yaşandığını bildirmiş və həmin yerdən kənarlaşmışdır. Lakin həmin vaxt mağazadan çıxıb qaçmamışdır ki, ondan şübhələnməsinlər. Mağazaya gələn üç nəfər qadın və iki nəfər cavan oğlan mağazadan çıxan vaxt o da həmin şəxslərlə birlikdə mağazadan çıxmış və sol tərəfə dönüb gedərək oradan uzaqlaşmışdır. Beləliklə, 03 dekabr 2022-ci il tarixdə, saat 17:30 radələlərində ikinci dəfə "xxxx" mağazalar şəbəkəsinin Xaçmaz filialından dəyəri 2349,99 manat olan «Samsung S906 8/256 gb» markalı qara rəngli mobil telefonu oğurlamaq istəsə də, özündən asılı olmayan səbəblərdən, yəni təhlükəsizlik siqnalzasiyasının işə düşməsi səbəbindən niyyətini reallaşdıra bilməmişdir. Həmin vaxt pula çox ehtiyacı olduğu üçün haradansa oğurluq etməyi qərarlaşdırmışdır. Ona görə də həmin günün səhəri gün, yəni 04 dekabr 2022-ci il tarixdə Xaçmaz şəhərinə gəlib saat 15 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən «Qayalı» marketin yanındakı «İntegral» adlı məişət əşyaları və mobil telefonlar satılan mağazanın qarşısına gəlmiş və əvvəlcə küçədə dayanıb həmin mağazanı müşahidə etməyə başlamışdır. Bir neçə dəqiqə mağazanı müşahidə etdikdən sonra mağazaya başqa müştərilərin girdiyini görmüş və həmin vaxt, yəni saat 15 radələrində digər müştərilər kimi o da mağazaya daxil olaraq vitrində satış üçün sərgilənən «Samsung» markalı mobil telefonların yanına yaxınlaşmışdır. Bir neçə dəqiqə telefonlara baxdıqdan sonra mağazada işləyən satıcıların başlarının digər müştərilərə qarışdığını gördüyündən «Samsung» markalı mobil telefonlar olan vitrindən bir ədəd ümumi dəyəri 899 manat olan «Samsung A52» markalı mobil telefonu gizlincə götürüb əynində olan şalvarın cibinə qoymuş və şübhə çəkməmək üçün mağazada satış üçün olan digər əşyalara baxıb sonra mağazadan bayıra çıxmışdır. Mağazadan bayıra çıxdıqdan sonra həmin gün saat 17 radələrində telefonu satmaq üçün tanışı Şahid1 işlədiyi Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən «Gold Mobile» telefon mağazasına getmiş və mağazaya daxil olduqdan sonra Taleyə yaxınlaşıb özünə məxsus bir ədəd «Samsung A52» markalı, 256 gb yaddaşlı mobil telefonun olduğunu və pula ehtiyacı olduğu üçün həmin telefonu satmaq istədiyini bildirmişdir. Tale həmin telefonu ondan götürüb baxmış və telefonun yaxşı vəziyyətdə olduğunu görüb telefonu ondan 300 manat pula ala biləcəyini bildirmişdir. O, həmin telefonu oğurladığından və borclarını qaytarmaq üçün pula ehtiyacı olduğundan onun üçün 300 manat pul kifayət etmiş və ona görə də Tale ilə razılaşaraq telefonu 300 manat pula sonuncuya satmışdır. Telefonu alan zaman Tale ondan şəxsiyyət vəsiqəsinin surətini götürmüş, daha sonra 300 manat pulu vermiş və o, həmin yerdən çıxıb getmişdir. Şəxsiyyət vəsiqəsinin surəti olan vərəqəyə Tale telefonun adını, markasını və İMEİ kodlarını onun yanıında qeyd etmişdir. Talenin verdiyi 300 manat pulun bir qədərini mərc oyunlarına xərcləmiş və dost-tanışlarının borcunu ödəmək üçün həmin gün Xaçmaz şəhəri, Bakı prospektində yerləşən avtomobil dairəsinin yanına gedib oradan Bakı şəhərinə gedən taksilərin biri ilə Bakı şəhərinə getmişdir. Bakı şəhərinə gedən zaman yolda atası ona zəng edib demişdir ki, Şahid1 yaşadıqları evə gəlib onun oğurluq mobil telefon satdığını və bununla bağlı onunla görüşmək istədiyini demişdir. O da həmin vaxt Bakı şəhərinə getdiyini, gəlib Tale ilə söhbət edəcəyini bildirmişdir. O, həmin gün Bakı şəhərinə çatıb dostları ilə görüşmüş və pulun qalan hissəsini borclarına ödəmişdir. 05 dekabr 2022-ci il tarixdə isə yenidən Xaçmaz şəhərinə qayıtmış və həmin gün də Xaçmaz şəhərində dostugildə qalmışdır. 07 dekabr 2023-cü il tarixdə Xaçmaz RPŞ-dən zəng edib onu telefon oğurluğu ilə bağlı izahat vermək üçün rayon polis şöbəsinə dəvət etmişlər, o da 07 dekabr 2023-cü il tarixdə Xaçmaz RPŞ-nə gəlib izahat vermişdir. Xaçmaz RPŞ-də izahat verən zaman Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “İntegral” adlı mağazadan 04 dekabr 2022-ci il tarixdə dəyəri 899 manat olan “Samsung A52” markalı mobil telefonu oğurladığını etiraf etmişdir. «İntegral» adlı mağazadan oğurladığı mobil telefon «Samsung A52» markalı, 256 gb yaddaşlı olmaqla açıq-bənövşəyi rəngli olmuş və mağazada satış üçün qoyulan qiyməti 899 manat olmuşdur. O, «İntegral» adlı mağazadan oğurluğu 04 dekabr 2022-ci il tarixdə, saat 14 radələrində etmişdir. Bakı şəhərində 20 Yanvar dairəsi yaxınlığında mobil telefonları satdığı yerləri hazırda göstərə bilməz, çünki o, Bakı şəhərini yaxşı tanımadığından həmin yerlərin hara olmasını bilmir. O, həmin mağazalara təsadüfən getmişdir. Oğurladığı mobil telefonları satdığı şəxslər həmin telefonların oğurluq yolu ilə əldə olunmuş telefon olduğunu bilməmişlər, o, telefon satdığı şəxslərə həmin mobil telefonların özünə məxsus mobil telefonlar olduğunu demişdir. 03 dekabr 2022-ci il tarixdə "xxxx" MMC-nin Xaçmaz filialından oğurluq etməyə cəhd etdiyi zaman Vaz-2106 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gələn iki nəfər cavan oğlan və üç nəfər qadının onun oğurluq etmək niyyətindən məlumatları olmamış, o, həmin şəxslərin mağazada müştəri kimi olmalarından istifadə edib oğurluq etmək istəmiş, ancaq niyyətini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, "xxxx" MMC-nin Xaçmaz filialının müdiri vəzifəsində işləyir. Həmin filial ünvan 1 ünvanında yerləşir. 30 noyabr 2023-cü il tarixdə onun müdiri olduğu "xxxx" MMCnin Xaçmaz filialında audit yoxlaması aparılan zaman məlum olmuşdur ki, 2349,99 manat dəyərindəki 01 ədəd «Samsung S906 8/256 Black» markalı mobil telefon mağazada yoxdur. Bundan sonra o, mağazada quraşdırılmış müşahidə kameralardan həmin telefonun satış üçün qoyulduğu vitrinə baxış keçirməyə başlamışdır. Kameraların qeydə aldığı videogörüntülərə baxan zaman müəyyən etmişdir ki, mağazada satış üçün vitrinə qoyulmuş «Samsung S906 8/256 Black» markalı mobil telefon 11 noyabr 2022-ci il tarixdə, saat 16 radələrində mağazaya daxil olmuş naməlum şəxs tərəfindən oğurlanmışdır. Mağazada satış üçün olan əşyalar "xxxx" MMC-yə məxsus olduğundan o, oğurluq barəsində baş idarəyə, yəni "xxxx" MMC-nin rəhbərliyinə məlumat vermiş və ona bildirmişlər ki, oğurluq barəsində "xxxx" MMC-nin adından Xaçmaz RPŞ-yə müraciət ediləcəkdir. O, bundan sonra da kameralara diqqətlə baxıb oğurluq edən naməlum şəxsin xarici görünüşünü yadında saxlamışdır ki, birdən həmin şəxsi Xaçmaz şəhərində görsə tanıya bilsin. 03 dekabr 2022-ci il tarixədək həmin şəxsin barəsində hər hansı bir məlumat əldə edə bilməmiş və həmin şəxsi tapa bilməmişdir. 03 dekabr 2022-ci il tarixdə yenə də müdiri olduğu "xxxx" MMC-nin yerləşən Xaçmaz filialında olan zaman saat 17:30 radələrində həmin şəxsin iki nəfər cavan oğlan və üç nəfər qadınla yenidən mağazaya gəldiyini görmüşdür. Bu zaman o, həmin şəxsə reaksiya verməyib nə edəcəyinə nəzarət etməyə başlamışdır. Həmin şəxsi müşahidə edən zaman görmüşdür ki, həmin şəxs özü İlə mağazaya gələn digər şəxslərin mağazanın işçilərinin fikrini yayındırmasından istifadə edib bu dəfə də satış üçün vitrinə qoyulmuş telefonlardan birini oğurlamaq istəyir. Belə ki, həmin şəxs satış üçün vitrinə qoyulmuş «Samsung S906 8/256 Black» markalı mobil telefonu oğurlamaq məqsədilə telefona bərkidilmiş təhlükəsizlik naqilini telefondan ayıran zaman siqnalzasiya işə düşmüş, buna görə də həmin şəxs telefonu oğurlaya bilməmişdir. Siqnalzasiyanın işə düşdüyünü görən həmin şəxs özünü heç nədən xəbəri yoxmuş kimi aparmış və bundan sonra mağazadan çıxmışdır. O, həmin vaxt mağazanın işçisi Şahid2 demişdir ki, mağazadan bayıra çıxıb həmin şəxslərin oraya hansı nəqliyyat vasitəsilə gəlmələrinə baxıb ona bildirsin. İxtiyar mağazadan bayıra çıxıb geri gəldikdən sonra bildirmişdir ki, həmin şəxslər “VAZ-2106” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin yerə gəlmişlər. Bundan sonra "xxxx" MMC-nin rəhbərliyindən ona bildirmişlər ki, Xaçmaz RPŞ-yə ərizə ilə müraciət olunmuşdur və o, "xxxx" MMC-nin adından gedib istintaq və təhqiqat proseslərində iştirak etsin. O da Xaçmaz RPŞ-yə gedib olanlar barəsində izahat vermişdir. Təqsirləndirilən şəxsin oğurladığı və oğurlamaq istədiyi mobil telefonların qiymətləri eynidir, yəni 2349,99 manatdır. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxs mağazaya ikinci dəfə gələrək oğurluğa cəhd edən zaman mağazanın əməkdaşı Şahid2 təqsirləndirilən şəxsin VAZ 2106 markalı avtomobillə gəldiyini onlara bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs2 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, "xxxx" MMC-nin Xaçmaz filialında satış mütəxəssisi işləyir. "xxxx" MMC-nin ünvan 3 ünvanında yerləşir. "xxxx" MMC-nin Xaçmaz filialında olan bütün əşyalar həmin MMC-yə məxsusdur. 25 noyabr 2022-ci il tarixdə, səhər saat 09 radələrində "xxxx" MMCnin Xaçmaz filialına gəldikdən sonra mağazaya baxan zaman “Samsung” markalı mobil telefonlar olan vitrində bir ədəd “Samsung Z Flip 4” markalı mobil telefonun yerində olmadığını aşkar etmişdir. O, həmin mobil telefonu 24 noyabr 2022-ci il tarixdə, səhər saatlarında işə gələrkən yerində görmüş və həmin gün qeyd olunan mobil telefondan satmamışdır deyə mağazada işləyən digər satıcılardan da həmin markalı mobil telefondan bir gün əvvəl, yəni 24 noyabr 2022-ci il tarixdə satıb-satmamalarını soruşmuş, satıcılar da satmadıqlarını bildirmişlər. Bundan sonra həmin mobil telefonun hər hansı bir müştəri tərəfindən oğurlandığından əmin olmuş və bu barədə "xxxx" MMC-nin baş ofisinə məlumat vermiş və "xxxx" MMC-nin Xaçmaz filialında olan kameralara baxıb oğurluq anını müəyyən etmələrini xahiş etmişdir. "xxxx" MMC-nin mağazalarında olan müşahidə kameralarına ancaq baş ofisdən nəzarət olunur və ancaq oradan baxmaq olur. O, "xxxx" MMC-nin baş ofisinə məlumat verdikdən sonra ona bildirmişlər ki, kameralara baxıb bir neçə günə ona məlumat verəcəklər və o, həmin vaxta qədər polisə məlumat verməsin. 08 dekabr 2022-ci il tarixdə "xxxx" MMC-nin baş ofisindən ona bildirmişlər ki, "xxxx" MMCnin Xaçmaz filialında olan kameralara baxış keçirmişlər və müəyyən etmişlər ki, 24 noyabr 2022-ci il tarixdə, saat 18 radələrində "xxxx" MMC-nin Xaçmaz filialına müştəri kimi gələn 20-25 yaş aralığında olan naməlum cavan oğlan mağazadan 2000 manat dəyərində olan “Samsung Z Flip 4” markalı mobil telefonu oğurlamışdır. Oğurluq barədə məlumatı dəqəqiləşdirdikdən sonra ona bildirmişlər ki, oğurluq anının videogörüntülərini də bir ədəd DVD formatlı diskə köçürüb ona göndərirlər və o, bu barədə polisə məlumat verə bilər. Həmin gün oğurluq anının videogörüntüləri bir ədəd DVD formatlı diskə köçürülmüş formada ona çatdırılmış və 08 dekabr 2022-ci il tarixdə, saat 16 radələrində Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzi xidmətinə zəng edib oğurluq barəsində məlumat vermiş, həmin gün Xaçmaz RPŞ-yə gəlib ərizə ilə müraciət etmiş və izahat vermişdir. Oğurluq anının videogörüntüləri köçürülmüş bir ədəd DVD formatlı diski materiala əlavə edilməsi üçün təqdim etmişdir. 24 noyabr 2022-ci il tarixdə İrşad Electronics» MMC-nin Xaçmaz filialından oğurlanmış “Samsung Z Flip 4” markalı mobil telefonunun qiyməti 2000 manat olmuşdur və həmin mobil telefonun oğurlanmasına görə maddi ziyan "xxxx" MMC-yə dəymişdir. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxs tərəfindən oğurlanmış “Samsung” markalı telefon vitrinə qoyulmaq üçün nəzərdə tutulmuş, bu səbəbdən həmin telefonun SİM kart hissəsi sıfırlanmş, yəni həmin funksiyası işlək vəziyyətdə olmamış, telefonun qalan digər funksiyaları isə işlək olmuş, həmin modelli telefonun qiyməti 2500 manat olmuş, lakin SİM kart hissəsi sıfırlandığından qiyməti 2000 manat olmuşdur. Vurulmuş ziyan ödənilərsə, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı şikayətçi olmaz. Məhkəmə istintaqı zamanı ifadəsində Zərərçəkmiş şəxs3 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, O, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektini icarəyə götürüb həmin yeri təmir etdirərək orada məişət əşylarının və mobil telefonların satışı ilə məşğul olur. Həmin mağazanın adı “İntegral” məişət avadanlıqlarının satışı mağazasıdır. Həmin mağazanın üzərinə “Samsung rəsmi diler” yazılsa da, həmin mağazada olan məhsullar onun özünə məxsusdur, yəni həmin mağazada olan məhsulları şəxsi pul vəsaiti hesabına alıb gətirib həmin mağazada vətəndaşlara kredit və ya nağd satır. Mağazanın üzərinə “Samsung rəsmi diler” yazılmasının səbəbi odur ki, o, “Samsung” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən həmin brendə aid zəmanətli malları alıb gətirib satır, əgər həmin məhsulların hər hansı birində istehsalçı ilə bağlı hər hansı bir problem çıxarsa onda “Samsung” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi həmin məhsulları zəmanətli şəkildə öz hesablarına təmir edirlər, ona görə də onun işlətdiyi mağaza həm də “Samsung” şirkətinin Xaçmaz rayonundakı rəsmi dilleridir. Ancaq buna baxmayaraq yuxarıda qeyd etdiyi kimi mağazanın içərisində olan bütün məhsulları o öz pulu hesabına almış, yəni sahibi özüdür, həmçinin həmin mağazanın VÖEN hesabı da onun öz adınadır. Mağazada ondan başqa bir nəfər işçi də işləmiş və həmin işçinin adı Şahid3dur. 04 dekabr 2022-ci il tarixdə o işdə olmamış, həmin gün mağazada onu digər işçi Şahid3 əvəz etmiş, yəni satışı Şahid3 həyata keçirmişdir. 04 dekabr 2022-ci il tarixdə, saat 14 radələrində tanımadığı bir nəfər şəxs mağazaya daxil olub satış üçün vitrinə qoyulmuş telefonlara yaxınlaşaraq bir qədər həmin mobil telefonlara baxdıqdan sonra, “Samsung” markalı mobil telefonların sırasından gizlincə bir ədəd 256 gb yaddaşlı “Samsung A52” markalı mobil telefonu götürüb heç kimin xəbəri olmadan mağazadan çıxıb getmişdir. Həmin gün, yəni 04 dekabr 2022-ci il tarixdə, saat 17:30 radələrində mağazanın işçisi Şahid3 vitrində satış üçün qoyulmuş mobil telefonları yoxlayan zaman “Samsung A52” markalı mobil telefonun yerində olmadığını aşkar etmiş, dərhal kameraya baxıb müəyyən etmişdir ki, həmin mobil telefon 04 dekabr 2022-ci il tarixdə, saat 14 radələrində mağazaya adi müştəri kimi daxil olmuş bir nəfər şəxs tərəfindən oğurlanmışdır. Daha sonra Şahid3 mağazada olan kompyuterdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində olan İMEİ kodlar üzrə axtarış sisteminə daxil olub oğurlanmış mobil telefonun İMEİ kodu üzrə axtarış vermiş və məlum olmuşdur ki, mağazadan oğurlanmış “Samsung A52” markalı mobil telefon Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Gold Mobile” adlı telefon mağazasına satılmışdır. Şahid3 mağazadan çıxıb “Gold Mobile” mağazasına gedib oradan soruşduqda, “Gold Mobile” mağazasını işlədən Tale adlı şəxs həmin telefonun bir müddət əvvəl Təqsirləndirilən şəxs tərəfindən ona satıldığını, telefonun oğurluq olduğunu bilmədiyini, telefonu səhəri gün, yəni Kənana verdiyi 300 manat pulu sonuncudan geri aldıqdan sonra qaytaracağını bildirmiş, səhəri gün saat 11 radələrində Nizami həmin mağazaya gedib telefonu ondan tələb etdikdə, Tale Kənandan pulunu ala bilmədiyini, ona görə də telefonu verə bilməyəcəyini demişdir. Bundan sonra işçisi Şahid3 da Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat vermiş, o da bu barədə polisə şikayət ərizəsi yazmışdır. Telefonu oğurlayan şəxsin 04 dekabr 2022-ci il tarixdə mağazaya daxil olmasında hər hansı bir qanunsuzluq olmamış, həmin şəxs icazə verilən vaxtda digər müştərilər kimi adi qaydada mağazaya daxil olmuş, sadəcə diqqətin onda olmamasından istifadə edib telefonu oğurlamışdır. Mağazada olan məhsullar onun vəsaiti hesabına alındığı üçün maddi ziyan ona dəymiş və ona dəymiş maddi ziyanın məbləği 899 manatdır. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxs tərəfindən onun mağazasından oğurlanmış 899 manat dəyərində “Samsung A52” markalı telefon ibtidai istintaq zamanı polis tərəfindən, həmin telefonun satıldığı mağazadan, yəni Şahid1 götürülmüş və onun özünə qaytarılmış, telefonda hər hansı zədə olmamış, ona qaytarılan telefon ondan oğurlanmış telefon olmuş, ona qaytarıldıqdan sonra o, həmin telefonu mağazasında qoyaraq satmışdır. Ona vurulmuş ziyan ödənildiyindən onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, o, "xxxx" MMC-nin Xaçmaz filialında satıcı işləyir. Təqsirləndirilən şəxsin onun işlədiyi həmin mağazadan birinci dəfə telefonu oğurlamasını görməmişdir. O, təqsirləndirilən şəxsi ikinci dəfə həmin mağazaya gəldikdə görmüşdür. Belə ki, o, həmin gün mağazada müştərilərlə söhbət aparan zaman satış üçün qoyulmuş telefonun olduğu yerdən təhlükəsizlik siqnalının səs etdiyini eşitmişlər və həmin yerə yaxınlaşanda təqsirləndirilən şəxsi orada və telefonu yerə saldığını görmüşlər. Təqsirləndirilən şəxs mağazadan çıxaraq getdikdə isə o da mağazadan çıxaraq təqsirləndirilən şəxsin arxasınca baxmış və sonuncunun “VAZ 2106” markalı avtomobilə əyləşərək getdiklərini görmüş, bu barədə mağazanın müdiri Zərərçəkmiş şəxs1 məlumat vermişdir. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxsin getdiyi avtomobildə qadın da olmuşdur. Şahid2 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs onun satıcı kimi işlədiyi mağazaya gətirərək telefon satmış, sonra isə digər mağazanın əməkdaşı gələrək onlara bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən onun işlədiyi mağazaya satılmış telefon onlardan oğurlanmış telefondur, daha sonra bu barədə polisə məlumat verilmiş, həmin telefon polisə təhvil verilmişdir. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxsin ona, yəni işlədiyi mağazaya satdığı telefonun oğurluq olmasından onun məlumatı, şübhəsi olmamışdır. Onlar yalnız istifadə edilmiş telefonlar almış, təqsirləndirilən şəxsdən telefonu aldıqda da sonuncu ona bildirmişdir ki, həmin telefon onun özünə məxsusdur, istifadə etmişdir. Təqsirləndirilən şəxsdən aldığı həmin telefonun ekranı üzərində örtük olmamış, həmin telefonda hər hansı cızıq, zədə izi olmasa da, yeni kimi olsa da, o, bundan şübhələnməmişdir, çünki telefonu çox səliqəli saxlayan şəxslər də olur. O, həmin telefonu təqsirləndirilən şəxsdən, səhv xatırlamırsa, 300 manat almışdır. Təqsirləndirilənə telefonun alışına görə verdiyi pul hazıradək ona qaytarılmamışdır. Təqsirləndirilən şəxs həmin telefonu ona satdıqdan bir gün sonra həmin telefonun oğurluq olması ona bildirilmiş və həmin telefon ondan götürülmüşdür. Şahid1 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Çiləgir kəndində ailəsi ilə birlikdə yaşayır. Latın qrafikalı Azərbaycan əlifbası ilə yazmağı və oxumağı bacarır. O, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Gold Mobile” telefon mağazasında satıcı işləyir. 04 dekabr 2022-ci il tarixdə, saat 17 radələrində işlədiyi mağazada olan zaman əvvəlcədən tanıdığı, Xaçmaz rayonu, Sabiroba kənd sakini Təqsirləndirilən şəxs işlədiyi mağazaya gəlib özünə məxsus bir ədəd “Samsung A52” markalı, 256 gb yaddaşlı mobil telefonunun olduğunu, həmin mobil telefonu bir neçə gündür ki, aldığını, lakin hazırda pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. O, mobil telefonu Kənandan götürüb baxmış və görmüşdür ki, telefon çox yaxşı vəziyyətdədir. Telefona baxdıqdan sonra Kənandan telefonun qutusunu və adapterinin (şarj cihazının) harada olduğunu soruşduqda, Kənan ona telefonun qutusunun olmadığını, odur ki, qutusuz və adapteri olmadan satdığını bildirmişdir. Telefon yaxşı vəziyyətdə olsa da, qutusu olmadığına görə Kənana telefon üçün 300 manat verə biləcəyini demiş, Kənan da həmin məbləğlə razılaşmışdır. Bundan sonra Kənandan sonuncuya aid şəxsiyyət vəsiqəsini alıb surətini çıxarmış, həmin surətin üzərinə Kənandan aldığı mobil telefonun adını, markasını və İMEİ kodlarını yazmışdır. Belə ki, şəxsiyyət vəsiqəsinin surətinin üzərinə “xx.xx.2022, Samsung A52, İM **********41286, İM **********41286” söz və rəqəmlərini yazmış və Kənana 300 manat pul verib telefonu ondan almışdır. Kənandan aldığı mobil telefon 256 gb yaddaşlı olmuşdur. Kənan pulu alıb mağazadan getdikdən təxminən bir saat sonra, yəni saat 18 radələrində bir nəfər tanımadığı şəxs işlədiyi mağazaya gəlib adının Nizami olduğunu, işlədiyi mağazaya bir qədər əvvəl 256 gb yaddaşlı “Samsung A52” markalı mobil telefonun satılıb-satılmadığını soruşmuş, o da bir qədər əvvəl Kənan adlı şəxsdən aldığı telefonu Nizamiyə göstərib mağazada belə bir telefonun olduğunu bildirmişdir. Həmin şəxs onun göstərdiyi mobil telefona baxıb həmin telefonun saat 14 radələrində onun işlədiyi “Samsung” adlı mağazadan tanımadığı şəxs tərəfindən oğurlandığını bildirmişdir. Bundan sonra Nizaminin özü ilə gətirdiyi telefon qutusunun üzərində olan İMEİ kodla onun Kənandan aldığı telefonun İMEİ kodunu eyniləşdirmişlər və həmin kodların eyni olduğunu müəyyən etmişlər. Mağazaya gələn Nizami adlı şəxs ondan həmin mobil telefonu tələb etdikdə, o, telefonu ona satmış Kənan adlı şəxsdən verdiyi 300 manat pulu aldıqdan sonra səhəri gün telefonu təqdim edə biləcəyini demiş, Nizami də onunla razılaşıb mağazadan çıxıb getmişdir. 04 dekabr 2022-ci il tarixdə o, işdən çıxıb Kənanın yaşadığı Xaçmaz rayonu, Sabiroba kəndində yerləşən evə gedib Kənanı səslədikdə, Kənanın atası Şahin adlı şəxs evdən çıxıb Kənanın evdə olmadığını demiş və nə lazım olduğunu soruşmuşdur. O da Şahinə Kənanın bir neçə saat əvvəl ona oğurluq telefon satdığını, həmin telefona görə Kənana 300 manat pul verdiyini, Kənanın gətirib pulunu verməsini demişdir. Bu zaman Şahin ona demişdir ki, səhəri gün Kənanı da götürüb işlədiyi mağazaya gələcəkdir. 05 dekabr 2022-ci il tarixdə səhər saatlarında Kənanın atası Şahinə zəng etdikdə, sonuncu ona bildirmişdir ki, onun Kənan adlı oğlu yoxdur, Kənanı övladlıqdan silmişdir. Həmin gün saat 11 radələrində Nizami gəlib telefonu ondan istəyəndə, o, Kənandan pulunu ala bilmədiyi üçün telefonu verə bilməyəcəyini demiş, Nizami da mağazadan çıxıb getmişdir. 05 dekabr 2022-ci il tarixdə Xaçmaz RPŞ-dən təhqiqatçı Qəhrəman Qurbanov ona zəng edib Kənandan aldığı oğurluq telefonla bağlı izahat verməsi üçün onu Xaçmaz RPŞ-yə dəvət etmiş, o da izahat verməyə gələn zaman telefonu da gətirib Xaçmaz RPŞ-də təhqiqatçıya təhvil vermişdir. O, mobil telefon alan zaman oğurluq olduğunu bilməmiş, Kənan ona həmin mobil telefonun özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, tarixi dəqiq xatırlamır, 2022-ci ilin dekabr ayının 4-ü, yaxud 5-i iş üzrə təqsirləndirilən şəxs onun satıcı kimi işlədiyi “İntegral” mağazasına gələrək telefonlara baxmış və satış üçün vitrində olan telefonu gizli olaraq götürərək getmiş, sonra onlar mağazada videomüşahidə kamerasının qeydə aldığı görüntülərə baxıb, telefonu təqsirləndirilən şəxsin oğurladığını görmüşlər, lakin həmin görüntülər artıq silinmişdir. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxsin onların mağazasından oğurladığı mobil telefon “Samsung A52” markalı, istifadə edilməmiş, yeni telefon olmuşdur. O, həmin telefonun oğurlandığını həmin gün, oğurlandıqdan təxminən 1-2 saat sonra aşkar etmiş, o, əvvəlcə videomüşahidə kamerasının görüntülərinə baxmış və videogörüntülərdən təqsirləndirilən şəxsin telefonu oğurladığını görmüş, daha sonra isə o, mağazada olan kompyuterdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində olan İMEİ kodlar üzrə axtarış sisteminə daxil olub oğurlanmış mobil telefonun İMEİ kodu üzrə axtarış vermiş və ona məlum olmuşdur ki, mağazadan oğurlanmış “Samsung A52” markalı mobil telefon Xaçmaz şəhərində yerləşən “Gold Mobile” adlı telefon mağazasındadır. Həmin telefon onların mağazasına qaytarılmışdır. Şahid3 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Seyidlər kəndində ailəsi ilə birlikdə yaşayır. Latın qrafikalı Azərbaycan əlifbası ilə yazmağı və oxumağı bacarır. O, ünvan 2 ünvanında yerləşən, Zərərçəkmiş şəxs3 məxsus məişət əşyları və mobil telefonlar satılan mağazada satıcı işləyir. Həmin mağazanın adı “İntegral” məişət avadanlıqlarının satışı mağazasıdır. Həmin mağazanın üzərinə “Samsung rəsmi diler” yazılsa da, həmin mağazada olan məhsullar Zərərçəkmiş şəxs3 məxsusdur, yəni həmin mağazada olan məhsulları Zərərçəkmiş şəxs3 şəxsi pul vəsaiti hesabına alıb gətirib həmin mağazada vətəndaşlara kredit və ya nağd satır. O da həmin mağazada satıcı işləyir və rəsmi olaraq əmək müqaviləsi də vardır. İşlədiyi mağazanın üzərinə “Samsung rəsmi diler” yazılmasının səbəbi odur ki, onlar “Samsung” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən həmin brendə aid zəmanətli malları alıb gətirib satmış, əgər həmin məhsulların hər hansı birində istehsalçı ilə bağlı hər hansı bir problem çıxarsa onda “Samsung” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi həmin məhsulları zəmanətli şəkildə öz hesablarına təmir edirlər, ona görə də onun işlədiyi mağaza həm də Samsung şirkətinin Xaçmaz rayonundakı rəsmi dileridir. Ancaq buna baxmayaraq yuxarıda qeyd etdiyi kimi, mağazanın içərisində olan bütün məhsulları Zərərçəkmiş şəxs3 öz pulu hesabına almış, yəni həmin əşyaların sahibi Zərərçəkmiş şəxs3dur. 04 dekabr 2022-ci il tarixdə, saat 14 radələrində o, işdə olan zaman tanımadığı bir nəfər şəxs mağazaya daxil olub satış üçün vitrinə qoyulmuş telefonlara yaxınlaşaraq bir qədər həmin mobil telefonlara baxdıqdan sonra “Samsung” markalı mobil telefonların sırasından gizlincə bir ədəd 256 gb yaddaşlı “Samsung A52” markalı mobil telefonu götürüb şübhə çəkməmək üçün bir qədər də mağazanı gəzdikdən sonra heç kimin xəbəri olmadan mağazadan çıxıb getmişdir. Həmin gün, yəni 04 dekabr 2022-ci il tarixdə, saat 17:30 radələrində o, vitrində satış üçün qoyulmuş mobil telefonları yoxlayan zaman “Samsung A52” markalı mobil telefonun yerində olmadığını aşkar etmişdir. O, bilmişdir ki, həmin mobil telefon satılmamışdır. Ona görə də dərhal kameraya baxıb müəyyən etmişdir ki, həmin mobil telefon 04 dekabr 2022-ci il tarixdə, saat 14 radələrində mağazaya adi müştəri kimi daxil olmuş bir nəfər tanımadığı şəxs tərəfindən oğurlanmışdır. Daha sonra o, mağazada olan kompyuterdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində olan İMEİ kodlar üzrə axtarış sisteminə daxil olub oğurlanmış mobil telefonun İMEİ kodu üzrə axtarış vermiş və ona məlum olmuşdur ki, mağazadan oğurlanmış “Samsung A52” markalı mobil telefon Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Gold Mobile” adlı telefon mağazasına satılmışdır. O, işlədiyi mağazadan çıxıb “Gold Mobile” mağazasına gedib oradan soruşduqda, “Gold Mobile” mağazasını işlədən Tale adlı şəxs həmin telefonun bir müddət əvvəl Təqsirləndirilən şəxs tərəfindən ona satıldığını, telefonun oğurluq olduğunu bilmədiyini, telefonu səhəri gün, yəni Kənana verdiyi 300 manat pulu sonuncudan geri aldıqdan sonra qaytaracağını ona demiş, səhəri gün saat 11 radələrində o, həmin mağazaya gedib telefonu Taledən tələb etdikdə, Tale Kənandan pulunu ala bilmədiyini, ona görə də telefonu verə bilməyəcəyini demişdir. Bundan sonra o da Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzi xidmətinə zəng edib 04 dekabr 2022-ci il tarixdə işlədiyi “İntegral” məişət avadanlıqlarının satışı mağazasından telefon oğurlanması barədə məlumat vermiş, həmin gün mağazanın müdiri Zərərçəkmiş şəxs3 da bu barədə polisə şikayət ərizəsi yazmışdır. Telefonu oğurlayan şəxsin 04 dekabr 2022-ci il tarixdə mağazaya daxil olmasında hər hansı bir qanunsuzluq olmamış, həmin şəxs icazə verilən vaxtda digər müştərilər kimi adi qaydada mağazaya daxil olmuş, sadəcə diqqətin onda olmamasından istifadə edib telefonu oğurlamışdır. İş materiallarında olan 06 dekabr 2022-ci il tarixli ərizədən müəyyən olunur ki, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC tərəfindən Xaçmaz RPŞ-yə müraciət edilərək, 11 noyabr 2022-ci il tarixdə, saat təxminən 15:30-16:00 radələrində həmin MMC-nin ünvan 1 ünvanında yerləşən filial mağazasından 01 ədəd “Samsung S906 8/256 gb Black” markalı, dəyəri 2349,99 manat olan mobil telefonun naməlum şəxs tərəfindən oğurlanması bildirilərək həmin əməli törətmiş şəxsin tutularaq hüquqi məsuliyyətə cəlb olunması xahiş edilmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 07 yanvar 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisə yeri "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən filialıdır. "xxxx" MMC-nin Xaçmaz filialının ön tərəfi şüşədən olmaqla içərisi təxminən 16 metr uzunluğunda və 11 metr enində mağazadır. Mağazada müxtəlif markalı televizor, vardır. Baxış zamanı iştirak edən həmin filialın müdiri Zərərçəkmiş şəxs1 əli ilə girişlə üzbəüz olan mobil telefonlar olan vitrini göstərərk 11 noyabr 2022-ci il tarixdə naməlum şəxs tərəfindən həmin yerdən bir ədəd 2349, 99 manat dəyərində olan bir ədəd “Samsung S906 8/256 gb Black” mobil telefon oğurlandığını, bundan sonra həmin şəxs tərəfindən 03 dekabr 2022-ci il tarixdə yenidən həmin yerdən telefon oğurlamağa cəhd edildiyini, xx.xx.2022-ci il tarixdə oğurluğun edilməsindən həmin vaxt heç kimin məlumatının olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı iş materiallarında olan DVD formatlı diskə baxış keçirilərək, həmçinin həmin diskə baxış protokolundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 11 noyabr 2022-ci il tarixdə "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən filialından bir ədəd mobil telefonu oğurlaması, bundan başqa, Təqsirləndirilən şəxs həmin yerdən 03 dekabr 2022-ci il tarixdə yenidən eyni markalı mobil telefonu oğurlamaq istəməsi, lakin özündən asılı olmayan səbəblərdən niyyətinin baş tutmaması halları öz təsdiqini tapmış, təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini bir daha etiraf etmişdir. İş materiallarında olan 08 dekabr 2022-ci il tarixli raportdan və həmin tarixli ərizədən müəyyən olunur ki, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC tərəfindən (Zərərçəkmiş şəxs2) Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edilərək, Xaçmaz RPŞ-yə müraciət edilərək, 24 noyabr 2022-ci il tarixdə həmin MMC-nin Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 56 ünvanında yerləşən filialından 01 ədəd “Samsung Z Flip 4” markalı, dəyəri 2000 (iki min) manat olan mobil telefonun naməlum şəxs tərəfindən oğurlanması bildirilərək həmin əməli törətmiş şəxsin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması xahiş edilmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 08 dekabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən müəyyən edilir ki, hadisə yeri "xxxx" MMC-nin Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 56 ünvanında yerləşən filialıdır. "xxxx" MMC-nin Xaçmaz filialının ön tərəfi şüşədən olmaqla içərisi təxminən 15 metr uzunluğunda və 10 metr enində mağazadır. Mağazada müxtəlif markalı televizor, soyuducu və s. məişət əşyaları, həmçinin müxtəlif markalı və modelli mobil telefonlar vardır. Mağazada “Samsung” markalı mobil telefonlar ayrıca vitrində düzülmüşdür. Baxış zamanı Həmin filialda satış mütəxəssisi işləyən Zərərçəkmiş şəxs2 mağazaya girişdən təxminən 10 metr içəridə yerləşən “Samsung” markalı mobil telefonlar düzülmüş vitrini göstərib bildirmişdir ki, 24 noyabr 2022-ci il tarixdə 2000 manat dəyərində olan “Samsung Z Flip 4” markalı mobil telefon həmin yerdən naməlum şəxs tərəfindən oğrulanmışdır, oğurluğun edilməsindən həmin vaxt heç kimin məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı iş materiallarında olan DVD formatlı diskə baxış keçirilərək, həmçinin həmin diskə baxış protokolundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 56 ünvanında yerləşən filialından 24 noyabr 2022-ci il tarixdə bir ədəd mobil telefonu oğurlaması halı öz təsdiqini tapmış, təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini bir daha etiraf etmişdir. İş materiallarında olan 05 dekabr 2022-ci il tarixli raportdan, həmin tarixli ərizədən və izahatdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs3 tərəfindən Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edilərək, Xaçmaz RPŞ-yə müraciət edilərək, 04 dekabr 2022ci il tarixdə, saat 14 radələrində onun işlətdiyi məişət əşyaları mobil telefonlar satılan “İntegral” adlı mağazadan 01 ədəd, 899 manat dəyərində olan “Samsung A52” markalı mobil telefonun naməlum şəxs tərəfindən oğurlanması barədə məlumat verərək, həmin şəxsin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 05 dekabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 işlətdiyi “İntegral” məişət avadanlıqları satışı mağazasıdır. Qeyd olunan mağazanın ön hissəsi şüşədən olmaqla təxminən 10 metr uzunluğunda və 5 metr enində mağazadır. Mağazada müxtəlif markalardan olan məişət əşyaları, yəni televizor, paltaryuyan, soyuducu və s. məişət əşyaları və müxtəlif markalarda və modellərdə mobil telefonlar vardır. Baxış zamanı həmin mağazada satıcı işləyən Şahid3 mağazaya girişdən təxminən 1 metr içəri sağ tərəfdə yerləşən “Samsung” markalı mobil telefonlar düzülmüş vitrini göstərib bildirmişdir ki, 04 dekabr 2022-ci il tarixdə 899 manat dəyərində olan “Samsung A52” markalı mobil telefon həmin yerdən naməlum şəxs tərəfindən oğurlanmışdır, oğurluğun edilməsindən həmin vaxt heç kimin məlumatı olmamışdır. İş materiallarında olan 05 dekabr 2022-ci il tarixli “Əşyaya baxış keçirilməsi haqqında” protokoldan və 28 mart 2023-cü il tarixli “Əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan müəyyən edilir ki, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Gold Mobile” mağazasında satıcı işləyən Şahid1 Xaçmaz RPŞ-də izahat verən zaman, Təqsirləndirilən şəxs pul ilə aldığını bildirdiyi 01 ədəd “Samsung A52” markalı, 256 GB daxili yaddaşlı mobil telefonu təqdim etmişdir. Əşyaya baxış zamanı Zərərçəkmiş şəxs3 həmin mobil telefonun 04 dekabr 2022-ci il tarixdə onun işlətdiyi “İntegral” adlı mağazasından oğurlanmış mobil telefon olduğunu bildirmişdir. Həmin mobil telefon maddi sübut kimi tanınaraq götürülmüşdür. İş materiallarında olan “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 23 avqust 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Xaçmaz RPŞ-də müstəntiq tərəfindən Təqsirləndirilən şəxs "xxxx" MMC-nin Xaçmaz filialından, "xxxx" MMC-nin Xaçmaz filialından və Zərərçəkmiş şəxs3 məxsus “İntegral” məişət avadanlıqları mağazasından oğurluq etdiyi yerləri göstərməsi təklif olunduqdan sonra avtomobillə təqsirləndirilən şəxsin göstərdiyi istiqamətlərdə gedilmiş və təqsirləndirilən şəxs yuxarıda qeyd olunan mağazaları göstərmiş, müstəntiq, müdafiəçi və təqsirləndirilən şəxs həmin mağazalara daxil olmuşlar və təqsirləndirilən şəxs həmin mağazalardan oğurluq etdiyi barədə ifadəsində göstərdiyi xüsusatları əyani olaraq göstərməklə bir daha təsdiq etmişdir. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs "xxxx" MMC-nin Xaçmaz filialından və "xxxx" MMC-nin Xaçmaz filialından mobil telefonları oğurlayaraq hansı mağazaya satdığını müəyyən etmək olmamışdır. İş materiallarında olan X7 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Çiləgir kəndində yaşayır. Latın qrafikalı Azərbaycan əlifbası ilə yazmağı bacarmasa da, oxumağı bacarır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olub dolanışığını təmin edir. Evlidir, üç övladı vardır. Övladlarının ad və soyadları Əmrah Nağdiyev, Yeganə Nağdiyeva və Səbuhi Nağdiyevadır. Onun özünə məxsus Vaz-2106 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır və o, həmin avtomobili 2022-ci ilin mart ayında Quba rayonu, Nügədi kənd sakinindən almışdır. Həmin avtomobili bir müddət baş etibarnamə əsasında idarə etsə də, 2023-cü ildə öz adına rəsmiləşdirmiş və hazırda da avtomobilin qeydiyyat şəhadətnaməsi onun öz adınadır. Ona məxsus həmin avtomobili hərdən oğlu Əmrah Nağdiyev də idarə etmişdir. 03 dekabr 2022-ci il tarixdə oğlu Əmrah Nağdiyev arvadı X3, qardaşlarının arvadları X8 və X5 qardaşı oğlu X11 ilə birlikdə Xaçmaz şəhərində yerləşən məişət avadanlıqları satışı mağazasına soyuduculara baxmaq üçün gətirmişdir. Həmin vaxt avtomobili oğlu Əmrah idarə etmişdir. Onlar əvvəlcə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “İntegral” məişət avadanlıqları satışı mağazasına, daha sonra isə həmin mağazanın yanında olan "xxxx" MMC-nin Xaçmaz filialına daxil olmuşlar, həmin mağazalarda bir müddət qalıb məişət əşyalarına və mobil telefonlara baxdıqdan sonra çıxıb getmişlər. İş materiallarında olan X10 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsindən müəyyən edilir ki, o, valideynləri ilə birlikdə Xaçmaz rayonu, Çiləgir kəndində yaşayır. Latın qrafikalı Azərbaycan əlifbası ilə yazmağı və oxumağı bacarır. 03 dekabr 2022-ci il tarixdə o, əmisi oğlu X11 ilə birlikdə onun idarə etdiyi Vaz-21060 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə anası X3, əmilərinin arvadları X6 və X5 Xaçmaz şəhərində yerləşən məişət avadanlıqları satışı mağazasına soyuduculara baxmaq üçün gətirmişlər. Həmin vaxt atasına məxsus Vaz-2106 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili o idarə etmişdir. Onlar Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Qayalı” marketin yanındakı “İntegral” məişət avadanlıqları satışı mağazasının qarşısına gəlmişlər və avtomobildən enib əvvəlcə “İntegral” məişət avadanlıqları satışı mağazasına daxil olmuşlar. Orada anası və əmilərinin arvadları soyuduculara, Hüseynlə o isə mobil telefonlara baxmışlar. Həmin vaxt “İntegral” məişət avadanlıqları satışı mağazasında tanışı Xaçmaz rayonu, Sabiroba kənd sakini Kənan adlı şəxs də olmuş və sonuncu da həmin mağazada mobil telefonlara baxmışdır. Həmin vaxt Kənan onlara yaxınlaşmamış və özü tək mobil telefonlara baxmışdır. Onlar bir qədər “İntegral” məişət avadanlıqları satışı mağazasında dayanıb mobil telefonlara və soyuduculara baxdıqdan sonra oradan çıxıb həmin mağazanın yanında yerləşən "xxxx" MMC-nin Xaçmaz filial mağazasına daxil olmuşlar. Həmin mağazaya daxil olan zaman mağazanın qapısında Kənan onlara yaxınlaşmış və onlarla salamlaşmış, onlarla birlikdə mağazaya daxil olmuşdur. Mağazaya daxil olduqdan sonra anası və əmilərinin arvadları soyuduculara baxmaq üçün mağazanın baş tərəfinə getmişlər, o və əmisi oğlu Hüseyn isə vitrində satış üçün qoyulmuş mobil telefonlara baxmağa başlamışlar. Həmin vaxt Kənan da onlara yaxınlaşıb birlikdə mobil telefonlara baxmağa başlamış və mobil telefonlar barəsində danışmağa başlamışdır. Bir qədər onların yanında dayandıqdan sonra Kənan onlardan bir qədər aralanıb vitrinin baş tərəfinə keçmiş və orada vitrində olan mobil telefonu əlinə götürüb baxmağa başlamışdır. Bir müddət sonra Kənanın əlinə götürdüyü mobil telefona quraşdırılmış siqnalzasiya işə düşmüş və Kənan həmin vaxt mobil telefonu yerinə qoyub oradan kənarlaşmışdır. Onlar elə bilmişlər ki, Kənan ehtiyatsızlıqdan telefonun arxasında olan təhlükəsizlik naqilini çıxarmış, buna görə də siqnalzasiya işə düşmüşdür. Həmin vaxt mağazanın işçiləri gəlib siqnalzasiyanı söndürmüşlər və anasıgil də işlərini bitirdikdən sonra onlar oradan çıxıb onun idarə etdiyi Vaz-2106 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib yaşadıqları evə getmişlər. 03 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs "xxxx" MMCnin Xaçmaz filial mağazasından oğurluq etmək istəməsindən onun xəbəri olmamış, onlar Kənanla həmin mağazada təsadüfən rastlaşmışlar. İş materiallarında olan X9 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsindən müəyyən edilir ki, o, X10 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 09 sentyabr 2023-cü il tarixli qərardan müəyyən edilir ki, 03 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs "xxxx" MMC-nin Xaçmaz filialından mobil telefon oğurlamağa cəhd etməsi faktında “VAZ 21060” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X10 və sərnişinlər X9, X2, X6 və X4 Təqsirləndirilən şəxs ilə birgə iştirakları sübuta yetmədiyindən, həmin şəxslərin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, Şahid1 barəsində və digər şəxslərin Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə edilmiş mobil telefonları alması faktında Azərbaycan Respublikası CM-nin 194 və 177-ci maddələrinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, oğurluq cinayətinin törədilməsinin videogörüntüləri köçürülmüş 02 (iki) ədəd DVD diski sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 29,177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 29,177.2.2-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayəti şəxs tərəfindən təkrar törədildikdə həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Qərarın 18-ci bəndinə görə, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq, Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Həmin Qərarın 21-ci bəndinə görə, oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olması, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsi aydınlaşdırılmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində «daxil olma» əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən, cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair 23 aprel 2018-ci il tarixli Qərarına əsasən, oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 29,177.2.2-ci maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Nərəcan kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı ərazidə özünü sakit, intizamlı bir vətəndaş kimi aparmışdır. Barəsində onu tanıyanlardan, yaxın qohumlarından Nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxslər "xxxx" MMC-nin nümayəndəsinin və "xxxx" MMC-nin nümayəndəsinin verdikləri ifadələrindən, həmçinin təqsirləndirilən şəxsin ifadəsindən müəyyən edilir ki, təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı heç bir məbləğ ödənilməmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 verdiyi ifadəsindən müəyyən edilir ki, təqsirləndirilən şəxs tərəfindən onun mağazasından oğurlanmış 01 ədəd “Samsung A52” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülərək ona qaytarılmış, bununla da ona vurulmuş ziyan ödənildiyindən onun təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. İş materiallarında olan qərarlardan və protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ifadəsinin alınması üçün dəfələrlə ibtidai istintaq orqanına çağırılsa da, gəlməkdən boyun qaçırdığından barəsində məcburi gətirilməsinə dair xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş, o, cinayət prosesini həyata keçirən orqandan gizləndiyindən, çağırışlara gəlməkdən qəsdən boyun qaçırdığından barəsində xx.xx.2023-cü il tarixli qərarla axtraış elan edilmiş və cinayət işinin icraatı dayandırılmış, xx.xx.2023-cü il tarixdə isə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq Xaçmaz RPŞ-yə təhvil verilmişdir. İş materiallarında olan qərarlardan və protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizləndiyindən, çağırışlara gəlməkdən qəsdən boyun qaçırdığından barəsində xx.xx.2023-cü il tarixli qərarla axtraış elan edilmiş və cinayət işinin icraatı dayandırılmış, xx.xx.2023-cü il tarixdə isə könüllü olaraq Xaçmaz RPŞ-yə gəlib özünü təqdim etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halı, barəsində cəzanı ağırlaşdıran halların olmamasını, eləcə də zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəməməsi halını, cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 maddəsinin (29,177.2.2) sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 06 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. İş materiallarında olan “Axtarışda olan şəxsin tutulması barədə” 07 aprel 2023-cü il tarixli protokoldan (saat 15:50), qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan (saat 17:35) və xx.xx.2023-ci il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq 01 (bir) gün müddətdə həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olma müddəti, yəni 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 01 (bir) gün müddət ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək “həbs” növündə qətimkan tədbiri seçilməli, və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarında olan maddi sübut kimi tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan, ərizədən və qəbzdən, həmçinin Zərərçəkmiş şəxs3 məhkəmə istintaqında verdiyi ifadəsindən müəyyən edilir ki, iş üzrə maddi sübut kimi tanınmış “Samsung A52” markalı mobil telefon ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs3 qaytarılmışdır. Odur ki, iş üzrə maddi sübut - Zərərçəkmiş şəxs3 məxsus “Samsung A52” markalı mobil telefonun Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi cinayət işinin materiallarında olan, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin Xaçmaz filialından və "xxxx" MMC-nin Xaçmaz filialından etdiyi oğurluq cinayət əməlinin müşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülərinin köçürüldüyü 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.2 və 29, 177.2.2-ci maddələri ilə təqsirli bilinsin və barəsində 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 01 (bir) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 dekabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Zərərçəkmiş şəxs3 məxsus “Samsung A52” markalı mobil telefonun Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi cinayət işinin materiallarında olan, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin Xaçmaz filialından və "xxxx" MMC-nin Xaçmaz filialından etdiyi oğurluq cinayət əməlinin müşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülərinin köçürüldüyü 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları olması izah edilsin. Hökmün icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar