Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-18/2021 17.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ İş № 1 (067)-18/2021 AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN XAÇMAZ RAYON MƏHKƏMƏSININ QƏRARİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 2021-ci il tarixdə Xaçmaz rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında xx.xx.1987-ci ildə Rusiya Federasiyası, Saratov şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Xaçmaz şəhəri, Nəsimi küçəsi, ev 1-də qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 18:00 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq «BMW» markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edib Gəndov-Yalama yolunun Xaçmaz rayonu, Çarxı kəndi ərazisindən keçən hissəsində Gəndob istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürət həddinin məhdudlaşdırılması» yol nişanı) tələblərini pozaraq sürət həddinin 90 km/saata qədər məhdudlaşdırıldığı yol sahəsində avtomobili 110 km/saat sürtələ idarə etmiş, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka ziyan vurmamalı olduğu halda bu tələbləri yerinə yetirməmiş, hadisənin qarşısını almağa texniki imkani olsa da almamiş, onunla eyni istiqamətdə özündən qarşıda hərəkətdə olan «Vaz 2106» markalı avtomobili ötmə əməliyyatına başlayaraq sol zolağa çıxmış, ötmə əməliyyatını düzgün başa çatdırmadan yolun sol tərəfinə çıxaraq yolun sol kənarındakı ağaca vurmuş, nəticədə ehtiyatsızlıqdan həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs soldan Vİİİ qabırğanın yerdəyişmiş sınığı, sağ kürək sümüyünün sınığı, hər iki əl və sağ ayaq pəncəsi nahiyyəsinin əzilmişsıyrılmış yaraları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarət yetirmiş, Zərərçəkmiş şəxs məxsus «BMW» markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsinə səbəb olaraq ona 6500 (altı min beş yüz) manat məbləğində ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə dostu Kərimə məxsus olan, idarə etdiyi «BMW» markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Kərimlə birlikdə Xaçmaz şəhərindəki «Kamran» şadlıq sarayının yanındakı pivəxanaya getmişlər. Pivəxanaya getməmişdən əvvəl Kərim sprtli içki olan araq içdiyindən sərxoş olduğu üçün Kərimə məxsus «BMW» markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobili o idarə etmişdir. Pivəxanada Kərim bir bakal o isə iki bakal pivə içmişlər. Saat təxminən 17:30 radələrində pivəxanadan çıxdıqda Kərimə məxsus «BMW» markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobili yenə də o, idarə etmiş, Kərim isə qabaq sərnişin oturacağında əyləşmişdir. Kərimin təklifi ilə avtomobillə bir qədər Xaçmaz şəhəritndə gəzdikdən sonra Şabran rayonu, söhbətli kəndinə gedib ailəsini oradan gətirməyi təklif etmiş, Kərim də razılaşmışdır. Kərim razılıq verəndən sonra idarə etdiyi, Kərimə məxsus «BMW» markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəndov-Yalama yoluna çıxıb Gəndob istiqamətinə hərəkət etməyə başlamış, saat 18:30 radələrində Gəndob-Yalama yolunun Xaçmaz rayonu Çarxı kəndi ərazisindən keçən hissəsində təxminən 110 km/saat sürətlə Gəndob istiqamətinə hərəkətdə olarkən qarşıda, eyni istiqamətdə hərkət edən «Vaz 2106» markalı avtomobili ötmək üçün sol yola çıxmış, ötməni düz həyata keçirmədiyi üçün əks yola düz çıxmayıb yolun solunda olan ehtiyyat hissəyə çıxmış, avtomobil idarəolunmaz vəziyyətdə yolun ehtiyyat hissəsindən çıxıb əvvəlcə çökək sahəyə düşmüş, irəliyə hərəkət edib ağaclara dəymişdir. Hadisə zamanı hər ikis xəsarət alaraq Xaçmaz rayon MX-na müraciət etmişlər.Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirdi ki, BC dərəcəli sürücülük hüququ, «BMW» markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobili var. xx.xx.2020-ci il tarixdə günortadan sonra Xaçmaz şəhərində təxminən 350 qram spirtli içki olan araq içmiş, həmin vaxtı tanışı Təqsirləndirilən şəxs onun yanma gələrək ondan ona məxsus avtomobili ilə Şabran rayonu, Söhbətli kəndinə getməyi və oradan onun ailəsini Xaçmaz şəhərinə gətirməsini xahiş etmişdir. O, Raufa içkili olduğunu dedikdə Rauf içki içmədinini, ayıq vəziyyətdə olduğun, onun avtomobilini sürə biləcəyinidi bildirmiş o, da Raufun ona məxsus avtomobili sürməsinə razılıq verərək «BMW» markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobili sürməsi üçün Raufa vermiş, ona məxsus olan «BMW» markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib birlikdə Şabran rayonuna yola düşmüşlər. Avtomobili Rauf idarə etmiş, o, isə qabaq sərnişin oturacağında əyləşmişdir. Gəndov-Yalama yolu ilə Gəndov istiqamətində hərəkət edərkən Rauf avtomobili sürətlə sürdüyündən iki dəfə xahiş etmişdir ki, Rauf avtomobili yavaş sürsün. Gənov istiqamətində hərəkətdə olduqları zaman qarşıda, eyni istiqamətdə başqa bir avtomobil hərəkətdə olmuş, Rauf qarşıda hərəkətdə olan avtomobili ötmə əməliyyatına başlayıb avtomobili yüksək sürətlə idarə etdiyi üçün idarə etməni itirmiş, avtomobil yolun hərəkət hissəsindən yolun soluna çıxaraq çökək sahəyə düşüb oradakı ağaca dəymişdir. Hadisə zamanı xəsarət aldı üçün Xaçmaz rayon MX-na müraciət etmişdir. Hadisədən əvvəl avtomobilində heç bir nasazlıq olmamış, içkili olduğu üçün Raufla birlikdə pivə içdiklərindən xəbəri olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və Patoloci anatomiya Birliyinin xx xxxxxxx 2014-cü il tarixli 317 saylı rəyindən görünür ki, X5 məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər-başbeyin əzilməsi və sağ hemişferdə intraparenximal hematoma ilə müşayət olunmuş kəllə əsasının və sağ almacıq sümüyünün sınıqları, sağ üst göz qapağının cırılmış əzilmiş yarası, alının, sağ yanağın və hər iki baldırın sıyrıqları aşkar edilməklə bərk küt əşyanın təsirindən törənmiş, yetirilmə müddəti xx.xx.2014-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə həyat ücün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. Məhkəmə-tibb ekspertizasının xx xxxxxxx 2014-cü il tarixli 320 saylı rəyindən görünür ki, 1985-ci il təvəllüdlü, X3 adına tərtib edilmiş xəstəlik tarixində qeyd olunanlara əsaslanaraq aşağıdakı nəticəyə gəlinmişdir: “S.H.Cəlilov xx.xx.2014-cü ildə saat 01 radələrində «Qapah kəllə beyin travması, baş beyin sirkələnməsi, alt cənə sümüyünün sol şaxəsinin qapalı sınığı, alt dodağııı və təpə nahiyəsinin əzilmiş yarası, döş qəfəsinin sağ tərəfdən əzilməsi» diaqnozu ilə Xacmaz MRX-na daxil olmuşdur. Göstərilən xəsarətlər-baş beyin sirkələnməsilə müşayət olunmuş alt cənənin sol şaxəsinin cınığı, təpə nahiyəsinin və alt dodağın əzilmiş yaraları bər küt əşya (əşyalar) təsirindən törənməklə qərarda qeyd olunduğu kimi xx.xx.2014-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamhğın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və Patoloci anatomiya Birliyinin xx.xx.2020-ci il tarixli, 330 №-li rəydən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs bədəni üzərində soldan Vİİİ qabırğanın yerdəyişmiş sınığı, sağ kürək sümüyünün sınığı, hər iki əl və sağ ayaq pəncəsi nahiyyəsinin əzilmişsıyrılmış yaraları müəyyən edilmişdir. Müəyyən edilmiş xəsarətlər bərk küt əşya (əşyalar) təsirinldən törənmişdir, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 8/1631 nömrəli rəydən görünür ki, «BMW» markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində Azərbaycan Respublikasının Qanunun 37-cı maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 110 km/saat sürtələ idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürət həddinin məhdudlaşdırılması» yol nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Xaçmaz 1 saylı TXS-dan alınmış ziyan aktından görünür ki, «BMW» markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomaşınına 6000-6500 manat dəyərində ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X7 adlı 1 (bir) azyaşlı uşağı var. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə, həmçinin iş üzrə keçirilmiş ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və törətdiyi əməldən səmimi peşmancılıq cəkməsini, ailəli olmasını, himayəsində bir azyaşlı uşağın olmasını barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ona təyin edilmiş cəza məntəqə tipli cəzacəkmə müəssisəsində cəkilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından, həmcinin, hesab edir ki, təqsirləndirilən şəxsin barəsində secilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və ondan 100 (yüz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köcürülməlidir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş maddi zərərin ödənilməsi tələbi barədə mülki iddia qaldıraraq, Təqsirləndirilən şəxs 5500 manat maddi ziyanın tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə zərərçəkmiş şəxs X2 tərəfindən verilmiş mülki iddiaya münasibət bildirərək, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olaraq törətdiyi əməl nəticəsində 5500 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış «BMW» markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanmaq üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzacəkmə müəssisəsində cəksin. Cəzaçəkmənin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş qətimkan tədbiri – başqa yerə getməmək haqqında iltizam hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülsün. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı zərərin əvəzinin ödənilməsinə dair iddiası təmin edilsin. Cinayət yolu ilə vurulmuş ziyanın məbləği – 5500 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış «BMW» markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanmaq üçün sahibinə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №1(067)-18/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-18/2021
17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver