Məhkəmə qərarları › İş №1(067)-180/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-180/2022

07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-180/2022 07.12.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X21, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X12, Daştəmirov Balasoltan Camaləddin oğlunun, Barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X7, X13 və X20, Müdafiəçilər Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3 iştirakları ilə X13, X7 və X20 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə uyğun tədbir görülməsinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X12, Daştəmirov Balasoltan Camaləddin oğlu və X15 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X13, X7 və X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək, barələrində həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş etmişlər. X12, Daştəmirov Balasoltan Camaləddin oğlu və X15 tərəfindən xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılır ki, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022ci il tarixlərdə təxminən saat 12 radələrində xüsusi ittihamçı Hacıyeva Sevil atasına məxsus Gödəkli kəndində yerləşən evə getdikdə X7 və arvadı X13 onu və qizlarını kənd cammatının qarşısında, qonşuların yaninda, onunla bir yerdə olan qonağın yanında əxlaqdan kənar söyüşlərlə söyüb təhqir etmişlər. Həmçinin onlara böhtan ataraq oğru adlandırmışlar və böhtan ataraq Aybənizi döydüklərini bildirmişlər. Bu təhqirlər hər dəfə S.Hacıyeva valideynlərinə baş çəkməyə getdikdə mütəmadi olaraq davam edir, hər dəfə kəndə getdikdə onu, ailəsini və qizlarını, nəvələrini söyüb təhqir edirlər. Həmçinin kənd camaatı arasında onu nüfuzdan salan şayiələr yayırlar. Yaşar və Aybəniz atası Balasoltan Daşdəmirovun torpaq sahəsini zəbt etmiş İmranla birləşib İmranin atasının torpaq sahəsini mənimsəmək, Yaşar və Aybənizin isə niyyəti valideynləri qoca olduğundan onları hər hansı yol ilə məhv edib əmlaklarını mənimsəməkdir. Onun isə atasını müdafiə etməsi onları qıcıqlandırır, onların bu məkrli niyyətlərinin həyata keçirilməsinə mane olur. Bu səbəbdən də onların niyyəti onu nüfuzdan salmaqla, ona şər və böhtan atmaqla, onu ləkələməklə bu müdafiədən çəkindirmək və valideynlərinin yanına getməməyidir. Həmçinin həmin tarixlərdə və daim olaraq mütəmadi bu şəxslər yaşlı adamları həmişə təhqir edirlər, onların ləyaqətini alçaldırlar. Bunların bu əməlləri artıq dözülməzdir. Qeyd olunan tarixlərdə Gödəkli kəndində Yaşar və Aybəniz bir necə şəxsin yanında onu təhqir etmiş və yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar səsləndirmişdir. Yaşar Daşdəmirov o, yəni X8 təhqir edərək, ona “vicdansiz”, “alçalmış”, “şərəfsiz”, “oqurluqla məşğul olan” deyərək onu təhqir etmiş, həmçinin ona “dələduz”, ”oğru” və “əxlaqsız” sözlər demiş, bilə-bilə yalan olaraq ona böhtan atmiş və onu nüfuzdan salmışdır. Onu təhqir edərək əxlaqsız söyüş, qızlarına “cantay Məhəmmədin nəvələri” demiş, həmçinin hər dəfə nəlayiq sözlərlə təhqir etmişdir. Yaşarın onun ünvanına dediyi təhqir və böhtanı şahidlər X22 (Bakı şəhəri, Suraxani rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış massivi ev 22 mənzil 23), X30 (Bakı şəhəri Nərimanov rayonu Z.Bünyatov küçəsi ev 58 m 80,) X9 (Xaçmaz rayonu Ü.Hacıbəyov küçəsi 105), X35 (Xaçmaz rayonu Gödəkli kəndi), X14 (Xaçmaz şəhəri Asif Səlimov küçəsi ev 23), X23 (Xaçmaz rayonu Dədəli kəndi), X31 (Xaçmaz rayonu Dədəli kəndi), X36 (Gödəkli kəndi), X37 (Xaçmaz rayonu Krasni Xutor qəsəbəsi) və digər şahidlərin yanında Gödəkli kəndində işlətmişdir. Daşdəmirov Aybəniz onu və qızlarını “ərsiz qancıqlar”, “cuxotka”, “yiğıci”, “oğrular”, “eşşəklər”, “oğru itlər”, “siqanlar”, “küçədə qalmışlar" deyərək təhqir etmiş, həmçinin böhtan ataraq onu “oğru” adlandırmış, yalandan döyülməsi barədə bilə bilə yalan olaraq ona böhtan atmiş və onu nüfuzdan salmışdır. Aybənizin ona dediyi təhqir və böhtanı şahidlər X22 (Bakı şəhəri, Suraxani rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış massivi ev 22 mənzil 23), X30 (Bakı şəhəri Nərimanov rayonu Z.Bünyatov küçəsi ev 58 m 80), X9 (Xaçmaz rayonu Ü.Hacıbəyov küçəsi 105), X35 (Xaçmaz rayonu Gödəkli kəndi), X14 (Xaçmaz şəhəri Asif Səlimov küçəsi ev 23), X32 (Xaçmaz rayonu Gödəkli kəndi), X36 (Xaçmaz rayonu Gödəkli kəndi) və digər şahidlərin yaninda Gödəkli kəndində işlətmişdir. X3 Yaşarın dostu olaraq bir yerdə 2021-ci ilin noyabr ayında kənd camatının arasında onun barəsində “dələduz”, “oğru”, “əxlaqsız” demiş və bilə-bilə yalan olaraq ona böhtan atmiş və onu nüfuzdan salmışdır. Alikin ona dediyi təhqir və böhtanı şahidlər X35 (Xaçmaz rayonu Gödəkli kəndi), X23 (Xaçmaz rayonu Dədəli kəndi), X31 (Xaçmaz rayonu Dədəli kəndi), X39 (Xaçmaz rayonu Gödəkli kəndi), X33 (Xaçmaz rayonu Gödəkli kəndi), X37 (Xaçmaz rayonu Krasni Xutor qəsəbəsi) və digər şahidlərin yanında Gödəkli kəndində işlətmişdir. Yaşar Daşdəmirov atası, digər xüsusi ittihamçı Balasoltan Daştəmirovu “qeyrətsiz”, “utanmaz”, “səviyyəsiz”, “vicdansız” adlandırmışdır. Yaşarın dediyi təhqiri şahidlər X22 (Bakı şəhəri, Suraxani rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış massivi ev 22 mənzil 23), X30 (Bakı şəhəri Nərimanov rayonu Z.Bünyatov küçəsi ev 58 m 80), X9 (Xaçmaz rayonu Ü.Hacıbəyov küçəsi 105), X35 (Xaçmaz rayonu Gödəkli kəndi), X14 (Xaçmaz şəhəri Asif Səlimov küçəsi ev 23), X23 (Xaçmaz rayonu Dədəli kəndi), X31 (Xaçmaz rayonu Dədəli kəndi), X32 (Xaçmaz rayonu Gödəkli kəndi) və digər şahidlərin yaninda Gödəkli kəndində işlətmişdir. Aybəniz Daşdəmirova digər xüsusi ittihamçı Mariya Daşdəmirovaya “qəhbə”, “qoca qəhbə”, “qancıq”, “tərbiyəsiz”, ”dəli” kimi ifadələr işlətmişdir. Aybənizin öz qaynanasına dediyi təhqiri şahidlər X22 (Bakı şəhəri, Suraxani rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış massivi ev 22 mənzil 23), X30 (Bakı şəhəri Nərimanov rayonu Z.Bünyatov küçəsi ev 58 m 80), X9 (Xaçmaz rayonu Ü.Hacıbəyov küçəsi 105), X35 (Xaçmaz rayonu Gödəkli kəndi), X14 (Xaçmaz şəhəri Asif Səlimov küçəsi ev 23), X32 (Xaçmaz rayonu Gödəkli kəndi) və digər şahidlərin yaninda Gödəkli kəndində işlətmişdir. Həmçinin səs yazısında X7 ata və anasına “kül sizin başınıza”, “qəhbə qizı” və bu kimi digər çoxsaylı təhqiramiz sözlər və ifadələr işlətmişdir. Onlara qarşı Yaşar və Aybənizin bu hərəkətləri və nüfuzdan salan məlumatları kənd sakinləri arasında qəsdən yaymaları halı dəfələrlə olmuşdur. Bu kimi təhqir xarakterli məlumatları yaymaqla, həmçinin böhtan atmaqla Daşdəmirov Yaşar, Daşdəmirova Aybəniz və Musayev Alik onların şərəf və ləyaqətlərini ləkələyən və nüfuzdan salan məlumatları kütləvi şəkildə kənd camaatı və qohumlar arasında yaymaqla, onları cinayətdə ittiham etməklə böhtan atmiş və nəticədə onlara mənəvi zərər vurulmuşdur. Daşdəmirov Balasoltanın 86 yaşı var, Daşdəmirova Mariyanin 80 yaşı var. Bu yaşlarına qədər onlar daim şərəfli həyat yolu keçib öz zəhmətləri ilə yaşamışlar. Balasoltan Daşdəmirov uzun illər məhkəmədə xalq tərəfindən seçilərək xalq iclascısı kimi işləmişdir. Həmişə pis vərdişlərdən uzaq olmuş, dürüstlüyü, düzgünlüyü, yaxşı əməlləri ilə daim seçilmiş və hörmətə malik olmuşdur. Bu yaşına qədər əxlaqa zidd hec bir hərəkət etməmişdir. Düzgün və dürüst bir ömür sürmüşlər. O, yəni X12 uzun illər məhkəmə sistemində işləmiş, həmişə işlədiyi kollektivdə, tanışları, dostları arasında nüfuza və hörmətə malik olmuşdur. Yaşar və Aybəniz isə onların uzun illər keçdikləri həyat yolunu ləkələmək istəyir, S.Hacıyevanın azyaşlı qızı və nəvələrinin yaninda olmazın təhqiramiz sözlər deyirlər. Ömrü boyu hec yerdə işləməyən, daim valideynlərinin hesabına yaşamış, həyatda hər şeyi valideynlərinin hesabına qazanmış Yaşar və onun arvadı hal-hazırda harınlayaraq, valideynlərinin əmlakını zor gücü ilə, təhqir ilə, hədə qorxu ilə ələ keçirmək istəyirlər. Balasoltan Daşdəmirov və Mariya Daşdəmirovanın yaşlı olmalarından istifadə edərək, mütəmadı onları təhqir edir, onlara qarşı bir cox özbaşnalıqlar edirlər. Onlar da yaşlı olduqlarından bu şəxslərin törətdikləri əməlləri sübut edəcək hec nə edə bilmirlər. Yaşar və arvadının etdiyi hərəkətlər olan kimi vlideynləri ona, yəni Sevil Hacıyevaya telefonla zəng edərək onların başlarına gətirdikləri barədə demiş, ondan kömək istəmişlər. O da kəndə gəldikdə bu şəxslər onu da olmazın təhqirlər etmiş, ailəsi, qızlarını təhqir etmiş, onu hədələmiş və böhtan atmışlar. Bu şəxslər bu yaşlı valideynlərinə indiyənədək hec bir qayğı diqqət göstərməmişlər. Əksinə öz həyatlarını rahat yaşamağa qoymurlar. Bu yaşlı insanların qayğıya diqqətə ehtiyacı olduqu halda, Yaşar və Aybəniz onlara zülm edirlər. Bütün bunlar artıq dözülməzdir və ciddi tədbir görülməli və bu şəxslər məsuliyyətə cəlb olunmalıdırlar. Bunlar əməllərinə görə neçə dəfə inzibati və cinayət məsuliyyətə cəlb olunsalar da islah olunmamışlar. Hesab edirlər ki, yuxarıda qeyd etdiklərinə əsasən barəsində şikayət etdikləri X7, X5 və X20 əməlində Azərbaycan Respublikasinin CM-nin 148-ci və 147.1-ci maddələrində nəzərdə tutulmuş təhqir və böhtan cinayətinin tərkibi vardır. Onların cinayəti törətməsi onlarda olan sübutlarla və şahidlərlə təsdiq olunur. (video olan disk şikayətə əlavə olunur. Həmçinin cinayətin törədilməsini X22 (Bakı şəhəri, Suraxani rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış massivi ev 22 mənzil 23), X30 (Bakı şəhəri Nərimanov rayonu Z.Bünyatov küçəsi ev 58 m 80), X9 (Xaçmaz rayonu Ü.Hacıbəyov küçəsi 105), X35 (Xaçmaz rayonu Gödəkli kəndi), X14 (Xaçmaz şəhəri Asif Səlimov küçəsi ev 23), X23 (Xaçmaz rayonu Dədəli kəndi), X31 (Xaçmaz rayonu Dədəli kəndi), X37 (Xaçmaz rayonu Krasni Xutor qəsəbəsi) və digər şahidlərin ifadələri ilə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində. Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, "İnsan Hüquqlarının və X16 haqqında” Avropa Konvensiyasında (bundan sonra Konvensiyada) təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiya tikir və söz. məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Göründüyü kimi barəsində şikayət etdiyi şəxslər iki nəfər yox onlarla şəxsin yaninda bu əməlləri törətmişlər. Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir. Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər (bax, başqa mənbələrlə yanaşı, Radio Frans və digərləri Fransaya qarşı. §37 və yuxarıda qeyd olunmuş Kolombani və digərləri, §65). Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən: “1. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. 2. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.” BMT Baş Məclisinin 217 (İİİ) saylı 10 dekabr 1948-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə görə:“Heç kəsin şəxsi və ailə həyatına özbaşına müdaxilə oluna, onun mənzil toxunulmazlığına, yazışma sirrinə, yaxud şərəfinə və adına özbaşına qəsd edilə bilməz. Hər bir insanın belə müdaxilə və qəsdlərdən qanunla müdafiə olunmaq hüququ var.” Baş Məclisin 16 dekabr 1966-cı il tarixli 2200-cu A (XXİ) nömrəli Qətnaməsi ilə qəbul edilmiş “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakf’ın 17- ci maddəsində deyilir:“ Heç kimin şəxsi və ailə həyatına özbaşınalıqla və yaxud qeyri-qanuni müdaxilə, onun evinin toxunulmazlığına və məktublaşmalarının gizliliyinə özbaşınalıqla və ya qeyriqanuni qəsd və ya onun ləyaqəti və nüfuzuna qeyri-qanuni qəsd edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPMnin) 37-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin ərizəsi əsasında CM-nin 147 (böhtan), 148 (təhqir), 165.1 (müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) və 166.1-ci (ixtiraçılıq və patent hüquqlarını pozma) maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyəti olan zərər çəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışma təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı, barəsində şikayət verilmiş şəxs isə təqsirləndirilən şəxs qismində tanınırlar. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı. atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı CPM-nin Xİİİ fəslində nəzərdə tutulmuş qaydalara əməl edilməklə keçirilir və xüsusi ittihamçı ittihamdan imtina etmədikdə və ya təqsirləndirilən şəxslə barışmadıqda hökmün (bəraət və ya ittiham hökmünün) çıxarılması ilə başa çatdırılır. Barəsində xüsusi ittiham qaydasında şikayət verdikləri şəxslər X7, X13 və X38 bir cox şəxslərin yaninda onların barəsində təhqir və böhtan olan sözləri demişlər. Bu ifadələri X22 (Bakı şəhəri, Suraxani rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış massivi ev 22 mənzil 23), X30 (Bakı şəhəri Nərimanov rayonu Z.Bünyatov kiicəsi ev 58 m 80), X9 (Xaçmaz rayonu Ü.Hacıbəyov küçəsi 105), X35 (Xaçmaz rayonu Gödəkli kəndi), X14 (Xaçmaz şəhəri Asif Səlimov küçəsi ev 23), X23 (Xaçmaz rayonu Dədəli kəndi), X31 (Xaçmaz rayonu Dədəli kəndi), X32 (Xaçmaz rayonu Gödəkli kəndi), X36 (Xaçmaz rayonu Gödəkli kəndi), X33 (Xaçmaz rayonu Gödəkli kəndi), X37 (Xaçmaz rayonu Krasni Xutor qəsəbəsi) və digər şahidlərin yanında Gödəkli kəndində işlətmişdir. Qeyd olunanlar nəzərə alınmaqla X13, X7 və X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək, barələrində həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməsi xahiş olunmuşdur. Şikayət məhkəməyə verildikdən sonra məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittihamçı, eləcə də digər xüsusi ittihamçı X6 nümayəndəsi X12 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsini müdafiə etməklə ərizəsində göstərilənləri nəzərə alaraq, işin məhkəmə baxışına çıxarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittihamçı Daştəmirov Balasoltan Camaləddin oğlu xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsini müdafiə edərək işin məhkəmə baxışına çıxarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməyərək məhkəmə baxışına təyin edilməməsini xahiş etmişlər. Məhkəmə proses tərəflərini dinləyib, iş materiallarını nəzərdən keçirib, işin faktik hallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında məhkəmə baxışının keçirilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 147-ci maddəsinə əsasən böhtan cinayəti-obyektiv cəhətdən yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymada ifadə olunur. Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir cinayəti-yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. X2, Daştəmirov Balasoltan Camaləddin oğlu və X15 göstərmişlər ki, barələrində şikayət etdikləri şəxslər X7, X13 və X40 onların barəsində böhtan atmış və onları təhqir edərək, şərəf və ləyaqətini alçaltmışlar. Belə olan halda, ərizəçilərin istinad etdikləri böhtan və təhqir üzrə istinad etdikləri ifadələr kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayımlanmadığından, CM-nin 147-ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törətdilməsi istisna olunur. Konkret olaraq hazırki halda ərizəçilərin müdafiə hüququ cinayət-hüquqi müstəvidə deyil, mülki-hüquqi məsuliyyətin yaranması kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizəçilərə sübütları toplamaqla, şərəf və ləyaqətin müdafiəsi ilə bağlı və ya yaşayış evi, yaxud torpaq sahəsinə dair mübahisələr üzrə mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Məhkəmə tərəfindən araşdırma aparılarkən də müəyyən edilmişdir ki, X12, Daştəmirov Balasoltan Camaləddin oğlu və X15 və X7, X13 arasında yaşayış sahəsi və torpaq sahəsi ilə bağlı mübahisələrdən irəli gələn mülki hüquq münasibətləri üzrə işlərə baxılmışdır. Bundan əlavə hazırlıq iclasında müəyyən edilmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş 3-cü şəxsin şəxsiyyəti X11 halda şikayətdə onun şəxsiyyəti X40 yazılmışdır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.3-cü maddəsinə görə, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə də baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə görə, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.1.6-cı maddəsinə görə, cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.1.7-ci maddəsinə görə, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə görə, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi və hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarır. Odur ki, məhkəmə CPM-nin 302.1.6-cı və 302.1.7-ci maddələrinə istinadən şikayət ərizəsində göstərilən məlumatlara və şikayətə əlavə edilmiş sənədlərə əsasən hesab edir ki, xüsusi ittiham qaydasında şikayətlə müraciət etmiş şəxslər X12, Daştəmirov Balasoltan Camaləddin oğlu və X6 özlərinə münasibətdə X7, X13 və X24 hazırda ittiham etdikləri məsələ xüsusi ittiham qaydasında məhkəmədə baxılmasına əsas vermir və hazırki şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə əsas verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş 3-cü şəxsin adı və atasının adı düzgün göstərilmədiyindən, həmçinin hazırkı qərarda qeyd edilən digər hallar nəzərə alınmaqla xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. X4 göstərdiyi cəmi 2 saat hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 12 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Xaçmaz rayon Vəkil Bürosuna həvalə edilməlidir. X10 göstərdiyi cəmi 2 saat hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 12 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Xaçmaz rayon Vəkil Bürosuna həvalə edilməlidir. X25 göstərdiyi cəmi 2 saat hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 12 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Xaçmaz rayon Vəkil Bürosuna həvalə edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 299, 300, 302, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Xüsusi ittihamçılar X12, Daştəmirov Balasoltan Camaləddin oğlu və Daşdəmirova Mariya X1, X13 və X25 qarşı xüsusi ittiham qaydasında verdikləri şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunsun. X4 göstərdiyi cəmi 2 saat hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 12 manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Xaçmaz rayon Vəkil Bürosuna həvalə edilsin. X10 göstərdiyi cəmi 2 saat hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 12 manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Xaçmaz rayon Vəkil Bürosuna həvalə edilsin. X25 göstərdiyi cəmi 2 saat hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 12 manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Xaçmaz rayon Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar