Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-178/2023 01.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1973-cü ildə Xaçmaz rayonunun Fərzəlioba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, özünün deməsinə görə işləməyən, əvvəllər məhkum olunmamış, Xaçmaz şəhəri, Bakı prospekti, ev 95, mənzil 36-da qeydiyyatda olmaqla Xaçmaz rayonunun Fərzəlioba kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının sonlarında Xaçmaz rayonu, Fərzəlioba kəndi ərazisində həmin kəndin qurtaracağında yerləşən mağazadan qərb istiqamətində 700 metr aralı məsafədə Xaçmaz rayonu X1-oba kəndi ərazisindəki bələdiyyənin ehtiyat fonduna aid meşə massivində qanunsuz olaraq əkdiyi xeyli miqdar təşkil edən 13 ədəd, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinə 09 iyul 2023-cü il tarixədək aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmişdir. Belə ki, 09 iyul 2023-cü il tarixdə saat 16:00-16:20 müddətində Xaçmaz Rayon Pols Şöbəsinin X7 əməkdaşları tərəfindən həmin meşə massivinə baxış keçirilərkən yaş vəziyyətdə ümumi çəkisi 12900,0 qram olan 13 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya (əkmə, yetişdirmə) etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, çətənə bitkilərini aprel ayında əkmiş, həmin bitkiləri suvaran zaman polis əməkdaşları gələrək onu yaxalamışlar. Həmçinin bildirdi ki, o, əkdiyi həmin çətənə bitkisinin toxumlarını yerdən təsadüfən tapmış, həmin toxumları taparkən yerdə kibrit qutusunun içərisində olmuşdur. Tapdığı həmin toxumların sayı təxminən 15 ədəd olardı. Onun əkdiyi həmin çətənə bitkiləri barədə heç kimin məlumatı olmamış, bu barədə heç kimə deməmişdir. O, həmin çətənə bitkilərinə təxminən iki ay qulluq edərək yetişdirmişdir. O, əkdiyi həmin çətənə bitkilərindən polis tərəfindən saxlanılanadək həmin bitkilər tam yetişmədiyi üçün istifadə etməmişdir. O, narkotik vasitə istifadəçisidir, həmin çətənə bitkilərini özünün şəxsi istehlakı üçün əkmiş, heç kimə narkotik vasitə satmamışdır. O, həmin çətənə bitkilərini yaşadığı kəndin ərazisində yerləşən meşə massivində əvvəlcə plastik qablarda əkmiş, sonra isə həmin qablardan çıxararaq meşədə elə həmin yerdə torpağa əkmişdir. O, Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş, müharibədə yaralanmış, 3-cü qrup əlilliyi vardır. O, çətənə bitkisi əvvəllər də əkmiş, bununla o, ikinci il olmuşdur ki, əkərək çətənə bitkisi yetişdirmişdir. O, bir daha bu kimi əməl törətməyəcəyinə söz vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq orqanında verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz şəhəri, Bakı prospekti, ev 95, mənzil 36-da qeydiyyatda olmasına baxmayaraq, hazırda Xaçmaz rayonu, Fərzəlioba kəndində ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Təxminən 4 ilə yaxındır ki, narkotik vasitə olan marixuana adlanan narkotik vasitədən istifadə edir. 2023-cü ilin aprel ayının sonlarında yaşadığı Xaçmaz rayonu, Fərzəli-oba kəndində yerləşən meşə massivində 13 ədəd plastik qablarda çətənə bitkilərinin toxumlarını əkmişdir. Təxminən 1 həftə keçdikdən sonra həmin plastik qablarda əkdiyi çətənə toxumlarının cücərdiklərini görərək onları qablardan çıxarıb və həmin meşəlik ərazisində torpağa əkmişdir. Həmin bitkilərin 8 ədədini bir yerə və digər 5 ədədini isə onlardan təxminən 5 metr aralıda kol-kosun arasında torpağa əkmişdir. Bitkiləri özü tək istifadə etmək məqsədilə əkmiş və onları əkməkdə başqa məqsədi olmamışdır. Bundan sonra mütamadi olaraq həmin əraziyə gedərək əkdiyi bitkiləri suvararaq onlara qulluq etmişdir. 09 iyul 2023-cü il tarixdə, saat 16:00 radələrində yaşadığı Fərzəli-oba kəndində yerləşən evindən çıxaraq əkdiyi çətənə kollarını suvarmaq üçün meşə massivinə getmişdir. Meşəlik ərazidə həmin əkdiyi kolları suvarmaq istəyərkən bu zaman bir neçə şəxs ona yaxınlaşaraq özlərini ona tədim edib və Xaçmaz RPŞ-nin X7 əməkdaşları olduqlarını ona bildirmişlər. Bundan sonra isə Xaçmaz. RPŞ-nin təhqiqatçısi, polis leytenantı Kamran Zeynalov və nəzarətçi aqronom Şahid5 iştirakı ilə həmin əkdiyi çətənə bitkilərinə videoçəklişlə baxış keçirib və kolları torpaqdan çıxarılaraq saymışlar. Polis əməkdaşlarına həmin narkotik tərkibli çətənə bitkisi kollarını tək əkərək onlara aqrotexniki qayada qulluq etməsini səmimi olaraq etiraf etmişdir. Polis əməkdaşları əkərək yetişdirdiyi 13 ədəd çətənə kollarını torpaqdan çıxarıb və sellafon 3 ədəd kisələrə yığaraq qablaşdırmışlar. Bundan sonra isə polis əməkdaşları onu Xaçmaz RPŞ-nin X10 dəvət etdikləri üçün onlarla birlikdə Xudat PB-nə getmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid5 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, o, Xaçmaz rayon İH-nin MKTİ-nin aqronomu işləyir. Xaçmaz rayonu, Fərzəli-oba kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı həmin kənd ərazisində meşəlik ərazidə narkotik tərkibli bitkiləri əkərək yetişdirməsi ilə əlaqədar o, Xaçmaz RPŞ-nin təhqiqatçısı Kamran Zeynalov tərəfindən 18 may 2023-cü il tarixdə həmin əraziyə dəvət olunmuşdur. Təhqiqatçı tərəfindən əraziyə keçirilən baxış zamanı məlum olmuşdur ki, Xaçmaz rayonu, Fərzəli-oba kəndində yaşayan Təqsirləndirilən şəxs 13 ədəd narkotik tərkibli çətənə bitkilərini 2023-cü ilin aprel ayının sonlarında əvvəlcə palstik qablarda əkərək yetişdirdikdən sonra həmin bitkiləri qablardan çıxardaraq meşə massivində torpaqda əkib və onlara mütamadi olaraq aqrotexniki qaydada qulluq etdiyini demişdir. O, torpaqda əkilmiş həmin bitkilərə baxış keçirərək həmin bitki kollarının narkotik tərkibli çətənə bitkiləri olduğunu və onlara aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Belə ki, həmin kolların dibləri yumşaldılmış və onlar suravılmışdır. Bundan başqa, onlara məlum olmuşdur ki, həmin narkotik tərkibli bitkilərə bənzər kolların 8 ədədi bir yerdə və digər 5 ədədi isə təxminən 5 metr aralıda meşə massivində torpaqda əkilmişdir. Bundan sonra həmin torpaqda əkilmiş 13 ədəd bitkilər ekpertizaya göndərilməsi üçün torpaqdan çıxardılaraq 3 ədəd ağ rəngli sintetik torbalara yığılıb, möhürlənərək qablaşdırılmışdır. Torpaq sahəsində aşkar edilmiş 1 ədəd taxta yeşiyin içində 13 ədəd plastik qablar yeşiklə birlikdə əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülüb və 1 ədəd torbaya qoyulmaqla qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid2 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, o, Xaçmaz RPŞ-nin Xudat PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Xaçmaz rayonu Fərzəli-oba kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı kənd ərazisində həmin Fərzəli-oba kəndinin qurtaracağında yerləşən ərzaq mağazasından 700 metr qərb istiqamətində meşəlik ərazidə narkotik tərkibli bitkiləri əkərək yetişdirməsi barədə 09 may 2023-cü il tarixdə əməliyyat aparatına məlumat daxil olduğuna görə həmin günü, yəni 09 iyul 2023-cü il tarixdə, günorta saatlarında o, Xaçmaz RPŞ-nin Xudat PB-nin əməliyyat müvəkkilləri Şahid1, Turqut Şadıyev və polis nəfəri Şahid6lə birlikdə Xaçmaz rayonu, Fərzəli-oba kəndi ərazisindəki meşəlik əraziyə baxış keçirmək məqsədilə getmişlər. Həmin günü saat 16 radələrində Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Fərzəli-oba kəndində həmin kəndin qurtaracağında yerləşən ərzaq mağazasından 700 metr qərb istiqamətində meşəlik ərazi istiqamətində piyada getməsini görmüşlər. Təqsirləndirilən şəxs həmin meşəlik əraziyə gedərək orada ağacların arasında əkilmiş narkotik tərkibli bitkilərə bənzər kollara qulluq edib və onları suvarmaq istəyərkən ona yaxınlaşaraq işini saxlamağı xahiş etmişlər. Həmin yerə dəvət edilmiş Xaçmaz RPŞ-nin təhqiqatçısı X8 Mehdiyevə hüquq və vəzifələrini izah edərək özünün və Xaçmaz RİH-nin MKTİ-də nəzarətçi aqronom vəzifəsində işləyən Şahid5 iştirakları ilə meşəlik ərazidə əkərək qulluq etdiyi narkotik tərkibli bitkilərə bənzər kollara videoçəklişlə baxış keçiriləcəyini izah etmişlər. Videoçəklişi Xudat PB-nin PPXB-nin polis nəfəri Şahid4 özünə məxsus mobil telefon vasitəsilə etmişdir. Bundan sonra onların və aqronom Şahid5 iştirakı ilə meşəlik əraziyə keçirilən baxış zamanı 8 ədədi bir yerdə və sonunculardan təxminən 5 metr aralıda isa daha 5 ədəd narkotik tərkibli çətənə bitkilərinə bənzər kollar aşkar edilmişdir. Təqsirləndirilən şəxs əli ilə torpaqda əkilmiş çətənə bitkisinə bənzər kolları göstərərək həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, onları 2023-cü ilin aprel ayının sonlarında əvvəlcə plastik qablarda əkərək yetişdirdikdən sonra həmin bitkiləri qablardan çıxardaraq torpaqda əkib və onlara mütəmadi olaraq aqrotexniki qaydada qulluq etdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom Şahid5 həmin 2 metrə yaxın hündürlükləri olan bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu və onlara aqrotexniki qaydada qulluq edildiyini təsdiq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tərəfindən torpaqda əkilmiş ümumilikdə 13 ədəd çətənə bitkisinə bənzər kollar ekspertizaya göndərilməsi üçün torpaqdan çıxardılaraq 3 ədəd ağ rəngli sintetik torbalara yığılıb, möhürlənərək qablaşdırılmışdır. Bundan başqa, orada olan 1 ədəd taxta yeşiyin içində aşkar edilmiş 13 ədəd plastik qablar yeşiklə birgə əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülüb və 1 ədəd torbaya qoyulmaqla qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş şahidlər Şahid3, Şahid6 və Şahid4 ifadələrindən müəyyən edilir ki, onlar şahidlər Şahid2 və Şahid5 ifadələri ilə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsindən müəyyən edilir ki, o, şahidlər Şahid2, Şahid3, Şahid6, Şahid4 və Şahid5 ifadələri ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 09 iyul 2023-cü il tarixli “Baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan və baxışın keçirilməsinin videoçəkilişinin köçürüldüyü DVD diskə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı X6, Xaçmaz RPŞ-nin Xudat PB-nin əməliyyat müvəkkilləri, Şahid1, Şahid2, Şahid3, Xudat PB-nin polis nəfərləri Şahid6, Şahid4 və Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsində nəzarətçi aqronom vəzifəsində işləyən Şahid5 və Təqsirləndirilən şəxs iştirakları ilə hazırkı cinayət işi üzrə narkotik tərkibli bitkilərin əkildiyi yerə, Xaçmaz rayonunun Fərzəlioba kəndi ərazisində baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, narkotik tərkibli bitkilərə bənzər kolların əkildiyi yer Xaçmaz rayonu, Fərzəlioba kəndi ərazisində həmin kəndin qurtaracağında yerləşən ərzaq mağazasından qərb istiqamətində, həmin ərzaq mağazasından 700 metr aralı məsafədə Xaçmaz rayonu Fərzəli-oba kənd bələdiyyəsinin ehtiyat fonduna aid meşə massividir. Belə ki, baxış keçirilərkən Xaçmaz rayonu Köhnə- Xudat bələdiyyə sədri ilə telefon əlaqəsi saxlanılmış və baxışın keçrildiyi ərazinin kimə məxsus olmasını soruşduqda bələdiyyə sədri həmin ərazinin Xaçmaz rayon X1-oba kəndi ərazisindəki bələdiyyə ehtiyat fonduna aid olduğunu bildirmişdir. Həmin sahədə çoxlu sayda müxtəlif növ meşə ağaclarının olması müşahidə edilmişdir Ağacların arasında həmin torpaq sahəsində 13 ədəd çətənə bitkilərinə bənzər bitkilər əkilmişdir. Həmin bitkilərdən 8 ədədi bir hissədə, qalan 5 ədədi isə təxminən 5 metr aralıda digər hissədə torpağa əkilmişdir. Həmin narkotik tərkibli bitkilərə bənzər kolların uzunluqlarının 2 metrə yaxın olması müəyyən edilmişdir. Baxış zamanı Xaçmaz rayonu Fərzəli-oba kəndində yaşayan Təqsirləndirilən şəxs orada, yəni meşə massivində yerdə olan taxta yeşiyin içindəki narkotik tərkibli çətənə bitkisinə bənzər bitkiləri yetişdirmək üçün istifadə etdiyi 13 ədəd plastik qabları göstərərək əvvəlcə narkotik tərkibli bitkiləri həmin plastik qablarda əkib və cücərtdikdən sonra onları torpağa əkdiyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs əli ilə torpaqda əkilmiş çətənə bitkisinə bənzər kolları göstərərək, həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu və onları 2023-eii ilin aprel ayının sonlarında plastik qablardan çıxardaraq torpağa əkdikdən sonra onlara mütəmadi olaraq aqrotexniki qaydada qulluq etdiyini bildirmişdir. Baxışda iştirak edən Xaçmaz RİH-nin MKTİ-də nəzarətçi aqronom vəzifəsində işləyən Şahid5 həmin bitkilərə baxış keçirərək onların narkotik tərkibli çətənə bitkiləri olduğunu və onlara aqrotexniki qaydada qulluq göstərildiyini təsdiq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs torpaqda əkdiyi xeyli miqdar təşkil edən, yəni 13 ədəd çətənə bitkilərinə bənzər kollar ekspertizaya təqdim edilmək üçün torpaqdan çıxardılaraq 3 ədəd ağ rəngli sintetik torbalara yığılıb, möhürlənərək qablaşdırılmışdır. Bundan başqa 1 ədəd taxta yeşiyin içində aşkar edilmiş 13 ədəd plastik qablar təhqiqatçı tərəfindən götürülüb və 1 ədəd torbaya qoyulmaqla qablaşdırılmışdır. İş materiallarında olan 09 iyul 2023-cü il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, 09 iyul 2023-cü il tarixdə Xaçmaz rayonu, Fərzəli-oba kəndində yerləşən meşə massivində keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş boyu təxminən 2 metrə yaxın olan cəmi 13 ədəd bitkilər çətənə (kannabis) bitkilərinə oxşar bitkilərdir, onlara aqrotexniki qulluq edilmiş, dibləri yumşaldılmış, günəş şüalarının təsiri altında mütəmadi olaraq suvarılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2023-cü il tarixli, 3-16-16/2-7/991 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Xaçmaz rayonu Fərzəli-oba kəndində yerləşən meşə massivində, torpaq sahəsində baxış keçirilən zaman aşkar edilmiş 13 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərinə bənzər bitkilər....” yazılar və imzalar olan 3 ədəd ağ rəngi sintetik torbalarda yaş vəziyyətdə, ümumi sayı 13 (on üç) ədəd, ümumi çəkisi 12900,0 qram bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqranomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Çətənə bitkilərindən təqdqiqata cəmi 0,65 qram (hər obyektdən 0,05 qram) sərf edildikdən sonra qalıq 12899,35 qram təşkil etmişdir. İş materiallarında olan 11 iyul 2023-cü il tarixli “Əşyanın maddi sübut kimi hesab edilməsi haqqında” qərardan və “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 02 sentyabr 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs kultivasiya etdiyi, 3 ədəd ağ rəngli sintetik torbalarda 13 (on üç) ədəd, ümumi çəkisi 12900,0 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 01 ədəd torbada 01 ədəd taxta yeşiyin içində 13 ədəd plastik qablar maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra 12899,35 qram çəkidə qalıq qalmış həmin çətənə (kannabis) bitkiləri və 13 ədəd plastik qablar Xaçmaz RPŞ-nin maddi sübutlar otağında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 27 iyul 2023-cü il tarixli, 4762 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Xaçmaz rayonu Köhnə-Xudat Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan müəyyən edilir ki, Xaçmaz rayonunun Fərzəli-oba kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkdiyi yer Xaçmaz rayonu Fərzəli-oba kəndində həmin kəndin qurtaracağında yerləşən mağazadan qərb istiqamətində 700 metr aralıda olan Xaçmaz rayonu Köhnə X4-oba kənd ərazisindəki bələdiyyənin ehtiyat fonduna aid meşə massividir. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, Təqsirləndirilən şəxs Xaçmaz rayonunun Fərzəli-oba kəndi ərazisində yerləşən meşə massivində əkdiyi narkotik təbiətli çətənə (kannabis) bitkilərinin toxumlarının mənbəyini müəyyən etmək olmamış, eləcə də onun narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı əməliyyat aparatına heç bir məlumat daxil olmamışdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 5(067)- 145/2023 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərkibində narkotik maddə olan bitkilərin kultivasiyası ilə məşğul olması barədə “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 09 iyul 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 02 sentyabr 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olması istisna olunduğundan barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan baxış keçirilməsinin videoçəkilişi köçürülmüş 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) həmin Məcəllənin 237.1-ci maddəsinin tərkibini yaradır. Elmi mənada “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.6-cı madəsinə əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 19-cu bəndində izah edilir ki, 237-ci maddədə nəzərdə tutulmuş cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir.Əkmə dedikdə - qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başadüşülməlidir.Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır.Yetişdirmə dedikdə - narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununun İİİ siyahısına görə, qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin xeyli miqdarı 3-15 ədəd (6-30 hissə), külli miqdarı isə aşağı həddi 16 ədəd (31 hissə) kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin kultivasiya etdiyi tərkibində narkotik maddələr olan bitki - çətənə (kannabis) bitkisi 13 (on üç) ədəd olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Köhnə Xudat İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs “yaşadığı kənddə özünü yaxşı aparır. Kənd camaatının bütün xeyir və şər məclislərində yaxından iştirak edir, öz köməyini əsirgəmir. Qohum, qonşu və tanışları ilə münasibəti müsbət xarakterizə olunur”. İş materiallarında olan vəsiqələrin surətlərindən, həmçinin EMİS-dən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs 3-cü qrup (müharibə) əlilliyi var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və əlilliyinin olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 09 iyul 2023-cü il tarixli protokoldan, qətimkan tədbirinin seçilməsi barədə 11 iyul 2023-cü il tarixli qərardan və xx.xx.2023-cü il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün müddət təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 01 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın 27 iyul 2023-cü il tarixli, 4762 nömrəli rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 3-cü dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Belə ki, iş materiallarında olan Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi tərəfindən xx.xx.1997-ci ildə verilmiş 35475 nömrəli vəsiqənin surətindən, həmçinin EMİS-dən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlillik dərəcəsi olmuşdur. (pensiya məbləği 327.21) İş materiallarında olan Xaçmaz rayon ƏSMM tərəfindən verilmiş 720017 nömrəli vəsiqənin surətindən, Azərbaycan Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyi tərəfindən 06 mart 2015-ci ildə verilmiş Ə № 001144 nömrəli vəsiqəsinin surətindən, həmçinin EMİS-dən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 3-cü qrup müharibə əlilidir. (pensiya məbləği 330.0) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli, 39 saylı qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci maddəsinə görə, narkomanlıq xəstəliyinə düçar olmuş əlillərə məcburi müalicə tətbiq edilmir. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində əlilliyi səbəbindən narkomaniyadan məcburi müalicə təyin edilməli deyildir. O, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş materiallarından müəyyən olunur ki, maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs kultivasiya etdiyi, 3 ədəd ağ rəngli sintetik torbalarda 13 (on üç) ədəd, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12899,35 qram təşkil etmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 01 ədəd torbada 01 ədəd taxta yeşiyin içində 13 ədəd plastik qablar Xaçmaz RPŞ-nin maddi sübutlar otağında saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs kultivasiya etdiyi, 3 ədəd ağ rəngli sintetik torbalarda 13 (on üç) ədəd, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12899,35 qram təşkil etmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 01 ədəd torbada 01 ədəd taxta yeşiyin içində 13 ədəd plastik qablar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs narkotik tərkibli 13 ədəd çətənə (kannabis) bitkilərini kultivasiya etdiyi yerə (torpaq sahəsinə) keçirilmiş baxış zamanı aparılmış videoçəkilişin (bir ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu müddət, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 05 (beş) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 noyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs kultivasiya etdiyi, 3 ədəd ağ rəngli sintetik torbalarda 13 (on üç) ədəd, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12899,35 qram təşkil etmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 01 ədəd torbada 01 ədəd taxta yeşiyin içində 13 ədəd plastik qablar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs narkotik tərkibli 13 ədəd çətənə (kannabis) bitkilərini kultivasiya etdiyi yerə (torpaq sahəsinə) keçirilmiş baxış zamanı aparılmış videoçəkilişin (bir ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon Polis Şöbəsinə, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən, elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-178/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-178/2023
01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver