Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-180/2024 29.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Abşeron rayonu, Digah qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi xeyli miqdar təşkil edən 01 ədəd blisterdə olmaqla tərkibində təsir maddəsinin ümumi miqdarı 0,400 qram olan narkotik vasitə 10 ədəd bütöv metadon həblərini və 0,567 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini üzərində saxlamaqla daşıyıb Xudat şəhərinə gətirərək 10 iyun 2024-cü il tarixdə saat 20 radələrində Xaçmaz rayonu, Xudat şəhəri ərazisində olmaqla Xudat-Nabran avtomobil yolunun sol kənarında yerləşən “Rahib” kafesində qəsdən bir ədəd gümüşü rəngli kağız bükümdə 0,418 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini bəxşiş şəklində tanışı Şahid1 verməklə satmış, 0,149 qram çəkidə metamfetamini və metadon həblərini üzərində qəsdən daşımaqla saxlamış, bu fakt o, Xaçmaz rayonu, Xudat şəhəri, Əziz Əliyev küçəsində saxlanılaraq Xaçmaz rayon polis şöbəsinin X6 əməkdaşları tərəfindən polis bölməsinə dəvət edilib ünvan 2 ünvanda yerləşən Xaçmaz rayon polis şöbəsinin X6 inzibati binasında onun üzərinə 11 iyun 2024-cü il tarixdə saat 21:50-22:00 müddətində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli şalvarın sol yan cibindən sarı rəngli bir ədəd plastmas qabın içərisindən üç ədəd gümüşü rəngli kağız bükümdə 0,062, 0,038 və 0,049 qram çəkilərdə olmaqla ümumilikdə 0,149 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və əynində olan şalvarın sağ yan cibindən bir ədəd blisterdə olmaqla tərkibində təsir maddəsinin ümumi miqdarı 0,400 qram olan 10 ədəd bütöv narkotik vasitə olan metadon həbləri aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşımış, habelə psixotrop maddəni satmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, o, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində anası ilə birlikdə yaşayır. Əvvəllər evli olub sonradan boşanmış və həmin evlilikdən iki övladı vardır. Özü heç yerdə işləmir. Artıq 2-3 ildir ki, narkotik vasitələrdən istifadə edir, əsasən də istifadə etdiyi psixotrop maddə metamfetamin olmuşdur. Bundan əlavə mahiyyəti üzrə bildirmişdir Şahid1 artıq bir ilə yaxındır ki, tanıyır. Belə ki, Xəyalı Bakı şəhərində fəhlə kimi işlədiyi təmiri gedən evlərdən birində təsadüfən tanımışdır. Tanıdığı ilk gündən də bir-biri ilə münasibəti yaranmış və zaman keçdikcə münasibətlari daha da inkişaf etmişdir. Son 4 ildir ki, mütəmadi şəkildə heç bir yerdə işləmir, buna görə də dolanmaqda çətinlik çəkmişdir. O, mütəmadi şəkildə olmasa da arada-bir Xəyalla telefonda danışmışdır. İki aya yaxındır ki, Xəyal Xaçmaz rayonu, Nabran kəndində həm işləmiş, həmdə ki, orada yaşamışdır. Xəyalla da söhbət zamanı sonuncudan xahiş etmişdir ki, əgər Bakı şəhərinə gəlsə işləmək üçün onu da öz yanma, yəni Nabrana aparsın. Elə oldu ki, 08 iyun 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda olan zaman təsadüfən Xəyalla rastlaşmışdır. Söhbət zamanı o, Xəyala Bakı şəhərində iş tapa bilmədiyini, buna görə onu da Nabrana apara bilib-bilməyəcəyini soruşmuş, Xəyal isə ona heç bir problemin olmadığını və onu Xaçmaz rayonuna apara biləcəyini demişdir. Beləcə həmin günün səhərisi günü ikisi birlikdə Xaçmaz rayonu, Xudat şəhərinə gəlmişlər. İlk dəfə gələndə ikisi birlikdə Xudat şəhərində adını bilmədiyi kafelərdən birində oturub yeyibiçmişlər, yeyib-içdikdən sonra da Nabrana yollanmışlar. Nabran da olan zaman o, Xəyaldan narkotik vasitələrdən istifadə edib- etmədiyini soruşmuş. Xəyal da ona arada-bir narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyini demişdir. Bu zaman o da Xəyala təxminən 1 ay əvvəl axşam saatlarında Abşeron rayonu, Digah qəsəbəsində yaşadığı evin yaxınlığında yerdən tapdığı və şəxsi istifadə məqsədilə üzərində gəzdirdiyi içərisində qurudulmuş marixuana olan bir ədəd kibrit qutusunu vermişdir. Elə hər ikisi həmin gecə dəniz kənarında qurudulmuş marixuananı çəkmişlər. Dünənki tarixdə, yəni 10 iyun 2024cü il tarixdə günlərini yenə də dəniz kənarında keçirmişlər, axşam saatlarında isə, yenidən Xudat şəhərinə gəlmişlər. 10 iyun 2024-cü il tarixdə saat 20 radələrində Xaçmaz rayonu, Xudat şəhəri ərazisində, Xudat-Nabran yolunun 1-ci kilometrliyində yolun sol kənarında yerləşən “Rahib” kafesində birlikdə yeyib-içən zaman Xəyal onda yenə də qurudulmuş marixuana olub-olmadığını soruşmuş, o isə Xəyala marixuananın olmadığını, lakin üzərində “patı”, yəni metamfetamin olmasını deyib Xəyala bir ədəd gümüşü rəngli kağız bükümü təqdim etmişdir. Həmin bükümün içərisində psixotrop maddə metamfetamin olmuşdur. Onu da qeyd etmişdir ki, 09 iyun 2024-cü il tarixdə günorta saatlarında Xəyalla birlikdə Bakı şəhəri, Şamaxinka adlanan ərazidə olan zaman zibil qutularının yanında təsadüfən sarı rəngli yumurta formasında olan plastmas qab fikrini çəkmişdir. Həmin qabı da açıb içərisinə baxdıqda içərisində 4 ədəd gümüşü rəngli kağız bükümün olmasını görmüşdür. Həmin bükümlərində içərisində baxdıqda hər birinin içərisində psixotrop maddə metamfetamin olduğunu aşkar etmişdir. Özü də şəxsən istifadə etdiyinə görə onları tapdığı kimi sarı rəngli qutunun içərisinə qoyaraq cibinə qoymuşdur. İçərisində metamfetamin olan bükümləri üzərində gəzdirməkdə məqsədi şəxsi istifadə məqsədi olmuşdur. Onları tapan zaman da o, bu barədə Xəyala heçnə deməmişdir. Xəyalın da onları tapmasından məlumatı olmamışdır. 10 iyun 2024-cü il tarixdə də Xəyal ondan marixuana istəyəndə o, marixuananın olmadığını, onun əvəzində içərisində psixotrop maddə metamfetamin olduğunu deyib bir ədəd gümüşü rəngli kağız bükümü Xəyala vermiş, Xəyal da götürüb həmin bükümü cibinə qoymuşdur. Eləmin günün səhəri günü saat 18 radələrində Xəyalla birlikdə Xudat şəhəri, Əziz Əliyev küçəsində gəzən zaman polis əməkdaşları onlara yaxınlaşaraq narkotik vasitələrin qəbulu və saxlanmasında şübhəli olduqlarını bildirərək onları Xudat PB-nə dəvət etmişlər. Xudat PB-də olan zaman da hüquqlarının müdafiəsi üçün dəvət edilmiş^ vəkilin iştirakı ilə üzərinə müstəntiq tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı da üzərində Şamaxinkadan tapdığı sarı rəngli plastik qutunun içərisində olan 3 ədəd gümüşü rəngli kağız bükümlərdə psixotrop maddə metamfetamini və təxminən il yarım əvvəl Bakı şəhərində yerləşən “Semaşka” adlanan xəstəxananın yaxınlığında 10 manata tanımadığı şəxsdən aldığım 10 ədəd metadon həbini də polis əməkdaşlarına könüllü şəkildə təqdim etmişdir. Polis əməkdaşlarına təqdim etdiyi bükümlərə və həblərə müstəntiq tərəfindən baxış keçirilmiş və ardınca həmin bükümlər elektron tərəzidə çəkilərək çəkisinin 0,27 qram olması müəyyən edilmişdir. Ardınca da həmin bükümlər və 10 ədəd həb eyni ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və həin zərfin üzərini imzalamışlar, bundan sonra həmin zərf möhürlənmişdir. Şəxsi axtarış zamanı üzərindən başqa hər hansısa bir əşya aşkar edilməmişdir. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul deyildir, heç bir vaxt satmamışdır və satmaq niyyəti də olmamışdır. O, metamfetamini istifadə etsin deyə Xəyala pulsuz vermişdir, Xəyal ondan marixuana istəmiş, o da Xəyala marixuananın olmadığını söyləyərək metamfetamin vermişdir. Metadon həblərini üzərində gəzdirməkdə məqsədi şəxsi istifadə olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadəsi alınarkən Azərbayacn Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə özünə qarşı irəli sürülümüş ittihamla deyil, həmin məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsinin tam əksinə olaraq ifadə verərək bildirmişdir ki, O, Xəyal ilə Xaçmaz rayonu, Xudat şəhərinə gələrək orada bir yerdə kafedə oturub yemək yeyib, spirtli içki içmişdilər. Bundan sonra kefedən çıxaraq Nabran ərazisində yerləşən kafeyə baxmaqa getmişlər, kafeyə gedib baxmışlar, lakin kafenin sahibi orada olmadığına görə onunla danışa bilməmişlər. Buna görə də qayıdıb yenidən Xudata gələrək orada evlərin birində qalmışlar. Səhərsi günü kafeyə gedərək oranın sahibi ilə görüşüb danışmaq üçün getmişlər, lakin həmin vaxt onları yolda polis əməkdaşları saxlayaraq bölməyə aparmışlar. Bölməyə apardıqlarından sonra üzərindən bir list metadon çıxmışdır. Həmin vasitənin kimə məxsus olması ilə bağlı ona sual verildikdə o, həmin vasitənin özünə məxsus olduğunu demişdir. Bundan sonra əməliyyatçı ona uzaqdan metamfetami göstərərək, həmin vasitənin də ona məxsus olmasını deməyinii istəmiş, lakin həmin vasitə onun üzərindən çıxmamışdır. Xəyalın da üzərindən narkotik vasitə çıxdığını və həmin vasitənin də ona onun verdiyini demişdir. Halbu ki, o, Xəyala heç bir narkotik vasitə veməmişdir və ya Xəyal ondan heç bi narkotik vasitə almamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilən Şahid1 göstərdi ki, o, ünvan 4 ünvanında qeydiyyatda olsa da qardaşı ilə birgə ünvan 5 ünvanında kirayədə yaşayır. Ancaq həmin ünvan da onun daimi yaşayış yeri deyildir. Çünki onun daimi yaşayış yeri yoxdur. Əvvəllər evli olub boşanmış və bir övladı vardır. Özü müxtəlif yerlərdə fəhləlik etməklə dolanır. Artıq uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir, əsasən də istifadə etdiyi narkotik vasitə qurudulmuş marixuanadır. O, Təqsirləndirilən şəxs artıq bir ilə yaxındır ki, tanıyır və sonuncunu Bakı şəhərində fəhlə kimi işlədiyi təmiri gedən evlərdən birində təsadüfən tanımışdır. Tanıdığı ilk gündən də bir- biri ilə münasibəti yaranmış və zaman keçdikcə daha da inkişaf etmişdir. O, mütəmadi şəkildə Bakı şəhərində yaşasa da son iki aydır ki, Xaçmaz rayonu, Nabran kəndində yerləşən “Xəzər” otelində həm işləyir, həmdə ki, orada qalır. Nabrana gəlməkdə də məqsədi son vaxtlar Bakı şəhərində iş tapa bilməməsi, bundan da əlavə yay mövsümü olduğuna görə Nabranda iş tapma imkanının daha çox olmasıdır. Son iki aydır ki, o, ümumiyyətlə Bakı şəhərinə getməyib, Nabran kəndində qalmışdır. 08 iyun 2024-cü il tarixdə isə şəxsi işləri ilə bağlı Bakı şəhərinə getmişdir. Bakı şəhəri, Nəsimi rayonunda olan zaman təsadüfən tanışı Yusiflə rastlaşmışdır. Söhbət zamanı o Yusifə Xaçmaz rayonu, Nabran kəndində işlədiyini söylədikdə Yusif də ona Bakı şəhərində iş tapa bilmədiyini, buna görə də onu da Nabrana apara bilib-bilməyəcəyini soruşmuşdur. O da Yusifə heç bir problemin olmadığım və onu Xaçmaz rayonuna apara biləcəyini demişdir. Beləliklə həmin günün səhərisi günü ikisi birlikdə Xaçmaz rayonu, Xudat şəhərinə gəlmişlər. İlk dəfə gələndə ikisi birlikdə Xudat şəhərində adını bilmədiyi kafelərdən birində oturub yeyib-içmişlər, yeyib-içdikdən sonra da Nabran kəndinə yollanmışlar. Nabranda olan zaman Yusif ondan narkotik vasitələrdən istifadə edib- etmədiyini soruşmuş, o da Yusifə arada-bir narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyini demişdir. Bu zaman Yusif də ona cibindən çıxarıb bir ədəd kibrit qutusu vermişdir. O, həmin kibrit qutusunu açdıqda içərisində qurudulmuş marixuana olduğunu görmüşdür. Yusifin də ona təklif etdiyinə görə elə hər ikisi dəniz qırağında qurudulmuş marixuananı çəkmişlər. Dünənki tarixdə yəni 10 iyun 2024-cü il tarixdə günlərini yenə də dəniz kənarında keçirmişlər, axşam saatlarında isə yenidən Xudat şəhərinə gəlmişlər. 10 iyun 2024-cü il tarixdə axşam saat 20 radələrində Xaçmaz rayonu, Xudat şəhəri ərazisində, Xudat-Nabran yolunun 1 -ci kilometrliyində yolun sol kənarında yerləşən “Rahib” kafesində yeyib-içən zaman o Yusifdən onda yenə də qurudulmuş marixuana olub-olmadığını soruşmuşdur. Bu zaman Yusif ona marixuananın olmadığını, ancaq “patı”, yəni metamfetamin olduğunu deyərək ona bir ədəd gümüşü rəngli kağız bükümü vermişdir. Mən bükümü açıb içərisinə baxdıqda içərisində “patı”, yəni psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Bu zaman Yusif ona təklif etmişdir ki, bundan çəksin, bu marixuanadan da yaxşıdır, yaxşı olacaq. O da həmin bükümü gələcəkdə çəkmək məqsədilə əynindəki cins şalvarın sağ yan cibinin üst hissəsində olan kiçik cibə qoymuşdur. O, bugünə kimi metamfetamindən istifadə etməmişdir, ona görə də metamfetamini həmin vaxt istifadə etməyib üzərində saxlamışdır. O, həmin metamfetamindən istifadə etməmişdir. Həmin günün səhəri günü saat 18 radələrində Yusiflə birlikdə Xudat şəhəri, Əziz Əliyev küçəsində gəzən zaman polis əməkdaşları onlara yaxınlaşaraq narkotik vasitələrin qəbulu və saxlanmasında şübhəli olduqlarını bildirərək onları Xudat PB-nə dəvət etmişlər. Xudat PB-də olan zaman da hüquqlarının müdafiəsi üçün dəvət edilmiş vəkilinin iştirakı ilə üzərinə müstəntiq tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı da üzərində Yusifin ona verdiyi içərisində psixotrop maddə metamfetamin olan bir ədəd gümüşü rəngli bükümü polis əməkdaşlarına könüllü şəkildə təqdim etmişdir. Polis əməkdaşlarına təqdim etdiyi bükümə müstəntiq tərəfindən baxış keçirilmiş və ardınca həmin büküm elektron tərəzidə çəkilərək çəkisinin 0,51 qram olması müəyyən edilmişdir. Ardınca da həmin büküm ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və onlar həmin zərfin üzərini imzalamışlar, daha sonra həmin zərf möhürlənmişdir. O, narkotik vasitələrin və yaxud psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs ona üzərindən aşkar olunmuş psixotrop maddə ıuefatmfetamini şəxsi istifadə məqsədilə pulsuz vermişdir. O, əvvəllər Yusifdən bir dəfə narkotik vasitə qurudulmuş marixuana almışdır. Həmin marixuananı da Yusif ona pay vermişdir və həmin marixuananı da birlikdə istifadə etmişlər. Bundan başqa Yusifdən heç vaxt narkotik vasitə və yaxuddakı psixotrop maddə almamışdır. O, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması halı ilə rastlaşmamış və heç bir vaxt da eşitməmişdir. İş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinə tam zidd olaraq ifadə verərək bildirdi ki, yəni həmin o, günü ayın 11-i onlar polis idasənə gətirilən günü onların ikisinin üstünə baxış keçirmişlər və baxış zamanı Yusifdən çıxan maddə oldu. Yəni Yusif ona heçnə verməmiş, ya o, Yusifdən nə isə almamışdır və yaxud da onun Yusifin üzərində narkotik vasitəsinin olmasından xəbəri olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən X7 X6 əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Azərbaycan dilində latın qrafikası ilə yazmağı və oxumağı bacarır. O, Xaçmaz RPŞ-nin X6 əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 iyun 2024-cü il tarixdə Bakı şəhər sakini Şahid1 və Abşeron rayonu, Digah qəsəbə sakini Təqsirləndirilən şəxs faktiki olaraq Xudat şəhərində olmaları və onların qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etmələri, daşımaları və üzərlərində saxlamaları barədə Xaçmaz RPŞ-nin Xudat PB-nə əməliyyat məlumatı daxil olmuşdur. O, dərhal bu məlumatı Xaçmaz Rayon Polis Şöbəsinin Xudat PB-nin rəhbərliyinə hər bir şəxsin barəsində ayrıayrı olmaqla raportla-məruzə etmiş, bundan sonra əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş və Xaçmaz RPŞ-nin Xudat PB-nin rəhbərliyinin əmri ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o və Xudat PB-nin əməliyyat müvəkkili Şahid3 daxil edilmişdir. Onlar Şahid1 və Təqsirləndirilən şəxs Xudat PB-nə gətirmək məqsədi ilə polis bölməsindən çıxdıqdan sonra onların hər ikisinin Xudat şəhəri, Əziz Əliyev küçəsində olduqlarını müəyyən etmişlər. Onların barəsində əməliyyat məlumatı daxil olarkən onların bir-biri ilə tanış olması və birgə olmaları barədə də məlumat əldə etmişlər. Onlar Xudat şəhəri, Əziz Əliyev küçəsində Təqsirləndirilən şəxs və Şahid1 yaxınlaşıb özlərini təqdim etmişlər və sonunculara barələrində Xudat PB-nə qanunsuz olaraq narkotik vasitələri əldə etmələri, daşımalam və üzərlərində saxlamalam barədə məlumat daxil olduğunu bildirib üzərlərinə şəxsi axtarış keçirilməsi üçün onları Xaçmaz RPŞ-nin Xudat PB-nə dəvət etmişlər. Xəyal və Yusif onlarla birlikdə Xudat PB-nə gəlmişlər, bundan sonra Xəyal və Yusifin üzərinə şəxsi axtarış keçirilməsi Xaçmaz RPŞnin İstintaq bölməsinin müstəntiqi Taleh Ağayevə həvalə olunmuşdur. X8 əvvəlcə Şahid1 şübhəli şəxs qismində tutub onu müdafiəçi ilə təmin etmiş, daha sonra müdafiəçinin və onların iştirakı ilə Xəyalın üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Xəyalın əynində olan göy rəngli cins şalvarın sağ yan cibinin üst hissəsində olan kiçik cibdən bir ədəd kağız bükümdə psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Şahid1 həmin maddənin metamfetamin olduğunu və onu tanışı Yusif adlı şəxsin ona verdiyini bildirmişdir. Şahid1 üzərindən aşkar olunmuş büküm metamfetaminlə birgə elektron tərəzidə çəkilmiş, çəkisinin ümumilikdə 0,51 qram olması müəyyən olunmuşdur. Bundan sonra Xəyalın üzərindən aşkar edilmiş kağız bükümdəki metamfetamin müstəntiq tərəfindən bir ədəd zərfdə qablaşdırılıb möhürlənərək götürülmüş, bununla da şəxsi axtarış prosesi başa çatdırılmışdır. Şahid1 üzərinə şəxsi axtarış keçirilməsi prosesi əvvəldən axıradək videoçəkiliş aparılmaqla qeydə alınmışdır. Bundan sonra onlar tərəfindən Xudat PB-nə gətirilmiş Təqsirləndirilən şəxs X8 tərəfindən şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmişdir. Bundan sonra Xudat PB-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirtərkən onun əynində olan şalvarın sağ yan cibindən bir ədəd blisterdə 10 ədəd narkotik vasitə olan metadon həbləri, həmin şalvarın sol yan cibindən isə bir ədəd sarı rəngli plastmas qabda üç ədəd kağız bükümlərdə psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş üç ədəd büküm elektron tərəzidə çəkilən zaman çəkisinin ümumilikdə 0,27 qram olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metadon həbləri və metamfetamin X8 tərəfindən bir ədəd zərfdə qablaşdırılıb möhürlənərək götürülmüş, bununla da şəxsi axtarış prosesi başa çatdırılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesi əvvəldən axıradək videoçəlciliş aparılmaqla qeydə alınmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin Xudat PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 məhkəmə istintaqında şahid qismində dindirilən X7 X6 əməliyyat müvəkkili Şahid2 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis baş leytanantı X10 tərəfindən tərtib olunmuş şəxsi axtarış aparılması haqqında 11 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli şalvarın sol yan cibindən sarı rəngli bir ədəd plastmas qabm içərisindən üç ədəd gümüşü rəngli kağız bükümlərdə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və əynində olan göy rəngli şalvarın sağ yan cibindən isə bir ədəd blisterdə olmaqla 10 ədəd bütöv metadon həbləri aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis baş leytanantı X10 tərəfindən tərtib olunmuş şəxsi axtarış aparılması haqqında 11 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibinin üst hissəsində olan kiçik cibdən bir ədəd gümüşü rəngli kağız bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən qeydə alınmış videogörüntü 01 ədəd “DVD” formatlı diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. Həmin videogörüntüyə 13 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə tərəfimdən baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol yan cibindən sarı rəngli bir ədəd plastmas qabıh içərisindən üç ədəd gümüşü rəngli kağız bükümlərdə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və əynində olan göy rəngli şalvarın sağ yan cibindən isə bir ədəd blisterdə olmaqla 10 ədəd bütöv metadon həbləri aşkar olunaraq götürülməsinin öz təsdiqini tapması müəyyən edilmişdir. Videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini bir daha etiraf etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxs Şahid1 üzərinə şəxsi axtarış keçirilərkən qeydə alınmış videogörüntü 01 ədəd “DVD” formatlı diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. Həmin videogörüntüyə 13 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə tərəfimdən baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, videogörüntüdə olan şəxs tanışı Şahid1dur, sonuncunun üzərindən xx.xx.2024-cü il tarixdə aşkar olunmuş bir ədəd gümüşü rəngli kağız bükümdə olan metamfetamini Şahid1 o, xx.xx.2024-cü il tarixdə təmənnasız vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən qeydə alınmış videogörüntü 01 ədəd elektron məlumat daşıyıcısına (DVD formatlı diskə) köçürülərək cinayət işinə əlavə edilmişdir. Ona görə də həmin elektron məlumat daşıyıcısının (DVD formatlı diskin) cinayət işi üzrə 16 iyun 2024cü il tarixli qərarla maddi sübut kimi tanınmış və iş materiallarında saxlanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin fiziki-kimyəvi ekspertizalar şöbəsinin 12 iyun 2024-cü il tarixli 3-16-16/2-6/3233 nömrəli rəyindən görünür ki tədqiqata təqdim edilmiş, üzərində “...(imza) Şahid1 ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,418 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Fizikikimyəvi ekspertizalar şöbəsinin 12 iyun 2024-cü il tarixli 3-16-16/2-6/3234 nömrəli rəyindən görünür ki tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” sözləri olan bir ədəd zərfdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,062 qr., 0,038 qr., 0,049 qram olmaqla cəmi 0,149 qram çəkidə olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir və üzərində “...(imza) Şahid1 ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,418 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminlə kimyəvi komponent tərkiblərinə görə eynidirlər. 1 ədəd üzərində “Methadone 40” göstəricisi olan blisterdə 10 ədəd açıq-qəhvəyi əngli F/M40” göstəricik dərman həblərinin əsas təsiredici maddəsi metadondur və 10 ədəd dərman həblərinin üzərindəki göstəricilərə əsasən tərkiblərində metadonun təsir maddəsinin ümumi miqdarı 0,400 qram təşkil edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsin 05 iyul 2024-cü il tarixli 4614 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazıda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını n'əzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, üç ədəd gümüşü rəngli kağız bükümdə 0,062, 0,038 və 0,049 qram çəkilərdə olmaqla ümumilikdə 0,149 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və bir ədəd blisterdə olmaqla tərkibində təsir maddəsinin ümumi miqdarı 0,400 qram olan 10 ədəd bütöv metadon həbləri tərəfimdən qəbul edilmiş 16 iyun 2024- cü il tarixli qərarla maddi sübut kimi tanınmış, psixotrop maddə olan metamfetaminin 0,060 qramı ekspert tədqiqatına sərf edildikdikdən sonra qalan 0,089 qram qalığı, narkotik vasitə olan 10 ədəd metadon həblərindən isə 01 ədədi ekspert tədqiqatına sərt edildikdikdən sonra qalan 09 ədəd metadon həbləri saxlanmasından ötrü Xaçmaz RPŞ- nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxs Şahid1 üzərindən aşkar edilmiş, ümumilikdə təmiz çəkisi 0,418 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin tərəfimdən qəbul edilmiş 16 iyun 2024cü il tarixli qərarla maddi sübut kimi tanınmış və həmin psixotrop maddə olan metamfetaminin 0,050 qramı ekspert tədqiqatına sərf edildikdikdən sonra qalan 0,368 qram çəkidə qalığı saxlanmasından ötrü Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan cinayət işinə əlavə edilmiş DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Bakı şəhəri, Nərimanov RPİ-nin İstintaq Şöbəsində ********* nömrəli cinayət işi olmuş və həmin cinayət işi üzrə icraata xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.2.3-cü maddəsinə əsasən xitam verilmişdir. Beləliklə, təqisləndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi xeyli miqdar təşkil edən 01 ədəd blisterdə olmaqla tərkibində təsir maddəsinin ümumi miqdarı 0,400 qram olan narkotik vasitə 10 ədəd bütöv metadon həblərini və 0,567 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini üzərində saxlamaqla daşıyıb Xudat şəhərinə gətirərək 10 iyun 2024-cü il tarixdə saat 20 radələrində Xaçmaz rayonu, Xudat şəhəri ərazisində olmaqla Xudat-Nabran avtomobil yolunun sol kənarında yerləşən “Rahib” kafesində qəsdən bir ədəd gümüşü rəngli kağız bükümdə 0,418 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini bəxşiş şəklində tanışı Şahid1 verməklə satmış, 0,149 qram çəkidə metamfetamini və metadon həblərini üzərində qəsdən daşımaqla saxlamış, bu fakt o, Xaçmaz rayonu, Xudat şəhəri, Əziz Əliyev küçəsində saxlanılaraq Xaçmaz rayon polis şöbəsinin X6 əməkdaşları tərəfindən polis bölməsinə dəvət edilib ünvan 2 ünvanda yerləşən Xaçmaz rayon polis şöbəsinin X6 inzibati binasında onun üzərinə 11 iyun 2024-cü il tarixdə saat 21:50-22:00 müddətində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli şalvarın sol yan cibindən sarı rəngli bir ədəd plastmas qabın içərisindən üç ədəd gümüşü rəngli kağız bükümdə 0,062, 0,038 və 0,049 qram çəkilərdə olmaqla ümumilikdə 0,149 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və əynində olan şalvarın sağ yan cibindən bir ədəd blisterdə olmaqla tərkibində təsir maddəsinin ümumi miqdarı 0,400 qram olan 10 ədəd bütöv narkotik vasitə olan metadon həbləri aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşımış, habelə psixotrop maddəni satmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayər əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə Təqsirləndirilən şəxs saxlanılaraq üzərində şəxsi axtarış keçirilərək üzərindən çıxmış psixotrop maddə metafetaminin özünə məxsus olmadığını, həmin vasitənin polis tərəfindən onun üzərinə qoyulduğunu, üzərindən aşkar edilmiş metadon həbinin bir qisminin video çəkiliş və müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilməzdən öncə polis tərəfindən Şahid1 verildiyini, həmçinin onlara psixiki və fiziki təzyiq göstərildiyini və bu səbəbdən də ibtidai istintaq zamanı o, cür ifadə verdiyini bildirməsi özünümüdafiə xarakterli məqsəd daşıdığını hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, şahidlə üzləşdirilməsi ilə bağlı aparılan istintaq hərəkətlərinin nəticələrini əsas götürür və təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı saxlanılaraq üzərində şəxsi axtarış keçirilərək üzərindən çıxmış psixotro maddə metafetaminin özünə məxsus olmadığını, həmin vasitənin polis tərəfindən onun üzərinə qoyulduğunu, üzərindən aşkar edilmiş metadon həbinin bir qisminin video çəkiliş və müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilməzdən öncə polis tərəfindən Şahid1 verildiyini, həmçinin onlara psixiki və fiziki təzyiq göstərildiyini və bu səbəbdən də ibtidai istintaq zamanı o, cür ifadə verdiyini bildirməsi özünümüdafiə xarakterli məqsəd daşıdığını hesab edir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəsinin özünə məxsus olmaması, şöbəyə gələrkən üzərində yalnız bir list metadonun olması kimi verdiyi ifadələrində göstərilənlər tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 0,567 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin özünə məxsus olmamadığını və ümumiyyətlə Şahid1 heç bir narkotik vasitəsinin satmadığını bildirsə də, iş materialları ilə bu tamamilə təkzib edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə, şahidlərin ifadələrinə, ekspertlərin rəyinə qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə üzərindən aşkar olunmuş 0,567 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin özünə məxsus olmaması və ümumiyyətlə Şahid1 heç bir narkotik vasitəsinin satamaması kimi irəli sürdüyü fikirlərlər törətdiyi CM-nin 234.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunacağına ümid etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.2-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs oğuna hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əldə etdiyi narkotik vasitənin miqdarının külli miqdara yaxın olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 11 iyun 2024-cü il tarixli protokoldan və Xaçmaz Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 iyun 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bununla da Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğuna narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq etmək mümkün olmasa da, o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Xaçmaz rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş üç ədəd gümüşü rəngli kağız bükümdə 0,062, 0,038 və 0,049 qram çəkilərdə olmaqla ümumilikdə 0,149 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 0060 qram qalığı, 10 ədəd metadon həblərindən isə 01 ədədi ekspert tədqiqatına sərf edildikdikdən sonra qalan 09 ədəd metadon həbləri məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə ekspertiza xərci olan 81 (səksən bir) manat pul Təqsirləndirilən şəxs oğundan tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 11 iyun 2024-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xaçmaz rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş üç ədəd gümüşü rəngli kağız bükümdə 0,062, 0,038 və 0,049 qram çəkilərdə olmaqla ümumilikdə 0,149 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 0,060 qram qalığı, 10 ədəd metadon həblərindən isə 01 ədədi ekspert tədqiqatına sərf edildikdikdən sonra qalan 09 ədəd metadon həbləri məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 81 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ.
Məhkəmə qərarları › İş №1(067)-180/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-180/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver