Məhkəmə qərarları › İş №1(067)-18/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-18/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-18/2023 04.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi4, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi3 iştirakı ilə xx xxxx 1999-cu ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Xaçmaz rayonu, Xudat şəhəri, H.Əliyev küçəsi dalan 4, ev 14-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə, xx xxx 1995-ci ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Xaçmaz şəhəri, Nizami küçəsi ev 26-da qeydiyyatda olan, Xaçmaz rayonu, Xudat şəhəri, Ə.Hacıyev küçəsi ev 7-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən oğurluq etmək qərarına gələrək, bu məqsədlə 21 yanvar 2022-ci il tarixdə, gecə saat 03 radələrində, 23 yanvar 2022-ci il tarixdə, gecə saat 03 radələrində, 25 yanvar 2022-ci il tarixdə, gecə saat 03 radələrində, 26 yanvar 2022-ci il tarixdə, gecə saat 03 radələrində, 28 yanvar 2022-ci il tarixdə, gecə saat 03 radələrində və 30 yanvar 2022-ci il tarixdə, gecə saat 03 radələrində Zərərçəkmiş şəxs1 məxsus həmin evin qarşısına gəlib qabaqcadan razılaşdıqları kimi Təqsirləndirilən şəxs2 evin yaxınlığında küçədə pusquda dayanıb kənar şəxslərin yaxınlaşmamasına nəzarət etməsindən istifadə edərək həmin evin həyətinə hasardan qanunsuz daxil olmaqla saxlanc yeri hesab edilən həyətdəki talvarın altına yığılmış qırıntı kimi bir kiloqramının qiyməti 14 manat olmaqla müxtəlif işlənmiş detallardan əldə olunmuş 175 kq çəkidə misləri götürüb aparmaqla ümumilikdə vahid qəsdlə əhatə olunan 2450 manat məbləğində oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, 08 fevral 2022-ci il tarixdə, gecə saat 22:13-də tək, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 1 ünvanında yerləşən evin qarşısına gəlib ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra saxlanc yeri hesab edilən Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətinə darvazanı açmaqla qanunsuz daxil olaraq həyətdəki talvarın altına yığılmış qırıntı kimi bir kiloqramının qiyməti 14 manat olmaqla müxtəlif işlənmiş detallardan əldə olunmuş 10 kq çəkidə misləri götürüb aparmaq istəyərkən həmin gün saat 22:17-də ev sahibi Zərərçəkmiş şəxs1 tərəfindən aşkar edilərək ifşa olunduğundan bilavasitə oğurluğa yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək təkrar saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluğa, yəni təkrar saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Bundan başqa o, təkrar, 2022-ci ilin fevral ayının ortalarında, gecə saat 22 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus ünvan 2 ünvanında yerləşən evin qarşısına gəlib həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra hasardan həmin evin həyətinə keçmiş, sonra da evin həyətindəki saxlanc yeri hesab edilən yardımçı tikililiyə qapının üzərindəki asma qıfılı sındırıb açmaqla qanunsuz daxil olaraq oradan 80 manat dəyərində 01 ədəd Türkiyə istehsallı 32 litr həcmli «Güvən» markalı su qızdırıcısını və həyətdən 30 manat dəyərində 01 ədəd 40 litr həcmli alüminium materiallı su bidonunu (flyaqanı) götürüb aparmaqla, daha sonra növbəti gün, saat 22 radələrində eyni üsul və məqsədlə vahid niyyətini başa çatdırmaq üçün yenidən həmin yaşayış evinin həyətindəki yardımçı tikiliyə yenidən daxil olaraq oradan 120 manat dəyərində 01 ədəd 5 litr həcmli odun samovarını, hər biri 20 manat qiymətində olmaqla 60 manat dəyərində 03 ədəd alüminium materiallı teşti, hər biri 5 manat qiymətində olmaqla 25 manat dəyərində 05 ədəd 180x10 sm ölçüdə alüminium materiallı karnizi, 10 manat dəyərində 01 ədəd 5 litr həcmli alüminium materiallı qazanı, 15 manat dəyərində 01 ədəd alüminium materiallı qazanı və 10 manat dəyərində 01 ədəd 5 litr həcmli şirli (emalirovanniy) vedrəni götürüb aparmaqla ümumilikdə vahid niyyətlə əhatə olunan 350 manat məbləğində oğurluq etmiş, yəni təkrar, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən oğurluq etmək qərarına gələrək, bu məqsədlə 21 yanvar 2022-ci il tarixdə, gecə saat 03 radələrində, 23 yanvar 2022-ci il tarixdə, gecə saat 03 radələrində, 25 yanvar 2022-ci il tarixdə, gecə saat 03 radələrində, 26 yanvar 2022-ci il tarixdə, gecə saat 03 radələrində, 28 yanvar 2022-ci il tarixdə, gecə saat 03 radələrində və 30 yanvar 2022-ci il tarixdə, gecə saat 03 radələrində Zərərçəkmiş şəxs1 məxsus həmin evin qarşısına gəlib qabaqcadan razılaşdıqları kimi evin yaxınlığında küçədə pusquda dayanıb kənar şəxslərin yaxınlaşmamasına nəzarət edərək Təqsirləndirilən şəxs1 oğurluq etməsinə şərait yaratmaqla, sonuncunun həmin evin həyətinə hasardan qanunsuz daxil olmaqla saxlanc yeri hesab edilən həyətdəki talvarın altına yığılmış qırıntı kimi bir kiloqramının qiyməti 14 manat olmaqla müxtəlif işlənmiş detallardan əldə olunmuş 175 kq çəkidə misləri götürüb aparmaqla ümumilikdə vahid qəsdlə əhatə olunan 2450 manat məbləğində oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs1 yaşadığı ünvana getmişlər, Təqsirləndirilən şəxs2 orada pusquda dayanmış, o isə Zərərçəkmiş şəxs1 evinin həyətinə daxil olaraq orada yığılmış mis qırıntılarını oğurlamış, Əziz ilə oğurladıqları həmin mis metallarını apararaq satmışlar və əldə olunan pulu Əziz ilə aralarında bölmüşlər. Həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs2 yaşadığı evdən tək özü əmlakları oğurlayaraq satmışdır. Həmçinin bildirmişdir ki, o, Zərərçəkmiş şəxs1 əvvəldən tanımış, sonuncunun metal qəbulu məntəqəsi işlətdiyini bilmişdir. O, Zərərçəkmiş şəxs1 evinin həyətindən təkrarən mis qırıntılarını oğurladığı zaman Zərərçəkmiş şəxs1 onun oğurluq etməsini gördüyündən o, həmin misləri yerində ataraq qaçmışdır. Onlar Zərərçəkmiş şəxs1 həyətindən 175 kq mis metallarını hissə-hissə götürərək oğurlamışlar. O, bu cinayət əməlini atasının vəfat etməsi, anası və iki uşağı ilə yaşayaraq işsiz olması, ayağında avtoqəzadan sonra yaranmış problemlə bağlı işləyə bilməməsi səbəbindən maddi sıxıntısı olduğundan törətmişdir. O, bir daha bu kimi əməllər etməyəcəkdir. O, əvvəllər narkotik vasitədən istifadə etmiş, spirtli içki qəbul edərək özünə xəsarət yetirmişdir. O, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir, ibtidai istintaqda ifadə verərək müstəntiqə törətdiyi cinayət barədə hərtərəfli olaraq bildirmişdir. O, Zərərçəkmiş şəxs1 vurduğu ziyanla bağlı 400 manat ödəmiş, qalan məbləği hər ay hissə-hissə ödəyəcəkdir. Törətdiyi cinayət əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Xudat şəhəri, H.Əliyev küçəsi dalan 4, ev 14-də ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin fərdi qaydada harada iş olsa işləyib ailəsini dolandırır. Təqsirləndirilən şəxs2 uzaq qohumu və dostudur. Onunla münasibəti yaxşıdır, aralarında ədavət və düşmənçilik olmamış, hazırda da yoxdur. Zərərçəkmiş şəxs1 əvvəllər Xudat şəhər sakini kimi qiyabi olaraq tanımış, onun əlvan və qara metal alqı-satqısı ilə məşğul olduğunu bilmişdir. Lakin onunla aralarında heç bir münasibət, o cümlədən ədavət və düşmənçilik olmamışdır. 2022-ci ilin yanvar ayının ortalarında Təqsirləndirilən şəxs2lə aralarında söhbət zamanı ona Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətinə yığdığı mis materialları hissə-hissə oğurlayıb satmaqla pul əldə etməyi təklif etmişdir. Əziz etiraz etməyib onun təklifi ilə razılaşmış və bundan sonra birinci dəfə 21 yanvar 2022-ci il tarixdə gecə saat 03 radələrində Əzizlə birlikdə oğurluq etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 yaşadığı Xudat şəhəri, Əbilov küçəsi 41 ünvanında yerləşən evin qarşısına getmişlər. Həmin vaxt küçə qaranlıq olmaqla ətrafda heç kim olmamışdır. Faiqin evinin həyətinə onun girəcəyi, Əzizin isə küçədə pusquda dayanıb gələn olarsa ona məlumat verəcəyi barədə razılaşandan sonra o, hasardan aşaraq həyətə daxil olmuşdur. Bundan sonra Faiqin həyətindəki talvarın altından içərisinə mis metallar yığılmış 01 ədəd kisəni götürüb həyətdən çölə çıxmış və Əzizlə birlikdə həmin kisəni götürüb oradan uzaqlaşmışlar. Səhər açılandan sonra oğurladıqları həmin mis materiallarını ona məxsus VAZ-2106 markalı, 1**-OY-***(rus) dövlət qeydiyyat nişanlı avtomobilə qoyub satmaq üçün Xudat şəhərində yaşamaqla arabir mis alqı-satqısı ilə məşğul olan xalası oğlu Şahid3 yanına aparmışlar. İbrahim kisəni tərəzidə çəkəndə onun içərisindəki misin çəkisi 20 kq gəlmiş və o, misin hər kiloqramını 11 manatdan hesablayıb 20 kq misə görə onlara 220 manat məbləğində pul vermişdir. Əzizlə o, əldə etdikləri pulu öz aralarında bölmüş və bundan təxminən üç gün sonra, yəni 23 yanvar 2022-ci il tarixdə gecə saat 03 radələrində Əzizlə birlikdə ikinci dəfə oğurluq etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısına getmişlər. Həmin vaxt hava qaranlıq, ətrafda isə heç kim olmamış, əvvəlki qaydada Əziz yenə küçədə pusquda dayanmış, o isə hasardan aşaraq Faiqin evinin həyətinə keçmiş və həyətdəki talvarın altından hazır kisəyə yığılmış vəziyyətdə olan bir kisə mis materiallarını oğurlayıb çölə çıxmışdır. Əzizlə köməkləşib Faiqin həyətindən oğurladıqları misi Xudat şəhəri «PMK» adlanan əraziyə aparıb orada gizlətmiş, səhər açılandan sonra oğurladıqları həmin misi ona məxsus VAZ-2106 markalı avtomobilə qoyub Xaçmaz rayonu, Qaraçı kəndinə aparmış və həmin kənddə metal alqı-satqısı ilə məşğul olan tanımadıqları şəxsə satmışlar. Həmin şəxs apardıqları misi ölçüb cəmi 17 kq gəldiyini demiş və onun hər kiloqramına görə 11 manat olmaqla onlara 187 manat məbləğində pul vermişdir. Əldə etdikləri pulu Əzizlə öz aralarından bölmüş və bundan təxminən üç gün sonra, yəni 25 yanvar 2022-ci il tarixdə gecə saat 03 radələrində üçüncü dəfə Əzizlə birlikdə Faiqin yaşadığı evin qarşısına getmişlər. Əziz əvvəlki hadisələrdə olduğu kimi yenə küçədə pusquda dayanıb gözləmiş, o isə Faiqin həyətinə giriş darvazasını əli ilə itələyib açaraq həyətə daxil olmuş və talvarın altından hazır kisəyə yığılmış vəziyyətdə olan 01 kisə misi götürüb çölə çıxmışdır. Bundan sonra Əzizlə birlikdə köməkləşib oğurladıqları bir kisə misi Xudat şəhəri «PMK» adlanan əraziyə aparıb gizlətmişlər. Səhəri gün, yəni 26 yanvar 2022-ci il tarixdə gecə saat 03 radələrində dördüncü dəfə Əzizlə birlikdə oğurluq etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 evinin qarşısına getmiş, Əziz əvvəlki hadisələrdə olduğu kimi küçədə pusquda dayanıb gözləmiş, o isə darvazanı açıb həyətə daxil olmuş və talvarın altından hazır kisəyə yığılmış bir kisə misi götürüb çölə çıxmışdır. Bundan sonra Əzizlə birlikdə köməkləşib oğurladıqları həmin bir kisə misi Xudat şəhəri «PMK» adlanan ərazidə gəldikləri əvvəlki kisənin yanına aparıb qoymuş və səhər açılandan sonra oğurladıqları iki kisə misi satmaq üçün Xudat şəhərində dəmir alqı-satqısı ilə məşğul olan Şirin adı ilə tanınan Şahid2 yanına aparmışlar. Tahir misi tərəzidə çəkəndə kisələrin birində 20 kq, digərində isə 25 kq olmaqla iki kisədə cəmi 45 kq çəkidə mis olmuşdur. Tahir misin hər kiloqramını 10 manatdan hesablayıb onlara 450 manat pul vermiş, Tahirə 70 manat pul borcu olduğundan həmin puldan onun 70 manatını vermiş və qalan 380 manat pulu Əzizlə öz aralarında bölmüşlər. Bundan təxminən iki gün sonra, yəni 28 yanvar 2022-ci il tarixdə gecə saat 03 radələrində Əzizlə birlikdə beşinci dəfə oğurluq etmək üçün Faiqin evinin qarşısına getmiş, Əziz yenə küçədə pusquda dayanmış, o isə darvazanı əli ilə itələyib açaraq həyətə daxil olmuş və talvarın altından hazır kisəyə yığılmış vəziyyətdə olan bir kisə misi götürüb çölə çıxmışdır. Əzizlə köməkləşib oğurladıqları həmin misi Xudat şəhəri “PMK» adlanan əraziyə aparıb gizlətmiş və bundan təxminən iki gün sonra, yəni 30 yanvar 2022-ci il tarixdə gecə saat 03 radələrində Əzizlə birlikdə oğurluq etmək məqsədi ilə Faiqin evinin qarşısına getmişlər. Əziz həmişəki kimi yenə küçədə dayanıb gözləmiş, o isə darvazanı açıb həyətə daxil olmuş və talvarın altından hazır kisəyə yığılmış vəziyyətdə olan bir kisə misi götürüb çölə çıxmışdır. Bundan sonra Əzizlə köməkləşib oğurladıqları bir kisə misi Xudat şəhərində «PMK» adlanan ərazidə gizlətdikləri misin yanına aparıb qoymuş və səhər açılandan sonra Əzizlə birlikdə Faiqin həyətindən oğurlayıb «PMK» adlanan ərazidə gizlətdikləri iki kisə misi ona məxsus VAZ-2106 markalı avtomobilə qoyaraq Xaçmaz şəhərinə gəlmişlər. Avtomobili Xaçmaz şəhərində köhnə avtovağzal ərazisində saxlayandan sonra Əzizlə birlikdə içərilərində mis olan iki ədəd kisəni götürüb yolun kənarına çıxmış və oradan tanımadıqları şəxsin idarə etdiyi avtomobillə Sumqayıt şəhəri ərazisində yerləşən əşya bazarına getmişlər. Orada əlvan metal qəbulu məntəqəsində işləyən, sonradan adının Ramin olduğunu bildiyi şəxsə həmin mis materiallarını satmışlar. Misi qəbul edən şəxs kisələri tərəzidə çəkəndə onlardan birinin içərisindəki misin çəkisi 23 kq, digərinin içərisindəki misin çəkisi isə 20 kq gəlmiş, o, misin hər kiloqramını 12 manatdan hesablayıb onlara ümumilikdə 43 kq misə görə 516 manat məbləğində pul vermiş və əldə etdikləri pulu Əzizlə öz aralarında bölmüşlər. Beləliklə, altı dəfəyə onlar Zərərçəkmiş şəxs1 həyətindən 125 çəkidə mis oğurlamış və oğurladıqları misin satışından ümumilikdə 1373 manat məbləğində pul əldə edib Əzizlə öz aralarında bölmüş və ehtiyaclarına xərcləməklə istifadə etmişlər. Bundan sonra 08 fevral 2022-ci il tarixdə, gecə təxminən saat 23 radələrində o özü oğurluq etmək məqsədi ilə Faiqin yaşadığı evin qarşısına getmişdir. Həmin vaxt hava qaranlıq olmuş, küçədə isə heç kim olmamış, Faiqin evinə giriş darvazasının yanında divarda müşahidə kamerası quraşdırıldığını görmüş və həmin kameranı əli ilə aşağı əyib darvazanı açaraq həyətə daxil olmuşdur. Həyətdə olan mis metalları kisəyə yığmağa başlamış, təxminən 10 kiloqrama yaxın mis yığmış və bu vaxt Faiqin evdən həyətə düşdüyünü görmüşdür. Faiq onu görüb tanımasın deyə dərhal bağ tərəfə qaçaraq kisəni yerə atmış və qonşunun hasarından aşıb küçəyə çıxmaqla oradan uzaqlaşmışdır. Səhəri gün bu barədə Əzizə danışmış və Əziz də ona Faiqin yanına gedib bu barədə onunla danışacağını demişdir. Lakin sonradan polis əməkdaşlarının bu hadisə ilə bağlı Əzizdən şübhələndiklərinə görə onu saxladıqlarını bilmiş və bundan sonra özü də könüllü olaraq X9 gəlmiş və orada törətdikləri hadisəni etiraf edərək bu barədə izahat vermiş, bundan sonra polis əməkdaşları onları sərbəst buraxmışlar. Bundan başqa 2022-ci ilin fevral ayının ortalarında özü tək Xudat şəhəri PMK-10 adlanan ərazi ilə piyada gedərkən küçə qapısının üzərində qıfıl asılmış bir ev diqqətini cəlb etmişdir. Bundan bir neçə gün sonra saat 22 radələrində həmin evdə yaşayış olub-olmamasını dəqiqləşdirmək məqsədi ilə yenidən PMK-10 adlanan həmin əraziyə getmiş və qeyd olunan evin küçə qapısından yenə qıfıl asıldığını görmüş və həmin evdə yaşayış olmadığına əmin olmuşdur. Maddi vəziyyəti pis olduğundan həmin evdən oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə ətrafı diqqətlə nəzərdən keçirib heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşaraq evin həyətinə daxil olmuşdur. Həyətə daxil olandan sonra həyətdəki yardımçı tikilinin qapısını əli ilə dartıb açaraq içəri keçmiş, yardımçı tikilidə divardan asılmış vəziyyətdə 01 ədəd su qızdırıcısının olduğunu görmüş və su qızdırıcısının boltlarını açıb onu divardan çıxartmış, sonra isə həyətdən 01 ədəd alüminium materialdan olan su bidonu götürmüşdür. Su qızdırıcısını və su bidonunu götürüb həyətdən çölə çıxmış, bundan sonra oğurladığı həmin əşyaları yaxınlıqda yerləşən köhnə tikiliyə aparıb orada gizlətmişdir. Səhəri gün təxminən saat 22 radələrində oğurluq etmək məqsədi ilə yenidən həmin evin qarşısına getmiş, ətrafda heç kimin olmadığına əmin olandan sonra hasardan tullanaraq həyətə keçmiş, bu dəfə evin həyətindəki yardımçı tikilinin qapısını əli ilə itələyib açaraq oradan 01 ədəd od samovarı, 01 ədəd alüminium teşt, 01 ədəd alüminium qazan, 02 ədəd alüminium qazan qapaqları və 01 ədəd alüminium karniz oğurlamışdır. Həmin əşyaları götürüb həyətdən çıxmış və bir gün əvvəl oğurladığı su qızdırıcısı və bidonu gizlətdiyi yerə aparmışdır. Teşti, qazanı, qazan qapaqlarını və karnizi digər əşyaların yanında gizlədəndən sonra samovarı özü ilə götürüb Xudat şəhərində yaşayan və metal qəbulu ilə məşğul olan Şirin kimi tanınan Şahid2 yanına getmişdir. Tahir samovara görə ona 45 manat məbləğində pul vermişdir. Səhəri gün su qızdırıcısından başqa digər əşyaları bir ədəd kisəyə yığıb onları da Tahirin yanına aparmış, Tahir həmin əşyalara görə ona ümumilikdə 25 manat pul vermişdir. Sonradan su qızdırıcısını hissələrə bölüb onun içərisindəki misi çıxartmış və həmin misi götürüb piyada evlərinə tərəf gedəndə yolda Xudat şəhər sakini Şahid4 ilə rastlaşmışdır. Elvinin metal yığmaqla məşğul olduğunu bildiyindən söhbət əsnasında Elvinə onda mis olduğunu və satmaq istədiyini demişdir. Elvin etiraz etməmiş və danışıb razılaşandan sonra o, su qızdırıcısının içərisindən çıxardığı misi ona verib müqabilində 11 manat məbləğində pul almış və əldə etdiyi pulları öz ehtiyaclarına xərcləməklə istifadə etmişdir. Lakin qeyd olunan oğurluq hadisəsinin törədilməsində Təqsirləndirilən şəxs2 iştirak etməmiş və onun bu hadisə ilə bağlı heç bir əlaqəsi olmamışdır. Həmin hadisə barədə heç kimə, o cümlədən Təqsirləndirilən şəxs2 heç nə deməmişdir. 14 mart 2022-ci il tarixdə həmin hadisə ilə bağlı Xudat PB-nə dəvət olunanda hər şeyi olduğu kimi etiraf etmiş və bölmədə ona oğurluq etdiyi evin Xudat şəhər sakini Şahid1 mərhum qardaşına məxsus olması və onun ailə üzvlərinin Bakı şəhərində yaşadıqları ona məlum olmuşdur. Lakin şəxsən özü nə Şahid1, nə də onun mərhum qardaşını və onun ailə üzvlərini əvvəllər tanımamış və onlarla heç bir münasibəti olmamışdır. O həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs1 evinin həyətindən oğurladıqları mis materiallarını satdıqları şəxslərə, habelə özü tək PMK-10 adlanan ərazidə yerləşən, adını sonradan bildiyi Şahid1 mərhum qardaşına məxsus evdən oğurladığı əşyaları satdığı şəxslərə onların oğurluq olması barədə heç nə deməmiş, həmin şəxslər satdıqları mis materiallarının, habelə digər əşyaların oğurluq olmasını bilməmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırkı iş üzrə cinayət əməlini maddi çətinlik səbəbindən törətmişdir. Belə ki, onun valideynləri vəfat etmiş, onun dörd azyaşlı uşağı var, qazanc əldə etməsi üçün iş tapa bilməmişdir. O, bir daha bu kimi əməllər törətməyəcəkdir. Həmçinin bildirmişdir ki, o, əvvəllər bağlarda fəhlə kimi işləyərək qazanc əldə etmiş, valideynləri vəfat edəndən sonra işləməmiş, özü və uşağı xəstələnmiş və maddi sıxıntısı olmuşdur. Qayınanası ona avtomobili işləyərək qazanc əldə edib vurduğu ziyanı ödəməsi üçün bağışlamışdır (vermişdir). O, Zərərçəkmiş şəxs1 vurduğu ziyanla bağlı 500 manat ödəmiş, qalan məbləği hər ay hissə-hissə ödəyəcəkdir. Törətdiyi cinayət əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Xudat şəhəri, Ə.Hacıyev küçəsi ev 7-də ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin fərdi qaydada harada iş olsa işləyib ailəsini dolandırır. X6 uzaq qohumu olmaqla dostudur. Təqsirləndirilən şəxs1lə münasibəti yaxşıdır, aralarında ədavət və düşmənçilik olmamış, hazırda da yoxdur. Zərərçəkmiş şəxs1 Xudat şəhər sakini kimi qiyabi olaraq tanımış, onun əlvan və qara metal alqı-satqısı ilə məşğul olduğunu bilmişdir. Lakin onunla aralarında heç bir münasibət, o cümlədən ədavət və düşmənçilik olmamışdır. 2022-ci ilin yanvar ayının ortalarında Təqsirləndirilən şəxs1lə söhbət zamanı o ona Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətinə yığılmış mis materialları hissə-hissə oğurlayıb satmaqla pul əldə etməyi təklif etmişdir. O, etiraz etməyib Elçinin təklifi ilə razılaşmış və bundan sonra birinci 21 yanvar 2022-ci il tarixdə gecə saat 03 radələrində Elçinlə birlikdə oğurluq etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 yaşadığı Xudat şəhəri, Əbilov küçəsi 41 ünvanında yerləşən evin qarşısına getmişlər. Həmin vaxt küçə qaranlıq olmaqla ətrafda heç kim olmamış, Faiqin evinin həyətinə Elçinin girəcəyi, onun isə küçədə pusquda dayanıb gələn olarsa Elçinə məlumat verəcəyi barədə razılaşandan sonra Elçin hasardan aşaraq həyətə daxil olmuşdr. O, küçədə pusquda dayanıb ətrafı nəzərdən keçirməyə başlamış və bir neçə dəqiqədən sonra Elçin içərisinə mis metallar yığılmış 01 ədəd kisə ilə birlikdə Faiqin həyətindən çölə çıxmışdır. Onlar birlikdə həmin kisəni götürüb oradan uzaqlaşmış və səhər açılandan sonra oğurladıqları həmin mis materiallarını Elçinə məxsus VAZ-2106 markalı, 1**-OY-***(rus) dövlət qeydiyyat nişanlı avtomobilə qoyub satmaq üçün Xudat şəhərində yaşamaqla arabir mis alqı-satqısı ilə məşğul olan Elçinin xalası oğlu Şahid3 yanına aparmışlar. İbrahim kisəni tərəzidə çəkəndə onun içərisindəki misin çəkisi 20 kq gəlmiş və o, misin hər kiloqramını 11 manatdan hesablayıb 20 kq misə görə onlara 220 manat məbləğində pul vermişdir. Elçinlə o, əldə etdikləri pulu öz aralarında bölmüşlər. Bundan təxminən üç gün sonra, yəni 23 yanvar 2022-ci il tarixdə gecə saat 03 radələrində Elçinlə birlikdə ikinci dəfə oğurluq etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısına getmişlər. Həmin vaxt hava qaranlıq, ətrafda isə heç kim olmamış, əvvəlki kimi özü yenə küçədə pusquda dayanmış, Elçin isə hasardan aşaraq Faiqin evinin həyətinə keçmiş və bir neçə dəqiqədən sonra o, içərisinə mis metallar yığılmış 01 ədəd kisə ilə birlikdə Faiqin həyətindən çölə çıxmışdır. Onlar ikisi köməkləşib Faiqin həyətindən oğurladıqları misi Xudat şəhəri «PMK» adlanan əraziyə aparıb orada gizlətmiş, səhər açılandan sonra oğurladıqları həmin misi Elçinə məxsus VAZ-2106 markalı avtomobilə qoyub Xaçmaz rayonu, Qaraçı kəndinə aparmış və həmin kənddə metal alqı-satqısı ilə məşğul olan tanımadıqları şəxsə satmışlar. Həmin şəxs apardıqları misi ölçüb cəmi 17 kq gəldiyini demiş və onun hər kiloqramına görə 11 manat olmaqla onlara 187 manat məbləğində pul vermişdir. Əldə etdikləri pulu öz aralarında bölmüşlər. Bundan təxminən üç gün sonra, yəni 25 yanvar 2022ci il tarixdə gecə saat 03 radələrində üçüncü dəfə Elçinlə birlikdə Faiqin yaşadığı evin qarşısına getmiş, özü yenə əvvəlki hadisələrdə olduğu kimi küçədə pusquda dayanıb gözləmiş, Elçin isə Faiqin həyətinə giriş darvazasını əli ilə itələyib açaraq həyətə daxil olmuş və bir neçə dəqiqədən sonra o, içərisinə mis metallar yığılmış 01 ədəd kisə ilə birlikdə çölə çıxmış, bundan sonra ikisi köməkləşib oğurladıqları bir kisə misi Xudat şəhəri “PMK” adlanan əraziyə aparıb gizlətmişlər. Səhəri gün, yəni 26 yanvar 2022-ci il tarixdə gecə saat 03 radələrində dördüncü dəfə Elçinlə birlikdə oğurluq etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 evinin qarşısına getmiş, özü əvvəlki hadisələrdə olduğu kimi küçədə pusquda dayanıb gözləmiş, Elçin isə darvazanı açıb həyətə daxil olmuş və bir neçə dəqiqədən sonra o, içərisinə mis yığılmış 01 ədəd kisə ilə birlikdə çölə çıxmışdır. Onlar ikisi birlikdə köməkləşib oğurladıqları həmin bir kisə misi Xudat şəhəri «PMK» adlanan ərazidə gizlətdikləri əvvəlki kisənin yanına aparıb qoymuş və səhər açılandan sonra oğurladıqları iki kisə misi satmaq üçün Xudat şəhərində dəmir alqı-satqısı ilə məşğul olan Şirin adı ilə tanınan Şahid2 yanına aparmışlar. Tahir misi tərəzidə çəkəndə kisələrin birində 20 kq, digərində isə 25 kq olmaqla iki kisədə cəmi 45 kq çəkidə mis olmuş, Tahir misin hər kiloqramını 10 manatdan hesablayıb onlara 450 manat pul vermişdir. Elçinin Tahirə 70 manat pul borcu olduğundan Elçin həmin puldan Tahirə borclu olduğu 70 manatı vermiş, qalan 380 manat pulu ikisinin arasında bölmüşlər. Bundan təxminən iki gün sonra, yəni 28 yanvar 2022-ci il tarixdə gecə saat 03 radələrində Elçinlə birlikdə beşinci dəfə oğurluq etmək üçün Faiqin evinin qarşısına getmiş, özü yenə küçədə dayanıb gözləmiş, Elçin isə darvazanı əli ilə itələyib açaraq həyətə daxil olmuş və bir neçə dəqiqədən sonra o, içərisinə mis yığılmış bir ədəd kisə ilə birlikdə çölə çıxmışdır. Bundan sonra ikisi birlikdə köməkləşib oğurladıqları həmin misi Xudat şəhəri «PMK» adlanan əraziyə aparıb gizlətmişlər. Təxminən iki gün sonra, yəni 30 yanvar 2022-ci il tarixdə gecə saat 03 radələrində Elçinlə birlikdə oğurluq etmək məqsədi ilə Faiqin evinin qarşısına getmiş, özü həmişə olduğu kimi yenə küçədə dayanıb gözləmiş, Elçin isə darvazanı açıb həyətə daxil olmuş və bir neçə dəqiqədən sonra o, içərisinə mis yığılmış bir ədəd kisə ilə birlikdə çölə çıxmışdır. Onlar köməkləşib oğurladıqları həmin bir kisə misi də Xudat şəhərində «PMK» adlanan ərazidə gizlətdikləri misin yanına aparıb qoymuş və səhər açılandan sonra Elçinlə birlikdə Faiqin həyətindən oğurlayıb “PMK» adlanan ərazidə gizlətdikləri iki kisə misi Elçinə məxsus VAZ-2106 markalı avtomobilə qoyaraq Xaçmaz şəhərinə gəlmişlər. Elçin avtomobili Xaçmaz şəhərində köhnə avtovağzal ərazisində saxlamış, bundan sonra ikisi birlikdə içərilərində mis olan iki ədəd kisəni götürüb yolun kənarına çıxmış və oradan tanımadıqları şəxsin idarə etdiyi avtomobillə Sumqayıt şəhəri ərazisində yerləşən əşya bazarına getmiş və orada əlvan metal qəbulu məntəqəsində işləyən, sonradan adının Ramin olduğunu bildiyi şəxsə həmin mis materialları satmışlar. Misi qəbul edən şəxs kisələri tərəzidə çəkəndə onlardan birinin içərisindəki misin çəkisi 23 kq, digərinin içərisindəki misin çəkisi isə 20 kq gəlmiş, o, misin hər kiloqramını 12 manatdan hesablayıb onlara ümumilikdə 43 kq misə görə 516 manat məbləğində pul vermişdir. Əldə etdiyikləri pulu Elçinlə öz aralarında bölmüşlər. Beləliklə, altı dəfəyə onlar Zərərçəkmiş şəxs1 həyətindən 125 kq çəkidə mis oğurlamış və oğurladıqları misin satışından ümumilikdə 1373 manat məbləğində pul əldə edib Elçinlə öz aralarında bölmüş və ehtiyaclarına xərcləməklə istifadə etmişlər. Bundan sonra 08 fevral 2022-ci il ci il tarixdə səhər saatlarında Elçin onun yanına gəlmiş, söhbət əsnasında gecə saatlarında özünün tək oğurluq etmək məqsədi ilə Faiqin evinin həyətinə getdiyini, oğurluq etmək istəyərkən Faiqin gəldiyini gördüyünü və buna görə də içərisinə mis yığdığı kisəni atıb oradan qaçıb getdiyini getdiyini demişdir. O, Elçinə bununla bağlı Faiqin yanına gedib onunla danışacağını demiş və səhəri gün Faiqin yanına gedəndə Faiqin artıq evinin həyətində baş vermiş oğurluq hadisəsi ilə bağlı şikayət ərizəsi verdiyi ona məlum olmuşdur. Həmin gün Xudat PB-nin əməkdaşları onu bölməyə dəvət edib Faiqin həyətində baş vermiş oğurluq hadisəsi ilə bağlı şübhəli olduğunu demiş və bundan sonra o, hər şeyi olduğu kimi etiraf edib bu barədə izahat vermişdir. Həmin gün polis əməkdaşları Təqsirləndirilən şəxs1 də bölməyə dəvət edib hadisə ilə bağlı izahatını almış və bundan sonra onlar sərbəst buraxılmışlar. O, həmçinin göstərmişdir ki, Zərərçəkmiş şəxs1 evinin həyətindən oğurladıqları mis materiallarını satdıqları şəxslərə misin oğurluq olması barədə heç nə deməmiş və həmin şəxslər onların oğurladıqları mis materiallarının oğurluq olmasını bilməmişlər. O, qeyd olunan oğurluq hadisəsindən başqa Təqsirləndirilən şəxs1lə birlikdə və ya özü tək heç bir oğurluq hadisəsi törətməmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, iş üzrə təqsirləndirilən şəxslərin cinayət əməli nəticəsində ona vurduqları ziyanı tələb edir. Həmçinin bildirmişdir ki, o, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Ona vurduqları maddi ziyanla bağlı Təqsirləndirilən şəxs1 altı-yeddi ay əvvəl dörd yüz manat, Təqsirləndirilən şəxs2 isə ibtidai istintaq zamanı beş yüz manat ödəmişdir, həmin vaxtdan ödəniş etməmişlər, beləliklə, ona vurulmuş ziyanın qalan hissəsi ödənilmədən qalmışdır. O, iş üzrə təqsirləndirilən şəxslərin həbs edilməsini deyil, ona vurulmuş zərəri ödəmələrini istəyir. Zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Xudat şəhəri, Əbilov küçəsi ev 41-də ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin fərdi qaydada qara və əlvan metal alqı-satqısı ilə məşğul olur və bununla bağlı dövlətə vergi ödəyir. Ayrı-ayrı şəxslərdən respublika ərazisində mövcud olan qiymətlər əsasında müxtəlif növ qara və əlvan metal alıb yaşadığı ünvan 3 ünvanında yerləşən evinin həyətyanı torpaq sahəsində quraşdırdığı talvarın altına yığır, müəyyən qədər metal toplayandan sonra əlvan metalları ayrıca, qara metalları isə ayrıca olaraq Bakı şəhəri Dərnəgül qəsəbəsi ərazisində yerləşən metal qəbulu məntəqəsinə aparıb təhvil verir və təhvil verdiyi metalın çəkisinə və qiymətinə uyğun olaraq məntəqədən pul alır. 08 fevral 2022-ci il tarixdə gecə təxminən saat 23 radələrində evinin həyətinə düşərkən metal yığdığı talvarın altında tanımadığı bir şəxsin olduğunu və talvarın altındakı əlvan metalları oğurlamaq istədiyini görmüşdür. Həmin şəxs onu görən kimi içərisində əlvan metal olan mis materiallarını yığdığı kisəni ataraq qaçıb getmişdir. Səhər açılandan sonra həyətinə girmiş şəxsin qaçıb gedərkən atdığı kisəni götürüb baxmış və onun içərisinə 10 kq çəkidə mis materiallar yığıldığını görmüşdür. Hadisə barədə dərhal polisə müraciət etməmiş, həyətində müşahidə kamerası quraşdırdığından oğurluğa girmiş şəxsi müəyyən etmək üçün kamera görüntülərinə baxıb həmin şəxsi müəyyən etmək və bundan sonra hadisə barədə polisə məlumat vermək qərarına gəlmişdir. Müşahidə kamerasında qeydə alınmış görüntülərə baxanda 30 yanvar 2022-ci il tarixdə gecə təxminən 03 radələrində və 08 fevral 2022-ci il tarixdə gecə təxminən saat 22 radələrində arıq bədən quruluşuna malik və əynində uzun gödəkçə olan eyni şəxsin həyətinə daxil olması və talvarın altına yığdığı metallardan oğurlaması görüntülərinin qeydə alındığını müəyyən etmişdir. Bundan sonra 18 fevral 2022-ci il tarixdə Xudat PB-nə gedərək hadisə barədə ərizə vermiş və həmin gün polis əməkdaşları özünün iştirakı ilə həyətinə baxış keçirib bu barədə protokol tərtib etmişlər. Bundan sonra o, həyətində quraşdırılmış müşahidə kamerasında qeydə alınmış görüntüləri bir ədəd CD diskə köçürüb polis əməkdaşlarına təqdim etmişdir. Təxminən iki ay müddətində özündə olan dəftərdə müvafiq qeydiyyatlar aparmaqla müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərdən hər kq-nı 12,3 manata almaqla təxminən 400 kq çəkidə mis alıb həyətinə yığdığına görə Xudat PB-nə verdiyi ərizəsində və izahatında həyətindən təxminən 400 kq çəkidə mis oğurlandığını göstərmişdir. Lakin sonradan ayrı-ayrı şəxslərdən aldığı, habelə metal qəbulu məntəqəsinə təhvil verdiyi mislə bağlı təftiş aparmış və evinin həyətindən ümumilikdə 175 kq çəkidə mis oğurlandığını və ona həmin misin hər kiloqramı 12,3 manata olmaqla ümumilikdə 2150 manat məbləğində maddi ziyan vurulduğunu müəyyən etmişdir. Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində evinin həyətindəki talvarın altından əlvan metalların Xudat şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisə ilə bağlı polis bölməsinə dəvət olunanda onların həqiqətən onun həyətindən müxtəlif vaxtlarda əlvan metal olan mis oğurladıqlarını etiraf etdikləri ona məlum olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər qiyabi olaraq Xudat şəhər sakinləri kimi tanımış, lakin onlarla onun arasında heç bir münasibət, o cümlədən ədavət və düşmənçilik olmamış, hazırda da yoxdur. O həmçinin göstərmişdir ki, evinin həyətindən oğurlanmış misin çəkisi və qiyməti ilə bağlı ifadəsində ətraflı göstərmişdir. Həqiqətən, ayrı-ayrı şəxslərdən alıb topladığı həmin mis müxtəlif işlənmiş detallardan əldə olunmuş mislər olmuşdur. Qeyd etdiyi kimi o, həmin misin hər kq-nı 12,3 manatdan alıb toplamış, ona görə də ifadəsində ona dəymiş maddi ziyanı həmin qiymətlə hesablamışdır. Lakin ekspertlər misin qiymətini daha dəqiq mənbələrə istinad edərək hesabladıqlarına görə ekspertin rəyində qeyd edildiyi kimi hadisə baş vermiş vaxtda müxtəlif işlənmiş detallardan əldə olunmuş misin qırıntı kimi bir kq-nın qiyməti 14 manat olmaqla həyətindən oğurlanmış 175 kq çəkidə mislə bağlı ona ümumilikdə 2450 manat məbləğində maddi ziyan dəyməsi mümkündür və ona görə də ekspertin rəyi ilə bağlı heç bir narazılığı yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, onların Xaçmaz rayonu, Xudat şəhərində evləri olsa da, o, uşaqlarının təhsili ilə bağlı Bakı şəhərində yaşayır. Təqsirləndirilən şəxs1 onların Xudat şəhərindəki həmin evindən oğurluq etməsi ilə bağlı ona dəymiş ziyan tamamilə ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, ünvan 4 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq ünvan 5 ünvanında yaşayır. X1 13 iyun 2017-ci ildə rəhmətə getmiş, övladları Bakı şəhərində təhsil aldıqlarına gorə əri dünyasını dəyişəndən sonra özü də Bakı şəhərinə köçmüş və hazırda övladları ilə birlikdə orada yaşayır. Xudat şəhəri, SMD-10 qəsəbəsində yerləşən evlərinə yalnız yay aylarında gəlir və yay mövsümü başa çatandan sonra yenidən Bakı şəhərinə qayıdırlar. Xudat şəhəri SMD-10 qəsəbəsində yerləşən evlərinə Xaçmaz rayonu Hacıabdurəhimova kəndində qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz rayonu, Xudat şəhəri, ünvan 6 ünvanında yaşayan qaynı Şahid1 nəzarət edir. 06 mart 2022-ci il tarixdə qaynı Müzəffər zəng edərək ona Xudat şəhəri SMD-10 qəsəbəsi ev 4, mənzil 1 ünvanında yerləşən evə baş çəkmək üçün getdiyini, darvazanı açıb həyətə daxil olarkən evin plastik materialından olan pəncərəsinin açıq və həyətdəki anbar kimi istifadə olunan yardımçı tikilinin qapısının üzərindəki qıfılın sındırılmış vəziyyətdə olduğunu, həyətdəki yardımçı tikilidən 01 ədəd mis materialından hazırlanmış 5 litr həcmli od samovarının, 01 ədəd 40 litr həcmli alüminium su bidonunun (flyaqa), 03 ədəd diametri 90 sm, hündürlüyü 16 sm olan alüminium teştin, üzərlərində qapaqları olan 01 ədəd 05 litr həcmli alüminium qazanın, 01 ədəd diametri 23 sm, hündürlüyü 16 sm olan alüminium qazanın, hər birinin uzunluğu 180 sm, eni 10 sm olan 05 ədəd alüminium karnizlərin, evin həyətindəki digər yardımçı tikilidən 01 ədəd Türkiyə istehsallı 32 litr həcmli «Güvən» markalı su qızdırıcısının və 01 ədəd 05 litr həcmli şirli (emalirovanniy) vedrənin oğurlandığını müəyyən etdiyini, buna görə də Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə zəng edib hadisə barədə məlumat verdiyini bildirmişdir. Bundan bir neçə gün sonra o özü Bakı şəhərindən Xudat şəhərinə gəlmiş və həqiqətən, evdə oğurluq hadisəsinin baş verdiyinin şahidi olmuşdur. Evi və həyətdəki tikililəri nəzərdən keçirəndə həyətdəki tikililərdən qaynı Müzəffərin adlarını sadaladığı əşyaların oğurlandığını görmüş, həmin əşyalardan başqa evin içərisindən heç nə oğurlanmadığını müəyyən etmişdir. Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində oğurluq hadisəsinin 2022-ci ilin fevral ayının ortalarında Xudat şəhər sakini Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi, onun oğurladığı əşyaları Xudat şəhərində metal alqı-satqısı ilə məşğul olan Tahir adlı şəxsə satması müəyyən edilmiş və oğurlanmış əşyaların bir qismi qaynı Şahid1 iştirakı ilə Tahir adlı şəxsdən götürülmüşdür. Lakin şəxsən o özü evindən oğurluq etmiş Təqsirləndirilən şəxs1 və onun oğurladığı əşyaları satdığı Tahir adlı şəxsi tanımamış və onlarla heç bir münasibəti olmamışdır. O həmçinin göstərmişdir ki, evindən oğurlanmış 01 ədəd mis materialından hazırlanmış 5 litr həcmli od samovarının qiyməti 200 manat, 01 ədəd 40 litr həcmli alüminium su bidonunun (flyaqa) 70 manat, diametri 90 sm, hündürlüyü 16 sm olan alüminium teştlərin hər bir ədədi 40 manat olmaqla 03 ədədinin 120 manat, üzərlərində qapaqları olan 01 ədəd 05 litr həcmli alüminium qazanın 45 manat, 01 ədəd diametri 23 sm, hündürlüyü 16 sm olan alüminium qazanın 10 manat, hər birinin uzunluğu 180 sm, eni 10 sm olan alüminium karnizlərin hər birinin 5 manat olmaqla 05 ədədinin 25 manat, 01 ədəd Türkiyə istehsallı 32 litr həcmli «Güvən» markalı su qızdırıcısının 220 manat və 01 ədəd 05 litr həcmli şirli (emalirovanniy) vedrənin 15 manat olmuşdur. Oğurlanmış həmin əşyalar hamısı istifadə olunmaqla işlənmiş vəziyyətdə olduğundan ekspertin rəyində göstərildiyi kimi hazırda oğurlanmış 01 ədəd Türkiyə istehsallı 32 litr həcmli «Güvən» markalı su qızdırıcısının 80 manat, 01 ədəd 05 litr həcmli odun samovarının 120 manat, 01 ədəd 40 litr həcmli su bidonunun (flyaqanın) 30 manat, alüminium teştlərin hər biri 20 manat olmaqla 03 ədədinin 60 manat, alüminium karnizlərin hər birinin 5 manat olmaqla 05 ədədinin 25 manat, 01 ədəd 5 litr həcmli alüminium qazanın 10 manat, 01 ədəd alüminium qazanın 15 manat, 01 ədəd 5 litr həcmli şirli (emalirovanniy) vedrənin 10 manat olmaqla həmin əşyaların nəzəri qaydada qiymətlərinin ümumilikdə 350 manat olması mümkündür. Ona görə də ekspertin rəyi ilə bağlı heç bir narazılığı yoxdur. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, onun iş üzrə təqsirləndirilən şəxslərlə hər hansı münasibəti, tanışlığı olmamışdır. Zərərçəkmiş şəxs2 onun mərhum qardaşının həyat yoldaşıdır. Zərərçəkmiş şəxs2 uşaqlarının təhsili ilə bağlı Bakı şəhərində yaşayır, onların Xudat şəhərindəki evlərinə o, həftədə bir dəfə gedərək nəzarət edir. O, həmin evə baş çəkmək məqsədi ilə həmin ünvana getmiş, darvazanı açıb evin həyətinə daxil olanda evin pəncərəsinin açıq və həyətdəki skladın, yəni anbar kimi istifadə olunan yardımçı tikilinin qapısının üzərindəki qıfılın sındırılmış vəziyyətdə olduğunu görmüşdür. Daha sonra motorxanaya gedərək görmüşdür ki, divarda olmuş “pitminutka”, yəni su qızdırıcısı yoxdur. Evə kiminsə girdiyini başa düşmüş və buna görə də DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, bundan sonra Ramidəyə də zəng edərək bildirmişdir. Daha sonra evə ətraflı baxaraq oğurlanmış əşyaların siyahısını Ramidə ilə dəqiqləşdirmiş və ittiham aktında qeyd olunan əmlakların oğurlandığını müəyyən etmişlər. Lakin o, təqsirləndirilən şəxslərin həmin evdən oğurluq etdiklərini görməmiş, yalnız oğurluq hadisəsinin baş verdiyini aşkar etmişdir. Həmçinin ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, o, iş üzrə təqsirləndirilən şəxsləri əvvəllər tanımışdır, onlar onun qonşularıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun yanına gələrək mis metalı satdıqlarını bildirmişlər və o həmin mis metallarını onlardan pul verərək almışdır. Lakin o, həmin mis metalların oğurluq olmasını bilməmişdir. Həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxslərin ona satdıqları misin çəkisi təxminən 45 kq olmuş, o həmin misə görə təqsirləndirilən şəxslərə 450 manat pul vermişdir. Həmin mislər məftil formasında olmuşdur. O, təqsirləndirilən şəxslərdən həmin əmlakları haradan əldə etmələrini soruşmamışdır, belə ki, o, metal alqı-satqısı ilə məşğul olduğundan müxtəlif şəxslər tez-tez ona metal gətirərək satır. O, yalnız polis əməkdaşları ona bildirdikdən sonra bilmişdir ki, iş üzrə təqsirləndirilən şəxslərin ona satdıqları əmlaklar oğurluqla əldə edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Xudat şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 126-da ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir və fərdi qaydada harada iş olsa işləyib ailəsini dolandırır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Xudat şəhər sakinləri kimi tanıyır, onlarla münasibətləri yaxşıdır, aralarında heç bir ədavət yoxdur. 2022-ci ilin yanvar ayının axırlarında, dəqiq olaraq tarixi yadında qalmayan gün Elçin özünə məxsus VAZ markalı avtomobillə Əzizlə birlikdə onun yaşadığı ünvana gəlmiş, onlarda təxminən 45 kq çəkidə mis olduğunu və satmaq istədiklərini demişlər. Elçinin ona 70 manat məbləğində pul borcu olduğundan əvvəlcə ondan gətirdiyi misi almaq istəməmiş, lakin sonradan onunla razılaşmış və həmin misi ölçüb almışdır. Onların gətirdikləri misin çəkisi təxminən 44 kq olmuş, həmin metala görə verməli olduğu puldan Elçinin ona borclu olduğu 70 manatı çıxmış və bundan sonra onlara 380 manat məbləğində pul vermişdir. Bundan təxminən bir ay yarım keçəndən sonra Elçin yenidən onun yanına gəlmiş və onda satlıq alüminium qab-qacaq olduğunu demişdir. Elçinə həmin qabları gətirməsini və baxandan sonra alacağını demişdir. Elçin çıxıb getmiş və bir neçə dəqiqədən sonra bir ədəd alüminium teşt, bir ədəd 5 litr həcmli qazan, bir ədəd 40 litirlik bidon və bir ədəd 5 litirlik samovar gətirmişdir. Həmin mallara baxandan sonra Elçinlə danışıb razılaşaraq samovara görə 45 manat, qalan qablara görə isə 25 manat olmaqla ümumilikdə ona 70 manat pul vermişdir. Səhəri gün polis əməkdaşı Bilal ona zəng edib qohumunun evindən oğurluq olduğunu demiş, əgər ona alüminium qablar, samovar və başqa nəsə almağı təklif edən olsa onlara məlumat verməsini xahiş etmişdir. O dərhəl cavabında Bilala belə bir mal aldığını demiş, həmin vaxt Qusar şəhərində olduğundan bir az sonra gəlib aldığı mallara baxmasını bildirmişdir. Həmin gün polis əməkdaşları onun evinə gəlmiş, o, Təqsirləndirilən şəxs1 aldığı əşyaları onlara təqdim etmişdir. Bundan təxminən 20 dəqiqə sonra Elçin özü ona zəng edərək satdığı əşyaların oğurluq olduğunu və həmin əşyaları gizlətməsini demişdir. O, Elçinə artıq həmin əşyaları polis əməkdaşlarına təqdim etdiyini demiş və Təqsirləndirilən şəxs1 oğurluq etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanıldığını sonradan eşitmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərdi ki, o, metal alqı-satqısı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 onunla yolda rastlaşanda sonuncu onda mis metalı olduğunu və satmaq istədiyini bildirmiş, bu məqsədlə gətirərək mis metalını ona təqdim etmiş, o, həmin mis metalının su qızdırıcısının içərisindən çıxarılmış olduğunu və həmin metalın çəkisinin təxminən 01 kiloqram 100 qram olduğunu müəyyən etmiş və həmin misi Təqsirləndirilən şəxs1, səhv xatırlamırsa, təxminən 13-14 manata almışdır. Həmçinin bildirmişdir ki, o həmin mis metalın oğurluq olduğunu hazırkı işlə bağlı yalnız polis bölməsində olarkən bilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Xudat şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 108-də valideynləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin fərdi qaydada harada iş olsa işləyir və arabir mis alıb-satmaqla məşğul olaraq ailələrinin dolanışığına köməklik edir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Xudat şəhər sakinləri kimi tanıyır, onlarla münasibətləri yaxşıdır, aralarında heç bir ədavət yoxdur. 2022-ci ilin yanvar ayının axırlarında, dəqiq olaraq tarixi yadında qalmayan gün Elçin və Əzizlə rastlaşmış, söhbət əsnasında Elçin onlarda mis olduğunu və satmaq istədiklərini demişdir. O, etiraz etməmiş, bundan sonra Elçin ondan 80 manat pul istəmiş və axşama misi gətirəcəyini bildirmişdir. O, etiraz etməyib Elçinə 80 manat pul vermiş və həmin gün nahar fasiləsindən sonra Elçin özünə məxsus VAZ markalı avtomobillə Əzizlə birlikdə onun yaşadığı ünvana gəlmiş və onlarda təxminən 20 kq çəkidə mis olduğunu demişlər. Bundan sonra onların iştirakları ilə gətirdikləri misi tərəzidə çəkmiş və onun çəkisi 20 kq olmuşdur. Olarla birlikdə gətirdlikləri misin qiymətinin 200 olmasını hesablamış və Elçinə verdiyi 80 manat pul borcunu çıxıb qalan 120 manat pulu onlara vermişdir. Elçinlə Əzizin dəmir alqı-satqısı ilə məşğul olduqlarını bilmiş və ona görə də onların oğurluq etmələrindən şübhələnməmişdir. Elçingildən aldığı 20 kq çəkidə misi aparıb xalasının həyat yoldaşı İlqama vermiş, lakin həmin misin oğurluq olmasını bilməmiş və bu barədə heç bir məlumatı olmamışdır. Sonradan Xaçmaz rayon PŞnə dəvət olunanda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona satdıqları həmin misin oğurluq olmasını bilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid5 ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonunun Qaraçı kəndində valideynləri ilə birlikdə yaşayır və rəsmi olaraq heç yerdə işləmir. Lakin fərdi qaydada harada iş olsa işləyib ailələrinin dolanışığına köməklik göstərir. Sonradan şəxsiyyətləri ona Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 kimi məlum olan şəxsləri əvvəllər tanımamış və onlarla heç bir münasibəti olmamışdır. 2022-ci ilin yanvar ayının axırlarında, dəqiq olaraq tarixi yadında qalmayan gün atası Nasim nahar fasiləsində olduğu üçün onun əvəzinə işlədiyi Xaçmaz rayonunun Qaraçı kəndində yerləşən metal qəbulu yerində olmuş, həmin vaxt sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Elçinin idarə etdiyi VAZ markalı avtomobillə ora gəlmişlər. Söhbət əsnasında onlar 14 kq çəkidə mis olduğunu və onu satmaq istədiklərini demiş, misi haradan gətirdiklərini soruşanda onlar həmin misi hissə-hissə topladıqlarını bildirmişlər. O, misi tərəzidə çəkəndə onun çəkisi həqiqətən 14 kq gəlmiş və bunun müqabilində Elçingilə 148 manat məbləğində pul vermişdir. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurluq etdiklərinə görə saxlanıldıqlarını eşitmiş və polis əməkdaşları metal qəbulu yerinə gəlib Elçingildən aldığı mislə bağlı maraqlananda həmin misi artıq təhvil verdiyini bildirmişdir. İş materiallarında olan 18 fevral 2022-ci il tarixli ərizədən və izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 Xaçmaz RPŞ-nin Xudat PB-yə müraciət edərək, 08 fevral 2022-ci il tarixdə, saat 23 radələrində ünvan 1 ünvanında yerləşən evinin həyətindən səs gəldiyini eşidib çölə çıxanda bir nəfər tanımadığı şəxsin əlində nəsə yığılmış kisə olduğunu görüb ona tərəf getmiş, həmin şəxs onu görən kimi evinin arxa tərəfində bağ qonşusunun hasarına qalxaraq əlindəki kisəni yerə atıb qonşunun həyətinə keçərək qaçıb getmiş, səhəri gün o həmin şəxsin atıb getdiyi kisəni açıb baxanda onun içərisində 10 kiloqram çəkidə mis metalının olduğunu görmüş, bundan sonra həyətinə alıb yığdığı mis metallarını nəzərdən keçirmiş və oradan ayrı-ayrı vaxtlarda naməlum şəxs tərəfindən mismetallarının oğurlandığını müəyyən etmiş, həyətdə quraşdırdığı müşahidə kamerasının qeydlərinə baxanda həmin görüntüdə 08 fevral 2022-ci il tarixdə saat 22 radələrində bir şəxsin darvazadan həyətinə daxil olduğunu və həyətdə olan mis metalları kisəyə yığdığını, onun gəldiyini görəndə isə bağa tərəf qaçıb getdiyini, bundan başqa görüntüdə qeydə alınmış həmin səxsin 30 yanvar 2022-ci il tarixdə saat 03 radələrində də müşahidə kamerasında qeydə alındığını müəyyən etmişdir. İş materiallarında olan 18 fevral 2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisə yeri Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 ünvanında yerləşən evin həyətyanı sahəsidir. Həmin ev ikimərtəbəli olub kərpicdən inşa edilmiş, pəncərələri ağ rəngli plastik materialdandır və fasadı ağ rəngli boya ilə rənglənmiş, qarşı tərəfi mişar daşı ilə hasara alınmış, həyətə giriş üçün dəmir materialdan hazırlanmış və boz rəngli boya ilə rənglənmiş iki laylı darvaza qoyulmuşdur. Darvazanın sol tərəfində divara bərkidilmiş müşahidə kamerası quraşdırılmış və sağ tərəfinə müxtəlif qara metallar yığılmışdır. Evin qarşısından asfalt örtüklü küçə yolu keçir, sol, sağ və arxa tərəflərində digər şəxslərə məxsus fərdi yaşayış evləri vardır. Həyətə daxil olduqda sol tərəfdə hasarın kənarına, sağ tərəfdə evin kənarına yığılmış kisələrdə və açıq formada müxtəlif dəmir materiallarının, qarşı tərəfdə müxtəlif növ ağacların əkildiyi müəyyən olunmuşdur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 08 fevral 2022-ci il tarixdə saat 23 radələrində evinin həyətindən səs gəldiyini eşidib çölə çıxanda tanımadığı bir şəxsin əlində içərisinə nəsə yığılmış kisə olduğunu görüb ona tərəf getdiyini, həmin şəxsin onu görən kimi evin arxa tərəfindəki bağ qonşusunun hasarına qalxaraq əlindəki kisəni yerə atıb qaçıb getdiyini, səhəri gün kisəyə baxanda onun içərisində təxminən 10 kq çəkidə mis materiallarının olduğunu gördüyünü, bundan sonra həyətə yığdığı mis materiallarını nəzərdən keçirdiyini və ayrı-ayrı vaxtlarda tanımadığı şəxs və ya şəxslər tərəfindən mis materiallarının oğurlandığını müəyyən etdiyini bildirmişdir. İş materiallarında olan 19 mart 2022-ci il tarixli protokoldan və 01 ədəd CD diskə məhkəmə iclas zalında baxış keçirilərək müəyyən edildi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus Xudat şəhəri, Əbilov küçəsi 41 ünvanında yerləşən evin həyətində quraşdırılmış müşahidə kamerasında qeydə alınmış 04 (dörd) ədəd videofayldan ibarət videogörüntülər köçürülmüş 01 ədəd CD formatlı diskə Təqsirləndirilən şəxs1 iştirakı ilə həmin videoların hamısına ayrı-ayrılıqda baxış keçirilmiş, baxış zamanı 1-ci görüntüdə arıq bədən quruluşuna malik olmaqla əynində uzun gödəkçə olan bir şəxsin (Təqsirləndirilən şəxs1 dediyinə görə həmin şəxs o özüdür) polietilen torbalara və kisələrə, habelə açıq halda yığılmış müxtəlif növ metal hissələrinin arasında nəsə axtardığı, daha sonra həmin şəxsin yuxarı hissəsində pəncərə olmaqla bir tərəfi barı, digər tərəfi isə boru olan aradan keçib qabağa getdiyi və bir daha görünmədiyi müşahidə edilir. 2-ci görüntüdə VAZ markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu, həmin avtomobilin arxa hissəsində sifət nahiyəsi görünməyən və əynində uzun gödəkçə olan bir şəxsin (Təqsirləndirilən şəxs1 dediyinə görə o özüdür) olduğu, avtomobilin qarşı tərəfindən isə əlində çanta olan digər bir şəxsin yolla keçib getdiyi, yolun digər tərəfində daha bir minik avtomobilinin yola paralel vəziyyətdə dayandığı (Təqsirləndirilən şəxs1 dediyinə görə həmin yer Zərərçəkmiş şəxs1 evinin qarşısından keçən yoldur), avtomobilin arxa tərəfində olan şəxsin görüntüyə baxışa görə sol tərəfdə yuxarı hissəsində pəncərə olmaqla bir tərəfi barı, digər tərəfi isə boru olan aradan keçib sol tərəfə getdiyi və bir daha görünmədiyi müşahidə edilir. 3-cü görüntüdə metal qırıntıları yığılmış yerə daha bir şəxsin (Təqsirləndirilən şəxs1 dediyinə görə həmin şəxs ev sahibi Zərərçəkmiş şəxs1dur) qaçaraq gəldiyi, həmin vaxt metal qırıntılarının arasında olan şəxsin (Elçin Həm rayevin dediyinə görə o özüdür) qaçaraq getdiyi müşahidə edilir. 4-cü görüntüdə 1,2 və 3-cü görüntülərdə qeydə alınmış arıq bədən quruluşuna malik, əynində uzun gödəkçə olan şəxsin (Təqsirləndirilən şəxs1 dediyinə görə o özüdür) yuxarı hissəsində pəncərə olmaqla bir tərəfi barı, digər tərəfi isə boru olan aradan çıxıb metal qırıntıları yığılmış yerə keçərək orada nəsə axtardığı, sonra isə irəliyə gedərək bir daha görünmədiyi müşahidə edilir. Video görüntülərdə səs qeydə alınmadığından danışıqların məzmununun nədən ibarət olmasını müəyyən etmək mümkün olmamışdır. Videomüşahidə kamerasında qeydə alınmış tarix və saat görüntülərinə əsasən 1-ci görüntünün xx.xx.2022-ci il tarixdə saat 02:52:52-də başladığı və saat 02:54:06da bitdiyi, 2-ci görüntünün isə xx.xx.2022-ci il tarixdə saat 22:13:46-da başladığı və saat 22:14:36-da bitdiyi, 3-cü görüntünün xx.xx.2022-ci il tarixdə saat 22:15:19-da başladığı və saat 22:17:31-də bitdiyi, 4-cü görüntünün xx.xx.2022-ci il tarixdə saat 03:00:01-də başladığı, saat 03:01:55-də bitdiyi qeydə alınmışdır. İş materiallarında olan 31 may 2022-ci il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılmışdır. Təqsirləndirilən şəxs1 21 yanvar 2022-ci il tarixdən 30 yanvar 2022-ci il tarixə kimi olan müddət ərzində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 1 ünvanında yerləşən evin həyətindən mis materiallarını necə və hansı şəraitdə oğurladıqlarını əyani olaraq göstərməklə ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 31 may 2022-ci il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılmışdır. Təqsirləndirilən şəxs2 21 yanvar 2022-ci il tarixdən 30 yanvar 2022-ci il tarixə kimi olan müddət ərzində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 1 ünvanında yerləşən evin həyətindən mis materiallarını necə və hansı şəraitdə oğurladıqlarını əyani olaraq göstərməklə ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2022-ci il tarixli, 9/2284 nömrəli ekspert rəyindən müəyyən edilir ki, aparılmış tədqiqat nəticəsində Respublika ərazisində yerləşən ticarət şəbəkələrindən, mağazalarından, internet saytlarından və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən müxtəlif işlənmiş detallardan əldə olunmuş mislərin 1 kiloqramı qırıntı kimi hadisə baş verən tarixə, yəni 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 14 manat müəyyən edilir. İş materiallarında olan 06 mart 2022-ci il tarixli raportdan, ərizədən və izahatdan müəyyən edilir ki, Şahid1 DİN-nin 102 xidmətinə və Xaçmaz RPŞ-yə müraciət edərək, mərhum qardaşı Fəxrəddin Süleymanovun ailəsinə məxsus ünvan 2 ünvanında yerləşən evdən naməlum şəxs və ya şəxslər tərəfindən su qızıdırıcısının, müxtəlif qab-qacağın, samovarın oğurlanması barədə məlumat vermişdir. İş materiallarında olan 06 mart 2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərin kserosurətlərindən müəyyən edilir ki, hadisə yeri ünvan 4 ünvanında yerləşən yaşayış evidir. Evin ümumi ərazisi mişar daşı ilə hasara alınmış, həyətə giriş üçün dəmir materialdan hazırlanmış iki laylı darvaza qoyulmuş, həyət beton olmaqla üzərində talvar quraşdırılmışdır. Evin həyətində iki saxlanc yeri vardır ki, həmin saxlanc yerlərinin qapıları taxta materialdandır və baxış zamanı qapıların üzərindəki qıfılların sındırılması müşahidə edilmişdir. Evin pəncərələri plastik materialdan olub, baxış zamanı pəncərənin müdaxilə yolu ilə açılması müşahidə olunmuşdur. Baxışda iştirak etmiş Şahid1 evin həyətindəki saxlanc yerindən naməlum şəxs və ya şəxslər tərəfindən 01 ədəd su qızdırıcının, 01 ədəd samovarın, 3-4 ədəd alüminium vannanın (teştin), 01 ədəd şirli (emallı) vedrənin və s. alüminium əşyaların oğurlandığını bildirmişdir. İş materiallarında olan 14 mart 2022-ci il tarixli “Əşyaya baxış aparılması haqqında” protokoldan müəyyən edilir ki, ünvan 7 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şahid2 yaşadığı evin həyətində Şahid1 iştirakı ilə 01 ədəd su bidonu (flyaqa), 01 ədəd alüminium teşt, 01 ədəd alüminium karniz, 01 ədəd alüminium qazan və 01 ədəd alüminium qazan qapağı təqdim edərək həmin əşyaları Xudat səhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs1 gətirib ona satdığını bildirmişdir. Təqdim olunmuş həmin əşyalar sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. İş materiallarında olan 31 may 2022-ci il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılmışdır. Təqsirləndirilən şəxs1 2022-ci ilin fevral ayının ortalarında özünün tək Zərərçəkmiş şəxs2 ünvan 4 ünvanında yerləşən evin həyətindəki tikililərdən su qızdırıcısını, samovarı və digər alüminium materiallı ev-məişət əşyalarını necə və hansı şəraitdə oğurladığını əyani olaraq göstərməklə ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 may 2022-ci il tarixli, 9/2669 nömrəli ekspert rəyindən müəyyən edilir ki, aparılmış tədqiqat nəticəsində Respublika ərazisində yerləşən ticarət şəbəkələrində, mobil telefon alqı-satqı məntəqələrində, internet saytlarında, eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur:

1. 01 ədəd Türkiyə istehsalh 32 litr həcmli «Güvən» markalı su qızdırıcısı - 80 manat;

2. 01 ədəd 5 litr həcmli odun samovarı – 120 manat;

3. 01 ədəd 40 litr həcmli alüminium su bidonu (flyaqa) - 30 manat;

4. 01 ədəd diametrli 90 sm, hündürlüuyü 16 sm olan alüminium teşt - 20 manat;

5. 01 ədəd 180 sm uzunluqda, 10 sm enində alüminium karniz - 5 manat;

6. 01 ədəd 5 litr həcmli alüminium qazan - 10 manat;

7. 01 ədəd diametri 23 sm, hündürlüyü 16 sm olan alüminium qazan - 15 manat;

8. 01 ədəd 5 litr həcmli şirli (emalirovannıy) vedrə - 10 manat. Beləliklə, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti orta istimar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin fevral ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 290 manat müəyyən olunur. İş materiallarında olan 06 iyun 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Şahid3, Şahid5, Şahid2 və Şahid4 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barələrində cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, 01 ədəd CD diski, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə həmin Məcəllənin müvafiq olaraq 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin tərkibini yaradır. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən, cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən, başa çatmayan cinayətlərə görə cinayət məsuliyyəti bu Məcəllənin 28 və 29-cu maddələrinə istinad olunmaqla bu Məcəllənin başa çatmış cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndində izah edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Həmin Qərarın 11-ci bəndinə görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Qərarın 18-ci bəndinə görə, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq, Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə görə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 20-ci bəndinə görə, yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür; bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür; anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin Qərarın 22-ci bəndinə görə, şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair 23 aprel 2018-ci il tarixli Qərarına əsasən, oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189- 1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, barələrində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə hazırkı iş üzrə təqsirləndirilən şəxslərə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X2 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən, Xaçmaz rayon İHB-nın Xudat şəhər İƏD-də nümayəndəsi tərəfindən verilmiş arayışdan, iş materiallarına əlavə edilmiş EMİS-dən çıxarışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 iki azyaşlı uşağı var. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xudat şəhər İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan ərizədən və qəbzdən, həmçinin Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 oğurladığı 01 ədəd 40 litr həcmli alüminium su bidonu (flyaqa), 01 ədəd alüminium teşt, 01 ədəd alüminium karniz, 01 ədəd alüminium qazan və 01 ədəd alüminium qazan qapağı ibtidai istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs2 qaytarılmış, həmçinin Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş ziyanın ödənildiyini və sonuncuya qarşı şikayətinin olmadığını bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməli ilə bağlı ona vurduğu maddi ziyandan hazıradək 400 manat ödəmiş, ziyanın qalan məbləğini hazıradək ödəməmişdir. O, ziyanın ödənilməsini tələb edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X2 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən və Xaçmaz rayon İHB-nın Xudat şəhər İƏD-də nümayəndəsi tərəfindən verilmiş arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 ikisi azyaşlı olmaqla dörd yetkinlik yaşına çatmayan uşağı var. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xudat şəhər İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan 03 iyun 2022-ci il tarixli ərizədən, həmçinin Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməli ilə bağlı ona vurduğu maddi ziyandan hazıradək 500 manat ödəmiş, ziyanın qalan məbləğini hazıradək ödəməmişdir. O, ziyanın ödənilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 vurduğu zərərin ödənilməsini, iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayəti etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsə vurduğu zərərin bir qismini ödəməsini, ikisi azyaşlı olmaqla dörd yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməllərinə görə səmimi peşmançılıq hissi keçirmələrini bildirmələrinə məhkəmə tənqidi yanaşaraq aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1-ci maddəsinə görə, şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanı ödəməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasına dəlalət edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsi isə şəxsin könüllü gəlib təqsirini boynuna almasını, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsini; 59.1.13-cü maddəsi cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını cəzanı yüngülləşdirən hal kimi təsbit etmişdir. Lakin iş materiallarından göründüyü kimi, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 hərəkətlərində könüllü gələrək təqsirini boynuna alması kimi yüngülləşdirici hal olmamış, o, cinayətin üstünün açılmasında köməklik etməmiş, ibtidai istintaq orqanı tərəfindən toplanmış təkzibolunmaz mötəbər sübutlarla ifşa olunduqdan sonra törətdiyi cinayət əməlini etiraf etmiş, məhkəmə istintaqı zamanı isə səmimiyyət görünüşü yaratmaqla cəzasını yüngülləşdirmək məqsədi ilə əməlindən peşman olduğunu bildirmiş, həmçinin hazırkı cinayət işi məhkəmənin icraatına xx.xx.2022-ci il tarixdən daxil olmasına baxmayaraq, zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 vurduğu ziyanla bağlı iş məhkəmənin icraatına daxil olandan bir neçə ay sonra dörd yüz manat ödəmiş, qalan məbləği isə ödəməmiş, digər Zərərçəkmiş şəxs2 oğurladığı əşyaların çox hissəsi isə ibtidai araşdırma orqanı tərəfindən tapılaraq həmin zərərçəkmişə qaytarılmışdır. Bundan əlavə isə Təqsirləndirilən şəxs1 polis tərəfindən ifşa oluna biləcəyindən xəbər tutduqda Zərərçəkmiş şəxs2 əşyaları oğurlayaraq satdığı Şahid2 zəng edərək həmin əşyaları oğurladığını bildirməklə gizlətməsini xahiş etmişdir. Həmçinin iş materiallarından göründüyü kimi, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 hərəkətlərində könüllü gələrək təqsirini boynuna alması kimi yüngülləşdirici hal olmamış, o, cinayətin üstünün açılmasında köməklik etməmiş, ibtidai istintaq orqanı tərəfindən toplanmış təkzibolunmaz mötəbər sübutlarla ifşa olunduqdan sonra törətdiyi cinayət əməlini etiraf etmiş, məhkəmə istintaqı zamanı isə səmimiyyət görünüşü yaratmaqla cəzasını yüngülləşdirmək məqsədi ilə əməlindən peşman olduğunu bildirmiş, həmçinin zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 vurduğu ziyanla bağlı qalan məbləği isə tam olaraq ödəməmişdir. Bununla da məhkəmə iş üzrə təqsirləndirilən şəxslərin əməllərindən peşman olmalarını bildirmələrinin formal xarakter daşıdığını hesab edərək bu qənaətə gəlir ki, bu hal onların cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, təqsirləndirilən şəxslərin barələrində cəzanı yüngülləşdirən halları, həmçinin barələrində cəzanı ağırlaşdıran halların olmamasını və cinayət əməllərinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 (29,177.2.2, 29,177.2.3) maddələrinin sanksiyasında və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 04 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 04 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan 01 ədəd 40 litr həcmli alüminium su bidonu (flyaqa), 01 ədəd alüminium teşt, 01 ədəd alüminium karniz, 01 ədəd alüminium qazan və 01 ədəd alüminium qazan qapağının Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, müşahidə kamerasının qeydə aldığı videogörüntülərin (04 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd CD disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 100 (yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 iyul 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və barəsində 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 iyul 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd 40 litr həcmli alüminium su bidonu (flyaqa), 01 ədəd alüminium teşt, 01 ədəd alüminium karniz, 01 ədəd alüminium qazan və 01 ədəd alüminium qazan qapağının Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, müşahidə kamerasının qeydə aldığı videogörüntülərin (04 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 100 (yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxslərin cinayət əməli nəticəsində vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmün icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə, Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar