Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-18/2025 07.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, 09 fevral 1999-cu ildə Xaçmaz rayonu, Armudpadar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonu, Armudpadar kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası ƏN PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 03 fevral 2024-cü il tarixdə axşam saatlarında Xaçmaz rayonu, Mürşüdoba kəndində, Xaçmaz-Xudat avtomobil yolunun Xudat şəhəri istiqamətində sol tərəfində “Harun” marketin yanında yerləşən Zərərçəkmiş şəxs məxsus “Xudmani” adlı obyektin önünə gələrək, həmin obyektin ikinci mərtəbəsində yerləşən kafedə heç kəsin olmadığına əmin olduqdan sonra obyektin arxa tərəfində yerləşən pilləkənlərdən ikinci mərtəbəyə qalxaraq, orada eyvanın dəmir örtüyünü əyib, qanunsuz içəri daxil olmaq yolu ilə kafedən dəyəri 300 manat olan 01 ədəd “Panasonic” markalı televizor, hər birinin dəyəri 120 manat olmaqla 03 ədəd qəlyan aparatı, 50 manat dəyərində 01 ədəd peyk aparatı, 500 manat dəyərində 01 ədəd pivə süzən aparatı, 350 manat dəyərində 01 ədəd elektrik sobası, 40 manat dəyərində 01 ədəd “VPN” aparatı, 550 manat dəyərində olan 01 ədəd müşahidə kamerasının yaddaş qurğusunu və 04 ədəd kamera aparatı, 150 manat dəyərində 01 ədəd odun samovarı olmaqla, ümumilikdə 2.300(iki min üç yüz) manat dəyərində əşyaları qanunsuz götürüb aparmaqla saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Xaçmaz rayonu, Hacıməmmədoba kəndində qeydiyyatda olsa da, Xaçmaz şəhəri, Aran küçəsində yerləşən nömrəsiz evdə tək yaşayır. Müxtəlif yerlərdə fəhləlik etməklə ailəsini dolandırmışdır. O, Zərərçəkmiş şəxs tanımamış, lakin Səyyad adlı şəxsi tanımışdır. Səyyad 2024-cü ilin yanvar ayının əvvəllərində Xaçmaz rayonu, Mürşüdoba kəndində, Xaçmaz-Xudat avtomobil yolunun Xudat şəhəri istiqamətində sol tərəfində “Harun” marketin yanında yerləşən Zərərçəkmiş şəxs məxsus “Xudmani” adlı obyektin birinci mərtəbəsində yerləşən avtoyuma məntəqəsinə onu işləməyə qəbul etmiş, o da həmin vaxtdan orada işləmişdir. Həmin obyektin avtoyuma yerinin giriş qapısının açarlarının bir surəti də onda olmuşdur. Bir müddət orada işlədikdən sonra, həmin obyektin ikinci mərtəbəsində hal-hazırda fəaliyyət göstərməyən kafenin olmasını öyrənmiş, maddi imkanının zəif olması səbəbindən o, oğurluq etmək qərarına gəldiyi üçün 03 fevral 2024-cü il tarixdə axşam saatlarında tanımadığı taksi ilə Xaçmaz rayonu, Mürşüdoba kəndində, Xaçmaz-Xudat avtomobil yolunun Xudat şəhəri istiqamətində sol tərəfində “Harun” marketin yanında yerləşən “Xudmani” adlı obyetin arxasında yerləşən pilləkənlərlə yuxarı ikinci mərtəbəyə qalxaraq, orada olan eyvanın dəmir şifer örtüyünü əyərək, ikinci mərtəbədə yerləşən kafenin içərisinə qanunsuz daxil olmuşdur. Kafenin içərisində divarda quraşdırılan 200 manat dəyərində olan bir ədəd qara rəngli televizoru götürüb, həmin televizoru kafeyə girdiyi yerdən çıxarmışdır. Obyektin həyətinə gəldikdə tanımadığı taksi ilə Xaçmaz şəhərinə gəldikdə yolda tanışı Pərviz adlı şəxslə danışıb Pərvizdən televizor istəyib-istəmədiyini bildirmiş, Pərviz də televizor istədiyi üçün onu yaşadığı Xaçmaz rayonu, Qaraqurdlu kəndində yerləşən evinə çağırmış, o da Pərvizin evinin önünə həmin televizoru satmaq üçün gətirmiş, Pərviz evdə ona pulunun olmamasını, əvəzində özünə məxsus “Samsung A 10” S markalı mobil telefonu ilə televizoru dəyişə biləcəyini bildirmiş, o da Pərvizlə razılaşıb, təklifi qəbul edib, əmlakı dəyişmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs dedikləri ilə razı olmadığını, onun obyektindən 2300 manat dəyərində əşyaları deyil, 200 manat dəyərində bir ədəd televizoru oğurlamasını bildirmişdir. Qalan əşyaları oğurlamadığını bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində yaşayır. Onun Xaçmaz rayonu, Mürşüdoba kəndində “Xudmani “ adlı iaşə obyekti vardır. Həmin obyekt ona məxsus olmuş, iki mərtəbədən ibarətdir, birinci mərtəbəsi avtoyuma məntəqəsi kimi, ikinci mərtəbəsi isə kafe kimi istifadə edilib, lakin obyektin ikinci mərtəbəsi hazırda fəaliyyət göstərmir. O, həmin obyektin birinci mərtəbəsini 2024-cü ilin yanvar ayının əvvəllərində Səyyad adlı tanışına heç bir xeyir güdmədən işlətsin deyə vermişdir. Səyyad ona obyektə nəzarət edəcəyini və orada olan bütün əşyalara cavabdehlik daşıyacağını söz vermişdir. Həmin obyekt Xaçmaz rayonu, Mürşüdoba kəndində, Xaçmaz-Xudat avtomobil yolunun Xudat şəhəri istiqamətində sol tərəfində “Harun” marketin yanında yerləşir. xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində o, Abşeron rayonu, Saray qəsəbəsində olan zaman tanışı Qüdrət adlı şəxs zəng edərək onun Xaçmaz rayonu, Mürşüdoba kəndində yerləşən obyektindən oğurluq olmasını demişdir. O da bununla bağlı DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat verdikdən sonra, özü də Xaçmaz rayonu, Mürşüdoba kəndinə gəlmişdir. Özünə məxsus olan obyektə gəlib ikinci mərtəbəyə qalxmış, orada yerləşən kafenin giriş qapısını açdıqda kafenin içərisində dəyəri 300 manat olan 01 ədəd 105 diaqonallı “Panasonic” markalı televizor, hər birinin qiyməti 120 manat olmaqla 03 ədəd qəlyan aparatı, 50 manat dəyərində 01 ədəd peyk aparatı, 500 manat dəyərində 01 ədəd pivə süzən aparat, 350 manat dəyərində 01 ədəd elektrik sobası, 40 manat dəyərində 01 ədəd “VPN” aparatı, 550 manat dəyərində olan 01 ədəd müşahidə kamerasının yaddaş qurğusu və 04 ədəd kamera aparatı, 150 manat dəyərində 01 ədəd odun samovar olmaqla, ümumilikdə 2.300 (iki min üç yüz) manat dəyərində əşyaların obyektdə olmadığını görmüşdür. O bu zaman anlamışdır ki, naməlum şəxs və ya şəxslər tərəfindən həmin əşyalar oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 2300 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs barədə şikayətçidir, çünki ona heç bir ziyan ödənilməyib. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 Nəsrulla oğlu ifadə verərək bildirdi ki, o, Xaçmaz rayonu, Mürşüdoba kəndində ailəsilə birlikdə yaşamışdır. Zərərçəkmiş şəxs Səlim oğlunu tanımış, tanımaq səbəbi isə onunla dost olmağı olmuş, onunla hər-hansı ədavət və ya düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs özünə məxsus Xaçmaz rayonu, Mürşüdoba kəndində yerləşən “Xudmani” adlı obyektində birinci mərtəbəsində avtoyuma yeri, ikinci mərtəbəsində kafe fəaliyyət göstərmiş, həmin kafeni 7 il əvvəl Cavid özü işlətmiş, o da kafenin daimi müştərisi olmuşdur. “Xudmani” adlı obyektdə yerləşən kafe 5 aydır ki, bağlanaraq, fəaliyyət göstərməmişdir. Zərərçəkmiş şəxs Abşeron rayonunda yaşayır, Xaçmaz rayonu ilə əlaqəsi yalnız mülkiyyətində olan “Xudmani” adlı obyektlə bağlı olmuşdur. Həmin obyektə nəzarət etsin deyə Cavid ondan xahiş etmişdir ki, mütəmadi obyektdə olan əmlaka, obyektin salamatlığına nəzarət etsin. Buna görə Cavid ona obyektin hər iki mərtəbəsinin açarlarını təhvil vermişdir. 2024-cü ilin yanvar ayının ortalarından Firdovsi adlı şəxs onun nəzarət etdiyi obyektə Zərərçəkmiş şəxs icazəsi ilə işçi kimi gəlmiş, obyektin birinci mərtəbəsində yerləşən avtoyuma yerində işləməyə başlamışdır. O, həmişə olduğu kimi obyektə nəzarət etmək məqsədilə 04 fevral 2024-cü il tarixdə saat 12 radələrində yenidən obyektin önünə gələrək oraya baxdıqda, avtoyuma yerini və kafeni yoxlayarkən kafedə bir neçə əşyanın olmadığını görüb bu barədə dərhal Zərərçəkmiş şəxs zəng edib, hadisə barədə bildirmişdir. O məlumat verdikdən sonra Zərərçəkmiş şəxs dərhal hadisə barədə DİN-in 102 xidmətinə müraciət etmişdir. Həmin gündən bəri orada işləmək üçün gələn Firdovsi də artıq obyektə gəlməmiş, işə çıxmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadə verərək bildirdi ki, oğurluq hadisəsi zamanı Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin X5 polis nəfəri kimi xidmət etmişdir. Zərərçəkmiş şəxs tanıyır, tanımaq səbəbi isə Cavidin onunla qonşu kəndçi olması olmuşdur. Zərərçəkmiş şəxs hal hazırda Abşeron rayonu, Saray qəsəbəsində yaşasa da, ara-sıra Xaçmaz rayonu, Mürşüdoba kəndində yerləşən özünə məxsus “Xudmani” adlı obyektinə gələrək bura nəzarət edir. 2024-cü ilin yanvar ayının əvvəllərində günorta saatlarında o, Zərərçəkmiş şəxs “Xudmani” adlı obyektinin birinci mərtəbəsində olan avtoyuma yerini icarəyə verməsini bildiyindən istifadəsində olan telefonla Zərərçəkmiş şəxs zəng edərək, qardaşı Şahid2 üçün avtoyuma yerini icarəyə götürmək istədiyini bildirmişdir. Cavid isə onunla razılaşmış, həmin gün axşam saatlarında “Xudmani” adlı obyektin önündə görüşüb, söhbət edən zaman Cavidə avtoyuma yerini qardaşı Fəqan üçün icarəyə götürəcəyini demişdir. Zərərçəkmiş şəxs onunla razılaşıb həmin vaxtlardan avtoyuma yerini qardaşına istifadə üçün vermişdir. Onun qardaşı çox vaxt iş dalınca olduğundan həmin avtoyuma yerində işləməsi üçün işçi axtarmış, bu zaman Xaçmaz şəhərində küçələrdə yerləşən zibil qutularından dəmir tullantıları yığan Firdovsi adlı şəxsi görüb ona avtoyuma yerində işləyə biləcəyini soruşmuş, Firdovsi də onunla razılaşmış, sonradan həmin şəxsin adının Təqsirləndirilən şəxs olmasını bilmişdir. Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Mürşüdoba kəndində yerləşən “Xudmani” adlı obyektin birinci mərtəbəsindəki avtoyuma yerinə qardaşı Fəqana bildirməklə, işləməyini tapşırmışdır. Təqsirləndirilən şəxs həmin obyektdə 2024-cü ilin yanvar ayının ortalarından işləməyə başlamış, həmin ilin fevral ayının əvvəlləri isə ona və ya qardaşı Fəqana heç bir söz demədən, işdən çıxıb getmişdir. 10 fevral 2024-cü il tarixdə o, Firdovsinin həmin obyektin ikinci mərtəbəsində yerləşən kafedən oğurluq etməsini bilmişdir. Buna görə də polis əməkdaşlarına Firdovsinin olduğu yeri göstərib, qeyd olunan cinayətin açılmasında köməklik etmişdir. O, Təqsirləndirilən şəxs maddi vəziyyətinin aşağı olması səbəbindən “Xudmani” adlı obyektin birinci mərtəbəsindəki avtoyuma yerindəki iş yerinə işləmək üçün göndərmiş, həmin avtoyuma yerinin qapısının açarlarını da Zərərçəkmiş şəxs özü Firdovsiyə vermişdir, lakin obyektin ikinci mərtəbəsində yerləşən kafeyə dair açarları Cavid Firdovsiyə təqdim etməmişdir, o həmin kafeyə qanunsuz daxil olmuşdur. Onun Təqsirləndirilən şəxs ilə digər tanışlığı olmamış, həmin işlətmək üçün götürülən Xaçmaz rayonu, Mürşüdoba kəndində yerləşən “Xudmani” adlı obyektin birinci mərtəbəsindəki avtoyuma yerinə işçi kimi qardaşı Fəqan üçün tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadə verərək bildirdi ki, halhazırda fərdi əməklə məşğul olur, Zərərçəkmiş şəxs tanımış, səbəb isə Zərərçəkmiş şəxs onun qonşu kəndçisi olması olmuşdur. Onun daimi iş yeri olmadığı üçün işlətməyə obyekt axtararkən, 2024-cü ilin yanvar ayının əvvəllərində günorta saatlarında qardaşının tanışı Cavidin özünə məxsus avtoyuma yerini icarəyə verməsini bildiyindən qardaşından Cavidlə danışmasını xahiş edib, özü digər işləri ilə məşğul olmuşdur. X7 razılaşmış, “Xudmani” adlı obyektin önündə görüşüb danışmışdırlar. Zərərçəkmiş şəxs qardaşı ilə razılaşıb həmin vaxtlardan avtoyuma yerini ona istifadə üçün vermişdir. O çox vaxt iş dalınca olduğundan qardaşı onun üçün avtoyuma yerində işləməyə işçi axtarmış, buna görə Xaçmaz şəhərində küçələrdə yerləşən zibil qutularından dəmir tullantıları yığan Firdovsi adlı şəxsi görüb ondan avtoyuma yerində işləyə biləcəyini soruşduqda, Təqsirləndirilən şəxs qardaşı Şahid1la razılaşıb orada işləmişdir. Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Mürşüdoba kəndində yerləşən “Xudmani” adlı obyektin birinci mərtəbəsindəki avtoyuma yerində işləməyini tapşırmışdır. 10 fevral 2024-cü il tarixdə o, Təqsirləndirilən şəxs həmin obyektin ikinci mərtəbəsində yerləşən kafedən oğurluq etməsini bilmişdir. Qardaşı Şahid1 Təqsirləndirilən şəxs maddi vəziyyətinin aşağı olması səbəbindən onun üçün icarəyə götürdüyü iş yerinə işləmək üçün göndərmiş, həmin avtoyuma yerinin qapısının açarlarını da Zərərçəkmiş şəxs özü Firdovsiyə vermişdir, lakin obyektin ikinci mərtəbəsində yerləşən kafeyə dair açarları Cavid Firdovsiyə təqdim etməmişdir, Təqsirləndirilən şəxs həmin kafeyə qanunsuz daxil olmuşdur. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, qanunsuz olaraq narkotik vasitələrin xeyli miqdarda istifadə etdiyimə görə məhkum olunmuş, lakin oğurluqla əlaqədar hər hansı məhkumluğu olmamışdır. O, Təqsirləndirilən şəxs tanımış, tanımaq səbəbi isə onunla əvvəllər dostluğunun olması olmuşdur. Bir neçə dəfə Firdovsi ilə alver etmiş, Təqsirləndirilən şəxs zibilxanalardan yığdığı müxtəlif markada enerji içki qutularını, dəmir tullantılarını ona satmış, o da tullantıları dəmir tullantısı qəbul edən yerlərə satmışdır. O, son vaxtlar Təqsirləndirilən şəxs ilə yalnız telefon əlaqəsi saxlamış, 03 fevral 2024-cü il tarixdə axşam saatlarında Firdovsi ona zəng edərək, özündə satdıq televizor olmasını bildirmiş, o da yaşadığı evə televizoru almaq istəməsini, Firdovsiyə pulunun olmamasını, televizoru nağd şəkildə ala bilməyəcəyini demişdir. Bu zaman o, Firdovsiyə istifadə etdiyi telefonu həmin televizorla dəyişə biləcəyini bildirmişdir. Buna görə də Firdovsi 03 fevral 2024-cü il tarixdə axşam saatlarında ontın yaşadığı Xaçmaz rayonu, Qaraqurtlu kəndində yerləşən evinə tanımadığı taksi ilə gəlmiş və həmin televizoru maşından götürüb evin həyətinə qoymuşdur. Yaşadığı evdə olan zaman Firdovsinin gətirdiyi televizora baxdıqdan sonra Firdovsiyə istifadə etdiyi Samsung “A10” S markalı telefon ilə telvizoru dəyişə biləcəyini demişdiar. Firdovsi onunla razılaşmış və onlar həmin razılıq əsasında əşyaları dəyişdirmişlər. Həmin televizorun oğurluq olmasını bilməmiş, Firdovsi də bu barədə ona heç nə deməmişdir. O, Firdovsidən götürdüyü televizoru yaşadığı evin yataq otağına qoymuş, lakin onu quraşdırmamışdır. Həmin televizoru istintaqa təqdim etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Xaçmaz RPŞ-nin TBnin təhqiqatçısı polis kapitanı Ehtibar Mehtiyev tərəfindən hadisə yerinə keçirilmiş xx.xx.2024-cü il tarixli baxış protokolundan görünür ki, baxış zamanı hadisə yeri Xaçmaz rayonu, Mürşüdoba kəndində, Xaçmaz-Xudat avtomobil yolunun Xudat şəhəri istiqamətində sol tərəfində “Harun” marketin yanında yerləşən Zərərçəkmiş şəxs məxsus “Xudmani” adlı obyekt ikinci mərtəbəsində yerləşən kafe olmuşdur. “Xudmani” adlı obyekt 02 mərtəbədən ibarətdir, Vətəndaş Zərərçəkmiş şəxs dediyinə görə həmin obyektin birinci mərtəbəsində xalça yuma məntəqəsi yerləşir. Zərərçəkmiş şəxs obyekti təqdim edərək naməlum şəxs(lər) həmin obyektin ikinci mərtəbəsində yerləşən kafeyə arxa tərəfdə yerləşən pilləkəndən qalxaraq içəri daxil olmalarını bildirmişdir. Həmin kafenin içərisindəki zaldan qiyməti 300 manat olan 01 ədəd televizoru , hər birinin qiyməti 120 manat olmaqla 03 ədəd qəlyan aparatını, qiyməti 50 manat olan 01 ədəd peyk aparatını, qiyməti 500 manat olan 01 ədəd pivə süzən aparatı, qiyməti 350 manat olan 01 ədəd elektrik sobasını, qiyməti 40 manat olan 01 ədəd “VPN” aparatını, qiyməti 550 manat olan 01 ədəd müşahidə kamerasının yaddaş qurğusunu və 04 ədəd kamera aparatı, bir ədəd odun samovarı naməlum şəxs(lər) oğurlamışdır. Baxış saat 15:00 dəqiqədə başlamış və saat 15:20 dəqiqədə başa çatmışdır. Hadisə yerindən heç bir barmaq izi götürülməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən xx.xx.2024-cü il tarixdə tərtib edilən əşyaya baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Mürşüdoba kəndində, Xaçmaz-Xudat avtomobil yolunun Xudat şəhəri istiqamətində sol tərəfində yerləşən “Xudmani” adlı obyektin ikinci mərtəbəsində yerləşən kafedən oğurladığı bir ədəd televizoru tanışı Şahid4 sonuncuya məxsus “A 10” S markalı mobil telefon ilə dəyişərək verdiyini bildirmiş, Şahid4 isə həmin televizoru istintaqa təqdim etmək istədiyini qeyd etmişdir. Şahid4 həmin televizoru təqdim edərək bildirmişdir ki, təqdim etdiyi televizoru Təqsirləndirilən şəxs ona 03 fevral 2024-cü il tarixdə axşam saatlarında yaşadığı Xaçmaz rayonu, Qaraqurdlu kəndində yerləşən evində vermişdir. Qeyd olunan televizor qara rəngli olmaqla, üzərində “Panasonic” yazısı vardır. Baxış zamanı Zərərçəkmiş şəxs Şahid4 təqdim etdiyi televizorun ona məxsus Xaçmaz rayonu, Mürşüdoba kəndində, Xaçmaz-Xudat avtomobil yolunun Xudat şəhəri istiqamətində sol tərəfində yerləşən “Xudmani” adlı obyektin ikinci mərtəbəsində yerləşən kafedən oğurlanmış əmlak olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən maddi sübut qismində tanınma qərarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus obyektin ikinci mərtəbəsində yerləşən kafedən oğurladığı bir ədəd “Panasonic” markalı televizor cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən xx.xx.2024-cü il tarixdə maddi sübut hesab olunmuş və məsul saxlanc üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən ifadənin yerində yoxlanılması protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsini bir daha təsdiq edərək törətmiş olduğu cinayətin detallarını əyani olaraq göstərmişdir. İş materiallarında olan cinayət işinə əlavə edilmiş Xaçmaz RİH Başçısının Pirquluoba İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 12 mart 2024-cü il tarixli 22 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Pirquluoba kəndində yaşayıb, yaşadığı müddətdə mənfi xarakterizə olunur. EMİS-dən əldə olunmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X1 adında bir yetkinlik yaşına çatmayan övladı vardır. İş materiallarında olan cinayət işinə əlavə edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 03 fevral 2024-cü il tarixdə axşam saatlarında Xaçmaz rayonu, Mürşüdoba kəndində, Xaçmaz-Xudat avtomobil yolunun Xudat şəhəri istiqamətində sol tərəfində “Harun” marketin yanında yerləşən Zərərçəkmiş şəxs məxsus “Xudmani” adlı obyektin önünə gələrək, həmin obyektin ikinci mərtəbəsində yerləşən kafedə heç kəsin olmadığına əmin olduqdan sonr^ obyektin arxa tərəfində yerləşən pilləkənlərdən ikinci mərtəbəyə qalxaraq, orada eyvanın dəmir örtüyünü əyib, qanunsuz içəri daxil olmaq yolu ilə kafedən dəyəri 300 manat olan 01 ədəd “Panasonic” markalı televizor, hər birinin dəyəri 120 manat olmaqla 03 ədəd qəlyan aparatı, 50 manat dəyərində 01 ədəd peyk aparatı, 500 manat dəyərində 01 ədəd pivə süzən aparatı, 350 manat dəyərində 01 ədəd elektrik sobası, 40 manat dəyərində 01 ədəd “VPN” aparatı, 550 manat dəyərində olan 01 ədəd müşahidə kamerasının yaddaş qurğusunu və 04 ədəd kamera aparatı, 150 manat dəyərində 01 ədəd odun samovarı olmaqla, ümumilikdə 2.300(iki min üç yüz) manat dəyərində əşyaları qanunsuz götürüb aparmaqla saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan övladın olması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə olan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cəzanı ağırlaşdıran halları müəyyən etməmiş, himayəsində bir qız uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməlləri nəticəsində vurulmuş ziyanın ödənilməməsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 12 fevral 2024-cü il saat 22:00-da tutulmuş və Xaçmaz rayon məhkəməsinin hakimi X2 14 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə, yəni 12 fevral 2024-cü il tarixdən istintaq müddətinin sonunadək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbrinin şərtlərini pozduğuna görə xx.xx.2025-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2025-ci il tarixdə tutularaq aidiyyatı orqanlara təhvil verilmiş və həmin tarixdən etibarən həbsdə saxlanılır. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 fevral 2024-cü ildən 17 fevral 2025-ci ilədək tutulduğu və ev dustaqlığında olduğu 01 il 05 gün müddət, ona təyin təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 04 mart 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Panasonic” markalı televizorun iş üzrə Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə məsuliyyət qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişdirsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Hazırki cinayət işi üzrə Zərərçəkmiş şəxs ona vurulmuş maddi ziyanın ödənilmədiyini və ziyanını Təqsirləndirilən şəxs tələb etdiyini bildirsə də, cinayət təqibi başlanandan məhkəmə istintaqı qurtaranadək Təqsirləndirilən şəxs qarşı cinayət mühakimə icraatı qaydasında cinayət nəticəsində ona dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddia ərizəsi ilə müraciət etməmişdir. Ona görə də, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izah olunur ki, cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiyindən onun Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 fevral 2024-cü ildən 17 fevral 2025-ci ilədək tutulduğu və ev dustaqlığında olduğu 01 il 05 gün müddət, ona təyin təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 04 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Panasonic” markalı televizorun iş üzrə Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza xərcinin olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №1(067)-18/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-18/2025
07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver