Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-18/2024 17.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkən şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxx 1954-cü ildə Xaçmaz rayonunun Cığatay kəndində anadan olmuş, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, 25 noyabr 2023cü ildə ölmüş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, Zərdabi küçəsi, ev 18-də yaşayan Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədilə, heç bir səlahiyyətə malik olmadığı halda sonuncunun bacısı X1 adına aldığı Xaçmaz şəhəri, 20 Yanvar küçəsi, 35 ünvanında yerləşən 0,026 ha torpaq sahəsində tikdirdiyi ticarət obyektinə çıxarış alacağını vəd etməklə aldadıb Zərərçəkmiş şəxs2 qaynı Şahid1 vasitəsilə göndərdiyi 9000 manat olmaqla xeyli miqdarda pulu 17 aprel 2022-ci il tarixdə, saat 11 radələrində Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən «Zəfər» parkının qarşısında Şahid1 məxsus Vaz-21154 markalı, ** BR *** qeydiyyat nişanlı avtomobilin salonunda alıb ələ keçirmiş, bununla da o, xeyli miqdarda ziyan vurmaqla aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, Xaçmaz şəhəri, Zərdabi küçəsi, ev 14-də yaşayan Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədilə, heç bir səlahiyyətə malik olmadığı halda sonuncunun arvadı X3 adına aldığı Xaçmaz şəhəri, Yeni yaşayış massivində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi ilə bağlı məhkəmə qərarı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsindən çıxarış alacağını vəd edib aldadaraq 28 sentyabr 2022-ci il tarixdə, saat 10 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində, Mərkəzi poçtun arxa tərəfində yerləşən çayxanada 1000 manat pulunu alıb ələ keçirmiş, bununla da o, təkrar aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, Xaçmaz rayonu, İlxıçı kəndində yaşayan Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədilə, heç bir səlahiyyətə malik olmadığı halda sonuncunun oğlu X6 adına icarəyə götürdüyü Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində yerləşən 150 m2 torpaq sahəsinə çıxarış alacağını vəd edib aldadaraq Zərərçəkmiş şəxs1 oğlu İlyas Əhmədov vasitəsilə göndərdiyi 4500 manat pulu 28 sentyabr 2022-ci il tarixdə, saat 10 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində, Mərkəzi poçtun arxa tərəfində yerləşən çayxanada alıb ələ keçirmiş, bununla da o, təkrar aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı iş üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsində (xx.xx.2023) Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, M.Rahim küçəsi, ev 7-də yaşayır. O, əslən Xaçmaz rayonu, İlxıçı kəndindəndir. Xaçmaz rayonu, İlxıçı kəndində yaşayan Zərərçəkmiş şəxs1 və Xaçmaz şəhərində yaşayan Şahid1 təxminən 50 il olar ki, tanıyır. Onun Əlimərdan və Əlimədətlə münasibəti yaxşı olmuşdur, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Əlimədət özü də əvvəllər Xaçmaz rayonu, İlxıçı kəndində yaşamışdır. Rusiya Federasiyasında yaşayan Zərərçəkmiş şəxs2 da əslən Xaçmaz rayonu, İlxıçı kəndindəndir və Əlimədət Abuzerin bacısı Nigarın əridir. Abuzer Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yerləşən 0,026 ha torpaq sahəsini bacısı Hindəxanımın adına almışdır. Təxminən 6 il əvvəl Abuzer Əlimədətlə birlikdə onun yanına gəlib demişdir ki, bacısı Hindəxanımın adına aldığı Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yerləşən torpaq sahəsində ticarət obyekti tikdirmək istəyir, həmin tikintini apara bilməsi üçün Xaçmaz Rayon İcra Hakimiyyəti başçısından sərəncam almaqda onlara köməklik göstərsin. O, Abuzerdən torpağın sənədlərini alıb Xaçmaz Rayon İcra Hakimiyyətinə təqdim etmişdir və həmin torpaq sahəsində ticarət obyekti tikilməsi ilə bağlı sərəncan verilmişdir. Sərəncamla həmin torpaq sahəsində üçmərtəbəli tikintinin aparılmasına icazə verilmişdir. Aparılacaq tikintinin iki mərtəbəsi ticarət obyekti kimi fəaliyyət göstərməli idi, üçüncü mərtəbə isə yaşayış evi kimi nəzərdə tutulmuşdur. Abuzer Rusiya Federasiyasından pul göndərmiş, Əlimədət də Abuzerin göndərdiyi pulu Xaçmaz şəhəri, 20 Yanvar küçəsində aparılan tikintiyə istifadə etmişdir. 2022-ci ilin aprel ayının ortalarında Xaçmaz Rayon İcra Hakimiyyətində olarkən Əlimədətlə rastlaşmış, sonuncudan gəlişinin məqsədini soruşduqda demişdir ki, Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yerləşən torpaq sahəsində apardıqları tikintinin sənədlərini və İcra Başçısı tərəfindən verilmiş sərəncamı çıxarış alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etmişdir, həmin idarədə sənədlərlə tanış olunduqdan sonra ona demişlər ki, İcra başçısı tərəfindən verilmiş sərəncamda üçmərtəbəli tikilinin iki mərtəbəsinin ticarət obyekti kimi, üçüncü mərtəbəsinin isə fərdi yaşayış evi kimi göstərilməsi düz deyildir, həmin sərəncamda düzəliş aparılaraq üçüncü mərtəbə qeyriyaşayış sahəsi kimi göstərilməlidir. O, sənədlərə baxdıqdan sonra Əlimədətə demişdir ki, indiki icra başçısı əvvəlki icra başçısının nöqsanlarını düzəltmir. Sözlərindən sonra Əlimədət ondan xahiş etmişdir ki, çıxarış almaqda ona köməklik göstərsin. O da Əlimədətə demişdir ki, çalışıb ona köməklik göstərər. Bundan sonra Əlimədət ondan ayrılıb getmişdir. Bir neçə gün keçdikdən sonra Əlimədət gəlib onunla görüşərək demişdir ki, Abuzerlə danışmışdır, Abuzer razıdır, çıxarış almaqda onlara köməklik göstərsin. O da Əlimədətə demişdir ki, 9000 manat pul versələr, Bakı şəhərində olan tanışları vasitəsilə Xaçmaz şəhəri, 20 Yanvar küçəsində aparılmış tikili ilə bağlı çıxarış alıb ona verə bilər. Əlimədət gəlib onunla görüşəcəyini bildirərək ondan ayrılıb getmişdir. Həmin ərəfələrdə pula ehtiyacı yaranmışdır, məqsədi Əlimədətdən pul alıb öz şəxsi ehtiyacları üçün xərcləmək olmuşdur. 17 aprel 2022-ci il tarixdə, təxminən saat 11 radələrində Əlimədətlə Abuzərin əmisi oğlu Rafail Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən «Zəfər» parkının qarşısına gəlib onunla görüşmüşlər. O, Əlimədətin idarə etdiyi Vaz-21154 markalı, ** BR *** qeydiyyat nişanlı avtomobilin arxa oturacağına əyələşmiş və Əlimdət də gəlib onun yanında əyləşərək Rafailin yanında 9000 manat pulu sayıb ona verərək demişdir ki, Abuzer göndərib. O, 9000 manat pulu Əlimədətdən aldıqdan sonra sonuncuya narahat olmamasını, 07 iyun 2022-ci il tarixədək çıxarışı alıb ona verəcəyini demişdir və avtomobildən düşüb getmişdir. Əlimədətdən aldığı 9000 manat pulu isə sonrakı günlərdə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonrakı günlərdə Əlimədət yanına gəlib çıxarışın nə vaxt hazır olacağını soruşmuş, o da müxtəlif bəhanələr gətirib Əlimədəti inandırmışdır ki, çıxarış hazır olan kimi götürüb ona verəcəkdir. Əslində isə o, Abuzerin bacısının adına aldığı torpaq sahəsində tikdirdiyi ticarət obyekti ilə bağlı çıxarış alınmasından ötrü heç bir yerə müraciət etməmişdir və həmin ticarət obyekti ilə bağlı çıxarış düzəltmək üçün müraciət edə biləcəyi tanışı da olmamışdır. Bundan başqa, 2022-ci ilin sentyabr ayının ortalarında Xaçmaz Rayon İca Hakimiyyətinin inzibati binasının qarşısında olarkən Abuzer, Əlimərdan və tanımadığı başqa bir nəfər ona yaxınlaşmışlar. Görüşdükdən sonra Əlimərdan yanında olan oğlanı onunla tanış edərək oğlu İlyas olduğunu bildirmişdir. Əlimərdandan Xaçmaz Rayon İcra Hakimiyyətinə gəlmələrinin səbəbini soruşduqda demişdir ki, Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində oğlu İlyasın adına 150 kv.metr torpaq sahəsini icarəyə götürmüşdür, icarəyə götürdüyü həmin torpaq sahəsi ilə bağlı çıxarış ala bilmir ki, orada ticarət oybekti tikdirsin. O, Əlimərdandan icarəyə götürdüyü torpaq sahəsinin sənədlərini götürüb baxanda görmüşdür ki, Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının 11 sentyabr 2006-cı il tarixli sərəncamı ilə Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində, Xaçmaz-Quba avtomobil yoluna yaxın hissədə 150 kv.metr torpaq sahəsi 99 il müddətinə Əlimərdanın oğlu İlyasa icarəyə verilib. Sənədlərlə tanış olduqdan sonra Əlimərdana demişdir ki, həmin torpaq sahəsi ilə bağlı çıxarış ala bilər. Əlimərdan da ona demişdir ki, gedib danışsın, oğlunun adına icarəyə götürdüyü torpaq sahəsi ilə bağlı çıxarış düzəldilib onlara verilməsi mümkündürsə danışıb razılaşsınlar. O, Əlimərdanın inanması üçün İcra Hakimiyyətinin inzibati binasına daxil olaraq bir neçə dəqiqə içəridə dayanıb gözləmiş, sonra isə heç kimlə görüşmədən bayıra çıxıb Əlimərdana demişdir ki, ona 4500 manat pul versə, oğlu İlyasın adına icarəyə götürdüyü torpaq sahəsi ilə bağlı çıxarış alıb bir həftə ərzində ona verə bilər. Əlimərdan ona inanaraq demişdir ki, həmin məbləğdə pulu ona göndərəcəkdir, Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində, Xaçmaz-Quba avtomobil yoluna yaxın hissədə oğlu İlyasın adına icarəyə götürdüyü 150 kv.metr torpaq sahəsi ilə bağlı çıxarış alıb ona versin. Bundan sonra Əlimərdan, Abuzer və İlyas ondan ayrılıb getmişlər. Bir neçə gün keçdikdən sonra yenə də Xaçmaz Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında olarkən Abuzer və tanımadığı 30-35 yaşlarında bir cavan oğlan ona yaxınlaşmışlar. Abuzer yanında olan oğlanı, yəni Bəhruzu onunla tanış edərək qızının əri olduğunu bildirmişdir. Abuzerdən Xaçmaz Rayon İcra Hakimiyyətinə gəlmələrinin səbəbini soruşduqda demişdir ki, kürəkəni Bəhruz arvadının adına həyətyanı torpaq sahəsi almışdır, aldıqları torpağa aid sənədlərdən birində yazılmış rəqəmlərdən biri pozularaq yenidən diyircəkli qələmlə yazılmışdır, ona görə də Xaçmaz Rayon İcra Hakimiyyətinə gəlmişlər ki, həmin sənədi yenidən düzəltdirsinlər. O, Bəhruzdan sənədləri alıb baxdıqdan sonra Abuzerlə Bəhruza demişdir ki, həmin sənədi yenidən düzəltmək onun üçün asan bir məsələdir. Sözlərindən sonra Bəhruz da ona demişdir ki, gedib danışsın, aldıqları torpağa aid həmin sənədi düzəltmək mümkündürsə razılaşsınlar, sənəddə aparılmış düzəlişin doğru olduğunu təsdiq edib onlara versinlər. O, Bəhruzdan pul almaq qərarına gəlmiş və onun ona inanması üçün İcra Hakimiyyətinin inzibati binasına daxil olaraq bir neçə dəqiqə içəridə dayanıb gözləmiş, sonra isə heç kimlə görüşmədən bayıra çıxıb Bəhruza demişdir ki, həmin sənədi ancaq məhkəmə yolu ilə həll etmək olar, ona 1000 manat pul versə arvadının adına aldığı torpaq sahəsinin sənədi ilə bağlı özü məhkəmədən qərar alıb Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim edəcəkdir və 20 oktyabr 2022-ci il tarixədək həmin idarədən çıxarış alıb ona verəcəkdir. Abuzerlə Bəhruz baxarıq demişlər və ondan ayrılıb getmişlər. 28 sentyabr 2022-ci il tarixdə, təxminən saat 10 radələrində Abuzer ona zəng vurub harada olduğunu soruşmuş, o da ona Xaçmaz şəhəri, N.Nərimanov küçəsində, Mərkəzi poçtun arxa tərəfində yerləşən çayxanada olduğunu bildirmişdir. Bir neçə dəqiqə keçdikdən sonra Abuzer, kürəkəni Bəhruz və Əlimərdanın oğlu İlyas həmin çayxanaya gəlib onunla görüşmüşlər. Çayxanada olarkən Abuzerin yanında Bəhruz arvadının adına aldığı torpaq sahəsinin düzəliş aparılmış sənədi ilə bağlı məhkəmədən qərar alınması və həmin torpaq sahəsi ilə bağlı çıxarış alınmasından ötrü ona 1000 manat pul vermiş, İlyas isə Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində icarəyə götürdükləri torpaq sahəsi ilə bağlı çıxarış alınmasından ötrü ona 4500 manat pul verib atası Əlimərdanın göndərdiyini bildirmişdir. O da Bəhruzdan 1000 manat pulu və İlyasdan atası Əlimərdanın göndərdiyi 4500 manat pulu aldıqdan sonra onlara demişdir ki, narahat olmasınlar, hər iki torpaq sahəsi ilə bağlı çıxarış alıb 20 oktyabr 2022-ci il tarixədək onlara verəcəkdir. Bundan sonra Abuzer, Bəhruz və İlyas ondan ayrılıb getmişlər. Bəhruzdan aldığı 1000 manat pulu və Əlimərdanın oğlu İlyasla göndərdiyi 4500 manat pulu sonrakı günlərdə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonrakı günlərdə Abuzer, Əlimərdan və Bəhruz çıxarışın nə vaxt hazır olacağını soruşanda müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa çalışmışdır. O, Abuzerdən, Əlimərdandan və Bəhruzdan aldığı pulları qaytara bilməmiş, sonradan isə Xaçmaz RPŞ-yə dəvət olunanda bilmişdir ki, Abuzer, Əlimərdan və Bəhruz onun barəsində Xaçmaz RPŞ-yə şikayət etmişlər. Onun Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-də və ya onun 5 saylı Xaçmaz Ərazi İdarəsində işləyən tanışı yoxdur. Əlimədətdən Abuzerin göndərdiyi 9000 manat pulu, Əlimərdandan 4500 manat pulu, İlyasdan isə 1000 manat pulu çıxarış düzəltmək adı ilə alıb öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmçinin bildirdi ki, Çıxarışları, RİHB-nın sərəncamlarını, istismar aktlarını alaraq vermişdir. Sonradan reyestr idarəsi bildirmişdir ki, həmin torpaq sahələri zəbt torpaq sahələri olduğundan sənədlərin tərtibi mümkün deyildir. O, təqaüdçüdür, onun zərərçəkmiş şəxslərə vəd etdiyi xidmətləri göstərməsi üçün hər hansı səlahiyyəti olmamışdır. O, Zərərçəkmiş şəxs2 9000 manat almış, həmin pulu xərcləmişdir. Zərərçəkmiş şəxs1 4500 manat pul almış, həmin puldan 1000 manat qaytarmış, o, hətta həmin 1000 manat pulu qaytarmasının nəzərə alınmasını tələb etmir, 4500 manatı zərərçəkmişə qaytarar. Zərərçəkmiş şəxslər özləri qeyd olunan sənədlərin hazırlanmasına kömək etməsi üçün ona müraciət etmişlər. O, özünü tam təqsirli bilir. Zərərçəkmiş şəxlərə vurduğu ziyanı ona 15 gün vaxt verilərsə, ödəyə bilər. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı ifadəsində Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, İlxıçı kəndində yaşayır. O, Təqsirləndirilən şəxs tanıyır. Əşrəf əslən Xaçmaz rayonu, İlxıçı kəndindəndir. Ancaq onun Əşrəflə qohumluq əlaqəsi yoxdur və əvvəllər Əşrəflə aralarında ədavət və ya düşmənçilik olmamışdır. 2006-cı ilin yay ayları olardı o, Xaçmaz Rayon İcra Hakimiyyətinə müraciət edərək xahiş etmişdir ki, ticarət obyekti inşa etdirməsi üçün Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində oğlu İlyasın adına torpaq sahəsi ayrılsın. Xaçmaz Rayon İcra Hakimiyyətində onun müraciətinə baxılmış və Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində, Xaçmaz-Quba avtomobil yoluna yaxın hissədə oğlu İlyasın adına 150 kv.metr torpaq sahəsi ayrılmasına razılıq verilmişdir. Bundan sonra o, tələb olunan sənədləri Xaçmaz Rayon İcra Hakimiyyətinə təqdim etmiş və Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının 11 sentyabr 2006-cı il tarixli sərəncamı ilə Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində, Xaçmaz-Quba avtomobil yoluna yaxın hissədə 150 kv.metr torpaq sahəsi 99 il müddətinə oğlu İlyasa icarəyə verilmişdir. Sonrakı illərdə o, nə qədər cəhd etsə də, oğlu İlyasa icarəyə verilmiş həmin torpaq sahəsi ilə bağlı çıxarış ala bilməmişdir. Bu səbəbdən də sonrakı illərdə oğlu İlyasa icarəyə verilmiş həmin torpaq sahəsində heç bir ticarət oybekti inşa etdirə bilməmişdir. Qeyd etdiyi torpaq sahəsini icarəyə götürdükdən bir müddət sonra oğlu İlyas Rusiya Federasiyasına getmiş və ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşamışdır. Dəqiq tarixi xatırlamır, 2022-ci ilin sentyabr ayının ortaları olardı oğlu İlyas Rusiya Federasiyasından Azərbaycana, yəni Xaçmaz rayonu, İlxıçı kəndinə yaşadıqları evə gəlmiş və o, oğlu İlyasa demişdir ki, birlikdə Xaçmaz Rayon İcra Hakimiyyətinə gedib maraqlansınlar, bəlkə, onun adına icarəyə götürdüyü torpaq sahəsi ilə bağlı çıxarış alınmasında kimsə onlara köməklik göstərə bildi. Oğlu İlyas onunla razılaşmış və 2022-ci ilin sentyabr ayının ortalarında o, oğlu İlyas və qaynı Abuzer birlikdə Xaçmaz Rayon İcra Hakimiyyətinə getmişlər. Xaçmaz Rayon İcra Hakimiyyətinin inzibati binasına daxil olmaq istəyərkən Əşrəf onlara yaxınlaşıb görüşdükdən sonra İcra Hakimiyyətinə gəlmələrinin səbəbini soruşmuş, o da Əşrəfə demişdir ki, oğlu İlyasın adına 150 kv.metr torpaq sahəsini icarəyə götürmüşdür, icarəyə götürdüyü həmin torpaq sahəsi ilə bağlı çıxarış ala bilmir ki, orada ticarət obyekti inşa etdirsin. Əşrəf oğlu İlyasın adına icarəyə götürdüyü torpaq sahəsinin sənədlərini ondan alıb tanış olduqdan sonra demişdir ki, həmin torpaq sahəsi ilə bağlı çıxarış ala bilər. O da Əşrəfə demişdir ki, gedib danışsın, çıxarış düzəldilib onlara verilməsi mümkündürsə danışıb razılaşsınlar. Əşrəf İcra Hakimiyyətinin inzibati binasına daxil olmuş və bir neçə dəqiqə keçdikdən sonra yanlarına gələrək ona demişdir ki, ona 4500 manat pul versə, oğlu İlyasın adına icarəyə götürdüyü torpaq sahəsi ilə bağlı çıxarış alıb bir həftə ərzində ona verəcəkdir. O, Əşrəfə inanmış və sonuncuya demişdir ki, həmin məbləğdə pulu ona göndərəcəkdir, Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində, Xaçmaz-Quba avtomobil yoluna yaxın hissədə oğlu İlyasın adına icarəyə götürdüyü 150 kv.metr torpaq sahəsi ilə bağlı çıxarış alıb ona versin. Bundan sonra onlar Əşrəfdən ayrılıb getmişlər. 28 sentyabr 2022-ci il tarixdə, təxminən saat 09 radələrində yaşadığı evdə oğlu İlyasa 4500 manat pul verib demişdir ki, Əşrəf onun adına icarəyə götürdüyü torpaq sahəsi ilə bağlı çıxarış alıb onlara verəcəkdir, həmin pulu aparıb Əşrəfə versin. Oğlu İlyas da 4500 manat pulu ondan alıb getmiş və bir neçə saat keçdikdən sonra evə gəlib ona demişdir ki, verdiyi 4500 manat pulu Xaçmaz şəhəri, N.Nərimanov küçəsində, Mərkəzi poçtun arxa tərəfində yerləşən çayxanada dayısı Abuzerin yanında sayaraq Əşrəfə vermişdir. Əşrəf söz verdiyi vaxtda icarəyə götürdüyü torpaq sahəsi ilə bağlı çıxarış alıb ona verməmiş və o, bu barədə Əşrəfdən soruşduqda sonuncu müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa çalışmışdır. Əşrəfin onu aldatdığını başa düşüb ondan tələb etmişdir ki, çıxarış düzəltmək adı ilə ondan aldığı 4500 manat pulu qaytarsın. Əşrəf isə müxtəlif bəhanələr gətirərək ondan aldığı pulu qaytarmamış, bu səbəbdən də o, məcbur olub ərizə ilə Xaçmaz RPŞ-nə müraciət etmişdir. Əşrəfə verdiyi 4500 manat pulun hamısı onun özünə məxsus olmuşdur. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxsə qeyd olunan çıxarışın əldə edilməsində köməklik etməsi üçün verdiyi 4500 manatdan əlavə, təqsirləndirilən şəxs ondan 4200 manat borc pul da almışdır, sonuncu həmin borcdan min manatını ona qaytarmışdır, yəni təqsirləndirilənin ifadəsində qaytardığını bildirdiyi min manat pul 4500 manat pul ilə bağlı deyil, 4200 manat borc pulla bağlı olmuşdur. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Təqsirləndirilənin sənədləşmə işləri görməsi barədə eşitmiş, buna görə də o, təqsirləndirilənə müraciət etmişdir. Təqsirləndiriləndən 4500 manat pulu istəyəndə, hər dəfə müxtəlif səbəblər göstərərək yaxın günlərdə qaytaracağını, hətta təqsirləndirilən özü hər həftə ona zəng edərək tarixini qeyd edərək həmin tarixdə qaytaracağını bildirmiş, lakin qaytarmamışdır. O, təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində ona vurulmuş ziyanı tələb edir. Məhkəmə istintaqı zamanı ifadəsində Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Rusiya Federasiyası vətəndaşıdır və ailəsi ilə birlikdə Rusiya Federasiyasının Kirim vilayətinin Yalta şəhəri, Simeiz qəsəbəsi, ev 2-də yaşamışdır. Hal-hazırda isə Xaçmaz şəhəri, Zərdabi küçəsi, ev 18-də yaşayır. O, əslən Xaçmaz rayonu, İlxıçı kəndindəndir və İlxıçı kənd orta məktəbində Azərbaycan dilində təhsil almışdır. 1977-ci ildən başlayaraq o, Rusiya Federasiyasının ayrı-ayrı şəhərlərində yaşamışdır. Xaçmaz rayonu, İlxıçı kəndində onun qohumları yaşayır, ona gərə də o, hər il 3-4 dəfə ünvan 1 ünvanında yerləşən 0,026 ha torpaq sahəsini alıb bacısı Hindəxanımın adına rəsmiləşdirmişdir. Sonra o, qərara gəlmişdir ki, Xaçmaz şəhəri, 20 Yanvar küçəsi, 35 ünvanında ticarət obyekti inşa etdirsin. O, Xaçmaz Rayon İcra Hakimiyyətinə, o cümlədən digər aidiyyəti idarələrə müraciət edib lazımi icazələri almış və qaynı Əlimədətə pul göndərib demişdir ki, bacısı Hindəxanımın adına aldığı torpaq sahəsində tikinti işləri aparsın. Həmin tikilinin iki mərtəbəsi ticarət obyekti kimi fəaliyyət göstərməli idi, üçüncü mərtəbə isə yaşayış evi kimi nəzərdə tutulmuşdur. Xaçmaz şəhəri, 20 Yanvar küçəsi, 35 ünvanında tikinti işləri başa çatdıqdan sonra Əlimədətə demişdir ki, tikintinin sənədlərini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim edib çıxarış alsın. Bir müddət keçdikdən sonra Əlimədət ona zəng vurub demişdir ki, Xaçmaz şəhəri, 20 Yanvar küçəsində apardıqları tikintinin sənədlərini və İcra Başçısı tərəfindən verilmiş sərəncamı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etmişdir, həmin idarədə sənədlərlə tanış olunduqdan sonra ona demişlər ki, İcra başçısı tərəfindən verilmiş sərəncamda üçmərtəbəli tikilinin iki mərtəbəsinin ticarət obyekti kimi, üçüncü mərtəbəsinin isə fərdi yaşayış evi kimi göstərilməsi düz deyildir, həmin sərəncamda düzəliş aparılaraq üçüncü mərtəbə qeyri-yaşayış sahəsi kimi göstərilməlidir, o, Xaçmaz Rayon İcra Hakimiyyətinə müraciət edib sənədləri təqdim etsə də, müsbət bir cavab ala bilməmişdir. 2022-ci ilin aprel ayının ortalarında Əlimədət yenidən ona zəng vurub demişdir ki, Xaçmaz Rayon İcra Hakimiyyətində olarkən Əşrəflə rastlaşmışdır, Əşrəf ona demişdir ki, indiki İcra Başçısı əvvəlki İcra Başçısının nöqsanlarını düzəltmir, ona 9000 manat pul versələr, Bakı şəhərində olan tanışları vasitəsilə Xaçmaz şəhəri, 20 Yanvar küçəsində aparılmış tikili ilə bağlı çıxarış alıb verə bilər. O da Əlimədətə 9000 manat pul göndərib demişdir ki, əgər Əşrəf çıxarış ala biləcəksə, həmin məbləğdə pulu ona versin. Bir neçə gün keçdikdən sonra Əlimədətlə danışarkən sonuncu ona demişdir ki, göndərdiyi 9000 manat pulu Əşrəfə vermişdir, Əşrəf də ona söz vermişdir ki, 07 iyun 2022-ci il tarixədək çıxarışı alıb ona verəcəkdir. Dəqiq tarixi xatırlamır, 2022-ci ilin sentyabr ayının ortaları olardı o, qaynı Əlimədətin nəvəsinin toy məclisində iştirak etmək üçün Xaçmaz rayonuna gəlmişdir. Xaçmaz rayonunda olarkən bacısı əri Əlimərdan ona demişdir ki, Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində oğlu İlyasın adına 150 kv.metr torpaq sahəsini icarəyə götürmüşdür, birlikdə Xaçmaz Rayon İcra Hakimiyyətinə gedib maraqlansınlar, bəlkə, oğlunun adına icarəyə götürdüyü torpaq sahəsi ilə bağlı çıxarış alınmasında kimsə onlara köməklik göstərə bildi. Onlar Əlimərdanla razılaşmışlar və həmin gün o, İlyas və Əlimərdan birlikdə Xaçmaz Rayon İcra Hakimiyyətinə getmişlər. Xaçmaz Rayon İcra Hakimiyyətinin inzibati binasına daxil olmaq istəyərkən Əşrəf onlara yaxınlaşıb görüşdükdən sonra İcra Hakimiyyətinə gəlmələrinin səbəbini soruşmuş, Əlimərdan da Əşrəfə demişdir ki, oğlu İlyasın adına 150 kv.metr torpaq sahəsi icarəyə götürmüşdür, icarəyə götürdüyü həmin torpaq sahəsi ilə bağlı çıxarış ala bilmir ki, orada ticarət oybekti tikdirsin. X2 adına icarəyə götürdüyü torpaq sahəsinin sənədlərini alıb tanış olduqdan sonra demişdir ki, həmin torpaq sahəsi ilə bağlı çıxarış ala bilər. Əlimərdan da Əşrəfə demişdir ki, gedib danışsın, çıxarış düzəldilib ona verilməsi mümkündürsə danışıb razılaşsınlar. Əşrəf İcra Hakimiyyətinin inzibati binasına daxil olmuş və bir neçə dəqiqə keçdikdən sonra yanlarına gəlib Əlimərdana demişdir ki, 4500 manat pul versə, İlyasın adına icarəyə götürdüyü torpaq sahəsi ilə bağlı çıxarış alıb bir həftə ərzində ona verəcəkdir. Əlimərdan Əşrəfə inanıb demişdir ki, həmin məbləğdə pulu ona göndərəcəkdir, Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində, Xaçmaz-Quba avtomobil yoluna yaxın hissədə oğlu İlyasın adına icarəyə götürdüyü 150 kv.metr torpaq sahəsi ilə bağlı çıxarış alıb ona verər. Bundan sonra onlar Əşrəfdən ayrılıb getmişlər. Bir neçə gün keçdikdən sonra qızı Vüsalənin əri Bəhruz ona demişdir ki, 2006-cı ildə Xaçmaz şəhərində, Xaçmaz-Xudat avtomobil yolunun sol kənarında yerləşən Yeni yaşayış massivində arvadı Vüsalənin adına 0,05 ha həyətyanı torpaq sahəsi almışdır, həmin torpaq sahəsi onlara etibarnamə ilə satılmışdır, o, həmin torpaq sahəsinin sənədlərini çıxarış almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etmişdir və həmin idarədə sənədlərlə tanış olunduqdan sonra ona demişlər ki, torpağa aid sənədlərdən birində yazılmış rəqəmlərdən biri pozularaq yenidən diyircəkli qələmlə yazılmışdır, ona görə də Xaçmaz Rayon İcra Hakimiyyətinə müraciət edib həmin sənədi yenidən düzəltdirsin. O, Xaçmaz Rayon İcra Hakimiyyətinə müraciət etsə də, müsbət bir cavab ala bilməmişdir. Bəhruzun aldığı torpaq sahəsinə aid sənəddə aparılmış düzəlişin yenidən düzəldilməsinin mümkün olub-olmadığını öyrənmək üçün 2022-ci ilin sentyabr ayının sonlarında kürəkəni Bəhruzla birlikdə Xaçmaz Rayon İcra Hakimiyyətinə getmişlər və orada onlara demişlər ki, torpağın sənədində aparılmış düzəlişlə bağlı məhkəmədən qərar almaq lazımdır. Xaçmaz Rayon İcra Hakimiyyətinin inzibati binasından çıxıb gedərkən Əşrəf onlara yaxınlaşıb görüşdükdən sonra İcra Hakimiyyətinin inzibati binasında olmalarının səbəbini soruşmuş, Bəhruz da aldığı torpaq sahəsinin sənədlərini Əşrəfə göstərib demişdir ki, sənəddə aparılmış düzəlişə görə çıxarış ala bilmir. Əşrəf Bəhruzdan torpağın sənədlərini alıb tanış olduqdan sonra demişdir ki, həmin sənədi yenidən düzəltmək onun üçün asan bir məsələdir. Bəhruz da Əşrəfə demişdir ki, gedib danışsın, düzəltmək mümkündürsə razılaşsınlar, sənədə aparılmış düzəlişin doğru olduğunu təsdiq edib ona versinlər. Əşrəf İcra Hakimiyyətinin inzibati binasına daxil olmuş və bir neçə dəqiqə keçdikdən sonra yanlarına gələrək demişdir ki, həmin sənədi ancaq məhkəmə yolu ilə həll etmək olar, ona 1000 manat pul verilsə, Bəhruzun aldığı torpaq sahəsinin sənədi ilə bağlı özü məhkəmədən qərar alıb Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim edəcəkdir və 20 oktyabr 2022-ci il tarixədək həmin idarədən çıxarış alıb Bəhruza verəcəkdir. Bəhruz Əşrəfə inanmış və 28 sentyabr 2022-ci il tarixdə, təxminən saat 10 radələrində kürəkəni Bəhruzla bacısı oğlu İlyas Xaçmaz şəhərində onunla görüşmüşlər və o, Əşrəfə zəng vurub harada olduğunu soruşmuş, Əşrəf də ona demişdir ki, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində, Mərkəzi poçtun arxa tərəfində yerləşən çayxanada oturub. O, Bəhruz və İlyas birlikdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində, Mərkəzi poçtun arxa tərəfində yerləşən çayxanaya gedib Əşrəflə görüşmüşlər. Həmin çayxanada olarkən onun yanında Bəhruz arvadı Vüsalənin adına aldığı torpaq sahəsinin düzəliş aparılmış sənədi ilə bağlı məhkəmədən qərar alınması və həmin torpaq sahəsi ilə bağlı çıxarış alınmasından ötrü Əşrəfə 1000 manat pul vermiş, İlyas isə Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində icarəyə götürdükləri torpaq sahəsi ilə bağlı çıxarış alınmasından ötrü Əşrəfə 4500 manat pul verib atası Əlimərdanın göndərdiyini bildirmişdir. Əşrəfdə Bəhruzdan 1000 manat pulu və İlyasdan atası Əlimərdanın göndərdiyi 4500 manat pulu aldıqdan sonra onlara demişdir ki, narahat olmasınlar, hər iki torpaq sahəsi ilə bağlı çıxarış alıb 20 oktyabr 2022-ci il tarixədək onlara verəcəkdir. Bundan sonra onlar Əşrəfdən ayrılıb getmişlər. Əşrəf söz verdiyi vaxtda Xaçmaz şəhəri, 20 Yanvar küçəsində olan tikili ilə bağlı çıxarış alıb ona verməmişdir. Əşrəfin onu, Bəhruzu və Əlimərdanı aldatdığını başa düşmüş və o özü Xaçmaz rayonuna gəlib bir neçə dəfə Əşrəfin yaşadığı evə gedib ona demişdir ki, Əlimədəti aldadıb aldığı 9000 manat pul onun puludur, həmin pulu geri qaytarsın. Əşrəf isə müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmamış, bu səbəbdən də o özü Xaçmaz RPŞ-nə gedib Əşrəf barəsində şikayət ərizəsi yazmışdır. Xaçmaz şəhəri, 20 Yanvar küçəsi, 35 ünvanında yerləşən torpaq sahəsi bacısı Hindəxanımın adına olsa da, həmin torpaq sahəsini o özü almışdır və orada aparılmış tikili ilə bağlı bütün xərcləri də o özü çəkmişdir. Əşrəfə verilmiş 9000 manat pul onun özünə məxsus olmuşdur. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxs iki ilə yaxındır ki, ondan aldığı 9000 manat pulu qaytarmır. Təqsirləndirilən şəxs İcra Hakimiyyətinin qarşısında şəxslərə yaxınlaşaraq onların problemləri ilə maraqlanır, onların problemlərini həll etməyi öz öhdəsinə götürür. Təqsirləndirilən hər dəfə onun sənədlərinin həll edilməsinin təxirə salındığını deyərək başqa tarixlərə təxirə salmış, sonra isə o, təqsirləndirilən şəxsin onu aldatdığını başa düşmüşdür. Təqsirləndirilənin oğlu onun verdiyi sənədləri ona geri qaytaranda o bilmişdir ki, təqsirləndirilən şəxs onun sənədlərini heç bir yerə təqdim etməmişdir. Təqsirləndirilən şəxs oğlu ilə mübahisə etdiyi zaman sonuncuya demişdir ki, onun verdiyi pulu onun toyuna xərcləmiş, oğlu isə toyu öz pulu ilə etdiyini bildirmişdir. O, təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində ona vurulmuş ziyanı tələb edir, təqsirləndirilən şəxsin oğlu ona vurulmuş ziyanı hissə-hissə ödəyəcəyi barədə yazılı olaraq söz vermiş, o, ona vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddi qaldıracaqdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs3 ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Ağ-çay kəndində qeydiyyatda olsa da, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, Zərdabi küçəsi, ev 18-də yaşayır. O, 2006-cı ildə Xaçmaz şəhərində, Xaçmaz-Xudat avtomobil yolunun sol kənarında yerləşən Yeni yaşayış massivində arvadı Vüsalənin adına 0,05 ha həyətyanı torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi onlara etibarnamə ilə satılmışdır və o, həmin torpaq sahəsi ilə bağlı arvadı Vüsalənin adına çıxarış almaq üçün sənədləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etmişdir. Həmin idarədə sənədlərlə tanış olduqdan sonra ona demişlər ki, torpağa aid sənədlərdən birində yazılmış rəqəmlərdən biri pozularaq yenidən diyircəkli qələmlə yazılmışdır, ona görə də Xaçmaz Rayon İcra Hakimiyyətinə müraciət edib həmin sənədi yenidən düzəltdirsin. O, Xaçmaz Rayon İcra Hakimiyyətinə müraciət etsə də, müsbət bir cavab ala bilməmişdir. 2022-ci ilin sentyabr ayının sonlarında qayınatası Abuzerlə birlikdə Xaçmaz Rayon İcra Hakimiyyətinin inzibati binasından çıxıb gedərkən Əşrəf onlara yaxınlaşıb görüşdükdən sonra İcra Hakimiyyətinin inzibati binasında olmalarının səbəbini soruşmuş, o da aldığı torpaq sahəsinin sənədlərini Əşrəfə göstərib demişdir ki, sənəddə aparılmış düzəlişə görə çıxarış ala bilmir. Əşrəf onun aldığı torpaq sahəsinin sənədləri ilə tanış olduqdan sonra ona demişdir ki, həmin sənədi yenidən düzəltmək onun üçün asan bir məsələdir. O da Əşrəfə demişdir ki, gedib danışsın, düzəltmək mümkündürsə razılaşsınlar, sənəddə aparılmış düzəlişin doğru olduğunu təsdiq edib onlara versinlər. Əşrəf İcra Hakimiyyətinin inzibati binasına daxil olmuş və bir neçə dəqiqə keçdikdən sonra yanlarına gələrək demişdir ki, həmin sənədi ancaq məhkəmə yolu ilə həll etmək olar, ona 1000 manat pul versə, aldığı torpaq sahəsinin sənədi ilə bağlı özü məhkəmədən qərar alıb Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim edəcəkdir və 20 oktyabr 2022-ci il tarixədək həmin idarədən çıxarış alıb ona verəcəkdir. O, Əşrəfə inanmış və 28 sentyabr 2022-ci il tarixdə, təxminən saat 10 radələrində qayınatası Abuzerlə birlikdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində, Mərkəzi poçtun arxa tərəfində yerləşən çayxanaya gedib Əşrəflə görüşmüşlər və həmin çayxanada qayınatası Abuzerin yanında o, 1000 manat pulu sayıb Əşrəfə vermişdir. Əşrəf 1000 manat pulu ondan aldıqdan sonra demişdir ki, narahat olmasın, aldığı torpaq sahəsi ilə bağlı çıxarışı 20 oktyabr 2022-ci il tarixədək alıb ona verəcəkdir. O, Əşrəfə inanmış və onlar ondan ayrılıb getmişlər. Əşrəf söz verdiyi vaxtda torpaq sahəsi ilə bağlı çıxarış alıb ona verməmiş və o, bu barədə Əşrəfdən soruşduqda sonuncu müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa çalışmışdır. Əşrəfin onu aldatdığını başa düşmüş və ondan tələb etmişdir ki, çıxarış düzəltmək adı ilə ondan aldığı 1000 manat pulu qaytarsın. Əşrəf isə müxtəlif bəhanələr gətirərək ondan aldığı pulu qaytarmamış, bu səbəbdən də o, məcbur olub ərizə ilə Xaçmaz RPŞ-nə müraciət etmişdir. Əşrəfə verdiyi 1000 manat pulun hamısı onun özünə məxsus olmuşdur. Əşrəf ona demişdir ki, 1000 manat pul versə, arvadı Vüsaləlinin adına aldığı torpaq sahəsinin sənədində olan düzəlişlə bağlı məhkəmədən qərar alıb Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim edəcəkdir və 20 oktyabr 2022-ci il tarixədək həmin idarədən çıxarış alıb ona verəcəkdir. O da Əşrəfə inanıb həmin məqsədlə ona 1000 manat pul vermişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarında iştirak edə bilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, X.Şükürov küçəsi, ev 13-də yaşayır. O, əslən Xaçmaz rayonu, İlxıçı kəndindəndir. Təqsirləndirilən şəxs da əvvəllər Xaçmaz rayonu, İlxıçı kəndində yaşamışdır. Əşrəfin atası onun atasının bibisi oğludur. Onun Əşrəflə münasibəti yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Rusiya Federasiyasında yaşayan Zərərçəkmiş şəxs2 isə bacısı Nigarın əridir. Abuzer Xaçmaz şəhəri, 20 Yanvar küçəsi, 35 ünvanında yerləşən 0,026 ha torpaq sahəsini bacısı Hindəxanımın adına alıb həmin torpaq sahəsində üçmbərtəbəli tikili tikdirmişdir, həmin tikilinin iki mərtəbəsi ticarət obyekti kimi fəaliyyət göstərməli olmuş, üçüncü mərtəbə isə yaşayış sahəsi kimi nəzərdə tutulmuşdur. Abuzer Rusiya Federasiyasından pulu ona göndərmiş, o da Abuzerin göndərdiyi pulu Xaçmaz şəhəri, 20 Yanvar küçəsində aparılan tikintiyə istifadə etmişdir. Tikinti başa çatdıqdan sonra Abuzer ona demişdir ki, tikintinin sənədlərini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim edib çıxarış alsın. O da Xaçmaz şəhəri, 20 Yanvar küçəsi, 35 ünvanında apardıqları tikintinin sənədlərini və icra başçısı tərəfindən verilmiş sərəncamı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsində sənədlərlə tanış olduqdan sonra ona bildirmişlər ki, icra başçısı tərəfindən verilmiş sərəncamda üçmərtəbəli tikilinin iki mərtəbəsinin ticarət obyekti kimi, üçüncü mərtəbəsinin isə fərdi yaşayış evi kim göstərilməsi düz deyildir, həmin sərəncamda düzəliş aparılaraq üçüncü mərtəbə qeyri-yaşayış sahəsi kimi göstərilməlidir. O, Xaçmaz Rayon İcra Hakimiyyətinə müraciət edib sənədləri təqdim etsə də, müsbət bir cavab ala bilməmiş və zəng vurub bu barədə Abuzerin özünə də bildirmişdir. 2022-ci ilin aprel ayının ortalarında Xaçmaz Rayon İcra Hakimiyyətində olarkən Əşrəflə rastlaşmış, Əşrəf ondan gəlişinin məqsədini soruşmuş, o da baş verənləri ona danışmışdır. Əşrəf sənədlərlə tanış olduqdan sonra ona demişdir ki, indiki icra başçısı əvvəlki icra başçısının nöqsanlarını düzəltmir, ona 9000 manat pul versə, Bakı şəhərində olan tanışları vasitəsilə Xaçmaz şəhəri, 20 Yanvar küçəsi, 35 ünvanında aparılmış tikili ilə bağlı çıxarış alıb ona verə bilər. Ancaq Əşrəf tanışlarının kim olması və harada işləməsi barədə ona heç bir söz deməmişdir. O, Əşrəfə Abuzerlə danışdıqdan sonra ona bir söz deyəcəyini bildirmiş və ondan ayrılıb getmişdir. Səhəri gün Abuzerə zəng vurub bu barədə bildirmiş, Abuzer də ona demişdir ki, əgər Əşrəf çıxarış ala biləcəksə, 9000 manat pulu ona versin. Sonra Abuzer ona 9000 manat pul göndərmiş, o da 17 aprel 2022-ci il tarixdə, təxminən saat 11 radələrində Abuzerin əmisi oğlu Rafaillə birlikdə Xaçmaz şəhəri, H.Əliyev prospektinə gedib «Zəfər» parkının qarşısında Əşrəflə görüşmüşdür. Əşrəf gəlib onun idarə etdiyi Vaz- 21154 markalı, ** BR *** qeydiyyat nişanlı avtomobilin arxa oturacağına əyləşmiş, o, idarə etdiyi avtomobilin salonunda Rafailin yanında 9000 manat pulu sayıb Əşrəfə vermişdir. Əşrəf 9000 manat pulu ondan aldıqdan sonra demişdir ki, narahat olmasın, 07 iyun 2022ci il tarixədək çıxarışı alıb ona verəcəkdir. O, Əşrəfə inanmış və onlar sonuncudan ayrılıb getmişlər. Əşrəf söz verdiyi vaxtda Xaçmaz şəhəri, 20 Yanvar küçəsində olan tikili ilə bağlı çıxarış alıb ona verməmiş və o, bu barədə Əşrəfdən soruşduqda sonuncu müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa çalışmışdır. Əşrəfin onu aldatdığını başa düşüb ondan tələb etmişdir ki, çıxarış düzəltmək adı ilə ondan aldığı 9000 manat pulu qaytarsın. Əşrəf isə müxtəlif bəhanələr gətirərək ondan aldığı pulu qaytarmamışdır. O, bu barədə Abuzerə bildirmiş, Abuzer özü də Xaçmaz şəhərinə gəlib Əşrəflə görüşərək ona demişdir ki, onu aldadıb aldığı 9000 manat pul ona məxsusdur, o, onu aldadıb aldığı 9000 manat pulu qaytarsın. Əşrəf ondan aldığı 9000 manat pulu qaytaracağına söz versə də, qaytarmamış, bu səbəbdən də Abuzer məcbur olub Əşrəf barəsində ünvan 3 ünvanında yerləşən torpaq sahəsi Abuzerin bacısı Hindəxanımın adına olsa da, həmin torpaq sahəsini Abuzer almış və orada aparılmış tikili ilə bağlı bütün xərcləri də Abuzer özü çəkmişdir. Əşrəfə verdiyi 9000 manat pul da Abuzerə məxsus olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Xaçmaz şəhəri, M.Məhəmmədov küçəsi, ev 12-də qeydiyyatda olsa da, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, Çingiz Abdullayev küçəsi, ev 19-da yaşayır. Rusiya Federasiyasında yaşayan Zərərçəkmiş şəxs2 onun əmisi oğludur. Abuzer Xaçmaz şəhəri, 20 Yanvar küçəsi, 35 ünvanında yerləşən 0,026 ha torpaq sahəsini bacısı Hindəxanımın adına alıb həmin torpaq sahəsində üçmərtəbəli tikili tikdirmiş, həmin tikilinin iki mərtəbəsi ticarət obyekti kimi fəaliyyət göstərməli olmuş, üçüncü mərtəbə isə yaşayış sahəsi kimi nəzərdə tutulmuşdur. Abuzer Rusiya Federasiyasından pulu qaynı Əlimədətə göndərmiş, sonuncu da Abuzerin göndərdiyi pulu Xaçmaz şəhəri, 20 Yanvar küçəsində aparılan tikintiyə istifadə etmişdir. Dəqiq tarixi xatırlamır, 2022-ci ilin aprel ayının ortaları olardı əmisi oğlu Abuzer zəng vurub ona demişdir ki, Xaçmaz şəhəri, 20 Yanvar küçəsi, 35 ünvanında tikdirdiyi ticarət obyekti ilə bağlı çıxarış ala bilmir, Əşrəf Əlimədətə söz vermişdir ki, 9000 manat pul versə, çıxarış alıb ona verə bilər, o, çıxarış alınması ilə bağlı Əlimədətə 9000 manat pul göndərmiş, Əlimədətlə birlikdə gedib Əşrəflə görüşsün, Əlimədət onun iştirakı ilə göndərdiyi 9000 manat pulu Əşrəfə versin. O, Əlimədətlə birlikdə gedib Əşrəflə görüşə biləcəyini bildirmiş, Abuzer də ona demişdir ki, Əlimədətlə danışacaqdır, Əşrəfin yanına onunla birlikdə getsin. 17 aprel 2023-cü il tarixdə, təxminən saat 10:45 radələrində Əlimədət yanına gəlib ona demişdir ki, Əşrəf ona söz vermişdir ki, Abuzerin Xaçmaz şəhəri, 20 Yanvar küçəsində tikdirdiyi ticarət obyektinin çıxarışını düzəldə bilər, o, Abuzerin göndərdiyi 9000 manat pulu Əşrəfə verəcəkdir ki, Əşrəf Abuzerin tikdirdiyi ticarət obyektinin çıxarışını alıb onlara versin. O, Əlimədətin idarə etdiyi VAZ-21154 markalı, ** BR *** qeydiyyat nişanlı avtomobilə əyləşmiş və onlar birlikdə Xaçmaz şəhəri, H.Əliyev prospektinə gedib «Zəfər» parkının qarşısında Əşrəflə görüşmüşlər. Əşrəf gəlib Əlimədətin idarə etdiyi VAZ-21154 markalı, ** BR *** qeydiyyat nişanlı avtomobilin arxa oturacağına əyləşmiş, Əlimədət də idarə etdiyi avtomobilin salonunda onun yanında 9000 manat pulu sayıb Əşrəfə vermişdir. Əşrəf 9000 manat pulu Əlimədətdən aldıqdan sonra demişdir ki, narahat olmasın, 07 iyun 2022-ci il tarixədək çıxarışı alıb ona verəcəkdir. Əlimədət Əşrəfə inanmış və onlar ondan ayrılıb getmişlər. Əşrəf söz verdiyi vaxtda Xaçmaz şəhəri, 20 Yanvar küçəsində olan tikili ilə bağlı çıxarış alıb verməmiş və sonra o bilmişdir ki, əmisi oğlu Abuzer də Xaçmaz şəhərinə gəlib Əşrəflə görüşərək ona demişdir ki, Əlimədəti aldadıb aldığı 9000 manat pul ona məxsusdur, o, Əlimədəti aldadıb aldığı 9000 manat pulu qaytarsın. Əşrəf aldığı 9000 manat pulu qaytaracağına söz versə də, qaytarmamışdır, bu səbəbdən də əmisi oğlu Abuzer məcbur olub Əşrəf barəsində Xaçmaz RPŞ-nə şikayət etmişdir. Həmçinin bildirdi ki, o, təqsirləndirilən şəxsi sənəd işləri görən şəxs kimi eşidib tanımışdır. Onun əmisi oğlu Abuzer ona demişdir ki, Əşrəflə danışmışdır, o, Əlimədətlə birlikdə Əşrəfin yanına gedib bir də danışıb aydınlaşdırsınlar, onlar da Abuzerin dediyi kimi etmişlər. Təqsirləndirilən şəxs onları inandırmışdır ki, həmin sənəd işini özü Bakı şəhərində, baş idarədə həll edəcəkdir. Şahid X1 cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, İlxıçı kəndində yaşayır. Zərərçəkmiş şəxs2 onun qardaşıdır. Qardaşı Abuzer ailəsi ilə birlikdə Rusiya Federasiyasının Kırım vilayətinin Yalta şəhəri, Simeiz qəsəbəsi, ev 2-də yaşasa da, tez- tez Azərbaycana gəlib-getmişdir və sonuncu hal-hazırda Xaçmaz şəhəri, Zərdabi küçəsi, ev 18-də yaşayır. Dəqiq tarixi xatırlamır, 2016cı ilin yay ayları olardı qardaşı Abuzer ona demişdir ki, Xaçmaz şəhəri, 20 Yanvar küçəsi, 35 ünvanında yerləşən 0,026 ha torpaq sahəsi satılır, həmin torpaq sahəsini onun adına alıb ticarət obyekti tikdirmək istəyir. O, qardaşı Abuzerlə razılaşmış və Abuzer Xaçmaz şəhəri, 20 Yanvar küçəsi, 35 ünvanında yerləşən torpaq sahəsini onun adıına rəsmiləşdirmiş, sonrakı illərdə isə onun adına rəsmiləşdirdiyi həmin torpaq sahəsində üçmərtəbəli tikili tikdirmişdir. Həmin tikilinin iki mərtəbəsi ticarət obyekti kimi fəaliyyət göstərməli olmuş, üçüncü mərtəbə isə yaşayış sahəsi kimi nəzərdə tutulmuşdur. Xaçmaz şəhəri, 20 Yanvar küçəsi, 35 ünvanında yerləşən 0,026 ha torpaq sahəsi onun adına rəsmiləşdirilsə də, torpağın alınması və həmin torpaq sahəsində inşa edilmiş ticarət obyektinin tikintisi ilə bağlı bütün xərcləri qardaşı Abuzer çəkmişdir. Sonradan o eşitmişdir ki, Təqsirləndirilən şəxs qardaşı Abuzerin Xaçmaz şəhəri, 20 Yanvar küçəsi, 35 ünvanında yerləşən 0,026 ha torpaq sahəsində tikdirdiyi ticarət obyektinə çıxarış alacağına söz verərək Abuzerin 9000 manat pulunu ələ keçirmişdir. Xaçmaz şəhəri, 20 Yanvar küçəsi, 35 ünvanında yerləşən torpaq sahəsi onun adına olsa da, həmin torpaq sahəsini Abuzer özü almışdır və orada aparılmış tikili ilə bağlı bütün xərcləri də Abuzer özü çəkmişdir. Əşrəfə verilmiş 9000 manat pul da Abuzerə məxsus olmuşdur. Əşrəfə verilmiş 9000 manat pulun ona aidiyyəti yoxdur. İş materiallarında olan 04 aprel 2023-cü il tarixli ərizədən və həmin tarixli izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 Xaçmaz RPŞ-yə müraciət edərək, bacısı X1 adına aldığı Xaçmaz şəhəri, 20 Yanvar küçəsi, 35 ünvanında yerləşən 0,026 ha torpaq sahəsində tikdirdiyi ticarət obyektinə Təqsirləndirilən şəxs çıxarış alacağını vəd etməklə aldadıb onun qaynı Şahid1 vasitəsilə göndərdiyi 9000 manat pulunu 17 aprel 2022-ci il tarixdə ələ keçirmişdir. Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 17 fevral 2023-cü il tarixli ərizədən və xx.xx.2023-cü il tarixli izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs3 Xaçmaz RPŞ-yə müraciət edərək, arvadı X3 adına aldığı Xaçmaz şəhəri, Yeni yaşayış massivində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi ilə bağlı məhkəmə qərarı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsindən Təqsirləndirilən şəxs çıxarış alacağını vəd etməklə aldadıb onun 1000 manat pulunu 28 sentyabr 2022-ci il tarixdə ələ keçirmişdir. Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 05 may 2023-cü il tarixli ərizədən və həmin tarixli izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 Xaçmaz RPŞ-yə müraciət edərək, oğlu X6 adına icarəyə götürdüyü Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində yerləşən 150 m2 torpaq sahəsinə Təqsirləndirilən şəxs çıxarış alacağını vəd edib aldadaraq onun oğlu İlyas Əhmədov vasitəsilə göndərdiyi 4500 manat pulu 28 sentyabr 2022-ci il tarixdə ələ keçirmişdir. Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 26 iyun 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Xaçmaz RPŞ-də Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması üçün Zərərçəkmiş şəxs2 9000 manat, Zərərçəkmiş şəxs3 1000 manat, Zərərçəkmiş şəxs1 4500 manat pulu aldığı yerləri göstərməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs təklifi ilə avtomobilə əyləşib əvvəlcə Xaçmaz şəhəri, H.Əliyev prospektinə gedilmiş, orada yerləşən “Zəfər’' parkının qarşısına çatanda Təqsirləndirilən şəxs parkın qarşısını göstərərək bildirmişdir ki, Zərərçəkmiş şəxs2 göndərdiyi 9000 manat pulu həmin yerdə Şahid1 Yusif oğlu idarə etdiyi VAZ-21154 markalı, ** BR *** qeydiyyat nişanlı avtomobilin salonunda ona vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklifi ilə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Mərkəzi poçtun arxa tərəfinə gedilmiş, Təqsirləndirilən şəxs Mərkəzi poçtun arxa tərəfində yerləşən çayxananı göstərərək bildirmişdir ki, Zərərçəkmiş şəxs3 1000 manat pulu, İlyas Əhmədov isə atası Zərərçəkmiş şəxs1 göndərdiyi 4500 manat pulu həmin çayxanada ona vermişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi barədə 05 iyul 2023-cü il tarixli qərardan müəyyən edilir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, Şahid1 və X4 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,178.2.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə görə, dələduzluq cinayəti - etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li Qərarının 1-ci bəndində izah edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 2-ci bəndinə görə, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin Qərarın 3-cü bəndinə görə, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin Qərarın 35-ci bəndinə görə, dələduzluğun təkrarən törədilməsi (CM-nin 178.2.2-ci maddəsi) məsələsi CM-nin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə görə, bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, cinayət işinin materialları ilə tanış edilmiş, ittiham aktının surəti ona və müdafiəçisinə təqdim edilmiş, həmçinin məhkəmə istintaqı zamanı məhkəmə iclasında ifadə verərək ona elan edilmiş ittihamda qeyd olunan xüsusatları bir daha təsdiq etmiş və ona elan edilmiş ittihamda özünü tam təqsirli bilmiş, ona elan edilmiş ittihamla və cinayət işi ilə bağlı hər hansı etirazı daxil olmamışdır. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif etmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş 06 dekabr 2023cü il tarixli, AZ-İİ 396993 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən, həmçinin EMİS-dən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs 25 noyabr 2023-cü il tarixdə ölmüşdür (aşındırıcı turşular və turşuya bənzər maddələrin toksik təsiri səbəbindən). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə görə, şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) bu, cinayət təqibini istisna edən hallardandır. Məhkəmə iclasında müdafiəçi Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri üzrə cinayət təqibinə təqsirləndirilən şəxsin ölməsi səbəbindən bəraətverici əsaslar olmadan xitam verilməsi ilə razı olduğunu bildirmiş və bu barədə ərizəsini məhkəməyə ünvanlamışdır. Məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməsi iş materialları ilə və məhkəmə istintaqı zamanı sübuta yetirilmiş, lakin Təqsirləndirilən şəxs öldüyündən onun barəsində olan cinayət təqibinə müdafiəçinin razılığı nəzərə alınaraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-1-ci maddəsinə əsasən, məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. İş materiallarında olan “Bildiriş”dən müəyyən edilir ki, ölmüş Təqsirləndirilən şəxs yaxın qohumlarına (arvadı X5, övladları X8, X16, Kamilova (Hacıyeva) Zəhrəxanım Əşrəf qızı) təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmaq hüquqlarının olması izah olunmuş və hüquqi varis qismində tanınmaq üçün müvafiq istəklərini 20 gün ərzində məhkəməyə bildirmələri barədə məlumatlandırılmışlar, bildiriş təqsirləndirilən şəxsin yaxın qohumlarına təqdim edildiyi gündən (xx.xx.2023) iyirmi gün ərzində onlar tərəfindən hüquqi varis qismində tanınmaları barədə müvafiq istəklərini məhkəməyə müraciət etməklə bildirməmişlər, həmçinin xx.xx.2024-cü il tarixdə telefon əlaqəsi saxlanılaraq hüquqi varis qismində iştirak etmək istəklərinin olub-olmaması soruşulmuş, hüquqi varis qismində tanınmaq istəmədikləri bildirilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.3.15-ci maddəsinə görə, ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin yaxın qohumu bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə cinayət prosesində müdafiəçinin iştirakı təmin edilməlidir. Həmin Məcəllənin 106-1.4-cü maddəsinə görə, ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Həmin Məcəllənin 282.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 41.2-ci və 43.3-1-ci maddələrində nəzərdə tutulmuş hallarda ölmüş şəxsin müdafiəçisinin razılığı ilə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar qəbul edildiyi təqdirdə, onun yaxın qohumu bu qərarın surətini aldığı vaxtdan 10 (on) gün müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə həmin qərardan şikayət etmək hüququna malikdir. Belə şikayət verildikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar ləğv edilir, cinayət təqibi üzrə icraat təzələnir, şikayət vermiş yaxın qohum ölmüş şəxsin hüquqi varisi qismində tanınır və icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir. Beləliklə, məhkəmə iş üzrə təqsirləndirilən şəxsin ölməsi səbəbindən, onun müdafiəçisinin təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair razılığını və dövlət ittihamçısının hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci (43.3-1) maddəsini rəhbər tutaraq hesab edir ki, ölmüş Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri üzrə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən, müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Odur ki, Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Zərərçəkən şəxslərə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində onlara vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Təqsirləndirilən şəxs yaxın qohumlarına Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 281-ci maddəsinin tələbləri izah edilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 40, 43, 344-347, 356, 358, 381, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci (43.3-1) maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Təqsirləndirilən şəxs yaxın qohumlarına Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 281-ci maddəsinin tələbləri izah edilsin. Zərərçəkən şəxslərə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində onlara vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Qərardan elan edildiyi andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-18/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-18/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver