Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-18/2022 20.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1986-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, himayəsində bir azyaşlı uşağı olan, Xaçmaz şəhəri, Cavanşir küçəsi ev 14də qeydiyyatda olan, Xaçmaz rayonu, Xudat şəhəri, 4-cü şöbə ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamaqla daşımış və 06 avqust 2021-ci il tarixdə, saat 16:50-də Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz RPŞ-nin inzibati binasında onun üzərində saat 17:30-dən 17:45-dək olan müddətdə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan pul kisəsinin içərisində saxladığı bir ədəd kağız bükümdə 0,176 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, günorta saatlarında yaşadığı evə gələrkən küçələrində tanış uşaqlarla dayanıb söhbət edən zaman polis əməkdaşları ona yaxınlaşmışlar. Sonra isə polis tərəfindən üzərində axtarış keçirilmiş və üzərimdə saxladığı heroin narkotik vasitəsi aşkar olunmuşdur. Həmin narkotik vasitəni küçədə yerdən tapmışdır. Həmçinin bildirdi ki, həmin narkotik vasitə ona məxsus olmuş, üzərində şəxsi axtarış aparılarkən videoçəkilişdən istifadə edilmiş və bu zaman müdafiəçi də iştirak etmiş, üzərindən narkotik vasitə aşkar olunanda özü könüllü olaraq həmin narkotik vasitənin ona məxsus olduğunu etiraf etmiş, polis əməkdaşları tərəfindən ona hər hansı təzyiq göstərilməmiş, üzərində şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və imza etmişdir. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, o, Xaçmaz RPŞ-nin CABnin əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə edib, saxlamaqla daşıması barədə Xaçmaz RPŞnə əməliyyat məlumatı daxil olmuş, qeyd olunan məlmatla bağlı Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o və şöbənin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Onlar 06 avqust 2021-ci il tarixdə, saat təxminən 16 radələrində təqsirləndirilən şəxsin Xaçmaz şəhəri, Dədə Qorqud küçəsində olmasını müəyyən etmiş, həmin yerdə təqsirləndirilən şəxsə yaxınlaşıb özlərini təqdim edərək onlarla birlikdə Xaçmaz RPŞ-nə getməsini bildirib sonuncunu Xaçmaz RPŞ-nə dəvət etmiş, təqsirləndirilən şəxs də onlarla birlikdə avtomobilə əyləşərək Xaçmaz RPŞ-nə getmişdir. Xaçmaz RPŞ-nin inzibati binasına gəldikdə təhqiqatçı Qəhrəman Qurbanov tərəfindən təqsirləndirilən şəxsə hüquqularının müdafiəsi üçün vəkil təqdim edilmiş, bundan sonra videoçəkilişlə müdafiəçinin, onun və digər polis əməkdaşının iştirakları ilə təqsirləndirilən şəxsin üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxsə üzərindəki əşyaları çıxarıb təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra cibindən pul kisəsini cıxardıqdan sonra pul kisəsinin içərisindən kağız bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin kağız büküm açıldıqda içərisində heroin narkotik vasitəsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitə - heroini ayağında olan ağrılara görə qəbul etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Daha sonra təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən bir ədəd şprisi çıxarıb təqdim etmiş və həmin şprislə narkotik vasitə olan heroin qəbul etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin təqdim etdiyi siqaret qutusunun içərisindən bir ədəd şüşə ampula aşkar edilmiş, təqsirləndirilən şəxs həmin ampuladan narkotik vasitə olan heroin qəbul edərkən istifadə etdiyini, üzərindən aşkar edilən narkotik vasitə heroini isə dünən, yəni 05 avqust 2021-ci il tarixdə Xaçmaz şəhəri, Cavanşir küçəsində yerdən tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə olan heroinə bənzər tünd qəhvəyi rəngli kütlə, bir ədəd şpris, bir ədəd ampula ağ rəngli kağız zərfdə qablaşdırılaraq möhürlənmiş, qablaşdırmanın üzəri Təqsirləndirilən şəxs və şəxsi axtarışda iştirak edən digər şəxslər tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Həmçinin bildirdi ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiqləyir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsindən müəyyən edilir ki o, Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə edib, saxlamaqla daşıması barədə Xaçmaz RPŞ-nə əməliyyat məlumatı daxil olmuş, qeyd olunan məlmatla bağlı Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o və şöbənin CABninn əməliyyat müvəkkili Şahid2 oğlundan ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvlərinin hər birinə hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. Onlar 06 avqust 2021-ci il tarixdə, saat təxminən 16 radələrində təqsirləndirilən şəxsin Xaçmaz şəhəri, Dədə Qorqud küçəsində olmasını müəyyən etmiş, həmin yerdə təqsirləndirilən şəxsə yaxınlaşıb özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğunu, onlarla birlikdə Xaçmaz RPŞ-nə getməsini bildirib sonuncunu Xaçmaz RPŞ-nə dəvət etmiş, təqsirləndirilən şəxs də onlaral birlikdə avtomobilə əyləşərək Xaçmaz RPŞ-nə getmişdir. Həmin vaxt onlar təqsirləndirilən şəxsin üzərində narkotik vasitə varsa üzərindən kənarlaşdıra bilməməsi üçün davranışına nəzarət etmişlər. Xaçmaz RPŞ-nin inzibati binasına gəldikdə təhqiqatçı Qəhrəman Qurbanov tərəfindən təqsirləndirilən şəxsə hüquqularının müdafiəsi üçün vəkil təqdim edilmiş, bundan sonra videoçəkilişlə müdafiəçinin, onun və digər polis əməkdaşının iştirakları ilə təqsirləndirilən şəxsin üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılacağı barədə sonuncuya məlumat verilmiş, təqsirləndirilən şəxs bununla bağlı etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxsə üzərindəki əşyaları çıxarıb təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli siqaret qutusunu, şalvarın sağ arxa cibindən ağ kağızı, şalvarın sol cibindən pul əsginaslarını, şəxsiyyət vəsiqəsini, qulaqcıqları, bir ədəd alışqanı, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən qara rəngli pul kisəsini cıxardıqdan sonra pul kisəsinin içərisindən kağız bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin kağız büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli, toz halında olan kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin tünd qəhvəyi rəngli kütlənin narkotik vasitə - heroin olduğunu və ayağında olan ağrılara görə həmin heroini qəbul etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Daha sonra təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd şprisi çıxarıb təqdim etmiş və həmin şprislə narkotik vasitə olan heroin qəbul etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin təqdim etdiyi siqaret qutusunun içərisindən bir ədəd şüşə ampula aşkar edilmiş, təqsirləndirilən şəxs həmin ampuladan narkotik vasitə olan heroin qəbul edərkən istifadə etdiyini, üzərindən aşkar edilən narkotik vasitə heroini isə dünən, yəni 05 avqust 2021-ci il tarixdə Xaçmaz şəhəri, Cavanşir küçəsində yerdən tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə olan heroinə bənzər tünd qəhvəyi rəngli kütlə, bir ədəd şpris, bir ədəd ampula ağ rəngli kağız zərfdə qablaşdırılaraq möhürlənmiş, qablaşdırmanın üzəri Təqsirləndirilən şəxs və şəxsi axtarışda iştirak edən digər şəxslər tərəfindən imzalandıqdan sonra götürülmüş, üzərindən aşkar edilən 42 manat pul, pul kisəsi, alışqan, siqaret qutusu, qulaqcıqlar, ağ kağız maddi sübut əhəmiyyəti daşımadığından təqsirləndirilən şəxsin özünə geri qaytarılmış, şəxsi axtarış keçirilməsi haqqında təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmış, heç bir irad, vəsatət bildirilməmişdir. İş materiallarında olan 06 avqust 2021-ci il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan, həmin axtarışın qeyd olunduğu DVD diskə məhkəmə iclasında kompüter vasitəsi ilə baxış keçirilərək və “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” 13 avqust 2021-ci il tarixli protokoldan müəyyən olundu ki, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən ondan üzərində dövriyyəsi qanunla məhdudlaşdırılmış əşyaların olub-olmaması barədə soruşulduqda Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarin sağ yan cibindən ağ rəngli siqaret qutusunu, şalvarın sağ arxa cibindən ağ kağızı, şalvarın sol cibindən pul əsginaslarını, şəxsiyyət vəsiqəsini, qulaqcıqları, bir ədəd alışqanı, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən qara rəngli pul kisəsini çıxardıqdan sonra pul kisəsinin içərisindən kağız bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin kağız büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli, toz halında olan kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin tünd qəhvəyi rəngli kütlənin narkotik vasitə - heroin olduğunu və ayağında olan ağrılara görə həmin heroini qəbul etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd şprisi çıxarıb təqdim etmiş və həmin şprislə narkotik vasitə olan heroin qəbul etdiyini bildirmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunun içərisindən bir ədəd şüşə ampula aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin ampuladan narkotik vasitə olan heroin qəbul edərkən istifadə etdiyini, üzərindən aşkar edilən narkotik vasitə olan heroini isə dünən, yəni 05 avqust 2021ci il tarixdə Xaçmaz şəhəri, Cavanşir küçəsində yerdən tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə - heroinə bənzər tünd qəhvəyi rəngli kütlə, bir ədəd şpris, bir ədəd ampula ağ rəngli kağız zərfdə qablaşdırılaraq möhürlənmiş, qablaşdırmanın üzəri Təqsirləndirilən şəxs və şəxsi axtarışda iştirak edən digər şəxslər tərəfindən imzalandıqdan sonra götürülmüş, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi müvafiq sənədləşmə aparılması üçün götürülmüş, üzərindən aşkar edilən 42 manat pul, pul kisəsi, alışqan, siqaret qutusu, qulaqcıqlar, ağ kağız maddi sübut əhəmiyyəti daşımadığından özünə geri qaytarılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 avqust 2021-ci il tarixli, 6/3354 №-li ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs..” yazısı olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,176 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Həmin zərfdə olan bir ədəd şüşə ampulun və bir ədəd 2 ml-lik şprisin içərisində heroinin izləri vardır, iz şəklində olduğu üçün heroinin çəkisini müəyyən etmək olmamışdır. Ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,126 qram təşkil etmişdir. İş materiallarında olan 16 avqust 2021-ci il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və 25 oktyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,176 qram olmuş narkotik vasitə - heroinin ekspertiza tədqiqatından sonra qalmış 0,126 qram qalığı, 01 ədəd şüşə ampul və 01 ədəd 2 ml-lik şpris maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 17 sentyabr 2021-ci il tarixli, 3497 №-li ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi, onun narkotik vasitə satması və başqa bir cinayət əməlinin olub-olmaması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin qeyd olunan hallar müəyyən edilməmişdir. İş materiallarında olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 25 oktyabr 2021-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1ci maddəsinin tərkibini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 02 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə heroinin təmiz çəkisi 0,176 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamaqla daşımış və 06 avqust 2021-ci il tarixdə, saat 16:50-də Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz RPŞ-nin inzibati binasında onun üzərində saat 17:30-dən 17:45-dək olan müddətdə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan pul kisəsinin içərisində saxladığı bir ədəd kağız bükümdə 0,176 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində bir azyaşlı uşağı var. İş materiallarında olan Xaçmaz RİHB-nın Xudat şəhər İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Xudat şəhəri 4-cü şöbə ünvanında ailəsi ilə birgə, qeydiyyatsız yaşayır, bir övladı var. Həmin ünvanda yaşadığı müddətdə onun barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halları, aşkar olunmuş narkotik vasitənin (heroinin) 0,176 qram olmasını, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını və cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə görə: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yerləri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 06 avqust 2021-ci il tarixli protokoldan, təqsirləndirilən şəxsin tutmadan azad olunmasına dair qərardan və iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olma (tutulma) müddəti, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, 04 (dörd) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. Belə ki, İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş 0,176 qram narkotik vasitə olan heroindən tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 0,126 qram təşkil edir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,176 qram olmuş narkotik vasitə - heroinin ekspertiza tədqiqatından sonra qalmış 0,126 qram qalığı, 01 ədəd şüşə ampul və 01 ədəd 2 ml-lik şpris maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra çəkisi 0,126 qram təşkil edən heroin narkotik vasitəsi, 01 ədəd şüşə ampul və 01 ədəd 2 ml-lik şpris hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra çəkisi 0,126 qram təşkil edən heroin narkotik vasitəsi, 01 ədəd şüşə ampul və 01 ədəd 2 ml-lik şpris hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yerləri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-18/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-18/2022
20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver